Press "Enter" to skip to content

AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat

– əsas borc üzrə faizin köçürülməsi;

Mülki prosesual azrbaycan respublikası qanunu

28.11.18. C.Əzimovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

28 noyabr 2018-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Cəlal Əzimov və vəkili Kənan Şirinzadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında C.Əzimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

İnqilab Əlizadə C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra –Nəsimi Rayon Məhkəməsi) 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İ.Əlizadə və C.Əzimov tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə C.Əzimovun apellyasiya şikayəti təmin edilməmiş, İ.Əlizadənin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək C.Əzimovdan 88.500 ABŞ dolları məbləğində borcun tutularaq İ.Əlizadəyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 2 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

C.Əzimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417, 418 və 424-cü maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 25, 60 və 71-ci maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, İ.Əlizadə C.Əzimova qarşı borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 88.500 ABŞ dolları əsas borc, 40.250 ABŞ dolları faiz borcu, ümumi olaraq 128.750 ABŞ dolları məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ.Əlizadə ev almaq məqsədi ilə C.Əzimova 90.000 ABŞ dolları məbləğində pul vermiş, lakin C.Əzimov öhdəliyini yerinə yetirməmişdir. 23 yanvar 2008-ci il tarixində İ.Əlizadə növbəti dəfə pulu tələb etdikdə onlar arasında akt tərtib edilmiş və həmin akta əsasən C.Əzimov 90.000 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edərək 23 yanvar 2009-cu ilədək qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh C.Əzimov isə məhkəmədə iddia tələbini qəbul etməyərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.

Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı İ.Əlizadənin cavabdeh C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflərin izahatlarına əsaslanmaqla qeyd etmişdir ki, cavabdeh C.Əzimov iddiaçı İ.Əlizadə ilə 23 yanvar 2008-ci il tarixində şifahi müqavilə bağlamaqla sonuncudan 90.000 ABŞ dolları məbləğində borc almış və həmin borcu 23 yanvar 2009-cu il tarixinədək qaytaracağına dair öhdəlik götürmüşdür. Borc ödənilmədiyindən tərəflər arasında 2013-cü il tarixində borcun 2015-ci ilədək qaytarılması barədə şifahi razılıq bağlanmışdır. Tərəflər arasında belə razılığın olması mübahisələndirilmir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən borcun 2015-ci ilədək qaytarılacağına dair 2013-cü ildə razılıq əldə edilməsi və İ.Əlizadəyə pul verməsi barədə C.Əzimovun məhkəmədə verdiyi izahatına əsaslanmışdır.

Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, cavabdeh borclu olduğu 90.000 ABŞ dollarının 1500 ABŞ dollarını nağd şəkildə iddiaçıya verdikdən sonra qalan 88.500 ABŞ dollarını 2015-ci ilin əvvəlinə qədər qaytarmağı öhdəsinə götürmüş, iddiaçı isə bununla razılaşmışdır. Yəni tərəflər öhdəliyin icra müddətini 2015-ci ilin əvvəlinədək uzatmışlar.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, C.Əzimovun öz izahatında borcu etiraf etməsi və borcun bir hissəsini qaytarması iddia müddətinin axımını kəsir və bu baxımdan birinci instansiya məhkəməsi iddia müddətini ötürülmüş hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –Mülki Məcəllə) 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir.

İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).

İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar).

Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.

Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur:

– müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi;

– borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.

Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına:

– borcun qismən ödənilməsi;

– əsas borc üzrə faizin köçürülməsi;

– kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi;

– öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin həmin məhkəmədə 2013-cü ildən sonra 1500 ABŞ dollarının nağd şəkildə iddiaçıya verməsinə dair izahatına istinad edərək iddia müddətinin kəsilməsi nəticəsinə gəlməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

Bu maddənin tələblərinə görə, faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Lakin C.Əzimov məhkəmə iclasının protokolunu imzalamamış, əksinə protokolda qeyd olunan etiraf izahatı ilə bağlı etirazını təqdim etmişdir.

C.Əzimovun məhkəmə iclasının protokoluna dair qeydləri apellyasiya instansiyası məhkəməsi tərəfindən onun iştirakı olmadan baxılmış və 27 noyabr 2017-ci il tarixli qərardadla rədd edilmişdir.

