Press "Enter" to skip to content

Afad Qurbanov Haqqinda Melumat – Vikipedia

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

AMEA-nın müxbir üzvü – AFAD QURBANOV


Adı sonralar sənədlərdə Afad kimi yazılacaq Alıfuad Mə­həmməd oğlu Qurbanov 1929-cu ildə yanvarэn 10-da indi er­məni tapdağında inildəyən qədim Borçalının Cuci (Cücə) kən­­dində (indiki Ermənistan Res­­pub­likasının Kalinino ra­yonundakı Qızıl Şəfəq kəndində) yüksək rütbəli hərbçi ailə­sində dün­yaya gəlib. Cucikənd kəndindən dünyaya boy­lanan, uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçən, sonra Azərbaycan adlı böyük bir məmləkətin, daha sonra isə türk dünyasının görkəmli aliminə çevril­mişdir.
Afad Qurbanova Alıfuad adını babası Alı kişi vermiş, bu adla yaxın dostu və silahdaşı Fuadla aralarında olan dostluğu rəmziləşdirmişdi. Sonralar Alıfuad adı tələffüzdə və çağırış­da Afad şəklinə düşərək rəsmiləşmiş və gələcəyin böyük elm xadimi dünyaya Afad Qurbanov kimi tanınmışdır.
Atası Məhəmməd Qurbanov 1937-ci il repressiyasının qur­­­­banı olmuş, anası Aişəbalı isə elə həmin il həyat yolda­şının müsibətinə və ayrılığına dözmədən dünyasını dəyiş­miş­dir. Beləliklə, Afad Qurbanov lap kiçik yaşlarından bö­yük məhrumiyyət və faciələrlə qarşılaşmış, 8 yaşında ikən vali­deynlərini itirmiş və həyatın keşməkeşli yollarını tək­ba­şına aşmaq məcburiyyəti ilə üzləşmişdir.
Belə bir halda böyük qardaşı Səlimxan ailənin bütün ağır­lığını öz çiyninə götürərək özündən kiçik bacı və qar­daşla­rının hamisinə çevrilmiş, onların təlim-tərbiyəsi ilə məş­ğul olmuşdur. O, bir ata qayğısı ilə kiçik qardaşı Afadı sıxın­tı­lar­dan çıxarmağa çalışmış, təhsilinə ciddi fikir ver­mişdir. Afad qardaşının ona qarşı olan qayğısını həmişə yüksək qiy­mət­lən­dirmiş, ömrü boyu onu böyük gözündə görmüş və hör­mə­ti­ni saxlamışdır.
Afad Qurbanov orta təhsilini Ermənistanın Qızıl Şəfəq və İlməzli kənd məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nə­zə­rə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yed­diillik məktəbinin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən Afad Qurbanov pedaqoji fəaliyyətə başlamışdır.
Gənc yaşında həm məktəb direktoru, həm də müəllim ki­mi gərgin fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə ar­xa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya Müha­ri­bə­sinin veteranı medalı ilə təltif edilmişdir. Lakin gənc Afa­dın ən böyük arzusu ali təhsil almaq olmuşdur. Məhz bu arzu ilə də o, bir il direktor işlədikdən sonra öz xahişi ilə işdən çı­xa­raq Gürcüstanın paytaxtı Tiflis şəhərinə üz tut­muş­dur. Onun bu şəhərə üz tutması da təsadüfi olmamış­dır. Gür­cüstanın ta­nın­mış ziyalılarından olan dayısı Mahmud Şərifli Tiflisdə ya­şayırdı.
1946-cı ildə Gürcüstan Müəllimlər İnstitutuna qəbul olu­­­nan Afad Qurbanov dayısının evində yaşamış, dayısı Mah­­­­­­mud kişi onu bir ata qayğısı ilə əhatə etmiş və beləliklə, Afad Qurbanov diqqətini bütünlüklə oxuyub-oyrənməyə yönəlt­miş­dir.
1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Afad Qurbanovu Başkeçid rayonundakı Oruzman yeddiillik kənd məktəbinə di­rektor və Azər­bay­can dili və ədəbiyyatı müəllimi təyin etmişlər. Lakin yenə də təh­silini davam etdirmək və elmlərin əsaslarına daha dərin­dən yiyələnmək istəyi onu burada da rahat qoymamışdır. O, öz xahişi ilə vəzifədən azad olunaraq elə həmin il Bakıya gəlmiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İns­titutu­nun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.
1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran Afad Qurbanovun dərin bilik və bacarığına bələd olan Azər­baycan dilçiliyi kafedrasının müdiri professor Əbdüləzəl Də­mirçizadə institutda saxlanılması üçün rektorluğa müra­ciət etmişdir. Elmi sahədə hər şeyə ehtiyatla yanaşan, son dərəcə tələbkar şəxs olan Ə.Də­mirçizadə müraciətində yazır­dı: «APİ-nin builki məzunlarından Qurbanov Afad Məhəm­məd oğlunun Azərbaycan dilçiliyi üzrə aspiranturada sax­la­nıl­ması nəzərdə tutulduğundan onu Maarif Nazirliyinin sə­rən­camına verməməyinizi xahiş edirəm. Qurbanov Afad oxu­duğu müd­dət­də istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik el­minə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə iş­lə­yər­sə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini ver­məkdədir. Buna görə də güman edirəm ki, Qurbanov Afa­dı Azərbaycan dilçiliyi kafedrası üzrə aspi­ran­turada saxlaya bilərik». Hazırda universitetin arxivində saxlanılan bu müra­ciətə o zaman heç bir əhəmiyyət veril­məmiş, dilçilik üzrə aspiranturaya yer ayrılmamış və Afad Qurbanov bir müddət orta məktəbdə fəaliyyət göstərməli olmuşdur.
Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq ba­ca­rı­ğına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azər­bay­can­lıların ən böyük təhsil ocağı olan – Başkeçid rayo­nun­da­kı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə tə­yin edilmişdir. İyirmi iki yaşlı gəncin iki mindən artıq şa­gir­di, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik et­mə­si nadir hadisə olmuşdur. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğrultmuş və direktor işlədiyi dörd il ər­zin­də Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sıra­sına çıxarmışdır.
Bununla kifayətlənməyən Afad Qurbanov yenə təhsilini da­vam etdirmək və elmin açılmamış qatlarını araşdırmaq üçün elm-təhsil yolunu seçmiş, A.S.Puşkin adına Tbilisi Döv­­lət Pedaqoji İnstitutunda qısa müddətli müəllimlik fəa­liyyətindən sonra 1956-cı ildə Bakıya qayıtmış və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbay­can dil­çi­liyi kafedrasında aspiranturaya daxil olmuşdur.
Eyni zamanda, Afad Qurbanov həmin ali təhsil ocağında, Bakı Ali Partiya Məktəbində və Azərbaycan Dövlət Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəl­limlik fəaliyyətini davam etdirmişdir.
Həyatının ən unudulmaz hadisələrindən biri də məhz 1956-cı ildə baş vermişdir: Gürcüstan Ali Məhkəməsi atası Məhəmməd Alı oğlu Qurbanov barədə bəraət hökmü çıxar­mışdır.
Aspiranturada oxuyarkən Afad Qurbanov Azərbaycan Elm­­lər Akademiyasının müxbir üzvü, professor Ə.Dəmir­çizadənin elmi rəhbərliyi altında Səməd Vurğunun drama­turgiyasının dili üzərində tədqiqat işləri aparmış, elmi işini vaxtından əvvəl yazıb qurtardığı üçün rektorluq tərəfindən mü­kafatlandırılmış və institutda sax­lanılmışdır.
Afad Qurbanov 1962-ci ildə «S.Vurğunun «Vaqif» pye­sinin dili və üslubu» möv­zusunda namizədlik, çox keçmədən 1968-ci ildə Azərbaycan Elmlər Aka­de­miyasının İctimai elmlər bölməsində «Müasir Azərbaycan ədəbi dili» mövzu­sunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görmüşdür.
Afad Qurbanov 1959-cu ildən Azərbaycan dilçiliyi ka­fedrasında assistent, müəllim, 1965-ci ildən dosent vəzifə­lərində çalışmışdır. Dərin elmi biliyə və yüksək təşkilatçılıq qabiliyyətinə görə Afad Qurbanova həmişə etimad göstəril­mişdir. O, 1967-1981-ci illərdə bir il Azərbaycan Dövlət Pe­daqoji İnstitutunun filologiya fakül­­təsinin dekan müavini, 13 il dekanı işləmiş, 1981-1989-cu illərdə institutun rektoru və­zifəsində çalışmış, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şu­rasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna kimi (30 il) Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Uni­ver­sitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir.
Bundan başqa, Afad Qurbanov 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İx­tisas Təhsili Nazirliyinin və Maarif Nazir­liyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini, sonralar Təhsil Nazirliyinin Elmi-Metodiki Şura­sının və Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və bir çox ko­missiyalarının fəal üzvü olmuşdur.
Afad Qurbanov 1979-cu ildən «Azərbaycan toponimlər lüğəti» ensiklopedik nəşrinin, «Dil və ədəbiyyat» məcmuə­sinin, «Elm və həyat» curnalının, «Təhsil» və «Türkologiya» curnallarının redaksiya heyətinin üzvü, «Dilçilik» elmi-linq­vistik və «Onomastika» elmi-onomastik curnallarının təsis­çisi, baş redaktoru olmuşdur. O, 1980-ci ildən bir çox ko­missiyaların, o cümlədən Azərbaycan Əlifba Komissiya­sının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Ter­mino­logiya Komitəsinin, Adlar və Soyadlar üzrə Xüsusi Komis­siyanın, Dövlət dili haqqında qanun layihəsinin hazır­lanması üzrə Komissiyanın, Əlaqələndirmə Şurasının, Nə­simi adına Dilçilik İnsti­tutunda Elmi və Müdafiə Şuralarının, Azər­bay­can Yazıçılar Birliyinin fəal üzvü kimi gərgin və səmərəli fəaliyyət göstərmişdir.
