Press "Enter" to skip to content

Azərbaycan beynəlxalq aləmdə

11 aprel tarixində keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ oldu”, – deyə H. Hcıyev qeyd edib.

ATƏT

ATƏT — yəni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 ölkəsi, ABŞ və Kanadanın dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Helsinki sənədi gərginliyin azaldılması, burada yaşayan xalqların yaxınlaşması, Avropa qitəsində və onun ətraf ölkələrində əməkdaşlığın inkişafının uzunmüddətli proqramı kimi mühüm əhəmiyyətlidir.
Azərbaycanın Qarabağla əlaqədar işlərində ikibaşlı oyunu 20 ildir davam etdirsədə (özümüzündə təqsiri var), təşkilat 1990-cı ildə Yeni Avropa üçün Paris Xartiyasının imzalanması və bir sıra yeni institutların yaradılması ilə ATƏM-in fəaliyyətində yeni dövrün başlanğıcını qoydu. 1991-ci ildə Berlində, 1992-ci ildə Praqada və Stokholmda, 1993-cü ildə Romada, 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və s. keçirilmiş görüşlər, qəbul edilmiş yeni-yeni sənədlər ATƏM-in fəaliyyətinə xeyli fəallıq gətirmişdir.
ATƏT-in Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı BMT Katibliyi ilə çərçivə müqaviləsinin bağlanmasına və BMT Baş Məclisində müşahidəçi statusuna əsaslanır.
1992-ci il Helsinki bəyannaməsində üzv dövlətlər ATƏM-in BMT Nizamnaməsinin VII fəslinə uyğun olan regional saziz qəbul etdilər. 1994­ cü ildə Budapeştdə keçirilən dövlət və hökumət başçılarının zirvə toplantısında ATƏM təşkilat statusunu qazanaraq ATƏT adını aldı.
Helsinki yekun aktında -1975-ci ildə ATƏT üzvü olan dövlətlər qarşılıqlı münasibətlər qurmaq üçün 10 əsas müddəa qəbul etmişdir:
– dövlətlərin suveren bərabərliyi;
– zor tətbiq etməmə və zor tətbiq etməklə hədələməmə;
– dövlətlərin ərazi bütövlüyü;
– mübahisələrin sülh yolu ilə həlli;
– daxili işlərə qarışmama;
– fikir, vicdan, dini və etiqad azadlığı daxil olmaqla insan hüqüq və azadlıqlarına hörmət;
– bərabərlik və xalqların müqəddaratını həll etmək hüququ;
– dövlətlər arasında əməkdaşlıq;
– beynəlxalq hüquqi öhdəliklərin vicdanla yerinə yetirilməsi. Burada, istərdik ki, söylənilən 10 prinsipin bəzilərinə aid öz
mülahizələrimizi bildirək. Dövlətlərin suveren bərabərliyi prinsipi ATƏTin üzv dövlətləri hamılıqla birmənalı şəkildə qəbul edilsə də Azərbaycanerməni münasibətlərində ayrı-ayrı dövlətlər buna əməl etmir, ermənilərin tərəfini saxlayır, sözlə, sənədlə real əməl arasında heç bir uyğunluq yoxdur.
Zor tətbiq etməyə gəldikdə isə, ermənilər zor tətbiq etməkdən əl çəkmir, ATƏT-in qəbul edilmiş prinsiplərini pozur və hətta bu təşkilatın üzvü olan Rusiya silahla, maliyə ilə, ABŞ pulla yardım adı ilə, Fransa və
İslam ölkəsi olan İran isə başqa-başqa yollarla, üsüllarla onlara qayğı göstərirlər XX əsrin əvvələrində olduğu kimi.
S ərhədlərin toxunulmazlığı isə ermənilər tərəfindən 20 ildir pozulub, ATƏT-in üzv ölkələri isə təcavüzkarı heç cürə öz adı ilə çağırmaq istəmir və dövlətlərin ərazi bütövlüyü də həmin qəbildəndir.
Mübahisələrin sülh yolu ilə həlli problemi, 1994-cü ildən Azərbaycan-erməni tərəfləri arasında öz imzaları ilə təsdiq etsələr də ermənilər hər gün sülhü pozur, atəş açır, dinc Azərbaycan sakinlərini öldürür, sülh sazişinin əhəmiyyətini sıfıra endirirlər.
