Press "Enter" to skip to content

Aerokosmik tədqiqatlar

Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor Fuad Mahmud oğlu Hacızadənin 60 yaşı tamam olur. Onun keçdiyi şərəfli ömür yolu, zəngin elmi-pedaqoji və praktiki fəaliyyəti özünün geniş intellektual imkanları, yaradıcılıq əzmi ilə vətən elminin inkişafı, o cümlədən aerokosmik tədqiqatlar, ekoloji problemlərin öyrənilməsi və həlli, gənc ekoloqloqların hazırlanması sahəsində qısa zamanda çox böyük və maraqlı işlər görmüş vətənpərvər alim-vətəndaşı göz önündə canlandırır. Nüfuzlu beynəlxalq təşkilatlardan olan Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə yubiley ərəfəsində görkəmli alimin bioqrafiyasına fərəh və qürür hissi doğuran daha bir uğur, xoş hadisə kimi yazılmışdır.

Aerokosmik tədqiqatlar

Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor Fuad Mahmud oğlu Hacızadənin 60 yaşı tamam olur. Onun keçdiyi şərəfli ömür yolu, zəngin elmi-pedaqoji və praktiki fəaliyyəti özünün geniş intellektual imkanları, yaradıcılıq əzmi ilə vətən elminin inkişafı, o cümlədən aerokosmik tədqiqatlar, ekoloji problemlərin öyrənilməsi və həlli, gənc ekoloqloqların hazırlanması sahəsində qısa zamanda çox böyük və maraqlı işlər görmüş vətənpərvər alim-vətəndaşı göz önündə canlandırır. Nüfuzlu beynəlxalq təşkilatlardan olan Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə yubiley ərəfəsində görkəmli alimin bioqrafiyasına fərəh və qürür hissi doğuran daha bir uğur, xoş hadisə kimi yazılmışdır.

Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cu illərdə Rusiyanın məşhur ali təhsil ocaqlarıdan olan Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində (AMAKA) əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmiş, uzun illər (1991-2007) agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008-2009-cu illərdə Azərbaycan MEA-nın Geologiya İnstitutunda baş elmi işçi, 2009-2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini (prorektor) vəzifələrində çalışmışdır. Hazırda dövlət qulluğunda əmək fəaliyyətini davam etdirir.

Azərbaycanda aerokosmik tədqiqatların cığır açanı olan professor F.Hacızadə ilk elmi uğura Moskvada, keçmiş SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda apardığı araşdırmalar nəticəsində nail olmuş, 1983-cü ildə “Yerin “Meteor-28″ süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Apardığı nadir aerokosmik tədqiqatlar istedadlı alimə qlobal miqyasda aktuallaşan ətraf mühit və ekologiya problemlərini daha dərindən öyrənmək, onların həlli istiqamətində səmərəli elmi-praktiki işlər görmək imkanı vermişdir. Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumların fəal iştirakçısı olan F.Hacızadənin elmi məruzə və çıxışları daim böyük maraqla qarşılanmış, yüksək dəyərləndirilmişdir.

O, 1994-cü ildə Bakıda keçirilən “Ekologiyanın müasir problemləri” adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur. 1998-ci ildə Avstriyanın Qrats şəhərində BMT tərəfindən “Yerin təbii ehtiyatlarının tədqiqi və müasir kosmik texnologiya” mövzusunda keçirilən beynəlxalq simpoziumda F.Hacızadənin Azərbaycanda ətraf mühitin aerokosmik üsullarla öyrənilməsi sahəsində aparılan işlər barədə məruzəsi böyük maraqla qarşılanmışdır. Tanınmış alim 2000-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində “Beynəlxalq radiasiya” simpoziumunda da geniş elmi məruzə ilə çıxış etmişdir.

Bir sıra xarici ölkələrdə, o cümlədən Almaniyada (1976-cı il), Türkiyədə (1993-cü il), Avstriyada, İranda (1997-ci il) qısamüddətli elmi ezamiyyətlərdə olan F.Hacızadə özünün parlaq istedadı, geniş erudisiyası, yaradıcılıq əzmi ilə hər yerdə, həmişə Azərbaycan elmini layiqincə təmsil etmiş, öz həmkarları arasında dərin hörmət və ehtiram qazanmışdır.

