Press "Enter" to skip to content

Ovulyasiyanın vaxtını necə müəyyən etmək olar

Arıqlamaq istəyənlərə isə bu meyvələri qəbul etmək olar.

Bildirçin yetişdirilməsi üzrə əsas məsləhətlər

Bildirçin yetişdirilməsinə başlayarkən qarşıya çıxan əsas problemlər təcrübənin və ilkin biliklərin olmamasıdır. Boris Kovalenkonun bildirçin yetişdirilməsi üzrə əsas məsləhətləri.

Bu məsləhətlər heç də bu işə başlayanlar üçün kurs adına iddia etmir, lakin mən fikirləşirəm ki, bu məsləhətlər yeni baçlayanların bəzi səhvlərinin qarşısını alacaq.

1. Bildirçinləri nə məqsəd üçün və hansı miqdarda yetişdirmək istədiyinizi dəqiqləşdirin.

Birinci olaraq dəqiqləşdirməli olduğunuz iş bildirçinləri hansı məqsədlə artırmağınızdır. Sizin kiçik fermanızdakı quşların sayı birbaşa olaraq bundan aslıdır. Bu məsələdə 4 variantı qeydə almaq olar:

1) 20 quşa qədər. Bu miqdar sizi və ailənizi tam olaraq qiymətli bildirçin yumurtası ilə təmin edəcək.

2) 100 quşa qədər. Bu halda həm özünzü təmin edib, həm də qalan yumurtaları sataraq müəyyən miqdarda maddi gəlir əldə edə bilərsiniz.

3) 500-dən 1000-ə qədər. Bu artıq yarım-sənaye səviyyəsidir. Satışlardan əldə olunan gəlir daha çox olacaq.

4) 1000-dən çox. Bu artıq tam sənaye quşçuluğu sayılır. Satışdan əlavə sahibkar fəaliyyəti haqda suallar ortaya çıxır. Bildirçinlərə qulluq üçünn bir və ya bir neçə işçinin təyin edilməsi, onların saxlanması üçün uyğun yerlərin olması və s.

2. Bildirçinlərin saxlanması üçün yer müəyyən edin.

Bildirçinlərin saxlandığı yerdə il boyu temeratur 16-22 °С , rütubət isə 60-70% olmalıdır.

1) Quşların sayı 20-dən az olduqda bu variant qeydə alınmır. Onların saxlanması üçün evin hər hansı bir hissəsindən istifadə etmək olar. Altlığı 40x60sm olan qəfəsdən istifadə edə bilərsiniz.

2) Quşların sayı 100-ə qədər olduqda çoxmərtəbəli qəfəs batareyası lazım olacaq. Belə qəfəs batareyasını yerləşdirmək üçün sizə 0.6×1.2m olçülü və 1.8 m hündürlüklü yer lazım olacaq.

3) 500-dən 1000-ə qədər olduqda isə sizə 12-15kv.m-lik otaq lazım olacaq. Belə yerdə siz 10-12 ədəd qəfəs batareyası yerləşdirə bilərsiniz. Bundan əlavə sizə inkubatorları yerləşdirmək üçün, cücələrin saxlanması üçün yer və əlavə olaraq onların yemlərinin hazırlanması üçün də yer lazım olacaq.

4) Bildirçinlərin sayı 1000-dən çox olduqda istifadə olunacaq yerin sahəsi 20-30kv.m-dən çox olmalıdır.

3. Quşlar üçün qəfəslərin necə hazırlanması (və ya alınması) haqqında fikirləşin.

Bildirçin saxlamaq üçün istifadə olunan qəfəslər əsasən əldəqayırma olur. Belə qəfəslərin hazırlanması üçün sizə qaynaq üçün sinklənmiş setka, faner, armatur, sinklənmiş metal list lazım olacaq.

Bunu ya özünüz hazırlamalı ya da mütəxəssisə sifariş edə bilərsiniz.

1) 20 bildirçin üçün 1 qəfəsin hazırlanmasına sizə 1 kv.m setka lazım olacaq

2) 100 bildirçin üçün bir qəfəs batareyasının hazırlanmasına 4.5 kv.m sinklənmiş setka, 0.6kv.m faner, 1.5kv.m metal list lazımdır.

3) 10-12 qəfəsli batareya hazırlanmasına isə 45-50kv.m setka, 6-7kv.m faner və 15-16kv.m metal list tələb olunur.

