Press "Enter" to skip to content

Zərərli proqram nədir? Tərif və 6 nümunə

Semalt baş müştəri müvəffəqiyyəti meneceri Julia Vashneva, kompüter viruslarından və zərərli proqramlardan qorunmaq üçün aşağıdakı beş tövsiyəni təqdim edir.

Malware nədir?

Azərbaycan dilində pisniyyətli proqram və ya zərərli proqram mənasına gələn malware , kompüterin resurslarına, yaxud orada saxlanılan informasiyaya icazəsiz əldə etmək və onlardan istifadə etmək, kompüterü yavaşlatmaq, yaxud sahibinə ziyan vurmaq (məlumatı silmək, dəyişdirmək) üçün nəzərdə tutulmuş proqram təminatıdır. İngilis dilində Malicious software(pisniyyətli proqram təminatı) sözünün qısaltması olan malware pisniyyətli və ya zərərli proqramlara verilən ümumi bir addır .

Malware , zərərli proqramları son dərəcə təhlükəlidir. Bəziləri belə düşünə bilər, mənim kompüterimdə önəmli bir məlumat yoxdu malware yoluxsa heçnə olmaz, bu çox səhv fikirdi. Malware yalnız kompüteri yavaşlatmır və ya məlumat oğurlamır. Bəziləri kompüterinizi bot kimi istifadə edərək, kompüterinizin başqaları tərəfindən uzaqdan istifadəsinə səbəb olarlar.

Bəzən insanlar malware ilə virusu qarışdırırlar. Bir şeyi bilmək lazımdır ki, malvare viruslarında daxil olduğu zərərli proqramların ümumi adıdır. Virus malwarenin bir növüdür və ya çeşididir.

Malware(zərərli proqram) növləri nələrdir?

Malware zərərli proqramlarının bir çox növü var. Biz sizə ən çox yayılmış olan zərərli proqram növlərini göstərəcik:

1. Virus nədir?

Kompüter virusu və ya virus uzun müddətdir həyatımızda olan bir anlayışdır. Viruslar qanuni fayllara və proqramlara girərərək, virusa yoluxmuş veb saytlar, flash sürücülər və e -poçtlar vasitəsilə yayılır. Qurban, yoluxmuş proqramı və ya faylı açaraq virusu aktivləşdirir. Virus aktivləşdirildikdən sonra faylları silə və ya şifrələyə, tətbiqləri dəyişdirə, sistem funksiyalarını deaktiv edə bilər.

2. Worm(Soxulcan) nədir?

Kompüter şəbəkələrinin bəndləri boyunca öz-özünü çoxaldan (yəni müstəqil olaraq yayılan) kompüter virusu növü. Kompüterinizdəki şəbəkə bağlantısı sayəsində heç bir quraşdırılmış faylda gizlənmək məcburiyyətində olmayan soxulcan, şəbəkə bağlantısı üzərindən hər hansı bir kompüterə yoluxa bilər. Ən böyük fərq, kopyalanıb çoxalması üçün heç bir insan hərəkətinə ehtiyac duymamasıdır.

3. Trojan Horse(Troya atı,troyan) nədir?

Troya atı, təhlükəsiz görünən bir tətbiq altında maskalanan dağıdıcı bir proqramdır. Bir proqramla kompüterinizə yüklənən bu virus arxa planda gizli şəkildə işləyir.Məsələn, ən hiyləgər Troyan növlərindən biri, kompüterinizi viruslardan təmizlədiyini iddia edən, lakin bunun əvəzinə kompüterinizə Troyan yoluxduran bir proqramdır. Truva atı, yaxşı bir proqram görünümündə e-poçt əlavəsində və ya pulsuz yüklənmədə gizlənir. İstifadəçi e-poçt əlavəsini klikləyəndə və ya pulsuz proqramı yüklədikdə içərisində gizlənmiş zərərli proqramlar istifadəçinin kompüter cihazına köçürülür, içəri girən zərərli kod, təcavüzkarın yerinə yetirmək üçün nəzərdə tutduğu hər hansı bir vəzifəni icra edə bilər

4. Bot və Botnet və ya Zombie (zombi) nədir?

Bir Bot, şəbəkədə olan və sahibinin xəbəri olmadan üçüncü şəxslərin istifadə etdiyi, zərərli proqramlarla yoluxmuş və spam göndərən bir kompüterdir . Daha sonra bot (və ya zombi kompüteri) daha çox kiber hücumlar etmək və ya botnetin (botlar toplusu) bir hissəsi olmaq üçün istifadə edilə bilər. Dünyada spam trafikinin 50–80%-i zombi kompüterlərin payına düşür. Botnetlər, DDoS hücumlarının yayılması, fidyə proqramlarının yayılması, keyloger və digər zərərli proqramların yayılması üçün məşhur bir üsuldur. Adətən, “zombiləşdirmə” üçün Troya proqramından istifadə olunur

