Bədii əsərlər: xüsusiyyətləri və nümunələri
A bədii istehsal Bütün bunlar təzahür və ya obyektdir ki, estetik və ya sosial səviyyədə bir hədəfi yerinə yetirsin. Gözəl Sənətlər adıyla əlaqəli bəzi ifadələr göstərir.
Qısa mühazirələr
Bədii əsər canlı bir orqanizmdir. Ən kiçik sözdən, ifadədən tutmuş obrazların bir-biri ilə qarşılıqlı əiaqəsi, xarakterlərin müxtəlif hadisələr, mübarizə – konflikt zəminində açılması, süjetin mərhələ-mərhələ inkişafi, mövzunun müxtəlif çalarda öz bədii həllini tapması və s. ədəbi funksiyaya malik elementlər hamısı birlikdə əsərin ümumi strukturunu, kompozisiyasını əmələ gətirir. Hər hansı bir tikilən binanın kompozisiyasında, arxitektonikasında nəinki bu möhtəşəm sarayı əmələ gətirən kərpiclər, sütunlar, pəncərələr, dam örtükləri və s. tikinti materialları, hətta onun həyətinin quruluşu, qarşısında əkilən gül və ağaclar da mühüm əhəmiyyət kəsb etdiyi kimi, bədii əsərin kompozisiyasında da hər bir poetik fıqurun özünəməxsus yeri və rolu vardır. Nəinki proloqdan tutmuş epiloqadək bütün elementlər, hətta əsərə gətirilən epiqraf da müəyyən bir poetik, arxitektonik funksiyanı yerinə yetirir. Möhtəşəm kompozisiya sarayı ayrı-ayrı bədii funksiyanı yerinə yetirən “tikinti materialları”nın bir dam altında birləşməsi nəticəsində yaranır.
Kompozisiya elə bir canlı mexanizmi, maşını xatırladır ki, onun hərəkətə gəiməsi üçün adicə bir təkərciyin, vintciyin də özünəməxsus yeri və funksiyası vardır. Kompozisiya lazımsız sözlər, elementlər yığımından yox, məhz yerinə düşən, ümumi ansambla xidmət edən sözlərin, poetik fıqurların qarşılıqlı əlaqəsi və bir-birini tamamlaması zəminində formalaşır, canlı bir orqanizmə çevrilir . Orqanizmdə hər bir orqanın öz funksiyası olduğu kimi, kompozisiyada da hər bir poetik fiqur müəyyən məqsədə xıdmət edir. Ayrı-ayrılıqda heç bir məna ifadə edə bilməyən ədəbi fıqurlar məhz mürəkkəb kompozisiya daxilində öz bədii missiyalarını yerinə yetirirlər.
Romandan, epopeyadan tutmuş kiçik şeirədək hər bir sənət əsərinin özünəməxsus kompozisiyası olur. Kompozisiya trafaret, ülgü, hazır resept sevmir. Hər bir əsərin özünəməxsus bədii quruluşu vardır. Tutalım, süjet epik, dramatik əsərlərin kompozisiyasında aparıcı element olsa da, lirik şerin kompozisiyasında süjet axtarmaq düzgün deyildir. Kompozisiya süjetsiz də, digər poetik fıqurlarsız da mümkündür.
Poetik fıqurların bolluğu hələ kompozisiyanın gözəlliyi, kamilliyi demək deyildir. Hər hansı bir poetik fiqur kompozisiyada müəyyən funksiyanı yerinə yetirmirsə, onun işlədilməsinə heç bir ehtiyac yoxdur. Bədii əsərlərin ümumi strukturu, kompozisiyası bütün lazımlı, gərəkli elementlərin vahid sistem halında birləşməsi nəticəsində əmələ gəlir.
Kompozisiya yünanca qurmaq, tərtib etmək mənasını verir . Kompozisiya bədii əsərin mürəkkəb ünsürləri və cüzlərinin təşkil və tərtibi nəticəsində yaranır. Hər hansı bir bina tikinti materialına müvazi şəkildə qurulduğu kimi, bədii əsərin kompozisiyası da onun əks etdirdiyi həyat hadisələrindən asılıdır. Əsərdəki hadisələr, epizodlar möhkəm bir vəhdət təşkil edirsə, bu zaman kompozisiya mükəmməl olur.
Mir Cəlal kompozisiyaya belə tərif verir: “Ədəbiyyatda söz və ifadələrin, hadisələrin, faktların və epizodların, surətlərin müəyyən, ahəngdar, məntiqi, mənalı, məqsədəuyğun və münasib şəkildə tərtibinə, quruluşuna kompozisiya deyilir. Bədii əsərin bütün hissə, ünsürlərinin qanunauyğun, münasib, gözəl surətdə, məntiqi bir şəkildə yazılmasına kompozisiya deyilir.”
Epik-dramatik əsəri, onun strukrurunu, kompozisiyasını süjetsiz təsəvvür etmək mümkün deyildir. Süjet kompozisiyanın ən vacib elementlərindən biridir. Əlbəttə, lirik, süjetsiz əsərlərin də öz kompozisiyası vardır. Ancaq epik və dramatik əsərlər süjetsiz təsəvvürə gəlmir.
“Süjet- bir-biri ilə bağlı olub, ardıcıl surətdə inkişaf edən və bilavasitə epik, lirik -epik, yaxud dramatik əsərin məzmununu təşkil edən həyat hadisələridir. Bu hadisələrin içərisində göstərilən adamların qarşılıqlı əlaqə və rəftarı insan xarakterinin müxtəlif cəhətlərini, əsərdə iştirak edənlərin fıkir, hiss və danışıqlarını, xarakterin inkişafı tarixini və yüksəlişini əks etdirir.” (“Ədəbiyyatşünaslıq terminləri lüğəti”. Bakı, 1978).
