Press "Enter" to skip to content

Amaxı — İsmayıllı məsafə, xəritədə marşrut

Azərbaycan müstəqillik qazandıqdan sonra Şamaxı əhalisinin mömin bəndələri yenidən axın-axın Cümə məscidinə üz tutmağa başladılar.

ŞAMAXI CÜMƏ MƏSCİDİ

Cənubi Qafqazda ən qədim məscid kompleksi. 743 ildə inşa edilmişdir. Lakin bu məscidin yerində daha qədim məbəd olduğuna əsas verən əlamətlər onun üç mehrablı olması və buna müvafiq olaraq daxili quruluşunun üç hissəyə bölünməsidir Şamaxı Cümə məscidinin inşası xilafət ordusunun Azərbaycanı işğal etdikdən sonrakı dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə, bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul etmişdir.

17 əsrin əvvəllərində səyyah Evliya Çələbi yazırdı ki, Şamaxıda Bizans nümunəsində olan böyük bir məscid mövcud olmuşdur. Məscidin həyətində isə mədrəsə otaqları fəaliyyət göstərirdi. Çələbinin verdiyi təsvirdən az sonra Şamaxı tarixində baş verən ən dəhşətli zəlzələ şəhəri, demək olar ki, yerlə yeksan etmişdi. Lakin Şamaxı Cümə Məscidi dünyanın sonunu xatırladan bu dəhşətli fəlakətə belə davam gətirmişdi. 1846 ildən etibarən Şamaxı Qafqazın ən böyük quberniyalarından birinin mərkəzi idi. 1859 ildə növbəti zəlzələ şəhəri alt-üst etdi və bununla əlaqədar quberniya mərkəzi Bakıya köçürüldü. Quberniya mərkəzinin köçürülməsinə baxmayaraq, Qafqaz canişininin müraciəti və çar administrasiyasının göstərişi ilə Şamaxı şəhərində tez bir zamanda bərpa işləri həyata keçirildi. Məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova etibar olundu. Möhkəm və dayanıqlı, min illərin fəlakətlərinə sinə gərən Cümə məscidi yenidən öz qapılarını mömin müsəlmanların üzünə açdı. 1902 ildəki növbəti zəlzələdən sonra əsrlərə davam gətirmiş, dayandığı məkana bağlı Cümə məscidi yerində qalırdı. Zəlzələdən sonra, məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verildi. Bərpa əvvəl memar Zivər bəy Əhmədbəyovun, sonra isə polşalı memar-mühəndis Yozef Ploşkonun layihəsi əsasında aparıldı. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri sona qədər tamamlanmadı.

Cümə məscidi zəlzələdən sonra

Məscid tamamlanmamış halda belə, öz əzəmətini qoruyub saxlayırdı. 1918 ildə silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışdı. Lakin azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinmədilər. Beləliklə, əsrlər boyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi son yüz ildə daha iki dəhşətli zərbəyə davam gətirdi: erməni yağıları tərəfindən törədilən yanğına və Sovet hakimiyyəti illərində sanki xalqa gözdağı verilməsi kimi yararsız və baxımsız hala salınmağına.

1920 ildən sonra, Sovet hakimiyyəti dövründə Cümə məscidi toxunulmaz qalsa da, fəaliyyət göstərmir, insanların gözündə nüfuzdan salınırdı. Həmçinin, bu dövrdə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980 ildə bu tarixi abidə yenidən təmir olunmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra Şamaxı əhalisinin mömin bəndələri yenidən axın-axın Cümə məscidinə üz tutmağa başladılar.

Cümə məscidinin ümumi görünüşü (Axund Hacı Şıx Həbiblə)

Heydər Əliyev Fondu tərəfindən Şamaxı Cümə Məscidinin bərpası təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2009 il tarixli Sərəncamına əsasən genişhəcmli və əsaslı təmir işləri başlamışdır. Demək olar ki, Azərbaycan tarixinin bu nadir incisinə ikinci həyat verilmişdir. Baş plana əsasən Cümə məscidini üç tərəfdən əhatə edən, tağvari dəhlizlər inşa olunmuşdur. Yenidən bərpa edilmiş günbəz və minarələr isə həqiqətən Azərbaycan milli-memarlıq və nəqqaşlıq sənətlərinin şah əsərləri hesab oluna bilər. Məscidin ərazisində ikimərtəbəli inzibati bina, məişət binası, məscidə gedən körpücük yenidən tikilmiş, konfrans zalları, kitabxana, dəstəmaz yerləri və digər otaqlar insa edilmişdir. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. Bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli-memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi tanınan və yüksək ehtiram göstərilən memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə Məscidinin yenidən dirçəlməsinə imkan vermişdir. 17 may 2013 il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə Məscidinin açılışı olmuşdur.