1970-ci ildən başlayaraq Afad Qurbanov Azərbaycan el­minin inkişafında və yüksək ixtisaslı elmi və pedaqoji kadr­ların hazırlanmasındakı xidmətlərinə görə dəfələrlə həm ölkə başçısı, həm də Ali Sovetin Rəyasət Heyəti, Milli Elm­lər Aka­demiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi tə­rə­findən fəxri fərmanlara, təl­tiflərə layiq görülmüşdür.
Afad Qurbanov 1983-cü ildə Azərbaycan Elmlər Aka­de­miyasının müxbir üzvü seçilmiş, 1988-ci ildə isə namizədliyi SSRİ Elmlər Akademiyası tərəfindən Azər­bay­can Elmlər Akademiyasının həqiqi üzvlüyünə irəli sürülmüşdür.
1983-1989-cu illərdə Afad Qurbanov Azərbaycan Res­pub­likası «Bilik» cəmiy­yətinin natiqlik və mühazirəçilik mə­harəti komissiyasının sədri və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur. 1992-2009-cu illərdə A.Qurbanov Azərbaycan dilinin onoma­lo­gi­yası problemləri laboratoriyasının müdiri vəzifəsində çalış­mış­dır.
Eyni zamanda, Afad Qurbanovun 90-cı illərdə ölkədə özəl təhsil müəssi­sələrinin yaradılmasında xidmətləri olmuş və onun başçılıq etdiyi xüsusi komissiya tərəfindən bugün uğur­la təhsil sistemimizdə fəaliyyət göstərən bir sıra özəl institut və universitetlərin (Qərb Universiteti və s.) fəa­liy­yətinə icazə verilmişdir.
Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəa­liy­yəti göstərmişdir. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Təd­ris-metodiki bölməsinin sədri, Türk onomastikası böl­məsi bü­rosunun üz­vü, sonralar həmin komitənin sədr müa­vini və­zifələrində çalışmışdır.
1992-2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Ya­ra­dıcılıq Akade­miya­sının, Beynəlxalq Pedaqoji Elmlər Aka­demiyasının, Rusiya Pedaqoji və Sosial Elm­lər Aka­demi­ya­sı­nın, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qu­rumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin hə­qiqi üzvü, Belçika Onomastika cəmiy­yətinin, Finlan­diyanın Fin-Uqor cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, ­Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə ya­yı­lıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şə­hər­lə­rində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən kon­frans­ların əksəriy­yətində aktual və orijinal məruzələrlə çıxış edib.
Böyük alimin 1987-ci ildə ABŞ-ın İndiana Univer­si­te­tin­də keçirilən Türk Təd­qiqatları üzrə İkinci Beynəlxalq Kon­fran­­sında «Azərbaycan onomastikası sahəsində elmi tədqi­qat­lar» mövzusunda məruzəsi, 1989-cu ildə isə Nor­veçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Dai­mi Beynəlxalq Altayşünaslıq Kon­fransının 32-ci icla­sında «Kutianlar və onların şəxsi adları» adlı məruzəsi din­lənil­miş­dir.
Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axun­­­dovun, leksikologiya S. Cəfərovun, dialektologiya M.Şi­rəliye­vin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Ab­­dullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Ha­cıyevin, mor­fologiya F.Cəlilovun, onomalogiya isə A.Qur­­banovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azər­­baycan onomastikası” (1986), “Azərbaycan onomalogi­yası məsələləri” (1986), “Poetik ono­mastika” (1988), “Azər­bay­can dilinin onomalogiyası” (1988) kimi sanballı mono­qra­fi­ya­ları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin təd­qiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri mə­sələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azər­baycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inki­şafı dövrlərini müəyyənləş­dirən, hər bir dövrün səciyyəvi cə­hət­lərini konkret dil faktları ilə əsaslandıran da A.Qurba­nov­dur.
Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərin­də­ki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı mə­qa­lə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dün­yasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin ta­ri­xi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bə­dii mətnin linqvistik təhlili” (1986), “Azər­baycan ono­mas­tikası” (1986), “Azərbaycan dilinin onomalo­giyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dün­yanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məş­hurdur .
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurba­no­vun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.
Afad Qurbanov 1981 və 1987-ci illərdə Bakı şəhər So­ve­tinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Par­la­men­tinin deputatı (millət vəkili) olmuşdur.
Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin.

