Press "Enter" to skip to content

Azrbaycan respublikasının davamlı inkişaf strategiyası

Davamlı inkişaf strategiyası

Azrbaycan respublikasının davamlı inkişaf strategiyası

Davamlı inkişaf strategiyası

Bu, hər bir Azərbaycan vətəndaşının sosial rifahının təmin edilməsinə yönəlib

Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bəlli olduğu kimi, bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür.

Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Bütün incəliklərinə görə, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşıla şmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır.

Prinsip etibarı ilə, ölkə regionlarının davamlı, sürətli inkişafının reallaşması təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. Müvafiq məqamlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən hər iki Dövlət Proqramında ciddi nəzərə alınıb. Burada bölgələrdə işgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, regionlarda ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan qaldırılmas ı, əhalinin yüksək məşğulluğun təmin edilməsi nəzərdə tutulub.

Bu baxımdan, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrasında hər bir bölgənin özünəməxsusluğuna, regionların sosial-iqtisadi inkişaf potensialını şərtləndirən mühüm meyar kimi insan amilinə xüsusi diqqət yetirilib. � Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın gerçəkləşməsində də, insan amili xüsusi olaraq, önə çəkilir. Burada insanların iqtisadi təşəbbüslərinin – insan kapitalı amilinin adekvat şəkildə qiymətləndirilməsinə böyük diqqət yetirilir. Belə ki, regionların sosial-iqtisadi inkişafını şərtləndirən mühüm meyarlardan biri insan kapitalının əhəmiyyətinin lazımi şəkildə dəyərləndirilməsidir.

Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində ölkədə makroiqtisadi göstəricilər əhəmiyyətli dərəcədə yüksəlib. 2004-2008-ci illəri əhatə edən beş il ərzində ümumi daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatıb, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil edib. Bölgələrdə yüz minlərlə yeni iş yerlərinin açılması, yüzlərlə müasir, abad təhsil müəssisələrinin, məktəblərin inşa edilməsi, elm, təhsil sahəsində həyata keçirilən islahatlar hər bir vətəndaşın sosial rifahının təmininə yön əlib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və həyata keçirilən ikinci Dövlət Proqramı ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədi daşıyır. � Bu proqram ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsini, başlanmış mütərəqqi inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsini nəzərdə tutur. Yeni Dövlət Proqramı mühüm prioritet kimi, Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri özündə əks etdirir.

Mühüm iqtisadi göstəricilərinə görə, dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə edilən Azərbaycanda cəmiyyətin inkişafının mühüm aspektlərindən � biri də yoxsulluğun azaldılması, tarazlı inkişafın təmin edilməsidir. XXI əsrin ilk illərinə olan məlumata görə, yoxsulluq dünya dövlətlərinin 2/3 hissəsini əhatə edən problemdir. Dünyada 1,2 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir, təqribən 2 milyard insanın gündəlik gəliri isə bir dollardan aşağıdır. Təbii ki, bütün bunlar dünya ölkələri üzrə gəlirlərin ədalətsiz bölgüsü ilə bağlıdır. Hazırda əksər dünya dövlətlərinin başlıca məqsədi olan davamlı inkişafa keçidin də əsas tələbi, məhz gəlirlərin ədalətli bölgüsünə nail olmaqdır. Dünya üzrə cəmi gəlirlərin 65 faizi Şimali Amerika, Qərbi Avropa ölkələri və Yaponiyanın payına düşür.

1994-cü ildən başlayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda əsas məqsədi ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafın təmin edilməsi olan çoxşaxəli islahatlar həyata keçirilməyə başladı. Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların r əsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ”Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)” Dövlət Proqramını qeyd etmək olar. Belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsi bu sahədə uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.).

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (”Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardım ı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövl ət Proqramı (2004-2008-ci illər)”) və digərləri uğurla həyata keçirilmişdir. Eyni zamanda, hal-hazırda “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq m əhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər uğurla icra olunur. Müvafiq dövlət proqramları və konsepsiyalar bir-biri ilə sıx bağlıdır. Başqa sözlə, davamlı inkişaf tərəqqinin, inkişafın bütün parametrlərinin və prioritetlərinin harmonik şəkildə əlaqələndirilməsini tələb edir.

