Press "Enter" to skip to content

Mikroprosessorlu Sistemler

İnsanlar arasında maraq və istək yaratmaq eyni anda baş verə bilər. Bu səbəbdən insanlara niyə sizin markanızı seçməli olduğunu izah etməlisiniz. Burada siz, istifadəçilərə sizin məhsulunuzda olan lakin digərlərində olmayan xüsusiyyətləri vurğulaya bilərsiniz.

SEO nədir

SEO nədir – SEO ingilis dilindən tərcümədə Search Engine Optimization sözlərinin qısaldımasından yaranmışdır və “Axtarış Sistemlərinin Optimizasiyası” deməkdir. SEO, veb sayt trafikinizin keyfiyyətini, miqdarını və məşhurluğunu ödənişsiz olaraq artıran bir optimizasiya prosesidir.

Axtarış Sistemlərinin Optimizasiyası (SEO) veb saytların axtarış sistemlərində daha yaxşı nəaliyyət əldə etməsi üçün görülən bütün işlərə verilən addır.

SEO nədir sualına bir digər cavab, həmçinin veb saytınızın axtarış nəticələri səhifəsində (SERP) daha yaxşı yer tutması üçün davamlı inkişaf etdirmə prosesidir. SEO ilə veb saytınızın texniki göstəricilərini artıra və daha çox istifadəçi əldə edə bilərsiniz. SEO xidmeti ehtiyacınız varsa, bunun üçün Webcoder.az saytına müraciət edə bilərsiniz.

Bu məzmundan sonra tez-tez verilən bütün SEO suallarına tez cavab ala biləcəksiniz. Bu məzmun ilə SEO nedir sualının cavabını və axtarış sistemləri optimallaşdırmasının necə edildiyi barədə məlumat alacaqsınız.

SEO optimizasiyasının məqsədi veb saytları Google-da və ya açar sözlərə əsaslanan hədəfli bir axtarış sistemində ilk sıralarda sıralamaqdır. Bir çoxlarımızın bildiyi kimi daha yüksək pillələrdə yer alan veb saytlar daha çox klik əldə edir.

Rəqiblərinizdən üstün olmaq çətin bir proses ola bilər, ancaq axtarış sistemlərinin optimallaşdırması ilə bu daha rahat hala gəlir. Google və digər axtarış sistemlərinin məzmununuzu oxuması və anlaması üçün mübarizə aparırsınızsa müəyyən bir müddət ərzində, axtarış nəticələri səhifələrində daha yüksək sıraya çıxa bilərsiniz. SEO nədir mövzusu ilə bağlı növbəti məqalələrimizdə daha ətraflı məlumat ala biləcəksiniz.

SEO niyə vacibdir?

SEO-nun məqsədi veb saytları Google-da və ya sözlərə əsaslanan hədəfli bir axtarış sistemində yüksək sıralamaqdır. Daha yüksək pillələrdə yer alan veb saytlar daha çox klik əldə edir. Çox sayda istifadəçi hər bir veb sayt sahibini xoşbəxt edir, amma burada ən vacib amil ixtisaslı istifadəçilərin sayıdır. Beləliklə, SEO-nu daha çox istifadəçi almaq üçün deyil, daha çox ixtisaslı qonaq almaq üçün etməlisiniz.

Axtarış sistemləri necə işləyir?

SERP-də yəni axtarış nəticələri siyahısında nəticəni müəyyənləşdirən bir çox amil var, amma ən vacibləri arasında:

var. SEO nədir mövzusunda bu göstəriciləri anlamaq və saytınızı buna uyğun optimallaşdırmaq veb saytınıza fayda gətirəcəkdir. Bu amillər vacibdir, çünki Google və digər axtarış sistemləri istifadəçilərinə yalnız ən uyğun və nüfuzlu nəticələr təklif etmək istəyirlər.

Google keyfiyyətli axtarış sistemidir. İstifadəçilərinə keyfiyyətli bir təcrübə təqdim etdiyi üçün bu bu qədər sevilir və istifadə olunur. Hansı veb sayt bu keyfiyyət təcrübəsini təmin edirsə, həmişə həmin veb saytını mükafatlandırır. Başqa sözlə, Google’a keyfiyyətli bir təcrübə təmin etməsinə kömək etsək, mükafatı qısa müddətdə alacağıq. Bu nbu keyfiyyət göstəricisi nədir? Keyfiyyətli məzmun istehsal etmək, veb saytımızı qaydalara uyğun optimallaşdırmaq, axtarış sistemləri üçün deyil, istifadəçilər üçün işləmək. Bundan əlavə, bəzi hallarda fərdiləşdirmə son nəticəyə də təsir edə bilər. Məsələn, fərdiləşdirmə üçün: yer haqqında məlumat, istifadəçinin axtarış tarixi, istifadə olunan cihaz və ya sosial əlaqələr.

Açar sözlər SEO üçün niyə vacibdir?

SEO strategiyanız üçün açar sözlər vacibdir. Buna görə analitik bir yanaşma istifadə etməlisiniz. Əvvəlcə potensial istifadəçinizi düşünün. Nə axtarış aparır, nə istəyir? Səhifənizi yüzlərlə fərqli şərt üçün optimallaşdıra bilməzsiniz. Bu səbəbdən SEO nədir mövzusunda çox spesifik sorğular seçib nəyi optimallaşdırdığımıza qərar verməyimiz lazımdır.

Unutmamalı olduğunuz 3 vacib şey var:

Açar söz axtarma prosesi, açar sözlərin axtarış həcmi, axtarış sıxlığı (insanlar bu açar sözü nə qədər axtarır) və rəqabət (bazar nə qədər rəqabətlidir) arasındakı əlaqədir. Açar söz axtarma prosesi hansı açar sözlərin ən böyük potensiala sahib olduğunu və hansının saytınıza daha çox hədəflənmiş trafik gətirməsinə daha çox kömək edəcəyini öyrənməyə kömək edir.

Sitemap.xml nədir?

Sitemap ingilis dilindən tərcümədə sayt xəritəsi olaraq tərcümə olunur. Sayt xəritəsi, axtarış sistemlərinin veb saytları daha yaxşı başa düşməsi və səhifələrin indekslənməsi üçün xüsusi olaraq axtarış sistemi botları və brauzerlər üçün yaradılmış səhifələrdən ibarətdir. Sayt xəritəsi, başqa sözlə, axtarış sistemi botlarının daha rahat hərəkəti üçün qurulmuş bir sistemdir. SEO nədir başlığı altında internetdə axtarış etdikdə, bu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Bir çox veb sayt, xüsusilə də onlayn satış saytları hər zaman yeni məhsullar əlavə edərək, saytları daha aktual istifadə edirlər. Bu zaman yeni məhsulların səhifələrinin Sitemap-də yerləşdirilməsi olduqca önəmlidir. Bunun səbəbi müştərilərin axtarış sistemlərində daha rahat şəkildə sizin məhsullarınızı tapa bilməsidir. Həmçinin xüsusi kompaniyalar və ya endirimlər zamanı, saytınızdaki qiymət dəyişikliklərinin də axtarış sistemlərində görünməsi üçün, Sitemap sistemi aktual olaraq yeni linklər lə gücləndirilməlidir. SEO nədir və hansı üstünlükləri var və bu kimi bir çox suala saytımızdaki bloqlarda cavab tapa bilərsiniz.

Müəllif: Web Coder

Veb Dizayn

Web dizayn nədir sualının ən sadə cavabı, fikirləri müəyyən bir məqsəd üçün yönəltmək və təşkil etmək və onları praktikaya çevirmək prosesidir. Bu proseslər başa çatdıqdan sonra aktiv bir veb saytın dizaynı böyük həcmdə hazırlanmış olur. Veb dizaynı hazırlandıqdan sonra son istifadəçilər veb brauzerin köməyi ilə internet vasitəsilə veb saytlara daxil ola bilərlər. Bu veb dizaynın nə olduğu sualına verə biləcəyimiz ən qısa cavab ola bilər. İndi isə bu mövzuya daha ətraflı nəzər salaq.

Veb Dizayn Elementləri

Dizaynın hər sahəsində olduğu kimi, veb dizaynda da müəyyən əsas struktur parçaları yaradılaraq işlər aparılır. Aşağıdakı qısa başlıqlarda bunları sizə təqdim edirik və keyfiyyətli bir işin vacib detallarını sizinlə paylaşırıq.

1)Quruluş

İstifadə ediləcək qrafiklər və mətnlər müəyyən bir qaydada olmalıdır. Veb saytların əhəmiyyətli bir məqsədi, istifadəçilərə ilk baxışdan axtardıqları məlumatları tez bir zamanda tapmalarına kömək etməkdir. Web dizayn quruluşunun balanslı, ardıcıl olması və bütövlüyünü nizamlı olaraq qoruması son dərəcədə vacibdir

2)Rəng

Rəng seçimi müştəri tələblərinə və məqsədinə bağlıdır. Dizayn sadəcə ağ-qara rənglərlə edilə bilsə də, bir insanın və ya bir təşkilatın şəxsiyyəti və markası veb dostu rənglərdən istifadə edərək özünü ifadə edə bilər.

3)Qrafika

Web dizayn üçün qrafiklər loqotiplər, fotoşəkillər, clipart və ya nişanlar olaraq istifadə edilə bilər. İstifadə rahatlığı baxımından dizayn çox dar olmamalı, səhifənin açılma sürətinə təsir etməyəcək ölçüdə olmalı, veb səhifənin məzmunu ilə uyğun olmalı və uyğun şəkildə yerləşdirilməlidir.

