Press "Enter" to skip to content

ATƏT-in nədir? Missiyanın tərkibi və ATƏT-in müşahidəçiləri

ATƏT-in nədir? təşkilat və böyük siyasi xadim qarşısında cari sədridir. O, cari koordinasiya və məsləhət üçün məsuliyyət daşıyır siyasət. onun işində sədri kömək edir:

Azərbaycan – ATƏT

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. 1 yanvar 1995-ci ilədək ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu qurum Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.

Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.

Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.

5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına – ATƏT-ə çevrilmişdir.

Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu təşkil etmişdir.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-1997 – ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

  1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
  2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa dövlətləri daxildir.

1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişdir.

18-19 noyabr 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in üzv ölkələrinin Dövlət və Hökumət Başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.

Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının Hökuməti ilə fəal əməkdaşlıq aparmış və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir.

ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və AR-in XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda mətbuat azadlığı və məsuliyyətinin inkişafı” mövzusunda seminarın Ofislə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi və jurnalistikada davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına (mandata uyğun olaraq, Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş fəaliyyət göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə və həyata keçirdiyi tədbirlərə baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq hələ arzu olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir.

300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.

ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurası qərar qəbul etmişdir. 18 iyul 2000-ci ildə ATƏT-in Bakıda Ofisi açılmışdır.

1999-cu ilin noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan vermişdir.

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclaslarında iştirak etmiş, Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparmış və sözügedən iclaslarda münaqişə ilə bağlı müvafiq bəyanatların verilməsinə nail olmuşdur.

ATƏT-in XİNŞ-in Buxarest (2001) və Portu (2002) iclaslarında ATƏT-in iştirakçı dövlətlərinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan erkən həllinə nail olmağa çağırmışdır.

Portuda keçirilən iclasda Azərbaycan nümayəndə heyəti münaqişə ilə bağlı qəbul olunan müvafiq sənədə dair şərhedici bəyanat vermişdir. Həmin bəyanatda Azərbaycanın münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslan mövqeyi qeyd olunmuşdur.

Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini ATƏT-in XİNŞ-in Maastrixdə keçirilən iclasında bir daha bəyan etmişdir.

2004-cü ilin dekabrında ATƏT-in XİNŞ-in Sofiyada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2004-cü ildə əldə olunan irəliləyişləri alqışlayan bəyanat qəbul olunmuşdur. Bəyanatda münaqişənin həlli istiqamətində, xüsusi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında ATƏT-in Minsk Qrupunun dəstəyi ilə keçirilmiş üç görüş və yaradılmış “Praqa Prosesi” çərçivəsində xarici işlər nazirlərinin dörd görüşü alqışlanmışdır.

2005-ci ilin 30 yanvar-5 fevral tarixlərində Azərbaycanın işğal olunmuş ərazilərinə ATƏT Minsk Qrupunun məskunlaşma üzrə faktaraşdırıcı missiyası səfər etmişdir.

2005-ci ilin 3 iyul tarixində ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker münaqişə ilə bağlı hesabatını ATƏT PA-nın nümayəndə heyətlərinin başçılarına təqdim etmişdir.

2005-ci ilin 5-6 dekabr tarixlərində Lyublyanada ATƏT-in Nazirlər Şurasının 13-cü iclası keçirilmişdir. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Lyublyana görüşündə ayrı sənəd kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair Nazirlər Şurasının Bəyanatı qəbul edilmişdir.

2005-ci ilin 16-20 dekabr tarixlərində ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun 8 ildən sonra ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə səfər etmişdir. Səfər zamanı 16 dekabr tarixində Xarici İşlər Nazirliyində YSPQ-nin 1995-ci ildə tərtib etdiyi sülhməramlı əməliyyat planlarının təqdimatı keçirilmişdir. Həmçinin, YSPQ Azərbaycanın münaqişə bölgəsinə yaxın rayonlarına səfər edərək yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə dərəcədə uyğun olmasını araşdırmışdır.

2006-cı il yanvarın 21-27-də ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri baş tutmuşdur. YSPQ Azərbaycan hakimiyyətinin nəzarətində olmayan işğal edilmiş ərazilərə səfər edərək, yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə dərəcədə uyğun olmasını araşdırmışdır.

2006-cı ildə iyun ayının 22-də ATƏT Daimi Şurasının plenar iclasında Azərbaycanın işğal altında olan ərazilərində yanğınlar məsələsi səsləndirilmiş və müvafiq kosmik fotoşəkillər yayılmışdır. Azərbaycan tərəfi müvafiq beynəlxalq təşkilatların, həmçinin Ermənistan və Azərbaycan mütəxəssislərinin iştirakı ilə hərtərəfli ekoloji əməliyyatın keçirilməsi üçün ATƏT-ə müraciət etmişdir.