Daxili işlərə qarışmamaq prinsipində də ermənilər öhdəliklərinə əməl etmirlər. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanın əleyhinə qeyri-qanuni, yalançı məlumatlar yayırlar, ölkə daxilində bir çox hallarda terror hadisələri törətməklə insanları məhv etmiş, ölkəyə külli miqdarda iqtisadi və mənəvi zərbələr vurmuşlar, 300 illik düşmənçiliklərindən əl çəkməmişlər.
Vicdan məsələsində isə, qısa desək erməninin leksionunda belə bir fikir mövcud deyildir.
Dövlətlər arasında əməkdaşlıqdan danışdıqda isə, onlar həm Azərbaycandan və həm də Türkiyədən istədiklərini almaq, amma heç-nədə güzəştə getmək və ya həqiqətə uyğun hərəkət etmək fikrindən çox-çox uzaqdırlar.
Xalqların öz müqəddəratını həll etmə prinsipində ermənilər səhv olaraq israrlıdırlar. Ermənilər artıq öz müqəddəratlarını Azərbaycan torpaqları olan İrəvan xanlığı hesabına, onların soyqırımı hesabına,ölkəmizi talanetmə hesabına əldə ediblər. Bir millət, bir xalq öz müqəddaratını neçə dəfə həll edər. Xüsusəndə bu torpaqlar başqa bir xalqa mənsub olduğu halda.
Ermənilərlə beynəlxalq hüquqi öhdəliklərin vicdanla yerinə yetirilməsindən isə söhbət belə gedə bilməz. Eşit — inanma. Erməni həyat tərzində öhdəliyin yerinə yetirilmə prinsipləri heç bir tarixdə, heç bir xalqla, hətta onların dostluq etdikləri ölkə və xalqlar tarix boyu olmamışlar. Həmişə, hər yerdə qaraçı xislətlərinə uyğun hamını aldatmışlar. Təssüflənirik ki, digər ölkə və xalqlarla da — xüsusən də Rusiya, İran, bizim özümüz ermənilərin bu xasiyyətlərini tarix boyu nəzərə almamışlar.
ATƏT-in əsas məqsədləri isə aşağıdakılardır:
– qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və uzunmüddətli sülhün təmini üçün şəraitin yaradılmasına yardım etmək;
– beynəlxalq gərginliyin zəiflədilməsinə yardım etmək;
– Avropada təhlükəsizliyin bölünməzliyini, həmçinin üzv dövlətlər arasında əməkdaşlığın inkişafını qəbul etmək;
– Avropada və bütün dünyada sülh və təhlükəsizliyin qarşılıqlı asılılığını etiraf etmək;
– insan hüquqlarına riayət olunmasına, iqtisadi və sosial tərəqqinin, bütün xalqların rifahının yüksəlməsinə töhvələr vermək.
1990-cı ildə qəbul edilmiş Yeni Avropa üçün Paris Xartiyasına əsasən hər bir şəxsin:
1. Fikir, vicdan, din və etiqad azadlığı;
2. Fikrini ifadə etmək azadlığı;
3. Birləşmək və dinc yığıncaqlar keçirmək azadlığı;
4. İstədiyi yerdə yaşamaq və yaşayış yerini dəyişmək azadlığı hüququ vardır.
Heç kəs:
1. Qanuni əsas olmadan həbs edilə və tutula;
2. İşgəncəyə və ya başqa ağır, qeyri insani rəftara və ya cəzaya
məruz qala bilməz.
Hər kəs:
1. Öz hüquqlarını bilmək və onlara riayət edilməsini tələb etmək;
2. Azad və ədalətli seçkilərdə iştirak etmək;
3. Ədalətli və açıq məhkəmə baxışına;
4. Əmlaka malik olmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq;
5.Özünün iqtisadi, sosial və mədəni hüquqlarından istifadə etmək hüququna malikdir.
ATƏT-in üzv ölkələri 55-dən artıq olmaqla aşağıdakıları göstərmək olar. Amerika Birləşmiş Ştatları. Avstriya, Azərbaycan, Albaniya, Almaniya, Andorra, Belarusiya, Belçika, Bolqarıstan, Bosniya və Hersoqovina, Böyük Britaniya, Vatikan, Qazaxıstan, Qırğızıstan, Danimarka, Yunanıstan, Yuqoslaviya, İrlandiya, İsveç, İsveçrə, İslandiya, İspaniya, İtaliya, Estoniya, Ermənistan, Kanada, Kipr, Gürcüstan, Latviya, Litva, Lixteynşteyn, Lüksemburq, Malta, Makedoniya, Macarıstan, Moldova, Monoka, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya,Rumuniya, San-Marino, Slovakiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çexiya və s.