4) böyük miqdarda qəfəs batareyasının (1000 bildirçində və daha çox) istehsalı vaxtı materialların qiymətlərini (mənalarını) vurun (artırın), p.2-də göstərilmişlər. Qəfəs batareyalarının lazımlı miqdarına, əsasən o faktı qəbul edib ki, bir batareyada 90 yerləşir – 100 bildirçin

Ovulyasiyanın vaxtını necə müəyyən etmək olar?

Ovulyasiya vaxtının (anının) dəqiq müəyyən edilməsi bəzi sonsuzluq növlərinin müalicəsi üçün çox vacib hesab edilir.

Ovulyasiya anının müəyyən edilməsinin bir neçə üsulu vardır:

  1. Əksər qadınlar öz subyektiv hissiyyatları ilə ovulyasiyanın baş verməsi anını müəyyən edə bilirlər. Belə ki, ovulyasiya anında qarının aşağı hissəsində və ya beldə ağrı baş verir. Bu zaman qadının halı yaxşılaşır və onda kəskin seksual tələbat yaranır. Ovulyasiya zamanı qadın cinsiyyət üzvlərindən (uşaqlıq yolundan) selik ifazatın artması da qeyd edilir. Bu uşaqlığın boyunun (servikal kanalın) ifrazatı olub servikal selik adlanır. Ovulyasiya vaxtı spermatozoidlərin uşaqlıq boşluğuna tərəf hərəkətini asanlaşdırmaq üçün bu selik başqa günlərdən fərqli olaraq daha az yapışqan olur (çiy halda olan yumurta zülalına bənzəyir). Ovulyasiyadan sonra və hamiləlik dövründə isə servikal selik daha qatı və daha çox yapışqan olur ki, bu da müxtəlif mikroblar, infeksiyalar və digər xəstəlik törədicilərinin qadın orqanizminə daxil olmasının qarşısını alır.

Servikal seliyin başqa bir vacib xüsusiyyəti də var ki, bu və ya digər zəifliklərə malik olan spermatozoidlər onun təsiri nəticəsində məhv olurlar. Daha güclü spermatozoidlər isə onun zərərli təsirlərinə üstün gələrək uşaqlığa daxil ola bilirlər. Bu isə daha sağlam uşağın yarana bilməsi ehtimalını artırmış olur.

  1. Təqvim üsulu. Ovulyasiya praktiki olaraq aybaşı tsiklinin ortasında baş verdiyi üçün ilk növbədə bu tsiklin davam etməsi müddətini təyin etmək lazımdır. Bu, bir menstruasiya tsiklinin əvvəlindən digər tsiklin başlanmasına qədər olan bir müddətdir. Məsələn, aybaşının başlanması bir dəfə 21 oktyabra, növbəti aybaşının başlanması isə 21 noyabra təsadüf edərsə, demək, menstrual tsikl 30 gün təşkil edir. Bu halda ovulyasiya 5 noyabr tarixində baş vermiş olacaq. Menstruasiya tsiklinin müddətini daha dəqiq təyin etmək üçün son üç və ya daha yaxşı olar ki, son altı tsiklin davam etmə müddətini qeyd etmək məsləhət görülür.

Bu halda menstrual tsiklin müddətini daha dəqiq təyin etmək olar.

  1. Bazal temperaturun (düz bağırsaqda temperatur) ölçülməsi üsulu. Bu məqsədlə qadın düz bağırsaqda olan temperaturu səhərlər – yataqdan qalxmamaqla adi termometrdən istifadə etməklə (5 dəqiqə ərzində) ölçməli və göstəricini qeyd etməlidir. Əgər temperaturun ölçülməsindən əvvəl normal axşam yuxusu olmazsa, alınan nəticə dəqiq sayıla bilməz. Normal aybaşı tsiklində ovulyasiyaya qədər düz bağırsaqda olan temperatur 37 C-dən aşağı olur. Ovulyasiyadan bilavasitə əvvəl hərarət daha 1 neçə 0,1 dərəcə aşağı düşür. Ovulyasiyadan dərhal sonra düz bağırsaqda olan hərarət birdən-birə kəskin şəkildə 0.6 -0.9 C qalxır.

Qeyd etmək lazımdır ki, sadalanan bu üsullarla yalnız təxmini nəticələr əldə etmək olur.