4)Şriftlər

Müxtəlif şriftlərdən istifadə edərək veb saytın dizayn keyfiyyətini artıra bilərsiniz. Əksər veb brauzerlər yalnız “veb dünyasında məşhur” şriftləri aydın şəkildə göstərə bilir, buna görə də bir dizayner olaraq bu tip tanınmış şriftlərlə işləmək məsləhət görülür.

5)Məzmun

Məzmun və dizayn, şəkillər və mətn vasitəsilə saytın vermək istədiyi mesajın gücünü artırmaq üçün birlikdə işləyə bilər. Oxucularını təəccübləndirmək və həvəs oyatmaq üçün onlara istədiklərini vermək lazımdır, beləliklə istifadəçilər saytda daha çox vaxt keçirəcəklər. İstifadə etdiyiniz yazılı mətn həmişə mövzuya uyğun və faydalı olmalıdır. Web dizayn zamanı mətndə məzmuna uyğun açar sözlər olmalı, axtarış sistemləri üçün optimallaşdırılmış və uyğun uzunluqda olmalıdır.

6)İstifadəçi Dostu Veb Dizaynının Yaradılması

Bir veb saytı hazırlayarkən, bir saytın gözəl və vizual olaraq təsir edici olması üçün veb dizaynının əsas şərtləri ilə birlikdə istifadəçi davranışları haqqında da düşünmək lazımdır. Aşağıda sadalanan amillərə diqqət yetirməklə istifadəçi dostu interfeyslər asanlıqla əldə edilə bilər.

7)Naviqasiya

Veb dizaynı saytının arxitekturasını yaradarkən, istifadəçilərin veb sayta necə baxdıqlarını və axtardıqlarını nəzərə alaraq menyular və digər naviqasiya vasitələri yaradılmalıdır. İstifadəçilər üçün səmərəli, ehtiyac duyduqları məlumatı tapmağı və sayt daxilində asanlıqla hərəkət etməyə kömək edəcək bir şəkildə dizayn edilməlidir.

8)Multimedia

Dizayndakı əlaqəli video və audio bölmələri istifadəçilərə məlumatı qavramaqda asan və tez bir şəkildə kömək edə bilər. Bu, istifadəçiləri veb saytında daha çox vaxt keçirməyə təşviq edə bilər.

9)Uyğunluq

Səhifənin düzgün göstərilməsini artırmaq, hər dəfə eyni performansı əldə etmək son dərəcə vacibdir. Fərqli brauzerlərdə və əməliyyat sistemlərində problemsiz işləyə biləcək bir web dizayn hazırlamağa diqqət edin.

10)Texnologiya

Texnologiyadakı irəliləyişlərdən istifadə etmək, dizaynerlərə hər zaman təzə, dinamik və peşəkar bir veb dizaynında kömək edir və yenilik əlavə etmək azadlığı verir.

11)İnteraktiv

Web dizayn daxilində istifadəçi şərhləri əlavə edərək aktiv istifadəçi əlaqələrini artırın. E-poçt formaları və e-bülleten qeydləri təqdim edərək istifadəçinizi daimi istifadəçilərə çevirin.

Müəllif: Web Coder

AİDA modeli nədir? AİDA modeli və mərhələləri.

Əgər marketinq sahəsinə yeni addım atırsınızsa AİDA modeli terminini tez-tez eşidəcəksiniz. Doğru hədəf kütləsinə xitab edərək satışlarınızı artırmaq istəyirsinizsə AİDA modelinin nə olduğunu bilməlisiniz. Əgər bu haqqda məlumatlı deyilsinizsə o zaman doğru yerdəsiniz. Bugünkü yazımda siz, AIDA modelinin nə olduğu ilə tanış olacaqsınız.

AİDA modeli nədir?

AİDA ingilis dilində awareness, interest, desire, action sözlərinin qisaltmasından yaranmışdır. AİDA modeli marketinqdə alıcıların hər hansı bir məhsulu alarkən keçdiyi mərhələləri təsvir edir. Bir çox istifadəçi reklam və ya marketinq strategiyaları yolu ilə markaların fərqinə vardığı üçün AİDA modeli bir reklam və ya marketinq strategiyalarının marka seçimində müştərilərə necə təsir etdiyini açıqlayır. AİDA modeli 19-cu əsrdən bu yana reklam dünyası və marketinqdə ən çox istifadə edilən modellərdən biridir.

AIDA modelinin mərhələləri:

Awareness

Satış qıfının ilk mərhələsi tanınmadır. Burada siz mümkün olduqca öz markanızın adını tanıtmağa və daha çox insanın sizdən xəbərdar olmasına çalışmalısınız. Bunu tez və qısa bir zamanda etmək üçün reklamlara baş vura bilərsiniz. Tanınma bütün markalar üçün olduqca önəmli bir hissədir. Dünyada ən çox tanınan markalar belə hər zaman awarenes’i qoruyub saxlama ehtiyac duyur. Məhz bu səbəbdən bu bölməni önəmsəməli və yaddaşlarda qalmağa çalışmalısınız.

Interest

Awarenesin ilkin olaraq önəmini vurğuladıq amma unutmayın ki bu uğurlu bir marka yaratmaq üçün yetərli deyil. Sizin markanız həmçinin insanlarda maraqda oyatmalıdır. Əgər markanız insanlarda maraq yaratmırsa o zaman onlar sizdən məhsul almağa istəkli olmayacaqlar. İnsanlarda maraq yaratmaq üçün hədəf kütlənizi düzgün seçməli və bu kütlənin ehtiyaclarına uyğun məhsullar təklif etməlisiniz. Buna misal olaraq Adidas markasını göstərmək olar. Adidas reklam üzü olaraq Messini seçdiyində düzgün bir qərar vermişdi çünkü beləcə futbolsevərlərin və həmçinin digər insanların marağını markaya yönəldə bilmişdi. Adidasın istehsal etdiyi idman ayaqqabılarına maraq artdı və idmansevərlər bu ayaqqabıları sahib olduğu özəlliklərə görə almış oldu. Beləcə Adidasın istehlakçı sayı beləcə artmış oldu.

Desire

İnsanlar arasında maraq və istək yaratmaq eyni anda baş verə bilər. Bu səbəbdən insanlara niyə sizin markanızı seçməli olduğunu izah etməlisiniz. Burada siz, istifadəçilərə sizin məhsulunuzda olan lakin digərlərində olmayan xüsusiyyətləri vurğulaya bilərsiniz.

Action

Yaxşı reklam istifadəçiləri sizin məhsulunuzu almağa təşvik etməlidir. Əgər məhsulunuz insanlarda maraq, diqqət və istək yaratmağı bacardısa bu zaman onlar məhsulunuzu almaq üçün hərəkətə keçəcəklər. Burada həmçinin marka olaraq siz, alıcının xidmətdən məmnun qalmasını və məhsulu yenidən almağa istəkli olmasını təmin etməlisiniz.

Müəllif: Web Coder

SEO-dostu vebsayt

İstənilən şirkətin edə biləcəyi ən böyük rəqəmsal marketinq səhvlərindən biri yeni bir veb-saytı qurub onu optimallaşdıra bilməməkdir.

Bu cür SEO-dostu olmayan saytlar axtarış sisteminin optimallaşdırılmasını əngəlləyir, mobil istifadəçiləri məyus edir və beləliklə, satış potensialını azaldır. Bu da öz növbəsində veb-saytların yenidən dizayn olunmasına gətirib çıxarır.

Əksər vaxtlarda SEO problemlərinin yaranmasında səbəb açar sözlərin düzgün tapılmaması və açar söz strategiyasının yaradılmamasıdır. Saytın heç bir açar söz araşdırması/strategiyası olmadıqda, tərkibindəki səhifələr bütün açar söz hədəfləri üçün əl çatan olmayacaq.

Yüksək keyfiyyətli yazılmış və optimallaşdırılmış məzmun veb-saytınızı SEO dostu etmək üçün başlıca strategiyalardan biridir. Google, nüfuzlu, əlaqəli, faydalı və cəlbedici olan məzmunu müəyyənləşdirmək və sıralamaqda son dərəcə ustadır. Məzmun Google -da xüsusi açar sözlər ətrafında və xüsusi ölçüdə yazılmalıdır.

Səhifənin yüksək sürətli yükləmə sürəti həm veb-sayt istifadəçiləri, həm də axtarış sistemləri üçün yüksək böyük bir üstünlükdür. Düzgün dizayn və keyfiyyətli hostinq təminatçısı birləşərsə, bir şirkətin veb saytının ildırım kimi yüklənməsi təmin oluna bilər.

Müəllif: Web Coder

LOQO DİZAYN

Marka logosu bir şirkətin siması olaraq xarakterizə edilə bilən və çox vaxt potensial bir müştərinin işiniz və sizlə əlaqədar fərqinə varacağı ilk şeydir.

Loqo yalnız bir görüntüdən daha çox şeydir və müştərilər üçün tanınma nöqtəsidir və şirkətinizin brendə çevrilməsi və bütün marka memarlığı üçün vacib bir təməldir.

Müştərilərin bir neçə saniyə ərzində bir şirkət haqqında fikir formalaşdırdıqları və yaxşı dizayn edilmiş bir loqotip işinizi peşəkar, etibarlı və ən yaxşı səviyyədə təqdim etdiyinizi göstərərək potensial və hədəfli müştərilərə çatdırır.

Uğurlu bir loqo üçün 2 saniyə kifayətdir ki, şirkətin potensial müştərilərini məhsullarının bazarda rəqiblərlə müqayisədə hər hansı bir dəyərə sahib olduğuna inandırsın.