Azərbaycan yanğınlarla bağlı məsələni həmçinin BMT Baş Assambleyasında qaldırmış və nəticədə A/RES/60/285 saylı 7 sentyabr, 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı Qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən, Azərbaycanın yanğınlara məruz qalmış ərazilərində ekoloji əməliyyatın keçirilməsi vacibliyi qeyd olunur, bunun ilk mərhələsi kimi beynəlxalq təşkilatların iştirakı ilə ATƏT-in dəyərləndirmə missiyasını təşkil etmək hazırlığı alqışlanmış və ATƏT-in Fəaliyyətdə olan Sədrinə 2007-ci il aprelin 30-na qədər BMT BA-ya məruzə təqdim etməsi tapşırılmışdır.

2006-cı ilin 3-13 oktyabr tarixlərində qətnaməyə müvafiq olaraq, ATƏT-in rəhbərliyi ilə beynəlxalq təşkilatların və Ermənistan və Azərbaycanın mütəxəssislərindən ibarət ekoloji dəyərləndirmə missiyası yanğınlara məruz qalmış ərazilərə səfər etmişdir. Noyabrın sonunda missiyanın məruzəsi yayılmışdır. Məruzə yanğınların genişmiqyaslı olmasını və ərazilərə ciddi ziyanın dəyməsini təsdiq etmiş, eyni zamanda ekoloji əməliyyatın həyata keçirilməsi üçün bir sıra tövsiyələr vermişdir.

2006-cı ilin 4-5 dekabr tarixlərində Brüsseldə ATƏT-in Nazirlər Şurasının 14-cü iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun Həmsədrləri ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Brüssel görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Nazirlər Şurasının Bəyanatı qəbul edilmişdir.

2006-ci ilin dekabrın 10-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş “konstitusiya referendumu” ilə bağlı AR XİN-in 2 dekabr tarixli bəyanatı ATƏT-də yayılmışdır. Bundan əlavə, Nazirlər Şurasının 14 dekabr tarixli 642 saylı plenar iclasında məsələ ilə bağlı çıxış edilmişdir. ATƏT Sədrliyi, Həmsədrlər, Avropa İttifaqı, GUAM, Avropa Şurasının Baş Katibi, İKT, həmçinin Türkiyə, Ukrayna, Gürcüstan bu “referendum”u pisləyən bəyanatlar vermişlər.

2007-ci ilin 7-9 fevralda ATƏT PA-nın Prezidenti Qoran Lennmaker Bakıda səfərdə olmuşdur. Səfər zamanı onu AR Prezidenti qəbul etmişdir. O, həmçinin AR xarici işlər naziri, Milli Məclisin sədri, ATƏT PA Assambleyasının Azərbaycandan olan deputat-üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirmişdir.

2007-ci ilin 4-5 iyun tarixlərində ATƏT-in Fəaliyyətdə olan Sədri İspaniyanın xarici işlər naziri Migel Angel Moratinosun Bakıya səfər etmişdir. Səfər zamanı AR Prezidenti, xarici işlər naziri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirmişdir. Görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi, Azərbaycanda demokratik inkişaf, qarşıdan gələn prezident seçkiləri kimi məsələlər müzakirə edilmişdir.

2007-ci ilin 18-19 oktyabr tarixlərində ATƏT-in Cənubi Qafqaz ölkələrindəki səhra missiyalarının rəhbərlərinin Bakıda keçirilmiş birgə işçi görüşündə iştirak etmək məqsədilə ATƏT-in Baş Katibi səfir Mark Perin de Brişambo və ATƏT-in Münaqişələrin Qarşısının alınması Mərkəzinin direktoru, səfir Herbert Salber Azərbaycana səfər etmişlər.

2007-cı ilin 29-30 noyabr tarixlərində Madriddə ATƏT-in Nazirlər Şurasının 15-ci iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Madrid görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Bəyanat qəbul edilmişdir.

2008-ci ilin 28 fevral tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri, Finlandiyanın xarici işlər naziri İllka Kanervanın başçılığı altında nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfər zamanı AR Prezidenti, xarici işlər naziri və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirmişdir. Görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi, Azərbaycanda demokratik inkişaf, 15 oktyabr AR-də prezident seçkiləri kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. İ.Kanerva həmçinin, Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə də görüşmüşdür. O, ATƏT-in Bakı Ofisinin yeni binasının açılışında da iştirak etmişdir.

2008-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə əlaqədar müzakirələr aparmaq məqsədilə 29-30 iyul tarixlərində ATƏT-in Fəaliyyətdə olan Sədrinin Xüsusi Elçisi Heyki Talvityenin Azərbaycana səfəri baş tutmuşdur.

