Press "Enter" to skip to content

Niftiyevin bloqu

Seva Aliyeva 1.044 views 8 years ago

5 ci sinif azərbaycan dili balaca qara balıq

5-ci sinif Azərbaycan dili Balaca qara balıq səhifə 102 103 104

Sevərək öyrənək 8.408 views 2 months ago

Azərbaycan dili 5 sinif Balaca Qara Balıq səh 102-104

Bizimlə Öyrən 43.120 views 2 years ago

Balaca qara balıq (səsli kitab)

Köhlən 4.828 views 3 years ago

5 ci sinif Azərbaycan dili balaca qara balıq səhifə 102,103,104

��Derslerin izahı�� 60 views 1 month ago

5 sinif Balaca Qara Balıq izahı

Birlikdə Öyrənək 355 views 2 years ago

5-ci sinif Azərbaycan dili/ “Balaca qara balıq” mətni, tapşırıqların izah. Mürəkkəb sözlər.

Dərsdə kömək 127 views 1 month ago

5-ci sinif Azərbaycan-dili dərsliyindən Balaca qara balıq dərsinin tapşırıqlarının izahı.

Nurayla Elm və Təhsil 43 views 1 month ago

5 ci sinif azərbaycan dili səh 102 103 104 Balaca qara balıq mətni

Səlimova Fatimə 2.710 views 1 year ago

5c sinif şagirdləri “Balaca qara balıq” səhnəsi

guler Sefterli 132 views 1 year ago

5 ci sinif Az dili iş dəftəri səh 70.Balaca qara balıq 5 ci sinif izah

Ehtiram Aslan 2.958 views 1 year ago

Səməd Behrəngi – Balaca qara balıq

Kənan Həsənli 2.731 views 3 years ago

Balaca Qara BALIQ ( AZƏRBAYCAN DİLİ )

EMIN TAĞIYEV 1.514 views 3 years ago

Balaca Qara Balıq – Səməd Bəhrıngi | HD Nağıllar

aytakin zeynalova 781 views 1 year ago

5.sinif.Azərbaycan dili.”Balaca Qara Balıq” mətni. Tapşırıqların izahı

��ə���� ����������ı – �������� 702 views 4 months ago

Semed Behrengi “Balaca qara balıq”

Sərxan Rüstəmov 934 views 7 years ago

5 ci sinif Azərbaycan dili Balaca Qara Balıq . Səhifə 102, 103 ve 104

Bizimlə Öyrən�� 1.031 views 1 year ago

Balaca Qara balıq

Seva Aliyeva 1.044 views 8 years ago

Balaca Qara Balıq (Səməd Behrəngi) – little black fish

Balaca Günəş / Balaca Gunes 739 views 1 year ago

Səməd Behrənginin “Balaca qara balıq”əsəri haqqında onlayn tədbir

Kitabdan dünyaya 85 views 2 years ago

Azərbaycan dili.

AZƏRBAYCAN Dili dərsləri 276 views Streamed 1 month ago

Niftiyevin bloqu

Gəlin qulaq asaq böyük nağıl ustası Səməd Behrənginin səsinə. Baxaq görək, bu nağılda Kiçik Qara Balıq anasına nə deyir: “…Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur. ”

Bu əsəri mən hələ orta məktəb illərində oxumuşdum. Uşaq zehnim üçün fərqli düşüncə aşılayan əsər uzun müddət yadımdan çıxmamış, mənə müəyyən inqilabi düşüncə üfüqlərini tanıtdırmışdı. Asi olmaq, razılaşmamaq, üsyankarlıq, öz bildiyini etmək kimi məsələlərlə əlaqədar içimdəki rezonansa səs verən “Balaca qara balıq”, bir tərəfdən həyata atılmağın, qorxuların, yetkinlərin həyatını, digər tərəfdən də fərdləri cəngində əsir edən sistemlərə qarşı yazılmış rəngli bir yumşaq satiradır. Belə nağılların əsasən yetkin, böyük insanlara ünvanlandığını, özündə çoxlu sətiraltı mənaları barındırdığını başa düşmək üçün sadəcə bir neçə il lazım oldu. Bu gün bu gözəl nağıla yenidən müraciət etdim və onda olan doğmalıq hissini yenidən hiss etdim.

