Press "Enter" to skip to content

Bəxtiyar Vahabzadə kimdir

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bəxtiyar Vahabzadə

Bəxtiyar Vahabzadə (1925–2009) — görkəmli Azərbaycan şairi, filoloq və ictimai xadim, Azərbaycan SSR xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.

70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir.

Mündəricat

  • 1 Haqqında məlumatlar
    • 1.1 Təhsili
    • 1.2 Əmək fəaliyyəti
    • 1.3 Elmi fəaliyyəti
    • 1.4 Bədii yaradıcılığı
    • 1.5 İctimai aktivliyi
    • 1.6 Təltif və mükafatları
    • 1.7 Vəfatı
    • 1.8 Ailəsi
    • 1.9 Xatirəsi
    • 1.10 Kitabları
    • 1.11 Filmoqrafiya

    Haqqında məlumatlar [ redaktə | HTML redaktə ]

    16 avqust 1925-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

    1934-cü ildə ailəsi valideynləri ilə birlikdə Bakıya köçüb.

    Təhsili [ redaktə | HTML redaktə ]

    1942 – 1947-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

    Əmək fəaliyyəti [ redaktə | HTML redaktə ]

    1950 – 1990-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında əvvəl müəllim, sonra dosent, daha sonra isə professor vəzifəsində çalışıb.

    1990-cı ildə təqaüdə çıxıb.

    Elmi fəaliyyəti [ redaktə | HTML redaktə ]

    1951-ci ildə “Səməd Vurğunun lirikası” adlı mövzuda namizədlik dissertasiyası,

    1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.

    1980-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,

    2000-ci ildə isə Azərbaycan MEA-nın həqiqi üzvü seçilib.

    Bədii yaradıcılığı [ redaktə | HTML redaktə ]

    “Gülüstan” poeması; Nuxa fəhləsi, 23 oktyabr 1960-cı il, № 127 (1941); redaksiya adından qeyd olunub ki, Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir.

    1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri çap olunub.

    1949-cu ildə “Mənim dostlarım” adlı ilk şeir kitabı çap olunub. Həmin kitabda toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.

    1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

    1960 – 2003-cü illərdə qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

    İctimai aktivliyi [ redaktə | HTML redaktə ]

    1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.

    Bir dəfə Azərbaycan KP Bakı şəhər Komitəsinin üzvü və bir neçə çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

    1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovet 26 noyabr 1991-cı il tarixdə öz səlahiyyətini 50 deputatdan ibarət Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına verdikdə, Bəxtiyar Vahabzadə də Milli Şuranın üzvü olub.

    1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı Ağsaqqallar Şurasının üzvü olub.

    1995 və 2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

    Təltif və mükafatları [ redaktə | HTML redaktə ]

    • “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı (1974).
    • “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1975).
    • Azərbaycan SSR Dövlət mükafatı (1976).
    • SSRİ Dövlət mükafatı (1984).
    • “Azərbaycan SSR xalq şairi” fəxri adı (1984).
    • “Oktyabr İnqilabı” ordeni (1984).
    • “Əmək veteranı” medalı ()
    • “İstiqlal” ordeni (1995).
    • “Ləyaqət” ordeni (Rumıniya) — 2002

    Vəfatı [ redaktə | HTML redaktə ]

    Bəxtiyar Vahabzadənin Fəxri Xiyabanda qəbrüstü abidəsi. 2013-cü il

    13 fevral 2009-cu il tarixdə – 83 yaşında, Bakıda vəfat edib. Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.

    Ailəsi [ redaktə | HTML redaktə ]

    Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini olmuş, bir sıra ölkələrdə Azərbaycanın səfiri vəzifəsində çalışmışdır.

    Xatirəsi [ redaktə | HTML redaktə ]

    Türkiyənin Adana şəhərində Sosial Elmlər Liseyinə və

    Bakı şəhərinin Yasamal rayonunda bir küçəyə Bəxtiyar Vahabzadənin adı verilib.