2008-ci ilin 18-20 noyabr tarixlərində 2009-cu ildə Yunanıstanın ATƏT-ə sədrlik etməsi ilə əlaqədar Yunanıstan xirici işlər nazirinin xüsusi nümayəndəsi, səfir Kalantzianosun rəhbərliyi altında Yunanıstan nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfərin keçirilməsində əsas məqsəd Yunanıstanın sədrliyi dövründə ATƏT-in iştirakçı ölkələri ilə daha sıx əlaqələr qurmaq və bu məqsədlə ikitərəfli münasibətləri daha dərinləşdirməkdən ibarət olmuşdur.

2008-ci ilin 4-5 dekabr tarixlərində Helsinkidə ATƏT-in Nazirlər Şurasının 16-cı iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Helsinki görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Minsk Qrupunun Həmsədr ölkələrinin xarici işlər nazirlərinin Birgə Bəyannaməsi qəbul edilmişdir.

2009-cu ilin 27-28 iyun tarixlərində Yunanıstanın Korfu adasında ATƏT-in iştirakçı dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilmişdir. Avropa təhlükəsizliyinin gələcəyi mövzusuna həsr olunmuş bu görüşdə Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir.

2009-ci il 1-2 iyul tarixlərində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə əlaqədar müzakirələr aparmaq məqsədilə ATƏT-in Fəaliyyətdə olan Sədri, Yunanıstanın Xarici işlər naziri Dora Bakoyannis Azərbaycana səfər etmiş və bir sıra dövlət rəsmiləri, o cümlədən AR-in Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə görüşmüşdür.

2009-cu il 15-17 iyul tarixlərində ATƏT-in Baş Katibi Mark Perrin de Brişambo Azərbaycan səfər etmiş və yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşmüşdür.

2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası keçirilmişdir. Azərbaycan Xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür. ATƏT-in Nazirlər Şurasının Afina görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Minsk Qrupunun Həmsədr ölkələrinin xarici işlər nazirləri birgə bəyanat vermişlər.

2010-cu ilin 15 fevral tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri, Qazaxıstan Respublikasının Dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Azərbaycana səfər etmiş, yüksək səviyyəli dövlət rəsmiləri, siyasi partiyaların nümayəndələri və AR-ın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə görüşmüşdür. Səfər zamanı ATƏT-in Fəaliyyətdə olan Sədrini Qazaxıstan və ATƏT-in rəsmiləri ilə yanaşı qurumun Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Arman Akişev də müşayiət etmişdir.

2010-cu ilin 16-17 iyul tarixlərində Almatıda ATƏT-in Nazirlər Şurasının qeyri-formal iclası keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür. ATƏT-in Nazirlər Şurasının Almatıdakı qeyri-rəsmi görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları birgə bəyanat vermişlər.

2010-cu ilin 1-2 dekabr tarixlərində Astanada ATƏT-in Sammiti keçirilmiş və sözügedən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sammit çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentləri, eləcə də, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətləri başçılarının birgə bəyanatı qəbul edilmişdir. Bundan əlavə, Sammitin yekun Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd edilmişdir.

2011-ci il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

2011-ci il martın 5-də Rusiya Federasiyasının Soçi şəhərində Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşü olmuşdur.

Prezident İlham Əliyev 2011-ci il martın 15-də, aprelin 14-də və iyunun 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Bernar Fasyeni (Fransa), Robert Bradtkeni (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) həmçinin də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik 2011-ci il sentyabrın 29-da Varşavada Azərbaycan Prezidenti İlham Əliyev, sonra isə Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş gələcək addımları müzakirə ediblər. Həmsədrlər Prezidentlər Medvedev, Obama və Sarkozinin Dovil bəyanatında üzərinə götürdüyü, tərəflərə nizamlanmaya nail olmaqda yardım etmək öhdəliyini bir daha təsdiq ediblər. Həmsədrlərin yaydığı bəyanatda deyilir ki, 2011-ci il mayın 26-da Dovildə (Fransa) ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya Federasiyası, ABŞ və Fransa prezidentləri qəbul etdikləri birgə bəyanatda digər məqamlarla yanaşı, tərəfləri israrla öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Bəyanata əsasən, həmsədrlər dekabr ayı Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclasına qədər gələcək aylar üçün iş planını təqdim ediblər.

2011-ci il oktyabrın 7-11-də Xorvatiyanın Dubrovnik şəhərində keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmışdır.