5. Rootkit(Rutkit) nədir?

Bir rootkit, bir kompüterə və ya proqram sahəsinə icazəsiz giriş vermək üçün hazırlanmış və tez -tez mövcudluğunu və ya başqa bir proqramın mövcudluğunu maskalayan zərərli proqramların toplusudur. Rootkit-in aşkarlanması çətindir, çünki onu tapmaq üçün nəzərdə tutulan antivirus proqramını alt -üst edə bilər. Təsbit etmə üsullarına- etibarlı əməliyyat sistemlərindən, davranış metodlarından, imza analizindən, fərq analizindən və yaddaş boşaltma analizindən istifadə etmək daxildir. Rootkit -in çıxarılması, xüsusən də rootkitlərin nüvədə yerləşdiyi zaman çətin və ya praktiki olaraq qeyri -mümkün ola bilər. Firmware rootkitləri hardware(avadanlıq) dəyişdirilməsi və ya xüsusi aparat tələb edə bilər.

6. Ransomware(fidyə proqramı) nədir?

Azərbaycan dilində fidyə proqramı olaraq bilinən ransomware, yoluxmuş sistemdəki faylları şifrələyir və müəyyən bir ödəniş qarşılığında faylların şifrəsini açmaq üçün lazım olan şifrəni qurbana göndərəcəyini bildirir. Pul mənbəyi olaraq görülən şirkətləri əsas hədəf olaraq qəbul edən bu zərərli proqram çox təhlükəli olmaqla bərabər, çox da səssiz işləyir. Ən çox yayılmış forması, phishing e -poçtlarını açmaq və ya zərərli proqramları olan veb saytları ziyarət etməkdir. Məsələn, internet haqqı ödənilmədikdə və faiz gəldiyi kimi saxta məlumat verilir, istifadəçi bu faylı açanda və ya kompüterinə yüklədiyi zaman bu virusa yoluxur.

Wannacry adlı bir virusun istifadə edildiyi 2017 -ci ildə baş verən bu qlobal kiber hücumla, fidyə proqram virusları Windows əməliyyat sistemli yüz minlərlə kompüterə sızmağı bacardı və bu hücum internet tarixində ən böyük virus hücumlarından hesab edildi.

7. Spyware nədir?

Spayware və ya casus proqramlar, zərərli istifadə üçün kompüterinizdən gizli şəkildə məlumat toplayan bir növ zərərli proqram və ya kompüter virusu üçün istifadə olunan bir termindir. Bir casus proqram, kompüterinizdəki parolları götürə bilər, ekranınızın ekran görüntülərini çəkə bilər və maliyyə fırıldaqçılığı üçün kredit kartınızı və digər ödəniş məlumatlarınızı oğurlaya bilər. Beləliklə, kompüterdəki məlumatlar sizin xəbəriniz olmadan müxtəlif məqsədlər üçün istifadə olunur.

8. Adware(zərərli reklam proqramı ) nədir?

Yalnızca istifadəçi məlumatlarından istifadə etməzlər, həm də brauzer parametrlərini də dəyişirlər. Anlaya bilmədiyiniz reklamlar görürsünüzsə və brauzerinizin ana səhifəsi hər açdığınızda eyni səyfəyə gedirsə, bu Adware virusuna yoluxduğunuz deməkdir. Adware, ən gəlirli, ən az zərərli zərərli proqram növlərindən biridir və mobil cihazlarda getdikcə populyarlaşır. Adware, proqramın istifadəçisinə avtomatik olaraq reklam göstərməklə gəlir əldə edir.

9. Scareware nədir?

Kiber cinayətkarlar qurbanları saxta tətbiqlər almağa təhrik etmək üçün kompüterlərimizin və ya smartfonlarımızın yoluxduğunu düşündürərək bizi qorxudarlar. Belə ki, Tipik bir scareware fırıldaqçılığında internetdə gəzərkən “Xəbərdarlıq: Kompüterinizə virus yoluxmuşdur!” və ya “Virus təspit edildi!” yazan xəbərdarlıq mesajları görə bilərsiniz. Kiber cinayətkarlar bu proqramları və qeyri -etik reklam tətbiqlərini, istifadəçiləri qorxudaraq saxta tətbiqləri almaları üçün istifadə edir.