Marka loqosunun əhəmiyyəti mövzusunda ən kritik məqamlardan biri loqoların vizual və yaddaqalan olmasıdır. Məsələn, Gucci çantasında markanın loqotipi onun real dəyərindən qat -qat çox satmaq üçün kifayətdir. Loqotipiniz izləyicilərinizi şirkətinizə aparır. Loqotiplər markanızın tanınma nöqtəsidir və müştərilərin markanızı tanımaq üçün istifadə etdikləri simvoldur.

İdeal olaraq, insanların loqotipinizin görmə qabiliyyətini dərhal şirkətinizin etdikləri ilə əlaqələndirməsini və daha da əhəmiyyətlisi, markanız və bütövlükdə şirkət haqqında hiss etmələrini və görselleştirmelerini istəyərsiniz. Yaxşı bir logo vizual bir element və estetik baxımdan xoş bir element olduğu üçün markanız haqqında yalnız şirkətinizin adının çata bilməyəcəyi müsbət xatırlatmalara səbəb olur.

Hər hansı bir şirkət məhsul təklifləri ilə və ya bir bütün olaraq marka ilə emosional bir əlaqə qurmaq üçün logoların rəng sxemlərindən faydalana bilər. Məsələn, meyvə şirəsi satan bir şirkət tropik yerlərdəki tətillərlə bağlı xoş duyğular oyatmaq üçün narıncı, sarı, yaşıl rənglərindən istifadə edə bilər. Yaxud, yüksək keyfiyyətli saatlar, qara qalstuklar satan markalar rəsmiyyət yaratmaq qara rəngdən istifadə edə bilər.

Müəllif: Web Coder

Mobil tətbiqlərdə UI/UX dizaynının əhəmiyyəti

İnsanların əksəriyyəti rəqəmsal mediadan istər masaüstü, istərsə də mobil telefonlarda istifadə edir. Hər iki platformanın çox sayda istifadəçisi var. Mobil və onunla əlaqəli texnologiyalar dünya miqyasında populyarlıq qazandıqca insanların heç bir maneə olmadan daha rahatlıqla texnologiyalardan yararlanma gözləntiləri gündən-günə yüksəlir. Bu baxımdan mobil tətbiqiniz üçün UI/UX dizaynının rolu danılmazdır.

Mobil proqramın UI/UX dizaynı istifadəçi təcrübəsini artırır və buna görə də mobil tətbiqinizin uğurunda əsas rol oynayır. UI/UX dizaynının rolunu anlamaq üçün əvvəlcə hər iki terminin izahını bilmək gərəklidir.

“UI” abbreviaturası ingilis dilində “User Interface” olub istifadəçi interfeysi deməkdir. Bu dizayn, istifadəçilərin mobil proqramla qarşılıqlı əlaqəsidir. İstifadəçi interfeysinə tətbiqin bütün idarəetmələri, düymələri, blokları və elementləri daxildir.

İstifadəçi interfeysinin məqsədi istifadəçi ilə proqram arasında səmərəli və effektiv qarşılıqlı əlaqəni yaratmaqdır. UI-nin yaradılması dedikdə rəng və ən son dizayn prinsiplərinin seçilməsi nəzərdə tutulur.

“UX” abbreviaturası isə ingilis dilində “User Experience” olub, istifadəçi təcrübəsi deməkdir. UX-ın başlıca məqsədi isə istifadə rahatlığı və istifadəçinin sayta daxil olarkən saytda asan şəkildə axtarış etməkdir. Daha dəqiq desək, mobil tətbiqin işləmə üsulunu müəyyənləşdirməyi və istifadəçilərin tələblərinə cavab verməyi əhatə edir. UX aydın, rahat və istifadəçi dostu olmalıdır.

Proqramçı üçün mobil proqramda UI/UX-in rolunu bilmək vacibdir. Siz əla funksionallığı olan bir mobil tətbiq yarada bilərsiniz, lakin dizayn hissəsinə diqqət yetirilməzsə, bu, tətbiqi yararsız edəcək. Tətbiqin uğurlu olması üçün onun funksionallığı və UI/UX arasında düzgün balansın olması vacibdir.

UI və UX-i təkmilləşdirmək üçün nələr edə bilərsiniz ?

1. Saytın ahəngini qorumaq – tətbiqin dizaynı ikona və düymələrlə məhdudlaşmamalı, həm də rənglər və naxışlar onlarla vahidlik təşkil etməlidir.

2. Yükləmə sürəti – Sürət UX dizaynının ən vacib aspektlərindən biridir. Səhifənizin dizaynı elə olmalıdır ki, çox yükləmə vaxtı tələb etməsin, çünki istifadəçilər vaxtlarına qənaət etmək istəyirlər.

3. Ənənəvi elementlərdən istifadə – tətbiqdə hər bir istifadəçinin tanıya biləcəyi elementlərdən istifadə etmək məsləhət görülür, beləcə, o heç bir çaşqınlıq olmadan problemsiz tətbiqdən yararlanacaq.

4. İnteraktiv tətbiq – istifadəçi dostu tətbiqlər ən ideal hesab edilir. İnteraktiv proqram istifadəçilərə rahatlıqla bir pəncərədən digərinə keçmək imkanı verir.

Müəllif: Web Coder

Linkedin-də Uğur Qazanmağın 7 Asan Yolu

Son dövrlərin populyar sosial şəbəkə platforması olan Linkedinin əslində Facebook, Twitter, Snapchat və İnstagram-dan daha uzun müddət əvvəl istifadəyə verildiyini bilirdinizmi? Linkedin peşəkarların bir arada olduğu ən böyük biznes yönümlü şəbəkədir. Bu şəbəkə 200-dən çox ölkədə 500 milyondan çox istifadəçiyə malikdir. Linkedin-də istər iş sahibi, istər işsiz biri kimi yeni imkanlar əldə edə bilərsiniz. Linkedin sizə profilinizi, təcrübənizi, tövsiyələrinizi və əlaqələrinizi nümayiş etdirmək imkanı verir. İşə götürənlər namizədlər haqqında fikir formalaşdırmaq istəyərkən Linkedin profilinizə nəzər yetirə bilər. Yəni, hesabınız sizin haqqınızda ilkin peşəkar təəssürat yarada, eləcə də, iş dünyasında sizə, biznesinizə qarşı etibarlılıq yarada və nailiyyətlərinizi önə çıxara bilər. Bu günkü bloq yazımızda sizlərə Linkedin platformasında asanlıqla və zaman itirmədən inkişaf əldə etməyin 7 üsulundan bəhs edəcəyik.

1) Güclü təməl qurun – Linkedin profili sizin onlayn mövcudluğunuzu peşəkar şəkildə əks etdirir. Məsələn, potensial müştəri adınızı axtarışa verdikdə Linkedin hesabınızın həmin axtarış nəticələrində ilk sıralarda çıxması ehtimalı yüksəkdir. Dolayısıyla, yaradacığınız ilkin təəssürat çox vacibdir. İlkin təəssürat dedikdə profil məlumatlarındakı ən xırda detallar belə nəzərdə tutula bilər (öz paylaşımlarınız, başqalarının paylaşımlarına bildirdiyiniz “reaction” və şərhlər, iştirak etdiyiniz qrup müzakirələri və s.). Oxşar tələblər Linkedindəki “iş statusu”-nuza da aiddir. Peşəkar görünmək istəyirsiniz? Daim iş statusunuzu yeniləməlisiniz; öz üzərinizdə çalışıb yeni “activity”-lərinizlə hesabınızı zənginləşdirmək olar. Xülasə, profilinizi tamamlayaraq peşəkar imicə sahib olun, fikirlərinizi, peşəkarlığınızı nümayiş etdirən media faylları paylaşın və müştərilərinizin digər sosial şəbəkə hesablarınızı asanlıqla tapa bilsin deyə onların linklərini də daxil edin. Güclü təməli olan profil yaratmağa birdəfəlik iş kimi baxmayın – davamlı fəaliyyətdə olun.

2) “Networking” yaradarkən məntiq yürüdün. Əlaqələrinizi heç vaxt məhdudlaşdırmayın; fərdi dəvət göndərilərsə və şəxsin peşəkar profili (şəkil daxil olmaqla) varsa, əlaqə yaratmaqdan çəkinməyin. Şəxsi və ya peşəkar nöqteyi-nəzərdən insanlarla əlaqə saxlamağınız məntiqlidirsə, o zaman ağıllı şəbəkənizi qurun. Ola bilsin ki, bu gün bütün bu bağlantılara ehtiyacınız olmaya bilər, bəs 5 il sonra? Sonradan sağlam təməlin qoyulması üçün şəbəkənizə indidən investisiya qoyun. Müxtəlif sahədən olan insanlarla yaradılmış əlaqələr sizə nə vaxtsa hər cür qapıları aça və heç vaxt təsəvvür etmədiyiniz imkanları yarada bilər.

