Press "Enter" to skip to content

Cadudan necə qorunmaq olar

Paltarları ləklənməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamile yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.

Paltardakı hər növ ləkədən qurtulmaq üçün bunları edin

Paltarları ləklənməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamile yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.

Bəzən adi yağ ləkələri yuyulduqdan sonra yox olur. Əksər hallarda isə onları yumaqla təmizləmək mümkün olmur. Buna görə də paltarı yumazdan əvvəl ləkəni təmizləmək lazımdır. Ləkə düşən kimi onun üzərinə ya narın duz, ya təbaşir tozu, ya da diş tozu səpmək lazımdır. Bu maddələr yağı yavaş-yavaş özünə hopdurur – buna görə də ləkənin dərhal yox olmasını gözləməyin, bunun üçün bir neçə saat vaxt lazımdır. Əgər uzun müddət gözləmək imkanınız yoxdursa, paltarın ləkə düşən hissəsine həm altdan, həm də üstden “prisipka”, yaxud diş tozu səpin, hər iki tərəfi siqaret kağızı və ya suçəkən kağızla örtün ve qaynar ütü ile ütüləyin. Əgər ləkə çox böyükdürsə, tozu ve kağızı bir neçə dəfə təzələyin. Paltardakı yağ lekesi köhnedirse, onu benzinle isladıb bir-iki saat gözledikden sonra her iki terefden kağız qoyub qaynar ütü ile ütülemek lazımdır. Eger lekeni bu üsulla temizleye bilmirsinizse, onda skipidar, benzin, yaxud asetondan istifade etmək lazımdır. Parçanın ləkəli hissəsinə altdan suçeken kağız qoyun, sadalanan maddələrin birinde isladılmış pambıqla ləkəni kənarlardan ortaya doğru silin. Kağız ve pambıq çirkləndikce təzəsi ilə əvəz olunmalıdır. Bundan sonra paltarı yuyun. Yuyulmaq üçün nezerde tutulmayan paltarı ləkənin yeri quruduqdan sonra ütüləməklə kifayetlənmək olar.

Yağlı boya ləkəsi

İstənilən növ parçadan olan paltara düşən yağlı boya ləkəsini benzin ve aseton qarışığı ile temizləmək olar. Parça ve yaxud pambığı bu qarışıqda isladıb ləkə düşən hisseni temizləyin. Hereketin ancaq bir istiqametde olmasına diqqet yetirin. Eger leke tezedirse, onu evvelce asetonla islatmaq, sonra benzinle silmek lazımdır. Lekeni temiz kerosine batırılmış pambıqla da təmizləyə bilersiniz. Sonra bu hissəni naşatır spirti ile yenidən sürtün. Əgər ləkə köhnedirse, onu təmizləmək daha çox vaxt aparar. Qurumuş ləkənin üzərinə əvvəlcə kərə yağı çəkin. Bir neçə dəqiqəı gözlədikdən sonra yumşalmış ləkəni benzinlə silin. Bir-iki saatdan sonra ləkənin yerini təmiz yuyucu soda ile silin. Adətən, bu proseslərdən sonra ləkə itir. Ləkənin tam təmizləndiyinə əmin olduqdan sonra paltarı adi qayda ilə yuyun.

Burda adi yuyulma heç cür kömək edə bilməz. Pas ləkəsini təmizləmək üçün sizə üzvi turşulardan istifadə etmək lazım gələcək. Bunun üçün oksalat turşusu, yaxud limon turşusu ilə sirkənin qarışığı yararlıdır. İstifadə edəcəyiniz turşunun dərəcəsi lekenin intensivliyinden asılıdır. Adeten, bu mehlulu hazırlamaq üçün bir stekan suya 2 qramdan 20 qrama qeder turşu elave etmek lazımdır. Mehlul saxsı ve ya farfordan olan qabda hazırlanmalıdır. Hazır mehlulu isitdikden sonra parçanın lekeli hissesini çox qısa müddete onun içine salın. Sonra ise bol su ile yaxalayın. Eger leke tam temizlenmeyibse, prosesi tekrar edin.
Pas lekesi süni renglenmiş parçaya düşübse, bu üsuldan istifade etmek olmaz. Burada size eyni nisbetde qarışdırılmış qliserin, sürtkecden keçirilmiş sabun ve su qarışığı kömek ede biler. Parçanın lekeli hissesini bu mehlulla sürtün, bir sutkadan sonra mütleq adi qayda ile yuyun. Eger sizde adını qeyd etdiyimiz turşular yoxdursa, onda qaynama heddine qeder qızdırılmış limon turşusundan istifadə etmək olar. Ağ parçalarda pas daha aydın görünür. Belə parçalardan ləkəni 1 stəkan suya qarışdırılmış 20 qram hidrosulfit məhlulu ilə təmizləmək olar. Məhlulu 60-70 dərəcə həddində qızdırdıqdan sonra ləkəli parçanı onun içinə salın, sonra isə yuyun. Bu məhlulu rəngli parçalarda istifadə etmək olmaz.