10. BackDoor(arxa qapı) nədir?

Backdoor, müxtəlif ssenariləri və texnikaları istifadə edərək, bir proqramda və ya sistemdə normal giriş və çıxış nöqtələri xaricində qəsdən və ya bilməyərəkdən yaradılmış, sistemə və ya proqrama girişin mümkün olduğu və açıq yerlərə verilən ümumi bir addır. Azərbaycan dilində qarşılığı “arxa qapı”-dır, ancaq buradakı mənası yaxşı niyyətli deyil. Backdoor, kompüterdə, məhsulda, cihazda quraşdırılmış və ya kompüterin digər hissələrində normal autentifikasiyanı və ya şifrələməni keçmək üçün gizli bir üsuldur.

Arxa qapılar ümumiyyətlə kompüterə uzaqdan girişi təmin etmək və ya şifrəli fayllara giriş əldə etmək üçün istifadə olunur. Oradan, həssas məlumatlara giriş əldə etmək, onları pozmaq, silmək və ya ötürmək üçün istifadə edilə bilər. Backdoor, bir proqramın gizli bir hissəsi (troyan atı), ayrıca bir proqram və ya firmware və əməliyyat sistemlərində proqram və ya kod şəklində ola bilər.

12. Trap Door(tələ qapısı) nədir?

Trap door proqram sahəsində Backdoor üçün yeni bir genişləndirilmiş jarqondur. Trap door, bir sistemin proqram təminatını hazırlayan şəxs tərəfindən gizli şəkildə proqrama daxil edilən bir tələ rabitə proqramı və ya avadanlıq rabitə boşluğudur. Trapdoor, normal təhlükəsizlik tədbirlərini əhatə edən bir hesablama sisteminə giriş nöqtəsidir. Tələ qapılarına qarşı ən yaxşı zəmanət, mənbə kodu hamıya açıq olan və səlahiyyətli insanlar tərəfindən təhlil edilmiş bir proqramdan istifadə etməkdir.

11. Keylogger nədir?

Başqa bir kompüter virusu Keyloggerdir. Özünü gizlədərək arxa planda işləyən bu zərərli proqramda proqramlaşdırılmış məlumatlar hakerə göndərilir. Keylogger klaviatura hərəkətlərini qeyd edir və şəxsi məlumatlarınızı oğurladığı üçün ciddi ziyana səbəb ola bilər. Keyloggerlər, klaviaturadan etdiyiniz hər vuruşu qeyd edən və şəxsi məlumatlarınızı oğurlamaq istəyən insanlara göndərən proqramlardır. Bu şəkildə e-poçt şifrəniz, kredit kartı nömrəniz kimi həyati əhəmiyyət daşıyan məlumatlarınız oğurlana bilər.

12. Grayware nədir?

Grayware termini 2004 -cü ilin sentyabr ayında yaradılmış və zərərli proqram olmayan, lakin kompüterin işini pisləşdirən və kiber təhlükəsizlik riskinə səbəb ola biləcək arzuolunmaz tətbiqləri və ya faylları təsvir edir. Grayware , niyyəti virus və troyanlar kimi və ya digər zərərli proqramlar qədər pis olmayan geniş bir proqram kateqoriyasıdır. Bu cür proqramlar istənməyən əlavə proqramları yükləyə, rəqəmsal cihazın davranışını dəyişə və ya istifadəçi tərəfindən təsdiqlənməmiş və ya gözlənilməyən hərəkətlər edə bilər. Grayware hesab edilə bilən kateqoriyalara aşağıdakılar daxildir: adware(reklam göstərmə proqramları), spywareyükləmə paketləri, müxtəlif brauzer alət çubuqları, yanıltıcı proqramlar, bundleware, trackware, valyuta mədənçiliyi, qeyri -qanuni və ya ən azından etik olmayan iş tətbiqlərindən istifadə edən proqramlar (qanuni görünsə belə) və s, proqramlar daxildir.

13. Fileless Malware nədir?

Faylsız zərərli proqram, kompüterə yoluxmaq üçün qanuni proqramlardan istifadə edən zərərli proqram növüdür. Digər zərərli proqram infeksiyalarından fərqli olaraq, fayllara etibar etmir və heç bir iz qoymur, bu da anti-malware proqramlarına qarşı proqramın aşkarlanmasını və silinməsini çətinləşdirir. Yalnız kompüter yaddaşına əsaslanan bir strukturu olaraq, yəni RAM-da mövcuddur.

