Press "Enter" to skip to content

Müasir Azərbaycanın enerji təhlükəsizliyi

Koronavirus

Azərbaycan Respublikasının enerji səmərəliliyi siyasəti

Ölkəmizin enerji səmərəliliyi siyasəti 1996-cı ildə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi ilə həyata keçirilməyə başlanılıb. Qanunda “enerji resurslarından səmərəli istifadə — texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi” şəklində müəyyənləşdirilib.

Bu qanunla enerji resurslarından istifadə sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlət tənzimlənməsinin əsas istiqamətləri müəyyənləşdirilib, enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin əsas istiqamətləri aydınlaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 may tarixli 2918 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinin əsas tutulacağı qeyd edilib.

Ölkəmizin enerji səmərəliliyi siyasəti geniş şəkildə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin (əhalinin elektrik və istilik enerjisi, su və təbii qazla təminatı) inkişafına dair Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilib. Kommunal xidmətlər sektorunda mühüm dəyişikliklərə təkan verəcək yol xəritəsinin icrası ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsində də mühüm bir addım olacaqdır.

Sənəd 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”yə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 1996-cı il tarixli 512 nömrəli Fərmanına uyğun olaraq enerji səmərəliliyi sahəsində dövlət siyasətini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin (əhalinin elektrik və istilik enerjisi, su və təbii qazla təminatı) inkişafına dair Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilmiş enerji səmərəliliyi üzrə tədbirlərin əsas icraçısı Azərbaycan Respublikasının Energetika Nazirliyidir.

Ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsi üçün önəmli tədbirlər həyata keçirilir. Tədbirlər paralel olaraq, həm istehsal, həm də istehlak sektorunda həyata keçirilir:

İstehsal sektorundakı tədbirlərə misal olaraq müasir tələblərə cavab verən yeni elektrik stansiyalarının tikintisi, istifadədə olan stansiyaların modernləşdirilməsi, neft emalı sahəsində yenidənqurma işlərinin aparılması, energetika sistemində itkilərin azaldılması, elektrik stansiyalarının xüsusi sərfiyyatının müasir normalara çatdırılması istiqamətində görülən işləri qeyd etmək olar.

Eyni zamanda energetika sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, normativ texniki bazanın işlənilməsi, müasir standartlara cavab verən idarəetmə strukturunun yaradılması enerji səmərəliliyinin təmin edilməsinə müsbət təsir göstərməkdədir.

Enerji daşıyıcılarının istehlakında ev təsərrüfatları, nəqliyyat və sənaye sektorları əsas yer tutur. İstehlakçıların maarifləndirilməsı istiqamətində həyata keçirilən tədbirlər bu sektorlarda enerjidən səmərəli istifadə edilməsində mühüm rol oynamaqdadır.

İstehlak sektorunda həyata keçirilən tədbirlərin mühüm hissəsini əhalinin maarifləndirilməsi və istehlakçıların enerji səmərəliliyi tədbirlərinə cəlb edilməsi məqsədilə təbliğatın genişləndirilməsi təşkil edir. Enerji resurslarının səmərəli istifadə edən cihaz və avadanlıqların istifadəsi, tikinti və təmir işlərində enerji səmərəliliyi normalarına əməl edilməsi, müasir standartların tətbiqinin genişləndirilməsi, effektivlik norma və qaydalarına riayət edilməsi istehlakda səmərəliliyin təmin edilməsinin əsas hissəsini təşkil edir.

Azrbaycan enerji siyasti

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə İqtisadiyyat Müasir Azərbaycanın enerji təhlükəsizliyi

