Press "Enter" to skip to content

Dəbiyyat qəzeti ndə yeni layihə – Kürsü layihəsinin ilk qonağı xalq yazıçısı Sabir Əhmədlinin qızı filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyevadır

Sabir müəllimin yaradıcılığına qayıdıb onunla aşağı-yuxarı həmyaşıd olan yazıçıların da yaradıcılığına nəzər salanda, görürəm ki, onun dili çox zəngindir. O biri yazıçıların dili Sabir müəllimin dilindən çox fərqli və sadədir. Həmin mətnlər publisistikadan seçilmir. Azərbaycan dilinin potensialı, çoxqatlılığı, canlılığı Sabir Əhmədlinin əsərlərində ortaya çıxır.

Kitab indd

176
Əhməd Sami Elaydi
28. Cabbarlı Nərgiz. Yeni nəsil ədəbiyyatı. Bakı: Elm, 2006,
380 s.
29. Cahangir Əsəd. Ağ saç, qara saç. Bakı: Nurlan, 2006, 173 s.
30. Cahangir Əsəd. Dəmirbaşlar // Körpü, 2005, № 1, s. 251
31. Cahangir Əsəd. Kitabi-Dədə Sabir // Azərbaycan, 2000,
№ 7, s. 139-144
32. Cəfərzadə Əzizə. Bir səsin faciəsi. Bakı: AzKC mətbəəsi,
1997, 144 s.
33. Cəfərzadə Əzizə. Eşq sultanı. Bakı: Şirvannəşr, 2005, 204 s.
34. Cəfərzadə Əzizə. Xəzərin göz yaşları. Bakı: «El-Alliance»
nəşriyyatı, 2003, 168 s.
35. Cəfərzadə Əzizə. İşığa doğru. Bakı: Şirvannəşr, 1998, 178 s.
36. Cəfərzadə Əzizə. Zərrintac-Tahirə. Bakı: Göytürk, 1996,
208 s.
37. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri. Bakı: Yazı-
çı, 1981, 320 s.
38. Eminalıyev E. Azərbaycan milli memuar ədəbiyyatı. Bakı:
Yurd, 1999, 132 s.
39. Əhmədli Sabir. Axirət sevdası. Bakı: Ozan, 2003, 312 s.
40. Əliqızı Almaz. «Yarımçıq əlyazma» və yaxud tariximizin
ibrət dərsləri // Azərbaycan, 2009, № 1, s. 195-198
41. Əlimirzəyev Xalid. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsas-
ları. Bakı: Nurlan, 2008, 432 s.
42. Əlimirzəyev Xalid. Şair təbiətli nasir // Azərbaycan qadı-
nı, 1982, № 1, s. 6-7
43. Əliyev Rəhim. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim,
2008, 360 s.

Müstəqillik dövrü Azərbaycan romanı
177
44. Əliyeva Asifə. Əzizə Cəfərzadənin bədii yaradıcılığı, Fi-
lol. elm. namiz. dis. M. F. Axundov adına kitabxana,
Bakı, 2005, 132 s.
45. Əliyeva İfrat. El anası – Əzizə Cəfərzadə. Bakı: Elm,
2001, 64 s.
46. Əliyeva İfrat. Səsin sorağı ilə // Filoloji araşdırmalar, XI
kitab, Bakı: Şirvannəşr, 2000, s. 14-19
47. Əliyeva Nurlana. 60-80-ci illər Azərbaycan nəsrində qəh-
rəman və üslub axtarışları. Bakı: Elm, 1997, 160 s.
48. Əlizadə Elmira. Ədəbiyyat hadisələrin yox, hisslərin süje-
tidi. «Azadlıq» qəzeti, 1998, 21 iyul, № 134
49. Ənvəroğlu Himalay. Azərbaycan ədəbiyyatının yaradıcı-
lıq problemləri. Bakı: Elm, 2004, 773 s.
50. Ənvəroğlu Himalay. Azərbaycan romanının inkişaf prob-
lemləri. Bakı: Nurlan, 2008, 335 s.
51. Əylisli Əkrəm. Ətirşah Masan // Azərbaycan, 2004, № 6,
s. 15-56
52. Fənayənin sualları (ədəbi publisistika). Tərtib edəni Əli
Rza Xələfl i. Bakı: Səda, 2006, 336 s.
53. Güney Fazil. Qara qan. Bakı: «Qapp-Poliqraf» nəşriyyatı,
2003, 462 s.
54. Güney Fazil. Müasir Suriya romanı. Bakı: Tural NPM ,
2005 , 256 s.
55. Hacızadə Nahid. Yaşa, ey haqq! // Ulduz, 2007, № 4, s. 32-36
56. Hüseyn Mehdi. Ədəbiyyat və həyat. Bakı: Yazıçı, 1989, 360 s.
57. Hüseynbala Mirələmov. Gəlinlik paltarı. Bakı: Gənclik,
2004, 522 s.