3) Davamlı olaraq hesabınıza zaman ayırın və dəyər verin – yeni müştəriləri biznesinizə yönləndirməyin ən dəqiq yoludur desək, yanılmarıq. Linkedin-də fərqlənmək və yaddaqalan olmaq istəyirsinizsə, davamlı olaraq aktiv olmalısınız. Dəyər vermək o deməkdir ki, siz bağlantılarınızla daim ən yaxşı və ən uyğun məzmunu paylaşırsınız. Bağlantılarınızı motivasiya edəcək, ruhlandıracaq, problemlərini həll etməyə, daha yaxşı hiss etməyə və ya həyatlarında daha çox şey əldə etməyə kömək edə biləcək məzmunlar paylaşın. Ümumi mövzularla yanaşı, zaman-zaman məhz öz sahənizlə də bağlı məzmunu paylaşmaq vacibdir. Beləliklə, özünüzü sahənizdə peşəkar kimi təqdim edə biləcəksiniz. Əgər həqiqətən bir mütəxəssis kimi görünmək istəyirsinizsə, öz fikirlərinizi dərc etməlisiniz. Çünki günün sonunda, Linkedin-də marketoloq yox, marketinq üzrə influencer kimi tanınmaq daha vacib rol oynayır. Siz daim aktiv olmaqla və keyfiyyətli məzmun paylaşmaqla bağlantılarınıza şəxsi və ya peşəkar həyatlarında növbəti səviyyəyə qalxmalarına kömək edəcəksiniz.

4) Yeri gəldikdə başqalarını önə çəkin, reklam edin. Bağlantılarınıza kömək etmək onları və bizneslərini inkişaf etdirməyin sürətli yoludur. Problem ondadır ki, insanların çoxu şəbəkələşmənin bu aspektinə diqqət yetirmirlər, çünki onlar öz məhsullarını satmağla məşğuldurlar. Kontaktlarınızı tanıtmaqla, yeni tanışlıqlar və tövsiyələr vasitəsilə müvafiq formada onları birləşdirin. Buna şəbəkənizi təhlil etməklə başlaya bilərsiniz – şəbəkənizdə qarşılıqlı fayda əldə edə biləcək insanları müəyyən edə bilərsiniz. Yaxud bağlantılarınızla görüşlər və ya kiçik qrup tədbirləri təşkil edin. İnsanları bir araya gətirmək çox əhəmiyyətli bacarıqdır və sizi “influencer” kimi mövqeləndirir. Həmçinin, əlaqələrinizi ictimaiyyət qarşısında tanıdın, yaxşı mənada qiymətləndirin və bağlantılarınızın nailiyyətlərini daim dəyərləndirin. Bu cür fəaliyyətlər başqaları üçün çox böyük önəm kəsb edir və nəticədə, siz bu prosesdə özünüz üçün də biznes uğurlarına nail olacaqsınız.

5) Linkedin üzvləriylə münasibətdən çəkinməyin. Bu, Linkedində uğurlu olmaq üçün ən vacib ipucudur. Əgər siz bu sosial şəbəkədə introvert birisi olaraq mövcud olacaqsınızsa, yuxarıda sadalanan məsləhətlərin heç biri yararlı olmayacaq. Şəbəkənizdə lazımi insanlarla daha dərin əlaqələr qursanız, təsir gücünüzün artacağına şahid olacaqsız. Uğur əldə etmək liderlik, güvən, bəyənilmə və təsir yaratmaq kimi bir çox meyarlar əsasında yaranır. Linkedində əlaqə yaratmağa çalışın. Şəbəkə üzvlərinizlə dialoqa başlaya biləcəyiniz sualları və paylaşa biləcəyiniz şərhləri düşünün. Söhbətlərə başlamaq başqalarını işə cəlb etməyə təşviq edir ki, bu da şəbəkənizi əvvəllər heç görmədiyiniz və ya görüşmədiyiniz insanlarla genişləndirmək üçün qapı açır.

6) Linkedin alqoritmindən bəhrələnin – Linkedinə daxil olduğunuz zaman bəzi yazıları dərhal görürsünüz, digərləri isə bəzən başqa məzmunların arasında gözdən qaçır. Məzmununuzun başqaları tərəfindən görülməsindən əmin olun. Bunun üçün Linkedin alqoritminin necə işlədiyini bilmək kifayətdir. Linkedin alqoritmi 3 fərqli filtrlə işləyir:

  • Keyfiyyət – paylaşılan məzmun spam olmamalıdır. Əks halda, Linkedin botları, dərhal məzmununuzu siləcək!
  • Qarşılıqlı təsir(interaction) – aktivliyiniz postunuzun əldə etdiyi bəyənmələr, şərhlər və paylaşımlara əsasən ölçülür. Siz hətta bir neçə sözdən ibarət mem (qısa mətn) paylaşa bilərsiniz! Vacib olan bağlantılarınızın üzündə gülüş yaratmaqdır.
  • Etimad – Linkedin yaxşı məzmun yazan insanları bəyənir. Əgər yeni başlayırsınızsa, davamlı olaraq yaxşı yazılar yazmaq zaman keçdikcə etimad qazandıracaq.

Bonus: Nə qədər çox postunuz olsa, Linkedin sizi bir o qədər önə çıxaracaq. İlk başlarda kifayət qədər yüksək “engagement” əldə etməyə bilərsiniz. Ancaq daha çox paylaşımınız olarsa, məzmun daha yaxşı sıralanar və istifadəçilərin qarşısına daha çox çıxar.

7) Keyfiyyətli postlar hazırlayın – Linkedin yazıları uzun bir kitab deyil kimi deyil, qısa bir xülasə formasında olmalıdır. Linkedin-də məzmun oyununundan qalib çıxmaq istəyirsənsə:

  • Qısa və pozitiv yazılar yazın.
  • Diqqət çəkmək istəyirsinizsə, şəkil əvəzinə video kontentdən yararlanın.
  • Video sevmirsinizsə, sırf mətn kontentlərinə üstünlük verin.
  • Sual-cavablar təşkil edin.

Məzmununuza daha çox trafik əldə etmək istəyirsinizsə, hamının yatdığı gecə yarısı saatlarında paylaşım etməyin. Gecələr məzmun yazmağı xoşlayırsansa, səhərə saxlayın! İdeal olaraq, insanların işlədiyi saatları – səhər 9-dan axşam 5-ə kimi olan vaxt aralığını seçin.

Nəticə olaraq bunu demək olar ki, Linkedin hesabı yaratmaq hələ yolun başlanğıcıdır, və bu yolda uğurlu olmaq üçün sadalanmış məsləhətləri gözdən keçirməkdə fayda var. Linkedini CV-nizi yaxud işinizi virtual şəkildə nümayiş etdirmək üçün bir yer olaraq düşünə bilərsiniz, lakin bu şəbəkə bundan daha çox məna kəsb edir. Profil məlumatlarını doldurmaq təkcə sizi axtaran insanlara kömək etmir, həm də Linkedin-in profilinizi axtarış nəticələrində göstərmə ehtimalını artırır. Unutmayın ki, Linkedin hər zaman “tam və təbii” profillərə üstünlük verir.

Müəllif: Web Coder

Black Friday və Cyber Monday günlərində satışlarınızı necə artıra bilərsiniz?

Endirimli alış-veriş günləri olan Black Friday və Cyber Monday hər zaman olduğu kimi bu il də dünyada maraqla qarşılanır. Hər ilin noyabr ayının son həftələrində texnoloji alətlərdən tutmuş geyimə qədər bir çox məhsulun endirimə düşdüyü bu ərəfədə bir çox şirkətlər endirim kampaniyaları, kuponları təşkil edir. Bəs bu günlərdə satışlarınızı necə artıra bilərsiniz? Bu suala cavab vermək üçün əvvəlcə sözügedən günlərin yaranma səbəblərini, satış statistikalarını, alıcı psixologiyasını, ümumiyyətlə, bu endirim festivallarının məğzini anlamaq lazımdır.

Əvvəla, belə günlər dünyanın bütün ölkələrində iqtisadiyyatı, müxtəlif sektorları dirçəltmək məqsədiylə keçirilir. Azərbaycanca “Qara Cümə” kimi tərcümə olunan Black Friday bütün dünyada keçirilən alış-veriş festivalına verilən addır. Bu gün Şükranlıq günündən (Thanksgiving Day), yəni noyabrın 4-cü cümə axşamından sonrakı cümə gününə təsadüf edir və Milad alış-veriş mövsümünün ilk günü hesab olunu. Black Friday bu il noyabrın 26-na, cümə gününə təsadüf edir. İlin ən böyük satış dövrü olan Black Friday endirimləri normalda 24 saat davam edir. Lakin artan tələbat səbəbindən endirimlər 3-4 gün davam edə, hətta 10 gün öncədən başladıla bilər. Nə üçün bir çox insanın alış-veriş etdiyi bu günə Qara Cümə deyilir? Bu sualın dəqiq bir cavabı yoxdur, amma bir sıra iddialar var. İlk ehtimal budur ki, 1869-cu il sentyabrın 24-də Wallstreet-də işləyən iki iş adamı, Cey Qould və Cim Fisk “birja krizi” yaratmışdı. İki dost birjada dəyəri artırmaq üçün ABŞ-dan bacardıqları qədər qızıl alaraq birjada çaxnaşma dalğası yaratdılar. Bu dəyişiklik bir anda bir çox ABŞ vətəndaşına ziyan vurdu. Media ölkədəki vəziyyəti ümumiləşdirmək üçün “Black Friday” ifadəsindən istifadə etdi.

Başqa bir iddia 1800-cü illərin sonlarına doğru mağazaların Şükran günündən bir gün sonra endirimlər təklif etməsiylə bağlıdır. Zamanla bu endirimlər hər il sistemli şəkildə həyata keçirilməyə başlayıb və beləliklə, 1920-ci illərdə bu ənənəvi hal almağa başlayıb. 1961-ci ildəki Şükran günü sonrası endirim vaxtı bir çox xoşagəlməz hadisə baş verib: alış-verişin çoxluğu, yol qəzaları və insanlar arasında yaşanan zorakılıq halları və s. Bundan sonra Şükran Günü sonrası satışlara Black Friday adı verilib və polis də bu addan şəhərin mərkəzində, alış-veriş məkanlarında piyadaların və avtomobillərin hərəkətini təsvir etmək üçün istifadə edib.