ATƏT-in nədir? Missiyanın tərkibi və ATƏT-in müşahidəçiləri

ATƏT-in nədir? Bu təşkilatın tarixidir. 1973-cü ildə beynəlxalq görüş Avropa (ATƏM) əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edildi. Onlar hissəsi 33 ölkə iştirak etdi. Bu bir, dinc, demokratik və çiçəklənən Avropa tikintisi üçün fəaliyyət uzunmüddətli proqram olmuşdur Helsinki ölkələr və hökumətlər aktı ildə başçılarının imzalanması ilə başa çatdı. Təşkilatı Avropa Birliyi üçün əsas deyil. Müxtəlif münaqişələri, ayrı-ayrı ölkələrdə insan hüquqları monitorinq, nəzarət həll etmək üçün geniş səlahiyyətlərə malikdir ekoloji təhlükəsizlik.

Təşkilatın Evolution

ATƏT-in nədir? Təşkilatın fəaliyyətinin əsas istiqamətləri Helsinki Yekun tədbirlər görə Avropanın təhlükəsizliyi ilə bağlı aşağıdakı məsələlər daxildir: elm, iqtisadiyyat, texnologiya, ətraf mühit, humanitar və digər sahələrdə əməkdaşlığın (insan hüquqları, informasiya, mədəniyyət, təhsil). Bu, ATƏT-in missiyası var. Helsinki prosesinin mühüm mərhələləri Belqradda iştirakçı dövlətlərin toplantısı (1977-1978 gg.), Madrid (1980-1983 gg.), Vyana idi (1986-1989 gg.).

Paris (1990-ci), Helsinki (1992-ci), Budapeşt (1994-ci), Lissabon (1996 dəqiqə) və İstanbul (1999-ci) ildə ən yüksək səviyyədə ATƏT-in iştirakçı Ştatları iclasının böyük əhəmiyyət alıb. Baş katib (1993rd) və ATƏM-in Daimi Şurasının post yaratmaq qərarına gəlib və tədricən kurumsallaşma nəticəsində beynəlxalq regional təşkilata xüsusiyyətləri əldə edib. 1995-ci ildə Budapeşt Zirvə toplantısının qərarına uyğun olaraq, ATƏM ATƏT öz adını dəyişib. ixtisarlar deciphering Avropada Təhlükəsizlik və Əməkdaşlıq.

1996-cı ildə iştirakçı ölkələrin başçılarının Lissabon görüşündə çox mühüm qərarlar və sənədlər qəbul edildi. Birincisi, anlayış 21-ci əsrdə Avropa təhlükəsizliyi müəyyən edilmişdir. Bu sərhədləri və ayırıcı xətləri olmadan yeni Avropa köçürülməsi üçün ehtiyac haqqında bir danışma etdi. Əslində, bu sənəd Avropa İttifaqının yaradılması üçün əsas idi. İkincisi, CFE Müqaviləsi (adi silahlı qüvvələr haqqında Müqavilə) yeniləndi.

ATƏT-in nədir? Bu gün təşkilat üzvlərinin bütün Avropa, post-Sovet, Kanada, Amerika Birləşmiş Ştatları və Monqolustan, o cümlədən 56 ölkə var. Bu ATƏT təşkilat dünyanın bir çox problemləri həll etməyə imkan verir. Onun mandatı hərbi-siyasi, ekoloji, iqtisadi və elmi sahələrdə suallar böyük bir siyahısını edir. Təşkilatın məqsədləri aşağıdakılardır: terrorla mübarizə, silahlara nəzarət, ətraf mühit və iqtisadi təhlükəsizlik, demokratiya və insan hüquqlarının müdafiəsi, eləcə də bir çox başqaları. ATƏT aid Ölkələr bərabər statusu var. Qərarları konsensus əsasında edilir. ATƏT-in müxtəlif müəssisələrində var. Bu nədir, biz aşağıda məşğul olacaq.

qol

təşkilat ilk növbədə müxtəlif qarşısının alınması üzrə səylərini diqqət regional münaqişələr və mübahisələr və böhranlar müharibə nəticələrinin aradan qaldırılması, və s. N. Təşkilatın əsas məqsədlərinə nail olmaq üçün təhlükəsizlik və həllər saxlanılması əsas vasitəsi həlli olunur alətləri üç categories. Birinci qrup daxildir:

  • yayılmasının nəzarət;
  • inam və təhlükəsizliyin təmin fəaliyyəti;
  • diplomatik tədbirlər müxtəlif münaqişələrin qarşısını almaq üçün.

İkinci kateqoriya iqtisadiyyat və ekologiya sahəsində təhlükəsizlik daxildir. Üçüncü kateqoriya belə insan hüquqları ilə bağlı hər şey, vicdan azadlığı, və daxildir. Onlar:

  • insan hüquqları fəaliyyəti;
  • müxtəlif ölkələrdə seçkilərin monitorinqi;
  • demokratik institutların inkişafı.

