Press "Enter" to skip to content

Dini suallar

Qurani Kərimdə öz ərlərinə qarşı özbaşınalıq (hörmətsizlik) edən, ərlərini saymayan qadınlara qarşı birdən-birə cəza verilməsi əmr edilmir, əksinə onlara qarşı mülayim rəftar olunması və xoş sözlərlə nəsihət edilməsi hökm olunur. Özbaşınalıq etməyə meylli olan bu tip qadınlarla necə rəftar edilməli olduğu Quranda 3 mərhələdə izah olunur:

Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?

Bir çoxlarımızın rahat və aram yuxusu yoxdur. Bu məsələ cismimizdən və ruhumuzdan qaynaqlana bilər. Lakin ən çox da ruhumuzdan asılıdır. Bəs yatmazdan əvvəl nə edək ki, yuxumuz şirin və sakit olsun?

Allahı yada salmaq bütün zaman və məkanlarda qəlblərə aramlıq və sakitlik verər. Əgər bacarsanız, yatmazdan əvvəl iki rükət namaz qılıb, “Mülk” surəsini oxuyun, “Aşura” ziyarətini zümzümə edin. Salavat, “Fərəc” duası da yatmazdan əvvəl yerinə yetirilən müstəhəb əməllərdəndir.

Yatan zaman edilən dualar:

1. Üç dəfə “Təsbihati-ərbəə”ni demək.

2. Üç dəfə “Tövhid” surəsini demək.

3. 14 Məsuma (ə) 14 salavat göndərmək.

4. Bütün mömin və ölənlər üçün bağışlanma istəmək.

5. Həzrət Zəhranın (s.ə) təsbihini etmək.

6. “Ayətül-kürsü”nü, “Nas” və “Fələq”, “Kafirun” surələrini oxumaq.

7. Bu duanı oxumaq ki, 1000 namaza bərabərdir:

بِقُدْرَتِهِ وَ یَحْكُمُ ما یُریدُ بِعِزَّتِهِ یَفْعَلُ اللهُ ما یشاءُ

( Bi Qudrətihi və yəhkumu ma yuridu bi izzətihi yəfəlullahu ma yəşau)

İmam Sadiq (ə) buyurur: “O kəs ki, yatan zaman 3 dəfə bu zikri deyərsə, anadan doğulduğu gün kimi olar və günahlarından paklanar.

“الحمد لله الذى علا فقهر، و الحمد لله الذى بطن فخبر، والحمد لله الذى ملك فقدر، و الحمد لله الذى یحیى الموتى و یمیت الاحیاء و هو على كل شى ء قدیر.”

(Əlhəmdulillahilləzi əla fəqəhərə, Vəlhəmdulillahilləzi bətənə fəxəbərə, vəlhəmdulillahilləzi məlikə fəqədərə, vəlhəmdulillahilləzi yuhyil-movta və yumitul əhya və huvə əla kulli şəyin qədir.) (Tebyan/Deyerler)

Kabus yuxulardan ayılan zaman oxunan zikr.

O kəs ki, gördüyü pis yuxudan ayılar, desin:

“لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِیْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَیْءٍ قَدِیْرٌ. سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَاللهُ أَكْبَرُ. ولاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ”

(La ilahə illallah vəhdəhu la şərikə ləhu və ləhul həmdu vəhuvə əla kulli şəyin qədir. Sübhanəllahi vəlhəmdulillahi vəllahu əkbər. Və la hovlə vəla qüvvətə illa billah.)

Sonra bu duanı desin: اللّهم اغْفِر لی (Allahum-məğfirli)

Allah Təala cəmimizə lütf nəzərlərini salsın.

Quranda qadınları döymə əmri varmı?

İslamofoblar Nisa surəsi 34-cü ayədəki 3-cü cümləni konteksdən çıxardaraq mənasını bilərəkdən təhrif edir və insanları çaşdırmağa çalışırlar. Guya həmin ayədə qadınların döyülməsi əmr edilir və qadın hüquqları pozulur. Əslində isə belə deyil. Gəlin əvvəlcə həmin ayəni bütöv şəkildə diqqətlə oxuyaq:

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) ÖZBAŞINALIQ ETMƏLƏRİNDƏN QORXDUĞUNUZ qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və (xəfifcə) döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”

Əvvəlcə qeyd edək ki, bu ayədə iki əks xarakterli qadınlardan bəhs olunur:

1. Əməlisaleh qadınlar – ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini qoruyub saxlayırlar. Bunlar ərlərinə hörmət edən qadınlardır. Quranın Elmalili Hamdi Yazır təfsirində bu ayədə bəhs edilən əməlisaleh qadınlar haqqında aşağıdakı kimi deyilir: “ Bundan dolayı saliha olan kadınlar da Allah’a itaat ederler. Kocalarının huzurunda hazır olarak bekleyip haklarına riâyet ederler. Kocalarının gıyabında can, mal, namus, itibar (onur) ve aile sırları gibi korunması lazım gelen hususları Allah’ın korumasına dayanarak korurlar. Çünkü Allah bunun korunmasını emretmiştir. Peygamber Efendimiz (s.a.v.)’den rivâyet edilmiştir ki: “Kadınların hayırlısı o kadındır ki, baktığın zaman seni sevindirir, emredersen itaat eder, gıyabında bulunduğun zaman da seni malında ve nefsinde korur.” buyurmuş ve bu âyeti okumuştur.” (Kuran tefsiri, Nisa suresi 34-cü ayet, Elmalili Hamdi Yazır)