178
Əhməd Sami Elaydi
58. Hüseynbəyli Elçin. On üçüncü həvari və ya 141-ci Don
Juan: roman-ekskurs. Bakı: Adiloğlu, 2007, 376 s.
59. Hüseynbəyli Elçin. Yovşan qağayılar. Bakı: Adiloğlu,
2005, 344 s.
60. Hüseynoğlu Tofi q. Ədəbiyyatla yaşayıram. Bakı: Azər-
nəşr, 1993, 326 s.
61. Hüseynoğlu Tofi q. Söz – tarixin yuvası. Bakı: Azərnəşr,
2000, 166 s.
62. Hüseynov Akif. Nəsr və zaman. Bakı: Yazıçı, 1980, 208 s.
63. Hüseynov Tofi q. Tarixi roman ustası. Bakı: Yazıçı, 1986,
168 s.
64. Xələfl i Əlirza. Dünyanın söz üzü. Bakı: Səda, 2007, 288 s.
65. Xələfl i Əlirza. Sözə doğru. Bakı: Azərbaycan, 2003, 304 s.
66. Xələfl i Əlirza. «Yarımçıq əlyazma»nın qalanı. «Kredo»
qəzeti, 2005, 5 mart, № 19-20.
67. Xəlilov Buludxan. Azərbaycançılıq məfkurəsində yoğrul-
muş yazıçı // Azərbaycan, 2008, № 7, s. 166-168
68. Xəlilov Qulu. Yeni tarixi roman. «Kommunist» qəzeti,
1973, 25 yanvar, № 22, s. 4
69. Xəlilov Qulu. Azərbaycan romanının inkişaf tarixindən.
Bakı: Elm, 1973, 352 s.
70. Xəlilov Pənah. Nəsrimizin üfüqləri. Bakı: Yazıçı, 1982, 183 s.
71. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, I kitab. Bakı:
Elm, 2006, 428 s.
72. İbrahimov Mirzə. Xəlqilik və realizm cəbhəsindən. Bakı:
Azərbaycan Dövlət Nəşriyyatı, 1961, 324 s.