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – May 02, 2017 – 18:19

!Reklam – Yazi

Hər bir ölkədə elektrik energetikası sahəsində qəbul edilən qərarlar təkcə yaxın müddətdə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və kefiyyətli enerji təchizatının təmin olunması üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda müxtəlif tarixi dövrlərdə bu sahədə həyata keçirilən məqsədyönlü quruculuq işləri nəticəsində ölkəmizin müstəqil elektrik enerjisi sistemi formalaşdırılıb. Hazırda dünyada elektrik energetikası sahəsinin yeni inkişaf meyilləri özünü göstərməkdədir ki, bu da hər bir ölkənin təkcə yaxın müddətdə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı üçün mühüm əhəmiyyətli qərarlar qəbul edilməsi zərurəti ilə bağlıdır. Azərbaycanda müxtəlif tarixi dövrlərdə bu sahədə verilən qərarlar respublikamızın hazırkı müstəqil elektrik enerjisi sisteminin formalaşmasını təmin olunub. Hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının təməlinin qoyulması və tikintisinin uğurla başa çatdırılması, digər yeni generasiya güclərinin işə salınması, enerjiötürücü sistemin köklü şəkildə inkişaf etdirilməsi, enerjisistemin səmərəli idarə olunması üçün yüksək ixtisaslı energetiklər nəslinin yetişdirilməsi tarixi nailiyyət kimi bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də enerjisistemin cari fəaliyyəti və perspektivləri daim diqqət mərkəzində olub, 1990-cı illərin əvvəllərindəki siyasi-iqtisadi böhran, naşı idarəçilik nəticəsində çətin vəziyyətə düşən və hətta iflas təhlükəsi ilə üzləşən bu mühüm sahənin dirçəlişi, ölkənin elektrik enerjisinə tələbatının ödənilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Məhz həmin dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında xarici sərmayələrin cəlb edilməsi ilə mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi layihələri icra edilib. Elə Azərbaycanın əsas enerji istehsalçısı olan “AzərEnerji” ASC-nin sədri Etibar Prverdiyevin Azərbaycanı enerji təhlükəsizliyi ilə bağlı dəfələrlə verdiyi açıqlamalarda enerjisistemin generasiya gücünün artırılmasının, ötürücü və paylayıcı şəbəkələrin inkişafının zəruriliyini əsas götürərək, ölkənin energetika təhlükəsizliyinin təminatına yönələn strateji kursunqəbul edildiyini vurğulaması bunun əsas nüvəsi hesab edilməlidir. Bu kurs yanacaq-energetika kompleksinin və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında konkret təcəssümünü tapması,iri beynəlxalq bankların kreditləri ilə yanaşı, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri elektrik enerjisi sektorunun inkişafına, onun maddi-texniki bazasının yeniləşdirilməsinə yönəldilməsi qeyd edilməyə bilməz. Qeyd edək ki, ölkəmizdə elektrik enerjisi sisteminin istehsal fondlarının inkişaf proqramlarının qəbul edilməsi ilə yanaşı, onun idarəetmə strukturunun islahatı da aparılıbdır. Mövcud dövlət şirkətinin bazasında səhmdar cəmiyyət təsis edilib, onun səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıbdır. Görülən tədbirlər nəticəsində “AzərEnerji” tərəfindən enerjisistemin qarşısında duran bir çox məsələlər öz həllini tapıb. “AzərEnerji” ASC-nin yaradılması və səmərli fəaliyyəti il, ölkə prezidneti cənab İlham Əliyevin ölkəmizin enerji gtəhlükəsizliyi istiqamətindəki həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq,köhnə elektrik stansiyalarının yenidənqurulmasının və yeni elektrik stansiyalarının tikintisinin hesabına yeni generasiya gücləri istismara verilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər ümumi generasiya gücünü 1,5 dəfədən çox artırmağa imkan verib. Qeyd edək ki, ümumiyyətlə, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda 3 500 MVt-a yaxın generasiya gücü işə salınıb. Bu gün ulu öndər Heydər Əliyevin strateji inkişaf xəttini praqmatik və yenilikçi, təşəbbüskar və qətiyyətli siyasi lider Prezident İlham Əliyev yeni dövrün tələblərinə və xalqımızın maraqlarına uyğun bir şəkildə ardıcıllıqla davam etdirir. Hər bir sahədə olduğu kimi, elektrik energetikasında da son 14 ildə baş vermiş misilsiz keyfiyyət və kəmiyyət dəyişiklikləri ölkəmizin vüsətli sosial-iqtisadi inkişafının mühüm nailiyyətlərindəndir. Dövlət başçısının qərar və göstərişləri əsasında generasiya potensialının yenilənməsi və artırılması ölkəmizdə elektrik enerjisi idxalına son