Hazırda ölkəmizin davamlı inkişaf sahəsində əldə etdiyi böyük uğurlar inkişafın Azərbaycan modelindən danışmağa imkan verir. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı kimi səciyyələndirilə bilər:

1) sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü bütöv iqtisadi sistemin – müstəqil milli iqtisadiyyatın formalaşdırılması;

2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması;

3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası.

Bu model hazırda Azərbaycan iqtisadiyyatının davamlı, sürəkli və sürətli inkişafının əsasını təşkil edir. Burada prioritet sahələr üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyətlərini – göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması olduqca önəmlidir. Belə olan halda qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması olduqca vacibdir. Müvafiq qərarların qəbulu prosesində � sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması, mütərəqqi dünya təcrübəsinə arxalanma mütərəqqi meyarlar kimi bir-birini tamamlayır.

Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlər Azərbaycanda iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli, səmərəli olmasının ən yaxşı sübutu, isbatı sayıla bilər. Bu model üzrə həyata keçirilən siyasət çox qısa zaman ərzində ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olub. İnflyasiya cilovlanıb, Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulub, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilib. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olub. 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü ill ə rdə isə orta hesabla 10% təşkil edib. 2005-2009-cu illərdə isə real iqtisadi artım tempi müvafiq olaraq 26,4%, 34,5%, 25%, 10,8% və 9,3% olub ki, bu da əhalinin sosial-iqtisadi rifahının daha da yaxşılaması baxımından çox böyük əhəmiyyət kəsb edir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-davamlı sosial inkişaf konsepsiyası hazırlanır. Bu baxımdan, “Azərbaycan Respublikasının 2010-cu və gələn üç il üzrə iqtisadi-davamlı sosial inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət proqramları ilə əlaqəli şəkildə hazırlanıb. Bu sənəd Azərbaycan Respublikasının 2010-2013-cü illərdə iqtisadi və davamlı sosial inkişafının əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2010-cu və sonrakı üç il üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini əsaslandırır.

Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan əsas vəzifələr müəyyənləşdirilib. Bu sıraya ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, regionların inkişafının tarazlaşdır ı lması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılmasını və s. bu kimi vəzifələri aid etmək mümk ündür.

Səs.- 2010.- 14 oktyabr.- S. 6.