Respublikamızda və xaricdə 100-dən artıq dəyərli elmi məqaləsi və əsəri çapdan çıxan ekoloq alimin 1997-ci ildə nəşr etdirdiyi “Atmosferin ekoloji monitorinqi” adlı sanballı monoqrafiyası onun çoxillik gərgin zəhmətinin bəhrəsi olmuşdur. O, atmosferin ekoloji monitorinqi sahəsində apardığı dəyərli tədqiqatları və aldığı elmi nəticələri yekunlaşdıraraq, 1998-ci ildə “Atmosferin ekoloji monitorinqi üçün cihazların və üsulların işlənməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Fuad Hacızadəyə 1999-cu ildə texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Görkəmli alim elmi-təşkilatçılıq fəaliyyəti ilə yanaşı pedaqoji sahədə də çalışmış, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında ekologiyaya və yerin aerokosmik tədqiqatına dair maraqlı mühazirələr oxumuş, gənc ekoloqların hazırlanması işinə sanballı töhfələr vermişdir.

Özünün dəyərli elmi-nəzəri fikirləri, zəngin təcrübəsi ilə həmkarları arasında böyük nüfuz qazanmış professor F.Hacızadə Rusiyanın populyar dövri elmi nəşrlərindən biri olan, Sankt-Peterburqda çap edilən “Biosfera” beynəlxalq elmi-tətbiqi jurnalının redaksiya üzvüdür. O, həmçinin 1999-cu ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

Professor F.Hacızadə elmi kadrların yetişməsində fəal iştirak edir. İndiyədək onun rəhbərliyi ilə doqquz elmlər namizədi, bir elmlər doktoru öz araşdırmalarını uğurla yekunlaşdırmış, müvafiq elmi dərəcə almışlar. Görkəmli alim hazırda da bir neçə doktorant və dissertanta elmi rəhbərlik edir.

Fuad müəllimin çoxşaxəli fəaliyyətinin bir istiqaməti də ölkəmizin ictimai-siyasi həyatı ilə bağlıdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi o, ulu öndər Heydər Əliyevin xalqımıza misilsiz nailiyyətlər qazandıran siyasi-ideoloji xəttinə sədaqətlə xitmət edir, partiyanın cəmiyyət həyatında rolunun daim artırılması üçün fədakarlıqla çalışır. F.Hacızadə 1999-cu ildə YAP Binəqədi rayon təşkilatının sədri, YAP-ın I və II qurultaylarında isə partiyanın siyasi şurasının üzvü seçilmişdir.

Texnika elmləri doktoru, professor Fuad Hacızadə vətənimizi, xalqımızı ürəkdən sevən, milli inkişafımız üçün özünəməxsus əzmkarlıqla çalışan təvazökar alimlərdən, ziyalılardandır. O, müasir düşüncəli, yenilikçi bir elm adamı kimi zamanı qabaqlayaraq, bütün ömrünü təkcə Azərbaycanda deyil, dünyada nisbətən təzə təşəkkül tapan bir sahəyə həsr etmiş, bu sahədə böyük uğurlar qazanmışdır. Bu gün professor Fuad Hacızadənin dünyanın elmi ictimiyyəti tərəfindən tanınıb qəbul edilməsi vətənimizə, xalqımıza başucalığı gətirir. Yaxınları, dostları, həmkarları onun qazandığı uğurlardan qürur və iftixar hissi duyur.

Deyirlər, 60 illik ömür müdriklik xəzinəsidir: Fuad müəllimin bu sərvətdən qarşıdakı uzun illər ərzində də bacarıqla istifadə edəcəyinə, öz elmi-yaradıcı istedadı, zəngin həyat təcrübəsi, fenomenal işgüzarlığı ilə xalqımıza, vətənimizə diqqətəlayiq xidmətlər göstərəcəyinə əminik. Onu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, elmi və xidməti fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor

Aerokosmik tədqiqatlar

Civənin deqazasiyası ümumplanetar prosesdir. Geoloji inkişafda o, mantiyanın böyük dərinliklərinə nüfuz edə bilən dərinlik qırılmalarının yarandığı dövrdən başlayır. Lineamentin uzanması boyu civənin zamanca deqazasiyası və intensivliyi onun ayrı-ayrı hissələrinin – Yerin dərinlikləri ilə bu əlaqə zəifləyir və yaxud bu əlaqənin güclənmə dövrü müşahidə olunan inkişaf xüsusiyyətlərindən asılı olaraq müxtəlif olacaqdır.

