Press "Enter" to skip to content

Albaniyada mehranilər sülaləsinin hakimiyyəti girdiman dövləti

Şamaxı rayonunda arxeoloji qazıntılar zamanı tapılmış, Qafqaz Albaniyası dövrünə aid insan başı formalı saxsı qab (Azərbaycan Tarix Muzeyi)

I bölmə. Azərbaycan sasani imperiyası tərkibində (III əsr – VII əsrin ortaları)
I fəsil. Azərbaycanda feodal münasibətləri

Mehranilər sülaləsi Albaniyada neçənci əsrdə hakimiyyətə gəlib?

5-ci
6-cı
7-ci
8-ci
3-cü

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

Sasanilər nə vaxt süqut edib?

Sacilər dövləti yaradılmışdır:

Türk mənşəli sülalə tərəfindən
Ərəb mənşəli sülalə tərəfindən
Monqol mənşəli sülalə tərəfindən
Rus mənşəli sülalə tərəfindən
Fars mənşəli sülalə tərəfindən

Zəkat adlanırdı

mal-qaradan, becərilən məhsullardan, meyvələrdən, qızıl və gümüş sənətkarlıq məmulatlarından alınan vergi

vəqf torpaqlarında yaşayan və döyüşən ordunun önündə gedən süvarilərə verilən yardım
torpaqdan, meyvə ağaclarından istifadə müqabilində kəndlilərdən alınan onda bir vergi
müsəlman əhalisinin xristian əlilləri üçün nəzərdə tutduqları sədəqə
hər evdən alınan vergi

Girdiman dövlətinin ən qüdrətli hökmdarı;

Varaz Qriqor

Sasani və Bizans imperiyaları arasında hərbi əməliyyatlar əsasən gedirdi

Kiçik Asiyada
Ön Asiyada
Azərbaycanda
Şimali Qafqazda

Yəmənə və İraqa ixrac olunurdu:

Şiz civəsi
Qırmızı kvars
Kətan parçalar
Neft məhsulları

Girdiman dövlətinin ərazisi:

Kür – Araz ovalığı
Mil – Muğan ərazisi
Qazax – Şəmkir bölgələri
Gəncə – Qarabağ ərazisi

Azərbaycanda əhalinin əsas kütləsini təşkil edirdi:

Sacilər dövlətinin paytaxtları:
a)Şirvan
b)Marağa
c)Təbriz
d)Ərdəbil
e)Gəncə

Bəzz qalasının müdafiəsinə başçılıq edirdi:

Azərbaycanda islam dininə müqavimət güclü idi:

Xristian dininin sabitləşdiyi dağlıq və dağətəyi bölgələrdə
Azərbaycanın cənub bölgələrində
Azərbaycanın şimal – şərqində
Azərbaycanın cənub – şərqində

IX – XI əsrlərdə Azərbaycanda toxmacarlıqlar salınırdı:

İpək qurdu bəsləmək üçün
Mal – qaranı yemləmək üçün
Meyvə əldə etmək məqsədilə
Boyaq maddəsi əldə etmək üçün

Slavyanların Azərbaycana hücumları aramsız xarakter almağa başladı:

VIII əsrin birinci yarısında
VII əsrin ikinci yarısında
XI əsrin əvvəllərində
X əsrin əvvəllərində

Salarilərin cənub sərhədi çatırdı?

Araz çayına
Dəclə və Fərat çaylarının yuxarı axınlarına

Haylandur hunları Albaniyaya, bu dövlətin Sasanilərin tərkinə qatılmasından neçə il sonra hücum etdi?

150 il sonra
180 il sonra
200 il sonra
211 il sonra

Şirvanşahlar dövləti hansı illərdə mövcud olub

Cavanşirin hakimiyyət illəri?

Cavidan və dostu öldü;

Azərbaycanın cənubunda hansı yarımmüstəqil əmirlik yaranmışdır və nə vaxt?

Şirvanşah-VI əsrin 80-cı illəri
Şirvanşah-VII əsrin sonu
Salari-VIII əsrin əvvəli
Rəvvadi-VIII əsrin sonları
Rəvvadi-VII əsrin əvvəlləri

Salarilər dövlətinin yaranmasından neçə il sonra slavyanlar Bərdəni qarət etdilər?

2 1i sonra
3 il sonra
5 il sonra
9 il sonra

Rəvvadilər dövlətinin əsasının qoyulması:

Xüms nə vergisidir?

can vergisi
torpaq vergisi
daşınan əmlak vergisi
məhsul vergisi
şikəstlər üçün yığılan vergi

Ərəb mənbələrində mülk torpaqlarının sahibi adlanırdı:

Erkən orta əsrlərə aid Koroğlu və Çıraq qala abidlərinə aid ümumi cəhət:

Atropatenenaya aid olması
Albaniyaya aid olması
Alanların hücumuna məruz qalması
Ərəblərin hücumuna məruz qalması
Arazdan cənubda yerləşməsi

Hansı dövlət Şirvanşahları asılı hala salmamışdır?

Səlcuq dövləti
Rəvvadilər
Qaraqoyunlular
Xarəzmşahlar

Xronoloji ardıcıllığı müəyyən edin:
1. Bəzz döyüşü
2. Xürrəmilərin ərəblərə qarşı ilk üsyanı
3. Afşinin ərəb ordusuna baş komandan təyin edilməsi
4. Babəkin edamı

Merzban Ibn Məhəmməd neçənci ildə Deysemə qalib qəlib?

Alban hökmdarı Cavanşirin iştirak etdiyi ilk döyüş

Kür çayı sahilində döyüş

Sasani imperiyasının Şimal mərzbanlığının iqamətgahları idi:

Qazaka, Fraaspa
Aqnazana, Fanaaspa
Tavreş, Ordbil
Qazaka, Tavreş
Ordbil, Qəbələ

Ərəblərin əhalisi aldığı can vergisi adlanırdı:

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Albaniyada mehranilər sülaləsinin hakimiyyəti girdiman dövləti

Murad hər gün məktəbə anası ilə gedir. Onun anası tarix müəllimidir. Onların yolu Cavanşir körpüsündən keçir. Bir gün Murad bu körpünün adı barədə anasına sual verdi. Cavanşirin kim olduğu ilə maraqlandı. Anasının bu suala cavabı hazır idi. Yəqin, ananın cavabı sənə də maraqlıdır.

Səncə, Muradın anası Cavanşirin kim olduğunu necə izah etdi? Onun deyə biləcəyi fikirləri müzakirədən sonra dəftərinə qeyd et.