( Bax: Müşfiq Borçalı. “Sazlı-Sözlü Başkeçid”. Bakı, I cild, 2015, səh. 102-111)

Afad Qurbanov

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov ‎; 10 yanvar 1929 , Cücəkənd – 26 sentyabr 2009 , Bakı ) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). [1]

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.

XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır. [2]

Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Elmi fəaliyyəti Redaktə

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.

Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I–II cildlər (1989–1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur [3] .

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981–1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.

BƏKİR ÇOBANZADƏ – 125 «Azərbaycan dili: dünən və bu gün» mövzusunda Beynəlxalq elmi konfransın MATERİALLARI

In this research the following questions will be analyzed such as The great academic Bekir Chobonzoda’s contribution to the development of Uzbek linguistics and The scientific invesigations related to the national literary language problems by the Uzbek lingusts in Uzbekistan. Keywords: Uzbek literary language, linguistic problems, arabic loanwords, Bekir Chobonzoda, alphabet, orthographic problems

See Full PDF Download
See Full PDF Download

Related Papers

Download Free PDF View PDF

ABSTRACT This article contributes to the study of the category of negation and its explicit and implicit components by providing linguistic evidence. Explicit negation denotes direct and clear denial while implicit negation conveys indirect and confidential absence, lack and objection. Though the category of negation was learned over and again in the history of linguistics implicit negation has not still been well investigated in comparison with explicit one.

Comments are closed, but trackbacks and pingbacks are open.