Faylsız zərərli proqramlar, 2017 -ci ildə əsas bir kiber təhlükə olaraq ortaya çıxdı, və hal-hazırda da mövcuddur. Frodo, Number of the Beast ve the Dark Avenger, hamısı yaxın zamanlardakı faylsız zərərli proqram hücumları idi

12. Malvertising nədir?

Zərərli reklamın bir çamadanı olan Malvertising, zərərli proqramı yaymaq üçün reklamdan istifadə etməkdir. Tipik olaraq, qanuni reklam şəbəkələrinə və veb səhifələrinə zərərli və ya zərərli proqram yüklü reklamların vurulması daxildir. Tipik olaraq, qanuni reklam şəbəkələrinə və veb səhifələrinə pisniyyətli və ya zərərli proqram yüklü reklamların daxil edilməsidir.

Reklamlar, zərərli proqramların yayılmasının əla bir yoludur, çünki istifadəçiləri bir məhsulu satmağa və ya reklam etməyə cəlb etmək üçün reklamlara böyük səy sərf olunur. Malvertising, həm də yüksək profilli və nüfuzlu xəbər saytları kimi yerləşdirildiyi saytların nüfuzundan da faydalanır.

14. Zərərli Mobil Tətbiqlər nədir?

App Store və Google Play platformasında mövcud olan bütün tətbiqlər qanuni deyildir. Bununla birlikdə, App Store, üçüncü tərəf tətbiqlərinin daha yaxşı əvvəlcədən görüntülənməsi səbəbindən ümumiyyətlə daha təhlükəsizdir. Bununla birlikdə, App Store, üçüncü tərəf tətbiqləri daha yaxşı əvvəlcədən yoxlaması səbəbindən ümumiyyətlə daha təhlükəsizdir.

Zərərli tətbiqlər istifadəçi məlumatlarını oğurlaya bilər, istifadəçilərdən pul almağa cəhd edə bilər, korporativ şəbəkələrə daxil ola bilər, istifadəçiləri istənməyən reklamlara baxmağa və ya cihaza arxa qapı quraşdırmağa məcbur edə bilər.

15. Boot sector virus nədir?

Boot sektor virusu, sabit disklərin boot(yükləmə) sektoruna yerləşdirilir. Ayrıca, quruluş etibarilə kompüter yaddaşına da yerləşə bilər. Kompüter açılan kimi, boot sektorundakı virus yaddaşa yerləşdirilir. Belə virusları aradan qaldırmaq çox çətindir.

16. Crimeware nədir?

Crimeware, kiber cinayətləri avtomatlaşdırmaq üçün hazırlanmış zərərli proqramlar sinifidir. Vəsait oğurlamaq və ya icazəsiz əməliyyatlar aparmaq üçün və ya qurbanın maliyyə və pərakəndə(retial) hesablarına daxil olmaq üçün sosial mühəndislik və ya gizli istifadə yolu ilə şəxsiyyət oğurluğu etmək üçün hazırlanmışdır. Alternativ olaraq, korporativ casusluq çərçivəsində gizli və ya həssas məlumatları oğurlaya bilər.

17. RAM Scraper nədir?

RAM scarper, müvəqqəti olaraq yaddaşda və ya RAM-da saxlanılan məlumatları yığan bir zərərli proqram növüdür. Bu cür zərərli proqramlar tez-tez kassa aparatları kimi satış nöqtəsi (POS) sistemlərini hədəf alır, çünki şifrələnməmiş kredit kart nömrələrini şifrələnib arxa tərəfə ötürməzdən əvvəl qısa müddət ərzində saxlaya bilirlər.

18. Cryptojacking nədir?

Kriptojacking, kriptovalyutaları çıxarmaq üçün başqasının kompüterindən icazəsiz istifadə etməkdir. Hakerlər bunu qurbanın e-poçtlardaki zərərli linki vurmaqla kompüterinə cripto mining kodunu yükləyərək və ya qurbanın brauzerinə yükləndikdən sonra avtomatik olaraq yerinə yetirilən JavaScript kodu ilə bir veb saytı və ya onlayn reklamı yoluxdurmaqla bunu edirlər.

19. Hybrid Malware(Hibrid Zərərli proqram) və ya Blended Threat(Qarışıq Təhdid) nədir?

Bu gün zərərli proqramların əksəriyyəti mövcud zərərli proqram hücumlarının, çox vaxtda troyan atlarının, qurdların, virusların və fidyə proqramlarının birləşməsidir. Qarışıq təhdidlər bir çox yerdən hücum edir, sürətli yayılır, sistemin bir çox zəif cəhətlərindən istifadə edərək çox zərər verə bilər. Məsələn, zərərli proqram bir troyan kimi görünə bilər, ancaq icra edildikdən sonra qurd rolunu oynaya bilər və şəbəkədəki istifadəçilərə hücum etməyə cəhd edə bilər.

