Press "Enter" to skip to content

ICloud quraşdırıldıqda kompüter bəzi media funksiyalarını dəstəkləmir

O, vurğulayıb ki, Əfqanıstanın hazırkı hakimiyyəti yerli media orqanlarının maliyyə problemlərini həll etmək üçün əlindən gələni edəcək.

Bərdədə məhkəmə sürücüsü polisin əlindən kompüteri alaraq qaçıb – VİDEO

Bərdədə sürücü polisin əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış “QAZ-24” markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib.

Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur. Araşdırmalar davam etdirilir.
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”, – məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

ICloud quraşdırıldıqda kompüter bəzi media funksiyalarını dəstəkləmir

Əfqanıstan “Sərhədsiz Reportyorlar” təşkilatı mətbuat azadlığı reytinqində 34 pillə geriləyərək sonuncu yerlərdən birinə düşüb.

TNS TASS-a istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” hərəkatı xarici qoşunların ölkədən çıxarılmasından sonra maliyyə mənbələrini itirmiş yerli mediaya dəstək verməyə hazırdır.

Bunu çərşənbə axşamı “Əfqanıstan İslam Əmirliyi”nin rəsmi nümayəndəsi Zəbihullah Mücahid deyib.

“ABŞ qoşunlarının ölkədən çıxarılmasından sonra bəzi Əfqanıstan KİV-lərinin işini dayandırmasının səbəbləri “Əfqanıstan İslam Əmirliyi”nin fəaliyyəti ilə deyil, onların xarici qüvvələr və səfirliklər tərəfindən maliyyələşdirilməsini itirməsi ilə bağlıdır”, – Mücahid şəxsi “Twitter” səhifəsində məlumat verib.

O, vurğulayıb ki, Əfqanıstanın hazırkı hakimiyyəti yerli media orqanlarının maliyyə problemlərini həll etmək üçün əlindən gələni edəcək.

“Əfqanıstanda jurnalist məlumat almaq üçün müəyyən orqanlara çağırılırsa, bu, onun işgəncələrə və ya həbslərə məruz qalacağı demək deyil. Bəzi beynəlxalq dairələrin bununla bağlı qorxuları özünü doğrultmur”, – Mücahid bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.