Press "Enter" to skip to content

Kart Hesab Nömrəsini Necə Tapmaq Olar

TamKart üçün müraciət etdikdə kredit üzrə mütəxəssis Sizin aylıq gəlirlərinizi və xərclərinizi dəqiqləşdirəcəkdir. İlkin təhlil aparıldıqdan sonra Sizə limit haqqında məlumat veriləcəkdir. Limit Sizin gəlir və borclanma limitinizdən asılı olaraq 300 manatdan 15000 manatadək təyin edilə bilər.

Tez-tez verilən suallar

TamKart ABB-nin təqdim etdiyi, 2 fərqli hesabı bir kartda idarəetmə imkanını təqdim edən çox funksiyalı kartdır.

TamKart üzrə keşbək nə qədərdir?

TamKart-ın kredit tərəfi üzrə ABB-nin POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbək minimum 2%, digər bankların POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbək 1%; debet tərəfi üzrə keşbək minimum 2% təyin edilmişdir.

Bundan başqa, QayğıCash klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan keşbək faizi 3%-dən çox olduqda QayğıCash klubunun faizi müştəriyə qayıdır. Bankın partnyor şirkətləri tərəfindən təqdim olunan cashback faizi abb-bank.az saytında QayğıCash bölməsində əks etdirilib.

Keşbək məbləği nə zaman karta mədaxil olunur?

Bank tərəfindən təqdim olunan cashback məbləğləri ayın sonuncu iş günü cəmlənərək müştərinin kartına mədaxil olunur. QayğıCash klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan cashback isə əməliyyat anında hesablanaraq karta mədaxil olunur.

TamKart harada keçərlidir?

Dünyanın hər yerində POS-terminallarla ödəmə edə, onlayn ödənişlər həyata keçirə və ya bankomatlardan nağd pul çıxara bilərsiniz.

TamKart kredit limiti məbləğinin neçə faizini nağdlaşdıra bilərəm?

Kredit limitinə kartın növündən asılı olaraq nağd məqsədlər üçün (ATM nağdlaşdırma, C2C, cash by code, kredit ödənişləri və s.) aylıq istifadə limitləri tətbiq edilmişdir. Limit hər ayın 1-i yenilənir.

TamKart-ın növləri üzrə tətbiq olunan nağd məqsədlər üçün limitlər nə qədərdir?

TamKart Classic/Standard kartında – 50%, TamKart Visa/MasterCard Gold kartında – 60%, TamKart Platinum kartında 80% miqdarında kredit limitindən nağd məqsədlər üçün istifadəyə aylıq limit tətbiq edilmişdir. TamKart Premium kartlarında isə heç bir məhdudiyyət tətbiq edilməmişdir.

TamKart-ın kredit xəttindən taksit və ya nağdsız ödənişlərdə hər hansı məhdudiyyət varmı?

Xeyr, TamKart-ın kredit xəttindən taksit və nağdsız ödənişlərdə heç bir məhdudiyyət yoxdur.

TamKart vasitəsilə digər bankda olan krediti ödəmək mümkündürmü?

Bəli, lakin TamKart Kredit vasitəsilə ödəniş zamanı bu halda 1.5% min. 2 AZN xidmət haqqı tutulacaqdır. TamKart Debet vasitəsilə ödənişlər zamanı əlavə xidmət haqqı tələb olunmur.

Mənim üçün TamKart kredit limiti necə təyin ediləcək?

TamKart üçün müraciət etdikdə kredit üzrə mütəxəssis Sizin aylıq gəlirlərinizi və xərclərinizi dəqiqləşdirəcəkdir. İlkin təhlil aparıldıqdan sonra Sizə limit haqqında məlumat veriləcəkdir. Limit Sizin gəlir və borclanma limitinizdən asılı olaraq 300 manatdan 15000 manatadək təyin edilə bilər.

TamKart-ı kimlər əldə edə bilər?

ABB-nin kartları ilə əmək haqqı və ya təqaüd alan hər kəs və digər bankın emissiya etdiyi kartlar vasitəsilə əmək haqqı alan şəxslər (Dövlət büdcəsindən maliyyələşdirilən və ya təsərrüfat hesablı olan dövlət müəssisələrinin əməkdaşları, Neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşları) TamKart üçün müraciət edə bilər. Kartın verilməsi kredit üzrə mütəxəssisin ilkin təhlilinə əsasən təyin edilir.

TamKart-ı necə almaq olar?

kredit.abb-bank.az saytından onlayn müraciət edərək və ya ABB-nin filiallarına yaxınlaşaraq əldə edə bilərsiniz.

TamKart Debet kartlarını abb-bank.az saytından onlayn sifariş edə bilərsiniz.

Başqa bankda kreditim varsa TamKart ala bilərəmmi?

Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.

TamKart-ın müddəti nə qədərdir?

TamKart 60 ayadək müddətə rəsmiləşdirilir. TamKart-a açılacaq kredit xəttinin müddəti isə 36 ay təşkil edir.

TamKart taksit necə hesablanır?

TamKart-la partnyor mağazalarında istənilən məhsulu alıb, dəyərini hissə-hissə ödəmək mümkündür. Xərclənən məbləğ 3, 6, 12 ,18 və ya 24 aya bölünməklə, bərabər hissələrlə ödənilir.

TamKart kredit xəttindən istifadə etdikdə borc necə hesablanır?

Kredit xəttindən istifadə zamanı bərpa olunan borclara növbəti ayın 10-na kimi güzəşt müddəti tətbiq olunur və növbəti ayın 10-na kimi tam şəkildə ödənilməlidir. 20 AZN-dən yuxarı hər bir ölkədaxili və ölkəxarici bütün qeyri-taksit əməliyyatları zamanı minimum 30 gün olmaqla 60 günədək güzəşt müddəti tətbiq olunur.

Güzəşt müddətində borc ödənilməkdikdə nə baş verir?

Kredit limitindən qeyri-taksit əməliyyatlarına istifadə olunan vəsaitlər güzəşt müddəti ərzində ödənilmədikdə borcu illik faiz dərəcəsinə uyğun olaraq 18 aya hissə-hissə ödəmək mümkündür. Güzəşt müddətində ödənilməyən borcun aylıq ödənişi güzəşt müddətindən sonrakı ayın 1-dən 10-dək ödənilir.

Aylıq borclarımın məbləğini necə öyrənə bilərəm?

TamKart haqqında məlumatı (borcunuz, alış- veriş etdiyiniz mağazalar, ödəməli olduğunuz məbləğlər, ödəniş qrafiki və s.) www.tamkart.az saytının “Şəxsi kabinet” bölümündən əldə edə biləcəksiniz. Bunun üçün şəxsiyyət vəsiqənizin PIN kodu, kartın son 4 rəqəmini və mobil nömrəni daxil etməlisiniz. Daha sonra təsdiq üçün qeydiyyatdan keçən mobil nömrənizə gələn birdəfəlik şifrəni daxil edirsiniz.

TamKart-da olan borcumu necə ödəyim?

TamKart-da olan borcunuzu aşağıdakı ödəniş üsullarından istifadə etməklə ödəyə bilərsiniz:

– ABB mobile tətbiqi vasitəsilə kartdan karta köçürmə etməklə;
– www.tamkart.az və www.abb-bank.az saytı vasitəsilə;
– eManat və ya Filial və şöbələrimizdə yerləşən ödəniş terminallarında;
– ABB-nin filial və şöbələrində.

Aylıq ödənişimi nə zaman ödəməliyəm?

Aylıq ödəniş hər ayın 1-dən 10-dək ödənilməlidir.

TamKart-da borcu vaxtında ödəməsəm nə baş verir?

Bu halda kredit kartınız bloklaşdırıla bilər. TamKart üzrə gecikmələriniz olarsa, Sizin kredit tarixçənizdə gecikmələr qeydə alınır və gecikdirilən məbləğə cərimə hesablanır.

TamKart kredit limitimi artıra və ya azalda bilərəmmi?

TamKart limitinin azaldılması və artırılması üçün Banka müraciət etmək lazımdır. TamKart limitinin artırılması kartın istifadəsinə görə mümkün ola bilər. Bunun üçün bir neçə ay istifadə edib, vaxtında ödəniş etməlisiniz.

TamKart-da ödəniş vaxtı qeyri-iş gününə düşübsə, ödənişi nə zaman etməliyəm?

Ödəniş qeyri-iş gününə düşübsə, ödəniş etsəniz növbəti iş günü ilə hesabınıza keçəcək. Ona görə qeyri-iş gününə düşən ödənişləri 1 gün əvvəl iş günü, iş saatları ərzində etməyiniz tövsiyə edilir.

“Lounge Key” nədir?

“Lounge Key” dünyanın hər yerində olan hava limanlarının 850-dən artıq lounge zallarına asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır. Sakit və rahat “Lounge Key” zalında qəlyanaltı etmək, dincəlmək və ya işləmək, telefondan, internetdən istifadə etmək və s. mümkündür.

TamKart-ın hansı növləri üzrə pulsuz

TamKart VISA Platinum kartında – illik 2 pulsuz keçid, TamKart VISA Premium kartında – illik 6 pulsuz keçid mövcuddur (Kartın istifadə müddətinə uyğun olaraq).

“Lounge Key” proqramına necə qoşulmaq olar?