Civə və sürmə-civə filizləşməsinin dairəvi və ovalvarı və s. strukturların xarici çərçivəsi boyunca konsentrasiyasını, çox güman ki, Yerin ümumi civə deqazasiyası ilə izah etmək olar. Bizim zənnimizcə, ideal hal dairəvi, ovalvarı və s. strukturların lineament düyünlərilə qovuşma yerləridir ki, burada faydalı qazıntıların sənaye əhəmiyyətli yataqları yarana bilər.

Açar sözlər: civə, aerokosmik tədqiqatlar, metallogenik proqnozlaşdırma, faydalı qazıntı
The role of aerocosmic research in metallogenic prediction
(on the example of antimony-mercury ore formation deposits in Azerbaijan)
Summary

Mercury degassing is a global process. In geological development, it begins with the formation of deep fractures that can penetrate the great depths of the mantle. As the linearity lengthens, the temporal degassing and intensity of mercury weaken this connection with the depths of its individual parts and the Earth, or the period of strengthening of this connection will vary depending on the development of the characteristics observed. The concentration of mercury and antimony-mercury ores along the outer frame of circular and oval and other structures can most likely be explained by the Earth’s total mercury degassing. In our opinion, the ideal situation is the junction of circular, oval, and other structures with linear nodes, where industrially important deposits of minerals can be formed.

Aerokosmik tədqiqatlar

20 il təhsil almaq və bu müddətdə yalnız əla qiymətlərlə oxumaq. Orta məktəbi 9 ilə başa vurmaq, dünyaca tanınmış İstanbul Texniki Universitetin 240 illik tarixi ərzində ilk və yeganə ən yüksək ballı məzunu olmaq. Bütün bu qibtə doğuracaq nailiyyətlərin sahibi soydaşımız Teymur Sadıxovdur. Bakı şəhərindəki 211 saylı orta məktəbin məzunu.

Teymur İstanbul Texniki Universitetində bakalvriat səviyyəsində dövlət xətti ilə təhsil alıb, ABŞ-ın Corciya Texnologiya İnstitutunun magistratura təhsilini dövlət proqramı ilə davam etdirib. Hazırda Teymur Sadıxov Corciya Texnologiya İnstitutunda doktorantura (Phd) səviyyəsində təhsil alır.

Ancaq bu, hələ hamısı deyil – Teymur dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır.

27 yaşlı soydaşımız hazırda NASA-nın Jet Propulsion laboratoriyasında Robotik Sistemlərin Qiymətləndirilməsi, Qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetində olan Curiosity Rover-in avtonom idarə olunması, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır.

İstanbul Texniki Universitetində Təyyarə və Kosmik Elmlər fakültəsinin Təyyarə Mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıxov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa o, yanacaq hüceyrəsi ilə çalışan yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. İşinin çoxluğuna baxmayaraq, Teymur təhsilini davam etdirmək arzusunu həyata keçirməyə tələsirdi. Belə bir perspektivli gəncin üzünə dünyanın bütün universitetlərinin qapısı açıq idi. O, indiyədək xaricdə təhsil almış yeganə azərbaycanlıdır ki, təhsilin növbəti pilləsi üçün müraciət etdiyi 10 tanınmış ali məktəbin hamısından müsbət cavab alıb və təhsil müddətində ona yüksək təqaüd təklif olunub.

2008-ci ildə Kaliforniya Universitetinin San-Diego Mexanika və Aerokosmik Mühəndislik fakültəsində “Powell” fondu təqaüdçüsü olaraq elmi təhsilə başlayan soydaşımız çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqat aparıb.

2010-cu ildə isə məşhur alim Vassim M.Haddadın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik Mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunda təhsilə başlayıb və hazırda burada doktorantura dərəcəsinə namizəddir. Teymur 2013-cü ildə “United Technologies Corporation” təşkilatının elmi-tədqiqat mərkəzinin Avtonom və Ağıllı Robotik Sistemlər Laboratoriyasında avtonom vertolyotların şəhər mühitində qəzasız optimal trayektoriya planlaması ilə əlaqəli elmi tədqiqatla məşğul olub. Bu layihə vertolyotların avtonomlaşdırılması üçün planlaşdırılıb.

Soydaşımızın uğurlu elmi-tədqiqat layihələri bununla bitmir. Müasir dünyada ən qabaqcıl texnologiyaların cəmləşdiyi aerokosmik sahədə tanınmış alimlərlə çiyin-çiyinə çalışan Teymur Sadıxovun ən böyük arzusu bu sahədə öz sözünü deməkdir.

Teymur, biz sənə uğurlar arzulayırıq!

Comments are closed, but trackbacks and pingbacks are open.