Ananın cavabını bilmək üçün çox mürəkkəb siyasi dövr olan VII əsr haqqında məlumatları araşdırmaq vacibdir.

Mehranilər, Cavanşir, Hun keçidi, xəzərlər, Bizans

Orta əsr Bərdə şəhərində kanalizasiya xətti

Bərdə paytaxt oldu. VII əsrin əvvəllərində Azərbaycanın şimalında — Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başlandı. Bu sülalə hakimiyyətini Albaniyanın Girdiman vilayətində qurmuşdu. Sonralar Mehranilərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmiş, mərkəzi isə Partav şəhəri (indiki Bərdə şəhəri) olmuşdur. Sülalənin banisi Mehran idi. O, mənsub olduğu sabirlər adlı türk tayfaları ilə birgə Girdiman vilayətində məskunlaşdı. Burada Mehrəvan şəhəri salındı.

Cavanşirin daxili və xarici siyasəti. Mehranilərin ən böyük nümayəndəsi Azərbaycanın görkəmli dövlət xadimi, sərkərdə Cavanşir olmuşdur. Cavanşir ölkənin daxili sabitliyini təmin etməklə yanaşı, uğurlu xarici siyasət yeridirdi. Bizans və Xəzər dövlətləri ilə münasibətləri qaydaya salmaq, dinc quruculuq işlərini həyata keçirmək Cavanşirin xarici və daxili siyasətinin əsas istiqamətləri idi.

VII əsrin 30-cu illərində Albaniya hələ Sasani imperatorluğundan yarımasılı vəziyyətdə idi.

Qafqaz Albaniyası Tarixi

Albaniya və ya Qafqaz Albaniyası — tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı:

“Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.”

Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır. Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar. Məsələn, yunanlar ölkənin adına Αλβανεια, latınlar isə Albānia demişlər. Qafqaz Albaniyasının adı qrabar dilli mənbələrdə Աղուանք – Aluank, aşxarabar dilli mənbələrdə Աղվանք – Agvank, fars dilli mənbələrdə Arran, ərəb dilli mənbələrdə isə Ər-Ran şəklində qeyd edilmişdir.

Erməni müəllifi M. Çamçyan Ağvan sözünü qədim erməni dilində (qrabar) “ağu” xoşxasiyyət, mehriban sözündən törədiyini və “Mehriban insanlar ölkəsi” anlamına gəldiyini qeyd etmişdir. Lakin Q. Qeybullayev qeyd edir ki, “ağu” sözü qədim erməni dilinə qədim türk dilindən keçmişdir və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir. Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir.

Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində isə qeyd edir:

“Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir”

Əlavə olaraq qeyd edək ki, mütəfəkkirin qeyd etdiyi rum dili latın dilidir və latınca albus; blancus; candida ağ mənasını verir.

Əhalisi

Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli[31] və irandilli əhalidən ibarət idi.

Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər idi. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin, albanlar bu massivdə daha iri tayfa idi[32]. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır. “Albaniya” adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır.

Mütəxəssislər qeyd edirlər ki, “Alban” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır[34][35][36][37]. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar[39][40][41][42][43][44][45] nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.

Anatoli Petroviç Novoseltsev[46] və Z. İ. Yampolski[47] belə hesab edir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının əhatə etdiyi əraziyə, əsasən indiki Azərbaycanın, eləcə də Ermənistanın, Dağıstanın və Şərqi Gürcüstanın ərazisi daxil idi.

Erməni iddialarına görə, qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycan ərazisi Kür çayının yalnız şimalında (Kürün sol sahilində) yerləşmişdi, yəni bu ənənəyə görə Kür və Araz çayları arasındakı ərazi guya əvvəllər ermənilərin olub. Yalnız 387-ci ildən sonra həmin torpaqlar Albaniyanın tərkibinə keçmiş, lakin etnik, siyasi və mədəni cəhətdən əvvəlki kimi Böyük Ermənistanın Şərq əyalətləri olmuşdur.[48][49][50][51].

Gürcü alimlərinin qənaətinə (köhnə) görə Kürün sol sahilindəki Albaniya ərazisinin Qərb hissəsi Gürcüstanın olmuşdur. Yeni gürcü elmi təsdiqinə görə isə (müəllifi D.L.Musxelişvili) erməni tədqiqatçılarının “səxavətlə pay verdikləri” sol sahil Albaniyasının ərazisi, eləcə də Kürün sol sahlindəki Azərbaycan ərazisinin qərb hissəsi, ayrı-ayrı dövrlərdə isə hamısı Gürcüstanın ərazisi olmuşdur[52][53][54][55]

İnzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdü[56]. Bir neçə havar nahanq təşkil edirdi. VII əsr Ermənistan coğrafiyasında göstərildiyinə görə Albaniyanın solsahil ərazisi 11 vilayətdən ibarət idi[57]. Alban mənbələri bunlardan dördü haqqında məlumat verir: Qəbələ, Şəki, Kambisena və Əcəri.

Bunlardan ən böyük və siyasi cəhətdən ən əhəmiyyətliləri vilayətlər sayılırdı. Üç vilayət (Qəbələ, Şəki, Kambisena) həm də inzibati-kilsə vahidləri, yepiskopluq idilər ki, bunların da nümayəndələri (yepiskoplar) bütün alban kilsə məclislərində iştirak edirdilər. Solsahil Albaniyasına adları çəkilən havarlardan başqa, iki ölkə – Lpina və Çola da daxil idi[58]. Fəridə Məmmədova belə hesab edir ki, Çola (Çor, Çol) adı İran mənşəli sözdən yaranıb. Lakin Q. Qeybullayev qeyd edir ki, Çola sözü türk mənşəli “çul” sözündən törəmişdir.[59]
[redaktə]
Vilayətləri

Çola – Bu vilayət Çola (Dərbənd) keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi.[60] V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.
“Apostol Müqəddəs Yelisey Ermənistandan yan keçərək maskutların arasına gedir və orada moizəyə başlayır.”

Bu sətirlər I əsrdə xəbər verir. Alban ənənələri bu hadisə ilə Çolanın VI əsrə qədər patriarxlıq mərkəzi olaraq qaldığını və orada IX əsrin axırlarına qədər Şərq katolikosuna məxsus sarayın yerləşdiyini təsdiq edirlər.

