Press "Enter" to skip to content

Oynaqlarda ağrılar, yüksək hərarət və

Bütün bu xəstəliklərin profilaktikası ancaq sanitar-gigiyena qaydalarına riayət edilməsi və kontrolsuz dərman preparatlarının qəbulunun qarşısını almaqdır. Bir sıra xəstəliklərlə bağlı problemlərin ən azından bir qisminin həlli əhali arasında sanitariya maarifləndirmə işlərinin aparılması ilk sırada dayanır. Çox təəssüf hissi ilə onu da demək istərdim ki, əhali ilə yanaşı, bəzi həkimlərimiz arasında da bir sıra maarifləndirmə işləri aparılmalıdır”.

Yüksək hərarəti bunlarla müalicə edin

Adətən uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarətin yaranmasına səbəb orqanizmdəki viruslardır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin onun öhdəsindən yaxşı gəldiyini göstərir.
Hərarəti salmaq üçün müxtəlif dərmanlardan istifadə etməyə tələsməyin. Ev şəraitində heç bir kimyəvi tərkibi olmayan vasitələrlə də hərarəti salmaq mümkündür.
Əgər hərarət yüksəlibsə.
· Təbii portağal şirəsi için
· 1 stəkan böyürtkən yeyin
· Quşüzümü şirəsini su ilə qatıb iç
· Yaşıl yulaf otundan 30 qr. götürüb, 1 litr qaynar suya töküb, 2 saat saxlayın. Gün ərzində üç-dörd dəfə 1/2 stəkan için.
Milli.Az /news.milli.az

Xəbərlər Baxılıb: 939 Tarix: 10 oktyabr 2020

Digər yazılar

“Uşaqları virusdan qorumaq olar. ” – Pediatrdan vacib məsləhətlər

Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır. Epidemioloji vəziyyət nəzərə alınaraq uşaq bağçalarında, məktəbəqədər qruplarda, eləcə də ibtidai siniflərdə tədrisin mərhələli başlanması gözlənilir. Valideynlər övladların

Tüklənməyə və piylənməyə səbəb olan xəstəlik

Son bir neçə ildə tibb elminə məlum olmayan müxtəlif xəstəliklər meydana gəlib. Deyilənə görə, bütün bunların səbəbi atmosferin həddindən artıq çirklənməsi, fəst-fut qidaların çoxalması, mənşəyi məlum olmayan dərmanları

Koronaya yoluxmada ölüm riskini azaldan amil – Araşdırma

Eyni vaxtda qrip və koronavirus infeksiyasına yoluxmaq ölüm riskini iki dəfə artırır. -a istinadən xəbər verir ki, ingiltərəli alimlərin araşdırmasına görə, bu ilin yanvar-aprel aylarında xəstəxanaya yerləşdirilənlərin xəstəli

Sağlam və uzunömürlü olmağın açarı: Qatıq, qəhvə.

Uzun və sağlam ömrün açarı, ənənəvi olaraq hər gün ən azı beş porsiya meyvə və tərəvəz yemək, müntəzəm idmanla məşğul olmaq, balanslı qidalanma sayılıb. -a istinadən verdiyi xəbərə görə, hazırda alimlər hesab edir ki, ömr

Məşhur akademikdən ÇAĞIRIŞ: “İctimai nəqliyyatda. “

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Tədqiqat Epidemiologiya İnstitutunun şöbə müdiri Vadim Pokrovsk

Pandemiyanın ruh sağlamlığımıza təsiri – Özünüzü belə qoruyun

Pandemiya günlərində ruh sağlamlığımızı qorumaq çox önəmlidir. -a istinadən bildirir ki, ÜST-ün məlumatına görə, dünyada 1 milyarda yaxın insan psixoloji problemlər yaşayır. Hər il 3 milyon insan alkoqol istifadəsindən ölü