20. Phishing(Fişinq) nədir?

İnternet tarixində ən qədim və ən təsirli hücum növlərindən biridir. Elektron fırıldaqçılığın bir növü olan fişinq. “Bulanıq suda balıq tutmaq” ifadəsinə eyham olaraq, ingiliscə password (parol) və fishing (balıq ovu) sözlərindən düzəldilib. Şəxslərin e-poçt hesablarına; hədiyyələr, endirimlər və mükafatlar kimi cəlbedici saxta mesajlar göndərilir və kredit kartı məlumatları, şəxsiyyət məlumatları kimi həssas məlumatları oğurlamaq məqsədi daşıyır. İstifadə olunan yem, adətən maaş artımı, hədiyyələr, pulsuz tətillər və pul mükafatları kimi cazibədar ssenarilərdən yaradılır. Kiber hücumçular fişinq üsulları ilə məlumatsız istifadəçiləri hədəf alaraq böyük zərər verə bilər. Fişinq hücumları hədəfli olaraq edildiyi təqdirdə böyük bir müvəffəqiyyət dərəcəsi var. Sosial mühəndislik hücumları ilə birlikdə həyata keçirilən spear phishing hücumları, təəssüf ki, siber hücumçuların əlində olan çətin və təhlükəli bir kiber silah olaraq təşkilatları təhdid edir.

21. Bugs(səhvlər) nədir?

Sosial mühəndislik və phishing kimi, bug-lar da zərərli proqram deyil, ancaq zərərli proqramların istismar etməsi üçün zəifliklər aça bilər. Yaxşı bir nümunə versək, WannaCry fidyə proqramı kripto soxulcanının yayılmasına səbəb olan Windows əməliyyat sistemlərində olan EternalBlue açığı.

22. Screenlogger(Ekran Yazıcı) nədir?

Keylogger ilə eyni əsas məntiqə əsaslanır. Siçan ilə ekrandakı bir nöqtəni klikləmənizlə, ekran yazıcısı bütün ekranın və ya kiçik bir hissəsinin (ümumiyyətlə siçan mərkəzli kiçik bir düzbucaqlı formasında) cari şəklini çəkir və internetdə sabit bir ünvana ötürür.

23. Spam nədir?

Spam zərərli proqram(malware) ola bilər və ya olmaya da bilər. Spam, böyük bir alıcı siyahısına göndərilən istənməyən mesajlar olaraq təyin olunur.Tipik olaraq, spam kommersiya məqsədi ilə bir e -poçt şəklində göndərilir (yəni bir şirkət məhsul və ya xidmətlərini tanıtmağa çalışdıqda). E -poçt əlavələrini və ya bağlantılarını açdığınız zaman cihazınıza daxil olan zərərli bir proqram varsa, spam o vaxt zərərli proqrama çevrilə bilər.

24. Tracking Cookie(İzləmə Çərəzi) nədir?

Çərəzlər(Cookie): İnternet səhifəsinə daxil olduqda istifadəçilərin saxlandığı brauzerlərdəki kiçik fayllardır. İnsanların veb saytlarda nə axtardıqlarını brauzer keçmişinə qeyd edir. Saytdakı hərəkətləri brauzer qeydlərində saxlayaraq bir veb saytına imkan verir. Bir çox sayt ziyarətçiləri haqqında məlumat əldə etmək üçün çerezlərdən də istifadə edir. Məsələn, bir saytda edilən bir sorğuda səs verirsiniz və hər bir istifadəçinin də bir səs vermək hüququ var. Bu veb sayt, çərəz məlumatlarınızı yoxlayaraq ikinci dəfə səs verməyinizə mane ola bilər. Ancaq pis niyyətli insanlar da çərəzlərdən istifadə edə bilərlər. İzləmə çərəzi adlanan bu çərəz növündə, yoluxduğu kompüterdə edilən bütün əməliyyatların və gəzilən səhifələrin qeydini tutur. Hakerlər bu şəkildə kredit kartı və bank hesabı məlumatlarını əldə edə bilərlər.

25. Cross-Site Scripting nədir?

Cross-Site Scripting(XSS) hücumları, zərərli bir məqsədlə istifadəçi məlumatlarını toplamaq üçün, güvənilir və etibarlı bir veb sayta zərərli skript kodun əlavə edilməsi prosesidir. Bir XSS təhlükəsizlik boşluğu istismar edildikdə, server tətbiqi ciddi şəkildə böyük risklərə məruz qala bilər. Praktiki olaraq bütün ssenarilərdə qurban sisteminə qurbanın imtiyazlarından istifadə etməklə hücum edilir. Hücumlar daha sonra hesab oğurlanması, çərəz oğurluğu, yalan reklam və qurbanın hesabının istifadəçi parametrlərində dəyişikliklərə səbəb ola bilər.

