AVROPA NSAN HQUQLARI KONVENSYASI 8 V 9 CU
İZMİR BƏYANNAMƏSİ 26 -27 aprel 2011 Dövlətləri xüsusi diqqət göstərməyə çağırır: Dövlətdaxili hüquq müdafiə vasitələrinin effektivliyinə; Pozulmuş hüququ bərpa etmək qabiliyyətinə; Məhkəmənin qərarlarının icrasına nəzarətdə Nazirlər Komitəsi ilə əməkdaşlıq etməyə. 11
8ci maddənin şərhi avropa insan hüquqları konvensiyası
Əvvəlki versiyaya qayıt
buttons/forblind/normal copy 2 Created with Sketch.
- Azərbaycan Respublikasının Konstitusiyası
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
- Konstitusiya qanunları
- Azərbaycan Prokurorluğu – 90
- Azərbaycan Prokurorluğu – 95
- Azərbaycan Prokurorluğu – 100
- Xidməti vəzifələrin icrası ilə bağlı həlak olmuş prokurorluq əməkdaşları
- Azərbaycan Respublikasının Baş Prokurorluğu
- Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
- Tarix
- Fəaliyyət istiqamətləri
- Struktur
- Əlaqə
- Korrupsiyaya qarşı mübarizə
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin dərcləri
- Fəaliyyət istiqamətləri
- Struktur
- Əlaqə
- Naxçıvan MR Prokurorluğunun vebsaytı
- Fəaliyyət istiqamətləri
- Struktur
- İdarə və şöbələr
- Əlaqə
- Beynəlxalq konvensiyalar
- Məcəllələr
- Qanunlar
- Fərmanlar
- Sərəncamlar
- Qərarlar
- Prokurorluğun fəaliyyətinə aid qanunvericilik
- Beynəlxalq əməkdaşlıq haqqında ümumi məlumat
- Xarici dövlətlərin Baş Prokurorluqları və müvafiq qurumları ilə əməkdaşlıq sənədləri
- Beynəlxalq əməkdaşlığa dair dərclər
- Prokurorluğa işə qəbulla əlaqədar keçirilmiş müsabiqələr
- Vakansiya elanı
- Baş prokurorun məqalə və çıxışları
- Prokurorluq işçilərinin məqalə və çıxışları
- Amnistiya
- Azərbaycan Prokurorluğunun 102 illiyi
- Azərbaycan Prokurorluğunun 103 illiyi
- Azərbaycan Prokurorluğunun 104 illiyi
- Azərbaycan Respublikasının dövlət orqanları
- Beynəlxalq təşkilatlar
- İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP)
- Elektron kitabxana
- Baş Prokurorluğun vəzifəli şəxslərinin əlaqə vasitələri
- Baş Prokurorluğun struktur qurumlarının əlaqə vasitələri
- Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
- Naxçıvan Muxtar Respublikası Prokurorluğu
- Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu
- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
- Müraciətlərə baxılması qaydası
- Məktub yazmaq
#İNSANHÜQUQLARI – Avropa Konvensiyasının 8-ci maddəsi: neqativ və pozitiv öhdəliklər
Avropa Konvensiyasının 8-ci maddəsinin əsas məqsədi şəxsi və ailə həyatını, mənzili və yazışmaları əsassız müdaxilələrdən qorumaqdır. 8-ci maddənin məqsədi fərdləri dövlət orqanlarının əsassız müdaxilələrindən qorumaq olsa da, bu maddə dövlətin təkcə belə müdaxilələrə yol verməkdən çəkinməsini nəzərdə tutmur: əsasən neqativ öhdəlik olan bu öhdəlikdən əlavə, şəxsi həyata hörmət hüququnun faktiki təmin edilməsi üçün pozitiv öhdəliklər də mövcud ola bilər. Bu öhdəliklər hətta fərdlərin öz aralarındakı münasibətlər sahəsində şəxsi həyata hörməti təmin etmək üçün nəzərdə tutulmuş tədbirlərin qəbul olunmasını da əhatə edə bilər (misal üçün bax: Evans Birləşmiş Krallığa qarşı, § 75 – hərçənd ki, bu prinsip ilk dəfə Marks Belçikaya qarşı məhkəmə işində təsbit edilib).
AVROPA NSAN HQUQLARI KONVENSYASI 8 V 9 CU
AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI Maddə 8. 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. 2
AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI Maddə 9. 1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. 2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 32 -ci maddəsi I. II. IV. Şəxsi toxunulmazlıq hüququ Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında 4 toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək
Azərbaycan Respublikası Konstitusiyasının 33 -cü maddəsi I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 47 -ci maddəsi I. Hər kəsin öz fikir və söz azadlığı vardır. II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının 48 -ci maddəsi I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 71 -ci maddəsi İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun QƏRARI 19. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi barədə qərarlarında məhkəmələr Azərbaycan Respublikası CPM-in 446. 2. 5 – 446. 2. 10 -cu maddələrində nəzərdə tutulan məsələlərə münasibətini dəqiq göstərməklə, qərarın qüvvədə olma müddətini qeyd etməlidirlər. Fərdlərin şəxsi həyatına müdaxiləyə yönəlmiş hər bir tədbir qanunvericilikdə nəzərdə tutulmuş ciddi şərt və prosedurlara cavab verməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxsi həyata hər bir müdaxilə mütləq zəruri olmalı və bu ciddi ictimai tələbatın mövcudluğu ilə şərtlənməlidir. 9
20. Azərbaycan Respublikasının Konstitusiyasının 32 -33 -cü maddələrinə və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8 -ci maddəsinə əsasən «hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir» . Məhkəmələr insan hüquqlarına müdaxiləyə icazə verilməsinin hər bir halında nəzərə almalıdırlar ki, müdaxilə nə qədər geniş və dərindirsə, ona bəraət qazandırılması üçün səbəblər də bir o qədər tutarlı olmalıdır. 21. Məhkəmələrə izah edilsin ki, şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, ailə sirri, şərəf və ləyaqəti qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın öz hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. 22. Mətbuat, söz azadlığı ilə bağlı işlərə baxarkən məhkəmələr hüquqi dövlət quruculuğunda mətbuatın mühüm rol oynamasını nəzərə almalı, ona diqqət yetirməlidirlər ki, mətbuat ictimai fikri formalaşdırır, vətəndaşların hakimiyyət strukturları üzərində nəzarətini həyata keçirir, demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirir. Fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır.