Yeksənəkliyə qarşı atılmış istənilən addım fərdin özünüdərkində yeni mərhələnin təməlini qoyur. Balaca qara balıq sadəcə müəyyən yerdə, məkanda, zamanda və müəyyən konkret balıqlarla gəzişməyin ona kifayət edə bilməyəcəyini dərk edir. Əgər bu məqam nağılın fəlsəfi-spiritual kontekstini əmələ gətirirsə, o həm də alleqorik nağıl kimi, cəmiyyətin tənqidi olub, bu yeksənəkliyin, qapalı sistemin hansısa üçüncü tərəfin iradəsinin nəticəsi olduğu haqqında da dolayı ismarıclar ötürür. Düşünməyimizi istəməyən, bizi qorxudan və mənasız süni maneələr yaradan qüvvələr qurduğumuz insan cəmiyyətinin ideal metaforudur. Bütün mənfi enerji şığımalarına rəğmən balaca qara balığını dərəyə, dənizə doğru birmənalı irəliləyişi azadlığıa çağırışın ən özünəməxsus formalarından hesab edilməlidir. Çox böyük ironiyadır ki, özümüzü dərk etmək istəyərkən yola çıxmalı olduğumuzu cığırda bunu etməməyimiz üçün bizimlə mübarizə aparan bu qədər yad iradə ilə rastlaşırıq.

Conatan Livinqston adlı qağayı ilə çox oxşar olan Balaca qara balıq, xəyalların izindən getməyi, özünəgüvəni, təmiz şüuru, parlaq zəkalılığı təbliğ edir. Fərqli fərdlər həmişə qoxudulurlar ki, mənəvi cəhətdən yoxsul insanlar öz varlıqlarına təsəlli tapsınlar.

“Balaca qara balıq”ı həm də “Balaca Şahzadə” əsəri ilə müqayisə etmək mümkündür. Əminəm ki, müqayisəli ədəbiyyat prinsipləri ilə yanaşsaq, çox maraqlı analogiyalar və mətnaltı mənalar üzə çıxa bilər. Bundan əlavə, Səməd Behrəngini İranda Azərbaycanlı satirik, tənqidi yazıçısı hesab etməliyik. Təkcə “Balaca qara balıq” kimi əsərindən onun bərabərhüquqluluq, azadlıq kimi mövzulardan car çəkdiyini başa düşürük. Səməd Behrənginin 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulmağı da sadəcə təsadüf deyil, elə balaca qara balığını aqibəti kimi bir aqibət olub, hansısa mənfur iradənin, əclaf qüvvənin tamahına məruz qalıb.

Hər kəsin arzusu nə vaxtsa, bir az tez, bir az gec, amma mütləq dünyaya gəlir və hamıya arzu edirəm ki, arzularına qovuşsunlar, çünki həyatımızı mənalı edən və dəyər qılan ən əsas şey, mənəviyyatımızın dərinliklərindən süzülüb gələn missiyamızın düzgün reallaşdırılmasıdır.

Açıq drslr azrbaycan dili balaca qara balıq 5 ci sinif

Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi əsərlərində xalqımızın azadlıq, birlik arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. Bu cəhətdən ədibin «Balaca Qara Balıq» hekayəsi də xarakterikdir.

Alleqorik əsər olan «Balaca Qara Balıq» hekayəsində müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir.

Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir.
Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar Balaca Qara Balığın arxasınca deyirlər: «Sən bizi qəflət yuxusundan oyatdın».

Genişliyə, yeni dünyaya doğru gedən yolda Balaca Qara Balıq çox çətinliklərlə üzləşir. Yolda onun qarşısını müxtəlif qüvvələr kəsmək istəyir. Şaqqa balıq, balıqudan buna nümunədir. Şaqqa balıq kiçik balıqların arasına ədavət salır, onların qüvvələrini parçalayır və sonra da asanlıqla «qurt» eləyib udur. Balıqudan da balaca balıqların qənimidir. Lakin bu və ya digər xeyir qüvvələr Balaca Qara Balığa həmişə kömək olurlar. O, çətinliklərdən qurtularaq irəliyə doğru yolunu davam etdirir və nəhayət, gədib dənizə çıxır. Bu, onun arzuladığı geniş, azad dünyadır.

Yazıçı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çarpdırmaq istəmişdir. Gənclər təcrübəsiz olsalar da, daim axtarışdadırlar, heç bir vəchlə köhnəliklə barışmırlar. Əsərdə Balaca Qara Balığın gəlib çatdığı genişlik gəncliyin arzuladığı yeni, azad həyatın rəmzidir.

Comments are closed, but trackbacks and pingbacks are open.