Qızdırması olan uşaqlara bunları etməyin – PEDİATR MƏSLƏHƏTİ
1.Uşağınızın bir şəxsiyyət kimi formalaşmasinda, savadli, məsul, adil bir insan olmasında yardımçı olar. Onun bütün istəklərinin reallaşa bilməyəcəyini bilməsi uşağın psixoloji inkişafında olduqca önəmli faktordur.
Uşaqları düzgün tərbiyə etmənin yolları
Uşaqlarımıza düzgün davranış öyrətmək dedikdə, çox vaxt insanlar arasında cəzalandırma ve ya onlarla sərt davranmaq kimi anlayışlar başa düşülür, amma əslində heç də belə deyil. Uşaqlarımız gələcəyimizin güzgüləridir. Bildiyimiz kimi, hər bir uşağın tərbiyəsində ailənin rolu böyükdür. Uşaqlara hər dediyimiz sözə diqqət etməliyik, çünki onların gələcəkdə öz mövqelərini tutmaqları üçün valideyn tərbiyəsindən çox şey aslıdır. Uşaqlara nəyin doğru, nəyin sehv olduğunu göstərmək üçün və doğruların həyatımızda əhəmiyyətini anlatmaqla uşaqlarda düzgün davranışı sərgiləyə bilərik. Uşaqlar səhv edən zaman onlara istər fiziki, istərsə də psixoloji təsir göstərmək olmaz, bu uşaqları daha da ruhdan salar və həyata küsdürər. Ona görə etdiyimiz hər bir hərəkəti onları incitmiyəcək tərzdə etməliyik. Buradan bele bir sual ortaya çıxır:
Uşaqlarımıza düzgün davranışı öyrədən zaman nələri nəzərə və diqqətə almalıyıq?
1.Uşaqların müəyyən yaş dövrləri var ki, uşaqlar o zaman özlərini diqqət mərkəzində hiss edirlər, sanki dünya onların istəklərinin ətrafında fırlanır, bir sözlə, çılğın olurlar. Mən deyərdim ki, bu zamanda uşaqlarımızdan yetkin bir davranış gözləmək heç də düzgün deyil. Hər bir uşaq uşaqlığını yaşamalıdı və bu onların gələcəyi üçün çox vacibdir.
2.Uşaqların əsəbi, hirsli olan vaxtlarında onları öz hisləri ilə yaşamağa icazə verin. Çalışın onun yanına getməyəsiz, o sakitləşən zaman gedib onunla söhbət apara bilərsiz, amma onları dinləmək şərtilə. Bu hal kiçik yaşlı uşaqlarda daha uğurlu bir addım sayıla bilər. Onlar hislərini ifadə edən zaman çalışıb onları diqqətdən dinləyib sonra nəyin düz, nəyin sehv olduğunu başa salmaq lazımdır. Əgər uşağınız hirsli olan zaman ona hər hansı bir fiziki cəza göstərsəniz inanın siz uşağınızın sadəcə nifrətini qazana bilərsiz. Nəzərə almalısınız ki, uşaqlar o dövrlərində çox həssas olurlar.
3.Yuxarıda dediyimiz kimi uşağınız hirsli olan zaman onun altında yatan duyğunu araşdırın, yəni ki onun hirsinin səbəbini araşdırın. Bəlkə uşağınız siz xəstəsiz ve ya üzgünsünüz deyə esəbini,hirsini nəyisə dağıtmaqla, kiməsə əsəbləşməklə cıxardır? Çünki uşaqlar o vaxtlarında sirrli olurlar, nəyisə paylaşmaq da çətinlik çəkirlər, sanki içlərində nəyisə səhv deyərəm deyə bir qorxu olur.
4.Hislərini ifadə etməkdə çətinlik çəkdiyini görürsünüzsə, onlara yardımçı olun. Ona inandığınızı hər dediyi sözdə onu başa düşməyə çalışacağınıza inandırın. Sizə güvən hissi yaratmağa çalışın. İnanın o zaman o hər bir sirrini sizinlə paylaşacaqdır, qorxusunu dəf edəcəkdir.
5.Uşaqlar hər etdiyi hərəkətdə məsuliyyəti gözə almağı öyrənməlidirlər və sizin üzərinizə düşən tək vəzifə isə onların hər zaman yanında olmaq və onlara olan güvəninizi hiss etdirməkdir. Uşaqlarımız o yaşlarda çox tez küsən, inciyən olurlar. Siz uşaqların inciklik vaxtında sevginizi tam və mülayimcə göstərsəniz, o incikliklər yavaş-yavaş aradan qalxacaqdır.