Bu ATƏT-in qərarları məsləhət və məcburi deyil ki, başa düşmək lazımdır. Lakin, onlar böyük siyasi əhəmiyyəti var. Təşkilatın əməkdaşları vəzifələrdə 370 nəfər və sahə missiyaları da 3,5 min işdir.

zirvə

Summit ən yüksək səviyyədə iştirak edən ölkələrin nümayəndələri yığıncağa çağırdı. Onlar ATƏT regionunda təhlükəsizlik və sabitlik sahəsində vəziyyəti müzakirə etmək üçün hər iki-üç il adətən keçirilən dövlət və hökumət başçılarının iştirakı ilə Forumunun nümayəndəsi, qısa və uzun müddətli təşkilat fəaliyyətinin əsas istiqamətlərini müəyyən müvafiq qərarlar qəbul etmək perspektivlər.

Nazirlər Kabinetinin və Daimi Şurasının

Nazirlər görüşlər Şurası təşkilatın üzv xarici işlər nazirləri iştirak edir. O, ATƏT-in mərkəzi qərar vermə və idarəetmə orqanıdır. Daimi Şurasının – iştirakçı dövlətlərin Daimi Nümayəndələr səviyyəsində ATƏT-in cari fəaliyyətinin bütün məsələləri üzrə siyasi məsləhətləşmələr, qərarlar keçirilən fəal orqan deyil. Plenar iclaslarında PS Vyanada hər cümə axşamı keçirilib.

Parlament Assambleyasının

ATƏT-in Təşkilatın Parlament Assambleyasının var. Plenar iclaslarında Kopenhagendə yerləşən PA Katibliyinin dəstəyi ilə iki dəfə bir il keçirilir. ATƏT-in müntəzəm olaraq PA ilə əlaqə, təşkilatın işləri haqqında iştirakçılara məlumat. PA-nın prezidenti bir il müddətinə seçilir.

katiblik

Onun baş katibinin başçılıq etdiyi iş ATƏT Katibliyinin, inzibati və büdcə məsələləri, kadr siyasətinin ilə məşğul olan müxtəlif konfransların keçirilməsini təmin, üzv dövlətlərin yerləşən missiya və təşkilat mərkəzləri idarə digər idarəetmə orqanlarının fəaliyyətini xidmət, beynəlxalq təşkilatlarla əlaqə üçün məsuliyyət daşıyır Praqada geri ofisi Vyanada (Avstriya) yerləşən mətbuat və t. d. Secretariat, (Çexiya). Yanvar 1998-ci il ATƏT-in İqtisadi koordinatoru və ətraf mühitin sahələrinin post bəri Katibliyi və iqtisadi və ekoloji təyyarələri digər qurumların səmərəliliyinin artırılması.

Sədri

ATƏT-in nədir? təşkilat və böyük siyasi xadim qarşısında cari sədridir. O, cari koordinasiya və məsləhət üçün məsuliyyət daşıyır siyasət. onun işində sədri kömək edir:

  • Sələfi və varisi trio formatında onunla birlikdə işləmək.
  • Xüsusi qruplar, o da təyin edir.
  • həmçinin xüsusi mandatı təmin edilməsi və ATƏT-in səlahiyyətləri müxtəlif sahələrdə problemlərin siyahısı müəyyən ilə, sədri təyin edir Personal nümayəndələri.

Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB qısaldılmış)

Bu quruluş, eləcə də demokratik institutların və insan hüquqlarının təşviqi praktiki yardım, vətəndaş cəmiyyətinin əsaslarını və qanunun aliliyinin gücləndirilməsi (seçki müşahidə missiyalarının göndərilməsi daxil olmaqla) üzv dövlətlərin demokratik seçkilərin keçirilməsini asanlaşdırır. Varşavada DTİHB ofis.

Milli azlıqlar üzrə Ali Komissarlığı (MAAK)

Bu zabit milli azlıq məsələləri cəlb münaqişələrin erkən xəbərdarlıq üçün məsuliyyət daşıyır. Haaqada MAAK Secretariat.

media azadlığı üzrə nümayəndəsi

Bu media sahəsində öhdəliklərinə dövlətlər tərəflərə rəsmi qatqı təmin edir. KİV nümayəndəsi mövqeyi açıq demokratik cəmiyyət düzgün işləməsi, eləcə də öz vətəndaşlarına hesabatlılıq hökumətləri təmin etmək üçün vacibdir. ATƏT bu təşkilat gec 1997-ci ildə yaradılmışdır.