Qafqaz Albaniyası dövlətinin ilkin yarandığı və əhatə etdiyi ərazi

Lpina – Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayət. Bu ərazi demək olar ki, başdan-başa fındıq, qoz ağacları ilə zəngin meşələrlə örtülmüşdü. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun “Albaniya, Lpina və Çola” adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin – Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı.[61] Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni – Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür elə bu Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”.[62] Tarixi gerçəkliklərin öyrənilməsi göstərir ki, bu triada dini-simvolik mahiyyət daşımaqla yanaşı, mühüm bir fakt kimi də qiymətlidir. Strateji periferiya vilayətləri olan Lpina və Çola ölkədə mərkəzləşmiş hakimiyyət olmadığı dövrlərdə müstəqil dövlətə çevrilirdilər (551-630-cu illər). Cavanşirin və Varaz Trdatın hakimiyyəti dövründə isə Lpina və Çola yenidən Albaniyanın ayrılmaz strateji vilayətləri olmuşdular.

Kambisena – Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Albaniyanın Şimal – Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal – Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.

Əcəri – yaxud Həcəri adlanan vilayət Qəbələ vilayətinin Cənubunda Qarasu və Girdman çaylarının arasında yerləşmişdi və Cənubda Kür çayına söykənirdi. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır. Bu vilayət haqqında Moisey Kalankatlının qeydləri qanunsuz olaraq qarışıq nigahlara yol verilməsi ilə əlaqədardır. Bu cür nigahlar Arşakaşen və Əcəri vilayətlərində təsadüf olunurdu.

Şamaxı rayonunda arxeoloji qazıntılar zamanı tapılmış, Qafqaz Albaniyası dövrünə aid insan başı formalı saxsı qab (Azərbaycan Tarix Muzeyi)

Qəbələ – (yunanca: Kabalaka) bu vilayət Lpinadan Cənubda, tarixi Əcəri vilayətindən Şimalda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə – V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və bununla əlaqədar Qəbələ həm də Vostan-i-mərzban da adlandırılır. Qəbələ vilayəti siyasi – inzibati və kilsə – inzibati vahid – yepiskopluq idi. V əsr Aluen kilsə məclisi və VIII əsr Partav ( Bərdə) kilsə məclisi cədvəllərində Qəbələ yepiskoplarından Manase (V əsr) və İohannın (VIII əsr) adları da var. Bir çox başçılar kimi yepiskop İohann da xalkidonçu alban katolikosu Nerses-Bakurdan üz döndərmişdi. Qəbələ vilayətinin dini-ideoloji baxımdan əhəmiyyətini belə bir fakt da sübut edir ki, Aluen (488-ci il) və Partav (705-ci il) kilsə qurultayları iştirkçılarının siyahısında arxiyepiskopun imzasından sonra Qəbələ yepiskopunun imzası durur. VIII-IX əsrlərdə Qəbələ yepiskopları alban kilsəsinin patriarxları olurdular.[63]

Şəki – (erməni mənbələrində Şako, gürcü mənbələrində Şake, Nuxpato) vilayəti Qafqazın dağətəyi rayonlarında, Qəbələnin Şimal – Qərbindəki ərazini tutur. Qərbdə və Cənub – Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal – Qərbdə Lpina vilayəti ilə, Cənub – Şərqdə Qəbələ ilə həmsərəd idi.[64] III-VIII əsrlərin toxuculuq mərkzlərindən biri idi.[65]

Paytakaran – (erməni mənbələrində Kaspk, Kazbk, Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) bu vilayət Azərbaycan Respublikasınınnın Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal – Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi – Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər – Paytakaran idi.

Uti – (ermənicə Utik, yunanca Otena) tarixi əyalət sayılan Uti Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, Soqarn, eləcə də Moisey Kalankatlının yazdığına görə Albaniyann V əsrdə inşa edilmiş paytaxtı Bərdə (Partav) bu vilayətdə idi. Bərdə 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.

Üstündə alban əlifbası ilə yazılar olan bu daş, qazıntılar zamanı Mingəçevir şəhərindən tapılmışdır.[66]

Girdman – IV əsrdən Albaniyanın birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü idi. Mənbələrdə Girdman vilayətinin adı Qardman (qrabar (qədim erməni) dilində), Girdman (qədim pərs dilində) və Qardabani (qədim gürcü dilində) kimi tanınırdı. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onu Ağsu – Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın Şimal – Qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır[67]. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.

Artsak və ya Ərsaq — (antik müəlliflərində Orxistena) bu tarixi vilayət sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar,xəzərlər və barsillər təşkil edirdi.

Sünik – (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Mənbələrdə işlnməsinə görə Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdir[68]. Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. Adının pərs variantı olan Sisakan ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. X. Xubşman və İ.Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlər.[69][70][71][72] bizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar. Həmin mənbələrdə göstərilir ki, Parfiya şahı Valarşak Sisakan nəslindən olan Aranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak eramızın I əsrindən “Sisan” adlanan Qafqaz keçidlərini qorumaq məqsədilə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sisakan nəslinə vermişdi. Fəridə Məmmədova göstərir ki, antik dövrdə olduğu kimi, ilkin orta əsrlərdə də Albaniyanın ərazisinin eyni hüdudlarda olduğunu iddia etməyə hər cür əsas var.[73][göstər]
g • m • r
Qafqaz Albaniyasının vilayətləri

Qafqaz Albaniyası və Atropatenanın sərhədləri miladdan əvvəlki dövrlərdə
Qafqaz Albaniyası və Ermənistan Krallığının sərhəddləri

VII – VIII əsrlərin sinxron mənbələrinin[74][75] yazdıqlarına görə eramızın I əsrində Albaniyanın Cənub sərhəddi Araz çayı boyunca keçirdi. Moisey Kalankatlı qeyd edir ki, Albaniyanın hüdudları eramızın VII – VIII əsrinə kimi dəyişməmişdir.[76]