6.Uşağınıza bir hərəkəti etməyə əmr etməyin, sadəcə variantlar irəli sürün, uşaqda heç fərqinə belə varmadan, siz dediyiniz variantlardan birini seçəcəkdir. İnanın bu uşağınızın özünə olan etibarını artıracaqdır. Onlarla qətiyyən sərt davranmaq olmaz. Bu onları daha sərt ve tərs edə bilər. Bu məqamlara diqqətdən yanaşin.
7.Uşaqlarınıza bir hərəkəti etməyə məcbur şəkildə israr etməyin, bu hərəkəti etməkdə onlarda sevgi və istək yaradın. Bunu daha səmərəli əldə etmək üçün oyun, zarafat və gülmək qata bilərsiz. Bu, uşaqların diqqətini daha çox çəkəcəkdir.
8.Əgər nəyəsə və ya kiməsə əsəbləwmişsizsə, o zaman o mühiti tərk edin, uzaqlaşmağınızın səbəbini ise uşaqla danışın, ondan nəyisə gizlətməyə çalışmayın. İnanın siz nəyisə gizlətsəniz (yəni uşağın bilməsi vacib olan şeyi) və düşünsəniz ki, uşaqdı da başa düşmür, amma onu deyim ki, uşaqlar hər bir şeyi tez duya bilirlər. Uşağınız bir şeyi səhv duyunca özünüzdən düz olanı eşitməsi məncə daha məqsədəuyğundur.
9.Uşağınızın üzərində olan məsuliyyətinizi heç bir zaman unutmayın.
10.Heç bir zaman uşağınızın uğurunu şişirtməyin, bu onda daha lovğa və özündən razı bir xarakter formalaşdırar.
Demirəm ki, onun uğurunu gözə almıyasınız sadəcə hər birşeyi normasında etməyi gözə alın.
Uşağa “xeyr, yox” sözlərini demək nə üçün əhəmiyyətlidir?
1.Uşağınızın bir şəxsiyyət kimi formalaşmasinda, savadli, məsul, adil bir insan olmasında yardımçı olar. Onun bütün istəklərinin reallaşa bilməyəcəyini bilməsi uşağın psixoloji inkişafında olduqca önəmli faktordur.
2.Xeyr dediyinizdə uşağınıza qadağa qoyduğunuz halda, qəbul edilməmiş qadağalar uşağınızı incitməz, əksinə onların içinə bir güvən verər. Qadağalar naməlum olduqda uşagınız özünü etibarsız biri hesab edəcəkdir. Onun ehtiyaclarını başa düşmək onun hər dediyini etmək demək deyildir. Ancaq qadağaları davamlı olaraq dəyişdirməməlisiz, “xeyr” sözünün üstündə durmaqda çox əhəmiyyətlidir. Bəzi “xeyr”lər uşaqların yaşına görə “bəli”yə çevrilə bilər. Ümumiyyətlə sözünüzün üstündə durmağı bacarın kifayətdir.
3.Uşağınızla dost olmağı çoxda ön plana çıxarmıyın. Uşağınızla yoldaş olsanız onu yetkin kimi qəbul etsəniz, onun uşaq olmasından irəli gələn haqqını əlindən almış olacaqsınız. Siz onun yaşıdı kimi olsanız, uşağınız onu qoruyan, ağlı başında, qadağa qoyan ata-anadan məhrum olar. Əlbəttə ki, oyun içində və bəzi hallarda yoldaşlıq etməkdən söz etmirem. Bütün əlaqəni yoldaşlıq şəklində qurmaqdan danışıram.
4.Uşaqlarınıza hər bir şeyin necə çətin əldə edildiyini anlatmağa çalışın. Uşağa yox deməyi bacarin, amma nəyə görə “yox olmaz” kəlməsinin də tutarlı səbəbini göstərin.
“Xeyr” söylədiyimiz zaman nələri diqqətə almalıyıq?
1.”Xeyr”ləri yumşaq, isti, ancaq qısa, qərarlı bir tonda söyləyin. Xeyr dediyiniz zaman uşağınızın marağını başqa sevə biləcəyi bir işə çəksəniz uşağınızı daha çox sevindirmiş olarsız.
2.Hər zaman öz istəklərinizdən çıxış etməyin. Mənəvi enerjinizi uşaqların daha çox sevəcəyi işlərə yönləndirməyi bacarın. Qoyun uşağınızın içində olan o daxili enerji çölə çıxsın.