26. Logic Bomb(məntiq bombası) nədir?

Məntiq bombaları hər hansı bir proqramın içərsinə yerləşdirilən virus proqramlarıdır. Müəyyən şərtlər yerinə yetirilərsə, partlayaraq, yəni işə başlayaraq(aktivləşərək) sistemə zərər verirlər. Bombalar bütün faylları və məlumatları silə bilər və ya əməliyyat sistemini “Çökdürə bilər”.

Malware-dən necə qorunmaq olar?

. Anti-virus proqramı yükləyin
. Şübhəli bağlantılardan və e -poçtlardan çəkinin. Onlara daxil olmayın
. Şübhəli saytlara girməyin
. Yükləməzdən əvvəl proqramı diqqətlə nəzərdən keçirin
. Güclü paraollardan istifadə edin, iki faktorlu identifikasiyanı aktiv edin və onları tez-tez güncəlləyin
. Əməliyyat sisteminizi yeniləyin

Müəllif

Salam dostlar! Mən Hacıyev Əyyub. 10 ildən artıqdır ki proqramlaşdırma ilə məş.

Zərərli proqram nədir? Tərif və 6 nümunə

Əsas bacarıqlardan tutmuş rəqəmsal media proqramının daha inkişaf etmiş istifadəsinə qədər, eləcə də kompüterlərlə fərdi qaydada işləyərkən uzun illər kompüter öyrətdiyim müddətdə hər cür zərərli proqramla qarşılaşdığımı düşünürəm. . Bu məqalədə zərərli proqramın tərifi verilir, altı nümunə nəzərdən keçirilir və zərərli proqramın təsirini minimuma endirmək və ya qarşısını almaq üçün istifadə edilə bilən üç yanaşma təsvir edilmişdir.

Zərərli proqramın tərifi

Zərərli proqram, ümumiyyətlə icazəsiz giriş əldə etməklə kompüter sistemini pozmaq, pozmaq və ya başqa bir şəkildə zərər vermək məqsədi ilə hazırlanmış zərərli proqramdır.

6 Zərərli proqram nümunələri

Budur 6 zərərli proqram nümunəsi:

  1. Virus
  2. Trojan
  3. Casus proqram
  4. Qurd
  5. Reklam proqramı
  6. Fidyə proqramı

Hər bir nümunəni aşağıda daha ətraflı izah edəcəyəm.

1. Virus

Kompüter baxımından virus zərərli bir kod parçası və ya özünü kopyalayıb bir kompüter sistemindən və ya cihazdan digərinə yayıla bilən bir proqramdır. Viruslar, adətən, virusların yoluxduqları maşınlarda pozucu təsir göstərmək, məlumatların məhv edilməsi və ya əməliyyat sisteminin pozulması kimi məsələlərə səbəb olmaq üçün yazılır. Viruslar adətən kodlarının icrasını asanlaşdırmaq üçün özlərini qanuni proqram parçalarına yerləşdirmək və ya əlavə etməklə işləyirlər. Cihazı virusdan qorumağın ən yaxşı yolu antivirus proqramı quraşdırmaq və yeniləməkdir.

2. Trojan

Trojan (və ya trojan atı), kompüter istifadəçisini qanuni bir sənəd olduğuna inandırmaq üçün həqiqi məzmununu gizlədən zərərli proqram formasıdır. Bu yalanın baş verməsinin ümumi bir yolu, etibarlı bir mənbədən bir e-poçta əlavə edilmiş bir trojan gəlməkdir. Özlərini aktivləşdirə və təkrarlaya bilən viruslardan fərqli olaraq trojan, onları aktivləşdirmək üçün istifadəçiyə etibar edir. Kompüter Trojanlarına qədim Troya şəhərini çuval vermək üçün istifadə edilən taxta atın adı verilir. Taxta at Troyanı mühasirəyə alan Yunan əsgərləri tərəfindən tikilib şəhərin xaricində buraxıldı. Troya (Trojan kimi tanınan) xalqı tərəfindən atın zərərsiz bir qələbə kuboku olduğu düşünülürdü, buna görə də onu şəhər divarlarının içinə gətirdilər – ancaq içərisində gecə çıxan və şəhərin qapılarını açan, işğalı təmin edən Yunan əsgərləri var idi. şəhərin yıxılması.

