Press "Enter" to skip to content

Alınma sözlər lüğəti

8. Farsca bi, na, həm kimi ön şəkilçilər sözlərə bitişərək olduğu kimi tələffüz edilir; məs.: bisavad, naxoş, namərd, həmcins və s.

Azərbaycan dilinin orfoepiya lüğəti

1. Ərəbcə və farscada ğ ilə deyilən sözlər tələffüzdə q səsi ilə ifadə olunur; məs.: qalib, qeyrət, qərb, qüssə, qəflət, qəribə və s.

2. Təkhecalı sözlərin sonunda gələn qoşa samitlərdən biri tələffüz olunmur; məs.: zən, zid, rəd sir, tib, fən, xət, həd, həl, his və s.

Belə sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda sözün axırındakı qoşa səslər qalır; məs.: haqqında, ziddinə, xəttin və s.

3. Ərəbcədə sözlərin ortasında i ilə yazılan sözlər tələffüzdə yi ilə ifadə olunur; məs.: ayilə, bayis, dayim, dayirə, mayil, fayiz, xayin və s.

4. Bir qisim ərəbcə və farsca sözlər dilimizin ahənginə tabe edilərək tələffüz olunur, lakin bir qisim sözlər də vardır ki, əslində olduğu kimi, yəni ahənginə tabe edilməyərək tələffüz olunur.

a) ahəngə tabe olanlar; məs.: nahar, zaman, nağıl, naxış, rahat, davam, qadağan, babat, qala, xata, xırman, fağır, farağat, bəxt, bəxtəvər, vərəq, dənə, təqsir, tərəzi, xəmir, xətir və s.

b) ahəngə tabe olmayanlar; məs.: bərabər, qəbul, qərar, zəmanə, xatirə, istirahət, iştaha, səfa, kənar, macəra, güzəran, məhsul və s.

5. Ərəbcə və farsca sözlərin əsasən birinci hecasında gələn ə, i, ü səslərinin tələffüzü.
a) ə səsi ilə tələffüz olunur; məs.: qənaət, əmtəə, nəhayət, rəyasət, səyahət, cəhət və s.
b) i səsi ilə tələffüz olunur; məs.: Vidadi, qiraət, nicat, rica, siyasət və s.
v) ü səsi ilə tələffüz olunur; məs.: Füzuli, fürsət, hücum, şüar və s.

6. Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda iki sait arasında n, ys səsləri tələffüz olunur; məs.: sənayenin, sənayeyə, sənayesi, mənbəyi, mənşəyi, taleyi, ixtirası, misrası və s.

7. Əslində sifət şəkilçisi iyyə, məsdər şəkilçisi iyyət və bunların cəmi olan iyyat bir y ilə tələffüz olunur; məs.: maliyə, səviyə, əhəmiyət, cəmiyət, ziddiyət, kəmiyət, müvəffəqiyət, ictimaiyət, ədəbiyat, külliyat və s.

8. Farsca bi, na, həm kimi ön şəkilçilər sözlərə bitişərək olduğu kimi tələffüz edilir; məs.: bisavad, naxoş, namərd, həmcins və s.

9. Farsca sözün axırında gələn sifət şəkilçisi tələffüzdə də i (samitlə bitənlərdə), vi (saitlə bitənlərdə) ilə ifdə olunur; lazımi, təsadüfi, iqtisadi, Gəncəvi, kimyəvi və s.

10. Farsca yer bildirən -stan, -ıstan, -istən, -ustan, -üstan şəkilçiləri yazıldığı kimi də tələffüz edilir; məs.: Gürcüstan, Ermənistan, Dağıstan, Hindistan, Monqolustan, Kürdüstan və s.

11. Sözlərin axırına qoşulan farsca namə, xana sözləri yazıldığı kimi də tələffüz olunur; məs.: kitabxana, çayxana, şəhadətnamə, bəyannamə və s.


RUS VƏ AVROPL MƏNŞƏLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ

1. Ruscada sözün tərkibindəki q səsindən sonra ei səsləri kələrsə, q səsi gsəsi kimi tələffüz olunur; məs.: geologiya, biologiya, gimnastika, gitara, general, geodeziya, gerb və s.