1950-ci illərdə insanlar xəstə olduqlarını bəhanə edərək Şükran Günündən sonrakı gün istirahətlərini uzatmaq üçün istirahət etməyə başladılar. Mağazaların açıq olduğunu bilən insanlar artıq təlaşla alış-verişə başlamışdılar. Şirkətlər kimin həqiqətən də xəstə olduğunu müəyyən etmək əvəzinə həmin günü ödənişli məzuniyyət elan etdilər. Beləliklə, Qara Cümə tarixi adını almadan çox əvvəl məşğul alış-veriş günü idi. Geyimə, texnoloji məhsullara, avtomobillərə, xidmətlərə də tətbiq olunan Black Friday günü mağazalar çox erkən açılır və gec bağlanır. ABŞ-da başlayan və sürətlə Avropaya yayılan Black Friday günü insanlar hətta gecə yarısından etibarən böyük endirimlər üçün mağazaların qapılarında uzun növbələr yaradırlar.

Black Friday alıcılarının ümumi sayı 2017-ci ildə 174,6 milyondan ikən, 2019-cu ildə 189,6 milyona qədər artmışdı. Bununla belə, hazırkı pandemiya səbəbindən onların sayı 186,4 milyona düşüb. Lakin ilk dəfə olaraq onlayn Black Friday alıcılarının sayı 100 milyona çatıb. Bu, ötən illə müqayisədə 8% artım deməkdir.

Black Friday ilə bağlı maraqlı statistika:

• İstehlakçıların 73%-i endirimlərdən və ya mövsüm üçün əldə edə biləcəkləri ən yaxşı təkliflərdən yararlanmaq üçün Black Friday alış-verişi etməyi planlaşdırır. 23%-i isə onlayn alış-verişə nifrət etdiklərinə görə ənənəvi alış-veriş etməyi üstün tutur.

• Black Friday alış-veriş qərarlarına təsir edən amillər arasında pulsuz çatdırılma (49%), promosyonlar/məhdud müddətli satışlar (36%), istifadəsi asan vebsayt/proqram (21%) daxildir.

• Black Friday xüsusi endirimlərində pulunua orta hesabla 37% qənaət edilir.

• Black Friday alıcılarının 50,4%-i qadınlardır.

Cyber Monday (Kiber Bazarertəsi) endirimləri isə Black Friday-in onlayn alternativi olaraq başladılmışdır. Bu gün ilk dəfə 2005-ci ildə təşkil edilib və onu başladan, adlandıran təşkilat Shop.org olmuşdur. Həmin dövrdə onlayn alış-veriş yayılmağa başlamışdı. Xüsusilə bazar ertəsi günlərində artım müşahidə olunurdu və böyük mağazalar yalnız onlayn endirimlər təklif etməyə başladı.Bunu etməkdə əsas məqsədlərdən biri də Black Friday ilə rəqabət aparmaq idi. Bəs sual olunur: əgər məqsəd rəqabət aparmaqdırsa, niyə Cyber Saturday yox, Cyber Monday ? Çünki araşdırmalar nəticəsində insanların daha çox bazar ertəsi günü internetdən alış-veriş etdikləri müəyyən olunmuşdu. Digər bir tərəfdən həmin vaxtlarda heç də hər kəsin evində sürətli internet əlaqəsi yox idi – bu da insanların alışverişi bazar ertəsi etməyinin ən əsas səbəbi idi. Çünki, onlar sürətli internetlə alış-verişlərini internetdə etməyə üstünlük verirdilər.Buna görə də bazar ertəsi onlayn mağazalar üçün ən ideal gün olmağa başladı. İnternet alış-veriş statistikasını izləyən Adobe Digital Insights-a görə, 2009-cu ildə Cyber Monday-də əldə olunan qazanc 2018-ci ildə artıq 8 qatına çıxmışdı. 2010-cu ildə ilk dəfə olaraq 1 milyard dolları keçərək 1 milyard 38 milyon dollar qazanc əldə edilmişdi. 2011-ci ildə rəqəmlər artmağa davam edərək 1,3 milyard dollara çatdı. 2012-ci ildə əldə edilən 1,5 milyard dolların 12,9 faizini mobil cihazlar vasitəsilə edilən alışlar təşkil edirdi.

2013-cü ildə Cyber Monday xərcləri 20 faiz artaraq 2,29 milyard dollara çatdı və Black Friday çərçivəsində edilən alışlarda azalma müşahidə edildi. 2015-ci ildə xərclərin ümumi həcmi 3,04 milyard dollara çatıb. 2016-cı ildə 5,6 milyard, 2017-ci ildə isə 6,59 milyard dollar xərclənib. 2018-ci il ən yüksək xərcləmə rekordu qırdı. 2020-ci ildə Cyber Monday onlayn alış-veriş üçün ən əlamətdar gün oldu, çünki o, rəqəmsal gəlir üzrə bütün zamanların rekordunu qıraraq 10,8 milyard dollara çatdı. Bu, bütün zamanların ən böyük e-ticarət satış günü olaraq tarixə keçdi. Əlbəttə ki, bunda dünyanı sarsan pandemiyanın və onun gətirdiyi bir sıra məcburiyyətlərin rolu böyük oldu.

Bəs bu iki fərqli endirim günlərinin arasındakı fərqlər nələrdir? Ən böyük fərq odur ki, Black Friday pərakəndə satış məntiqini və Cyber Monday isə onlayn satış məntiqi əsasında yaranmışdır. Başqa sözlə desək, Cyber Monday başladığı illərdə insanlar cümə günləri mağazalarda, bazar ertəsi isə kompüter başında alışveriş edirdilər. İndi onlayn satışlar ən az Cyber Monday qədər Black Friday günü də edilir. Minlərlə insan mağazaların qapısında gözləməyə davam etsə də, Black Friday onlayn ticarətin ən böyük paydaşlarından birinə çevrildiyini danmamalıyıq.

Hansı günün endirimləri daha yaxşıdır ? Black Friday endirimlərini nəzərdən keçirsək, Cyber Monday ilə müqayisədə daha yüksək tariflər təklif edir. Çünki mağazalar hətta insanları qapıdan keçirtmək bahasına bəzi məhsullara zərər vurma riskini də alırlar. Bütün bunlar bir satış strategiyasıdır. Digər tərəfdən, insanların Cyber Monday endirimlərindən yararlanmaq üçün növbə gözləmək və ya insanlarla dava etmək məcburiyyətində qalmaması qiymətlərin artmasına səbəb olur. Çünki satıcılar bir neçə düyməni basmaqla mağazaya getmək arasındakı fərqi bilirlər.

Maraqlı bir nüans isə bu endirim günlərinə sosial medianın təsiridir. Sosial şəbəkə istifadəçilərin sayı hər il artır və onların üçdə biri sevimli mağazalarının Facebook, Instagram səhifələrini və endirim kampaniyalarını izləyir. İki dəfə çox istifadəçi məhsul almadan əvvəl rəylərə baxdıqlarını bildirib. Mağazalar da istehlakçıların sosial mediadan istifadə vərdişlərinə əsaslanaraq sosial mediada məhsul və kampaniyaları tanıdır. Bu mağazaların yarıdan çoxu öz internet saytlarını mobil istifadə üçün optimallaşdırır, hətta satıcıların 20%-i də planşet istifadəsi üçün veb-saytlarını optimallaşdırır. Onların bir çoxu reklam lövhələrində və jurnallarda məhsulun sosial mediadakı satış səhifələrini də vurğulayır

İndi isə keçək əsas mövzuya: Black Friday və Cyber Monday günlərində satışları təbii şəkildə necə artıra bilərik ? Əgər satışlarınızı onlayn formada edirsinizsə, izləməli olduğunuz məsləhətlər:

  • Məhsullarınızı optimallaşdırın.
  • Lazımi məhsullara düzgün endirimləri tətbiq edin – saytda bütün məhsulların endirimdə olması heç də inandırıcı görsənməyəcək.
  • Ödəniş formanızı ən rahat formada təşkil edin – əgər ödəniş bölməsi qəliz olarsa, alıcı həvəsdən düşə, saytınızı tərk edə bilər.
  • Saytınıza trafik çəkmək üçün sosial medianın gücündən istifadə edin – əvvəlcədən endirim kampaniyaları barədə elan verin. Yaxud sosial şəbəkələrdən gələn izləyicilərə xüsusi endirim tətbiq edin.
  • Yüksək keyfiyyətli e-poçt marketinq kampaniyaları yaradın– vizual cəhətdən diqqət cəlb edən e-poçt məktubları daha uğurlu qəbul edilir.
  • Veb-saytınızdakı şəkilləri çeşidləyin.
  • Çatdırılma xərclərini düzgün planlayın.
  • Müştəri xidməti ən üst səviyyədə təmin edin – endirim günlərindən sonra belə bu sizin üçün avantaja çevriləcək.
  • Veb saytınızı müxtəlif brauzerlərdə sınayın – işlək vəziyyətdə olmasına, həmçinin istifadəçi rahatlığına diqqət yetirin.