ATƏT-in quruluşu və insititutları, isə aşağıdakılardır.
1. Dövlət və hökumət başçılarının toplantısı. 1990-cı ilin noyabr ayında qəbul edilmiş Paris xartiyasına əsasən müşavirə hər iki ildən bir keçirilir. Müşavirədə ötən dövr ərzində baş verən hadisələrə yekun vurulur, iştirakçı dövlətlərin götürdükləri öhdəliklərə əməl etməsi ümumiləşdirilir, gələcək işin əsas istiqamətləri müəyyənləşdirilir.
2. ATƏT-in xarici işlər nazirlərinin Şurası. Mərkəzi icraedici və sərancamverici orqandır. İldə bir dəfədən az olmayaraq toplanır. Ş uranın əsas məqsədi dövlət və hökumət başçılarının zirvə toplantısını hazırlamaqdır.
3. Yüksək Vəzifəli Şəxslər Komitəsi. İki-üç aydan bir görüş keçirir və Komitə aşağıdakı məsələlərə baxır:
-ATƏT-in fəaliyyətini müşahidə, idarə və əlaqələndirmək;
– cari siyasi məsələlər üzrə məsləhətləşmələr keçirmək;
– ümumi siyasi derektivləri hazırlamaq;
– Ş uranın iclasları arasındakı dövrdə qərarlarqəbul etmək.
4. ATƏT-in fəaliyyət göstərən sədri vəzifəsini Şuranın sonuncu iclasını qəbul edən ölkənin xarici işlər naziri icra edir. O, ATƏT-in cari
fəaliyyətini əlaqələndirir və müzakirə edir. Fəaliyyət göstərən Sədr icra fəaliyyətinə görə ümumi məssuliyyət daşıyır. Bu vəzifədə qalma müddəti,
adətən bir təqvim ilidir. Sədr aşağıdakılara arxalana bilər:
– tərkibinə keçmiş, indiki və gələcək sədirlərin daxil olduğu üçlüyə;
– hər bir xüsusi halda fəaliyyət göstərən sədrə əlavə kömək göstərmək, məsələn, münaqişələrin aradan qaldırılması və böhranların nizamlanması məqsədilə təsis edilə bilən xüsusi rəhbəredici qrupa;
– bu və ya digər böhran və münaqişə baş verdiyi hallarda aydın və dəqiq mandatla Sədrə kömək təyin edilmiş şəxsi nümayəndələrə;
5. ATƏT-in üzv dövlətlərinin nümayəndələrindən ibarət Daim Komitəsi. (bu orqanı daimi Şura da adlandırılar). Bu Komitə təşkilatın gündəlik əməli məsələlərini həll edir, Daimi Komitə Vjanada yerləşir.
Onun işinə fəaliyyət göstərən Sədrin nümayəndəsi rəhbərlik edir. Komitənin üzvləri — ATƏT-in iştirakçısı olan dövlətlərinin daimi
nümayəndələri öz iclaslarını hər həftə Xoffburqda konqress-mərkəzdə keçirirlər. Daimi Şura siyasi məsələlər üzrə qərarlar qəbul edilməsi və məsləhətləşmələr aparılması ilə müntəzəm məşğul olur, ATƏT-ə aid olan bütün məsələlər barədə qərarlar qəbul edir. O, həmçinin fövqəladə vəziyyətləri müzakirə etmək üçün də çağırıla bilər.
6. Milli azlıqların işi üzrə Ali komissar milli azlıqlarla bağlı məsələlər üzrə operativ tədbirləri həyata keçirir.
ATƏT entik ixtilafların böyüyərək ATƏT regionunda münaqişələrə səbəb ola bilməsinin ilkin mərhələsində onun qarşısının alınması üçün operativ tədbirlər görülməsi məqsədilə dünyada sülhə, ATƏT-ə üzv dövlətlər arasında sabitliyə və münasibətlərə təhlükə törədə biləcək etnik ixtilafların araşıdırılması, onların ilkin mərhələdə nizama salınmasına yardım etməyə xidmət göstərir. MAAK-ın Bürosu Haaqada yerləşir.
7. Təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə forum.