Ovulyasiya anının müəyyən edilməsinin daha bir neçə üsulu vardır:

  1. Follikulun böyüməsi və inkişafına, onun deşilməsi (ovulyasiyanın özü) prosesinə – follikulometriya prosesinə – ultrasəs aparatının köməkliyi ilə nəzarət etmək olur.

Menstruasiya tsiklinin 10-cu günündən başlayaraq yumurta hüceyrəsi yumurtalıqdan çıxan günədək hər gün USM aparmaqla, ovulyasiya gününü dəqiq təyin etmək olar. USM zamanı içərisində yetişmiş yumurta hüceyrəsi olan follikul itir və onun yerində sarı cisim əmələ gəlir ki, onu da USM-də aydın görmək olur.

  1. Sidikdə LH – lyüteyinləşdirici hormonun təyin edilməsi. Bu üsul çox sadə olduğu üçün ev şəraitində də tətbiq edilə bilər. Bu məqsədlə ovulyasiyanın müəyyən edilməsi üçün xüsusi testlərdən (onları hamiləliyin təyin edilməsi testləri ilə qarışdırmayın) istifadə olunur. Ovulyasiya testlərini onun təxmin olunan vaxtından 5-6 gün əvvəl, qeyd olunan qaydalara uyğun olaraq, gündə iki dəfə olmaqla aparmağa başlayırlar.

Saglamolun.Az

Arıqlamaq üçün hansı qidaları qəbul etmək lazimdır?

Çox insanlar arıqlamağı aclıqda və ya idman zalında keçirməkdə görür. Bəli, məşqlər formada qalmağa yaxşı təsir göstərir. Ancaq ən əsası siz nə yeyirsiz və necə bişirirsiz. Düzgün pəhriz bədənə ziyan vermədən asanlıqla çəki itirməyinizə kömək edəcək.

Dərc olunma tarixi: 27.03.2019 Baxış sayı: 7669 Müəllif: Topic.az redaksiyası

Hansı qidaları qəbul etmək olar

Arıqlamaq üçün qəbul olunan qidalar çox saydadı, lakin sizin yemək seçiminə ciddi yanaşmanız lazımdı.

Taxıllar

Bu məhsullar qrupu, həzm sistemimizə faydalı olan və kilo verməyə kömək edə biləcək bitki lifləri ilə zəngindir. Onlara görə, doyma hissi tez gəlir və uzun müddət davam edir. Bundan əlavə, taxıl istehlakı bədənin dəyərli elementlərlə doyurulmasında faydalıdır. Bunlara fosfor, sink, magnezium, dəmir, selenium və s. daxildir. Bu maddələr bədənə faydalı təsir göstərir. Xüsusilə, maddələr mübadiləsini sürətləndirirlər.

Diyetoloqlar bu taxıllara üstünlük verməyi tövsiyyə edir:

Tez bişən sıyıqlardan imtina edin. Onların tərkibində yalnız karbohidratlar var və sizə heç bir fayda verməyəcək. Ən azı 10 dəq bişən sıyıqları alın. Onlar faydalıdır.

Ət və balıq

Bu, əzələ toxumasının qurulması üçün zəruri bir proteindir. Arıqlamaq üçün ətdən imtina etmək yağ toxumasının yığılmasına və eyni zamanda əzələ itkisinə gətirib cıxarır. Və bədən hələ ətin də həzminə çox enerji sərf edir. Uzun müddət belə bir yeməkdən sonra aclıq hissini unutursunuz. Diyetoloqlar ətin az yağlı növlərinə üstünlük verməyi məsləhət görür – yağsız mal əti, dovşan, toyuq və hinduşka əti. Həmçinin menyuya yumurta da daxil edin.

Kilo itkisi sahəsində bəzi mütəxəssislər ən yaxşı ətin soyuq sularda üzən balıqlar olduğunu düşünürlər. O, yalnız zülallarla deyil yod və omeqa 3 turşuları ilə də zəngindir. Az yağlı balıq seçin. Dəniz məhsullarından da istifadə edin: krivetka, kalmar və s. Zülala geldikdə isə, bir dəfəyə 20-30 qramdan çox almağınızdan qorxmayin, həzm olunacaq.