Azrbaycan respublikasının davamlı inkişaf strategiyası

31-07-2022, 09:35

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən, dövlət başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli Sərəncamının icrasının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul edilib.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi, icrasına nəzarət və hesabatlılıq Nazirlər Kabinetinə həvalə olunub. Nazirlər Kabineti həmçinin Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, orada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin bu Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
“Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” şüarı ilə tərtib olunmuş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhalinin sağlamlığının qorunmasına aid bir sıra mühüm məqamlar da yer alır.
Sənəddə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə son 10 ildə əsas nailiyyətlər, qarşıdakı onillik müddətdə qlobal meyillər, çağırışlar və imkanlar şərh olunub. O cümlədən, vurğulanıb ki, beş fundamental nəticə ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bildirilib ki, son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb və xarici təsirlərə davamlı olub. 2014-2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratsa da, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunub. Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşıb. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artıb. COVİD-19 pandemiyasına qədər ana ölümü hər 100000 nəfər diri doğulana 14,9, körpə ölümü hər 1000 nəfər diri doğulana 11, beş yaşa qədər uşaq ölümü 13, gözlənilən ömür uzunluğu 73,2 yaş təşkil edib. İqtisadi artımın inklüziv və dayanıqlı olması üçün kənd və şəhərlər arasında inkişaf balansı gözlənilib. Kəndlərdə də, şəhərlərdəki kimi, müasir sosial-iqtisadi infrastrukturun vacib elementləri olan təhsil ocaqları, tibb müəssisələri, mədəniyyət evləri, mühüm kommunal və inkişaf xidmətləri rəqəmsal texnologiyalar əsasında yaradılır.
Strategiyada xüsusi vurğulanıb ki, COVID-19 pandemiyası dünya ölkələrinin iqtisadiyyatları üçün səhiyyə, ərzaq təhlükəsizliyi və dayanıqlı məşğulluq çağırışlarını aktuallaşdırmaqdadır: “Rəqəmsal texnologiyaların səhiyyə sisteminə tətbiqi nəticəsində çevik və təmassız tibb xidmətləri genişləndirilir və daha çox insan səhiyyə xidmətlərinə ucuz çıxış əldə edir. Yoluxucu xəstəliklərdən qorunma yalnız güclü səhiyyə sistemi və qabaqlayıcı tədbirlər hesabına mümkün deyil. Eyni zamanda insanların sağlam və adekvat qidalanması və bu əsasda tələb olunan immunitetin formalaşması vacibdir”.
Sənədin “2022─2026-cı illərdə sosial-iqtisadi inkişafa baxış” bölməsində qeyd olunur ki, strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Modelin aparıcı qüvvəsi olan Azərbaycan Respublikası vətəndaşının bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcək.
“Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”də bildirilir ki, yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılacaq. Region və şəhərlərdə müasir tibb xidmətləri inkişaf etdiriləcək. Əhalinin idmanla məşğul olması təşviq olunacaq. İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaq. Beləliklə, doğulanda gözlənilən ömür uzunluğu 73,2 ildən 75,2 ilə çatacaq. ÜDM-də səhiyyə xidmətlərinin payı 2%-dən artaraq 4,3% təşkil edəcək.
Bildirilib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 17 altməqsədi ilə sıx əlaqələndirilib. “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə nail olmaqla Dayanıqlı İnkişaf Məqsədlərinin gerçəkləşdirilməsi də təmin ediləcək.
Strategiya çərçivəsində ilkin strateji dövrdə təməl şərtlərin geniş fəaliyyət istiqamətləri vasitəsilə işə salınmasını təmin edən tədbirlər planı da hazırlanıb.
