Press "Enter" to skip to content

2019-cu ilin büdcəsi açıqlandı – GƏLİRLƏR VƏ XƏRCLƏR

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

XƏBƏRLƏR Qəbullar 10 mart 2023
10:30
İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib 10 mart 2023, 10:30
SƏNƏDLƏR Fərmanlar 09 mart 2023
16:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə.

XƏBƏRLƏR Qəbullar 09 mart 2023
15:40
İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib 09 mart 2023, 15:40
XƏBƏRLƏR Qəbullar 09 mart 2023
15:00
İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib 09 mart 2023, 15:00
XƏBƏRLƏR Qəbullar 09 mart 2023
14:25

İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib 09 mart 2023, 14:25

XƏBƏRLƏR Tədbirlər 09 mart 2023
10:00
İlham Əliyev X Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib 09 mart 2023, 10:00
XƏBƏRLƏR Qəbullar 08 mart 2023
18:15

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib 08 mart 2023, 18:15

XƏBƏRLƏR Tədbirlər 08 mart 2023
15:25

Azərbaycan və Latviya prezidentlərinin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub 08 mart 2023, 15:25

XƏBƏRLƏR 08 mart 2023
13:55
XƏBƏRLƏR Tədbirlər 08 mart 2023
13:35
Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub 08 mart 2023, 13:35
XƏBƏRLƏR Tədbirlər 08 mart 2023
12:45
Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub 08 mart 2023, 12:45
XƏBƏRLƏR Qəbullar 08 mart 2023
11:40
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib 08 mart 2023, 11:40

© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.

  • FAQ
  • Sayt haqqında
  • 2007-2010-cu illərin materialları

2019-cu ilin büdcəsi açıqlandı – GƏLİRLƏR VƏ XƏRCLƏR .

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 553,2 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun, 40,2%-i və ya 9 217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.

Gələn il dövlət büdcəsinin kəsirini yuxarı həddi 1 862,6 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından, xaricdən cəlb olunann kreditlər və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcək. 2019-cu il dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2,3% təşkil edəcək.

Qeyd edək ki, aparılmış struktur dəyişikliyənə əsasən növbəti ildən xaricdən cəlb edilmiş kreditlər(1 695,6 mln. manat) icmal büdcənin xərclərindən çıxarılaraq dövlət büdcəsinin xərclərinə əlavə edildiyinə görə, həmin vəsait icmal büdcənin kəsirinin maliyyələşdirilməsinə deyil, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək.

Xatırladaq ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149 mln. manata, xərclər 23 100 mln. manat təşkil edir.

Bu gün həmçinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üçün büdcəsinin gəlir və xərcləri arçıqlanıb. Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000manat səviyyəsində nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 684 590, qeyri-büdcə sektoru üzrə 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000, sair gəlirlər 6 000 000 manatnəzərdə tutulub.

Sənəddə, gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 502 732 410 manat götürülüb.

Fondun 2019-cu il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 834 944 000 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 3 743 000 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 91 944 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 24 628 000, hamiləliyə və doğuşa görə 29 716 000, uşağın anadan olmasına görə 7 200 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 400 000 manat, dəfn üçün 17 000 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manat proqnozlaşdırılıb.

Azərbaycanda səhiyyə, təhsil sahəsinə gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsait artırılır. Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.

Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait də artırılır.

2019 dövlət büdcəsi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917 500,0 min manat, xərcləri 24780100,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 22180 734,0 min manat, yerli gəlirləri 736 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 23 939 288,0 min manat, yerli xərcləri 840 812,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Fiziki şəxslərin gəlir vergisi

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

Hüquqi şəxslərin torpaq vergisi

Hüquqi şəxslərin əmlak vergisi

Əlavə dəyər vergisi

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər

Azərbaycan Respulikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar(transfertin yuxarı həddi)

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar

Maddə 3.Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu

mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər

idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu

Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu

nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait

Maddə 4.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5.Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Maddə 6.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

6.1. bu Qanunun 10-cu maddəsi ilə 2019-cu il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid edilənlərdən başqa);

6.2. gömrük rüsumları,Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun gəlirləri tam həcmdə.

Maddə 7.Bu Qanunun 10-cu maddəsi ilə 2019-cu il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Maddə 8.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Comments are closed, but trackbacks and pingbacks are open.