Tərəvəz

Məhsulların bu qrupu az kalorili olmağı ilə fərqlənir. Həmçinin, tərəvəzlər bədənin həzmi üçün çoxlu enerji sərf edən liflə zəngindir. Bitki lifi həzm sistemini yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır. Həm də lif yemək ilə daxil olan yağların həzm olunmasına imkan vermir.

Kilo verən tərəvəzlərə aiddir:

kələm (gül kələm, ağ kələm, brokoli), pomidor, xiyar, bibər, kabaçok, turp, selderey (kökü) və s.

Unutmayın, çuğundur və yerkökü çiy halda yeyilməlidir. Bişmiş halda onlar bədəndəki şəkər səviyyəsini artırır bu da yanlarda artıq yağların əmələ gəlməsinə səbəb olur.

Meyvə

Çox meyvələrin tərkibində karbohidratlar aşağı səviyyədədir. Buna görə də, onların qanda qlükoza səviyyəsinə xüsusi təsiri yoxdu. Meyvələr də liflərlə zəngindir.

Arıqlamaq istəyənlərə isə bu meyvələri qəbul etmək olar.

Qreyfrut, alma, nar, armud, kivi, şaftalı

Süd məhsulları

Son zamanlar qatıqla arıqlamaq çox yayılıb. Qatıq kasium ilə zəngindir, hansiki yağ hüceyrələrini parçalamağa kömək edir. Həmçinin, o orqanizmin əzələ toxumasını qurması üçün lazım olan asanlıqla həzm olunan zülallarla zəngindir. Ancaq bu süd məhsullarının bütün üstünlükləri deyil. Belə ki, bərk pendirlərin tərkibində triptofan var. Bədəndəki bu amin turşusu xoşbəxtlik hormonu – endorfinə çevrilir. Diyetoloqlar belə bir qənaətə gəliblər ki, arıqlayanlar öz menyularına pendir daxil edərlərsə, bu onların diyeti pozub şirniyyat yemələrinin ehtimalını azaldır. Buna görə, tort yemək istəyirsinizsə bir dilim pendir yeyin. Amma 20-30 qramdan çox olmamaq şərti ilə yağlı qidalar qəbul etmək olar.

Tövsiyyə olunan süd məhsulları bunlardır (pendirdən başqa):

Qatıq 2,5% yağlılıq

Təbii yoqurt (qatqısız)

Kəsmik 5% yağlılıq

Pendir (yağlılığı 20%-ə qədər)

Tam yağsız qidaları almayın. Onlardan yağı çıxarıb bitki tərkibli yağlar əlavə edirlər. Az yağlı süd məhsulları yeyin.

Qadağan olan məhsullar

Bunlara trans yağları daxil olan məhsullar daxildir: yarıfabrikatlar, marqarin, çips, mayonez və s. Bundan əlavə, satılan meyvə şirəsi və qazlı içkilərdən imtina etməlisiniz. Həmçinin, şorabalar və konserv qidalardan istifadə etməməlisiniz. Nişastalı (kartof, düyü) qidalar da olmaz.

Gündə neçə dəfə yemək lazımdır?

Diyetoloqlar deyir ki, yemək tez-tez lakin, az porsiyalarda qəbul edilməlidir. Təxmini 5-6 dəfə. Hər yeməkdə qadınlar 200 qram, kişilər 300 qramdan çox yeməməlidir.

Bu məsləhətlər sizin üçün faydalı olacaq:

  1. Yeməkdən 20 dəq əvvəl bir stəkan su için.
  2. Kiçik boşqablarda yeyin. Onlarda kiçik porsiya da böyük görsenir.
  3. TV qarşısında və ya kompyuter arxasında yeməyin. Daimi yayınma istehlak miqdarını 20% artırır. Yeməkdən zövq almayacaqsınız və daha çox yeyəcəksiniz.
  4. Fastfood yeməyin. Yalnız özünüz hazırladığınız yeməkləri yeyin və ya kafedə mayonezsiz yeməkləri seçin. Və heç bir qizardılmış və yağlı yeməklər olmaz.

Əlbəttə ki, işdə bu cür rejimə əməl etmək çətindir. Buna görə də, həmişə üstünüzdə qoz-fındıq, təzə alma, xiyar dilimləri və ya şəkərsiz kəsmik kimi atışdırmalıqlar götürün.

Arıqlamaq üçün menyu necə qurulur?