Göründüyü kimi, sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməmişdir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər:

– sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi;

– sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması;

– qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi.

Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir.

Protokol yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edildikdə hüquqi əhəmiyyət daşıyır. Məhz düzgün tərtib edilmiş protokol sübutların obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və nəticə etibarilə qərarın ədalətli və əsaslı olmasına mühüm töhfə verir.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:

– faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;

– faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;

– faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin qanunvericiliyə uyğun rəsmiləşdirilməyən izahatına istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri isə Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normaya əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulmasına düzgün qiymət verməyərək qətnaməni dəyişdirilmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İ.Əlizadənin C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. İnqilab Əlizadənin Cəlal Əzimova qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat

AZƏRBAYCAN RESPUBLİKASININ
MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni
basın)
BÖLMƏLƏR (Fəsillər)
1.
ÜMUMİ QAYDALAR
(1-11)
2.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İC
RAAT
2.1
İDDİA İCRAATI
(12-23)
2.2
ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ
İCRAAT (XÜSUSİ İDDİA İCRAATI)
(24-29)
2.3
XUSUSİ İCRAAT
(30-40)
3.
MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI
(41-45)
4.
XARİCİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT
(46-50)
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNƏ ƏLAVƏ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

FƏSİLLƏR (Maddələr)
1. ÜMUMİ QAYDALAR
1.
ƏSAS QAYDALAR
(1‐16)
2.
MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR
(17‐26)
3.
AİDDİYYƏT
(24‐32)
4.
MƏHKƏMƏ AİDİYYATI
(33‐45)
5.
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR VƏ PROSESİN DİGƏR İŞTİRAKÇILARI
(46‐68)
6.
MƏHKƏMƏDƏ NÜMAYƏNDƏLİK
(69‐75)
7.
SÜBUTLAR
(76‐106)
8.
MƏHKƏMƏ XƏRCLƏRİ
(107‐125)
9.
MƏHKƏMƏ CƏRİMƏLƏRİ
(126‐127)
10.
PROSESSUAL MÜDDƏTLƏR
(128‐133)
11.
MƏHKƏMƏ RƏSMİ SƏNƏDLƏRİNİN GÖNDƏRİLMƏSİ, BİLDİRİŞLƏR VƏ ÇAĞIRIŞLAR
(134‐148)
2. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
2.1. İDDİA İCRAATI
12.
İDDİANIN VERİLMƏSİ
(149‐156)
13.
İDDİANIN TƏMİN EDİLMƏSİ
(157‐164)
14.
İŞLƏRİN MƏHKƏMƏDƏ BAXILMAĞA HAZIRLANMASI
(165‐171)
15.
MƏHKƏMƏ BAXIŞI
(172‐215)
16.
MƏHKƏMƏNİN QƏTNAMƏSİ
(216‐238)
17.
QİYABİ İCRAAT VƏ QİYABİ QƏTNAMƏ
(239‐253)
18.
İŞ ÜZRƏ İCRAATIN DAYANDIRILMASI
(254‐258)
19.
ƏRİZƏNİN BAXILMAMIŞ SAXLANMASI
(259‐260)
20.
İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ
(261‐262)
21.
MƏHKƏMƏ QƏRARDADLARI
(263‐269)
22.
PROTOKOLLAR
(271‐274)
23.
ƏMR İCRAATI
(275‐284)
2.2. ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT (XÜSUSİ İDDİA
İCRAATI)
24.
ÜMUMİ MÜDDƏALAR
(285‐289)
25.
SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA
ƏRİZƏLƏRƏ DAİR İCRAAT
(290‐292)
26.
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN
İNZİBATİ XƏTALAR HAQQINDA QƏRARLARI İLƏ ƏLAQƏDAR MÜBAHİSƏLƏRƏ DAİR
İŞLƏR ÜZRƏ İCRAAT
(293‐295)
27.
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ ORQANLARININ,
SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARI
HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDAR MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ
İCRAAT
(296‐300)