Alimlərdən öskürək siroplarının təhlükələri barədə XƏBƏRDARLIQ

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, reseptsiz satılan çox sayda öskürək və soyuqdəymə dərmanları koronavirus xəstəliyi zamanı zərərli ola bilər. Tədqiqatçılar Afrikanın yaşıl meymunlarının hüceyrələri üzərində araşdırm

Yatmazdan əvvəl aspirin – İnfarkt riskini azaldır

Beynəlxalq kardioloqlardan ibarət qrup hər gün yatmazdan öncə aspirin qəbul etməyin ürək tutmaları riskinə təsirini araşdırıb. -a istinadən bildirir ki, tədqiqatda aspirin qəbul edən ürək-damar xəstələri iştirak edib. Onla

Bu meyvə ağrıkəsicidən daha TƏSİRLİDİR

Dadı və rəngi ilə göz oxşayan gilas təbii ağrıkəsici vasitəsidir. xəbər verir ki, gilas tərkibində olan C vitamini sayəsində həm viruslara, həm də bakteriyalara qarşı orqanizmin immun sistemini gücləndirir. 20 ədəd gilasd

Oynaqlarda ağrılar, yüksək hərarət və.

Revmatologiya təbabətin elə bir sahəsidir ki, revmatoloji xəstəliklərin həm diaqnostikası, həm də müalicəsi ilə geniş şəkildə məşğuldur. Qədim Yunan həkimi Hippokratın mülahizələrinə görə, revmatizm iltihabı kütlənin baş-beyinə toplanıb ürəyə və oynaqlara axması ilə müşayiət olunan bir problemdir.

Bu qrup xəstəliklər birləşdirici toxumanın zədələnməsi ilə müşayiət olunur. Qədimdə buna kollagenoz deyilirdi. Lakin artıq bu termin qəbul olunmur və birləşdirici toxumanın diffuz xəstəlikləri sırasına aiddir. Revmatik xəstəliklərə diaqnoz qoymaq təbabətin ən çətin məsələlərindən biridir. Oynaq ağrısı ilə müşayiət olunan 120-dən çox xəstəlik var. Sırf bir klinik profilli xəstəxanada revmatik xəstəliklərə diaqnoz qoymaq qeyri-mümkündür. Bunun müxtəlif səbəbləri var.

Kəskin revmatik qızdırmanın (revmatizm) ilkin əlamətləri oynaqlarda, ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, xoreya, qeyri-iradi hərəkətlər, uşaqlarda həmyaşıdlarından fiziki və əqli cəhətdən geriləmələr, dərslərin mənimsəmə göstəricilərinin aşağı düşməsi, dəridə revmatik düyünlərin əmələ gəlməsidir. Dəqiq və vaxtında qoyulmuş diaqnoz olmadıqda heç bir müalicə kursundan söz gedə bilməz. Bir çox xəstəliklərdə olduğu kimi bu növ problemlərdə də vaxt itkisi yolverilməzdir.

Oynaq xəstəliklərinin bir qismində irsiyyət və mühit faktorlar böyük rol oynayır. Mühit faktoru dedikdə, misal üçün Kürdəmir rayonunda proqressivləşən sistemli skleroz çox yayğındır. Bu çox ciddi bir xəstəlikdir. Bir ailənin demək olar ki, bütün üzvləri hazırda bizim klinikada bu xəstəlikdən müalicə alır. Belə bir neçə misal çəkmək olar. Burada əlbəttə ki, irsiyyətin rolu böyükdür. Lakin mühit faktoru da bura əlavə olunduqda xəstəlik özünü daha qabarıq formada büruzə verir. Ümumiyyətlə, bizim ölkədə mövcud meteoroloji iqlim şəraitinin mütəmadi olaraq dəyişməsi bəzi xəstəliklərin yayılmasının səbəblərindən biridir.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının professoru, Səhiyyə Nazirliyinin baş mütəxəssisi, Əməkdar Elm Xadimi Sahib Musayev bildirib.