3.Xeyr dediyiniz şeyə həyatınızda nə qədər yer verdiyinizə bir nəzər salin. Coco-colanın və ya çipsinin zərərli bir şeylər olduğunu izah edib, bu səbəbə əsasən onun içməsinə və ya yeməsinə icazə vermirsiz, ancaq uşaqlarınıza zərərli olduğunu başa saldığınız şeyləri hər axşam edirsinizsə, siz necə inandırıcı görünə bilərsiz?
Çalışıb uşağınızın sizə olan güvənini boşa çıxarmayasınız.
4.”Xeyr” dediyiniz şeyə qarşı uşağınızın marağı arta bilər, sizi sınamaq məqsədilə dəfələrlə və hətta tələbkarcasına bu istəyini təkrarlaya bilər. Səbrlə “xeyr” sözünü təkrarlaya bilsəniz, məqsədinizə çatmış olarsınız. Həm “xeyr” dediyiniz edilməyəcək, həm də uşağınız sizin qəti rəftarınız qarşısında dayanmağı, davranışlarını nizamlamağı öyrənəcəkdir.
“Xeyr” deyə bilmək, ilk eşidildiyi zaman insana ürküntü, narahatlıq verə bilər. Hələ kiçik uşağınıza qarşı tətbiq oluna biləcək kimi görünməyə bilər. Ancaq qadağanı bilən, əngəllər, maneələr qarşısında şəxsiyyətini formalaşdıra bilən, lazım olduğu zaman imtina etməyi də sonuna qədər bacara bilən bir gənc-yetkin böyütməyin, formalaşdırmağın şərtlərindən biri də uşağınızı doğru şəkildə tərbiyə edə bilmək, intizamı kifayət qədər və lazımınca verə bilməkdir. Ən əsası isə nə olursa olsun, nə baş verirsə versin onları çox sevdiyinizi söyləməyi heç bir zaman unutmayın.
Qızdırması olan uşaqlara bunları etməyin – PEDİATR MƏSLƏHƏTİ
Aile.lent.az pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.
Bir çoxumuz qızdırmalı uşağa yanaşma mövzusunda təxmini məlumatlara sahibik. Bir az da ordan-burdan eşitdiyimiz məlumatlarla hərəkət edirik ki, bu da bəzən temperaturun daha da yüksəlməsinə səbəb olur. Temperatur zamanı necə etməli, hansı vasitələrə əl atmalı kimi məsələlər haqqında isə hər birinizə ümumi məlumatlar lazımdır.
Qışla birlikdə, xüsusilə məktəb dövründəki uşaqların çoxunda qızdırmalı xəstəliklər dövrü başlayır. Uşağın hərarəti isə, ümumiyyətlə, ana-atalarda çaxnaşma yaradır. Halbuki qızdırma hər zaman qorxulu bir vəziyyət deyil. Əhəmiyyətli olan qızdırmalı uşağa necə yanaşmaq və nə lazım olduğunu bilməkdir.
Uşaqlarda hərarət qısa müddət içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Qızdırmalı uşaqların yalnız az bir qismində antibiotik müalicəsi ehtiyacı olan bakterial infeksiyalar olur. Qızdırmanın müalicəsində əsas məqsəd uşağın rahatladılması və narahat edilməməsidir.
Hərarətin normala düşməsi, hərarətə səbəb olan xəstəliyin müalicəsi mənasını vermir. Simptomatik müalicədə məqsəd bədən temperaturunu normal səviyyəsinə salmaq olmamalıdır. Böyük uşaqların özünü yaxşı hiss etdiyi, kiçik uşaqların isə rahatladığı bir bədən temperatur səviyyəsi müalicə üçün kafidir. Yəni qızdırmanın müalicəsi üçün bədən istiliyinin mütləq 36 dərəcəyə düşmüş olması lazım deyil.
Yüksək hərarətə zamanı görülən ilk 5 tədbir:
– Paltarlarına diqqət edin: 38.5 dərəcə hərarəti olan uşağınızın üzərindəki çox geyimləri çıxarın.
– Maye qəbuluna diqqət edin: Bol miqdarda su və sulu qidalar qəbul etməsini təmin edin.
– Mühitin istiliyini nəzərə alın: Olduğu mühitin istiliyini 21-22 dərəcə arasında saxlamağa çalışın.
– İlıq duş aldırın: 29-32 dərəcə istilikdəki ilıq suyla duş aldırın və ya yaş bezlə kompress edin.
– Hərarət salan həblər verməyin: Qızdırmanın 39 dərəcəyə çıxması vəziyyətində həkiminizlə məsləhətləşib uşağa hərarət salan həblər verə bilərsiniz.