2. Əslində h, ruscada isə bəzən q və bəzən də x ilə deyilən sözlər h səsi ilə tələffüz olunur; məs.: humanizm, himn, Hekel, harmoniya, hektar, Bethoven və-s.

3. Əslində c, rusçada isə dj ilə deyilən sözlər c ilə tələffüz olunur; məs.: caz, cemper, Caparidze, Cek London və s.

4. Sözlərin tərkibindəki ts səsi s ilə tələffüz olunur; məs.: sirk, sex, resept, dasent, kansert və s.

Q e y d: Xüsusi isimlərdə kələn ts səsi ts kimi tələffüz olunur; məs.: Tsetkin, Zaytsev, Kuznetsov, Motsart, Titse və s.

5. Sözlərib əvvəlində kələn səsi ş səsi ilə tələffüz olunur; məs.: Şerba, Şedrin, şotka və s.

6. Ruscada o səsi ilə yazılıb, a səsi ilə deyilən sözlər a səsi ilə də tələffüz olunur; məs.: praqram, prablem, Maskva, Adessa, Qançarov, Talstoy, mator, paravoz, samavar və s.

7. Sözlərin tərkibində ia səsləri iya kimi tələffüz olunur; məs.: diyalektika, imperiyalizm, materiya, sosiyalizm və s.

8. Sözün müxtəlif yerlərində gələn eynicinsli qoşa samitlərdən biri tələffüz olunmur; məs.: antena, aparat, masaj, pasaj, tunel, rejisor, sesiya, teleqram və s.

Qeyd: Bəzi sözlərdə isə qoşa səslər tələffüz olunur; məs.; kassa, vassal və s.

9. Ruscada sonu a ilə bitən sözlər tələffüzdə a-sız deyilir; məs.: qəzet, qrup, dram, pyes, planet, prablem və s.

Qeyd: Aşağıdakı sözlərdə sözün axırında a tələffüz edilir; məs.: forma, kassa, fabula, norma, diktatura, qrammatika, palata, respublika, taktika və s.

10. Ruscada sonu ik ilə bitən və sözün vurğusu bu şəkilçidən əvvəlki hecanın üzərinə düşən ixtisas və məşğuliyyət bildirən sözlər ruscada olduğu kimi tə- ləffüz olunur; məs.: fizik, botanik, akademik, texnik.

Qeyd: Akademik sözü sifət bildirdikdə (akademiçeskiy) vurğu sözün axırıncı hecasına keçir; məs.: akademik saat, akademik borc və s.

1 yorum:

Axtar

Bilinməyən həqiqətlər (İnstagram kanalı)

@bilinmeyen_heqiqetler

Bilinməyən həqiqətlər (Youtube kanalı)

Orbitlərdəki “sənət”

Bilinməyən həqiqətlər

Youtube kanalı

Türk İslam Birliyi xəritəsi

Türk İslam Birliği haritası

Fosil Muzeyi

Bitki və canlıların daşlaşmış qalıqları hər şeyin TƏKAMÜL mexanizmləri ƏSASINDA DEYİL, ALLAH tərəfindən YARADILDIĞINI SÜBUT EDİR

Biomimetika

Texnologiya təbiəti təqlid edir

Biologiya müəllimləri və şagirdlər üçün yeni sayt

Biologiya.az

Həyatın mənşəyi və canlıların yaşı

www.paleontologiya.az

Təkamül saxtakarlıqlarına elmi cavablar

tekamulculerecavab.com

Design Studio 313 (313 Veb Dizayn Studiyası)

YARADILIŞ ELMİ HƏQİQƏTİNİN bütün dünyaya bəyan edilməsi və QURAN ƏXLAQININ bütün insanlar arasında yayılması üçün “Hər həftə yeni bir sayt”

Tövsiyə olunan saytlar

  • Xeyirlərdə yarışmaq (Üstün mömin əxlaqı)
  • Qaranlıq təhlükə: Mövhumatçılıq
  • Bitkilərdəki yaradılış möcüzəsi
  • Allah üçün yaşamaq
  • Allahın təbiətdə yaratması
  • Təkamülün fosillər qarşısındakı məğlubiyyəti
  • Hormon möcüzəsi
  • Kainatın yaradılışı
  • Yaşıl Möcüzə: Fotosintez
  • Dünya həyatında bütün zövqləri tükədənlər
  • Design Studio 313 (313 Veb Dizayn Studiyası)