Professor deyib: “Revmatologiya təbabətin müxtəlif sahələri ilə sıx əlaqədədir. Bunlardan bir neçəsini sadalamaq olar. Endokrinologiya ilə sarkoidoz sindromu, şəkərli diabet, hiperkalsemik kriz, nefrologiya ilə nefrogen podaqra, nefrogen osteomalyasiya, nefrogen osteoparozla əlaqədədir. Hematologiya ilə əlaqədə əsasən uşaqlar arasında geniş yayılmış yuvenil artritləri misal çəkmək olar. Yuvenil artritləri çox zaman kəskin limfоblastleykozun əlaməti kimi özünü büruzə verir. Yəni, burada kiçik bir səhv insan həyatına təhlükə yaradır. Revmatologiya kardiologiya ilə də geniş əlaqəlidir. Məsələn, revmatik endokardit ürək qüsurlarının əmələ gəlməsi damar fleboloji cərrahiyyə bağlılığı var.

Revmatik xəstəliyə dəqiq diaqnoz qoymaq üçün çoxprofilli klinika və ən müasir standartlara cavab verən immunoloji laboratoriya vacibdir. Dəqiq diaqnozun qoyulması üçün bütün bu sahələrin mütəxəssisləri ilə birgə diaqnostika aparılmalıdır. Tədris-Terapevtik Klinikasında demək olar ki, bütün bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər var.

Revmatik xəstəliklər arasında ən geniş yayılmışları revmatoid artrit, revmatoid sinovit, Bexterev xəstəliyidir. Revmatizm xəstəliyinə uşaq və yeniyetmələrdə daha çox rast gəlinir. Bu birləşdirici toxumaların iltihabı xəstəliyidir. Revmatizm kimi qəbul etdiyimiz xəstəliyin əsl adı kəskin revmatik qızdırmadır və kəskin beta hemolitik streptokoklar (AGBHS) tərəfindən törədilir. Bu xəstəlik daha çox immun sistemi zəif olan uşaqlarda inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmadıqda isə xroniki hal alır və uzun illər tədricən inkişaf edərək ağırlaşmalara səbəb olur. Revmatizmin əsas əlamətləri oynaqlarda ağrı və şişkinlikdir ki, bu da çox vaxt hərəkət məhdudiyyəti və oynağın deformasiyası ilə nəticələnir. Bu xəstəlikdən əziyyət çəkən insanlar tez yorulur və onların əmək qabiliyyəti nisbətən aşağı düşür. Oturaq həyat tərzi də deformasiyaedici ostreartrozlara və fiziki-psixi gərginliyə səbəb olur.

Ümumiyyətlə, birləşdirici toxumanın diffuz xəstəlikləri cəmiyyətin ən ciddi problemlərindən biridir. Bura əsasən sistem qırmızı qurd eşənəyi, sistem sklerozu, şarp sindromu, şiqren xəstəliyi və digərləri aid edilir. Bu xəstəliklər Azərbaycanda geniş yayılıb və onlara oynaqların irsi-digenerativ xəstəlikləri, osteoartrozlar, podaqralar aiddir.

Azərbaycanda çox geniş yayılmış xəstəliklərdən biri də behçet xəstəliyidir. Bu problemə Asiya irqi insanları arasında daha çox rast gəlinir. Behçet xəstəliyi də oynaqlarda ağrı, ağızda xoralar, göz və cinsiyyət orqanlarının zədələnməsi ilə müşayiət olunur. Çox zaman bu xəstəlik haqqında heç bir məlumatı olmayan insanlar əlamətlərə əsasən diş həkimi və ya oftalmoloqa müraciət edirlər. Bu xəstəlik qadınlarda vaginit, kişilərdə isə balanit kimi göstəricilərlə özünü büruzə verir. Belə olduğu təqdirdə xəstəliyə uzun müddət düzgün diaqnoz qoyulmur ki, bu da çox az müddətdə görmə qabiliyyətini tam itirilməsi kimi ağır fəsadlara səbəb olur.