İstər onlayn, istər ənənəvi satışlarınızı artırmaq üçün etməli olduğunuz ilk şey düzgün planlamadır. Məhsullarınızı və büdcənizi planlı şəkildə satış strategiyanıza uyğunlaşdırmalısınız. Edəcəyiniz kampaniyalar və endirimlər üçün nə cür büdcəniz olduğunu və bu büdcə ilə məhsullarınızı necə qiymətləndirə biləcəyinizi strateji olaraq planlaşdırmaq bu endirim günlərindən faydalanmağınızı təmin edəcək. Black Friday və Cyber Monday satışlarınıza hazırlaşarkən strateji addımlar atmalısınız; hansı mövsümdə olduğunuzu və hansı məhsulların hansı bölgədə daha çox sevildiyini müəyyən etməli və əlinizdə olan məhsul/xidməti buna uyğun təşkil etməlisiniz. Xüsusilə sosial media məzmunu vasitəsilə reklamlarınızı “engagement”-ə uyğun gün və saatlarda yerləşdirərək daha təsirli etməlisiniz. Əsasən onlayn alış-verişdə aktual olduğu bu dövrdə internet saytınızın təhlükəsiz olması sizin üçün böyük əhəmiyyət kəsb edir. Veb saytınızın trafikinin artacağı bu günlərdə hər hansı problemlə qarşılaşmamağınız və satışlarınızın kəsilməməsi üçün endirim günlərindən əvvəl texniki tədbirləri görməlisiniz. Satışlarınızda rol oynayan hər bir komanda üzvü bu gərgin prosesə hazır olmalıdır.

Black Friday və Cyber Monday çərçivəsində edəcəyiniz endirim və kampaniyalarla bağlı diqqət yetirilməli olan digər bir məsələ də endirimlərinizin etibarlılığıdır. Bir araşdırmaya görə, məhsulların 85%-i Black Friday günündən əvvəl eyni və ya daha ucuz, Black Friday-dən sonra məhsulların yalnız 1%-i ucuz qiymətə olur. Ona görə də təklif etdiyiniz endirimlər və kampaniyalar real və etibarlı olmalıdır. Bu gərgin dövrdə satışlarınızı artırmaq vacib olsa da, uzun müddətdə müştəri məmnuniyyətini qorumaq sizin üçün daha vacibdir. İnsanlar alış-veriş etməyə istəklidirlər, lakin əmin olun ki, onlar saxta vəd və təkliflərin də fərqindədirlər.

Marketinq və reklam prosesinizə başlamazdan əvvəl istehlakçı auditoriyanızı kateqoriyalara ayırmalısınız. Qeydiyyatdan keçmiş müştərilərinizə göndərdiyiniz elektron məktublarla özünüzə daha yaxın auditoriya yarada bilərsiniz. Keçmiş müştərilərinizə gəldikdə isə, onların əvvəlki seçimlərinə, yaş qruplarına və bölgələrinə uyğun plan qurmalı və kontentinizi buna uyğun formalaşdırmalısınız. Beləliklə, müştərilərinizi tam olaraq axtardıqları məhsullarla qarşılaya, fərdiləşdirilmiş kampaniyalar təklif edərək onların alış-veriş ehtimalını artıra bilərsiniz. E-poçt məktubu göndərərkən diqqət cəlb edən bir başlıq alıcıya endirim və ya kampaniyanın qısamüddətli olduğunu və bunun qaçırılmamalı bir fürsət olduğunu hiss etdirmək üçün təsirli bir üsul olacaq. Statistikaya görə, e-poçt marketinqinə xərclədiyiniz hər 1 dolları 42 dollar olaraq geri qaytara bilərsiniz. Bu o deməkdir ki, mövcud müştərilərinizi əldə saxlamaq yeni müştərilər əldə etmək qədər vacibdir.

Black Friday və Cyber Monday münasibətilə endirim edənlərdən biri də bizik:

Webcoder olaraq BÜTÜN xidmətlərimizə 20% endirim tətbiq edirik. Xidmətlərimizə daxildir:

• Saytların hazırlanması (Unikal dizayn, Front-end proqramlaşdırma, Back-End proqramlaşdırma, Kontentin yazılması)

• SEO Xidməti (SEO aylıq hesabatı, Açar sözlər, SEO kopiraytinq, Texniki optimallaşdırma, Mobil sayt optimallaşdırılması)

• Mobil Tətbiq (iOS, Android, Windows, Blackberry)

• Brendinq (Loqo dizaynı, Dizayn işləri, Korporativ stil)

• SMM Xidmətləri (Qurulması və optimallaşdırılması, Orijinal sosial şəbəkə postları

• Neyminq (Ad vermə, Sloqanın təyini)

Mikroprosessorlu Sistemler

Mikroprosessor (MP)- informasiyanın çevirilməsini verilmiş proqrama uyğun, cəbr və məntiqi əməliyyatları, hesablama prosesini idarə edən və sistemin qurğularının işini koordinasiya edən EHM- nın mərkəzi qurğusu olmaqla, rəqəmli məlumatı müəyyən alqoritm üzrə emal və emal prosesini idarə edən qurğulardır.

Təyinatına görə MR- lar EHM- nı prosessorlarına yaxındır. Lakin mikroprosesso-run funksional imkanları nisbətən azdır. Onlar bir və ya bir neçə interqasiyalı inteqral sxemlər üzərində realizə olunur. İnteqral sxeminin sayına görə birkristallı, çox-kristallı və çoxkristallı seksiyalı mikroprosessorlar mövcuddur.

Prosessorun bütün aparat vasitələrinin bir böyük inteqral sxem və ya ifrat böyük interqal sxem şəkilində realizə nəticəsində birkristallı mikroprosessorlar əmələ gəlir. Kristalda elementlərin inteqrasiya səviyyələri və gövdədə çıxışların sayı artdıqca MP-un parametrləri yaxsılaşır. Lakin onların imkanları kristalın və gövdənin aparat resusrları ilə məhduddur.

Çoxkristallı MP- un alınması üçün onun məntiqi strukturunun funksional tamamlanmış hissələrə bölünməsini aparmaq tələb olunmaqla yanaşı, onların böyük və ifrat böyük inteqral sxemlər şəklində realizə edilməsi tələb olunur. Bu o deməkdir ki, onun hissələri əvvəlcədən təyin edilmiş funksiyaları yerinə yetirir və avtonom işə malikdir.

Çoxkristallı seksiyalı mikroprosessorun əmələ gəlməsi üçün böyük inteqral sxem şəklində prosessoron məntiqi strukturunun hissələrinin üfiqi səthi funksional bölünməsi ilə realizə edilir və onların qurulmasında seksiyalarin paralel qurulması üçün qovuşma vasitələri əlavə olunur. Belə halda böyük miqdarda böyük inteqral sxemlərin paralel qoşulması, emal olunan məlumatların dərəcəsinin artması və ya MP-un idarəetmə qurğularının mürəkkəbləşməsi imkanları ilə təyin edilir.

Təyinatına görə onlar universal və ixtisslaşdırılmış mikroprosessorlara bölünürlər.

Universal mikroprosessorlar geniş dairəsi olan məsələlərin həllinə təyin edilir. Bu zaman onların effektiv məhsuldarlığı həll olunan məsələnin problemliyindən zəif asılıdır. MP- un əmrlər sisteminə alqoritmik universalliq qoyulub ki, bu da maşınla yerinə yetirilən əmrlər tərkibi istənilən verilmiş alqoritmə uyğun informasiyanın çevirilməsinin alınmasına imkan yaradır.

Universal MP- ra seksiyalı MP- lar da aiddir, çünki onlar üçün hər bir layihədə seksiyalı mikroprosessorun yaradılmış əmrlər sistemi optimallaşa bilər.

İxtisaslaşdırılmış mikroprosessorlar müəyyən sinif məsələlərin həllinə təyin edilib, bəzi hallarda isə konkret bir məsələnin həlli üçündür. Onların əhəmiyyətli xüsusiyyəti idarəetmənin sadəliyi, aparat vasitələrin sadəliyi, aşağı qiyməti və kiçik güc sərfiyyətidir.

Emal olunan siqnalların növünə görə analoq və rəqəmsal mikroprosessorlar mövcuddur. Həqiqətdə mikroprosessorlar rəqəmsal qurğulara aiddirlər. Lakin analoq siqnallarını emal etmək üçün onların tərkibinə rəqəmsal-analoq və analoq-rəqəmsal çeviriciləri daxil edilir.

MP- un özü rəqəmsal informasiyanın emalı qurğusudur. Lakin bəzi hallarda onlarda quraşdırılmış analoq-rəqəmsal və rəqəmsal-analoq çeviriciləri ola bilər. Odur ki, giriş analoq siqnalları MP- a çevirici vasitəsi ilə rəqəm şəklində verilir, emal olunur və sonra əks çevirməni həyata çevirməklə çıxışa analoq formasında daxil olur.

Arxitektura nöqtəyi nəzərdən belə MP-lar siqnalların analoq sxemlərin funksiyonal çeviricisi kimi göstərilir. Onlar bütün analoq sxemlərinin funksiyalarını yerinə yetirir. Belə halda analoqlu MP-un istifadəsi əhəmiyyətli dərəcədə analoq siqnalının emalının dəqiqliyini və onların yenidən hasil etməsini artırır, həm də mikroprosessorun rəqəmsal hissəsini siqnalların müxtəlif emal alqoritminin proqram “sazlanma” hesabına funksional imkanlarını artırır.

Zamana görə mikroprosessorun işinin təşkili sinxron və asinxron olur.

Sinxron qurğularda əməliyyatların icrasının başlanıcı və sonu idarəetmə qurğusu vasitəsi ilə verilir. Bu halda əməliyyatın icra müddəti yerini yetirilən əmrlərin növündən və operandların qiymətindən asılı olmur.