Planın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” Milli Prioritetinin “Davamlı və yüksək iqtisadi artım” məqsədinin 1.1.10-cu fəaliyyət istiqaməti “Turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi” adlanır. Bu istiqamətdə bir bənd ölkənin müxtəlif şəhər və rayonlarında dövlət‒özəl tərəfdaşlığı çərçivəsində əcnəbi vətəndaşlara tibbi turizm xidməti göstərən tibb müəssisələrinin sayının artırılmasını nəzərdə tutur. 2022‒2026-cı illəri əhatə edəcək tədbirin əsas icraçı orqanı Səhiyyə Nazirliyi (SN), digər icraçılar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Dövlət Turizm Agentliyidir. Layihənin icrası zamanı tibbi turizmin inkişafı ilə bağlı təkliflər həyata keçiriləcək. Dövrün sonuna 2 tibb müəssisəsinin “Joint Comission İnternational” akkreditasiyasını əldə etməsi, Azərbaycanın Medical Tourism Index (MTI) üzrə reytinq cədvəlinə daxil olması planlaşdırılır. Nəticədə, tibbi turizmin turizm gəlirlərində xüsusi çəkisinin artması gözlənilir.
Tədbirlər Planının 2-ci Milli Prioriteti “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” adlanır. Onun “Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədinin “Sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması” fəaliyyət istiqamətinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması, müəssisələrdəki uşaqların ailələrinə qaytarılması, ailə əsaslı alternativ qayğı forması kimi himayədar ailə sisteminin qurulması” tədbirində əsas icraçı orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, SN isə digər icraçılardan biridir.
“Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” Milli Prioritetinin “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədinin “Tibb təhsilinin gücləndirilməsi və ömürboyu öyrənmənin (life long learning) tətbiqi” fəaliyyət istiqamətinin bütün bəndləri üzrə Səhiyyə Nazirliyi əsas icraçı qurumdur. 2022‒2026-cı illəri əhatə edən bu tədbirlərdən birincisi ilkin səhiyyə xidməti müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədilə təlimlərin keçirilməsini nəzərdə tutur. SN ilə yanaşı, İTSDA-ya da həvalə olunan bu bənddə deyilir ki, 2021-ci ilədək ilkin səhiyyə xidməti müəssisələri heyətinin 50%-i təlimlərdən keçib, ailə həkimləri üçün 1 yeni e-kurs yaradılıb. Layihənin icra müddəti ərzində müvafiq təlimlərin hazırlanması və tətbiqi sayəsində bu kontingentin sayının hər il 5% artması, ailə həkimləri üçün hər il 1 yeni e-kursun təşkil edilməsi planlaşdırılır.
İkinci bənd ali və orta tibb təhsili müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, müasir elektron vasitələrdən də istifadə etməklə təcrübə mübadiləsinin aparılması, birgə tədris və elmi fəaliyyətin həyata keçirilməsi adlanır. Əgər 2021-ci ildə 15 birgə elmi-praktiki tədbir keçirilmişdisə, bu tədbirlərin sayının hər il 2 vahid artması nəzərdə tutulur. Tibb təhsili alanlar və tibbi xidmət göstərən heyət üçün zəngin fiziki və elektron kitabxana resurslarına əlçatanlığın təmin olunması, müasir tibbi kitab, jurnal və protokollarla kitabxana resurslarının zənginləşdirilməsi layihəsi çərçivəsində tibbə dair fiziki və elektron kitabxana resursları yaradılacaq, bu sahədə müsbət dinamikaya nail olunacaq. Hazırda 1 milyon 134 min nəşrdən ibarət ümumi kitabxana fondu dövrün sonuna 1 milyon 200 min nəşrə çatdırılacaq. “Tibb və sağlamlıq sahəsi üzrə beynəlxalq elmi-praktiki tədbirlərin Azərbaycanda keçirilməsinə dəstək göstərilməsi” adlanan 4-cü bənd üzrə hər il ən azı 2 beynəlxalq tədbirə, dövrün sonuna isə 10 beynəlxalq tədbirə elmi-metodiki və təşkilati dəstəyin göstərilməsi planlaşdırılır.
Həmin prioritetin “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin bütün fəaliyyət istiqamətləri üzrə tədbirlər əsasən 2022‒2026-cı illəri əhatə edir və böyük əksəriyyətinin əsas icraçısı Səhiyyə Nazirliyidir. Reproduktiv sağlamlığın təmin edilməsi fəaliyyət istiqaməti üzrə ailə həkimi institutunun potensialının artırılması, ailə həkimlərinin antenatal xidmətə fəal cəlb olunması layihəsində icra müddəti ərzində hər il bu həkimlərin 10%-nin antenatal xidmətə cəlb edilməsi nəzərdə tutulur. Hamilə qadınlara, yenidoğulmuşlara, xüsusən azçəkili körpələrə zəruri tibbi xidmət göstərilməsi üçün kadrların inkişaf etdirilməsi, infrastrukturun müasirləşdirilməsi və tibbi təchizat sisteminin gücləndirilməsi tədbiri üzrə ana ölümü göstəricisinin 15,8-dən (2020-ci il) müvafiq dövrün sonuna 12,9-dək, körpə ölümü göstəricisinin isə 9,8-dən (2020-ci il) 9,3-dək azalması qarşıya məqsəd qoyulur. Bu istiqamət üzrə daha bir tədbir hamilə qadınların maarifləndirilməsi üçün müxtəlif interaktiv internet səhifələrinin və mobil aplikasiyaların yaradılmasıdır. Layihə müddətində e-forumda iştirakçı sayının 50 nəfərdən 150-yə çatması, mobil tətbiqlər üzrə yükləmə sayının hazırkı 300 yükləməyə nəzərən hər il əlavə 200 vahid artması planlaşdırılır. Fertil yaşlı əhali arasında ailə planlaşdırılması və kontrasepsiya haqqında maarifləndirmə işinin aparılması tədbiri üzrə layihənin başlanğıcında 70%-lik məlumatlılıq səviyyəsi hər il əlavə 5% artacaq.
