Press "Enter" to skip to content

Axc-nin sosial iqtisadi tədbirləri

İslahatların aparılması qaçılmazdır. Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutula bilər. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir.

Azərbaycan Xalq Cümhuriyyətində Sosial-İqtisadi Vəziyyət

1918-ci il mayın 28-də qurulmuş olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hakimiyyətdə olduğu zaman bir çox, xüsusi ilə Sosial-İqtisadi sahədə demokratik qərarlar qəbul etmişdir. Bu qərarlardan bir hissəsi mövcud dönəmin çətinliyi, Çar Rusyasının müdaxilələrindən dolayı gecikmiş ya da həyata keçməmişdir. İstiqlalın görkəmli lideri olan Məmməd Əmin Rəsulzadə sosial ədalətsizliğin aradan qaldırılmasının başlıca vəzifə olduğunu bildirərək Cümhuriyyətdə iqtisadi reformların nə qədər vacib olduğunu “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır”(M.Ə.Rəsulzadə) fikri ilə ifadə etmişdir.

Bu yazıda Azərbycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ya da keçirməyi planladığı Sosial-İqtisadi reformlarda bəhs ediləcəkdir.

Xalq Cümhuriyyəti Bolşevik fikrindən fərqli olaraq özəl mülkiyyəti, yəni fabrik, zavod, torpaq, istehsal əraziləri üzərində özəl mülkiyyəti dəstəkləmiş və bunun əksinə siyasətin “insanların şəxsi təşəbbüs qüvvəsini zorla əlindən almaq” kimi qiymətləndirmişlər. Bununla bərabər AXC özəl mülkiyyətə hədd qoymaq və istifadə edilməyən özəl mülkiyyəti yeni sahiblərinə vermək prinsipini də müdafiə etmişdir. Digər bir sözlə “hər kəs əkib-becərə bildiyi qədər torpaq (özəl mülkiyyətə) sahəsinə sahib olmalıdır” deyən AXC, bu qərarla insanlar arasındakı maddi uçurum fərqini aradan qaldırmağa çalışmışdır.

Bununla bərabər AXC dövlət mülkiyyətini də müəyyən etmiş və bu mülkiyyət dövlət, bələdiyyə mülkiyyəti şəklində ayrılmışdır. Bəhs olunan mülkiyyətə yeraltı qaynaqlar, dəmir yolu, su, teleqraf, işıq və sair bunun kimi sosial rifahı yüksəltməyə xidmət edən sahələr daxil edilmişdir.

Cümhuriyyətin iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün bir başa müdaxilələrindən ən önəmlisi yeni pul vahidinin dövriyyəyə buraxılması və gömrük fəaliyyətinin yaxşılaşdırılması olmuşdur. “Bakı bonu” adlı yeni kağız pullar milli valyutanın möhkənləndirilməsi, onun alıcılıq qabiliyyətinin yüksəldilməsi məqsədi güdürdü. Bəhs edilən zamanda keçmiş dövrlərdən qalma yüksək inflyasiya da diqqət çəkici idi və AXC bu məqsədlə maliyyə, vergi, bank-kredit sistemi, 1919-cu ilin sentyabırında isə AXC Dövlət Bankını yaratdı. Dövlət ayrıca xammal ixracatında yaranmış çətinlikləri ortadan qaldırmaq və xəzinə gəlirlərini yüksəltmək üçün ixrac olunan hər xammal üçün 25% gömrük rüsumu da nəzərdə tutmuşdu. 1920-ci ilin fevral ayında qəbul edilmiş yeni gömrük qaydaları daxili bazarı tənzimləmək, idxal və ixrac disbalansını ortadan qaldırmaq məqsədi güdmüşdür. AXC hətta, 200 dən çox ölkəyə gömrüksüz idxal olunan mal siyahısı müəyyənləşdirmiş və xarici sərmayədarları ölkəyə çəkmək üçün onlara endirimli Bakı bonları təklif etmişdir. Görüldüyü kimi, AXC-nin maliyyə və gömrük siyasəti tək tərəfli deyil, həm daxili, həm də xarici bazarı nəzərə alacaq şəkildə müəyyən edilmiş, ixracatı xammaldan hazır məhsullara yönəltmək üçün xarici sərmayədarlara cəzbedici təkliflər irəli sürülmüşdür. Məsələn, 1919 ci ilin oktyabr ayında bir hissəsi Nobel qardaşlarına icarəyə verilmiş Böyükşor gölü haqqında müqavilə vaxtının bitməsinə baxmayaraq AXC bu müqaviləni yenidən bərpa etmişdir. Cümhuriyyətin gömrük siyasətindəki diqqətə laiq qərarlardan biri də gömrük qadağalarının əsaslandırılması olmuşdur. Yəni, hər hansı bir məhsulun xaricə satılması və ya idxal edilməsinə qoyulmuş qadağalarda məhsulların əhali üçün nə qədər gərəkli olduğu diqqətə alınmışdır. Nəticədə, ilk olaraq konyak, üzüm və digər spirtli içkilərin ixracatına icazə verildi (Cümhuriyyətdən öncə qadağan edilmişdir). Əhalinin gəlirlərini yüksəldən yeni qanunu hökümət, “əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün vacibdir. İxracatına icazə verilən konyakın spirtlilik dərəcəsi 85%, digərləri isə 40-45% ə qədərdir. Bundan dolayı bu məhsulların xaricə satışı heç bir mənfi təsiri ortaya çıxarmır” fikri ilə əsaslandırmışdır.