ATƏT-in missiyası

ATƏT-in strukturunun “sahəsində” bir növ kimi Mission funksiyası. Cənub-Şərqi Avropa, onlar Bosniya və Herseqovina, Makedoniya, Xorvatiya, Serbiya, Kosovo (Serbiya) Albaniya ATƏT missiyasının mövcuddur. Ukraynada Moldova Project koordinatoru Minsk Mission Şərqi Avropa Aparatında. Cənubi Qafqazda: ATƏT-in Gürcüstandakı missiyası Yerevan və Bakı sədri Qarabağ nümayəndəsi ofisləri. Tacikistanda bir missiya, Almatıda ATƏT-in Mərkəzi, Aşqabad, Bişkek, Daşkənd Mərkəzi Asiyada. Bu qurumlar sahəsində münaqişələrin qarşısının alınması və böhranların idarə məsələlərində mühüm alətləri. ATƏT-in müşahidəçiləri çox isti ləkələr və münaqişə zonalarında öz funksiyalarını həyata keçirmək.

İqtisadi və Ətraf Mühit Forum

məqsədiylə təşkil edilən bu illik hadisə iştirakçı dövlətlərin iqtisadiyyatına təkan verəcək. Onlar həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş praktiki tədbirlər təklif edilməsi baş verir.

Təhlükəsizlik Əməkdaşlıq Forum

Bu bədən Vyanada daimi əsaslarla öz işini həyata keçirir. Bu silahlara nəzarət, tərksilah, etimad quruculuğu və təhlükəsizlik tədbirləri məsələləri müzakirə ilə məşğul olan ATƏT-in iştirakçı Ştatları nümayəndə heyətlərinin nümayəndələri ibarətdir.

Atət

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

Azərbaycan ilk dəfə olaraq, 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.

ATƏT-in əsas sənədi 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktıdır. Helsinki Yekun Aktı ATƏT məkanında dövlətlərarası münasibətlərin prinsipial çərçivəsini müəyyən edir və özündə “İştirakçı dövlətlər arasında münasibətlərin rəhbəredici Prinsiplərini” ehtiva edir. Həmin prinsiplər aşağıdakılardır:

  1. Suveren bərabərlik və suverenliyə xas olan hüquqlara hörmət;
  2. Güc tətbiqi ilə hədələməmə və gücdən istifadədən çəkinmə;
  3. Sərhədlərin toxunulmazlığı;
  4. Dövlətlərin ərazi bütövlüyü;
  5. Mübahisələrin dinc yolla nizama salınması;
  6. Daxili işlərə qarışmama;
  7. İnsan hüquqları və fundamental azadlıqlara hörmət;
  8. Xalqların bərabərhüquqluluğu və öz müqəddaratını təyin etmə hüququ;
  9. Dövlətlər arasında əməkdaşlıq;
  10. Beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi.

Sammit- ATƏT-in əsas qərar qəbul etmə orqanı iştirakçı dövlətlərin dövlət və hökumət başçılarından ibarət Sammitdir.

Azərbaycan Respublikası təşkilata tam hüquqlu üzv olduqdan etibarən ATƏT-in 1992-ci ildə keçirilmiş Helsinki, 1994-cü ildə keçirilmiş Budapeşt, 1996-cı ildə keçirilmiş Lissabon, 1999-cu ildə keçirimiş İstanbul və 2010-cu ildə keçirilmiş Astana Sammitlərində iştirak etmişdir.

ATƏT-in sonuncu sammiti 2010-cu ilin 1-2 dekabr tarixlərində Astanada keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sammitdə qəbul edilmiş yekun Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd edilmişdir.

Nazirlər Şurası- Nazirlər Şurası təşkilatın Sammitdən sonra ikinci əsas qərar qəbul etmə orqanıdır. İştirakçı dövlətlərin xarici işlər nazirlərindən ibarət olan Şura bir qayda olaraq, ildə bir dəfə (Sammit keçirilən illər istisna olmaqla) təşkilata sədrlik edən ölkədə təşkil edilir.

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (NŞ) illik iclaslarında və müzakirəyə çıxarılan qərar və sənəd layihələrində müzakirələrində fəal iştirak edir.

Daimi Şura- iştirakçı dövlətlərin ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan qərar qəbul etmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir.

25 may tarixində Daimi Şuranın xüsusi iclasında Azərbaycan Respublikasının xarici işlər naziri çıxış etmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycan Respublikasının bərpa, yenidənqurma və yenidən inteqrasiyaya dair baxışını diqqətə çatdırmışdır.

ATƏT-in icraçı institutları ilə əməkdaşlıq

ATƏT çərçivəsində iştirakçı dövlətlər arasında dialoq və əməkdaşlığın təşviqi və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrası məqsədilə iştirakçı dövlətlərə yardım göstərilməsi məqsədilə üç icraçı institut fəaliyyət göstərir: Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu (DTİHB), Media azadlığı üzrə Nümayəndə və Milli Azlıqlar üzrə Ali Komissar

DTİHB-nin baş ofisi Varşava şəhərində yerləşir və insan ölçüsü üzrə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək mandatına malikdir.