Yüksək hərarət zamanı edilməməsi lazım olan 5 hərəkət:
1. Üşüyən və titrəyən qızdırmalı uşağınızın üzərini örtməyin.
2. Qalın paltarlar geyindirməyin.
3. Soyuq suyla duş etdirməyin.
4. Spirt və sirkəli suyla kompres etməyin.
5. Fasiləsiz olaraq hərarət salan həblər verməyin.
Bir çox ana-ata tərəfindən edilən bu səhv addımlar qızdırmanın daha da yüksəlməsinə, dərman və spirt zəhərlənməsi kimi nəticələrə yol aça bilər.
3 aylıq körpələrdə hərarətə diqqət edin!
Uşaqlarda hərarət, ümumiyyətlə, 2-3 gün içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Ancaq qızdırmalı uşağın yaşı burada çox əhəmiyyətlidir. Xüsusilə 3 aylıq qızdırmalı uşağı vaxt itirmədən mütləq həkim nəzarəti altında saxlamalı, hərarətə yol açan vəziyyəti araşdırmalı və müalicəsi xəstəxana şəraitində aparılmalıdır.
Qızdırma üçün kritik müddət 3 gündür.
3 aydan böyük uşaqlarda hərarətin dərəcəsi və müddət vaxtına xəstənin ümumi vəziyyəti göz qarşısında saxlanılaraq nəzarət edilməlidir. Ümumi vəziyyəti yaxşı, qidalanması pozulmamış, hərarəti 38.5 dərəcənin altındakı uşaqlar evdə 3 gün simptomatik müalicə ala bilər. Əgər hərarətin müddəti 3 günü keçirsə, həkim müayinəsi mütləq lazımdır.
2 yaşından kiçik uşaqlarda əhəmiyyətli olan simptomlar
Qızdırmalı uşaqlarda və xüsusilə körpələrdə aşağıdakı simptomlardan biri və ya bir neçəsi qızdırmaya yoldaşlıq edirsə, həyatı təhdid edən ciddi bakterial infeksiya ehtimalı səbəbiylə vaxt itirmədən bir həkimə müraciət edilməlidir.
Mütləq həkiminizə bildirməlisiniz:
– Hərarətin 40 dərəcəyə yüksələrsə və 72 saatdan daha uzun müddət davam edirsə;
– Qızdırmayla birlikdə uşağınızdan davamlı ağlama, inləmə və toxunulduğunda narahatlıq halı varsa;
– Hərarətin düşməsinə baxmayaraq narahatlığı davam edirsə;
– Davamlı mürgüləmə halı, şüur bulanıqlığı və sayıqlama kimi hallar varsa;
– Əmgəyində atma və qabarıqlıq varsa;
– Hərarətlə birlikdə dərisində bənövşəyi ləkələr əmələ gəlirsə;
– Ağızda quruluq, göz yaşının olmaması, göz kürəsində və əmgəydə çöküklük kimi maye itkisi simptomları varsa;
– Çətin və tez nəfəs alırsa, öskürək, sinə ağrısı, qulaq ağrısı, qarın ağrısı, boğaz ağrısı, davamlı qusma, ishal, sidik çıxararkən yanma, sidik rəngində dəyişmə kimi simptomlar varsa
Uşaqlarda hərarətə gətirib çıxaran 15 səbəb:
1. İnfeksiyalar: zökəm, üst tənəffüs yolu infeksiyaları, qızılca, su çiçəyi, tonzillit, sinusit, orta qulaq iltihabı, sətəlcəm, sidik yollarının infeksiyaları, qastroenterit, meningit, ensefalit, myokardit, endokardit, perikardit, artrit, osteomyelit, sepsis kimi
2. Peyvəndlər: körpəlik dövründə reallaşdırılan xüsusilə qarışıq peyvəndlərdən sonra
3. Zədə, əzələ içi iynəsi, diş çıxarma, yanıq kimi
4. Su itkisi: İshal, qusma, yanıq və s.
5. Xəbis hadisələr:lenfoma, metastatik xəstəliklər
6. Dərmanlar: Antibiotiklər, atropin, amfetamin, amfoterisin kimi
7. Qan tranfüzyonları
8. Baş travmaları
9. Bioloji agentlər
10. İmmunoloji xəstəliklər: artrit, sistemik lupus eritomatozus
11. İltihab xəstəliklər: iltihab bağırsaq xəstəliyi
12. Endokrin xəstəliklər
13. Metabolik xəstəliklər
15. Səbəbi bilinməyən xəstəliklər
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
Comments are closed, but trackbacks and pingbacks are open.