Press "Enter" to skip to content

Alman dili | Qrammatika (2)

z.B:
-ist
-ent

-ant
-at
-it
-nom
-graph

Dərs 4.7 – Alman dilində adlıq hal

LEKTİON 4.7 – der Nominativ Hal kateqoriyası nədir?
– Hal kateqoriyası dedikdə isimlərin müxtəlif hallarda olması başa düşülür. İsimlər niyə müxtəlif hallarda olurlar?
– İsimlər müxtəlif hallarda olmasına alman dilində yalnız 2 (iki) səbəb var: 1. Fellər
2. Önlüklər Alman dilində də bir çox dillərdə olduğu kimi hal kateqoriyası, yəni hallar vardır. Alman dilində cəmisi 4 (dörd) qrammatik hal mövcuddur: 1. Nominativ – Adlıq hal
2. Genitiv – Yiyəlik hal
3. Dativ – Yönlük hal
4. Akkusativ – Təsirlik hal ( DER NOMINATIV) Nominativ hal dedikdə ismin dəyişilməyən, hallanmamış forması başa düşülür. Nominativ: wer? və ya was? (uyğun olaraq kim? və ya nə? suallarından birinə cavab verir.) Cümlə üzvü kimi buna ismin “mübtəda” halı, yəni cümlənin mübtədası da deyilir. Biz isə bundan sonra dərslərimizdə bunu Subjekt adlandıracağıq. Subjekt cümlədə hərəkəti icra edəndir. Yadda saxlayın ki, Subjekt dediyimiz isim ancaq və ancaq Nominativ halında olur. Digər hallarda olan ismlər Objekt adalndırılır. Belə isimlər üzərində Subjekt hərəkəti icra edir. MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Alman dili | Qrammatika (2)

Salam, “Let’s learn together” qısa fasilədən sonra davam edir.

Bu dəfə alman dilinin qrammatikası haqqında növbəti yazımı paylaşıram. Bu zamana kimi alman dili haqqında iki məqalə hazırlayıb, paylaşmışam o məqələlərə buradan və buradan baxa bilərsiniz. �� Məqaləni özüm hazırladığım üçün istifadə etdiyiniz zaman mənbəni və müəllifi qeyd etməyi unutmayın. ��

Bundan öncəki məqaləmdə (məqaləni görmək üçün tıklayın) qeyd etdiyim kimi, alman dilində hallanmanın dörd növü mövcuddur. Qısaca halları və hallanmanın dörd növünü xatırlayaq;

  1. Die starke Deklination(Qüvvətli hallanma)
  2. Die schwache Deklination(Zəif hallanma)
  3. Die weibliche Deklination(Qadın cinsli hallanma)
  4. Die Übergangsdeklination(Qarışıq və ya xüsusi hallanma)

Bundan öncəki məqaləmdə Die starke DeklinationDie Feminina Deklination (Die weibliche Deklination) haqqında yazmışdım. Bu dəfə isə yerdə qalan digər iki hallanma növü, yəni Die schwacheDie Übergangsdeklination haqqında yazacam. Çox uzatmadan başlayım. ��

Die schwache Deklination
Zəif hallanma

İsimlərin hallanma növləri arasında ən asan növ zəif hallanmadır deyə bilərik. Bu növə yalnız kişi cinsli zəif isimlər aiddir. Bu isimlər öz aralarında üç hissəyə bölünür. Aşağıda daha ətraflı görə bilərsiniz.

A. Sonunda -e olan kişi cinsli isimlər

z.B:
Der Knabe
Der Junge
Der Haze
Der Rabe

B. Əvvəllər sonunda -e olub, sonradan o -e‘ni itirmiş isimlər

z.B:
Der Mensch
Der Held
Der Hirt

C. Son olaraq isə sonluğu xarici (alınma) suffikslə bitən kişi cinsli isimlər aiddir.

z.B:
-ist
-ent

-ant
-at
-it
-nom
-graph

Bu hallanmanın əsas əlaməti isə belədir; isimlər Nominativdən başqa bütün hallarda -en şəkilçisi qəbul edir.

Die Übergangsdeklination
Qarışıq və ya xüsusi hallanma

Bu növə isə bir neçə kişi cinsli isimlər aiddir.

z.B:
der Friede
der Funke
der Same
der Name
der Gedanke

das Herz

Bu növün əsas əlaməti isə belədir; Yuxarıda yazdığım bütün isimlər Genitiv halında -(e)ns şəkilçisi qəbul edir. Digər hallarda isə -(e)n şəkilçisini qəbul edir. Aşağıdakı şəkildə bunu daha aydın görə bilərsiniz.

Belə. Bu dəfəlik bu qədər. Ümid edirəm ki, hər-hansısa bir xeyri dəyəcək. İstifadə zamanı müəllifi və mənbəni qeyd etməyi unutmayın. ��

Hörmətlə,
Rasul Mammadov

Comments are closed, but trackbacks and pingbacks are open.