Press "Enter" to skip to content

Qazdan istifadə qaydaları

Digər dəyişikliyə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Qazdan istifadə qaydaları

Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Digər dəyişikliyə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR – VİDEO

Publika.az xəbər verir ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

“Azəriqaz” İstehsalat Birliyi vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Məlumat üçün bildirək ki, bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür. Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir.

Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında deyib ki, bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər: “Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni, 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.

Başqa bir məqama aydınlıq gətirərək qeyd edək ki, dövri yoxlama müddəti bitmiş İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur. Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilər. Debitor borcu olan və hissə-hissə ödənilməsi məqsədilə həmin borc smart kartına keçirilmiş abonentlər üzrə dövri yoxlama müddəti çatmış smart-kart tipli qaz sayğacları isə Birliyin Metrologiya Departamentində sınaqdan uğurlu çıxan smart-kart tipli qaz sayğacı ilə əvəzlənir.

Comments are closed, but trackbacks and pingbacks are open.