Sistem qırmızı qurd eşənəyi xəstəliyinə hazırda daha çox gənc analar arasında rast gəlinir. Misal üçün erkən yaşda düşüklər, vaxtından əvvəl doğuş, uşaqsalma kimi problemlərin səbəbi kimi göstərilir. Adıgedən xəstəliyin əlamətləri dəridə əmələ gələn müxtəlif ölçüdə səpkilər, oynaqlarda ağrılar, yüksək hərarət və iltihabi prosesin baş verməsidir. Yalnız bu əlamətlər araşdırıldıqda sonra dəqiq diaqnoz qoymaq mümkündür. Sistem qırmızı qurd eşənəyi əvvəllər sağalmayan xəstəliklər qrupuna aid edilirdi. Müasir müalicə üsulları vasitəsilə bu xəstələrin təxminən 20 faizi sağalır. Vaxtında qoyulan diaqnoz xəstənin sağalmasında əsas rol oynayır. Belə olmadığı təqdirdə isə bu xəstəlik əlillik və ya xəstənin həyatını erkən itirməsi ilə nəticələnir.

İmmunoloji əlamətlərin dəqiq diaqnozu olmadıqda bu xəstəliklərin heç birini təyin etmək mümkün deyil. Çox zaman yeniyetmələrdə oynaq xəstəliyi kimi qəbul etdiyimiz xəstəliyin sonunda leykoz olduğu məlum olur. Bu zaman isə xəstəliyin ağırlaşmalarında itirilmiş zaman çox böyük rol oynayır. Onu da qeyd edim ki, müasir təbabət leykozun müalicəsində çox irəliləyib. Demək olar ki, bu xəstəlikdən əziyyət çəkənlərin 100 faizi sağalır. Xəstəliyin sağalmasında əsas faktor vaxt itkisinə yol verməmək, xəstənin düzgün istiqamətə yönəldilməsi, müayinə, müalicə və praktik tədbirlərin vaxtında təşkilidir.

Bəzi xəstəliklər var ki, onların əlamətləri revmatik xəstəliklərlə uyğundur və həkimləri çaşdırır. Bunlar oynaqda ağrı, hərarətin artması, dəridə dəyişikliklər, titrəmələrdir. Bütün bu simptomlar revmatik xəstəliyi xatırladır. Lakin burada da zaman faktoru və düzgün diaqnozun rolu əsasdır.

Bütün bu xəstəliklərin profilaktikası ancaq sanitar-gigiyena qaydalarına riayət edilməsi və kontrolsuz dərman preparatlarının qəbulunun qarşısını almaqdır. Bir sıra xəstəliklərlə bağlı problemlərin ən azından bir qisminin həlli əhali arasında sanitariya maarifləndirmə işlərinin aparılması ilk sırada dayanır. Çox təəssüf hissi ilə onu da demək istərdim ki, əhali ilə yanaşı, bəzi həkimlərimiz arasında da bir sıra maarifləndirmə işləri aparılmalıdır”.

Milli.Az

Körpələrin və uşaqların hərarəti neçə dərəcə olmalıdır?

Yüksək hərarət (qızdırma) bədən temperaturunun periodik dəyişiklikdən çox olmasıdır. Bədən istiliyi ölçüldüyü zamana, ölçüm edilən bədən nahiyəsinə və insanın yaşına görə fərqlənir. Santral bədən istiliyi beyindəki istilik requlyasiya mərkəzi olan hipotalamus tərəfindən 37 C olaraq qorumağa çalışır. Viral infeksiyaların inkişafı əsnasında simptom kimi rast gəlinən yüksək hərarət həm də koronavirusun əlamətləri arasındadır. Uzman dr. Hakan Onur uşaqlarda və körpələrdə yaranan yüksək hərarətlə bağlı məlumat verib.

Uşaqlarda və körpələrdə hərarət neçə dərəcə olmalıdır?