3. Casus proqram

Bu tip zərərli proqramlar kompüter sisteminə nüfuz edir, istifadəçinin internet istifadəsi məlumatları və həssas məlumatlar kimi fəaliyyətlərinə daxil olur və izləyir. Daha sonra bu şəxsi məlumatları reklam verənlərə, məlumat firmalarına və ya digərlərinə ötürür. Casus proqram həm müəssisələr, həm də fərdi istifadəçilər üçün bir təhdiddir və internet istifadəsi məlumatlarını izləmək və satmaq, kredit kartı və ya bank hesabı məlumatlarını oğurlamaq və ya şəxsiyyət oğurluğu kimi bir çox məqsəd üçün istifadə olunur. Bunu istifadəçinin giriş və şifrə məlumatlarını izləmək və həssas məlumatlara casusluq etmək kimi hərəkətlər sayəsində edir.

4. Qurd

Qurdlar özlərini yaymaq üçün ümumiyyətlə kompüter şəbəkələrindən istifadə edirlər. Təhlükəsizlik proqramındakı zəif tərəflərdən istifadə edirlər və ya spam e-poçtları və ya ani mesajlar vasitəsilə gələ bilərlər. Qurulduqdan sonra qurd ana kompüterdən başqalarını taramaq və bulaşmaq üçün istifadə edə bilər. Qurdlar faylları pozub silə və ya istifadəçinin kompüterində əlavə zərərli proqram yarada bilər. Bütün bunlar qurd qurulana qədər istifadəçinin bir şey bilmədən baş verə bilər. Bəzi qurdlar kompüteri və şəbəkəni həddindən artıq yükləməklə özlərini dəfələrlə təkrarlamaqdan başqa bir şey etmirlər. Digərləri məlumat oğurlayacaq və ya hakerlərin istifadəsi üçün arxa qapı açacaq.

5. Reklam proqramı

Adından da göründüyü kimi, bu tip zərərli proqramlar istifadəçini istənilməyən reklamlarla boğur. Reklam proqramları brauzerin ana səhifəsini dəyişdirə bilər, ekranı pop-up reklamlarla bombardman edə bilər, həmçinin casus proqram yarada bilər. Bu proqram digər malware formaları kimi pis səslənməsə də, son dərəcə qıcıqlandırıcı və pozucu ola bilər və tez-tez cihazınızda uzunmüddətli problemlərə səbəb ola bilər. Bu zərərli proqramın cihazınızı yavaşlatması və ya hətta qəza etməsi çox yaygındır. İnternet bant genişliyinizi də istifadə edə bilər. Reklam proqramı, kompüterə yoluxduqda bu proqramın adıdır, lakin mobil cihazda olduğu zaman ağıllı telefon kimi dəli proqramı olaraq bilinir.

6. Ransomware

Ransomware, cinayətkarlar tərəfindən istifadəçilərdən pul qoparmaq üçün istifadə edilən zərərli bir proqramın xüsusilə pis bir formasıdır. Bir istifadəçinin məlumatlarını bir fidyə ödədikdən sonra məlumatların bərpa ediləcəyi vədi ilə tutmaq üçün şifrələmədən istifadə edir. Ransomware, istifadəçini quraşdırmaq üçün aldatmaqla və ya cihazın təhlükəsizlik proqramındakı zəif tərəflərdən istifadə edərək bir kompüterə minir. Bu tip zərərli proqramlar yalnız fərdi istifadəçiləri deyil, xəstəxanalar, universitetlər və dövlət qurumları kimi yüksək səviyyəli qurumları da hədəf ala bilər.

Zərərli proqram infeksiyalarından necə çəkinmək olar

Ümumiyyətlə, zərərli proqram infeksiyalarını minimuma endirmək və ya qarşısını almaq üçün etməlisiniz:

  1. Kompüterinizdə zərərli proqram əleyhinə təhlükəsizlik proqramının quraşdırıldığından və mütəmadi olaraq yeniləndiyindən əmin olun.
  2. Təhlükəsiz parollardan istifadə etdiyinizə və onları mütəmadi olaraq dəyişdirdiyinizə əmin olun.
  3. Etibarlı olmayan mənbələrdən proqramlar və ya sənədlər yükləməyin. Spam e-poçtlarında və ani mesajlarda olan qoşma və hiperlinklərdən ehtiyatlanmaq da müdrikdir.