ATƏT-in iştirakçı dövlətlərinin nümayəndə həyyətindən ibarət olan forum ATƏT-in tərkib ünsürlərindən biridir. Forumun görüşləri hər həftə Bjanada, Xoffburq mərkəzində keçirilir. TƏF çərçivəsində Avropanın bütün ərazisində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üzrə konkret tədbirlər barədə danışıqlar və məsləhətləşmələr aparılır. Onun əsas vəzifələri:
a) silahların məhdudlaşdırılması, tərksilah və etimad üzrə konkret tədbirlər barədə danışıqlar və məsləhətləşmələr aparılmasından;
b) təhlükəsizlik məsələləri üzrə müntəzəm məsləhətləşmələr keçirilməsi və sıx əməkdaşlıq edilməsindən və
v) münaqişələrin baş vermə təhlükəsinin daha da azalıdalması istiqamətində fəaliyyətdən ibarətdir. Bu forum, həmçinin təhlükəsizlik və etimadı möhkəmləndirilməsi tədbirlərinin (TET) həyata keçirilməsinə, hərbi doktrinalar üzrə seminardlar hazırlanmasına, yekunların qiymətləndirilməsi üzrə illik müşavirələrin keçirilməsinə cavabdehdir və razılaşdırılmış TET-lərin çərçivəsində təqdim olunmuş informasiyaların araşdırılması və baxılması üçün bir forum kimi xidmət göstərir.
8. Demokratik Təsisatlar və İnsan Hüquqları Üzrə Büro aşağıdakıları həyata keçirir:
— insan amili sahəsində öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir;
— beynəlxalq humanitar hüqüq və insan amili haqqında ümumi məlamatları yayır;
– demoktratik institutların yaradılması üzrə seminarlar təşkil edir. DTİHB Varşavada yerləşir. O, ATƏT-ə üzv ölkələrdə seçkilərin
keçirilməsi və demoktratik təsisatların inkişafı haqqında informasiya mübadiləsi üçün təşkilat hədləri təmin edir, seçkilərin keçirilməsi üzrə müşavirədə işini əlaqələndirir, konstitusiya və hüquq məsələləri sahəsində ekspert köməyi göstərir.
9. Parlament Assambleyası. 1991-ci ilin aprelində ATƏT-in üzv
ölkələrinin parlamentarları ATƏT-in Parlament Assambleyasını yaratmaq qərarına gəldilər. Onun cari işlərini Kopenhagendə yerpləşən Katiblik aparır. Fəaliyyət göstərən Sədr PA ilə müntəzəm əlaqə saxlayır və ona ATƏT-in fəaliyyəti barədə məruzə edir. Əhalinin sayından asılı olaraq hər üzv -dövlətdən 2-17 nümayəndə olmaqla cəmi 312 nəfərdən ibarət olur. Hər il üzv dövlətlərin birində sessiyalar keçirir. Qərarlar bir qayda olaraq sadə səs çoxluğu, bəzən konsensus yolu ilə qəbul edilir.
Parlament Assambleyasının siyasi və təhlükəsizlik, iqtisadi və humanitar məsələlər üzrə üç əsas komitəsi vardır. Assambleya aşağıdakı məsələlərə baxır:
– ATƏT-in fəaliyyətini qiymətləndirmək;
– dövlət və hökümət başçılarının görüşündə və ya ATƏT-in Nazirlər Şurasında baxılan məsələlər üzrə müzakirələr keçirmək;
– milli parlamentləri müntəzəm olaraq məlumatlandırmaq.
10. ATƏT-in Katibliyi. Vjanada yerləşir. Katibliəyə baş katib
rəhbərlik edir. O, Yüksək Vəzifəli Şəxislər Komitəsinin təklifi ilə ATƏTin Şurası tərəfindən 3 il müddətinə seçilir.
Katiblik, əsasən Vyanada fəaliyyət göstərir. O, dörd şöbədən ibarətdir:
a) Fəaliyyət göstərən Sədrin işini təmin edən ümumi məsələlər üzrə şöbə görüşlərinin hazırlanmasına, beynəlxalq təşkilatlarla və mətbuatla əlaqələrə, ictimai informasiya məsələlərinə cavabdehdir;
b) münaqişələrin aradan qaldırılması üzrə mərkəz — münaqişələri aradan qaldırmaq və böhranları nizama salmaq sahəsində ATƏT-in fəaliyyətinin ümumi təminatı ilə, həmçinin ATƏT-in missiyalarını operativ müdafiə etməklə məşğuldur; Mərkəz çərçivəsində məlumatlar bazası olmaqla ATƏT-in rabitə şəbəkəsi fəaliyyət göstərir;
v) konfranslara xidmət göstərən şöbə — konfrans və tərcümə xidmətini təmin edir, sənədlər və protokol məsələləri ilə məşğuldur;
q) inzibati-büdcə şöbəsi-inzibati xidmət göstərir, kadr siyasəti ilə məşğul olur və maliyyə nəzarətinə cavabdehdir.
ATƏT Katibliyinin daimi əməkdaşlarının ümumi sayı 65 nəfərə yaxındır.
11. Baş katib Nazirlər Şurası tərəfindən üç il müddətinə seçilir. O, Vyanada fəaliyyət göstərən sədrin nümayəndəsi kimi çıxış edir və bütün fəaliyyəti dövründə ATƏT-in məqsədlərinin həyata keçirilməsi üzrə onu dəstəkləyir. ATƏT-in qurumlarına və apardığı əməliyyatlara rəhbərlik də Baş katibin funksiyalarına aiddir. O, ATƏT-in əsas inzibati vəzifəli şəxsidir, ATƏT-in görüşlərinə hazırlıq və işinə rəhbərlik məsələlərində fəaliyyətində olan sədrlə əməkdaşlıq edir, qəbul olunmuş qərarların yerinə yetirilməsini təmin edir.
12. ATƏT-in missiyaları. Hazırda ATƏT-in Bosniya və Hersoqovinada, Xorvatiyada, Estoniyada, Gürcüstanda, Kosovo, Sancaq
və Voyevodinada, Latviyada, keçmiş Yuqoslaviya Respublikası Makedoniyada, Moldovada, Tacikistanda, Ukraynada və s. missiyası
