Doğumdan sonra qalan qarının bərpası
– Mədə-bağırsaq və cinsiyyət sisteminin iltihabi xəstəliklərinin vaxtında müalicə edilməsi. Bu, qadınlar üçün daha vacib hesab edilir, çünki onların anatomik və fizioloji xüsusiyyətlərindən asılı olaraq infeksiya bağırsaqlardan və cinsi üzvlərdən çox asanlıqla sidik ifrazedici sisteminə keçə bilər. Qadınlarda böyrək xəstəliklərinin kişilərə nisbətən daha çox təsadüf edilməsinin səbəbi də məhz bununla izah olunur.
Böyrəklərin sağlamlığını qorumaq üçün tövsiyələr
– Düzgün qidalanma. Böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini “sevmirlər”.
Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur.
Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur. Pəhriz nəticəsində piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq “lüt” və müdafiəsiz qalır.
Böyrəklər alkoqollu içkilərdən sui-istifadə edilməsini “sevmirlər”. Bu zaman orqanizm onları nəinki parçalamalı, həmçinin onların qalıqlarını da bədəndən böyrəklər vasitəsi ilə xaric etməli olur. Bundan başqa, alkoqol orqanizmin susuzlaşmasına da səbəb olur. Əvvəlcə böyrəklərdən üçqat həcmdə maye keçir – bu zaman orqanizm alkoqolu tez bir zamanda bədəndən xaric etmək üçün özündə olan mayenin xeyli hissəsini sərf etməli olur. Bundan sonra isə bədəndə su qıtlığı yaranır, qan qatılaşır və nəticədə onun böyrəklər tərəfindən filtrasiya edilməsi (süzülməsi) xeyli dərəcədə çətinləşir.
Xeyli miqdarda duzlu qidaların qəbul edilməsi orqanizmdə su-duz tarazlığının pozulmasına səbəb olur. Bu zaman onu da yadda saxlamaq lazımdır ki, duzdan tam şəkildə imtina edilməsi də (ondan artıq miqdarda istifadə edilməsində olduğu kimi) böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsan duzdan norma həddində istifadə etməlidir. Adətən, bu norma miqdarı bizim gündəlik qəbul etdiyimiz miqdardan üç dəfə az olur. Biz yaddan çıxarırıq ki, duz bütün qidaların (hətta şirniyyatların) tərkibində olur. Yeməklərə duzu az vurun (!) – siz buna tez bir zamanda öyrəşəcək və onların dadını daha yaxşı hiss edəcəksiniz.
Böyrəklər yüngül sidikqovucu və sidik yollarına dezinfeksiyaedici təsirə malik olan məhsulları və bitkiləri çox “sevirlər”. Bunlara xiyar, balqabaq, cəfəri, şüyüd, kərəviz, itburnu, tozağacı şirəsi, çiyələk, ciyələk yarpağı və digər bu kimi məhsulları aid etmək olar.
Qarpız yeyilməsi böyrəklərin çox yaxşı təmizlənməsinə səbəb olur. Qarpız şirəsi ilk növbədə bədəni su ilə doydurur, onu maye ilə tam təmin edir, qanı durulaşdırır, sonra isə zərərli maddələrlə zənginləşmiş məhlulları böyrəklərdəki süzgəclərdən keçirməklə onları qanın tərkibindən tez bir zamanda asanlıqla təmizləyir və bədəndən xaric edir.
– Böyrək xəstəliklərinin, o cümlədən də böyrək daşı xəstəliyinin qarşısını almaq üçün, gün ərzində qəbul edilən maye həcmi 2 litrdən (buraya suplar da daxildir) az olmamalıdır. Ancaq gün ərzində bu həcmdə maye qəbul edilməsi yalnız bədəndə gizli və ya açıq şişkinliklər, böyrək və ya ürək çatışmazlığı olmadığı hallarda yerinə yetirilə bilər.
Heç bir halda bədənin susuzlaşmasına imkan verməyin, isti havalarda bu xüsusən vacib hesab edilir. Bədənin susuzlaşması zamanı bədəndə su-duz mübadiləsindəki tarazlıq pozulur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizləməsi prosesi də xeyli çətinləşir. Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir və böyrəklər də əziyyət çəkməkdədirlər. Ona görə də gün ərzində maye qəbulunu az-az olmaqla daha tez-tez qəbul etməyə çalışın. Həkimlə məsləhətləşmədən heç bir mineral suyu, xüsusən də güclü şəkildə minerallaşmış suları (əgər onlar böyrək xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulsa da) gün ərzində 0,5 litrdən artıq miqdarda qəbul etmək olmaz. Çünki onların tərkibində olan bu və ya digər duzların miqdarı normadan xeyli artıq olur ki, bu da daş əmələ gəlməsinə kömək edə bilər.