Məlum olduğu kimi elmdə belə bir mülahizə mövcuddur ki, guya 387-ci ilə qədər Albaniyanın Cənub sərhəddləri Kür çayı boyunca keçirdi, başqa sözlə desək Kürün sağ sahilindəki Artsak, Uti və Paytakaran əyalətləri Ermənistana məxsus olub və yalnız 387-ci ildən sonra Albaniyaya qatılıb.[77] Bu ideya mxitarist M.Çamçyana məxsusdur və o həmin mülahizəni hələ 1787-ci ildə irəli sürmüşdü[78]. Sonralar həmin mülahizəni əsaslandırmaq üçün daha bir neçə cəhd edilmişdir.[79] Bir mülahizəyə görə üç alban vilayətindən (Uti, Artsak, Paytakaran) yalnız Paytakaran e.ə.II əsrdə erməni (ərmən) çarı I Artaşes tərəfindən işğal edilmiş və 388-ci ilə qədər Ermənistanın tərkibində olmuş, yalnız bundan sonra Albaniyaya qaytarılmışdır. Kürün sağ sahilindəki Artsak və Uti vilayətləri isə yalnız 387-ci ildən sonra erməni işğalından azad olunaraq Albaniyaya qaytarılmışdır. Bu mülahizə 1963-cü ildə irəli sürülmüşdür və onun müəllifi S.T.Yeremyan 1951-1952-ci illərdə “Erməni xalqının tarixi” kitabının atlasında[80] bizim eradan əvvəl II əsrdə Kürün həm sağ, həm də sol sahilinin Albaniyaya məxsus olduğunu göstərir. Bu atlasa görə sağ sahildə Sakasena, Otena (Uti), Kaspiana (Paytakaran) və Orxistena (Artsak) Albaniya torpaqları olmuşdur. Atlasda göstərilir ki, e.ə. I əsrdə II Tiqran Kürün bütün sağ sahilini zəbt etmiş və II Tiqranla Pompey arasında e.ə. 66-cı ildə bağlanmış müqviləyə əsasən həmin ərazilər Ermənistanın tərkibində qalmışdır. Digər mülahizəyə görə Artsak və Uti vilayətləri hələ e.ə. I əsrdə II Tiqran tərəfindən işğal olunub Ermənistana qatılmış, 387-ci il müqaviləsinə görə isə Sasanilər və Bizans arasında bölüşdürülərək onların hakimiyyəti altına keçmişdir. Burada Paytakaran haqqında bir kəlmə də danışılmır. Üçüncü mülahizəyə görə (K.V.Trever tərəfindən irəli sürülüb) Artsak, Uti, Paytakaran və Sakaşena vilayətləri e.ə.II əsrdə erməni (Ərmən) çarı I Artaşes tərəfindən zəbt olunmuş və 387-ci ilə qədər Ermənistanın tərkibində qalmış və yalnız 387-ci ldən sonra Albaniyaya qaytarılmışdır. Deməli bu torpaqlar hətta erməni çarları tərəfindən işğal edilmiş olsa belə lap əvvəllər Albaniyaya məxsus olmuşdur.[81]

Hər üç konsepsiyanın müəllifləri başlıca olaraq Strabonun “Coğafiya”sına, erməni müəllifi Favstos Buzanda və “VII əsr erməni coğrafiyası”na əsaslanmışlar. Fəridə Məmmədova qeyd edir ki, Strabona görə I Artaşes tərəfindən alban torpaqlarından yalnız Paytakaran işğal olunmuşdur.[82]

Strabon yazır:
“…əvvəlcə Ermənistan kiçik idi,lakin o sonralar Artaksi (Artaşes) və Zariadrın müharibələri nəticəsində genişləndirildi. Onlar öz səltənətinin hüdudlarını qonşu xalqlardan qopardıqları torpaqlar – Midiyanın Kaspiana, Favnitida, Basoropeda vilayətləri, İberiyanın Pariadra dağ yamacları, Xorzena, Kürün o biri tərəfində yerləşən Qoqarena vilayətləri hesabına genişləndirdilər…”

— Strabon, 71, f.14, 5, c.528

Strabonun qeydlərinə əsaslanan K.V.Trever bir az da irəli gedərək yazır:
“E.ə. II əsrdə erməni çarı I Artaşes (189 – 170) bir sıra qonşu vilayətləri, o cümlədən Şəki, Uti və Qarqar adlı alban tayfalarının yaşadığı Kürün sağ sahilini Ermənistana birləşdirdi… Elə o vaxtdan antik müəlliflər Kürü Albaniya ilə Ermənistan arasında sərhədd kimi tanıdılar.”

— Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. — М.—Л.. 1959.

Fəridə Məmmədova isə Strabonun “Coğrafiya” əsərində Albaniya haqqında verilən məlumatları tədqiq etdikdən sonra belə nəticəyə gəlmişdir:
“Strabonun məlumatlarında heç bir ardıcıllıq yoxdur. O Kaspiananı gah Midiya ilə bağlayır. Onu Midiyadan ayrılmış vilayət hesab edir, gah da Albaniya ilə əlaqələndirib yazır ki, “albanların ölkəsində Kaspiana vilayəti var və həmin vilayət vaxtilə orada yaşamış, indi isə yox olmuş kaspi xalqının adı ilə adlandırılmışdır.”

— Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, səh. 83

Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir[83]. II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C.Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi.[84] II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66 – cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığ üzə çıxır.[85][86]

Albaniya və qonşu ölkələr VI əsr – VIII əsrin əvvəlləri, müəllif: prof. F. C. Məmmədova[87]

Albaniyanın Cənub sərhədlərinin Kür çayından keçməsi barədə ehtimallar başlıca olaraq yunan – Roma[88][89][90][91] və V-VII əsr erməni müəlliflərinin məlumatlarına, doğruluğu müəyyən edilməyən, yalnız kortəbii inama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII-VIII əsr alban tarixçisi Moisey Kalankatlının məlumatlarını təkzib edən erməni tarixçilərinin ənənəvi xronologiyasına əsaslanır. Qeyd etmək lazımdır ki, Strabonun Sakaşenanı Ermənistna aid etməsi[92] onun digər fikirləri ilə, məsələn, Kürün Albaniyanın ortasından axdığını bildirən[93] qeydi ilə ziddiyyət təşkil edir. Çünki, bu hər iki sahilin Albaniya torpağı olduğunu təsdiq etməkdir. Belə ziddiyyətlər isə Strabonda çoxdur.[94]

Bu isə onunla əlaqədardır ki, Strabon bir-birinə zidd olan müxtəlif mənbələrdən istifadə etmiş, Albaniyada çox az olduqlarına görə məlumatları kasad olan şəxslərin qeydlərinə qeyri-tənqidi yanaşmışdır.[95] Strabonun mənbələri isə əsasən Feofan Mitilenski, Delli və başqalarıdır. Plininin[96], Appianın[97], Dion Kassinin[98], Plutarxın[99] qeydlərinin müəyyən hissəsinə, yəni Albaniyanın Cənub sərhəddinin Kür çayındam keçməsi barədə məlumatlara gəlidikdə isə, nəzərə almaq lazımdır ki, bu antik müəlliflərin özləri də Qafqazı çox az tanıyan Patrokla və Erotosfenə, eləcə də Qafqaza bu yerləri öyrənmək üçün gəlməyən, sadəcə olaraq Roma imperiyasının yürüçlərinin iştirakçısı kimi Pontiya çarı Mitridatı təqib edə-edə Kür boyuna gəlib çıxmış şəxslərə istinad etmişlər. Özü də bu qeydlər e.ə. I əsrə və yeni eranın II əsrinə aiddir. Haqqında bəhs edilən dövr isə e.ə. II və yeni eranın IV əsrlərini əhatə edir.[100][101]

V.V.Bartold antik ədəbiyyat mənbələrinə qiymət verərək yazır:

“Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çox gec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunlar çox vaxt müqayisə edilən edilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə də bu mənbələrə son dərəcə ehtiyyatla yanaşmaq lazımdır.”