Şamaxı — İsmayıllı məsafə, xəritədə marşrut

Məsafə Şamaxı İsmayıllı dünya xəritəsində. İki nöqtə arasında istiqamət alın. Təxmini uçuş vaxtı Şamaxı İsmayıllı təyyarə ilə və hava ilə məsafə. Qarşıdan gələn trafik axınının keçmə yolları, vaxt fərqi və hədəfinizə çatmaq üçün istifadə edə biləcəyiniz başqa maraqlı məlumatlar. Səyahət xərci kalkulyatoru.

  • Məsafə
  • Xəritədə marşrut
  • Təyyarə ilə məsafə
  • Uçuş vaxtı
  • Hərəkət istiqaməti
  • Vaxt fərqi
  • Maraqlı Faktlar
  • Səyahət dəyəri

Avtomobil ilə məsafə

Arasındakı məsafə Şamaxı, Azərbaycan və İsmayıllı, Azərbaycan maşınla — km , və ya mil. Bu məsafəni avtomobil ilə gəzmək üçün sizə ehtiyac var dəqiqə, və ya saat.

Xəritədə marşrut, sürücülük istiqamətləri

Avtomobil yolu Şamaxı — İsmayıllı avtomatik yaradılmışdır. Xəritədəki yol mavi xətt kimi göstərilir. İşaretleyiciləri hərəkət etdirərək, ehtiyac duyduğunuz nöqtələr vasitəsilə yeni bir marşrut yarada bilərsiniz.

Bütün marşrut

Təyyarə ilə məsafə

Səyahətə getmək qərarına gəlsəniz Şamaxı İsmayıllı təyyarə ilə, sonra məsafəni uçmalısan — 44 km və ya 27 mil. Xəritədə boz xətt ilə qeyd edilmişdir (düz xəttin iki nöqtəsi arasında).

Uçuş vaxtı

Təxmini uçuş vaxtı Şamaxı İsmayıllı təyyarə ilə seyr sürətində 750 km / saat olacaq — 3 min.

Hərəkət istiqaməti

Azərbaycan, Şamaxı — sağ yol. Azərbaycan, İsmayıllı — sağ yol.

Vaxt fərqi

Şamaxı və İsmayıllı eyni vaxt zonasındadır. Aralarında vaxt fərqi yoxdur (UTC +4 Asia/Baku).

Maraqlı Faktlar

İstədiyiniz yerə çatmağın alternativ yolları haqqında məlumat.

Şamaxı Şəhərinin Foto Bankı

Şamaxı Cümə məscidi – qədim Şamaxı şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədimməsciddir.

Memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı rayonu xüsusilə, Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlamışdı. Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar sərəncam inzalamışdır.Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat məbləğində vəsait ayrılsın.

Məscidin inşa tarixi haqqında

Məsçidin inşası 743-744 illərə aiddir. Bu nəticəyə Şahqulu Qacarın başçılığı altında Tiflis geologiya komissiyasının tətqiqatlarına əsasən gəlinmişdir. Bu tarix Cümə məsçidinin fasadı üzərindəki, hicri 126 ili bildirən ərəb yazısından məlum olmuşdur. Məhz bu zaman ərəblər Azərbaycan Respublikası ərazisində məsçidlərin və başqa abidələrin inşasına başlamışlar. Bu islamın Qafqaz ərazisində yayılması ilə bağlı idi. Şamaxı Cümə məsçidi 734 ildə inşa edilən Dərbənd cümə məsçidindən sonra Qafqazda ən qədim məsçiddir. Məsçidin inşası Ərəb Xilafətinin Azərbaycan canişini, Əməvi xəlifəsi I Validin (705-715) qardaşı Məslamə ibn Əbd ül-Malikin dövrünə təsadüf edir. Şamaxı onun dövründə canişinin Qafqazdakı iqamətgahı idi. Ərəblər Şamaxıya böyük önəm verirdilər, bu Cümə məsçidinin memarlıq üslubundan açıq aydın görünür.