İZMİR BƏYANNAMƏSİ 26 -27 aprel 2011 Dövlətləri xüsusi diqqət göstərməyə çağırır: Dövlətdaxili hüquq müdafiə vasitələrinin effektivliyinə; Pozulmuş hüququ bərpa etmək qabiliyyətinə; Məhkəmənin qərarlarının icrasına nəzarətdə Nazirlər Komitəsi ilə əməkdaşlıq etməyə. 11
ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Maddə 4. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatları I. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar: 1) bu Qanunun 1 -ci maddəsində nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri yerinə yetirmək; 2) hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır. II. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA Q A N U Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər 3. 1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3. 2. İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. 3. 3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.
Müdaxilənin qanuni məqsəd daşıması Milli təhlükəsizlik (Klass Almaniyaya qarşı, Leander İsveşə qarşı) İctimai asayiş (X. Y. İsveçrəyə qarşı, Bakli Birləşmiş Krallığa qarşı) Ölkənin iqtisadi rifah maraqları(Gillou Birləşmiş Krallığa qarşı, Berrehab Niderlanda qarşı) İğtişaşın və ya cinayətin qarşısının alınması(S. və Marper Birləşmiş Krallığa qarşı, Kiqan Birləşmiş Krallığa qarşı) Sağlamlığın, yaxud mənəviyyatın mühafizə edilməsi(Dadcen Birləşmiş Krallığa qarşı, ADT Birləşmiş Krallığa qarşı) Digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi (Çeppel Birləşmiş Krallığa qarşı, Marqarita və Rocer Andersson İsveçə qarşı)
Diqqətinizə görə minnətdaram!
Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət və ailə hüququnun aspektlərinin və müxtəlif kateqoriyalı işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair seminar
27 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət və ailə hüququnun aspektlərinin və müxtəlif kateqoriyalı işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair Avropa Məhkəməsinin təcrübəsinin milli məhkəmələr tərəfindən səmərəli tətbiq edilməsi məqsədi ilə Bakı yurisdiksiyasına daxil olan məhkəmələrin hakimləri, icra hakimiyyətinin nümayəndələri, eləcə də Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir. Seminarı Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva giriş sözü ilə açmış, daha sonra isə 8-ci maddənin tətbiq dairəsi, eləcə də şəxsi həyat və ailə həyatı aspektləri barədə çıxış etmək üçün Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Sənan Hacıyevə söz vermişdir. S.Hacıyev 8-ci maddənin 1-ci bəndi ilə müdafiə edilən hüquqlar, digər beynəlxalq sənədlərdə 8-ci maddənin təsir dairəsinə düşən hüquqlar, Avropa Məhkəməsinin konteksti baxımından “şəxsi həyat” anlayışına daxil olan aspektlər, şəxsin fiziki və psixi toxunulmazlığı hüququ, şəxsin özü barəsində qərar qəbul etmək hüququ, fərdi məlumatların toplanması, saxlanması, istifadəsi və təqdim edilməsi, şəxsin şərəf və ləyaqətinə, nüfuzuna və təsfirinə hörmət hüququ, eləcə də, “ailə həyatı” anlayışı, bu anlayışın nədən ibarət olması, hansı ailələrin 8-ci maddənin əhatə dairəsinə düşməsi, nikah və nikahsız yaşama, qan qohumluğu olmadan ailə həyatının davam etdirilməsi və ailə həyatına daxil olan digər münasibətlər barədə ətraflı çıxış etmişdir. Seminarın ikinci hissəsində çıxış edən Ali Məhkəmənin Mülk Kollegiyasının hakimi Elşanə Vəliyeva müxtəlif kateqoriyaları işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair Avropa Məhkəməsinin təcrübəsini təhlil etmişdir. E.Vəliyeva uşaqlara bağlı qərarlar qəbul edilərkən uşağın maraqları birinci dərəcəli əhəmiyyətə malik olduğunu vurğulayaraq Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarını diqqətə çatdırmışdır. Daha sonra E.Vəliyeva uşaqla valideyn arasında ünsiyyət hüququ, uşağın hansı valideynin himayəsinə verilməsi, uşağın himayəsinə verilməsi barədə məhkəmə qərarının icra edilməməsi, uşaqla hər iki valideyni arasında münasibətlərin qorunması, uşaqla görüş hüququ, nikahdankənar doğulmuş uşağı ilə görüşmək hüququnun verilməsindən imtinanın qanuniliyi, qeyri-kafi şəraitdə yaşamış uşağın valideynindən alınaraq övladlığa verilməsi, valideynlik hüquqlarının həyata keçirilməsinə qadağa qoyulması, atanın icazəsi olmadan uşağın xarici ölkəyə anasının yanına getməsi barədə işlər üzrə Avropa Məhkəməsinin mövqeyindən bəhs etmişdir. Tədbirin gedişatında mövcud problemlər müzakirə edilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmış, o cümlədən bu problemlərin həll olunması istiqamətində görülə biləcək tədbir barədə təkliflər verilmişdir. Seminara dair materialları bu linkdən yükləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.