Müstəqillik dövrü Azərbaycan romanı
179
73. İldırımzadə Səadət. Müasir Azərbaycan nəsrində mənə-
vi-psixoloji problemlər (1970-1980-ci illər): Filol. elm. na-
miz. dis. M. F. Axundov adına kitabxana, Bakı, 1995, 144 s.
74. İmanov Muxtar. Müasir Azərbaycan nəsrində psixo-
logizm. Bakı: Elm, 1991, 171 s.
75. İsayeva P. «Ağ qoç, qara qoç» romanı, utopiya və antiutopi-
ya paradiqmasından // Azərbaycan, 2009, № 1, s. 176 -181
76. İsmayılov Yaqub. İsmayıl Şıxlı; həyatı, mühiti, sənəti.
Bakı: Ayna mətbu evi, 1999, 223 s.
77. Kamal Elçin. Çobanoğlu Faris. Obrazlar aləmində (Hü-
seynbala Mirələmovun yaradıcılığı haqqında ədəbi-publi-
sistik düşüncələr). Bakı: Azərbaycan, 2004, 272 s.
78. Kazımzadə K. Bəhai dini haqqında xülasə. Bakı, 1998, 27 s.
79. Kazımоv Qəzənfər. Sənət düşüncələri. Bakı: Azərbaycan
Dövlət Kitab Palatası, 1997, 576 s.
80. Kəramət. Anar (Görünən və görünməyən tərəfl ərilə) //
Azərbaycan dili və ədəbiyyatı tədrisi, 2009, № 1, s. 70-75
81. Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı: XIX-XX əsrlər.
Bakı: Elm, 2002.
82. Qarayev Yaşar. Səhnəmiz və müasirlərimiz, Bakı, Azər-
baycan Dövlət Nəşriyyatı, 1972, 210 s.
83. Qarayev Yaşar. Tarix: yaxından və uzaqdan. Bakı: Sabah,
1995, 710 s.
84. Qasımov Himalay. İsmayıl Şıxlı yaradıcılığının mil-
li-mənəvi qaynaqları. «Xalq qəzeti», 2009, 4 aprel № 71.
85. Qasımov Himalay. Müasir Azərbaycan romanı: Janrın po-
etika və tipologiyası: Filol. elm. dokt. dis. M. F. Axundov
adına kitabxana, Bakı, 1993, 278 s.

180
Əhməd Sami Elaydi
86. Qasımov Himalay. Müasir Azərbaycan rоmanı (janrın po-
etika və tipоlоgiyası). Bakı: ADPU nəşriyyatı, 1994, 148 s.
87. Qeybullayeva Rəhilə. Tarixi janr ənənəvi və yeni konteks-
tdə (K. Abdullanın «Yarımçıq əlyazma» romanı əsasında)
// Azərbaycan, 2008, № 7, s. 169-177
88. Quliyev Həsən. Yaradıcılıq axtarışları. Bakı: Gənclik,
1977, 71 s.
89. Quliyev İbrahim. Ədəbiyyatımızın azadlıq mücadiləsi.
Bakı: Qanun, 2005, 104 s.
90. Quliyev Vilayət. Nəsrimiz və tariximiz // Azərbaycan,
1984, № 4, s. 164-175
91. Qurani-Kərim. Ərəb dilində n tərcümə edəni Z. M. Bün-
yadov və V. M. Məmmədəliyev. Bakı: Çıraq, 2004, 633 s.
92. Qurbanov Şamil. Yaxın və uzaq dünyamız. Bakı: Azər-
baycan Dövlət Nəşriyyatı, 1997, 316 s.
93. Mehrəliyev Elçin. Azərbaycan ədəbiyyatında Qarabağ
mövzusu. Bakı: Nurlan, 2008, 324 s.
94. Mehrəliyev Elçin. Doxsanıncı illər (roman). Bakı: Nurlan,
2004, 232 s.
95. Mehrəliyev Elçin. Müharibə və ədəbiyyat (90-cı illərin
Azərbaycan ədəbiyyatı əsasında): Filol. elm. namiz. dis.
M. F. Axundov adına kitabxana, Bakı, 2001, 170 s.
96. Mehrəliyev Elçin. Müharibə və ədəbiyyat. Bakı: Azərnəşr,
2000, 228 s.
97. Mehrəliyev Elçin. Müharibə və nəsrimiz // Azərbaycan,
2000, № 8, s. 175-183
98. Mədətov Fərhad. «Kef» romanı haqqında bir neçə söz //
Azərbaycan, 2000, № 7, s. 145-146