– Xroniki infeksiya ocaqları (karioz dişlər, badamcıqların xroniki iltihabı – xroniki tonzillit, adenoidlər, haymorit və s.) böyrəklərə mənfi təsir göstərir. Bu infeksiyalar zəif dərəcədə olsa da, daimi olaraq intoksikasiyaya (zəhərlənmə) səbəb olurlar. Böyrəklər isə öz funksıyalarına uyğun olaraq bu toksik maddələri daim təmizləməlidirlər. Bundan başqa, bu ocaqlarda olan mikroblar qan dövranı ilə böyrəklərə çatdırılaraq onlarda iltihabi prosesin başlanmasına da səbəb ola bilərlər. Tez-tez baş verən anginalar böyrəklər üçün daha qorxulu hesab olunur. Çünki onlar əksər hallarda böyrəklərdə iltihabi prosesin başlamasına səbəb olurlar. Məhz buna görə də keçirilən hər bir kəskin angina xəstəliyindən sonra mütləq sidiyin müayinəsini etmək lazımdır.
– Mədə-bağırsaq və cinsiyyət sisteminin iltihabi xəstəliklərinin vaxtında müalicə edilməsi. Bu, qadınlar üçün daha vacib hesab edilir, çünki onların anatomik və fizioloji xüsusiyyətlərindən asılı olaraq infeksiya bağırsaqlardan və cinsi üzvlərdən çox asanlıqla sidik ifrazedici sisteminə keçə bilər. Qadınlarda böyrək xəstəliklərinin kişilərə nisbətən daha çox təsadüf edilməsinin səbəbi də məhz bununla izah olunur.
– Sidik kisəsinin tam dolması və qəbizlik insan orqanizminə mənfi təsir göstərir. Əgər insan normal həcmdə maye qəbul edirsə, o, gün ərzində 4-6 dəfə olmaqla sidik kisəsini boşaltmalıdır. Əgər siz bunu daha az sayda edirsinizsə, kifayət qədər su qəbul etmədiyiniz barədə düşünməlisiniz. Yadda saxlamaq lazımdır ki, sidik kisəsinin boşaldılması üçün son ana qədər dözmək də lazım deyil. Belə ki, sidik kisəsi həddindən artıq dolduqda, sidiyin bir hissəsi sidik axarları vasitəsi ilə yenidən böyrəklərə tərəf qaytarıla bilər ki, bu da onlar üçün zərərli hesab edilir.
Qəbizliklərə gəldikdə isə məlumdur ki, bu zaman bağırsaqda zərərli maddələr yığılır və orqanizmin zəhərlənməsi baş verir. Tənəffüsün çətinləşməsi, yorğunluq və dərinin xoşagəlməz vəziyyəti də bunu sübut edir. Bədəndən xaric olmaq əvəzinə bağırsaqda olan zərərli maddələr qana sorularaq təkrar-təkrar böyrəklərdən keçirlər. Böyrəklər lazım olduqda bir-birini əvəz edə bilsələr də, bağırsaqlarda yığılıb qalan zəhərli maddələrin filtrasiya edilməsinin (süzülməsinin) öhdəsindən gələ bilmirlər.
– Böyrəklər istini “sevir”, soyuğu isə “xoşlamırlar”. Bədəndə tez-tez baş verən soyumalar, soyuq və nəm otaqda yaşamaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq olmaz. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, uzun gödəkçələrə üstünlük vermək lazımdır.
– İmmun sisteminin zəifləməsi böyrəklər üçün də zərərlidir. Həddindən artıq yorğunluq, güclü fiziki və mənəvi gərginliklər orqanizmin müqavimətini xeyli dərəcədə zəiflətmiş olur. Bunun nəticəsində orqanizmin immun sistemi, xaricdən bədənə daxil olan və ya bədən daxilində daimi olaraq məskunlaşmış olan mikrobların zərərsizləşdirilməsinin öhdəsindən gələ bilmir, bu isə orqanizmdə müxtəlif orqanların və böyrək xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.
