Press "Enter" to skip to content

Abituriyentlər üçün vəsait nömrə 1

DİM-in qeyd olunan nəşrlərini (o cümlədən “Abituriyent” jurnalının buraxılışlarını) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Nəşrlər poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Azərbaycan Milli Elmlər Akademiyası

Abituriyentlər üçün informatikadan vəsait nəşr olunub

Məlum olduğu kimi, AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 12 mart 2022-ci il tarixli Qərarına əsasən, 2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə riyaziyyat-informatika altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər 2-ci mərhələdə fizika, riyaziyyat və informatika fənlərindən imtahan verəcəklər.

Ali təhsil müəssisələrinə qəbulda informatika fənninə yeni status verilməsi qəbula hazırlaşan abituriyentlər, bu fənni tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə zərurət yaradıb. Bu məqsədlə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Sadıqovun həmmüəllifi olduqları tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub.

17 bölmədən ibarət olan kitab materialın həcmi nəzərə alınaraq 2 hissəyə ayrılıb. Hər bir bölmə bir neçə mövzudan ibarətdir. Hər bir mövzuya uyğun verilmiş nəzəri materiallar çoxsaylı nümunələrlə (testlərlə) müşayiət olunub. Məsələ həlli tələb edən mövzularda müvafiq həcmdə nümunələr təqdim edilib. Mövzunun sonunda mənimsəməni dərinləşdirmək, möhkəmləndirmək və dəyərləndirmək üçün “Müstəqil qiymətləndirmə tapşırıqları”, hər bölmənin sonunda isə “Ümumiləşdirici tapşırıqlar” verilib.

“Bakı” nəşriyyatı tərəfindən yüksək səviyyədə dizayn edilərək nəşr olunmuş dərslik, ilk növbədə, 2023-2024-cü tədris ilində “İnformatika” fənnindən qəbul imtahanı verəcək məktəblilərin (abituriyentlərin) həmin imtahana sistemli şəkildə hazırlaşmaları üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında qəbul imtahanının proqramı və imtahan modeli, eləcə də hazırda istifadədə olan V-XI siniflər üçün “İnformatika” dərslikləri əsas götürülüb. Sadə və anlaşıqlı dildə yazılmış kitabda mənimsəməni asanlaşdıracaq sxem, şəkil və illüstrasiyalar təsvir edilib. Bu da müxtəlif səviyyəli məktəblilərin imtahana səmərəli hazırlaşmalarına yardım edəcək.

Kitab ümumtəhsil məktəblərinin V-XI siniflərində informatika fənnini tədris edən müəllimlər üçün də əvəzsiz tədris vəsaiti olacaq. Belə ki, eyni bölməyə aid olan, lakin kurrikuluma uyğun olaraq, “İnformatika” dərsliklərinin ümumi təhsil pilləsinin fərqli səviyyələrinə (siniflərinə) paylanmış bir sıra mövzular burada sistemli şəkildə verilmiş və daha ətraflı izah edilib.

Bundan başqa, sözügedən tədris vəsaitindən yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində “İnformasiya texnologiyalarının əsasları” fənnini öyrənən tələbələr də yararlana biləcəklər. Kitab informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı olacaq.

Abituriyentlər üçün vəsait nömrə 1

Əziz valideynlər!

Saytımıza daxil olduqda ilk növbədə ÖDƏNİŞSİZ bölmədə olan bütün sınaqlardan istifadə edə bilərsiniz.

Qaynar xətt: 055 253 51 52>

SƏYYAR İMTAHANLAR

Əziz valideynlər!

Saytımıza daxil olduqda ilk növbədə ÖDƏNİŞSİZ bölmədə olan bütün sınaqlardan istifadə edə bilərsiniz. Daha sonra Səyyar İmtahanlar bölməsində Hədiyyəli və Təltifnaməli imtahanlardan da yararlana bilərsiniz. Bu imtahanların üstünlüyü ondan ibarətdir ki, burada yüksək nəticə göstərən şagirdlər Hədiyyə və təltifnamə qazanır.
Səyyar imtahanlardan istənilən vaxt istifadə edə bilərsiniz. İmtahan tarixi keçsə belə əgər iştirak etməmisinizsə qeydiyyatdan keçib iştirak edə bilərsiniz.
İmtahana bileti hər hansı bir Bank kartı ilə əldə edə bilərsiniz. Bank kartı olmayanlar aşağıdakı nömrə ilə əlaqə saxlaya bilər.

Qaynar xətt: 055 253 51 52

>

DİM-in abituriyent və şagirdlərə kömək məqsədilə onların istifadəsinə verdiyi nəşrlər, onlayn sınaq imtahanları, vizuallaşdırılmış dərslər və videomühazirələr

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlər, şagirdlər, həmçinin müəllimlər üçün faydalı ola biləcək müxtəlif növ elmi-metodiki vəsaitlər hazırlanır. Bundan əlavə, son 1 neçə ayda yaranmış pandemiya şəraiti ilə əlaqədar abituriyentlərin, şagirdlərin ənənəvi tədris üsullarından istifadə imkanları azaldığı üçün Mərkəz tərəfindən onlayn resursların hazırlanması işinə xüsusi diqqət yetirilir.

Hazırda DİM tərəfindən abituriyentlərə və şagirdlərə kömək məqsədilə müxtəlif növ onlayn sınaq imtahanları, orta məktəb dərsliklərinin mövzuları üzrə vizuallaşdırılmış dərslər, qəbul imtahanı fənləri üzrə videomühazirlər təqdim olunur.

Abituriyentlər, şagirdlər, müəllimlər, həmçinin valideynlər xüsusi karantin rejimi və tədris prosesində yaranmış mövcud vəziyyətdən daha da səmərəli istifadə etmək üçün DİM tərəfindən aşağıda təqdim olunan tədris resurslarından yararlana bilərlər:

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” (5-11-ci siniflər)

Qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbə hesab olunur. Bu vəsaitlərdən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilir. Vəsaitlərdən həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə olunur.

“İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları”

1–4-cü sinif şagirdləri Azərbaycan dili və riyaziyyat fənləri üzrə hazırlanan bu vəsaitlərdən istifadə etməklə məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlaya bilərlər. Vəsaitlərdə yer alan tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.

“Test topluları”

Test topluları şagirdlər, abituriyentlər, müəllimlər tərəfindən geniş istifadə olunur. Eyni zamanda təlim-tədris prosesində biliyin qiymətləndirilməsində istifadə üçün faydalı vəsaitdir. Bu toplulara DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə heç bir imtahanda istifadə olunmamış tapşırıqlar, yeni test modelləri daxildir.

Yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait

Bu vəsaitlər DİM-in qəbul imtahanları proqramı əsasında hazırlanan nəzəri materiallardan ibarətdir.

DİM-in qeyd olunan nəşrlərini (o cümlədən “Abituriyent” jurnalının buraxılışlarını) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Nəşrlər poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Otk.az vasitəsilə onlayn sınaq imtahanları

DİM tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir. İstifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına malikdirlər. Portalda, həmçinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış və qəbul imtahanları, dövlət qulluğu, rezidentura, magistratura və doktoranturaya qəbul üçün sınaq imtahanları yerləşdirilib.

“Vizuallaşdırılmış dərs”lər

Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lər də yerləşdirilib. Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşahidə olunur. Hər bir dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə bərabər bu videodərslərdən də öyrənə bilərlər.

“Videomühazirələr”

Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini də izləyə bilərsiniz. Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 151 videomühazirə yerləşdirilib.

Ümidvarıq ki, yuxarıda təqdim olunan materiallardan həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəl­limləri faydalana bilirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.