Kalorinin böyük bir hissəsini günün birinci yarısı qəbul etməlisiniz. Buna görə səhər yeməyi zəngin, nahar isə balanslı olmalıdır. Yeri gəlmişkən, günün birinci yarısı şirniyyat da yemək olur. Çünki şirin beyin üçün vacibdir. Yalnız qədərini bilin. Su içməyi də unutmayın. Günə ən azı 1,5-2 litr tükətməlisiniz. Bu arıqlamaq üçün içilən yaşıl çay, qəhvə, meyvə şirəsindən əlavə içilməlidir.

İdmandan əvvəl və sonrakı qidalanma

İdmandan öncə düzgün qidalanmamaq idman zamanı narahatçılığa səbəb ola bilər və ya onu faydasız edə bilər. İdmandan 1 saat öncə yemək lazımdır. Yaxşı olarkı tərkibi zülal və karbohidratlı olsun. Kəsmik, qaynadılmış balıq, toyuq, yumurta kimi. Zülallar kimi karbohidratlar da yaxşı həzm olunmalıdır. Mükəmməl bir seçim kimi, meyvə, tərəvəz sayılır. Məşq zamanı mütləq çoxlu maye qəbul olunmalıdır. Bir saat orta intensivlikdə idman edirsinizsə 1 litr maye itirirsiz.

İdmanın nəticəsini görmək üçün ordan sonrakı qidalanma düzgün seçilməlidir. Hətta bəzi sürətli karbohidratlar + zülallar qəbul edə bilərsiniz. Məsələn, yarim banan. Bu enerjinin sürətli bərpası üçün lazımdır. İdmandan sonra tərəvəzli salatla balıq və ya ət, dəniz məhsulları yeyə bilərsiz.

Yeri gəlmişkən, idman üçün idman zalına getmək vacib deyil. Evdə də bəzi idmanları etmək olar. İdman üçün ən yaxşı seçim qaçmaqdır. Qaçmağa 10 dəqiqədən başlayıb getdikcə artıra artıra 1 saata çatdırmalısız. Bu üsulla aya 10 kq –a qədər çəki ata bilərsiniz. Arıqlamaq üçün gündəlik ayaqla da gəzmək vacibdi. Günü 20 dəqiqədən başlayıb getdikcə çoxaldırsınız.

Topic.az redaksiyası Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Yaxın mövzular

Həyat tərzi ⁄ 15.10.2020 ⁄ 5374 baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir?

Həyat tərzi ⁄ 11.09.2020 ⁄ 5147 baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Həyat tərzi ⁄ 20.05.2020 ⁄ 3873 baxış

Bu qidalar qaraciyəri təmizləyir

Orqanizmamızın ən vacib orqanlarından biri olan qaraciyərin təzələnməsində sağlım qidalanma böyük rol oynayır. Toksinləri xaric edərək yeniləyən bəzi qidalar qaraciyərin sağlamlığını qoruyur.

Həyat tərzi ⁄ 12.05.2020 ⁄ 4059 baxış

Qara düyü nədir? Qara düyünün faydaları nələrdir?

Qara düyü son illərdə faydaları ilə çox məşhur oldu. Tərkibində yüksək miqdarda lif və minerallar olan qara düyünün ürək xəstəlikləri və xərçəngdən qoruyucu ola biləcəyi də deyilir. Bəs bu qara düyü nədir, faydaları nədir? Qara düyü necə bişirilir?

Həyat tərzi ⁄ 29.12.2019 ⁄ 2017 baxış

Xərçəng xəstəliyinin mübarizəçisi

Tərkibindəki sulfuranın miqdarı ilə sağlamlığımız üçün vacib olan brokoli və gül kələmin faydaları saymaqla bitmir. Xüsusilə qışda bu iki qidanı yemək lazımdır. Brokoli faydası baxımından bir addım qabaqdadır

Həyat tərzi ⁄ 28.12.2019 ⁄ 2904 baxış

K vitamini haqqında heç eşitmisiniz?

Vitamin K, çox eşitdiyimiz bir vitamin deyil, təəssüf ki digər vitaminlər qədər adı çəkilmir. Ancaq bu təməl qidaya əhəmiyyət verməmək səhv olardı. Bəs, çoxumuzun eşitmədiyimiz K vitamini nə işə yarıyır?

Comments are closed, but trackbacks and pingbacks are open.