Müstəqillik dövrü Azərbaycan romanı
181
99. Mədətov Fərhad. Sabir Əhmədlinin romanları. Bakı: Bakı
Universiteti nəşriyyatı, 1998, 90 s.
100. Mədətov Fərhad. Yeni Azərbaycan ədəbiyyatında Hey-
dər Əliyev obrazı (Sabir Əhmədlinin romanları əsasın-
da). Bakı: «BDU» nəşriyyatı, 2003, 115 s.
101. Məmmədli Samirə. Psixoloji kontrastlar // Filoloji araş-
dırmalar, XX kitab, Bakı: Azərnəşr, 2004, s. 257-264
102. Məmmədov C. Tədqiqatçı və bədii söz ustası. «Ədəbiy-
yat və incəsənət» qəzeti, 1983, 28 oktyabr, № 43.
103. Məmmədov Ə. Azərbaycan bədii nəsri (XIX əsrin sonu,
XX əsrin əvvəlləri). Bakı: Elm, 1983, 187 s.
104. Məmmədov X. XIX əsrin sonu XX əsrin əvvəllərində maa-
rifçi-realist ədəbiyyat. Bakı: APİ-nin nəşriyyatı, 1978, 112 s.
105. Məmmədov Kamran. Yusif Vəzir Çəmənzəminli. Bakı:
Azərnəşr, 1987, 269 s.
106. Məmmədov X. Sənətin inkişaf yolları. «Ədəbiyyat və in-
cəsənət» qəzeti, 1979, 10 yanvar, № 2
107. Mənəviyyatın ekologiyası / Tərtib edəni Əli Rza Xələfl i.
Bakı: Səda, 2005, 256 s.
108. Məsud Afaq. Roman, hekayə, esse. Bakı: Azərbaycan
Tərcümə Mərkəzi, 1999, 640 s.
109. Mir Cəlal, Hüseynov Firidun. XX əsr Azərbaycan ədə-
biyyatı. Bakı: Maarif, 1972, 426 s.
110. Mir Cəlal. Klassiklər və müasirlər. Bakı: Azərbaycan
Dövlət Nəşriyyatı, 1973, 296 s.
111. Mirəhmədov Əziz. Nəsrin şeiriyyəti // Azərbaycan, 1979,
№ 4, s. 189-192

182
Əhməd Sami Elaydi
112. Muğanna İsa. İsahəq, Musahəq (və ya Anadil ötən yer-
də). Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriy-
yat-Poliqrafi ya Birliyi, 2003, 124 s.
113. Muğanna İsa. Seçilmiş əsərləri: 6 cilddə, V cild, Bakı:
Avrasiya press, 481 s.
114. Müasir Azərbaycan ədəbiyyatı: 2 cilddə, I-II cildlər,
Bakı: BDU nəşriyyatı, 2007, 502; 562 s.
115. Nəbiyev Bəkir. Roman və müasir qəhrəman. Bakı: Yazı-
çı, 1987, 295 s.
116. Nəbiyev Bəkir. Söz ürəkdən gələndə. Bakı: Yazıçı, 1984,
284 s.
117. Nəcəfova Mərziyə. Müasir Azərbaycan ədəbiyyatında
Qarabağ mövzusu. Bakı: Nafta- Press, 2005, 112 s.
118. Nuriyyə Rafi qqızı. Ənənələrə bağlı roman (Elçin Hü-
seynbəylinin «Yovşan qağayılar» romanı haqqında bəzi
qeydlər). «Kredo» qəzeti, 2007.
119. Oruc Məmməd. Tənhalığın qaydaları. «Ədəbiyyat qəze-
ti», 2008, 16 may, № 18
120. Paşayeva Nərgiz. Yeniləşən ədəbiyyatın yeni insanı.
Bakı: ATİ nəşriyyatı, 2004, 224 s.
121. Pənah Gülxani. Anar və folklor. Bakı: Elm, 2007, 220 s.
122. Rəhimov Ağarəhim. Romanlar. Bakı: Azərnəşr, 2004, 560 s.
123. Rza Rəsul. Talant, bilik, zəhmət // Azərbaycan, 1977, №
12, s. 45-51
124. Salahlı Səyyad. Mövlud Süleymanlının romanları milli
katarsisə çağırır // Azərbaycan, 2004, № 7, s. 155-158
125. Salamoğlu Təyyar. Ən yeni Azərbaycan ədəbiyyatı
məsələləri. Bakı: BQU nəşriyyatı, 2008, 554 s.