Semalt: Zərərli proqram və kompüter virusları haqqında bilməli olduğunuz hər şey

Kompüter cihazınızın düzgün işləmədiyini və ya bir çox faylının korlandığını görsəniz, zərərli proqram və ya virusların sisteminizə yoluxduğunu göstərən bir işarədir. Müxtəlif viruslar məxfiliyinizə və şəxsi məlumatlarınıza böyük risk yaradır, zərərli proqramların bəzi növləri marketinq və reklam vasitələrinizə çox təsir edə bilər. Sisteminizi yavaşlatır və bir çox faylınıza zərər verirlər. Beləliklə, onlayn tələyə düşməməyiniz və bütün günü təhlükəsiz qalmağınız üçün bir antivirus proqramı quraşdırmaq vacibdir.

Semalt baş müştəri müvəffəqiyyəti meneceri Julia Vashneva, kompüter viruslarından və zərərli proqramlardan qorunmaq üçün aşağıdakı beş tövsiyəni təqdim edir.

Yükləmələrinizə diqqət yetirin

Adobe və müxtəlif proqramların müntəzəm yeniləmələrə ehtiyacı var. Hər dəfə proqram qurarkən yüklədiyiniz şeylərə diqqət yetirdiyinizdən əmin olun. İnternetdə alətlər və proqramlar dəstləri mövcuddur, nəyi seçmək istədiyimizi qarışdırır. Antivirus proqramı seçərkən həmişə vasitələrinizi yalnız rəsmi saytlardan və onlayn mənbələrdən yüklədiyinizə əmin olmalısınız. Bu proqramların bəzi keyfiyyətsiz bir proqram quraşdıraraq dəyərli mənbələrinizi boşaltmasına imkan verməyin. Dəfələrlə reklamlar alətlər çubuğuna və digər oxşar əlaqələrə vurmağınızı xahiş edir. Onlardan uzaq olmaq daha yaxşıdır, çünki fayllarınıza zərər verə bilər və real yükləmə proqramlarına daxil edilmir.

Saxta Virus Uyarıları üçün Düşməyin

Hamımız saxta virus xəbərdarlıqları alırıq və müxtəlif insanlar gündəlik olaraq onların qurbanı olurlar. İnternetdən istifadə edərkən, proqram və alət çubuğunu yükləməyinizi xahiş edən çox sayda açılan pəncərəni görəcəksiniz. İcazə verin, bunların heç bir şey üçün yaxşı olmadığını söyləyin. Hakerlər bu saxta virus xəbərdarlıqlarından istifadə edərək sizi tələyə salır və cihazlarınızı yoluxdurur. Reklamların əksəriyyəti şübhəli və yetkin saytlarda görünür, buna görə də onların linklərini tıklamamağınız və bu pəncərələri mümkün qədər erkən bağlamağınız daha yaxşıdır.

Cihazlarınızı Antivirus ilə qoruyun

Doğrudur, internetdə təhlükəsiz qalmaq üçün hamımızın antivirus proqramlarına və anti-malware vasitələrinə ehtiyacımız var. Açığını deyim ki, bu vasitələrin əksəriyyəti sizə məhdud seçim imkanı təqdim edir. Zərərli proqram, virus və reklam proqramları ilə mübarizə aparmaq üçün sadə proqram dəstlərini quraşdırmağı məsləhət görürük. BitDefender yaxşı bir nümunədir, bu vasitə kompüterinizi tarar və qoruyur və bütün viruslardan və zərərli proqramlardan qurtulmanıza kömək edir. İnternetdən yükləyə bilərsiniz və proqram pulsuzdur. Ayrıca bağlantı və AdBlock Plus-u sınayabilirsiniz.

Windows və Defender’i yeniləyin

Bir çox insan pəncərələrin yenilənməsinin çox vacib olduğunu nəzərə almır. Cihazınızı yenidən başlatma tələblərini qulaqardına vurmamalısınız, çünki bu sizin üçün ciddi problemlər yarada bilər. Pəncərələrinizi yenidən qurmaq və hər şeyi aktuallaşdırmaq üçün ayda bir dəfə bir gün təyin edin. Bu, viruslardan və zərərli proqramlardan böyük dərəcədə qurtulmanıza kömək edəcəkdir.

Internet Explorer istifadə etməyin

Internet Explorer-in ən yaxşı brauzer hesab olunduğu günlər keçdi. Bu günlərdə insanlar Google Chrome, Firefox və digər oxşar brauzerlərə üstünlük verirlər. Fərqli hesabatlarda, Internet Explorer əməliyyat sisteminizə zərər verə biləcək ən riskli brauzerlərdən biri olduğu ortaya çıxır. Buna görə heç vaxt quraşdırmamalı və istifadə etməməlisiniz. Bunun əvəzinə, onlayn qorunmanıza zəmanət verən Edge və Opera sınayabilirsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.