“Əsərdə inkişaf etdirilən əsas əhvalat bədii əsərin süjetini təşkil edir. Sənətkar çalışır ki, öz ideya, məqsəd və görüşlərini doğru və kamil ifadə edə bilən süjet qursun.” (Mir Cəlal, Pənah Xəlilov. “Ədəbiyyatşünaslığın əsasları”, Bakı, 1972, s. 65).
“Epik-dramatik əsərlərdə süjet nəticə etibarilə ictimai münaqişələri və konfliktləri əks etdirən hadisələr sistemidir. Onu da qeyd etmək vacibdir ki, süjet bədii əsərin əsas məzmununu təşkil edır.” (L. İ. Timofeyev. “Osnovı teorii literaturı”, Moskva, 1976”)
Aristotelin fikrincə isə, fabula hərəkətin təqlid olunmasıdır. Fabula dedikdə əhvalatların əlaqələnməsini, xarakter dedikdə isə iştirak edən şəxslərin nəyə görə müxtəlif cür adamlar adlandırmağını nəzərdə tutan fılosof yazır ki, “faciə hərəkət olmadan keçinə biiməz, xaraktersiz isə keçinə bilər. Fabula faciənin əsası və bir növ canıdır, xarakterlər isə ondan sonra gəlir.”
Süjet son dərəcə vacib kompozisiya elementi kimi həmişə ədəbiyyatşünaslığın diqqət mərkəzində olmalı problemdir. Ancaq Azərbaycan ədəbiyyatşünaslığında süjet, onun bədii əsərin srukturundakı rolu barədə bəzi polemik mübahisələr olsa da, problem öz dolğun bədii-estetik həllini tapmamış, uğurlu, əhəmiyyətli bədii əsərlər süjet və kompozisiya baxımından tədqiqata cəlb edilməmiş, bu problemlərdən ikinci, üçüncü dərəcəli əhəmiyyətə malik bir sənətkarlıq komponenti kimi söhbət açılmışdır. Halbuki bədii əsərin strukturunda süjetin rolu olduqca böyükdür.
Süjet qəhrəmanın keçdiyi həyat yoludur, daha doğrusu, bu yolun bədii əksidir. Əsərin başlanğıcında bu sehrli yola qədəm qoyan oxucu obrazların kəşməkeşli həyatı ilə tanış olur, onunla birlikdə sevinir, həyəcanlanır, əzab çəkir. Süjet öz bədii həllini tapanda adam istər-istəməz geriyə dönüb qəhrəmanların keçdiyi yola nəzər salır, onun süjetin ilk mərhələsindən son mərhələsinədək necə dəyişməsinin, mənəvi təkamülünün şahidinə çevrilir . Süjetin başlanğıcında xasiyyətinə o qədər də bələd olmadığımız qəhrəman süjetin sonunda bitkin xarakter kimı gözlərimizin qarşısında canlanır. Başlanğıcla sonluğun müqayisəsi qəhrəmanın xarakterinin mərhələ-mərhələ inkişafını açmağa kömək edir.
Yeri gəlmişkən onu da qeyd edək ki, əvvəlindən sonu görünən süjet maraq doğurmur. Hər bir oxucu, tamaşaçı hər hansı bir kitabı oxuyanda, tamaşaya, bədii filmə baxanda əsərin necə qurtaracağını səbirsizliklə gözləyir. Gözlənilməz bədii sonluq daha çox maraq doğurur.
Epik, dramatik əsəri bir qollu-budaqlı ağaca bənzətsək, süjeti onun gövdəsinə, bel sütununa təşbeh etmək olardı. Digər poetik vasitələr bu ağacın budaqlarına, yarpaqlarına, çiçəyinə, meyvəsinə bənzəyir. Ağacın bitdiyi yer, ətraf mühit, onun kökündən tutmuş budağının ucundakı son yarpağadək bütün elementlər hamısı birlikdə möhtəşəm kompozisiya sarayını xatırladır. Ağacın bitdiyi torpaq, içdiyi su, udduğu hava onu bir ağac kimi formalaşdıran ətraf mühit son dərəcə vacib olduğu kimi, bədii əsərin də hansı sosial zəmində yaranması az əhəmiyyət kəsb etmir. Buradan süjetin tarixiliyi prinsipi meydana gəlir. Hər dövrün, epoxanın özünəməxsus süjetləri olur.
Nizami öz əsərlərinin süjetini Firdovsidən götürüb . Ancaq bu məlum tarixi süjetlərdən o elə ustalıqla, dahiyanə şəkildə istifadə edib ki, öz poetik məramını, ideyasını, dünyaya fəlsəfı baxışını göstərməyə, qəhrəmanların xarakterini hərtərəfli açmağa, dövrün real tarixi mənzərəsini yaratmağa nail olub. Nizami ənənəvi süjetlərdən bir vasitə kimi istifadə edib.
Bu mənada süjeti ev tikmək üçün vacib olan tikinti materialına da bənzətmək olar. Hər usta bu materialdan öz zövqünə, bacarığına uyğun saray, imarət tikir. Əgər usta ustadırsa, material eyni olsa belə, onun tikdiyi saray, imarət başqalarına bənzəməyəcək.
Müəyyən mənada orqanizmin skeletinə bənzəyən süjeti nə dərəcədə ətə-qana gətirib onu canlıya çevirə bilmək müəllifdən xüsusi istedad tələb edir. Eyni hadisə əsasında yazılmış əsərlərin hamısı eyni dərəcədə bədii-estetik maraq doğurmur. Deməli, süjet özlüyündə məqsəd deyil, vasitədir. Ancaq süjet elə bir spesifik forma elementidir ki, özündə hər hansı bir hadisənin məzmununu əks etdirir. Süjet elə bir sehrli körpüdür ki, onun bir tağı məzmunun, bir tağı isə formanın çiyninin üstündə dayanır.