Cümhuriyyətin ixrac olunan mallar qarşılığında xəzinəyə qarşılıqsız 25% ödəməsi qərarı isə gəlir əldə etmək, həm də riski ortadan qaldırmaq məqsədi güdürdü. Çünki, bəhs olunan illərdə qonşu ölkələrin əksəriyyəti xarici ticarətdə “əmtəə mübadiləsi” (malın malla dəyişimi) nə üstünlük verirdilər. Azərbaycanın azad ticarətə (valyuta qarşılığında) keçmiş olması mal qıtlığı yaradacaq, ölkədə hər şey ixrac ediləcəkdi. Bu isə valyuta bolluğu yaradacaq və ancaq qiymət artımını qaçılmaz edəcəkdir. Bundan dolayı 25% lik gömrük rüsumu zəruri addım idi.

Yuxarıda da bəhs edildiyi kimi, Cümhuriyyət dönəmində inflyasiya yüksək idi və günü-gündən yüksələn qiymətlərin insanların yaşam standartlarının endirirdi. Bu məqsədlə AXC 1918-ci il 3 iyun, 21 sentyabr, 13 oktyabr, 1919-cu il 10 fevral, 21 aprel, 1920-ci il 5 yanvar tarixli qərarlarla Hökumət qulluqçularının maaşı (iki il müddətində 6 ayrı qərarla) artırıldı. Bundan başqa həmin illərdə “Qulluqçulara müavinət verilməsi”, “maaşlara müfəqqəti əlavələr” kimi qanunlar da qəbul edilmişdir. Nəticə etibari ilə 1919-cu il iyun tarixli qərarla minimum əmək haqqı yüksəldilmişdir.

Hər məsələdə olduğu kimi Cümhuriyyət fəhlə sinfinin də yaşam standartlarını yüksəltməyə maraqlı olmuş və 1919-cu il yanvar ayında fəhlələrin maaşlarına əlavələr edilməsi haqqında qanun imzalanmışdır. Bununla bərabər “Müsavat” partiyasının irəli sürmüş olduğu 16-18 yaş aralığında olanların 6 saatdan artıq işləməməsi, gecə xidmətinin qadağan edilməsi, azyaşlıların işlədilməməsi, hamilə qadınlara güzəşt edilməsi, südəmər körpələri olan analara xüsusi yerlərin ayrılması, fəhlələrin sığorta edilməsi, 8 saat iş günü, fəhlələrə bir aylıq məzuniyyət kimi təkliflər bəzi çətinliklərdən dolayı qəbul ediləbilməmişdir. Digər bir sözlə yuxarıdakı şərtlər uzun müddət deputatların nəzərlərindən uzaq tutulmuş və parlamentin iclasına çıxarılmamışdır. 1919-cu il 8 sentyabr Parlament iclasının açılışında bu məsələyə toxunan M.Ə.Rəsulzadə “Bu zülmətdən istiqlalımıza, hürriyyətimizə düşmən olanlar istifadə edirlər” deyərək narahatçılığını bildirmişdir. Həqiqətən də çox keçmədən Bolşevik partiyası əhalinin pis güzararından istifadə edərək əhali içində narazışılığı artırdı və aprel işğalını həyata keçirdi. Nəticədə, “Əbədi Azərbaycan Xalq Cümhuriyyəti” tarixə qovuşdu.