Asinxron mikroprosessorlarda hər sonrakı əməliyyatın başlanğıcı əvvəlki əməliyyatın sonunu göstərən siqnala görə müəyyən olunur.

İcra edilən proqramların sayına görə birproqramlı və çoxproqramlı mikroprosessorlar mövcuddur.

Birproqramlı MP-da yalnız bir proqram icra oluna bilər. Başqa proqramına keçid yalnız bunun icrası başa çatdıqdan sonra əmələ gəlir, ya da şərti və şərtsiz keçidə xüsusi əmrlərə və ya da kəsilməyə əsasən olur.

Çox və ya multiproqramlı qurğularda eyni zamanda bir neçə proqram icra olunur. Multiproqramlı işin təşkili çoxlu miqdarda məlumat mənbələrinin və onları idarə etmək imkanı verir.

Struktur əlamətinə görə dərəciliyi müəyyən edilmiş və dərəcəliyi artırılmış mikroprosessorlar olur.

Dərəcəliyi müəyyən edilmiş MP-da emal olunan sözün dəqiq müəyyən edilmiş dərəcəliyi vardır, onun da kamiyyəti MP-un dərəcəliyi ilə təyin edilir.

Dərəcəliyi müəyyən edilmiş mikroprosessorların əsasında seksiyalarla mikroprosessor sisteminin dərəcilik sayını tələb olunan kamiyyətə qədər artmasına imkan yaradır. Bu da bir qayda olaraq mini EHM-da və böyük tipli EHM-da istifadə olurlar.

İdarəedici qurğunun işinin alqoritminin növünə görə mikroprosessorlar iki növə bölünürlər:
-sxem vasitəsi ilə realizə edilən sərt idarəedilən alqoritmli mikroprosessorlar;

-idarəetmə alqoritmi proqram yolu ilə ardıcıl mikroəməliyyatlar şəklində realizə edilən mikroprosessorlar. Burada əmrlər sistemi sərt təyin edilməyib, amma idarəetmə qurğusunun tərkibinə daxil edilən, sabit yaddaş qurğusuna yazılmış mikroproqramdan asılıdır. Mikroproqramlı idarəetmənin istifadəsi tələb olunan əmrlər dəstini almasına imkan yaradır.

Emal olunan informasiyanın dərəcəliyinə görə mikroprosessorlar 4,8,12,16,32,64- dərəcəli olurlar. Ən çox istifadə olunanı 32-dərəcəlidir. Son zamanlar 64-dərəcəli mikroprosessorlar da istifadə olunurlar.

Hazırlanma texnologiyasına görə böyük interqal mikrosxemlər şəklində olan mikroprosessorlar aşağıdakı texnologiyalarla işlənib hazırlanırlar:

-unipolyar texnologiyaya görə : p – kanallı, n -kanallı və komplomentar;

-bipolyar texnologiyaya görə : tranzistor-tranzistor məntiqi əsasında (TTM), Şottki diodları daxil olmaqla (TTMŞ), emitterli-əlaqəli məntiqə görə (EƏM); inteqral-injeksiyalı məntiqə görə (İ 2 M).

Böyük inteqral sxemlərin (BİS) hazırlanma texnologiyasının növünün seçilməsinin əsasını mikrosxemin inteqrasiya səviyyəsi, tez təsirliliyi, enerji sərfi, əngəldən mühafizə və mikroprosessorun qiyməti təşkil edir. Bu kompleks əlamətlərə görə yüksək yığılma sıxlığı və tez təsirlilik, həm də aşağı qiyməti təmin edən n -MOY və KMOY texnologiyalara üstnlük vermək olar. EƏM və TTMŞ texnologiyalar ən yüksək tez təsirliliyi təmin etsələr də, yığılmanın aşağı sıxlığı və yüksək enerji sərfiyyatı onları fərqləndirir. I 2 M əsasında texnologiya orta xassələrə malikdir. Yığılmanın sıxlığına görə n-MOY-dan, tez təsirliliyə görə EƏM və TTMŞ-dan, qiymətə görə isə n-MOY və p-MOY texnologiyalardan geri qalır. Bununla yanaşı p-MOY texnologiyası ən kiçik qiymətə malik olmaqla yanaşı, həm də onun tez təsirliliyi də aşağıdır.

Mikroprosessor sistemlərinə qoyulan tələbatlar aşağıdakılardır:
Qiymət/məhsuldarlıq nisbəti.

Bu göstəriciyə görə iki növ yanaşma mümkündür. Birincisi super kompyuter layihələndiriləndə onun yüksək məhsuldarlığı qiymətinə nisbətən böyük əhəmiyyət kəsb edir. İkincisi isə, yəni fərdi kompyuterlərdə qiymət üstünlüyü təşkil edir. Bu iki yanaşmanın arasında olan nisbətlər layihələndiricinin özündən asılıdır və nisbət balansını özü seçməli olur.

Etibarlıq və dayanmağa dayanıqlıq.

Etibarlığın yüksədilməsi nasazlıqların aradan qaldırılması prinsipinə əsasla-naraq dayanmaların və işin düzgün qetməməsi intensivliyinin aşağı salınması yolu ilə yüksək və ifrat yüksək intensivlik səviyyəli elektron sxem və komponentlərin, əngəllərin səviyyəsinin aşağı salınması və s. yolların istifadəsi hesabına olur.

Dayanmağa dayanıqlıq – hesablayıcı maşının elə xassəsidir ki, nasazlıq əmələ gəldikdən sonra proqramla verilmiş əməliyyat davam etməyə imkanın yaranmasına məntiqi maşın kimi təmin olunur. Bu xassənin daxil edilməsi əlavə aparat və proqram təminatını tələb edir. Hesablayıcı sistemlərinin paralellik və dayanmaya dayanıqlıq konsepsiyası təbii olaraq bir-biri ilə bağlıdır, çünki hər iki halda əlavə funksional komponentlər tələb olunur.

Miqyasliliq.

Miqyasliliq hesablacı sistemlərin prosessorlarının sayı və gücü, operativ və xarici yaddaşın həcminin və başqa resurslarını çoxaltmaq imkanını göstərir, kompyuterin arxitekturu və konstruksiyası, həm də uyğun proqram təminatı vasitəsi ilə təmin edilir. Miqyaslanan sistemin qurulmasında əsas məsələlərdən biri kompyuterin genişlən-məsinin qiymətinin minimizasiyası və planlaşmanın sadələşdirilməsidir. İdeal halda prosessorun sistemə əlavə edilməsi, onun məhsuldarlığının xətti artmasına gətirib çıxarır. Həqiqi miqyaslanan sistem bütün parametrlərə görə balanslanmış olur.

Proqram təminatının uyğunluğu və mobilliyi.

Bircisimli şəbəkəli uyğunlaşmış proqramlı kompyuterlərdən müxtəlif kom-pyuterlər, firma- istehsalçılar daxil olmaqla, bircisimli olmayan şəbəkələrin quraş-dırılmasına keçidi, şəbəkənin özünə olan nöqteyi nəzəri kökündən dəyişdi: nisbətən sadə informasiya mübadiləsi vasitədən onu ayrı resurslar inteqrasiyası – hansının ki, hər elementi (server və ya işçi stansiya) konkret tətbiqi məsələlənin təlabatlarına hamısından yaxşı uyğunlaşan güclü pylanmış hesablama sisteminə keçirmişdir.

Belə keçid bir sıra yeni təlabatlar irəli sürmüşdür. İlk növbədə, belə hesablama mühitin həll edilən məsələlərin dəyişən təlabatlarına uyğun aparat vasitələrin miqdarı və tərkibi, proqram təminatının elastik dəyişməsinə imkan yaratmalıdır. İkincisi, müxtəlif aparat platformaların eyni proqram sistemlərinin işə salınmasının imkanını təmin etməli, yəni proqram təminatının mobilliyi təmin olunmalıdır. Üçüncüsü, bu mühit bircisimli olmayan şəbəkəyə daxil olan bütün kompyuterlərdə eyni insan- maşın interfeyslərin istifadəsi imkanına təminat olmalıdır.

Beləliklə, hesablama mühitinin müxtəlif konponentlərinə standartlar toplusu olmalıdır, onlar da, bircisimli olmayan, paylanmış hesablanma sistemində mobil proqram vasitələrin təminatı olmalıdır.

Müxtəlif mikroprosessor sisteminin quruluşu zaman aparaturada sistemin səmərəli istifadəsinə təsir edən müxtəlif texniki və istehsalat- texnoloji amillərin nəzərdən keçirilməsi tələb olunur. Mikroprosessor sisteminin aparatura tərkibi aşağıdakıları təmin etməlidir:

– dərəcəliyi və məhsuldarlığı sadə yolla artması;
hesablama prosesinin geniş parallelləşdirilməsi imkanının yaradılması;
müxtəlif məsələlərin həlli alqoritminin səmərəli emalı;
texniki və riyazi istismarın sadəliyi.

Mikroprosessorun əsas funksiyası xarici quruluşlardan (XQ) alınan informasiyanın əvvəlcədən emalı, məlumatların formatlarının, xarici quruluşların elektromexaniki kontrollərinin çevirilməsidir.

Aparaturada mikroprosessor səhvlərə nəzarət, informasiyanın kodlaşma-dekodlaşmasına və qəbuledici- ötürücü quruluşlarla idarəetmə imkanının yaradılmasıdır.