fəaliyyət göstərir. ATƏT-in missiyaları münaqişələri aradan qaldırmaq və böhranları nizamlamaq məqsədinə xidmət edir. Onların mandatında, adətən, yerlərdə nümayəndələrlə sıx əlaqə yaratmaq və cəlb edilmiş tərəflərlə dialoqu möhkəmləndirmək tapşırığı nəzərdə tutulur. Hər bir missiyanın mandatı konkret şəraitə uyğun olaraq hazırlanır.
13. Sanksiyaların müdafiəsi üzrə missiyalar. 1993-cü ilin fevralında ATƏT sanksiyaların dəstəklənməsi üzrə missiyaların təsis
edilməsi barədə qərar qəbul etmişdir. Serbiya və Çernoqoriyaya tətbiq edilən sanksiyaların və keçmiş Yuqoslaviyanın bütün Respublikalarına silah satışına embarqonun həyata keçirilməsinə nəzarət bu missiyalardandır. Bu missiyalar keçmiş Yuqoslaviya Respublikası (Serbiya və Çernoqoriya) ilə həmsərhəd olan bütün ölkələrdə fəaliyyət göstərmişdir.
14. Barışıq və Arbitraj Məhkəməsi. Məhkəmə 1994 cü ilin dekabrında ratifikasiya haqqında on iki sənədin saxlanmağa verilməsindən
və ya birləşmədən sonra qüvvəyə minmiş ATƏT çərçivəsində barışıq və arbitraj üzrə Konvensiyaya uyğun olaraq təsis edilmişdir. Onun vəzifəsi barışıq və ya müvafiq hallarda Konvensiyanı imzalamış, ATƏT-in iştirakçı dövləti tərəfindən onun müzakirəsinə çıxarılan mübahisənin arbitraj vasitəsilə nizamlanmasıdır. Məhkəmə Cenevrədə yerləşir.
15. Birgə Məsləhətləşmə qrupu.1990-cı ildə Avropada Adi Silahlı qüvvələr haqqında Müqavilənin (AASQ) iştirakçıları məqsədə çatmaq və ATƏM çərçivəsində bağlanan AASQ haqqında, Müqavilənin müddəalarının yerinə yetirilməsinə kömək üçün birgə Məsləhətləşmə qrupu təsis etdilər. BMQ Müqavilənin müddəalarına əməl edilməsi ilə bağlı məsələlərlə məşğul olur. Müqavilənin həyat qabiliyyəti və səmərəliliyinin yüksəldilməsi istiqəmətində tədbirləri müzakirə edir, onun yerinə yetirilməsinin texniki aspektləri haqqında qərarlar qəbul edir, bununla əlaqədar ortaya çıxan mübahisəli məsələləri həll edir. Birgə Məsləhətləşmə Qrupunun işində-iclasları Bjanda keçirir.
16. Açıq Səma üzrə Məsləhətləşmə Komissiyası. 1992-ci ildə iştirakçı dövlətlər Açıq Səma və Məsləhətləşmə Komissiyası təsis edilər. Komissiya formal olaraq ATƏT-in sturkturlarına daxil edilməsə də ATƏT ilə Səma üzrə Müqavilə arasında siyasi əlaqə 1992-ci ildə qəbul olunmuş xüsusi bəyannamədə müəyyən edilmişdir. ASMK-nın iclaslarında ATƏTin katibliyi xidmət göstərir. ASKM-nın həftədə bir dəfə Vyanada keçirilən iclaslarında cəmi 27 iştirakçı dövlət və ya 17 müşahidəçi dövlət təmsil olunmuşdur.
ATƏT-in maliyyələşdirilməsi. ATƏT-in bütün təsisatlarının, danışıqlarının, xüsusi görüş və missiyalarının fəaliyyətinin maliyyələşdirilməsi iştirakçı dövlətlərin üzvülük haqqı hesabına həyata keçirilir. Maliyyələşdirilmənin bu qaydası ezamiyyətdə olan əməkdaşlara şamil edilmir, belə ki, onların əmək haqqı milli orqanlar tərəfindən ödənilir.
1992-ci il yanvar ayının 20-dən Azərbaycan Respublikası ATƏT-in üzvüdür. İyul ayının 10-dan isə Azərbaycan tərəfindən Helsinki Yekun aktı imzalanmışır. 1992-ci ilin mart ayının 24-də ATƏT-in Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması üçün 11 dövlətin daxil olduğu Minsk qrupu yaradılmışdır. Minsk qrpunun əsas vəzifəsi münaqişəni nizama salmaq məqsədilə vasitəçilik etmək, müvafiq sənədlər hazırlamaq və münaqişənin sülh sazişi ilə başa çatdırılması üçün xüsusi Minsk Konfransı çağırmaqdır.
Yuxarıda çox müfəssəl şəkildə ATƏT-in vəzifəsi və sturukturu haqqında məlumatlardan onların bütün fəaliyyətləri çərçivəsi aydınlaşır. Onların işçiləri bizim hesabımıza, yəni üzv dövlətlərin maliyyəsi hesabına mövcuddurlar. Belə çıxır ki, ATƏT-ə üzv dövlətlərin sayı nə qədər çox olarsa və münaqişələr nə qədər çox üzanarsa ATƏT əməkdaşlarının maraq dairələrinə daha uyğundur.
Bizim üçün maraq kəsb edən digər məsələlərdən biri də Azərbaycanın onlardan umacağıdır. ATƏT-in söylədiyimiz funksiyalarına bir əsasnamə kimi baxarıqsa, aydınlaşar ki, onlar qəti qərar sahibi deyillər. Onların işləri münaqişə tərəflərini hər kəsin öz milli psixologiyasına yuğun «tumarlamaq-şumallamaqdır».
Qaldı ki, münaqişədə olan dövlətlərin siyasi sturukturlarının öz xalqına müraciətlərinə, əlbət də uduzan tərəf hesabatını və fikrini daxili sabitliyi saxlamaqla rəhbərlikdə qalma müddətini üzatmağa kökləyir.
Bəlkə də başqa çıxış yolu yoxdur, onu tapa bilmir, yaxud xalqını özünə inandıra bilmir və s. məsələlər ola bilər.
Münaqişənin qalib tərəfi isə əksinə, öz xalqına müraciətdə bir çox çatışmamazlığı bu əlamətlə pərdələməyə üstünlük verirlər. Bunun bariz nümunəsi 60 illik müharibələr aparan Fələstin-İzrail və 20 illik müharibələr yaşayan Azərbaycan-erməni münaqişələridir.