    1 avqust 2018-ci il tarixdə isə Şəkidə şairin ev-muzeyinin açılışı olub.

    Kitabları [ redaktə | HTML redaktə ]

    1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
    2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.
    3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
    4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
    5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
    6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
    7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
    8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
    9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
    10. Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
    11. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
    12. Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
    13. İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
    14. Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
    15. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
    16. Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
    17. Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
    18. Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
    19. Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
    20. Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
    21. Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
    22. Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
    23. Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
    24. Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
    25. Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
    26. Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
    27. Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
    28. Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
    29. Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
    30. Muğam. Bakı: Yazıçı, 1982, 132 səh (ərəb əlifbası ilə).
    31. Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
    32. Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
    33. Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
    34. Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
    35. Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
    36. Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
    37. Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
    38. Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
    39. Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
    40. Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
    41. Vətəndaş. Bakı: Gənclik, 1994.
    42. Fəryad. Bakı: Azərbaycan, 1995.
    43. Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996.
    44. Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998.
    45. İstiqlal. Bakı: Gənclik, 1999.
    46. Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000.
    47. Ağ atlı oğlan. Bakı: Təhsil, 2002.
    48. Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
    49. Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
    50. Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
    51. Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
    52. Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh.
    53. Ana hədiyəsi

    Filmoqrafiya [ redaktə | HTML redaktə ]

    • Akademik Yusif Məmmədəliyev (film, 2005).
    • Azərbaycan naminə (film, 2005).
    • Bakı bağları. Buzovna (film, 2007).
    • Bəxtiyar Vahabzadə (film, 1987).
    • Bəxtiyar Vahabzadə (film, 2003).
    • Bizim qəribə taleyimiz (film, 2005).
    • Böyük ömrün anları (film, 2006).
    • Dünya şöhrətli məzun (film, 2003).
    • Habil Kaman (film, 1984).
    • İstiqlal şairi (film, 1996).
    • Kamil (film, 1997).
    • Qəmbər Hüseynli (film, 2007).
    • Qisas (film, 1991).
    • Qızlar (film, 2007).
    • Liderlik missiyası. 1-ci hissə (film, 2008).
    • Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011).
    • Mətbuat fədaisi (film, 2007).
    • Mirzə Babayev (film, 2001).
    • Muğam (film, 1995).
    • Muğamat var olan yerdə. (film, 2009).
    • Toğrul Nərimanbəyov (film, 1966).
    • Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015).
    • Zirvəyə doğru (film, 2007).

    Xarici keçidlər [ redaktə | HTML redaktə ]

    Vikisitatda Bəxtiyar Vahabzadə ilə əlaqədar sitatlar var.

    Ədəbiyyat [ redaktə | HTML redaktə ]

    1. Məmmədov Ə., Xalıqov F.Vahabzadə Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 548-553. — 1.000 nüsx.

    © 2019 – 2023 Şəki Ensiklopediyası
    Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

    • B
    • Şəxslər (familiya sırası ilə)
    • Şəkidən çıxmış görkəmli şəxslər
    • Şəkidən çıxmış şair və yazıçılar
    • Şəkidən çıxmış alimlər
    • Şəkidən çıxmış pedaqoqlar
    • 16 avqustda doğulanlar
    • Avqustda doğulanlar
    • 1925-ci ildə doğulanlar
    • 13 fevralda vəfat edənlər
    • Fevralda vəfat edənlər
    • 2009-cu ildə vəfat edənlər
    • Azərbaycan SSR əməkdar incəsənət xadimləri
    • Azərbaycan SSR dövlət mükafatı laureatları
    • Azərbaycan SSR xalq şairləri
    • SSRİ dövlət mükafatı laureatları
    • “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) laureatları
    • “Oktyabr İnqilabı” ordeni laureatları
    • “Əmək veteranı” medalı ilə təltif edilənlər
    • “İstiqlal” ordeni ilə təltif edilənlər
    • Rumıniyanın “Ləyaqət” ordeninin kavalerləri
    • Şair və yazıçılar
    • Şəxslər (ad sırası ilə)
    • “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
    • Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə

    Bəxtiyar Vahabzadə kimdir?