2. Özbaşınalıq edən qadınlar – bunlar isə əməlisaleh qadınların tam əksidir. Başqa sözlə, bu tip qadın ya öz ərinin sözünü dinləməz yaxud sirrini, mal-dövlətini və şərəfini qorumaz, bu və ya başqa formada öz ərinə qarşı hörmətsizlik və özbaşınalıq edər.

Bu ayənin 3-cü cümləsindəki fikri aydın şəkildə başa düşmək üçün diqqətə almalı olduğumuz əsas kəlimə “ÖZBAŞINALIQ ETMƏLƏRİNDƏN QORXDUĞUNUZ QADINLAR” kəliməsidir. İslamofoblar bu kəliməni sanki görməməzlikdən gəlirlər. Həmin kəlimədən aydın olur ki, ayədə qeyd edilən 3-cü cümlə bütün qadınlara yox, ancaq ÖZBAŞINALIQ ETMƏYƏ MEYLLİ OLAN (ərlərinə qarşı hörmətsizlik edən, onları saymayan) QADINLARA AİDDİR. Başqa sözlə, Qurani Kərimdə xəfifcə döyməyə icazə verilən yeganə hal – ailənin rahatlığına, ahənginə və şərəfinə xələl gətirən, öyüd-nəsihət dinləməyən və həyat yoldaşına qarşı özbaşınalıq edən qadının halıdır.

Quranın Elmalili Hamdi Yazır təfsirində belə izah olunur:

NÜŞÛZ: Aslında lugatte yükseklik ve tümseklik mânâsından alınarak kadının kocasına kafa tutup baş kaldıracak bir durum almasıdır ki, sözde kendisini yüksek sayıp itaatını ortadan kaldırmış olur. Bunu açıklamak için büyük müfessirlerden şu açıklamalar yapılmıştır: Kadının nüşûzu kocasına isyan etmesi (İbnü Abbas), koku sürünmemesi, kocasını birleşmekten men etmesi, önceleri kocasına yaptığı muameleyi değiştirmesi (Ata), kocasından hoşlanmaması (Ebu Mensur), kocasının şer’î mesken olarak belirlediği konutta beraber oturmaktan kaçınıp onun istemediği bir yerde oturmasıdır (denilir) ki, bu mânâlar az çok birbirlerine yakındırlar. Böyle bir durum karşısında önce bunlara vaaz ve nasihat ediniz. İkinci olarak onların yataklarından ayrılın. Üçüncü olarak onları hafifçe ve kusur bırakmayacak bir şekilde biraz dövünüz. (Kuran tefsiri, Nisa suresi 34-cü ayet, Elmalili Hamdi Yazır)

Qurani Kərimdə öz ərlərinə qarşı özbaşınalıq (hörmətsizlik) edən, ərlərini saymayan qadınlara qarşı birdən-birə cəza verilməsi əmr edilmir, əksinə onlara qarşı mülayim rəftar olunması və xoş sözlərlə nəsihət edilməsi hökm olunur. Özbaşınalıq etməyə meylli olan bu tip qadınlarla necə rəftar edilməli olduğu Quranda 3 mərhələdə izah olunur:

1. Əvvəlcə nəsihət edin, başqa sözlə, onlara doğru yolu göstərin, məsləhət verin, xoş sözlə onları özbaşınalıq etməkdən çəkindirməyə çalışın. Bəlkə bununla özbaşınalıqdan əl çəkərlər.

2. Əgər deyilən sözü qəbul etməyib, öyüd-nəsihətə qulaq asmasalar, doğru yola gəlməyərək yenə də özbaşınalıq etməyə davam etsələr, o zaman onlardan yatağınızı ayırın. Bu, özbaşınalıq edən, söz dinləməyən qadına qarşı yüngül cəzadır. Bəlkə bununla özbaşınalıqdan əl çəkərlər.

3. Bütün bunlardan sonra yenə də öz bildiklərini (özbaşınalıq, hörmətsizlik) etməkdən əl çəkməsələr, inadkarlıq edib pis əməldən çəkinməsələr, onda onları xəfifcə döyün.

Nəhayət, ayənin sonu belə bitir: “Sizə itaət etdikdə (özbaşınalıq etməkdən vaz keçdikdə) isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”

Diqqət etsək, Allah Təala bu ayədə sanki özbaşınalıq etməyə meylli olan üç fərqli qadın tipindən söhbət açır:

1. Nəsihət edərkən söz dinləyən və bununla da özbaşınalıqdan əl çəkən mülayim qadın tipi.

2. Yüngül formada cəza aldıqdan (yatağı ayırdıqdan) sonra öz səhvini anlayıb özbaşınalıqdan əl çəkən qadın tipi.

3. Yalnız daha ağır formada cəza (döyülmək) aldıqda qorxaraq özbaşınalıqdan əl çəkən qadın tipi.

Əslində real həyatda bu 3 qadın tipləri bu və ya digər formada mövcuddur. Yəni elə qadın tipi var ki, öyüd-nəsihət dinləyib öz səhvini anlayır və ailəsinin huzuru pozulmasın deyə ərinə qarşı özbaşınalığa son qoyur.