Azərbaycan beynəlxalq aləmdə

Azərbaycan ATƏT-in üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏT Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.

Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv olduqdan sonra ATƏT-in 1992-ci ildə keçirilmiş Helsinki, 1994-cü ildə keçirilmiş Budapeşt, 1996-cı ildə keçirilmiş Lissabon, 1999-cu ildə keçirilmiş İstanbul və 2010-cu ildə keçirilmiş Astana Sammitlərində iştirak etmişdir.

ATƏT-in sonuncu sammiti 2010-cu ilin 1 — 2 dekabr tarixlərində Astanada keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sammitdə qəbul edilmiş yekun Bəyannamədə ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsiplər əsasında həllinin vacibliyi qeyd edilmişdir.

Nazirlər Şurası — təşkilatın Sammitdən sonra ikinci əsas qərar qəbul etmə orqanıdır. İştirakçı dövlətlərin xarici işlər nazirlərindən ibarət olan Şura, bir qayda olaraq, ildə bir dəfə (Sammit keçirilən illər istisna olmaqla) təşkilata sədrlik edən ölkədə təşkil edilir.

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclaslarında, qərar və sənəd layihələrinin müzakirələrində fəal iştirak edir.

Daimi Şura — iştirakçı dövlətlərin ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan qərar qəbuletmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir.

ATƏT çərçivəsində iştirakçı dövlətlər arasında dialoq və əməkdaşlığın təşviqi və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrası məqsədilə iştirakçı dövlətlərə yardım göstərilməsi məqsədilə üç icraçı institut fəaliyyət göstərir: Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu (DTİHB), Media azadlığı üzrə Nümayəndə və Milli Azlıqlar üzrə Ali Komissar.