Qaynaq. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Cild 1, 2004.

Axc-nin sosial iqtisadi tədbirləri

Mürəkkəb problemlərlə üzləşən AXC hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də xalqın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, milli mədəniyyəti inkişaf etdirmək üçün tədbirlər görmək idi. Bu tədbirlər nədən ibarət idi? Daha hansı sahələrin inkişafı hökuməti narahat edirdi?

Milli hökumətin iqtisadi ve sosial sahədə tədbirləri. Cümhuriyyət hökuməti bolşevik-daşnak talanları nəticəsində dağılmış iqtisadiyyatı bərpa etməyə başladı. Hökumətin iqtisadi siyasəti dövlətimizin inkişafına və xalqın rifahını yüksəltməyə yönəlmişdi. Əhalinin ərzaqla fasiləsiz təmin edilməsi, bahalığın qarşısının alınması üçün 1918-ci il iyunun 27-də hökumət taxıl, mal-qara və digər ərzaq məhsullarının ölkədən kənara çıxarılmasını qadağan edən qərar qəbul etdi. Başqa bir qərarla respublika ərazisində azad ticarətə icazə verildi.

AXC hökumətinin iqtisadi qadağalarını strateji addım hesab etmək olarmı?
Bu qadağaların əhalinin müxtəlif təbəqələrinin vəziyyətinə təsirini təhlil edin.

Hökumət iqtisadiyyatın əsas sahəsi olan neft sənayesini dirçəltməyə xüsusi diqqət yetirirdi. Hökumət 5 oktyabr 1918-ci il tarixli fərmanla Bakı XKS-in milliləşdirilmə haqqında dekretlərini ləğv etdi. Bütün neft mədənləri, fabrik-zavodlar, ticarət gəmiləri əvvəlki sahiblərinə qaytarıldı. Xarici şirkətlərlə neftin satışına dair sazişlər bağlandı. Rusiya bazarı itirildiyindən Azərbaycan neftinin qonşu ölkələrə və Batum limanı vasitəsilə Qərbi Avropaya ixracı qaydaya salındı.

Araşdırın: Azərbaycan neftinin Qərbi Avropaya ixracının hansı əhəmiyyəti var idi?

1918-ci ilin sentyabrında Bakı bonu adlı milli pul vahidi dövriyyəyə buraxıldı. Bir il sonra Dövlət bankı yaradıldı. Milli sahibkarlar müstəqil dövlətin yaranmasını böyük sevinclə qarşıladılar. Hacı Zeynalabdin Tağıyev AXC-ni “doğma Vətənimizin üzərində parlayan müstəqillik günəşi” adlandırmış, özünün bütün iqtisadi və maliyyə imkanlarını Cümhuriyyətin inkişafına yönəltmişdi. O, hökuməti azad sahibkarlığı və sərbəst iqtisadiyyatı qorumağa və inkişaf etdirməyə çağırdı: “Azad sahibkarlar dövlətin. dostu və dayağıdır”.

1918-ci il iyulun 18-də Azərbaycan hökumətinin sədri F.Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinə orada Azərbaycan manatı hazırlanmasını sifariş etməyi tapşırdı. Bakı azad edildikdən sonra 1918-ci il sentyabrın 22-də hökumət Bakı bonlarını dövriyyəyə buraxmağı qərara aldı. Tezliklə 30 milyon bon — manat kəsildi.

Axc-nin sosial iqtisadi tədbirləri

Mərkəzi Bankın manatla bağlı verdiyi “üzən məzənnə” qərarı ciddi islahatların keçirilməsini zəruri edir. “Üzən məzənnə” rejiminə keçid o deməkdir ki, bundan sonra manatın məzənnəsini artıq Mərkəzi Bank deyil, bazar müəyyən edəcək. Bu, ölkədə qiymət artımı ilə müşahidə ediləcək.

Əslində, manatın növbəti devalvasiyası ilə ölkə iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə artıq əvvəlki iş, tənzimləmə, idarəetmə metodları, resursların bölüşdürülməsi ilə bağlı yanaşma özünü doğrultmur. Yeni vəziyyət, təbii olaraq, yeni yanaşmalar, dəyişikliklər, adaptasiya addımları tələb edir. Əgər böyük neft gəlirlərinin ölkəyə daxil olduğu vaxt hökumət üçün yaradıcı yanaşma yox, mövcud resursların bölüşdürülməsi, yönəldilməsi prioritet idisə, yeni mərhələdə əksinə – rasional yanaşma, dövlət xərclərinin optimallaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün əlavə səylər göstərilməsi aktual olacaq. Artıq qrup, korporativ maraqlardan çıxış edərək resursların idarəolunması, bölüşdürülməsi, monopolist qrupların dominantlığı praktikasının tətbiqi qeyri-mümkün işə çevriləcək.