Elə qadın da var ki, öyüd-nəsihət eşitmir, ancaq müəyyən formada yüngül cəza almaqla səhvini anlayır. Ayədə yüngül cəza kimi “onlardan yatağınızı ayırın” deyir.

Lakin elə tərs, inadkar qadın tipi də var ki, ona söz və yüngül cəza təsir etmir. Yalnız daha ağır cəza aldıqdan sonra pis əməldən əl çəkir ki, bu da ayədə nəsihət dinləməyən, yüngül cəza almaqdan çəkinməyərək özbaşına əməlinə yenə davam edən qadını “döyün” kimi ifadə olunur.

Növbəti 35-ci ayədə isə belə deyilir: “(Ey mö’minlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) tə’yin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!”

Əgər həqiqətən də Quranda qadınların döyülməsi haqqında əmr olsa idi, bunu hamıdan qabaq hz. Məhəmməd (s.a.v) peyğəmbər icra edərdi. Halbuki, peyğəmbərin (s.a.v) həyatını oxuduqda tamamilə başqa mənzərə ilə qarşılaşırıq. Qadınlarla bağlı hədislərə baxaq:

1. Hz.Peyğəmbər (s.a.v.) Əfəndimiz: “Sizin ən xeyirliniz qadınlarına qarşı ən xeyrli olanlarınızdır.” 1 buyurmuşdur.

2. Hz.Aişə (r.anha)’dan nəql olunur ki: “Rəsulullah (s.a.v.) həyatında nə bir qadın döymüşdür, nə də bir xidmətçi.” 2

3. Hz.Peyğəmbər (s.a.v.) xanımlarına əziyyət edən zalım kişiləri pis adamlar olaraq adlandırmışdır: “Qadınlara ancaq kərîm olanlar ikram edərlər (dəyərli olanlar dəyər verərlər); onlara pislik edənlər isə leîm (pis) kişilərdir.” 3

4. Bir başqa hədis-i şərifdə də Hz.Peyğəmbər (s.a.v.) “Gündüz xanımını kölə kimi qamçılayan birisi axşam onunla eyni yatağa necə girəcək?” deyə soruşmaqdadır.4

5. “Möminlərin iman baxımından ən kamil olanı əxlaqı gözəl və ailəsinə nəzakətli davranandır. 5

6. Bir mömin kişi, bir möminə qadına kin bəsləməsin. Çünkü onun bir xüsusiyyətini bəyənməzsə, başqa bir xüsusiyyətini bəyənər. 6

7. Vida xütbəsində peyğəmbərimiz (s.a.s): “Qadınların haqqlarını yerinə yetirməklə bağlı Allahdan qorxunuz! Çünki siz onları Allâhın bir əmânəti olaraq aldınız.” buyurmuşdur. 7

8. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: “Kişi zövcəsinə baxdığı zaman və zövcəsidə ona məhəbbətlə baxdığı zaman Uca Allah onlara rəhmlə baxar. Kişi zövcəsinin əllərini tutan zaman isə onların günahları barmaqları arasından tökülər.” (“Səhih əl Cəmi əs Sağir” 1977)

9. Həzrəti Ömər (r.a) deyir: “Biz İslamdan əvvəl qadınları adam yerinə qoymazdıq. İslam gəlincə onlara həm ayətlərdə, həm də hədislərdə yer verdi, kişilər kimi haqqları anlatıldı. Ondan sonra biz qadınların da kişilər kimi haqqları olduğunu düşünür bir vəziyyətə gəldik!” (Buhari, Müslim).

(1) Müslim, Radâ 62; Tirmizî, Radâ 11

(2) Müslim, fedail 79; İbn Mace, nikah 51; Dârîmî, nikâh 34, Ahmed b. Hanbel, V,32, 206, 229,232,281

(3) İbn Mâce, Edeb 3; Ebû Dâvud, Edeb 6, Rikak 22, İ’tisâm 3; Müslim, Akdiye 11

(4) Ebû Dâvûd, Nikâh, 60 Buhârî, nikâh 93, tefsir, sûre (91) 1; Müslim, Cennet 49; Ibn Mâce, nikâh 51

(5) Nesâî, Işretu’n-Nisâ, 229; Tirmizî, İman hadis no: 2612

(6) Müslim, Radâ’ 61, hadis no: 1469

(7) Ebû Dâvud, Menâsik, 56; İbn Mâce, menâsik, 84; Dârimî, menâsik, 34, Akseki, Ahmet Hamdi, Yeni Hutbelerim, Ankara, 781-782, Acluni, Keşfu’l-Hafa, Beyrut, 1351, I.36

Comments are closed, but trackbacks and pingbacks are open.