Rəngarəng süjetlər, bir-birinə bənzəməyən hadisələr insan xarakterinin fərdi cəhətlərini üzə çıxarmaq vasitəsidir. Nə qədər ümumi, sosial cəhətlər olsa belə, insanların fərdi taleyi, onların başlarına gələn hadisələr bənzərsizdir. Ona görə də trafaretləşmiş süjetlərdən uzaq qaçmaq lazımdır. Həyat yazıçı üçün olduqca zəngin süjetlər verə bilər. Hər bir insanın xarakterinin özünəməxsus cəhətləri onun fərdi taleyindən doğulur, qidalanır.
Bu baxımdan Dostoyevskinin cavan bir yazıçıya verdiyi məsləhət olduqca maraqlıdır: “Heç vaxt özünüzdən nə fabula uydurun, nə də intriqa. Həyat bizim uydurmalarımızdan qat-qat zəngindir. Bəzən ən adi, gözə çarpmayan həyatın verdiyi şeyi Sizin üçün heç bir təxəyyül uydura bilməz. Həyata hörmət edin.” (L. Qrossman. “Dostoyevski”. Bakı, 1972, s. 485).
Süjetin mərkəzində qəhrəmanın həyatı, onun mənəvi dünyası, işi, amalı, məişəti, müxtəlif xarakterii adamlarla qarşılıqlı münasibəti, hər hansı bir mübarizənin tesviri öz bədii əksini tapır.
Ədəbiyyat, doğrudan da, insanşünaslıqdır. Yazıçı, şair, dramaturq “insan qəlbinin mühəndisi” kimi öz qəhrəmanlarıının həyatını, arzu və düşüncələrini, sirli-sehrli mənəvi dünyasını bədii təsvirin mərkəzinə çəkir, hər hadisəyə, hərəkətə əsasən mühakimə yürüt-məyə, bir qənaətə gəlməyə çalışır. Lakin Allahın yaratdığı insan o qədər mürəkkəb varlıqdır, dünyanın elə möcüzəsidir ki, özü də özünü tam şəkildə dərk etmək iqtidarında deyil. Axtarışlar isə davam edir, bitib tükənmək bilmir. Xarakterik süjetlər insanın daxili dünyasıınn mənəvi aynasına çevrilir. İstedadlı sənətkarlar bu yolda uğurlar qazanır, süjetdən bir bədii vasitə kimi istifadə etməyi bacarır, digərləri isə hadisəçilikdən uzağa gedə bilmirlər. Çünki hadisələrə müəllif münasibəti də süjet yaradıcılığında mühüm məsələdir. Hər sənətkarın öz fərdi intellekti, dünyagörüşü, xarakterik hadisələri seçə bilmək, qəhrəmanların xarakterini açmaq, həyatın dolğun mənzərəsini yaratmaq üçün özünəməxsus üslubu vardrr.
Oxşar talelər, hadisələr olsa da, bir-birinin təkrarı olan süjet, hadisə yoxdur. Müxtəlif fərdi üsluba malik sənətkarların bənzərsiz, xarakterik süjetlər vasitəsi ilə həyat hadisələrini əks etdirmək, qəhrəmanların xarakterini açmaq imkanları vardır. Həyat hadisələri çoxdur. Ancaq yazıçının məharəti ondadır ki, bu hadisələr çoxluğu içərisindən xarakterik hadisələr seçib öz əsərinin süjetinə çevirə bilir.
Süjet hadisələr toplusu olmamalıdr. Müəllif öz əsərlrində hadisəçiliyə meyl etməməli, əsəri saysız-hesabsız rəvayətlər, əhvalatlarla yükləməməlidir. Süjeti elə xarakterik, tipik epizod, hadisə üzərində qurmaq lazımdır ki, bu, həm əsərin ideyasıni, müəllifın poetik məramını, mövqeyini öyrənməyə, həm də qəhrəmanların xarakterinin hərtərəfli açılmasına şərait yaratsm. Hadisə xətrinə hadisə, süjet xətirinə süjet heç nəyə lazım deyil. Çünki qeyd etdiyimiz kimi, süjet özü məqsəd deyil, vasitədir. Maraqlı süjet oxucunu yorulmağa qoymur, müəllif qayəsinin ifadəçisinə cevrilir. Əsər təkcə düşüncədən, heç bir hadisəyə söykənməyən miihakimədən ibarət olanda oxucu üçün maraqsız təsir bağışlayır. Nə qədər mükəmməl düşüncələr, müəllif xarakteristikaları olsa belə, bu tipli əsərlər oxucunu özünə cəlb etmir. Süjet maraqlı olanda isə oxucu hadisələri diqqətlə izləyə-izləyə bir də görür ki, düşüncələr aləmindədir. Qəhrəmanların həyəcan və iztirabiarı, onların əxlaqi fəzilət və qəbahətləri, həyata, cəmiyyətə, təbiətə münasibətləri diqqət mərkəzində dayanır, oxucular həm hadisələrə, həm də obrazların hərəkətlərinə qiymət verir, onların xarakteri haqqında mühakimə yürüdürlər.
Həyat davam etdiyi kimi, süjet də sona yetmir, davam edir. Bir hadisənin sona yetməsi digər hadisənin başlanmasma zəmin yaradır. Hər hansı konfliktin yaranması, inkişafı və bədii həlli süjetin əsasını təşkil edir. Süjet konflikt və xarakterlə qarşılıqlı surətdə əlaqədardır. Konfiikt, mübarizə süjetin əsas məzmununu təşkil edirsə, xarakter bu məzmunu ətə-qana gətirir, onu dolğunlaşdırır.