Ayə axtar

Qurandan söz və ya cümlə axtara bilər, həm də mövzular üzrə ayələri oxuya bilərsiniz

İslam Terroru Lənətləyir

İslam Dini sevgi dinidir. İslam terrorun mənbəyi deyil, həllidir

Qaranlıq təhlükə: Mövhumatçılıq

Mövhumatçıların problemi, dinlərini xurafatlardan öyrənmələridir. Qaynaq xurafatlar olduqda din adına terrorizm asanlıqla yayılar. Buna qarşı yeganə həll yolu Qurandakı əsl dindir. Bu saytda radikalizmə qarşı tənqidləriylə ön plana çıxan bəzi qərbli islamofobiyaçıların iddialarına və mövhumatçılarin qorxunc məntiqlərinə cavablar verilir. İslama aid edilməyə çalışılan saxta mövhumatçı dinin müxtəlif mənbələrində verilən iddialarının əsassızlığı Qurandan misallar gətirilərək izah olunur.

Astronomiya.az

Astronomiya.az saytı qalaktikalar, ulduzlar, planetlər, kometlər və digər səma cisimlərinin hərəkəti, quruluşu, mənşəyi və inkişafını araşdıran və nəticələri sadə dildə izah edən elm portalıdır.

Bitkilər aləmi

ELMİ DƏİLLƏR bütün varlıqlar kimi BİTKİLƏRin də qüsursuz dizaynları ilə birlikdə Allah tərəfindən YARADILDIĞINI sübut edir

Yaradılış Atlası

Təkamül nəzəriyyəsini (Yaradılışı inkar edən nəzəriyyəni) elmi dəlillərlə yerləbir edən möhtəşəm əsər

ZÜLAL MÖCÜZƏSİ

Bu saytda həyatın təməl daşı sayılan zülalların bəzi xüsusiyyətləri izah edilməklə insanlara həyatın necə başladığına dair sualın yalnız bir həqiqi cavabı veriləcəkdir. Bu cavab belədir: həyat üstün və güclü bir Yaradıcı olan Allahın yaradışı ilə başlamışdır.

Alınma sözlər lüğəti

“Azərsu” ASC: “İçməli suyun qiyməti qalxacaq”

Bunları tanıyın: qadın sərnişinlərlə əxlaqsız təkliflər edən taksi sürücüləri qandallandı – VİDEO/FOTO

Akşener “Anıtkabir”də Atatürkə söz verdi: “Tarix yazacağıq” – FOTO

Eldar Əzizov Həsrət Əmrahovu niyə vəzifədən çıxardı? – Yeni direktor kimdir?

Sahil Babayev onlara yüksək vəzifə verdi

Ceyhun Bayramov BMT Baş katibinə məktub göndərib – MƏTN

“Bakıda zəlzələ qırılma ocaqları yoxdur” – Direktordan açıqlama

Xoşqədəmin əri siyasi proqnoz verdi: “Məncə, bu partiyalar birləşəcək”

X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub

Türkiyədə daha bir güclü zəlzələ oldu – Camaat küçələrə qaçdı (FOTO)

“Recep İvedik” istefa verən jurnalistlə bağlı iki paylaşım etdi: “Qovun. “

Qulu Məhərrəmlinin “Yeni alınma sözlər lüğəti” çapdan çıxıb

Professor Qulu Məhərrəmlinin “Yeni alınma sözlər lüğəti” çapdan çıxıb.

Mia.az xəbər verir ki, bu barədə Qulu Məhərrəmlnin özü məlumat paylaşıb.

O bildirib ki, xeyli vaxtdır üzərində çalışdığı “Yeni alınma sözlər lüğəti” kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi (ADTM) tərəfindən nəşr edilib:

“Belə lüğətlərin tərtibi çox əzablı işdir, amma faydalı gərəklidir. Kitabın ərsəyə gəlməsi üçün zəhmət çəkənlərə, dəyərləndirən alim dostlara və qonorar verənlərə təşəkkür edirəm.

Lüğət, demək olar ki, bütün mağazalarda var”.

Comments are closed, but trackbacks and pingbacks are open.