Səlcuqluların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar 1123 ildən başlayaraq, gürcülərin talançı quldur basqınlarından müdafiyə məqsədilə, yardım üçün səlcuqlu sultan Mahmuda (1118-1131) müraciyəy edirlər. [2] O yazır ki, o vaxt onlar Şamaxı şəhərinə hücum edərək “məsçidi dağıtmışlar, minarəni uçurmuşlar, və şəhərdə quldurluq edirmişlər”

Cümə məsçidinin ilk rekonstruksiyası XII əsrin sonundan başladı və Cümə məsçidinin dəfələrlə xəsarətlər almasın və III Mənüçöhrün dövründə Şirvanşahların güclənməsi ilə bağlı idi. Tarixçi-arxeoloq Q.Ciddi, tarixi qaynaqlara və inşaat kitablarına əsaslanaraq, quruculuq işlərinə görə III Mənüçöhrün “Böyük xaqan” adlandırıldığını deyir.

Məsçidin ikinci rekonstruksiyası XVII əsrdə, Səfəvilərin dövründə baş verir. 1656 ildə Şamaxıda olan Övliya Çələbi vilayətin ən böyük ibadəd ocaqlarından biri adlandırır. O həm də, Səfəvilər dövründə məsçidin bəzi struktur dəyişikliklərinə məruz qaldığını qeyd edir.

Məsçidin üçüncü rekonstruksiyası 1859 il zəlzələsi vaxtı məsçidə toxunan böyük zədələrdən sonra başlanıb, və 1860 ildə quberniya memarı Q. Hacıbababəyov tərəfindən həyata keçirilib. Bu rekonstruksiya rus rəssamı Q.Qaqarinin eskizləri əsasında aparılıb.

1918-ci ildə məscid erməni-daşnaqları tərəfindən yandırılmışdır. Aleksandroviç yazır ki, təəssüf, yanğın zamanı məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də Şamaxıda əldə etdiyimiz qiymətli məlumatlar Cümə məscidinin tarixi üzərinə də müəyyən işıq salır.

Zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdığı zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. (Marçenkonun dağılmış Şamaxı şəhəri haqqındakı məruzəsinin mətni, 26.04.1902-ci il iclasındaPeterburqda A.İ.Nosaleviçin çıxışı. Mülki mühəndis xəbərləri. S.P.b,1902,e 2 mart-aprel, s.62). Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir və bütünQafqazda, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-734) ən qədim məsciddir. General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan göründüyü kimi, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olmuşdur. Məktubda yazılır: Təcili olaraq böyük Cümə məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülkü mühəndis zabitinə tapşırılsın.

Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.

Arxitekturası

Məscidin mərkəzi simmetrik kompozisiyasını konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır. Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyük və ona tabe edilən balaca yan günbəzlər ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını daha da dinamik göstərmək üçün onun günbəzi üfüqi istiqamətlənmiş gövdəsinin əksinə qoyulur.

Bərpası haqqında [ redaktə | əsas redaktə ]

1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılmışdır.

Q.Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da xarabalar içindən yenidən qalxıb dirçəlirdi.

1903-cü ilin oktyabrında cümə məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çox əsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə məscidinin qorunub saxlanması əsas və məsuliyyətli tapşırıq oldu. Komitə Cümə məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin lahiyələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (Özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər davam olundu) lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivərbəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam olunmasını mülkü mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı.
1909 -cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə İslam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddi və simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çox planlı, rəngarəng, memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvarı taçbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti vardır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq lazımdır. Bu tədqiqatlar Bakıdak ı Məhəmməd, yaxud Sınıqqala minarəsi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlıq məktəbinin də bir çox aspektlərini işıqlandırmağa imkan verər.

Comments are closed, but trackbacks and pingbacks are open.