Bu məqsədin ikinci istiqaməti uşaqların sağlam böyüməsinin təmin edilməsidir. Bu istiqamət üzrə “Uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslaşmış tibb mərkəzlərinin və ya tibb bölmələrinin kadr potensialının, infrastruktur imkanlarının və tibbi təchizat sisteminin gücləndirilməsi” və “Uşaqların yoluxucu xəstəliklərə qarşı planlı peyvəndlənməsinin həyata keçirilməsi üçün kadr potensialının gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və tibbi təchizatın yaxşılaşdırılması” layihələri icra ediləcək. Nəticədə, 5 yaşadək uşaqlar arasında ölüm göstəricisinin 11,1-dən (2020-ci il) dövrün sonuna 10,5-ə düşməsi, uşaqların peyvəndlərlə əhatə olunmasının isə 87%-dən 95%-ə qalxması gözlənilir. Bu istiqamətin daha bir tədbiri rəqəmsal texnologiyalardan (mobil aplikasiyalar, video-zəng və s.) istifadə etməklə uşaqların peyvəndlənməsinə dair valideynlər arasında mütəmadi maarifləndirmə işlərinin görülməsidir.
Bu məqsədin bir fəaliyyət istiqaməti də uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqidir. Bu istiqamət üzrə “Uşaqların sağlam böyüməsi üçün həkim və qida mütəxəssisinin məsləhətləri olan mobil aplikasiyaların və ya müxtəlif interaktiv internet səhifələrinin yaradılması”, eləcə də “Məktəblərdə sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi üzrə kadr potensialının gücləndirilməsi və infrastrukturun yaradılması” layihələri icra ediləcək. Bu məqsəd üzrə adı çəkilən bütün tədbirlərin əsas icraçısı SN, digər icraçı İTSDA, sonuncu bənd üzrə əlavə olaraq həm də Təhsil Nazirliyidir.
“Vətəndaşların sağlam həyat tərzi” məqsədinin daha bir fəaliyyət istiqaməti uşaqların psixi sağlamlığının möhkəmləndirilməsidir. Bu istiqamət üzrə “Rəqəmsal texnologiyalardan istifadə etməklə psixoloqların uşaqlarla görüşlərinin keçirilməsi, psixoloji dəstəyə ehtiyacı olan uşaqlar üçün xüsusi müalicə proqramlarının hazırlanması” layihəsi dövrün sonuna psixoloqun uşaqlarla işinin 20%-nin rəqəmsal texnologiyalarla aparılmasını hədəfə alır. “Ağır və xroniki psixi pozuntusu olan uşaq və yeniyetmələrin müalicəsi üçün tibbi mərkəzlərin kadr potensialının gücləndirilməsi, infrastruktur imkanlarının genişləndirilməsi və tibbi təchizat sisteminin yaxşılaşdırılması” tədbiri isə uşaq psixiatriya müəssisələri üzrə çarpayı/günlərin sayının hər il 3%, yekun olaraq 15% azalmasını nəzərdə tutur.
Tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artması fəaliyyət istiqamətinin ilk tədbiri əhali arasında öz sağlamlığının qorunmasına, xəstəliklərin erkən əlamətlərinə dair rəqəmsal texnologiyalar tətbiq etməklə maarifləndirici mobil aplikasiyaların və interaktiv internet səhifələrin yaradılmasını ehtiva edir. Nəzərdə tutulur ki, 2021-ci ildə 8 mobil tətbiq var idisə, 2026-cı ildə onların sayı 14-ə çatacaq. Qeyri-infeksion xəstəliklərin qarşısının alınması məqsədilə skrininqlər aparılması bəndində bildirilir ki, 2021-ci ildə onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması 39,4% təşkil edib. Bu tədbir nəticəsində 2026-cı ildə bu rəqəm 45%-ə çatdırılacaq. Layihənin əsas icraçısı İTSDA, digər icraçı isə SN-dir.