Kompozisiya süjetlə sıx surətdə əlaqədardır. Süjet bədii əsərin məzmununu, surətlərin xarakterini və inkişafını oxuculara çatdırmaq üçün bir vasitədir.
Bədii əsərdəki hərəkət və kompozisiyanın əsasını təşkil edən süjet müxtəlif əsərlərdə müxtəlif xarakter daşıyır. Süjet insanların əlaqə və ziddiyyətlərinin, məhəbbət və nifrətlərinin, qarşılıqlı münasibətlərinin məcmuu, ümumiyyətlə, bir tipin, surətin, xarakterin təşkili, inkişafı və yüksəlişi tarixidir.
Hər bir kamil süjetin başlanğıcı, kulminasiya nöqtəsi və sonu olmalıdır. Süjetin üç əsas əlaməti vardır. 1. İntiriqa 2. Koliziya 3 Situasiya.
Bütün əsər boyu əsas surətlər arasında gedən münaqişə intinqadır.
Bədii əsərdə müəyyən insan qrupları arasında gedən mübarizəyə koliziya deyilir.
Situasiya vəziyyətin müəyyən bir momentini, müəyyən bir anını təşkil edir. Situasiya sözünün özü də elə vəziyyət deməkdir. Situasiya özünü həm qəhrəmanların şüurunda, həm də xarici mühitdə göstərir.
Süjetin beş ünsürü vardır: ekspozisiya (bədii müqəddimə), zavyazka (rəbt), kulminasiya, razvyazka (qət, açılış), final.
Süjetdəki başlıca hadisə öz mənbəyini ekspozisiyadan – bədii hazırlıqdan götürür. Ekspozisiya bədii əsərdə hadisələrin gələcək inkişafı üçün zəmin, şərait yaradır, hərəkət üçün hazırlıq rolu oynayır. Sonrakı mərhələdə zavyazka – rəbt gəlir. Rəbt rabitə sözündəndir. Süjetdə rəbt həyatda Arximedin axtardığı istinad nöqtəsi kimi bir şeydir. Rəbt də hadisələrin istinad, doğum nöqtəsidir. Elə bir doğum nöqtəsi ki, bundan sonra mütləq hərəkət gəlir. Rəbt hərəkətin üzünə açılan qapıdır. Axistotel hərəkətə belə bir tərif vermişdir: “Mən hərəkət o hissəyə deyirəm ki, əvvldən başlayaraq hüdudu olan nöqtəyə qədər davam edir və bundan sonra müsibətdən səadətə, yaxud səadətdən müsibətə keçid başlayır.”
Hərəkət zamanı hadisələr getdikcə inkişaf edir, yetişir və yüksəlməyə başlayır. Hərəkətin inkişafı ən yüksək nöqtəyə -kulminasiyaya çatır ki, bu poetik zirvənin o üzündə qət – razvyazka dayanır. Nəhayət sonuncu mərhələ-final gəlir.
Süjetin bu beş mühüm ünsüründən başqa, əsərin strukturunda mühüm yer tutan proloq və epiloqun da adını çəkmək lazım gəlir. Proloq həmişə bədii əsərin əvvəlində gəlir və oxucuda müəllifin qayəsi haqqında ilk təəssürat yaradır. Epiloq isə bədii sonluqdur. Əsərdəki əsas hadisələr bitdikdən sonra müəllif epiloqla əsərə yekun vurur, hadisələrə öz mövqeyini bildirir, qəhrəmanların gələcək taleyi haqqmda məlumat verir və s.
Müəllif hansı mövzuda yazırsa yazsın hansı problemin bədü həllini verməyə çalışırsa çalışsın, həmin mövzu və problemlərlə bağlı maraqlı, xarakterik bir süjet tapa bilmirsə, öz məqsədinə lazımi səviyyədə çata bilməz, əsas ədəbi məramını, ideyasını açmaqda çətinlik çəkər. Xarakterik süjet sözçülükdən, ümumi müəllif xarakteristikasından yaxa qurtarmağın ən yaxşı yoludur. Belədə müəllifin ideyası hadisələrin ümumi məzmunundan aydınlaşır, əlavə izahata ehtiyac qalmır.
Süjet təkcə həcmi böyük əsərlər üçün xarakterik deyildir. Hətta elə lirik şerlər var ki, onlarda süjetin bütün ünsürlərindən istifadə olunmuşdur. Məsələn, Ələsgərin məşhur “Düşdü” rədifli qoşması buna misal ola bilər.
Bədii əsərin sütununu, gövdəsini xatırladan süjet müxtəlif problemlərlə yüklənmiş məzmunun bütün ağırlığını öz çiyninə götürür. Süjet bədii formanın vacib komponentlərindən biri kimi personajlar arasındakı konflikti, qarşdıqlı əlaqəni, xarakterlərin mərhələ-mərhələ təkamülünü göstərməyə xidmət edir.
Surətlərin rəngarəng taleyi, hərəkətləri, əməlləri, mübarizələri, hiss və həyəcanları süjetin hərəkətverici qüvvəsidir.
Bədii əsərdə bütün komponentlərin qarşılıqlı əlaqəsi kompozisiya bütövlüyünü, əsərin həyatiliyini, ədəbi uğurlarını təmin edən başlıca cəhətdir. Orqanizmdə artıq, gərəksiz bir üzv olmadığı kimi, bədii əsərin kompozisiyasında da heç bir bədii funksiya, missiyanı yerinə yetirmyən komponent olmamalıdır.