Giləmeyvə ve qırmızı şərab ləkəsi

Bir daha qeyd edək ki, ləkə qurumamış onun üzərinə narın duz səpmək lazımdır. Qırmızı şərab ləkəsini qaynar su ilə də təmizləmək olar. Bunun üçün parçanın ləkə düşmüş hissəsini tarım açıb, ləkə yox olana qeder üzərine qaynar su tökmek lazımdır. Əgər leke köhnədirse, hiposulfit, sulfit ve hidrosulfitli məhlullardan istifade etmek lazımdır. Bunun üçün bir stekan suya 3-5 qram turşu elave edin. Sonra pambığı bu mehlula batıraraq, lekeni kenarlarından ortaya doğru temizleyin. Unutmayın ki, bu mehlulu ancaq ağ parçalarda istifade etmek olar. Bu ləkələri qaynar südün köməyilə də təmizləmək olar. Bunun üçün parçanı bir neçə dəqiqəlik qaynar südün içine salın, sonra isə adi qayda ilə yuyun. Su ilə qarışdırılmış hidrogen peroksid ve naşatır spirti qarışığı da bu ləkələrin təmizlənməsində köməyinizə gələ bilər. Bu mehlulların istifadesinden sonra eşyanı əvvəlcə təmiz su ilə, sonra da adi qaydada yumaq lazımdır. Rəngli paltarlardan ləkəni aparmaq çox çətindir. Bu halda sizə qliserin, yaxud onun yumurta sarısı ilə qarışığı (1 hissə yumurta sarısı ve 2 hissə qliserin) işinizə yarayar. Ləkəni bir neçə dəfə bu maddədə isladın, 2-3 saat saxladıqdan sonra təmiz su ilə yuyun.

Mürəkkəb ve adi boya ləkəsi

Mürəkkəb ləkəsini (xüsusən isti-isti) təmizləməyə naşatır spirti və yaxud çay sodası mehlulu (1 stekan suya 2-3 çay qaşığı soda) kömək edə bilər. Ləkəni 6-10 qram oksalat, yaxud limon turşusu əlavə edilmiş, qızdırılmış 1 stəkan suyla təmizləyə bilərsiniz. Təmizləmədən sonra paltarı təmiz su ile yumaq kifayətdir. Ağ parçadan mürəkkəb ve boya ləkəsini aparmaq üçün 1 litr suya 30 qram quru xlor, 20 qram yuyucu toz elavə edin. Mehlulu bir neçə dəqiqə saxladıqdan sonra başqa qaba süzün ve istifadə edin. Bundan sonra parça əvvəlcə temiz, sonra isə sabunlu su ilə yuyulmalıdır. 1 stekan suda həll edilmiş 5-10 qram hidrosulfit mehlulunu 50-60 derece heddinde qızdıraraq bu ləkələri aparmaq üçün istifadə edə bilərsiniz. Parçanın ləkəli hissəsini bu məhlul olan qabın içinə salın ve təmizlənənə qədər gözləyin. Bundan sonra paltar yuyulmalıdır.