    Vahabzadə Bəxtiyar Mahmud oğlu, Azərbaycan SSR-in Nuxa qəzası, Şəki şəhərində anadan olmuş məşhur Azərbaycan şairi, dramaturqu və ədəbiyyatşünasıdır.

    Bəxtiyar Vahabzadənin doğum və ölüm tarixi.

    Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə anadan olmuş və 13 fevral 2009-cu ildə vəfat etmişdir.

    Bəxtiyar Vahabzadənin həyatı.

    Bəxtiyar Vahabzadənin 9 yaşı olduğunda ailəsiylə birgə Bakıya köçmüşdür. O burada orta məktəbi bitirmiş və daha sonra Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsində 1942 və 1947 illər arasında təhsil almışdır. O, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyasını 1952-ci ildə müdafiə etmişdir. Şair bədii yaradıcılığına 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O andan etibarən mətbuatda şeirləri və elmi məqalələri çap olunmağa başlanır. Bəxtiyar Vahabzadənin ilk kitabı lirik şeirlərdən ibarət olan və faşizmə qarşı mübarizədə qalib olmuş xalqın düşüncələrini əks etdirən “Mənim dostlarım” adlı kitabı olmuşdur. O hər zaman müasir dövrün problemlərini öz şeir və poemalarında əks etdirmişdir. 1960-2003 illəri ərzində onun “İkinci səs”, “Vicdan”, “Yağışdan Sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız Günah”, “Dar Ağacı” və “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. O tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyətinə davam etmişdir.

    Bəxtiyar Vahabzadə 1960-cı illərdə başlayan milli azadlıq hərəkatının öncülərindən biri idi. O, özünün 1958-ci ildəki “Gülüstan” poemasında parçalanmış Azərbaycanın tarixi faciəsini işıqlandırmış, rus və fars imperiyası arasında ayrılmış xalqın istiqlal uğrundakı ədalətli savaşına qoşulmuşdur.

    Bu əsərə istinadən şair 1962-ci ildə “milliyətçi” damğası ilə ADU-dan çıxarılmış, amma iki ildən sonra onun işi bərpa edilmişdir. Şair hər zaman mübarizəyə davam etmiş və birbaşa Sovetin qəddarlıqlarını ifşa edən əsərlərini, sovet ittifaqı dağıldıqdan sonra “Sandıqdan Səslər” başlığı ilə nəşr etdirmişdir.

    Şairin əsərləri dünyanın bir çox dillərinə – ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, eyni zamanda keçmiş Sovet Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

    Şairin ictimai-siyasi fəaliyyəti.

    O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibində fəaliyyət göstərmişdir. Şair 1995-2000-ci illərdə millət vəkili kimi fəaliyyət göstərmişdir.

    Bəxtiyar Vahabzadənin mükafatları.

    9 iyun, 1959-cu ildə şairə “Əməkdə fərqlənməyə görə” medalı təqdim edilmişdir. Bunun ardından,o, 13 sentyabr 1974-cu ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adıyla təltif edilmişdir. Bir il sonra isə şair “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdür. O 1 noyabr 1984-cü ildə “SSRİ Dövlət Mükafatı” ilə şərəfləndirilmişdir. Şairin “Azərbaycan SSRİ Xalq Şairi” , “Əmək Veteranı” , “İstiqlal” ordeni və Rumıniyada onun adına verilən “Ləyaqət” ordeni kimi mükafatları vardır.

    Bəxtiyar Vahabzadə – 1

    Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunmuşdur.

    Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

    Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir.

    Bəxtiyar Vahabzadə və Heydər Əliyev

    B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

    2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir

    • Teqlər:
    • Bəxtiyar Vahabzadə
    • , ədəbiyyat
    • , şəxsiyyətlər

Comments are closed, but trackbacks and pingbacks are open.