Yeni iqtisadi və sosial reallıq daxili siyasətlə bağlı da adekvat addımların atılmasını şərtləndirməkdədir. Cəmiyyətin qənaət tədbirlərinə hazırlanması, iqtisadi islahatlar üçün münbit ictimai-siyasi mühitin formalaşdırılması, islahatlara ictimai etimadın təmin edilməsi üçün çevik, cəmiyyətlə işləməyi bacaran siyasi komanda formalaşdırılması çox vacibdir. Bu komanda daha çox “ideoloji qvardiya” rolunu oynamalıdir ki, qeyd olunan vəzifələrin öhdəsindən gələ, mümkün islahatlara ictimai dəstəyi təmin edə bilsin. Vurğulayaq ki, istənilən hakimiyyət mühafizəkardır və yaxud sonunda mühafizəkar yanaşmanı tətbiq edir. Bu, hakimiyyətlərin təbiətindən və məsuliyyətindən irəli gəlir. İstənilən hakimiyyət, xüsusən islahatlara başlamaq istəyən iqtidarlar üçün ilk vəzifə sabitliyin qorunması, proseslərin nəzarətdən çıxmamasıdır.
Bu baxımdan, Azərbaycan hakimiyyətinin islahatlara yanaşması və cəmiyyətin gözləntiləri hansısa məqamalarda üst-üstə düşməyə də bilər. Lakin cəmiyyətin tezliklə repressiv tədbirlər görülməsi istəyi ilə, mümkün riskləri sığortalamaqla tədricən dəyişikliklər yolu seçilməsi yanaşması fərqlənsə də, sabitliyin qorunmasının vacibliyi məsələsində mövqelər üst-üstə düşür.

Vətəndaşlar üçün hakimiyyəti islahatlara təşviq etmək yanaşması sabitlik prioritetindən doğan əsas davranış formasına çevrilib. Cəmiyyət proletar tələblər irəli sürmür – o, hakimiyyətin getməsini deyil, daha səmərli işləməsini tələb edir.

Obrazlı ifadə etsək, insanların əksəriyyəti sosial tolerantlıq nümayiş etdirir. Bolşevik düşüncənin alternativi olaraq sosial tolerantlıq yanaşması sistem daxilində sonradan sistemin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq islahatlar aparılmasını dəstəkləməyə hazırdır. Odur ki, islahatları sürətləndirmək zamanı çatıb. Gömrük sistemində liberallaşma və monopoliyanın götürülməsi cəmiyyətin əsas gözləntilərindəndir.
Gömrük sistemi ilə bağlı mümkün dəyişikliklərlə bağlı anons və xəbərlərə cəmiyyətin hədsiz marağı və həssaslığı bunu sübut edən ən yaxşı dəlillərdəndir.

Son zamanlar baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən sahələrdə dəyişikliklər qaçılmazdır.
İqtisadçılar gələn ilin ortalarına doğru ölkədə manatın üçüncü devalvasiyasını proqnozlaşdırırlar. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzuedilən gəlir gətirməyəcəyi də gözləniləndir.

Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək.
İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və bu islahatlara cavabdehlik “neft iyinə bulaşmamış” kadrlara həvalə edilməlidir.

İslahatların aparılması qaçılmazdır. Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutula bilər. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir.

Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə veriləcəyi də islahatlar zərfinə daxil edilə bilər. Bütün bu prosesləri sürətləndirmək və anti-böhran tədbirlərini həyata keçirmək son dərəcə zəruridir. Əks təqdirdə, ölkədə sosial kataklizmlər də gözlənilə bilər. Hökumətin ant-böhran tədbirlərinin nədən ibarəət olacağını indidən proqnozlaşdırmaq çətindir. Lakin islahatların yeni dalğasını gözləmək lazım gəlir. Liberal iqtisadiyyatın əsasını məhz belə yanaşma tələb edir.

Avropa.info-nun ekspert qrupu

Comments are closed, but trackbacks and pingbacks are open.