Bədii əsərlər: xüsusiyyətləri və nümunələri
A bədii istehsal Bütün bunlar təzahür və ya obyektdir ki, estetik və ya sosial səviyyədə bir hədəfi yerinə yetirsin. Gözəl Sənətlər adıyla əlaqəli bəzi ifadələr göstərir.
Bu əsərlər simfoniya, konsert, müəyyən bir rəqs növü, filmlər, seriallar və ya hətta video oyunlar kimi elementlərə istinad edə bilər; baxmayaraq ki, rəsm, heykəltəraşlıq, ədəbiyyat və musiqi ümumiyyətlə tarix boyu ən böyük aktuallığı olan bədii ifadələrdir.
Sənət sözü Latın dilindən gəlir və böyük yaradıcılığı ifadə edən bir şeyə işarə edir. Bəzən “sənət əsəri” ifadəsi məcazi mənada istifadə olunsa da. Sənəti müəyyənləşdirmək üçün konkret bir meyar yoxdur, baxmayaraq ki, ümumiyyətlə bədii əsərlərin insanlığa uyğun olması lazım olduğu düşünülür.
Tarix
Bədii əsərlərin təsnifatı illər ərzində dəyişib və hər bir mədəniyyətdən də asılıdır. Məsələn, orta əsrlərdə fəlsəfə və həndəsə sənət sayılırdı.
“Gözəl Sənətlər” termininin istifadəsi ilə bədii istehsalların məqsədinin sadəcə estetik olduğu qəbul edildi.
Tarix boyu mütəfəkkirlər və filosoflar sənətin təsnif edilməsinə imkan verən parametrlərin təyin edilməsi və qurulmasından məsul olanlardır.
xüsusiyyətləri
Bədii əsərlərin yerinə yetirmək üçün müəyyən bir funksiyası və rolu yoxdur. Tamamilə estetik bir məqsəd güdə bilərlər və ya tarixdəki bir dövrün təhlilinə imkan verə bilərlər.
Bədii əsərlər, işlənməsi üçün istifadə olunan texnika növünə görə bölünə bilər. Məsələn, rəsm əsərləri rəsm, rəsm və ya illüstrasiyanı əhatə edən əsərlərdir. Ədəbi səviyyədə bədii əsərlər yazıldığı növə görə bölünə bilər: şeir, povest, oçerk və s.
Hesab olunur ki, bədii əsər yüksək davamlılığa malik olmalıdır. Bu o deməkdir ki, bir neçə nəsil davam edəcək bir əsər olmalıdır.
Əsərlərin istehsal olunduğu tarixi kontekst vacibdir, çünki təmsil etdiklərini anlamağa və məna verməyə imkan verir.
Bədii əsərlər, iqtisadi cəhətdən deyil, mədəni əhəmiyyətinə görə dəyərli əsərlər sayılır, çünki asanlıqla təkrarlanmamalı və ya ərazilərində əhəmiyyətli bir nümunə qoyan elementlərdir.
Bundan əlavə, bədii əsərlərin mesajlarını çatdırmaq üçün öz dilləri var. Rəsm, heykəltəraşlıq, fotoqrafiya və ya ədəbiyyatla əlaqəli olan bədii əsərlər mesajlarını vizual olaraq çatdırır. Musiqi eşitmə yolu ilə ötürülür; audiovizual olan kino və ya teatr kimi sənətlər mövcuddur.
Meksika, Ekvador və Kolumbiyadakı bədii istehsal nümunələri
Hər bir ölkənin və ya mədəniyyətin öz bədii nümayəndəlikləri var. Hər birinin əhəmiyyəti, yaradılışını əhatə edən tarixi kontekstə görə dəyişir. Bəzi ölkələrdə bədii ifadələr digərlərindən daha çox sahəni əhatə edir və ya xarici mədəniyyətlərdən təsirlənir.
Meksika
Meksikadakı ən yüksək sənət nümayəndələri muralizmdə çalışmışlar. Bu sahədə üç möhtəşəm eksponat var: Rivera, Siqueiros y Orozco və xaricdə ən məşhur Meksikalı rəssam olan Frida Kahlo. Ən çox bilinən əsəri, Fridanı kök saldıqca bir mənzərədə göstərən Raícesdir.
Bundan əlavə, Meksikada çəkilən ilk səs filmi 1931-ci ildə çəkildi. Meksika kinosunda qızıl dövr deyilən musiqi filmləri, qara filmlər, qorxu filmləri və fantaziya filmlərinin istehsalı ilə 20-ci əsrin ortalarında meydana gəldi. Böyük ferma var bu dövrün bəlkə də ən vacib filmidir.
Fotoqrafiya Meksikada çox sürətlə yayılan bir texnikadır. Müasir dövrün fotoqrafiyası sənət yaratmaq yox, sənədləşdirmək üçün nəzərdə tutulsa da. Fotoqraflığın ən vacib nümayəndəsi Guillermo Kahlo idi.
Meksikanın sənətkarlığı keramika, goblen və toxuculuq sənətinə qədər bir çox növü əhatə edir. Onun istehsalı xüsusilə dekorativ məqsədlər daşıyırdı və əsasən əl istehsalı olması ilə xarakterizə olunurdu.
Ekvador
Ekvadordakı sənət əsərləri, memarlıq ifadələri, rəsm və hətta rəqs və fotoqrafiya sayəsində böyük bir iştirak etmişdir. Bu ölkədəki bədii hərəkat Avropa qitəsinin fikirlərindən çox təsirlənmişdir.
İlk sənət məktəbi 1551-ci ildə yaradıldı və Quito məktəbi Ekvadordakı ən yaxşı bədii anı təmsil etdi. Bu hərəkət müstəmləkə dövründə meydana gəldi və beynəlxalq aləmdə rəğbətlə qarşılandı.