Bunun üçün TamKart Platinum və ya Premium kart sahibləri “Lounge Key” proqramının İnternet saytından (və ya mobil əlavəsindən) şəxsi “Lounge Key” profili yaratmalıdır.

“Lounge Key” proqramı haqqında məlumatları (lobbi zonasının mövcudluğu, xidmətlər, şərtlər, iş saatları və s.) necə əldə etmək olar?

Lounge Key saytından və ya mobil əlavəsindən, Lounge Key Çağrı Mərkəzindən.

Kredit və ya debet kartından ödəniş etmək üçün necə seçilməlidir?

TamKart-lar ATM və POS terminallara daxil edildikdə 2 seçim yaranır: TamKart DEBET və TamKart KREDİT. Müştəri əməliyyatı hansı kartla etmək istəyirsə onu seçməlidir.

Təmassız ödənişlər zamanı ödəniş kartın hansı hissəsi ilə həyata keçir?

Əsas kart kredit kartı olduğundan təmassız ödənişlər zamanı avtomatik olaraq TamKart KREDİT kartından ödəniş keçəcəkdir.

Taksit əməliyyatları zamanı əlavə komissiya tutulurmu?

Müştərilər partnyor ticarət müəssisələrin əksəriyyətində taksit əməliyyatlarını əlavə faizsiz və komissiyasız həyata keçirə bilər. Partnyorlar bölməsində taksit əməliyyatları zamanı partnyorlar üzrə ödənişin komissiyasız və ya komissiyalı olmağı barədə məlumat göstərilmişdir.

Bərpa olunan borclar dedikdə nə başa düşülür?

Kredit xətti vasitəsilə istifadə olunmuş 20 AZN-dən aşağı qeyri taksit əməliyyatları.

Bankda pul kreditim varsa, TamKart ala bilərəm?

Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra pul krediti ilə paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.

Kart Hesab Nömrəsini Necə Tapmaq Olar

Kart nömrənizi bildikdən sonra pul qazanmaq və hesabları ödəmək asandır. Ancaq sonra hələ bir plastik kart almadığınız zaman, sizin adınıza pul köçürən şəxsə və ya quruma bildirilməli olan bir şəxsi hesab nömrəsinə ehtiyacınız ola bilər. Sberbank-da buraxılmış bir kartın hesab nömrəsini bir neçə şəkildə tapa bilərsiniz. Kart hesab nömrəsini necə tapmaq olar

Təlimat

Addım 1

Rekvizitlər – bankın adı, BIK, VÖEN, KPP, bankın müxbir nömrəsi və cari hesabı, həmçinin şəxsi hesabınızın nömrəsi (plastik kart hesab nömrəsi) verilən çıktıda göstərilməlidir. plastik kart verdiyiniz zaman sizə. Çapı saxlamısınızsa, istifadə edərək hesab nömrəsini yoxlaya bilərsiniz.

Addım 2

Fərdi hesab nömrəsi kartı qeyd edərkən imzaladığınız və bir nüsxəsini əlinizə aldığınız plastik kart üçün müraciətdə göstərilir. Səhifənin sonunda rəsmi istifadə onay qutusunda imza və müraciət tarixinizin altındakı kart hesab nömrəsini axtarın.

Addım 3

Plastik kartın icrası zamanı alınan sənədləri saxlamamısınızsa, kartı aldığınız bankın operatoru və ya bankın mərkəzi ofisi ilə əlaqə saxlayın. Məlumat əldə etmək üçün yanınızda şəxsiyyət sənədiniz (pasport) olmalıdır.

Addım 4

Sberbank Online xidmətini aktivləşdirmisinizsə, şəxsi hesabınızdakı kart hesab nömrəsi haqqında məlumat əldə edə bilərsiniz. Şəxsi hesabınızı daxil etmək üçün Sberbank veb saytını açın və pəncərənin sağ yuxarı küncündə “Sberbank Online” bölməsini seçin, daxil olun. “Kartlar, depozitlər və hesablar” bölməsinə keçin – kart hesabı nömrəsi daxil olmaqla hesabdakı tam məlumatları ehtiva edir.

Addım 5

Sberbank veb saytında şəxsi hesabınıza daxil olmaq üçün bir istifadəçi kimliyi və şifrə almalısınız. Bu bir özünə xidmət cihazı (ATM) istifadə edərək edilə bilər. Kartı alıcıya daxil edin, PİN kodunuzu daxil edin, “İrəli” düyməsini basın. Menyuda “İnternet xidməti” maddəsini seçin və tələb olunan əməliyyatı təsdiqləyin – “ID-ni və şifrəni çap et” (daxil olmaq üçün bir daimi parol verilir) və ya “Birdəfəlik parolları çap edin” (yalnız istifadə edilə bilən iyirmi parol verilir) bir dəfə).

Comments are closed, but trackbacks and pingbacks are open.