– Böyrəklər hərəkəti – bədən tərbiyəsini, rəqs edilməsini də “sevir”. Belə ki, hərəkət bədəndə qan dövranının artmasına – sürətlənməsinə, həmçinin böyrəklərin də qanla təchizatının yaxşılaşmasına səbəb olur. Ancaq onu da yaddan çıxarmaq lazım deyil ki, ağır fiziki işlərlə və ya həddindən artıq idmanla məşğul olarkən orqanizm özünü bərpa etməyə çatdırmır və bu, orqanizm üçün xeyirli faktor hesab edilə bilməz.
– Böyrəklər quru isti havanı çox “sevirlər”. İstidə böyrək damarları da genişlənir, böyrəklərin qan dövranı yaxşılaşır. Quru isti hava böyrəklər üçün xüsusilə xeyirli hesab olunur. Çünki belə şəraitdə insan intensiv şəkildə tərləməyə başlayır. Bu zaman adi halda böyrəklər tərəfindən xaric edilməli olan zərərli maddələrin bir hissəsi tər vasitəsi ilə xaric olur və böyrəklərin işi bir qədər yüngülləşir. Böyrək xəstələri üçün nəzərdə tutulan kurortlarda iqlim məhz isti və quru olur ki, bu da xəstələrin daha çox tərləməsinə səbəb olur. Böyrəkləri sağlam olanlar üçün sauna çox xeyirli hesab olunur.
Saglamolun.Az
Doğumdan sonra qalan qarının bərpası
Uşağın doğulması – hər bir qadının həyatında unudulmaz bir andır. Lakin körpənin gəlişi ilə qadının ürəyinə təkcə sevinc gəlmir. Boş yerə deyilki, həkimlər və psixoloqlar qadının doğumdan sonra özünün tək, heç kimə lazım olmadığını hiss etməsinə, doğumdan sonrakı depressiya adlandırırlar. Belə vəziyyətin yaranmasında xarici görünüşün dəyişməsi: doğumdan sonra artıq çəki, xroniki yorğunluq və sallanmış qarın mühüm rol oynayır. Doğumdan sonra qalan qarının bərpası zaman tələb edir.
Doğumdan sonra xarici görünüş necə dəyişir
Bir çox qadınlar hamiləliyin doqquz ayından sonra artıq kiloqramın yaranması ilə üzləşirlər. Bu da aydındır – körpənin ana bətnində yaşayan, böyüyən orqanizmi yaxşı qidalanma tələb edirdi. Bundan əlavə, hətta ana doğuşdan sonra da yeni ailə üzvünü qidalandırmalı, onu zəngin maddələr və vitaminlərlə təmin etməsi üçün qidalanmanı dayandırmamalıdır. Məhz buna görə – sərt pəhriz döşlə əmizdirmənin ilk aylarındakı dövrdə qəbuledilməzdir.
Ancaq yeni anaların ən ağrılı və aktual problemi, boş sallanmış qarındır. Lakin onu normal qaydaya gətirməkdən əvvəl, onun niyə bu vəziyyətə gəlməsini müəyyən etmək lazımdır. Axı artıq körpə doğulub və qarının çox az qismi gedib. Lakin geri normal qarın vəziyyətinə qayıtmaq üçün ilk öncə onun niyə belə baş verməsini müəyyən etmək lazımdır.
Doğuşdan sonra böyük qarın – adi haldır, onunla demək olarki müxtəlif yaşlı bütün qadınlar üzləşir. Hamiləlik insan orqanizminə mühüm təsir göstərərək, maddələr mübadiləsini dəyişir. Qarın, ana bətnində olan dölün qalması üçün maksimum rahat və təhlükəsizliyidir. Lakin, bir çox analar buna hazır olmur. Bir çox xanımlar doğuşdan sonra qalan qarını gördükdə kədərlənməkdən başqa, doğumdan sonrakı depressiyaya düşürlər. Əslində doğumdan sonra qarın qaldısa, ruhdan düşməyə, təşvişə düşməyə dəyməz – burada səbrlə bədən tərbiyəsi ilə məşqul olmaq lazımdır, onda problem kifayət qədər tez həll olunacaq. Doğuşdan sonra qalan qarından qurtulmaqdan əvvəl hansı fizioloji proseslərin qarını bu vəziyyətə gətirməsini başa düşmək lazımdır.