Bu da şübhə doğurmur ki, Moisey Kalankatlı öz ölkəsinin tarixini və coğrafiyasını, Pontiya çarı üzərinə qısa yürüşlərdə iştirak etmiş romalı müəlliflərdən daha yaxşı bilirdi.[103] Moisey Kalankatlı eramızın I əsrində Albaniyanın Cənub sərhəddi haqqında belə məlumat verir:
“…Sisakan nəslindən olan İafetin xələflərindən olan bir nəfərə (Arana) Erasx (Araz) çayından Xunan qalasınadək Alban dağları və çölləri miras qalmışdı.”

Alban müəllifi ilə sinxron olan erməni müəllifi Movses Xorenlı də eramızın I əsri haqqında qeydlərində “Erasx çayından Xnarakert (Xunan qalası) qalasınadək dağlı – dərəli alban torpağına sahib olan Sisakan nəsli…”[104] haqqında məlumat verir.

E. ə. III əsrdə Albaniyanın Şimal sərhəddləri Böyük Qafqaza, Samur sıra dağlarının Şimal ətəklərinə qədər, Şimal-Qərbdə İori və Alazan çaylarının yuxarı axarına, Şimal – Şərqdə isə müasir Dərbəndə qədər gedib çatırdı.[105][106][107] Ayrı-ayrı vaxtlarda isə bu sərhəddlər Sulak çayına və bir azda uzaqlara çatırdı.

Ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiya artıq Əhəməni imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.

Mənbələr Alban dövlətinin antik dövrdə yerli[108][109] sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafəsin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir.[110] İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər. Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökümətindən asılılığı ayrı – ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.

Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir.[112] Lakin bu işğal uzun sürməmiş e.ə. 66 – cı ildə II Tiqran Romaa ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur.[113][114] Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur.[115] Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66 – cı ildə döyüş olmuşdur.[116][117] Daha sonra İberiyaya doğru irəliləyən alban ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Zober) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.
Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur.[119] Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir.[120] Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.[121][122][123]

Albaniya (Antik dövr) e.ə.I əsr – e.I əsri[124]

E.ə. II-I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi gücləndikcə Parfiyanın mərkəzi höküməti yeni siyasətə – vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Elimaida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan və Maxeloniyada Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı.[125]

Arşaki sülaləsi nnümayəndələrinin bir qolu da həmin dövrdə (63-cü il) Albaniyada bərqərar oldu. Alban Arşakiləri haqqında əldə edilən məlumatların əsas mənbələri Moisey Kalankatlı, Favstos Buzand, Yegişe, Moisey Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Qoşun əsərləri, habelə “Müqəddəslərin həyatı” (aqioqrafik əsərdir) və “Carıntir”dir. Alban Arşakiləri haqqında elmdə belə bir mülahizə mövcuddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsasını Kalankatlının yazdığı kimi I Cəsur Vaçaqan yox, Sanatruk tərəfindən qoyulmuşdur.

M.Brosse belə hesab edir ki, Sanatruku Albaniyanın hökmdarı kimi qəbul etmək və onun adını Alban Arşakilərinin sırasında I Cəsur Vaçaqandan əvvəl yazmaq lazımdır.[126]

S.T.Yeremyana görə Albaniyada Məsqət (Məsküt, Massaget) Arşakiləri şahlıq etmişlər. O, belə hesab edir ki, həmin sülalə Albaniyada hakimiyyət başına 388-ci ildə gəlmişlər, yəni S.T.Yeremyan Parfiya Arşakilərinin Alban budağı olduğunu inkar edir.[127]

E.A.Krımski belə hesab edir ki, Alban Arşakiləri “eran şah”, yaxud “eran şahin” titulunu daşıyırdılar və “eran şah” ifadəsi “aran şah” sözünün təhrifidir. Bu isə “Aran hökmdarı”, “Alban hökmdarı” deməkdir, başqa sözlə, Aranşahilər (Aranilər) elə Arşakilərdir. N.Akinyan və B.A.Ulubabyan isə bu haqqda tamamilə başqa fikirdədirlər. Məsələn N.Akinyan Alban Arşaki hökmdarlarının siyahısını “redaktorun” uydurması sayır. O, göstərir ki, tarixə (müəllif erməni mənbələrini nəzərdə tutur) Alban Arşakilərindən yalnız iki nəfər məlumdur. Bunlar Urnayr (IV əsr) və Asuagendir (V əsr). II Vaçe və III Mömün Vaçaqana gəlincə, onların adı yalnız Alban ölkəsinin tarixində çəkilir və buna görə də N.Akinyanın fikrincə, onlar Moisey Kalankatlının uydurmasıdır. Digər Alban Arşakilərindən danışanda N.Akinyan göstərir ki, onların adları alban zadəganlarının VIII-X yüzilliklərə aid siyahısından götürülmüşdür. Yəni yenə də uydurma sayılmalıdır.[128]

K.V.Trever, onun ardınca isə K.Tumanov belə hesab edirlər ki, Alban Arşakiləri hakimiyyət başına eramızın I yüzilliyində gəlmiş və Parfiya Arşakilərinin köməyi ilə VI əsrə qədər – Alban hakimiyyəti ləğv edilib ölkə Sasani canişinlərinin ixtiyarına verilənədək hakimiyyət başında qalmışlar. Moisey Kalankatlı məlumat verir ki, Parfiyalı Valarşak Albaniya əhalisi üzərinə knyaz və hakimlər təyin etdi:
“Valarşakın əmri ilə İafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı…”

M Kalankatlı öz əsərində təqdim etdiyi Arşaki alban hökmdarlarının sırasına Aranı daxil etməmişdir. F. Məmmədova qeyd edir ki, görünür yerli sülaləni Arşakilər sülaləsi əvəz etmişdi.[129] Siyahıdakı on hökmdarın Arşaki olması müəllifin sonrakı məlumatlarında təsdiqlənir:
“Cəsur Vaçaqandan Mömin Vaçaqana qədər 10 hökmdar olmuşdur. Mömin Vaçaqanın ölümündən sonra isə bu nəsil (azqn) zəifləməyə başladı və Sasani tayfasının Mehrani nəslindən olan knyazlar İrandan gəlib Albaniyada möhkəmləndilər.”