28.
HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR
HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ
İCRAAT
(301)
29.
NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ DAİR MÜBAHİSƏLƏRDƏN
YARANAN İŞLƏR ÜZRƏ İCRAAT
(302‐304)
2.3. XUSUSİ İCRAAT
30.
ÜMUMİ MÜDDƏALAR
(305‐306)
31.
HÜQUQİ ƏHƏMİYYƏTİ OLAN FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ
(307‐311)
32.
ŞƏXSİN XƏBƏRSİZ İTKİN DÜŞMÜŞ HESAB EDİLMƏSİ VƏ ÖLMÜŞ ELAN EDİLMƏSİ
(312‐
316)
33.
ŞƏXSİN MƏHDUD FƏALİYYƏT QABİLİYYƏTLİ VƏ YA FƏALİYYƏT QABİLİYYƏTİ
OLMAYAN HESAB EDİLMƏSİ
(317‐322)
34.
DAŞINAR ƏŞYALARIN SAHİBSİZ HESAB EDİLMƏSİ VƏ DAŞINMAZ ƏŞYALAR ÜZƏRİNDƏ
DÖVLƏTİN MÜLKİYYƏT HÜQUQUNUN TANINMASI
(323‐326)
35.
İTİRİLMİŞ SƏNƏDLƏR ÜZRƏ ONLARI TƏQDİM EDƏN ŞƏXSİN HÜQUQLARININ BƏRPA
EDİLMƏSİ (ÇAĞIRIŞ İCRAATI)
(327‐334)
36.
ŞƏXSİN PSİXİATRİYA STASİONARINA MƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR
ÜZRƏ İCRAAT
(335‐338)
37.
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ DÜZGÜN OLMAMASININ
MÜƏYYƏN EDİLMƏSİ
(339‐341)
38.
NOTARİAT HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏMİN HƏRƏKƏTLƏRİN APARILMASINDAN
İMTİNAYA DAİR ŞİKAYƏTLƏR
(342‐344)
39.
UŞAĞIN ÖVLADLIĞA GÖTÜRÜLMƏSİ
(345‐151)
40.
NORMATİV HÜQUQİ AKTIN KONSTİTUSİYAYA UYĞUNLUĞUNUN YOXLANILMASI
HAQQINDA VƏSATƏT ÜZRƏ İCRAAT
(352‐356)
3. MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI
41.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT
(357‐394)
42.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN QƏRARDADLARINDAN ŞİKAYƏT VERİLMƏSİ
(395‐401)
43.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT
(402‐421)
44.
ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT
(422‐431)
45.
QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR ÜZRƏ
YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT
(432‐438)
4. XARICİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT
46.
MƏHKƏMƏLƏRİN BEYNƏLXALQ SƏLAHİYYƏTLƏRİ
(439‐461)
47.
AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ MƏHKƏMƏLƏRİN VƏ ARBİTRAJLARIN
QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI. ÜMUMİ QAYDALAR
(462‐465))
48.
XARİCİ DÖVLƏTİN MƏHKƏMƏ QƏTNAMƏLƏRİNİN MƏCBURİ İCRASI
(466‐468)
49.
XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI
(469‐473)
50.
XARİCİ DÖVLƏTİN ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN İCRASI
TANINMASI
(474‐477)

AZƏRBAYCAN RESPUBLİKASININ
MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ
1
BİRİNCİ BÖLMƏ
ÜMUMİ QAYDALAR
F ə s i l 1
ƏSAS QAYDALAR
M a d d ə 1 . Mülki məhkəmə icraatı haqqında qanunvericilik
1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə
məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və
hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının
bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası
Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında
ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.
1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv
edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı
məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara
əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz.
1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına
uyğunlaşdırılmalıdır.
1.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual
qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq
edilir.
M a d d ə 2 . Mülki məhkəmə icraatının vəzifələri
2.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və
yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər
normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq
olunmasıdır.
2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə,
vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
M a d d ə 3 . Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi
3.1. Məhkəmə icraatı işə baxılan, ayrı‐ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud
məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
3.2. Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.
3.3. Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki
prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və

yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu
limanlarda tətbiq olunur.
3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan
Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin digər qaydaları da
müəyyən oluna bilər.
M a d d ə 4 . Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə
də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada
məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
4.3. Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər
nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə
nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin
həllinə verilə bilər.
M a d d ə 5 . Məhkəmədə mülki işə başlama
5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan
mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda
məhkəmədə iş başlanılır.
5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və
mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə
əsasən də iş başlana bilər.
5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş
başlaya bilərlər.
5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi
ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.
5.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hər hansı instansiya
məhkəməsinin icraatında olan iş tələb oluna bilməz.
M a d d ə 6 . Ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi
Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və
məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
M a d d ə 7 . Hakimlərin müstəqilliyi
7.1. Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər.
7.2. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə
həll edirlər.
7.3. Başqası tərəfindən
məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə
məhdudlaşdırılması, qanunsuz təsir, hədə‐qorxu, müdaxilə yolverilməzdir və qanunla
müəyyən olunmuş məsuliyyətə səbəb olur.
M a d d ə 8 . Qanun və məhkəmə qarşısında bərabərlik
8.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və
məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və
digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən,
mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə
iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
8.3. Bu Məcəllənin 8.2‐ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən
şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya
imtiyazların verilməsindən imtina oluna bilməz.
2
M a d d ə 9 . Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında
həyata keçirilməsi
9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak
edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini
əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir‐birlərinə məlumat verməyə
borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız
tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla,
sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq
mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
M a d d ə 1 0 . Məhkəmə baxışının aşkarlığı
10.1. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır.
10.2. Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması,
yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün
məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə
işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.
3
10.3. İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət
təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin
maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.
10.4. Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira
və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə
həyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb
edə bilər.
10.5. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən
şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.
10.6. Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların
nümayəndələri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və
tərcüməçilər çağırılır.
10.7. Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət
olunmaqla aparılır.
10.8. İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı yaşına
çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar.
10.9. İşdə iştirak edən şəxslər və açıq məhkəmə iclasında olan digər şəxslər yerlərindən
məhkəmə baxışının gedişatına dair qeydlər apara bilərlər. Məhkəmə iclasının kino və foto
çəkilişinin, habelə videoyazısının, birbaşa radio və televiziya translyasiyasının aparılmasına

yalnız iş üzrə işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol
verilir.
4
10.10. Şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin
razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat
daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
10.11. Məhkəmə aktları bütün hallarda açıq elan edilir.
M a d d ə 1 1 . Məhkəmə icraatının aparıldığı dil
11.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının
dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində
aparılır.
11.2. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün
materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət
qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi
xidmətindən istifadə etmək hüququ izah və təmin olunur.
11.3. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə
verilir.
M a d d ə 1 2 . İşə hakim tərəfindən təkbaşına və kollegial baxılması
12.1. Mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəmələrində hakim
tərəfindən təkbaşına baxılır.
12.2. Apellyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya
qaydasında isə sədrlik edənin iki və ya daha çox hakimin iştirakı ilə baxılır.
M a d d ə 1 3 . Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar
13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla
qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası prezidentinin fərmanlarına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu
beynəlxalq müqavilələrə əsasən həll edir.
13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o,
daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi
aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar
istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında
ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir.
13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda,
məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq
qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.
13.6. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri
ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi
haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
5

13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o
halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında
verilmiş olsun.
6
M a d d ə 1 4 . İş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi
şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və
vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları
xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə
etməlidir.
14.3. Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə
borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və
yaxud ondan imtina edə bilərlər.
14.4. İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna
edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil
olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq
məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər.
14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak
edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar
maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz
(dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər.
7
M a d d ə 1 5 . Məhkəmə aktlarının məcburiliyi
15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.
15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün
dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi
partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün
məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları
qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi
işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin
müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.
15.5. Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və
iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur.
M a d d ə 1 6 . Beynəlxalq məhkəmələrin səlahiyyətləri
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq
tərəflər, habelə işdə iştirak edən digər şəxslər, bu Məcəllədə nəzərdə tutulan hüquqi müdafiə
vasitələri bitərsə, insan hüquq və azadlıqlarının müdafiəsi üçün beynəlxalq məhkəmələrə
müraciət edə bilərlər.
F ə s i l 2

Comments are closed, but trackbacks and pingbacks are open.