Doğuşdan sonra qarın sallanır. Birinci səbəb
Doğuşdan sonra qarının böyük olmasının ilk səbəbi uşaqlığın böyüməsidir. Buna görə hətta arıq qadın uşağı dünyaya gətirdikdən sonra sallanmış qarınını təəcüblə qarşılayır. Xoşbəxtlikdən, ana uşağı dünyaya gətirdikdən bir neçə ay sonra uşaqlıq tamamilə yığılır, ona görə də bu müddəti sadəcə gözləmək lazımdır. Əgər ana doğumdan əvvəl yaxşı fiziki formada olmuşsa, hər zaman fiziki təlimlə məşqul olurdusa, o zaman qarının yığılması əvvəlki formaya qayıtması, uşaqlığın yığılmasından sonra təbii yolla baş verir.
Doğuşdan sonra qarın əzələləri. İkinci səbəb
İkincisi, doğuşdan sonra qarın əzələləri dartılmışdır, ona görə də onu nizama salmaq üçün fiziki hərəkətlər vacibdir. Eyni şəkildə, hamiləlik dövründə dölün müdafiəsi üçün zəruri olan yağ təbəqəsindən xilas olmaq lazımdır. Yağ təbəqəsi ana bətnində körpənin inkişafı müddəti zamanı böyüyür artır, təəssüf ki, hətta sevilən körpənin doğumundan sonra o heç yerə getmir. Buna görədə doğuşdan sonra qarında yaranan lazımsız piy qalıqlardan necə xilas olmaq kimi suallar meydana gəlir. Qarından nə zaman qurtulmaq isə təkcə sizin fiziki təlimə olan arzu və səyinizdən başqa bədən xüsusiyyətlərinizdən asılıdır.
Doğuşdan sonra qarın dərisi
Körpənin orta hesabla 3 – 3,5 kiloqram çəkisi, boyu isə 51-54 sm təşkil edir. Əlbəttə uşaqlar müxtəlif doğulur – həm az, həm də çox ola bilir, bu zaman onlar 9 ay boyunca, dünyaya gəldiyi günə qədər ana bətnində böyüyür inkişaf edir. İnsan dərisi o qədər elastikdirki, o, böyüyən dölün yerləşməsi, maksimum təhlükəsizliyi üçün rahatlıqla dartıla bilər. Lakin doğuşdan sonra qarın dərisi ilkin vəziyyətinə bir anda qayıda bilmir – o çox dartılmışdır. Doğuşdan sonrakı dartılmış qarın – bütün qadınların problemidir, hətta elə ideal fiziki hazırlığı və sağlamlığı olan qadın ümid edə bilər ki, yağ təbəqəsi körpənin doğumundan sonra onun gözəlliyini korlaya bilməz, lakin insan dərisinin xüsusiyyətlərini heç kim bilə bilməz. Əvvəlki vəziyyətinə gəlməsi üçün nəinki səbir və müntəzəm məşq, həmdə zaman tələb edir.
Doğuşdan sonra qarını necə bərpa etmək olar?
Beləliklə, doğuşdan sonra yastı və gözəl qarına sahiblənməyin iki üsulu var:
- Pəhriz (qəbul olunan yağ miqdarını azaltmaq)
- Daimi təlimlər
Pəhriz
Doğuşdan dərhal sonra ciddi pəhrizə başlamaq təhlükəli və mənasızdır. Təhlükəlidir çünki həm sizə, həm də körpənizə yaxşı qidalanmaq lazımdır. Nəticəni isə siz görməyəcəksiz, ona görəki bu dövrdə bədəndə mühüm hormonal dəyişikliklər gedir və tutduğunuz pəhrizə o reaksiya verməyəcək. Sizin yeməyiniz müxtəlif və faydalı olmalıdır. Qızardılmış ət, fastfud, şirniyyat, qazlı şirin sular, xəmirli yeməklər, kolbasa, sosiska, yağlı pendir, yağlı süd və çörəkdən uzaq olur. Rasionunuza daha çox meyvə və tərəvəzl, qarabaşaq, gilemeyvə, mayonezsiz salatlar daxil edin.
Hər yemək qəbul etməzdən 30 dəqiqə əvvəl 1-1,5 stəlan soyuq su için. Bu mübadilə proseslərini fəallaşdırır və düzgün kalori mənimsəməsinə (xüsusilə səhər tezdən ) kömək edəcək. Bundan başqa soyuq içdikdə, bədən onu bədən temperaturuna endirənə qədər enerji sərf edir, bu da daha çox kalorinin yandırılması deməkdir.