Kalankatlının təqdim etdiyi siyahıda[130] həmçinin Sanatrukun da adı yoxdur, halbuki, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.

Təxminən e.ə. I əsrin 50-ci illərində Böyük Ermənistan dövlətinin yaradıcısı – ilk və son kralı II Tiqran Albaniya ərazisinə yürüş edərək Albaniyanın Artsak, Uti və Paytakaran vilayətlərini tutumuş, e.ə. 66 – cı ildə II Tiqran Pompey tərəfindən məğlub edilənə kimi həmin üç vilayət Böyük Ermənistanın tərkibində olmuşdur.[131]

İlk Alban Arşaki hökmdarı I Cəsur Vaçaqan Atropatenada, Ermənistanda və Maskutlar ölkəsində taxta çıxmış ilk kiçik Arşakilərlə eyni vaxtda hakimiyyət başına gəlmişlər.[132] Kiçik Arşakilər Parfiya şahı Vanonun oğlu I Valarş (Vologez) tərəfindən taxta çıxarılmışdır. Eramızın I əsrində Alban Arşaki nümayəndəsi I Cəsur Vaçaqana Albaniyanın bütün vilayətlərini birləşdirmək müyəssər olmuşdur.[133] Ehtmal ki, I Vaçaqandan əvvəlki yerli sülalə hökmdarlarının bütün vilayətlərə hökmü çatmamışdır.

Mənbələrdə haqqında ən çox bəhs olunan Arşaki Alban hökmdarlarından biri də Urnayrdır. Urnayrın hakimiyyət illəri naməlum qalmışdır. Moisey Kalankatlının yazdığına görə Urnayr Sasani şahı II Şapurun (309 – 379), Bizans hökmdarı Böyük Konstantinin (337 – 361), erməni çarları III Trdat (287-330), Tiqran (338-345), Arşak (345-367) və Papın (370-374) müasiri olmuşdur. Onun adı ilk dəfə 313-cü ildə digər alban əyanlar ilə birgə xristianlığı qəbul etməsi ilə bağlı çəkilir.[134] Onun adı ilə bağlı son hadisə 371-ci ildə baş vermiş Dzirav döyüşüdür. Bütün bunları nəzərə alan Fəridə Məmmədova belə hesab edir ki, Urnayr 313 – 371-ci illərdə hakimiyyətdə olmuşdur. Moisey Kalankatlı onu “Fədakar hökmdar, Ermənistanın mərkəzinə qələbə bayrağı sancmış və böyük müharibələrdə şərəfli ad çıxarmış xadim” kimi xatırlayır. Ancaq burada hansı müharibələrdən bəhs olunması naməlum qalır. Urnayrın daxili siyasəti bütpərəstliklə mübarizə, xristianlığın dövlət dini elan olunması (313 – 314-cü illər), kilsəyə torpaq verilməsi və s. ilə xarakterizə olunur. Urnayrın dövründə ölkənin paytaxtı və alban katolikosluğunun mərkəzi Qəbələ (Kabalaka) olmuşdur. Urnayrın xarici siyasətinə gəlincə, məlumdur ki, Albaniya Sasani şahı II Şapurun vassalı və müttəfiqi olduğundan Sasani-Bizans müharibələrinə cəlb edilmişdi. 359-cu ildə Amida yaxınlğında və 371-ci ildə Dzirav çölündə Sasani-Bizans/erməni döyüşlərində Urnayr II Şapuru müşayiət etmişdir.[135][136]

Alban Arşakiləri arasında Urnayrdan sonra haqqında məlumat olan ökmdar Asuagendir. Onun hakimiyyəti dövründə köhnə alban əlifbasının islah edilməsi yolu ilə yeni alban yazısı yaradılmışdır. Bu haqqda məlumatlar Moisey Kalankatlıda, eləcə də V – VIII əsr erməni müəllifləri Koryun, Movses Xorenli və başqalarındadır. Asuagen tərəfindən alban uşaqlarının təhsilə cəlb edilməi xüsusi maraq doğurur. O, “vilayət və rayonlarda uşaqlara yazı sənətini öyrətməyi, onları dətələrlə məktəblərə göndərməyi, onların yeməklə təmin olunması üçün vəsait ayırmağı əmr etdi”. Asuagenin dövründə yeni əlifbanın qəbulundan sonradini kitbları, apostolların təlmini və başqa kitabları Suriya dilindən və yunancadan alban dilinə tərcümə etməyə başladılar.

Şamaxı rayonunun Xınıslı yaşayış yerindən arxeoloji qazıntılar zamanı aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid içi mifik təsvirlərlə bəzədilmiş gümüş sini (Azərbaycan Tarix Muzeyi)

444-cü ildə isə Asuagenin oğlu (Asuagenin arvadı Sasani şahı II Yezdəgerdin bacısı idi) II Vaçe Albaniyada hakimiyyət başına gəldi. Kalankatlı yazır ki, Sasani şahı Perozun əmri ilə II Vaçe Perozabad (Bərdə) şəhərini tikdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın Qəbələdən Bərdəyə keçməsi daxili siyasətdəki dəyişikliklərlə əlaqədar idi. Köçərilərin tez – tez baş verən yürüşləri ilə əlaqədar olaraq, ölkənin mədəni -siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti İran əlehinə xalq hərəkatı ilə – 450 – 451-ci illərdə Cənubi Qafqaz xalqlarının türk mənşəli[137] erməni sərkərdəsi Vardan Mamikonyanın başçılıq etdiyi üsyanı ilə və eləcə də 457 – 463-cü illərdə II Vaçenin özünün başçılığı ilə Albaniyada baş vermiş üsyanla əlaqədardır. Cənubi Qafqaz xalqlarını Sasanilər əlehinə üsyana sövq edən isə siyasi, iqtisadi və ideoloji zülm idi. II Yezdəgerd xristianlığın kökünü kəmək üçün Cənubi Qafqaza 700 məzdəki kahin göndərmişdi və onların 300 nəfəri Albaniyaya gəlmişdi.[138] Yelişe yazır ki, Sasani dövlətində müvəqqəti olaraq yaranmış sülh 459-cu ildə Albaniya hökmdarının tabeçilikdən qəti imtina etməsi ilə pozuldu.[139]