Demokratik Təsisatlar və İnsan hüquqları Bürosunun baş ofisi Varşava şəhərində yerləşir və insan ölçüsü üzrə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək mandatına malikdir.

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə 1998-ci ildən başlayaraq əməkdaşlıq aparmış və demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin müşahidə prosesində iştirak etmişdir.

ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi vəzifəsi təşkilatın Daimi Şurasının 5 noyabr 1997-ci il tarixli qərarı ilə təsis edilmişdir. Nümayəndənin mandatına ATƏT iştirakçı dövlətlərində media sahəsindəki prosesləri müşahidə etmək və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək aiddir. Nümayəndənin ofisi Vyana şəhərində yerləşir.

Azərbaycan hökuməti ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə onun mandatına daxil olan məsələlər ilə bağlı əməkdaşlıq edir. Bu təsisat ilə əməkdaşlığın nümunəsi kimi azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün keçirilən treninqlər, xüsusilə Azərbaycanın kütləvi informasiya vasitələrinə aid qanunvericiliyinin təkmilləşdirilməsi və onun hüquqi ekspertizasını göstərmək olar.

ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissar vəzifəsi ATƏM-in 1992-ci il Helsinki Sammitinin müvafiq qərarına əsasən təsis edilmişdir. Ali Komissarın mandatı ATƏT iştirakçı dövlətlərində milli azlıqlardan qaynaqlanan gərginliklərin qarşısını almaq məqsədilə erkən xəbərdarlıq və erkən fəaliyyət istiqamətlərini əhatə edir. Ali Komissarın ofisi Haaqa şəhərində yerləşir.

ATƏT-in tamhüquqlu üzvü olmasından sonra Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Azərbaycan milli azlıqların hüquqlarının müdafiəsi, onların vətəndaşı olduqları dövlətlərin ictimai həyatına tamhüquqlu inteqrasiyası kimi vacib istiqamətlərdə yaxşı təcrübələrin bölüşülməsi və norma yaradıcılığı sahələrində əməkdaşlıq edir.

ATƏT-in Baş katibi təşkilatın Katibliyi və icraçı qurumlarının gündəlik fəaliyyətinin əlaqələndirilməsi funksiyasını daşıyır. Nazirlər Şurasının qərarı ilə üç il müddətinə təyin edilir.

2018-ci ilin 12 sentyabr tarixində ATƏT-in Baş Katibi cənab Tomas Qreminger ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş katib Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının xarici işlər naziri, Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığının praktik aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.

ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyası ATƏT-in muxtar qurumu kimi parlament müstəvisində dialoqun təşviqi məqsədini güdür və məşvərətçi xarakter daşıyır. Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ATƏT PA-nın işində 3-ü əsas olmaqla, ümumilikdə 6 millət vəkili ilə təmsil olunur.

Azərbaycan və ATƏT PA arasında sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. ATƏT PA-nın 2014-cü ildə İllik Sessiyası Bakıda təşkil edilmişdir. Qurumun müxtəlif illərdə keçirilmiş illik sessiyalarında Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif qətnamələr qəbul edilmişdir. Hazırda qurum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış “İpək yoluna Dəstək” qeyri-rəsmi qrupu fəaliyyət göstərməkdədir.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın rəsmi təmsilçiləri mütəmadi olaraq ATƏT-in İnsan Ölçüsü üzrə İllik Toplantılarında iştirak edir. Toplantıya bir qayda olaraq, Xarici İşlər Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri qatılır.

2020-ci ildə Azərbaycan ATƏT ilə insan hüquqları sahəsində effektiv əməkdaşlığı davam etdirmişdir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər (seminarlar, təlimlər, konfranslar və s.) təşkil edilmişdir. Tədbirlərin əksəriyyəti COVİD pandemiyası səbəbindən onlayn keçirilmişdir. İl ərzində müxtəlif dövlət orqanlarının nümayəndələrinin beynəlxalq tədbirlərdə, habelə seçki proseslərinin izlənməsi və seçkilərin müşahidəsində iştirakı təmin olunmuşdur.

Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini təmin edən və aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. 2002-ci ilin dekabrında Seçki Məcəlləsinin layihəsi Azərbaycan hökumətinin, müxalifətin, beynəlxalq təşkilatların və cəmiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT-in DTİHB tərəfindən təşkil edilmiş dəyirmi masalarda müzakirə olunmuşdur. Seçki Məcəlləsi 2003-cü ilin may ayında qəbul edilmiş və Prezidentin imzaladığı gündən sonra qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvəti ilə DTİHB 11 aprel 2018-ci ildə keçirilmiş erkən prezident seçkiləri üçün Seçki Müşahidə Missiyasını (SMM) ezam etmişdir. DTİHB-in SMM Bakıda yerləşən 10 beynəlxalq ekspertdən ibarət idi. Bundan əlavə, DTİHB ATƏT-ə üzv ölkələrdən 30-dan çox uzunmüddətli və 280 qısamüddətli müşahidəçiləri ölkəyə yerləşdirilməsini xahiş etmişdir. Müşahidəçilər namizədlərin qeydiyyatını, kampaniya fəaliyyətlərini, seçki administrasiyası və müvafiq hökumət orqanlarının işini, seçki qanunvericiliyini və onun tətbiqini, media mühitini və seçki ilə bağlı mübahisələrin həlli işini izləmişdir.

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvətinə əsasən, DTİHB tərəfindən 9 fevral 2020-ci il tarixində ölkəmizdə keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə SMM təsis edilmişdir. Həmin SMM-in Bakıda yerləşən əsas heyəti 12 nəfərdən ibarət idi. Seçkiləri müşahidə etmək üçün DTİHB tərəfindən 271 uzunmüddətli və qısamüddətli müşahidəçi cəlb edilmişdir. Müşahidəçilər bütün seçki prosesini izləmişdir. Parlament seçkiləri Azərbaycan Hökuməti tərəfindən aparılan islahatlar çərçivəsində vacib məqam və ölkənin demokratik inkişafı üçün önəmli addım olmuşdur.

ATƏT-in fəaliyyətdə olan Sədri təşkilat çərçivəsində fəaliyyətin və iştirakçı dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsi məqsədilə təsis edilmişdir. Təşkilata sədrlik edən ölkə Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edilir. Fəaliyyətdə olan Sədr funksiyalarını isə həmin ölkənin xarici işlər naziri həyata keçirir.

2021-ci ilin 14 — 15 mart tarixlərində ATƏT-in fəaliyyətdə olan Sədrinin Azərbaycana səfəri baş tutmuşdur. Səfər çərçivəsində keçirilmiş görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra regionda yaranmış vəziyyət, münaqişədən sonrakı bərpa, yenidənqurma və yenidən inteqrasiya proseslərində ATƏT-in rolu, habelə Azərbaycan ilə ATƏT arasında praktiki əməkdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılmışdır.

2021-ci ilin 25 may tarixində Daimi Şuranın xüsusi iclasında Azərbaycan Respublikasının xarici işlər naziri çıxış etmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycan Respublikasının bərpa, yenidənqurma və yenidən inteqrasiyaya dair baxışını diqqətə çatdırmışdır.

ATƏT və AŞPA müşahidəçiləri XİN-ə çağırıldı – ETİRAZ

“ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik”.

Bunu APA-ya açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb.

“Haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir.

Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmamazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir.

Azərbaycan Respublikasında media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər, sosial şəbəkələrdə və hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub.

Səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun olaraq keçib. Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik.

60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə “online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə iddia olunan bu cür məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.

Seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmamazlıqların baş verməsi halları istisna deyildir. Amma texniki qüsurların ümimiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi mandatın aşılması və tamamilə qərəzli siyasi yanaşma kimi qiymətləndirilir.

İlkin hesabatı nəzərdən keçirdikdə müxtəlif paraqraflar arasında ziddiyyətli məqamların olması, bir paraqrafın digərini təkzib etməsi də açıq şəkildə özünü biruzə verir. Məsələn, sənəddə bir yerdə beynəlxalq müşahidəçilərə yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkür ifadə olunduğu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyəti qeyd olunduğu halda, digər bir hissədə seçkilərin qeyri-şəffaf şəkildə keçirildiyini və ya prosedurlara riayyət edilmədiyini iddia etmək heç bir halda başa düşülən deyildir. Bu kimi hallar sənəddə kifayət qədərdir və onu oxuyan hər bir şəxs açıq şəkildə görə bilər.

Sözügedən müşahidə missiyası tərəfindən sərgilənən bu cür mövqe ilk növbədə milyonlarla azərbaycanlı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə etdilər.

11 aprel tarixində keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ oldu”, – deyə H. Hcıyev qeyd edib.

Şərhlər

t.ədalət 2018-04-12 18:10:08

Beynəlxalq təşkilatları dava ilə yox ,qonaqpərvərliklə yola salmaq lazımdır.Onların nə deməyindən asılı olmayaraq,Azərbaycan öz yolu ilə addımlamaqdadır.Ancaq onları söyməklə ölkəmizi sanksiyalara qurban verə bilərik.Ehtiyatlı davranmaq igidi bada vermir.

Comments are closed, but trackbacks and pingbacks are open.