qoyulmasına, həmçinin ixrac potensialının yaranmasına gətirib çıxarıb. Generasiya güclərinin müasirləşdirilməsi enerjisistemin texniki-iqtisadi göstəricilərinin daha da yaxşılaşdırılmasına, hər kilovat-saat elektrik enerjisinin istehsalına yanacaq sərfiyyatının azaldılmasına imkan vermişdir. Keçən dövr ərzində, uzunmüddətli istismarda olan yüksəkgərginlikli ötürücü elektrik şəbəkələrinin bərpasına da böyük diqqət ayrılıb. Demək olar ki, elektrik enerjisi sisteminin bütün yüksəkgərginlikli yarımstansiyalarında avadanlıqlar ən müasirləri ilə əvəz edilib. Ulu öndərin şah əsəri olan “Əsrin müqaviləsi”, Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası, həmçinin əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi yenidənqurma zamanı xüsusi diqqətin bu regionda elektrik şəbəkələrinin dayanıqlılığının təminatına ayrılması zərurətini yaradıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində bu regionda yarımstansiyaların və xətlərin tam yenidənqurulması və müasirləşdirilməsi işləri yerinə yetirilmişdir. Son illər ərzində respublikada, xüsusilə Bakıda və onun ətrafında nəqliyyat infrastrukturu güclü inkişaf etdirilmişdir. Bununla əlaqədar olaraq, elektrik ötürücü xətlərin traslarının dəyişilməsi və yeni xətlərin, yarımstansiyaların tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilmişdir. Respublika ərazisində ilk dəfə Bakı şəhərində yeraltı 110 kV gərginlikli yarımstansiya tikilmişdir. Eyni zamanda respublikanın müxtəlif regionlarında 500, 330, 220 və 110 kV-luq yarımstansiyalar və elektrik ötürücü xətləri inşa edilmişdir.Görülmuş işlər enerjinin keyfiyyətini artırmış, enerjisistemin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirilib. Bütün bunlarla yanaşı görülən işlərin nəticəsində,enerjisistemin fəaliyyətinin dayanıqlılıq səviyyəsinin sonrakı mərhələdə yüksəlməsi optik-lifli kommunikasiyalar vasitəsi ilə energetika obyektlərinin mərkəzləşdirilmiş idarəetmə sisteminin, SCADA-nın inkişafı ilə təmin olunub.Etibar Pirverdiyev mətbuata verdiyi açıqlamada qeyd edib ki,bu layihəyə uyğun olaraq yaradılan sistem real vaxt rejimi ilə yüksəkgərginlikli şəbəkələrdə və elektrik stansiyalarında bütün prosesləri izləməyə, vəziyyəti qiymətləndirməyə, təhlükəli vəziyyətləri lokallaşdırmağa və aradan qaldırmağa imkan verir. Enerjisistemində bu layihə artıq başa çatdırılınb. “AzərEnerji” rəhbərinin sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə elektrik enerjisi sistemində mühüm islahatlar və genişmiqyaslı quruculuq işləri həyata keçirilibdir ki, bu da ölkənin enerji sisteminin yeni inkişaf mərhələsi kimi dəyərləndirilən bu dövr 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına, 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, respublikamızda elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində dövlət başçısının göstəriş və tapşırıqlarının uğurla yerinə yetirilməsi ilə əlamətdardır. “Bütün bunların nəticəsində ötən 13 il ərzində Azərbaycanın müxtəlif regionlarında ümumi gücü 2300 MVt-dan artıq olan 18 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, xeyli sayda yarımstansiya inşa edilmiş və yenidən qurulıb.Belə ki, 2003-2016-cı illərdə ölkə elektrik enerjisi sistemində hər birinin gücü 87 MVt olan Astara, Şəki, Xaçmaz, Naxçıvan, hər birinin gücü 105 MVt olan Bakı, Şahdağ, gücü 300 MVt olan Səngəcal, 525 MVt gücündə Sumqayıt, 780 MVt gücündə “Cənub” elektrik stansiyaları, 5 MVt gücündə Vayxır, 22 MVt gücündə Biləv, hər birinin gücü 25 MVt olan Füzuli, Taxtakörpü və Şəmkirçay, 20,5 MVt gücündə Arpaçay-1, 3,1 MVt gücündə “Göyçay”, gücü 1,4 MVt olan Arpaçay-2, ümumi gücü 3,2 MVt olan İsmayıllı və digər su elektrik stansiyaları istismara verilib”-deyə Etibar Pirverdiyev qeyd edib. Eyni zamanda Azərbaycan İES-in enerji bloklarının yenidənqurulması işləri həyata keçirilərək stansiyanın imkan gücü artırılıb. Bütün bunlardan əlavə, gücü 64 MVt olan Naxçıvan qaz-turbin elektrik stansiyasında yenidənqurma işləri aparılmış, stansiya modernləşdirilmiş və dizel yanacağından qaz yanacağına keçirilərək istismara verilib. Hazırda dövlət başçısı Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını qarşıya əsas məqsədlərdən biri kimi qoymuşdur. Bu istiqamətdə həyata keçirilən siyasətin strateji məqsədlərindən biri də dünya təsərrüfat sistemində ölkəmizin