Alban üsyançıları Çola keçidini tutdular, maskut ordusunu şəhərə buraxdılar və Böyük Qafqazın 11 hökmdarı ilə ittifaqa girərək onlarla birgə Sasanilərə qarşı hərbi əməliyyatı iki il uğurla davam etdirdilər. Sasanilərin Vaçe ilə danışıqlara başlamaq cəhdlərinin hamısı boşa çıxdı. Onda Peroz böyük miqdarda pul verməklə Onoqur (F. Cəlilova görə “On Oğuz”[140]) hunlarını köməyə çağırdı və onlar Alan (Dəryal) keçidi ilə Albaniyaya soxuldular. 462-ci ildə isə albanlara qarşı uzun sürən müharibəyə başladılar.[141] Onoqurlar düz bir il ərzində alban hökmdarı ilə döyüşdülər. Vaçenin ordusu azalıb dağılsa da onu məğlub etmək olmadı.[142][143] Albaniyada 457-ci ildə başlayan üsyanı yalnız 463-cü ildə yatırmaq mümkün oldu. Sasanilər Albaniyada yenidən o qədər möhkəmləndilər ki, II Vaçe hakimiyyətdən əl çəkdi və Perozdan xahiş elədi ki, atasından qalma mülklərə dəyməsinlər. Beləliklə 463-cü ildə Albaniyada dövlət quruluşu ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 483-cü ilə qədər davam etdi.

487-ci ildə II Vaçenin əmisi oğlu, Alban Arşakilərinin son nümayəndəsi – III Mömin Vaçaqan hakimiyyətə gəldi və albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. Moisey Kalankatlı belə məlumat verir: “Vaçedən III Mömin Vaçaqana qədər 30 il ərzində Albaniya hökmdarsız qaldı.”[144] Alban tarixçisinin yazdığına görə “Albaniya əhalisi yenidən vahid səltənətdə birləşib şah övladlarından ən cəsur, müdrik, ucaboy Vaçaqanı seçdilər.”[145] Mömin Vaçaqanın hakimiyyət illəri Albaniyaanın siyasi, dini – mədəni intibah dövrü idi. O hər şeydən öncə ölkə əhalisinin vahid dinə ibadət etməsinə nail olmağa, xristianlığı ümumi dövlət dininə çevirməyə çalışdı. Vaçaqan məktəblər açdırdı, dağılmış kilsələri bərpa etdirdi, yeni kilsə və monastrlar tikdirdi, kilsə rütbələrini bərpa etdirdi. Onun hakimiyyəti dövründə Aquen kilsə məclisi çağırıldı. Albaniyanın müstəqillyini möhkəmləndirməyə çalışan və yad qüvvələrin dini – siyasi təsirlərinə və assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil kilsənin böyük siyasi rolu olduğunu nəzərə alan III Vaçaqan bu kilsənin sarsılmış dayaqlarını möhkəmləndirməyi və onu iqtisadi baxımdan gücləndirməyi vacib sayırdı.[146] Alban Arşakiləri müstəqil alban siyasəti yürüdür, Albaniya dövlətinə, alban xalqına və onun dininə sədaqətlə xidmət edir, yerli mədəniyyətə qarışaraq albanlaşırdılar. Fəridə Məmmədovaya görə Albaniyanın IV – VI əsr siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi təqdim etmək olar.[147]
[redaktə]
Mehranilər sülaləsi

Mehranilər sülaləsindən olan ən tanınmış alban hökmdarı Cavanşirin Naxçıvan ərazisindən tapılmış heykəli, tunc şamdan, hazırda Ermitajda saxlanılır

510-cu ildə Alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə 510 – 629-cu illər ərzində Sasani mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli gücləndi. Moisey Kalankatlının geneoloji arayışına əsasən başda Mehr olmaqla Sasani Mehranilərinin əsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə, Sasani şahı II Xosrov Pərvizin (591-628) qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri – xəzərlərə qoşulmaq üçün İrandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlayaraq, Mehrə məktub göndərir və bildirir ki, yaşayış yerini seçməkdə Mehranilərə azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatır və Mehr elə burada qalmağı qərara alır. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmənərək yerli feodalları cismən məhv etmək, habelə qohumluq əlaqələri sayəsində yerli knyazları sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı – işxanı adını daşımaq hüququnu saxladılar[148].Moisey Kalankatlının yazdığına görə Mehr Girdman əyalətinin Şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu.[149] Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir.

Mehranilər iki nəsildən sonra farslıqlarını itirib xristianlığı qəbul etdilər, yerli alban kübarları ilə qohum oldular, alban mdəniyyəti və dinini mənimsədilər, bir sözlə tamamilə albanlaşdılar. V.V.Bartold belə hesab edirdi ki, Mehranilərin simasında Albaniyada “fars mənşəli olsa da, milli alban sülaləsi yenidən bərpa olundu.”[150] Mehranilərin qətiyyətlə albanpərəst siyasət – Albaniyanın müstəqilliyi siyasəti yeritməsi Sasaniləri dərindən peşman etmişdi. Fəridə Məmmədova qeyd edir ki, Mehranilər Albaniyada 603-cü ildə möhkəmlənsələr də aydınlaşdırılmışdır ki, onlar yalnız 630-cu ildə bütün ölkənin tamhüquqlu hakimləri – Albaniyanın birinci böyük knyazları ola bilmişlər.[151]

