Презентация на тему Ana dili və vətən haqqında şeirlər
O el,-
anadan adsız doğulub,
ada-şöhrətə çatdığım,
ilk şeirimi yaratdığım,
Azərbaycan torpağıdır!
Mənalı Ana dili şeirləri
Ana dili şeirlərindən ilk 3-ü uşaqlar, qalan 4-ü isə böyüklər üçündür.
Mənalı Ana dili şeirləri
1) Azərbaycan dili şeiri
Müəllif: Ələmdar Quluzadə
Anaların laylası
Bizim ana dilimiz,
Anamız tək sevirik
Dil açanda onu biz.
Min illərdir yaranıb,
Hər kəlməsi bir çiçək
Zəngindir yurdum kimi,
Qədimdir tarixim tək.
O şirin avazıdır
Kəpəzin də, Milin də,
Ürəyim də danışır
Azərbaycan dilində.
2) Ana dilim şeiri
Müəllif: Mina Rəşid
Ana dilim bal kimi
Danışmaqdan doymuram.
Mən onu neçə dilin
İçində qoruyuram.
Anamın laylasıyla
Mən boy atıb böyüdüm.
Onun şirin diliylə
Fərəhlənib öyündüm.
Sponsor1
Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.
Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.
Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı
Həm də ana dilimi.
3️⃣ Ana dili şeiri
Müəllif : İslam Səfərli.
Dilim, –
su kimi büllur,
bal kimi şirindir
Elim –
Vətən adlı
ilk sevgilimdir.
Mən elimin
ürəyimdən bir səs keçir:
-əqidəmdə doğruyam!…
Dilim,-
dillər tacı olsun deyirəm.
Öz dilini sevməyənlər,
lal olub, yerə girsin,
bir kəlmə söz möhtacı olsun, deyirəm.
El mənim,
Mən də elin.
Qəlbimdəki hər telin,
Səsi sazımda gülür.
Dilim,-
bir dağ çeşmesidir,
ürəyimdən dodağıma süzülür…
O çeşmənin gözünü
Gözüm qədər sevirəm…
Onun hər damlasını,
özüm qədər sevirəm,
Çınqıllı daşlarını,
bir mirvari sanıb mən.
Kaş boynuma düzəydim,
can Vətən!…
Sponsor
Mən qürurumu
Qürurlara
qürur saya bilmərəm.
Körpə bir uşaq
Beşikdən baş qaldırıb
“Ana” – desə,
Onu bağrıma basıb gülərəm,
Çünki o, öz dilimdir,
Ana dilim.
Pərvaz et hər yana,dilim!
mən qəlbi
qəlbimdə döyünənləri,
Mənim kimi
öz millətiylə öyünənləri,
Dilimi sevənləri sevirəm.
Hər kim nə deyir-desin,
elimi sevənləri sevirəm.
O el,-
anadan adsız doğulub,
ada-şöhrətə çatdığım,
ilk şeirimi yaratdığım,
Azərbaycan torpağıdır!
O dil,-
Şərqin
Mən bir nəğməli dodağıdır.
Dodaq dedim.-
O, ürək tərcümandır.
ürəksizsə nvğmə olmaz.
Dilim,-
Nərgiz gülü kimidir.
Boranı da düşse solmaz.
Çünki bu dil,
Baharistan torpağımda,
atmış rişə.
Bu dil,-
O vaxt məhv olar ki,
Dünya qopa, Güneş düş.
Yoxsa heç bir saxta qürur,
qüruruma düşməz yaxın.
Nəğmə deyin axın-axın.
Bu nəğmələr
ürəklərə axıb dolsun.
Bizim könül nəğməmizsə,
“Azərbaycan himni” olsun!…
4) Ana dilim şeiri
Müəllif: Şirinxanım Kərimbəyli.
Hər dili öyrənmək yaxşıdır, amma-
Öz ana dilini bilməmək günah.
İnsanlıq dünyanın baxşıdır, amma-
Dil ilə açılır həyata sabah.
Bu dillə öyrəndik ana sözünü,
Vətənin hər qarış yerin sevməyi.
Bu dillə tanıdı millət özünü,
Başladı həyatı dərin sevməyi.
Bayatı-laylamız bu dildən gəldi,
Hopdu ruhumuza, canımıza o.
Vətənə məhəbbət odu yüksəldi,
Yeridi damara, qanımıza o.