maraqlarının gözlənməsi şərti ilə inteqrasiyasının təmin olunmasıdır. Bu gün elektrik enerjisi sistemində bu məqsədlə müvafiq işlər davam etdirilir.Bunlarla yanaşı, “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik və Yardımlı rayonlarının daha dayanıqlı enerji təchizatı layihəsi üzrə gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisinin, Mingəçevir və Varvara su elektrik stansiyalarının yenidənqurulması işlərinin də başa çatdırılması gözlənilir. Hazırda ölkədə elektrik enerjisi ilə təminat məsələlərinin həllində su elektrik stansiyalarının tikintisinə də xüsusi diqqət göstərilməlidir. Bu elektrik stansiyaları enerji sisteminin generasiya güclərinin strukturunu əhəmiyyətli şəkildə yaxşılaşdıracaq, pik generasiyasının payı artacaqdır. Bunun nəticəsində enerji sisteminin manevretmə qabiliyyəti yaxşılaşacaq, elektrik stansiyalarının işinin optimallaşmasına imkan verəcək, eyni zamanda elektrik enerjisinin istehsalına yanacağın sərfi azalacaqdır. Azərbaycanda çoxlu sayda kiçik çay və axınlar var və onların üzərində belə elektrik stansiyalarının tikintisi iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur. Bu cür elektrik stansiyalarında mürəkkəb avadanlığın olmaması texniki istismar məsələlərini əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda generasiya gücləri respublikanın bütün bölgələrini əhatə edəcəkdir. Bu isə hər bir bölgədə güclü energetika potensialının yaranmasına, regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin maddi rifahının yaxşılaşmasına öz töhfəsini verəcəkdir.Bu gün ölkə elektrik enerjisi sistemində generasiya gücləri ilə bağlı problem yoxdur. Lakin enerjisistemin dayanıqlılığını və təhlükəsizliyini xarakterizə edən amillərdən biri olan enerjinin ötürülməsi sistemində müəyyən çətinliklər var. Hazırda dövlət başçısının tapşırığına əsasən enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılması istiqamətində məqsədyönlü işlər aparılır. Ötən dövr ərzində “1-ci, 2-ci Mingəçevir EVX-nin yenidənqurulması” layihəsi çərçivəsində gücü 360 MVA olan 220 kV-luq Ağdaş YS-nin, 220 kV-luq ikidövrəli Mingəçevir ES – Abşeron YS HX-nin tikintisi və 500 kV-luq Abşeron yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılmışdır. Eyni zamanda gərginliyi 330 kV olan Goranboy paylayıcı məntəqəsi istifadəyə verilib. 220 kV-luq “Şimal ES-Hövsan YS” hava xəttinin tikintisi, gücü 360 MVA olan 220 kV-luq “Zabrat” yarımstansiyasının inşası, 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sumqayıt ES” hava xəttinin tikintisi layihəsi üzrə işlər tam başa çatdırılmışdır və bir hissəsi şəbəkəyə qoşulub. Gücü 409 MVt olan “Şimal-2” elektrik stansiyası istismara veriləndən sonra bu yarımstansiya və elektrik verilişi xətləri tam şəkildə şəbəkəyə qoşulacaqdır. Əldə edilən uğurlar respublikanın elektrik enerjisi sisteminin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirir və Azərbaycanın regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilməsinə imkan verir. Möhtərəm Prezident İlham Əliyev enerji mübadiləsi ilə yanaşı, tranzit ötürmədən istifadə etməklə digər ölkələrin bazarlarına elektrik enerjisinin ixracı istiqamətində işlərin görülməsi üçün tövsiyə və tapşırıqlar vermişdir. Bu istiqamətdə də işlər aparılır. Bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında elektrik enerjisi sistemində həyata keçirilən siyasətin nə dərəcədə mükəmməl bir əsasa söykəndiyini, kifayət qədər böyük bir perspektivə hesablandığını əyani şəkildə nümayiş etdirir. İnamla deyə bilərik ki, elektrik energetikası sahəsində həyata keçirilən mükəmməl dövlət siyasəti enerjisitemin bundan sonra da sosial-iqtisadi inkişafdakı əvəzedilməz rolunu layiqincə yerinə yetirməsini təmin edəcəkdir. Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz görülən işlərin nəticəsidir ki,bu gün Azərbaycan enerji istehlakçısından tamamilə uzaqlaşaraq,enerji təminatçısı kimi ciddi uğurlara imza atıb. Bu gün Azərbaycan istehsal etdiyi elelektirik enerjisi ölkə üzrə təminatı həyata keçirməklə yanaşı,eyni zamanda da qonuşu ölkələrə istehsal etdiyi enerjini satmaqla milyonlarla dollar ölkəyə vəsait qazandırmaqdadır. Bu da Azərbaycanın enerji təhlükəsizliyi sahəsində cidid uğurlara imza atdığını göstərir.(vətəninfo.az) Yeniçağ.az

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.