Humberto Moré, Ekvadorun ən tanınmış sənətçilərindən biri idi. Rəssam rəsm, fotoqrafiya və hətta teatr və kino ilə maraqlanırdı. Əsərləri həndəsi fiqurlara və parlaq rənglərin istifadəsinə əsaslanırdı. Əsərləri arasında “Əkinçi” və “İşlevsel işarə” var.
Ən məşhur Quito heykəltəraşları demək olar ki, bütün əsərlərini din xadimləri üzərində qurmuşlar. Daha yaxşı Caspicara kimi tanınan Manuel Chili, uzanmış Məsihin yaradıcısı idi; Bernardo de Legarda, Apokalipsisin Bakiri kimi əsərlər hazırladı. José Olmos da öz növbəsində əzab Məsihini yaratdı.
Kolumbiya
Kolumbiyanın bədii istehsalı çox genişdir. Kolumbiyadan əvvəlki sənət müxtəlif mədəniyyətlərdə böyük bir iz buraxdı. Müstəmləkə dövründə ölkənin əksər sənətkarları dinə yönəldilər.
Son zamanlarda, Kolumbiyadakı bədii əsərlər, görkəmli portretçilərin eksponentləri idi və onların gedişi bir neçə dəfə dəyişdi.
Fernando Botero, bəlkə də Kolumbiya sənətinin ən vacib nümayəndəsidir. Rəssam və heykəltəraşın 50-dən çox heykəli var, bunların arasında Medellində yerləşən “Dama” fərqlənir. Madriddə “Güzgülü qadın”, “Avropanın Rapture” və ya “Hand” kimi bir neçə əsəri var.
Rəsmləri arasında ən əhəmiyyətlisi “Bir ailə”, “Musiqiçilər”, “Ailə səhnəsi”, “Kart oyunçuları II” və ya “Bazar günü günortası”.
Poporo Quimbaya Kolumbiyada ən məşhur sənətkarlıq nümunəsidir. Film səviyyəsində Kolumbiya gəlirli bir sahəni inkişaf etdirə bilmədi.
İstinadlar
- Filmlər. (2019). Artecuador.com-dan bərpa edildi
- Garzón, D. (2003). Kolumbiya Sənətinin 100 Əsas Əsəri. Semana.com-dan bərpa edildi
- Raffino, M. (2018). İncəsənət əsəri: anlayışı, istifadəsi, növləri və xüsusiyyətləri. Concept.de-dən bərpa edildi
- Sanguino, J. (2019). Meksikadakı 15 ən əhəmiyyətli sənət əsərini deyə bilərsinizmi? Culturacolectiva.com-dan bərpa edildi
- Ávila, M. (2019). Ekvadordakı sənət. Arteyculturapormabe.blogspot.com saytından bərpa edildi
Bədii əsərlər
Bədii ədəbiyyatın təsir gücü
XI əsr poeziyamız özündən əvvəlki dövrlərdə yaranmış ərəbdilli Azərbaycan ədəbiyyatının əvvəlki ənənələrinin zəruri inkişafının təzahürüdür: � Bu dövrdə Mənsur Təbrizinin ədəbiyyatı siyasi vuruşlar meydanına çevirməsi, ona yüksək amallar carçısı kimi baxması, habelə İskafi Zəncaninin mühüm ictimai problemləri öz şeirlərinin mövzusu etməsi, Nizami Təbrizinin şeirlərindəki vətənpərvərlik ruhu yalnız XI əsr Azərbaycan bədii fikrinin deyil , ümumiyyətlə, Yaxın və Orta Şərq xalqlarının estetik təfəkkürünün nailiyyəti kimi � ( M.Mahmudov ) qiymətləndirilir.
XII əsrdə Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyamız xeyli inkişaf edib . Bu əsrdə Eyn əl-Quzatın şəxsində bədii nəsrin ilk nümunələri yaranır və ədəbi-bədii fikrin tərkibhissəsinə çevrilir . XII əsrdə farsdilli poeziya geniş şöhrət tapsa da ərəbdilli ədəbiyyat öz mövqeyini saxlayırdı. Dövrünün məşhur şairi , şairlər xaqanı təxəllüsü almış Xaqani fars diliylə yanaşı ərəb dilində də gözəl əsərlər yaradırdı. Bu da ərəb dilinin hər sahədə oduğu kimi ədəbi sahədə də bu dövrdə işlədildiyinə sübutdur . XII əsrdə fars dili Azərbaycan poeziya dili kimi hakim mövqe tutmasına baxmayaraq , ərəb dilində yazan sənətkarlar olub , onlar elmi və bədii əsərlərini bu dildə yazıblar.
Sührəvərdi Şərqin mədəniyyət və elmində qüdrətli bir filosof olmaqla yanaşı şairdir . O, 38 illik ömründə özündən sonra böyük fəlsəfi bir irs (�Hikmət əl-işraq�, �Həyakil ən-nur�, �Ət-Təlvihat əl-lavhiyyə va-l-ərşiyyə�), �Risalə fi itiqad əlhukəmə�, (�Əl-Mutarahat�), (�Əl-Əlvah əl-imadiyyə�), �Əl-Muqavamat�, �Əl-Məaric� və s .) qoyub gedib . Təbiət və cəmiyyət məsələləri, həyatın hikmətinə aid nəzəri fikirləri verilən bu əsərləri ilə yanaşı, o , qələmini poeziya sahəsində sınayıb, lirik incə qəlbli bir şair kimi tanınıb. Mənbə və məxəzlərdə onun poeziya yaradıcılığı haqqında qiymətli fikirlər var . Sührəvərdinin divanı Həmid Araslı tərəfindən tapılıb və əlyazmasının fotosurəti respublikamıza gətirilib. Bu tapıntı filosof şairin yaradıcılığını geniş və hərtərəfli tədqiq etməyə imkan verir . Həcmcə kiçik divan tamamlanmayıb. Onun yaradıcılığı ərəbdilli Azərbaycan poeziyasında xüsusi yer tutur . VII-VIII əsr şairlərinin ənənələrini davam etdirmiş , keyfiyyətcə zənginləşdirib.