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə 1998-ci ildən başlayaraq əməkdaşlıq aparmış və demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin müşahidə prosesində iştirak etmişdir. 2020-ci ilin dekabr ayından etibarən 3 illik müddətə DTİHB-nin direktoru İtaliya nümayəndəsi Matteo Meçaçidir.

ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi vəzifəsi təşkilatın Daimi Şurasının 5 noyabr 1997-ci il tarixli qərarı ilə təsis edilmişdir. Nümayəndənin mandatına ATƏT iştirakçı dövlətlərində media sahəsindəki prosesləri müşahidə etmək və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək aiddir. Nümayəndənin ofisi Vyana şəhərində yerləşir. 2020-ci ilin dekabr ayından etibarən 3 illik müddətə Media azadlığı üzrə Nümayəndə vəzifəsini Portuqaliya nümayəndəsi Tereza Riberio həyata keçirir.

Azərbaycan hökuməti ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə onun mandatına daxil olan məsələlər ilə bağlı əməkdaşlıq edir. Bu təsisat ilə əməkdaşlığın nümunəsi kimi azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün keçirilən treninqlər, xüsusilə Azərbaycanın kütləvi informasiya vasitələrinə aid qanunvericiliyinin təkmilləşdirilməsi və onun hüquqi ekspertizasını göstərmək olar.

ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissar vəzifəsi ATƏM-in 1992-ci il Helsinki Sammitinin müvafiq qərarına əsasən təsis edilmişdir. Ali Komissarın mandatı ATƏT iştirakçı dövlətlərində milli azlıqlardan qaynaqlanan gərginliklərin qarşısını almaq məqsədilə erkən xəbərdarlıq və erkən fəaliyyət istiqamətlərini əhatə edir. Ali Komissarın ofisi Haaqa şəhərində yerləşir. 2020-ci ilin dekabr ayından etibarən Milli azlıqlar üzrə Ali Komissar vəzifəsini Qazaxıstan nümayəndəsi Kayrat Abdrahmanov həyata keçirir.

ATƏT-in tam-hüquqlu üzvü olmasından etibarən Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Azərbaycan milli azlıqların hüquqlarının müdafiəsi, onların vətəndaşı olduqları dövlətlərin ictimai həyatına tam hüquqlu inteqrasiyası kimi vacib istiqamətlərdə yaxşı təcrübələrin bölüşülməsi və norma yaradıcılığı sahələrində əməkdaşlıq edir.

ATƏT-in Fəaliyyətdə olan Sədri təşkilat çərçivəsində fəaliyyətin və iştirakçı dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsi məqsədilə təsis edilmişdir. Təşkilata sədrlik edən ölkə Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edilir. Fəaliyyətdə olan Sədr funksiyalarını isə həmin ölkənin xarici işlər naziri həyata keçirir.

2021-ci ilin yanvar ayının 1-dən etibarən ATƏT-də Sədrlik funksiyalarını İsveç yerinə yetirməyə başlamışdır. Hazırda ATƏT-in Fəaliyyətdə olan Sədri İsveçin xarici işlər naziri xanım Ann Lİndedir.

2021-ci ilin 14—15 mart tarixlərində ATƏT-in Fəaliyyətdə olan Sədrinin Azərbaycana səfəri baş tutmuşdur. Səfər çərçivəsində keçirilmiş görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra regionda yaranmış vəziyyət, münaqişədən sonrakı bərpa, yenidənqurma və yenidən inteqrasiya proseslərində ATƏT-in rolu, habelə Azərbaycan ilə ATƏT arasında praktiki əməkdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılmışdır.

ATƏT-in 26-cı Nazirlər Şurasının qərarına əsasən 2022-ci ildə Fəaliyyətdə olan Sədrlik Polşa tərəfindən həyata keçiriləcəkdir.

ATƏT-in Baş katibi təşkilatın Katibliyi və icraçı qurumlarının gündəlik fəaliyyətinin əlaqələndirilməsi funksiyasını daşıyır. Nazirlər Şurasının qərarı ilə üç il müddətinə təyin edilir.

2018-ci ilin 12 sentyabr tarixində ATƏT-in Baş Katibi cənab Tomas Qreminger ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş katib Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının xarici işlər naziri, Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığının praktik aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.

2020-ci ilin dekabr ayından 3 illik müddətə ATƏT-in Baş katibi funksiyalarını Almaniya nümayəndəsi xanım Helqa Maria Şmid həyata keçirir. 2021-ci ilin may ayında Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Baş katibi arasında Cənubi Qafqaz bölgəsində vəziyyət və digər qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi məqsədilə görüş baş tutmuşdur.

ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyası ATƏT-in muxtar qurumu kimi parlament müstəvisində dialoqun təşviqi məqsədini güdür və məşvərətçi xarakter daşıyır. Parlament Assambleyasının Beynəlxalq Katibliyi Kopenhagen şəhərində yerləşir. Hazırda ATƏT PA-nın Baş katibi vəzifəsini Roberto Montella (İtaliya), Prezidenti vəzifəsini isə Piter Lord Brouness (İrlandiya) həyata keçirir.

Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ATƏT PA-nın işində 3-ü əsas olmaqla, ümumilikdə 6 millət vəkili ilə təmsil olunur. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri millət vəkili Azay Quliyevdir. O, həmçinin, 2016-cı ildən ATƏT PA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirir.

Azərbaycan və ATƏT PA arasında sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. ATƏT PA-nın 2014-cü ildə İllik Sessiyası Bakıda təşkil edilmişdir. Qurumun müxtəlif illərdə keçirilmiş illik sessiyalarında Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif qətnamələr qəbul edilmişdir. Hazırda qurum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış “İpək yoluna Dəstək” qeyri-rəsmi qrupu fəaliyyət göstərməkdədir.

2012-ci ilin 9-11 sentyabr tarixlərində bir sıra ölkələrin ATƏT yanında Daimi Nümayəndələrindən ibarət qrupun ölkəmizə səfəri baş tutmuşdur.

Ikinci bu qəbildən olan səfər 2018-ci ilin 21-22 iyun tarixlərində baş tutmuşdur və səfərdə ümumilikdə 17 ATƏT iştirakçı dövlətinin daimi nümayəndəsi iştirak etmişdir.

ATƏT-in İnsan Ölçüsü

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın rəsmi təmsilçiləri mütəmadi olaraq ATƏT-in İnsan Ölçüsü üzrə İllik Toplantılarında iştirak edir. Toplantıya bir qayda olaraq, Xarici İşlər Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri qatılır.

2020-ci ildə Azərbaycan ATƏT və ATƏT/DTİHB ilə insan hüquqları sahəsində effektiv əməkdaşlığı davam etdirmişdir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər (seminarlar, təlimlər, konfranslar və s.) təşkil edilmişdir. Tədbirlərin əksəriyyəti COVİD pandemiyası səbəbindən onlayn keçirilmişdir. İl ərzində müxtəlif dövlət orqanlarının nümayəndələrinin beynəlxalq tədbirlərdə, habelə seçki proseslərinin izlənməsi və seçkilərin müşahidəsində iştirakı təmin olunmuşdur.

Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini təmin edən və aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT/DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. 2002-ci ilin dekabrında Seçki Məcəlləsinin layihəsi Azərbaycan hökumətinin, müxalifətin, beynəlxalq təşkilatların və cəmiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT/DTİHB tərəfindən təşkil edilmiş dəyirmi masalarda müzakirə olunmuşdur. Seçki Məcəlləsi 2003-cü ilin may ayında qəbul edilmiş və Prezidentin imzaladığı gündən sonra qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvəti ilə DTİHB 11 aprel 2018-ci ildə keçirilmiş erkən prezident seçkiləri üçün Seçki Müşahidə Missiyasını (SMM) ezam etmişdir. DTİHB-in SMM Bakıda yerləşən 10 beynəlxalq ekspertdən ibarət idi. Bundan əlavə, DTİHB ATƏT-ə üzv ölkələrdən 30-dan çox uzunmüddətli və 280 qısamüddətli müşahidəçiləri ölkəyə yerləşdirilməsini xahiş etmişdir. Müşahidəçilər namizədlərin qeydiyyatını, kampaniya fəaliyyətlərini, seçki administrasiyası və müvafiq hökumət orqanlarının işini, seçki qanunvericiliyini və onun tətbiqini, media mühitini və seçki ilə bağlı mübahisələrin həlli işini izləmişdir.

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvətinə əsasən, DTİHB tərəfindən 9 fevral 2020-ci il tarixində ölkəmizdə keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə SMM təsis edilmişdir. Həmin SMM-in Bakıda yerləşən əsas heyəti 12 nəfərdən ibarət idi. Seçkiləri müşahidə etmək üçün DTİHB tərəfindən 271 uzunmüddətli və qısamüddətli müşahidəçi cəlb edilmişdir. Müşahidəçilər bütün seçki prosesini izləmişdir. Parlament seçkiləri Azərbaycan Hökuməti tərəfindən aparılan islahatlar çərçivəsində vacib məqam və ölkənin demokratik inkişafı üçün önəmli addım olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.