Ümumiyyətlə mikroprosessorların istifadəsinin dörd əsas istiqamətini qeyd etmək olar:
-nəzarət və idarəetmənin qurulmuş sistemləri;
-informasiyanın toplanması və emalının lokal sistemləri;
-mürəkkəb obyektlərin idarəedilməsinin paylanmış sistemləri;
-paralel hesablamaların paylamış yüksək məhsuldar sistemləri.

Nəzatər və idarəetmənin qurulmuş sistemləri obyekrlərin lokal məsələlərin həlli üçün təyin edilib və daha yüksək idarəetmə konturlu mikroprosessor sisteminə qoşulmuş qurğuların kontrollerinin funksiyasını yerinə yetirə bilər və ya idarəedici sistemin aşağı idarəetmə konturun mərkəzi ola bilər.

İnformasiyanın toplanması və emalının lokal sistemlərinin öz arasında şəbəkəyə birləşdirilmasi və bu şəbəkənin böyük informasiya arxivinə malik olan mərkəzləşdirilmiş EHM –nın məsafədən qoşulması informasiya təminatının tamamlanmış avtomatlaşdırılmış sistemini yaradılmasına imkan verir.

Mürəkkəb obyektlərin paylanmış idarəetmə sistemləri geniş yayılmış mərkəzi prosessorlu sistemlərə alternativdir. Belə ki. mikroprosessorlar və onlarla əlaqəli olan məlumatların emal sxemləri fiziki olaraq informasiyanın yaradılma yerinin yaxınlığında yerləşərək lokal mikroprosessor sistemini təşkil edirlər.

Paralel hesablamaların paylanmış yüksək məhsuldar sistemləri onlarla, yüzlərlə və hətta minlərlə əsasında olan eyni və ya xüsusiləşdirilmiş mikroprosessorların müəyyən məsələlərinin hesabatlarını əhəmiyyətli dərəcədə aşağı sərfiyyatla, konveyer tipli güclü prosessorlar əsasında olan hesablama sistemləri kimi eyni məhsuldarlığa nail olurlar. Prosessorların funksional təyinatına görə böyük miqdarda xüsusiləşdirilmiş mikrorposessor sistelərinin yaradılması , ənənəvi inkişaf etmiş böyük hesablama sistemləri ilə nisbətən yeni tipli güclü hesablama sistemlərini layihələndirməyə imkan yaradır.

2.Mikroprosessorların nəsilləri

İNTEL 4004 ilk MP olub İntel firması tərəfindən 1971 -ci ildə yadılmışdır və kalkulyatorlarda 4 bitli ədədlər üzərində əməliyyatların y/y-si üçün istifadə edilmişdir. Birinci nəslə aid MP-də əmrin y/y-si (10-20ms), əmrlər yığımının məhdud olması, yaddaş tutumunun məhdud olması ilə məlumdur. Daha mükəmməl arxitekturaya malik olan 8 bitli İNTEL 8080 MP 1974 -cü ildə yaradılmış və geniş tətbiq edilmişdir. Bu MP-nin ünvan maqistralının eni 16 bit olmaqla 64 KB yaddaş həcmini ünvanlaşdırır. 40 ədəd çıxıntısı olan gövdə daxilindəki yarımkeçirici kristalda 6000 ədəd tranzistor gerçəkləşdirilmişdir. MP-nin işçi tezliyi 2MHs, qida gərginliyi və +12V olmuşdur. Bu MP-nin analoqu kimi KP580 seriyalı MP komplekti yaradılmış və geniş tətbiq edilmişdir.

8 bitli MP-lərin sonrakı inkişaf prosesində tranzistorların sayı 6500, işçi tezliyi 5MHs və sürəti 370 000 əməl/san olan İNTEL 8085 MP əvvəlki modelin arxitektur xüsusiyyətlərini saxlamış və daha mükəmməl texnologiyadan istifadə etməklə yaradılmışdır. Bu ailəyə Ziloq firmasının Z80 MP -nu da daxil etmək olar.

İlk 16 bitli MP olan İNTEL 8086 modelinin işçi tezliyi 8-10 MHs-ə qədər yüksəldilmiş, 330 000 əməl/san sürəti artıq 16 bitli ədədlər üzərində hasil edilmişdir. Ünvanlaşdırılan yaddaş 1 MB-ya çatdırılmışdır. Bu ailədən olan İNTEL 80286 MP -nun arxitekturundakı yenilik mühafizə olunan və virtual yaddaş rejimləridir ki, nəticədə virtual yaddaş həcmi 1QB-a çatdırılmışdır. Ünvanlaşdırılan fiziki yaddaş həcmi 16MB olmuşdur.

32 bitli MP-lər 1985 -ci ildən etibarən İNTEL 80386 MP ilə yaradılmağa başlamışdır. Ünvan şini 32 bitli olmaqla, ünvanlaşdırılan fiziki yaddaş həcmi 4QB-a çatdırılmışdır. Yaddaş seqmentlərinə əlavə olaraq səhifələşdirmə vasitələri aparat səviyyəsində gerçəkləşdirilmişdir.

1989 -cu ildə yaradılan 32 bitli İNTEL 80486 DX MP əvvəlki modeldən I səviyyəli keş-yaddaşın soprosessorun kristala daxil edilməsi ilə fərqlənmişdir. Sürətin artırılması üçün CISC ( mürəkkəb əmirlər sisteminə malik arxitektur) prosessorunda RISC (bəsit əmrlər sisteminə malik arxitektur) nüvəsi yaradılmışdır.

64 bitli verilənlər şininə malik və V nəslə aid edilən Pentium MP 1993 -cü ildə layihə edilmişdir. İşçi tezliyi 60/66 MHs olmaqla, tranzistorların sayı 3.1 mln-a çatır. Bu model əvvəlkilərdən süpersalyar arxitekturu ilə (bir takt siqnalı dövründə 2-yə qədər əmrin y/yetirilməsi) ilə fərqlənir. 1994 -cü ildə yaranan 75,90, 100 MHs tezlikli Pentium MP -ləri bu seriyadan olan superskalyar prosessorların II nəslini təşkil edir. Bundan əlavə mobil kompyuterlərdə tətbiq etmək üçün miniatür korpuslu 75MHs tezlikli Pentium prosessorları meydana gəlmişdir. 1995 -ci ildə isə 150, 166, 200 MHs tezlikli Pentium prosessorları yaradılmışdır. Pentium seriyalı prosessorların inkişafı ilə yanaşı MP-lərin VI nəslinin başlanğıcı olan Pentium Pro prosessorları da layihələndirilmişdir. Bu prosessorların əsas arxitektur xüsusiyyətləri əmrlərin dinamik olaraq y/y-sidir. Bunda məqsəd eyni zamanda icra edilən əmrlərin sayının artırılmasıdır. Onları fərqləndirən digər xüsusiyyət ikinci səviyyəli keş-yaddaşın prosessorla bir gövdədə gerçəkləşdirilməsidir. Bu keş-yaddaş nüvə tezliyində işləməklə bərabər ilkin məlumat həcmi 256 KB olmuşdur. Sonrakı inkişaf prosesində II səviyyəli keş-yaddaş həcmi 512 KB-a çatdırılmışdır.

1997 -ci ildə yaradılan Pentium MMX prosessoru arxitektur imkanlarının genişləndirilməsində yeni bir texnologiyanın başlanğıcı oldu. MMX ( multimedia extensions – multimedia genişlənmələri) texnologiyası SIMD (vahid əmrlər və çoxsaylı verilənlər axını) əməliyyatların gerçəkləşməsinə əsaslanır. Yəni çoxsaylı operandlar üzərində eyni bir əməliyyat y/y-lir. MMX texnologiyalı prosessorlrda I səviyyəli keş-yaddaşın həcmi 2 dəfə artırılır. Pentium MMX prosessorlarının çatdığı tezlik həddi 233 MHs olmuşdur.

MMX texnologiyasının Pentium Pro texnologiyası ilə birgə tətbiqi nəticəsində 1997 -ci ildə Pentium II prosessoru yaradılmışdır. İlkin Pentium II prosessorlarının nüvə tezliyi 233, 266, 300 MHs olmuşdur. 1998 -ci ildən isə xarici şin tezliyi 66 MHs-dən 100MHs-ə yüksələrək, nüvə tezliyi isə 450 MHs-ə çatdırıldı. Pentium II Celeron prosessorunun II səviyyəli keş-yaddaşı yoxdur.

Pentium II Xeon modelinin nüvə tezliyi 450 MHS-ə, II səviyyəli keş-yaddaş həcmi 2MB-a qədər çatdırılmışdır.

1999 -cu ildə yaradılan Pentium III prosessorunun nüvə və II səviyyəli keş-yaddaşı ayrıca bir kristalda olmaqla kartric konstruksiyasında yaradılmışdır. Bu prosessorların işçi tezliyi 600 MHs-ə qədər çatdırılmışdır. 1999 -cu ilin II yarısında isə Pentium III prosessorunun yeni modelində nüvə və II səviyyəli keş-yaddaş eyni bir yarımkeçirici kristalda gerçəkləşdirilmişdir. Nüvə tezliyi 733 MHs-ə, xarici şin tezliyi 133 MHs-ə qədər yüksəlmişdir.

VI nəsil MP-nin daha yeni bir nümayəndəsi olan K7 modeli AMD firması tərəfindən Pentium III modelinə cavab olaraq 1999 -cu ildə layihələndirilmişdir. Burada nüvə tezliyi 600 MHs, II səviyyəli keş-yaddaş 512 KB-dır.

Comments are closed, but trackbacks and pingbacks are open.