Keçdi anamızın layla səsindən,
Həkk oldu eşq ilə kamalımıza.
Ürəyi oxşayan xoş nəfəsindən,
Yapdı dil sarayı amalımıza.
Öz ana dilini bilməyən kimdi?
Onun varlığı da Vətənə yaddı.
Bu dil dərmanımız, bu dil həkimdi,
Bu dildə danışan yurda övladdı.
Mənalı Ana dili şeiri
5) Ana dilim şeiri
Müəllif: Nəbi Xəzri
Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən
Qəlbimə günəşin özüylə axdın.
Ana gözlərindən süzən nur kimi
Hopdun ürəyimə sən gilə-gilə,
Hər kəlmən, hər sözün bəzənməyibmi
Mehriban anamın təbəssümüylə?!
Ucalır bağçadan bülbülün səsi,
Çay susur, əsməyir, çəməndə yel də.
Nə qədər doğmadır onun nəğməsi,
Bülbül də elə bil ötür bu dildə.
6)Ana dili şeiri
Müəllif: Bəxtiyar Vahabzadə.
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
7) Ana dilimə dəymə! şeiri
Müəllif: Süleyman Rüstəm
Mən, sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!
Həsədlərlə baxdım çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən!
Altında atəş var, külümə dəymə!
Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara.
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
Ana dili şeirləri,Ana dilim şeirləri,ana diline aid seirler, dil haqqında şeirlər,dil haqqında şeir,ana dili haqqında şeir, Ana dili seiri
Презентация на тему Ana dili və vətən haqqında şeirlər
Слайд 1Ana dili və Vətən haqqında şeirlər
Hazırladı : Mina Qənbərova
Слайд 2Bəxtiyar Vahabzadə – Ana dili
Слайд 3
Слайд 4Şirin dil –Ana dili
Bəstəkar Emin Sabitoğlu
Söz: Bayatılar
İfaçı: Gülağa Məmmədov
Слайд 5Məmməd Araz – Vətən mənə oğul desə
Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar
yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xəzanımdır, xəzanım.
Слайд 6Abbas Səhhət –Vətənim
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə
Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz!
Слайд 7“İBLİS” pyesindən İblisin monoloqu
Слайд 8“Hamlet” əsərindən bir parça Tələt Əyyubovun tərcüməsi
Ölümmü, qalımmı? Sual budur, bu…
Taleyin dəhşətli
zərbələrinə
Müti bir qul kimi dözümmü, yoxsa
Üsyanmı qaldırım silahlanaraq?
Ya qələbə çalım, ya həlak olum?
Ölmək! Hər bir şeyi tamam unutmaq.
İnsan ürəyinin min bir dərdinin,
Min bir əzabının, intizarının,
Ağır zəncirini qırıb qurtarmaq,
O gözəl, son məqsəd bu deyilmidir?
Əbədi yuxuda yataraq qalmaq.
Ölmək ya uyumaq. Sonra da orda
Yuxularmı görmək? Bax, cavab budur.
Bu dünya mülkünün duyğularını
Ataraq, ölümün yuxusunda, ah,
İnsan nələr görür? Budur müəmma
Bizim ömrümüzü fəlakətlərdə
Uzadan müəmma, bax budur, budur.
Yoxsa hakimlərin baş vüqarına
Bütün əyyanların cahilliyinə
Hər yerdə, hər şeydə saxtakarlığa,
Ürəyin qıfılla bağlanmasına
Nakam məhəbbətə, hər bir rəzilin
Gözünün yalançı parıltısına,
Bir xəncər zərbəsi bütün bunları
Vurub yox etməyə kifayət ikən.
Kim dözərdi, de kim?
Ölümün bilinməz əsrarlarından
Gedər -gəlməz olar həmin diyardan.
Qorxu olmaseydi, həyat yükünün,
Ağırlığı altda sürükləməyə
Kim dözərdi, de kim? Bütün bunları
Düşünən beynimiz, qorxub çəkilir.
Solur bir gül kimi qətiyyətimiz.
Ağıl düşünməkdən dayanıb qalır.
Həyata keçməsi mümkün görünən
Ən böyük xəyallar, böyük arzular.
Cəsarətsizlikdən həlak olur, ah!
Bəsdir. Ah, Ofeliya! Mənim sevincim!
Dua eyləyərkən günahlarımı,
Məni də xatırlat mehriban mələk!
Comments are closed, but trackbacks and pingbacks are open.