Ana südü ilə qidalanma
Əlbətda ciddi pəhriz sizə aid deyildir, lakin sizdə çəkinizi itirirsiniz. . Elmi cəhətdən sübut olunub ki, uşağın ana südü ilə qidalanması (süd istehsalı) kalorini yandırmağa imkan verir. Ana südü ilə qidalanma orta hesabla gündə təxminən 500 kalorinin yanması deməkdir, bu zaman həm ana arıqlayır, həmdə körpə bəslənir. Həmçinin ana südü ilə qidalanma oksitosin hormonunun çıxmasına səbəb olur, bu hormon uşaqlığın yığılmasına kömək edir. Bu yığılma ananın əvvəlki qarına qaytarmağa imkan verir.
Qeyd: Əgər Siz döşlə süd verirsinizsə, onda pəhriz üçün 3-4 ay gözləmək tövsiyə edilir.
Doğumdan sonra qarının bərpası üçün təlimlər
Doğumdan sonra qalan qarını hamiləlikdən əvvəlki vəziyyətə qartarmaq üçün qarın nahiyyəsi əzəzlələrinin möhkəmlənməsinə yönəlmiş müntəzəm və davamlı fiziki hərəkətlər tələb edir. Onlar nəinki doğuşdan sonra qarnı qaytarmağa kömək edəcək, hətta artıq yağların yandırılmasına imkan verəcək, həm də bütün orqanizmə bütövlükdə müsbət təsir göstərəcək. Yadda saxlamaq vacibdir ki, doğuşdan sonra qalan qarın üçün edilən hər bir təlim tələsmədən, rahatlıqla yerinə yetirilməlidir. Əsasda bilmək vacibdirki, təlimlər üçün bədən sağlamlığı tam qaydasında olmalıdır. Əks halda başqa ciddi problemlərə nail olmaq olar!
Biz hamımız başa düşürük ki, siz necədə tez bir zamanda qarından qurtulmaq və qüsursuz görünməyə səbirsizlənirsiz, lakin bu prosesdə daimilik və ardıcıllıq xüsusi əhəmiyyət kəsb edir. Lakin doğuşdan sonra qalan qarını yığmaq çox tez başa gəlmir. amma bu prosesi sürətləndirmək, qarını qısa müddət ərzində yastı etmək olar – bu tamamilə realdır!
Qarın üçün ilk təlim
Uzanan vəziyyətdə, dizdən ayaqlarınızı bir az əyərək, onları hərəkətsiz vəziyyətə salmalısınız. Bunun üçün ayaqlarınızı divan və ya kreslo altına da sala bilərsiz. Bundan sonra əlləri başın arxa tərəfinə tutaraq, bədəni yavaş-yavaş və inamla qaldırmaq lazımdır. Bu təlimi gündə bir neçə dəfə, bir neçə dəqiqə təkrarlamaq lazımdır. Bu zaman tələsməyin və təlimin həddini aşmayın. Əlavə yük faydasız olmaqdan başqa sizə zərər verə bilər.
İkinci təlim
Döşəmədə uzanıb ayqları yavaş-yavaş yuxarı qaldırırıq. Əgər bu təlim çox mürəkkəbdirsə, ayaqları birdən çox yuxarı yox, tədricən məsafəni artırmaqla qaldıra bilərsiz. Bu təlimi də gündə bir neçə dəfə, bir neçə dəqiqə təkrarlamaq lazımdır.
Bu təlim alt qarın əzələlərinin möhkəmləndirilməsinə yönəldilib, lakin o həmdə qarında yaranan artıq yağların yandırılmasında, doğuşdan sonra qalan qarının bərpasında kömək edir.
Üçüncü təlim
Ayaq üstə dayanaraq, ayaqları çiyinlərin enliyində aralı saxlayıb hər iki tərərfə əyilin. Əllərinizi döşəməyə vurmağa çalışın. Bu təlim yan qarın əzələlərinin möhkəmlənməsinə kömək edəcək.
Bu doğuşdan sonrakı qarın üçün təyin olunan təlimləri gündəlik 3 ay müddətində etmək vacibdir. Bununla yanaşı, hər bir məşğələ gün ərzində bir neçə dəfə təkrar etmək lazımdır.
Təlim zamanı bədəni həddən artıq yüklənmək olmaz. Tam əldən qedənə qədər məşq etmək lazım deyil, birincisi bunun faydası olmayacaq, ikincidə axı evinizdə enerjili ana qayğısına ehtiyacı olan körpəniz vardır.
Ev şəraitində qarın əzələlərinin yığılması üçün digər təlimlərə aşağıdakı video linkində izləyə bilərsiz.
Comments are closed, but trackbacks and pingbacks are open.