Ona qədər poeziyada real hisslərin tərənnümü qüvvətli idi , Sührəvərdinin şeirlərində isə � rassionalist istiqamət, fəlsəfi dərinlik, romantik vüsət� üstünlük təşkil etdiyi , onun poeziyasının �fəlsəfi ümumiləşdirmənin, əqli mühakimənin gözəl nümun ə ləri kimi � diqqəti cəlb etdiyini qeyd edən alimlər bildirirlər ki , �Əgər Musa Şəhəvat ərəbdilli Azərbaycan poeziyasına ictimai motiv gətirmişsə, İsmayıl ibn Yəsar onu siyasi və ideoloci vuruşmalar meydanına çevirib , Mümkan Təbrizi isə sənətin xalq həyatı ilə bağl ılığı ideyasını meydana atmışdır. Həmin poeziyanın filosofu isə məhz Sührəvərdi olub �.
Zəncan yaxınlığındakı Sührəvərdi şəhərində anadan olan , Marağada təhsil alan , elmi , biliyi ilə diqqəti cəlb edən, Hələbə gələrkən oranın hakiminin hörmətini qazanan , bilik və bacarığına həsəd aparılan, �cəsarətli fəlsəfəsindən qorxuya d üşən �Hələb fəqihləri alimin qətlinə fitva verirlər�. Onun kimi tale sahibi Eyn əl-Quzat dövrünün böyük filosofu , həm də nasiri və şairi olub . Babası dövrünün tanınmış şairlərindən olub . Eyn əl-Quzatın Azərbaycanın fəlsəfi, ictimai , siyasi , ədəbi fikir tarixində rolu alimlər tərəfindən yüksək dəyərləndirilir. Ərəbləşdirmə siyasətindən narazı Yaxın Şərq xalqlarının üsyan və mübarizələri Əməvilər sülaləsini süquta uğratdı və Abbasil ər sülaləsi hakimiyyət başına keçdi . Onların hakimiyyətə gəlməsində fars zadəganlığı xüsusi rol oynadığından ərəb dili öz hakim mövqeyini saxlamaq istəsə də, fars dili də xilafət sarayına yol tapdı. IX əsrdən fars dili poeziya dili oldu : � Dini və elmi əsərlər ərəb dilində yazılır, şəriət qanunları ilə əlaqədar məsələlər bu dildə aparılırdı, ərəb dili din dili kimi öz hüququnu saxlasa da , fars dili şeir dili olaraq şöhrətləndi və bu dil Orta Asiya , İran və Azərbaycan feodal saraylarında r əsmi dövlət dili və ədəbi dil kimi möhkəmlənməyə başladı�.
Fars dilində şeir yazdırmaq dəb şəkli aldı, xalq kütlələrindən fərqlənmək üçün dillərinə xor baxan feodallar idi . XI əsrdən etibarən fars dili uzun müddət ədəbi dili olduğundan ana dilində yazan sənətkarlar fars dilində də əsər yazmaqməcburiyyətində qaldılar. � Bu dövrdə yaranan şifahi xalq ədəbiyyatı qədim atəşpərəstlik ənənələrini mühafizə etməklə xalqın şikayətlərini, etirazlarını, baş verən gündəlik tarixi hadisələri, eyni zamanda məişət, adət və ayin məsələlərini əhatə edirdi . Şifahi xalq ədəbiyyatı d ünyəvi hadisələri tərənnüm edirdi . Bu ədəbiyyatı xalqın içərisindən çıxmış sənətkarlar yaşadır və bunlar nəsildən-nəslə keçərək ağızlarda dolaşırdı.
Dini dairələr bu ədəbiyyatı dindən xaric , dinə, şəriətə zidd adlandırıb təqib edirdilər�. Belə bir dövrdə Azərbaycan ədəbiyyatının qüdrətli qələm ustadları dilimizin yüksək bədii ifadə vasitələrindən istifadə etməklə, Azərbaycan şeirinin şah əsərlərini həm öz dilində, həm ərəb, həm də fars dilində yaratmağa məcbur oldular . Qətran Təbrizi, Əfzələddin Xaqani , Nizami , hakim feodal ruhani görüşləri təbliğ edən Əbül-Üla Gəncəvi, Fələki, İzzəddin Şirvani , Qivami Mütərrizi, Məhsəti, Mücirəddin Beyləqani kimi şairlər yazıb-yaradırdılar.