Bu istiqamətin üçüncü bəndi tibbi xidmətlərin keyfiyyət standartları sisteminin işlənilib hazırlanması, kliniki protokolların yenilənməsi, tibb müəssisələrinin heyətinin bilik və bacarıqlarının artırılmasıdır. Tibbi xidmətlər üzrə keyfiyyət standartlarının tətbiqini, 2026-cı ilə qədər tibb müəssisələrinin 15%-nin akkreditasiyadan keçməsini nəzərdə tutan tədbir həmçinin həmin dövrə qədər hər il 20 kliniki protokolun yazılmasını və ya indi mövcud olan 91 kliniki protokolun yenilənməsini nəzərdə tutur. Ölkədə dərman və tibbi preparatlar istehsalının təşkilinə dəstək verilməsi, onların keyfiyyətinin yoxlanılması və müvafiq qeydiyyat sənədinin təqdim olunması layihəsinə görə, hazırda istehsal olunan 33 adda dərman preparatına əlavə olaraq, hər il 4 adda yeni dərman preparatının istehsalı tibb sənayesinin məhsul buraxılışının artması ilə nəticələnəcək. Bəndin əsas icraçısı SN, digər icraçı isə İqtisadiyyat Nazirliyidir. İTSDA-nın icra edəcəyi İlkin səhiyyə xidməti mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi və diaqnostika imkanlarının genişləndirilməsi bəndi əhalinin ilkin səhiyyə xidməti müəssisələrinə adambaşına düşən müraciətlərinin sayının 2020-ci ildə 3,8-ə nisbətən dövrün sonunda 4,2-yə çatmasını nəzərdə tutur.
Növbəti fəaliyyət istiqaməti “Tibbi xidmətlərin tənzimlənməsi və dayanıqlı maliyyələşməsinin təmin olunması” adlanır. Əsas icraçısı İTSDA, digər icraçı isə SN olan “İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin çeşidinin genişləndirilməsi” tədbiri hazırkı 2550 belə xidmət müqabilində dövrün sonuna bu xidmətlərin sayının 2800-ə çatmasını hədəf götürüb. Əsas icraçısı SN olan, digər aidiyyəti qurumların da iştirak edəcəyi “Səhiyyə sistemində tənzimləmə və idarəetmə funksiyalarının dəqiq müəyyən edilməsi” bəndi bu funksiyalar üzrə meyarların hazırlanmasını və tətbiqini nəzərdə tutur.
Bu məqsədin daha bir fəaliyyət istiqaməti vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir. Əsas icraçısı SN, digər icraçıların İTSDA, Gənclər və İdman, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üsrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları olan “Ali və orta təhsil müəssisələrində tələbə-şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması” bəndi dövrün sonuna 10 adda belə maarifləndirmə materialı və 5 adda e-təlimin tətbiqini ehtiva edir. SN, eləcə də Gənclər və İdman, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üsrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunacaq “Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyəti üzrə paylanması, aidiyyəti mobil tətbiqlərin istifadəyə verilməsi” bəndi dövrün sonuna videoçarx və poster sayının 50-yə çatmasını planlaşdırır. Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə) bəndi böyüklər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisinin 8% azalmasına yönəlib. Onun əsas icraçısı SN, digər icraçılar İTSDA, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üsrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarıdır. Eyni qurumların icra edəcəyi “Əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi” STEPS sorğusunun hazırlanması, aparılması, nəticələrinin geniş kommunikasiyası yolu ilə əhalinin səhiyyə xidmətləri üzrə məmnunluğunun artmasına xidmət edəcək.
Tədbirlər Planının “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlanan 4-cü Milli Prioriteti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində icra ediləcək.
“Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlı 5-ci Milli Prioritetin “Yüksəkkeyfiyyətli ekoloji mühit” məqsədinin də bəzi bəndləri Səhiyyə Nazirliyi qarşısında müəyyən vəzifələr qoyur. Belə ki, “Tullantıların səmərəli idarə olunması” fəaliyyət istiqaməti üzrə Tullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi ilə bağlı uçotun təkmilləşdirilməsi, məlumat bazasının və elektron informasiya sisteminin yaradılması; Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sisteminin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi; Təhlükəli tullantı poliqonlarının infrastrukturunun müasirləşdirilməsi və mərkəzləşdirilmiş zərərsizləşdirmə qurğularının tətbiqi; eləcə də “Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sisteminin təkmilləşdirilməsi” fəaliyyət istiqaməti üzrə Atmosfer havasının çirklənməsi üzrə avtomatik monitorinq şəbəkəsinin və vahid məlumat bazasının genişləndirilməsi bəndlərində SN icraçı qurumlardan biridir.

Comments are closed, but trackbacks and pingbacks are open.