Albaniya 552 – 553-cü illərdə öz Şimal qonşuları olan xəzərlər tərəfindən basqına məruz qaldı. M. İ. Artamanova görə hücum edən xəzərlər yox, sabirlər olmuşlar.[152] Moisey Kalankatlının yazdığına görə Albaniyanı tutan xəzərlər kilsələri, müqəddəs kitabları yandrır, şəhər və kəndləri dağıdır, camaatı qovub aparırdılar. “…Erməni təqviminin başladığı təsdiq ediləndə (552-ci il) İsanın xaçı üzərinə döşmənləri soyğunçu basqınlarının nəticəsi olaraq alban patriarxlığının iqamətgahı Çola şəhərindən ölkənin paytaxtı Bərdəyə köçürüldü. 603 – 629-cu illər Sasani – Bizans müharibəsindən istifadə edən Albaniya əhalisi Sasani istibdadına qarşı üsyana qalxdı. II Xosrov bu üsyanı amansızlıqla yatırdı. Alban zadəganlarının çoxu həlak oldu, yalnız alban katolikosu Viro sağ qaldı və ona da II Xosrovun xristian xanımı şahbanu Şirin (bir çox tədqiqatçılar Vironu himayə edən Şirini Nizami Gəncəvinin Xosrov və Şirin poemasının qəhrəmanı Bərdə hökmdarı Nüşabənin varisi Şirinlə eyniləşdirirlər[153]kömək etdi. Şahbanu Şirin “böyük səylərdən sonra Vironun həyatını şahdan hədiyyə aldı”[154] 624-cü ildə Bizans ordusu Dvini zəbt etdi, Atropatenaya soxuldu, Naxçıvanı tutaraq Arazı keçdi.[155] Sonra Atropatenanın paytaxtı Qanzak (Qazaka) işğal olundu. İrakli Albaniya, İberiya və Ermənistan hakimlərindən tələb etdi ki, “könüllü olaraq onun pişvazına çıxsınlar, qışda qoşunları ilə ona xidmət etsinlər. Əks təqdirdə isə onlarla kafirlərlə olduğu kimi rəftar edəcək, qalaları tutacaq, ölkələri tar-mar edəcək.”[156][157]

Xosrovun təklifi ilə alban knyazları Bərdəni tərk edib qalalarda möhkəmləndilər. Bizans qoşunları Albaniyaya girib Uti vilayətində möhkəmləndilər. Lakin bu yürüş İrakli üçün uğursuz qurtardı. Burada Sasanilər Bizanslılara hücum edərək İraklini Sünikə sıxışdırdılar. 625-ci ildə İrakli xəzərləri köməyə çağırdı. 626-cı ildə xəzərlər Albaniyaya soxuldular. Bu xəzərlərin Albaniyaya ilk böyük müdaxiləsi idi. Onlar birinci zərbəni Dərbəndə vurdular, sonra isə Bərdəyə hücum etdilər. Knyazlar ətraf rayonlardakı əhalini paytaxt Bərdəyə toplayaraq müdafiə olunmaq istədilər. Lakin onlar Dərbənd qalasında edilənləri eşitdikdən sonra tələm – tələsik Artsak vilayətinin əlçatmaz dağlarında gizləndilər. Sasani mərzbaı İrana qaçdı. Albaniya ərazisini işğal edən xəzərlər

Albaniya V-VIII əsrlərdə müəllif prof. F. C. Məmmədova

Tiflisə yürüş edərək Bizans imperatoru İraklinin ordusu ilə birgə şəhəri mühasirəyə aldılar. Vəziyyətin ağırlığını nəzərə alan Girdman knyazı Varaz Qriqor özünü İraklinin vassalı elan etdi. Yeni hökmdarını tanımaq və onun dinini (diofizitliyi) qəbul etməklə (II Xosrov İran kilsə məclisində ona monofizitlii qəbul etdirmişdi.) Varaz Qriqor Albaniyanın tamhüquqlu hakiminə çevrildi. Bu dövrdə Sasani hökmdaı II Xosrov öldürüldü və taxta çıxan II Qubad 628 – 629-cu illərdə İrakli ilə sülh bağladı. Bu vaxt xəzərlər Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat katolikos Vironun və Sasani mərzbanının yanına elçi göndrərək ölkəni təslim etməyi tələb etdi. Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən gedirdi. Albaniya müqavimət göstərmək iqtidarında deyildi. Məzban isə itaəti rədd edərək İrana qaçmışdı.

Alban zadəganları başda katolikos Viro olmaqla xəzərlərin ali hakimiyyətini etirf etməyə məcbur oldular. VII əsrin 30-cu illərində Xəzəristanda gedən daxili çəkişmələr (Cebu xaqanın öldürlməsi) xəzərlərin Albaniyadakı hakimiyyətinə son qoydu.

Mehrani Varaz Qriqorun (630 – 642) dövründə Yaxın Şərqdə ərəblər sürətlə güclənirdilər. Onlar 632-ci ildə Sasanilərə qarşı hərəkət etdilər. Sasani şahı III Yezdəgird ərəblərə qarşı durmaq üçün tabeliyində olan ölkələrdən və vilayətlərdən qoşun tələb etdi. Albaniyanın böyük knyazı Varaz Qriqor dörd oğlundan birini – Cavanşiri onun hüzuruna göndərmək qərarına gəlir. Cavanşir Albaniya dövlətinin bütün qoşunlarının sərkərdəsi oldu. 636 – 642-ci illərdə alban qoşunlarının sparapet – baş komandanı olan Cavanşir öz ordusu ilə Sasani ordusuna qoşuldu. Ölü dəniz yaxınlığındakı Kadissiyada baş verən döyüşdə (637-ci il) o öz şücaəti ilə fərqləndi.[158] Cavanşrin bu şücaəti III Yezdəgird tərəfindən yüksək qiymətləndirildi və ona “bayraq və şeypurlar, iki qızıl mizraq və qızıla tutulmuş iki qalxan verdi ki, bunları həmişə onun önündə aparırdılar. Belinə mirvari ilə işlənmiş kəmər,qızıl dəstəkli qılınc bağladı, qolbağlar verdi, başına tac qoydu. Həmçinin ona mirvari ilə işlənmiş düzüm verdi və boynuna mirvari boyunbağı asdı.”[159] 640-cı ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldılar və Cavanşrin ordusu 6 ay şəhərin müdafiəsində iştirak etdi. 642-ci ildə Nəhavənd yaxınlığında döyüş baş verdi və Cavanşir də ordusu ilə bu döyüşdə iştirak edirdi. Lakin Sasani ordusu bu döyüşdə məhv edildi. III Yezdəgird isə qaçıb Dəclə çayı sahilində qalada gizləndi. Bu məğlubiyyətdən sonra Cavanşir Atropatenaya gəlir, oradan isə öz ölkəsinə qayıdır. “Beləliklə Cəsur Cavanşir 7 il ərzində bu çətin müharibədə iştirak etdi. Bir neçə ağır yara aldıqdan sonra onlarla vidalaşdı…”[160] Vətənə dönən Cavanşir hələ atası Varaz Qriqorun sağlığında taxta çıxdı.

Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641-668) göndərdiyi məktubunda yazırdı:

Comments are closed, but trackbacks and pingbacks are open.