Bədən istiliyi xarici və daxili istiliyə ayrılır. Xarici istilik bədənin səthinin istiliyidir və əsasən qoltuq altı və alından ölçülür. Daxili istilik isə orqanların istiliyidir və əsasən xarici istilikdən 1 dərəcə yüksək olur. Rəqəmsal termometri qoltuq altına yerləşdirməklə ölçülür. Ümumilikdə 40,1 dərəcədən artıq bədən temperaturu dərhal dəyərləndirilməlidir. Ən yaxın səhiyyə ocağına müraciət olunmalıdır.

Hərarətin yüksək olduğu necə bilinir?

Narahatlığın artması, iştahın azalması əsas əlamətlər arasındadır. Ancaq yenə də hərarət dəqiq şəkildə ölçülməlidir.

Hansı vəziyyətlərdə yüksək hərarətdən şübhələnilməli və həkimə müraciət olunmalıdır?

– Körpənin iki aylıqdan kiçik olması
– Hərarətin 40 dərəcədən yüksək olması
– Körpənin dayanmadan ağlaması
– Çətin oyandırmaq
– Dəridə töküntü olması
– Uşağın xəstəhal görünüşü
– Udqunma çətinliyi

Hərarət necə ölçülür? İlk müdaxilə necə olmalıdır?

Əgər uşaqda normadan artıq hərarət varsa və onun ümumi vəziyyəti pis deyilsə, ona davamlı şəkildə çoxlu maye içizdirmək və temperaturunun azalması üçün paltarlarını çıxarmaq lazımdır.

Həkimə nə zaman müraciət edilməlidir

Hərarət orqanizmə daxil olan infeksion patogenlərə qarşı inkişaf edən normal fizioloji bir reaksiyadır və infeksiya ilə mübarizədə vacib rol oynayır. Hərarət əsasən ev şəraitində düşürülsə də, bəzən ciddi infeksiyaların nəticəsi kimi meydana çıxa bilər. Buna görə hərarəti yüksək olan uşaq 24 saat ərzində həkim nəzarəti altında olmalıdır.

Hərarətin koronavirusa və ya qrip görə yüksəldiyini anlamaq olarmı?

Hərarət bədənin infeksiyalara qarşı apardığı mübarizəni gücləndirən, həyəcan mexanizmlərini hərəkətə gətirən bir vasitədir. Bütün viral infeksiyalar zamanı hərarət yüksələ bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə 4 yaşınadək olan uşaqların ildə 5-8 dəfə hərarətin yüksəlməsi ilə bağlı problemləri ola bilər və bunların 70-75 %-i viral infeksiyalarla əlaqəlidir. Bu virusları aşkarlamaq üçün qandan, burun və boğaz yaxmasından nümunələr götürülür. PCR üsulu ilə virus izolyasiyası aparılır.

Uşaq xəstəlikləri mütəxəssisinə müraciət olunmalı və körpənin ümumi müayinəsi aparılmalıdır. Buna görə müalicə tətbiq edilməlidir.

Uşaqlarda hərarət necə aşağı salınır?

Hərarətin salınması üçün ilk olaraq körpənin əynini seyrəltmək və ilıq su ilə üz-gözünü islatmaqdır. Qızdırmanı salan ən güclü dərman preparatlarından biri kimi parasetamol istifadə etmək olar.

Soyuq su, buz, spirt, sirkə tətbiqi yalnız dərinin üstündə soyutma yaradır və beyinə üşütmə xəbərdarlığı göndərir. Buna görə də hərarət daha da artaraq ciddi nəticələrə səbəb ola bilər. Hərarəti artan bədənin metabolizması sürətlənir. Buna görə bol maye qəbul etmək lazımdır. Əgər uşağın ümumi vəziyyəti yaxşı deyilsə, xəstəxanaya yerləşdirilməli və orada uyğun qaydada müalicə almalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.