Xaqaninin yaradıcılığının onun özündən sonra gələn şairlərin yaradıcılığına böyük təsiri olmuş , onun sənətkarlıq şöhrəti bütün Yaxın Şərqdə, Hindistan , İraq , İran , Orta Asiyada yayılıb, Mücirəddin Beyləqani onu öz ustadı sanıb, xarəzmli R əşidəddin Vətvat, Fərqanəli Əsir Axsiketi kimi şairlər onunla şeirləşməyə çalışsalar da , � Xaqani sənəti öz qüdrət və üstünlüyü ilə həmişə qalib gəlmişdir�. Onun �Qəsideyi-şiniyə� əsəri XII əsrdə klassik Şərq poeziyasında elə bir yenilik oldu ki , dünyanın böyük ustadlarını yerindən tərpətdi. Qəsidənin məzmunundan �təsirlənmiş� XIII əsrin böyük hind şairi Əmir Xosrov Dəhləvi �Meratüs-səfa� ( saf güzgü ) adlı 174 beytlik qəsidəsini, böyük tacik şairi Əbdürrəhman Cami (XIV əsr) � Cilair – ruh � (� Ruhun cilası�) 130 beytlik qəsidəsini, Füzuli �Ənisül-qəlb� 138 beytlik əs ərini yazır, onun bu qəsidəsinə hamıdan öncə Nizaminin nəzirə yazdığını Əbülqasim Şirazi Əmri Xaqaninin qəsidəsinə nəzirə olaraq yazdığı �Ənvarülüyun � (�Gözlərin işığı�) qəsidəsində qeyd edir , o qəsidə bizə gəlib çatmayıb. Xaqani yaradıcılığının özündən sonra gələn sənətkarların yaradıcılığına böyük təsir göstərdiyini sübut edən bu siyahını artırmaq olar . � Xaqani dühasına pərəstiş və onun ayrı-ayrı əsərlərinə nəzirə yazmaq ənənəsi ən çox Azərbaycan ədəbiyyatında dərin izlər buraxıb. Xaqaninin əsərləri Azərbaycan klassik şairləri tərəfindən daha çox sevilib .
Zəmanəsindəki ictimai hadisələrə həssas və coşğun münasibət, yüksək sənətkarlıq kimi gözəl xüsusiyyətlər Xaqanini Azərbaycanın bir çox şairləri üçün müəllim və ustad edib . Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Füzuli öz əsərlərində Xaqaninin sənətkarlıq xüsusiyyətlərindən istifadə ilə onu daha da inkişaf etdirib �.
Nizaminin yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanıb.
Misilsiz sənətkarlıqla yazılmış əsərləri xalqının ibrətamiz, hikmətamiz, mütərəqqi əxlaqi görüşləri ilə zəngin olub . Dünya ədəbiyyatı tarixində �Xəmsə� adlanan beş böyük əsəri bədii sözün dəyərini bilənlər tərəfindən ölməz əsərlər kimi dəyərləndirilib, bu misilsiz bədii qüdrətə malik əsərləri bütün dünyaya yayılaraq hələ sa ğlığında belə ona dünya şöhrəti qazandırıb. XIII əsrdən başlayaraq Nizami motivləri əsasında əsərlər yaranmağa başlayır. Sədi Şirazinin � Bustan �, Cəlaləddin Ruminin �Məsnəvi� əsərlərini görürük . Onun �Xəmsə�si əsasında XIII əsrin klassik şairi Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami �Xəmsə�lər yaratdılar. Yaxın və Orta Şərq xalqlarının ədəbiyyyatına böyük təsir göstərib, XVII əsrdən Avropa , Amerika alimləri (fransız şərqşünası dErbelo , Hammer Purqştal , F. Erdman , Eduard Braun , M.Xautsma , R.Levi , Xorn , F.B.Şarmuan , V.Baxer , Y.Rıpka, Y.E.Bertels , Çaykin , Z. Dunayevski , Y.Marr , A.N.Boldıryev, V.Dəstgirdi, S.Nəfisi və b .) dünyanın başqa qitələrinə yayılmış əsərlərin müəllifi Nizaminin qüdrətli bir sənətkar olduğunu qeyd edirdilər. Ana dilində yazılan əsərləri əlimizə gəlib çatmasa da , bu böyük sənətkarın öz dilinə, xalqına sevgisi farsca yaratdığı bu əsərlərin qanında, canındadır. � Leyli və Məcnun� əsərinin yazılmasını istəyən Axsitandan şair əsərin hansı dildə-türk, yoxsa fars dilində yazılmasını soranda hökmdarın ona :
Fars, ərəb dilində vur ona ziynət ,
Kamal cövhərinin xəzinəsindən .
Gör kimin sapına inci düzürsən ,
Türk dili yaramaz şah nəslimizə .
Əskiklik gətirər türk dili bizə .
Yüksək olmalıdır bizim dilimiz ,
Yüksək yaranmışdır bizim nəslimiz
– deyən şahın doğma dilinə � yuxarıdan aşağı � baxmasına dözmür .
Axsitanın bu təklifinə bərk əsəbiləşən şair � Şahın halqasının qulağıma taxıldığını gördükdə , qan ürəyimdən beynimə vurdu . Nə bu təklifi rədd etməyə cürətim var idi , nə də xəzinəyə yol tapmaq üçün gözüm . �- deyir , şahın əmrini rədd etmək istəyirdi . Ancaq öz � canından əziz tutduğu � oğlu Məhəmmədin xahişi ilə bu əsəri yazmağa razılıq vermiş olduğu , misralarında dilinə sevgisini , məcburən farsca yazmalı olduğunu göstərən tutarlı faktlar var. Bununla belə , söz , sənət xiridarı , bədii təfəkkür nəsibi olan , bu cəhətdən dünyanı heyrətdə qoyan Azərbaycan bədii şeir təfəkkürü ilə zəngin Nizami hansı dildə yazmasından asılı olmayaraq ədəbiyyatımızın qüdrət və vüsətini dünyaya nümayiş etdirib . Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum romanı (� Xosrov və Şirin �) ilə öz zəmanəsinin artıq böyük şairi kimi tanınan Nizaminin � misilsiz istedadına , yüksək dühasına , qabaqcıl ideyalarına pərəstiş edənlərin � öz dövründə belə sayı artmışdı . Xaqaninin əlimizə gəlib çatan bir məktubunda Nizamiyə böyük bir sənətkar kimi hörmət bəslədiyi , ona yüksək ehtiram göstərdiyi aydın olur .
Gülxani Pənah
filologiya üzrə elmlər doktoru , ədəbiyyatşünas
Xalq cəbhəsi � 2017 .- 22 avqust.-S.14.
Comments are closed, but trackbacks and pingbacks are open.