His ve qurum ləkəsi

Bu qara ləkələr istənilən parçada gözə çarpır. Əgər onları adi şotka ile sürtərək, təmizləyə bilmemisinizsə, skipidarda isladılmış pambıqla təmizləyin. Bundan sonra əşyanı ilıq sabunlu suda yumaqla təmiz olacağına əmin olun. Əgər bu proses ləkəni tam aparmağa kömək etməzsə, onda eyni nisbətdə qarışdırılmış yumurta sarısı ve skipidar qarışığından istifadə edin. Qarışığı ləkənin üzərinə çəkin, pambıq, yaxud şotka ile yüngülce sürtün ve təmiz ilıq su ilə yuyun.

İstər ağ, istərsə de rəngli parça olsun, fərqi yoxdur, eger üzerine yumurta lekesi düşübse, onu tecili temizləmek lazımdır. Çünki bələ ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin. Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar. Pambığı ilıq qliserinə batırıb ləkəni silin ve 15 dəqiqəlik fasilədən sonra təkrar edin. Sonra paltarı yuyun.

Adətən, tər ləkəsi ipək paltarlarda qalır. Onları qatı xörək duzu məhlulu ilə təmizləmək mümkündür. Yun parçalardan belə ləkələri sabunlu suda isladılmış şotka ile təmizləmək olar. Bundan sonra isə oksalat turşusu məhlulundan istifade edin. Məhlulu sabunlu su ilə silinmiş hissəyə çəkin, sonra ilıq su ilə yuyun.

Açıq havada gəzintidə nə qədər ehtiyatla hərəkət etsəniz də, ot ləkələrindən tam xilas olmaq çətindir. Bu ləkələri tez bir zamanda adi yuyulma üsulu ilə təmizləyə bilərsiniz. Sabunlu suya naşatır spirti məhlulu əlave etsəniz, nəticə daha mükəmməl olar. Yumazdan əvvəl paltarın ləkəli hissəsinə naşatır spirti çəkmək olar. Ancaq bu halda paltarın rənginin getməyəcəyinə tam əmin olmaq lazımdır. Sirkə ile eyni nisbətdə qarışdırılmış oksalat turşusu da bu ləkələri aparmağa kömək edir.

Cadudan necə qorunmaq olar?

Salam aleykum. Mene cadu olunub ve tapmişamda. Men ozumu emelden nece qoruya bilerem? Yeni necə batil eləmək olar?

Aleykum salam. Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

  • Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi)
  • Günahları tərk edərək onlardan tövbə etmək
  • Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar”. (Muslim, 1300, 1860). Bu zaman heç bir vəsvəsə, qorxu və s. şeylərə fikir verməyərək bunu dayandırmamaq. Evdə oxutmaq üçün bəzi mp3-lər:
    • Quranla Ruqyə
    • əl-Bəqərə surəsi
    • əs-Saffət surəsi
    • Allahın kəlamı ilə müalicə
    • Ruqyə necə oxunur?

    Cadudan qorunmaq üçün falçı yanına getmək böyük günahdır! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir”. (ət-Tirmizi, 135).
    Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Cadu tapılıbsa, suya əl-İxlas, əl-Fələq, ən-Nas, Ayətul-Kursi və digər Quran ayələrini oxuyaraq cadunu ora atmaq, quruduqdan sonra isə yandırmaq lazımdır.

    Bağırsaqlardan qurdların və parazitlərin tökülməsinə yardım edən resept

    Bağırsaqlardan qurdların və parazitlərin tökülməsinə yardım edən resept

    Yer kürəsi əhalisinin əksəriyyəti qurd və parazit xəstəliklərindən əziyyət çəkir. Hətta bu parazit və qurdların bəzi növləri vardır ki, onlar insan orqanizmində illərlə heç bir əlamət vermədən yaşayırlar. Bu helmentlər heç bir əlamət vermədiyi üçün insan özünü xəstə hesab etmir və paraziti müxtəlif vasitələrlə ətrafdakılarına yoluxdurur. Bunun baş verməməsi üçün isə hər bir kəs müayinə olunmalı və həkimlərin məsləhəti ilə bağırsaqlarındakı helmentlərdən xilas olmalıdır.

    Bağırsaqları ev şəraitində helmentlərdən təmizləmək üçün müxtəlif vasitələr vardır. Bulardan ən təsirlilərindən biri isə soda ilə bağırsaqların təmizlənməsidir.

    Soda bağırsaqlardakı parazitlərə necə təsir edir?

    Soda bağırsaqların və orqanizmin turşuluq balansını neytrallaşdırır və bu zaman ödün ifrazını normallaşdırır. Ödün normal şəkildə axması isə turşulu mühitdə asanlıqla fəaliyyət göstrən askarid, lyamblya, enterebioz, stronqliodoz, teniarinxoz və bu kimi helmentlərin yaşamasını çətinləşdirir. Öd axınının artması hətta bu helmentlərin həyatına son qoya bilir. Klizma edən zaman bəzən sodalı su yoğun bağırsaqdan daxilə gedə bilmir. Bu səbəbdən də bağırsaqların sodalı su ilə yuyulması zamanı Esmarx alətindən istifadə edilməlidir. Bağırsaqları yuyan zaman sodalı su içməyin də faydası böyükdür. Çünki, bu zaman mədədən düz bağırsağa qədər bütün yollar sodalı su ilə yuyulmuş olur. Vaxtaşırı bağırsaqların soda ilə yuyulması nəinki, helmentlərin, hətta onların yumurtalarının xaric olunmasına səbəb olur. Sodalı su ilə mədə-bağırsaq sisteminin yuyulması burada olan zərərli maddələrin 70%-nin təmizlnməsinə səbəb olur. Bu maddələrə qida vasitəsilə orqanizmı daxil olan ekoloji toksiki maddələr aiddir. Sodalı su ilə bağırsaqların təmizlənməsi 3 mərhələdə aparılır:

    1-ci etap

    Bu zaman Esmarx fincan qaynadılmış isti duzlu su vasitəsilə aparılır. Bu imalə təmizləyici imalə sayılır. Bu zaman bağırsaqlardakı möhtəviyyat tamamilə boşaldırlır.

    2-ci etap

    Bu etap bağırsaqların soda ilə təmizlənməsi sayılır. Bağırsaqların soda ilə təmizlənməsi də Esmarx balonu ilə həyat keçirilir. Klizma 1-2 litr suda həll olunmuş 1-2 xörək qaşığı soda ilə aparılır. Bu zaman klizma balonu yatağa yaxın məsafədə hündürdən asılır və xəstə saş börü üstündə uzanır. Düz bağırsaq nahiyəsinə yumşalmaq məqsədi ilə az miqdarda yağ və ya krem sürtülür və şlankın ucundakı trubka bağırsağa yeridilir. Dərindən nəfəs alaraq şlankın düyməsi açılır və su buraxılır. Sodalı suyun daxilə rahat getməsi üçün arada bir dərindən nəfəs alınır. Suyun qarında 5-10 dəqiqə saxlanılması şərtdir.
    Suyu hazırlamaq üçün 800 ml su qaynadılır və suyuduqda ona 1 xörək qaşığı soda əlavə olunur. Su 38-40*-yə qədər soyudulmalıdır.

    3-cü etap

    Bu etap ikinci təmizləyici imalə sayılır. Bu zaman qaynadılıb 40*-yə qədər soyumuş suya limon şirəsi və duz əlavə edilir. Parazitlərin tam xaric olunması üçün bu proseduru gün ərzində 8-10 dəfə eləmək lazımdır. İmalə edən zaman suyun tempraturunun isti olması bağırsaqların daha rahat təmizlənməsinə səbəb olur. Suyun soyuq olması isə kiçik çanaq orqanlarının soyuqlamasına və xəstələnməsinə səbəb ola bilir. Suyun bağırsaqlarda dövr eləməsi və bağırsaqlardan xaric olunması zamani isə ağrı hissiyyatı meydana çıxa bilir. Bu səbəblərə görə də diqqətli olmaq və ya imalə edə biləcək birindən kömək almaq məsləhət bilinir.
    Yuxarıda qeyd edilən qaydada parazitlər əleyhinə imalə etmək zamanı əldə edilən nəticə çoxlarını şoka salıb. Bu təbii vasitəni siz də sınaqdan keçirin və faydasını görün.

Comments are closed, but trackbacks and pingbacks are open.