Müstəqillik dövrü Azərbaycan romanı
183
126. Salamoğlu Təyyar. Müasir Azərbaycan romanı: janr təka-
mülü (XX əsrin 80-ci illəri). Bakı: Nafta- Press, 2007, 154 s.
127. Salamoğlu Təyyar. Müasir Azərbaycan romanının poeti-
kası. Bakı: Elm, 2005, 280 s.
128. Salamoğlu Təyyar. Tarixi və çağdaş ədəbi prosesə dair
araşdırmalar. Bakı: «E. L.» nəşriyyat və Poliqrafi ya Şirkəti
MMC, 2009, 216 s.
129. Seyidov Yəhya. Mehdi Hüseyn. Bakı: Yazıçı, 1979, 289 s.
130. Səxavət Seyran. Nekroloq. Bakı: Mütərcim, 2003, 392 s.
131. Sultanlı Vaqif. Azadlığın üfüqləri. Bakı: Şirvannəşr,
1997, 208 s.
132. Sultanlı Vaqif. İnsan dənizi. Bakı: Gənclik, 1992, 280 s.
133. Süleymanlı Mövlud. Günah duası. Bakı: Gənclik, 1993,
232 s.
134. Şamiloğlu Sarvan, Əlibəyli Surxay. Hüseynbala Mirələmov
yaradıcılığında Qarabağ ağrıları. Bakı: Şuşa, 2004, 208 s.
135. Şərifzadə Salidə. Ədəbi prosesə nəzəri baxış. Bakı: Ma-
arif, 2006, 210 s.
136. Şərifzadə Salidə. Müasir Azərbaycan romanlarında icti-
mai-siyasi mühitin təsviri problemləri. Bakı: BQU nəş-
riyyatı, 2007, 78 s.
137. Şıxlı İsmayıl. Ölən dünyam. Bakı, 2009, 500 s.
138. Tağısoy Nizami. Etnik-milli keçmişimiz və bu günümüz
«Yarımçıq əlyazma» aynasında // Azərbaycan, 2007, №
8, s. 164-174
139. Tağısoy Nizami. Milli yaddaş və yaddaşsızlığın morfo-
logiyası // Azərbaycan, 2007, № 11, s. 175-181

184
Əhməd Sami Elaydi
140. Tağısoy Nizami. Nəsrin axarı: zaman və məkan konteks-
ti. Bakı: BQU nəşriyyatı, 2008, 152 s.
141. Talıbzadə Kamal. Sənətkarın şəxsiyyəti. Bakı: Yazıçı,
1978, 360 s.
142. Talıbzadə Kamal. Tənqid və tənqidçilər. Bakı: Yazıçı,
1989, 490 s.
143. Vəliyev İsmayıl. Ədəbiyyatda insan konsepsiyası. Bakı:
Günəş, 1994, 360 s.
144. Yaqub Zəlimxan. İsa Hüseynova sevgi, Muğannaya
inam. «Körpü» qəzeti, 2008, 17 iyul
145. Yusifl i Cavanşir. Bədii mətnin sirləri. Bakı: Mütərcim,
2004, 106 s.
146. Yusifl i Cavanşir. Nəsrin üfüqləri (I məqalə) // Azərbay-
can, 1998, № 9, s. 171-179
147. Yusifl i Cavanşir. Nəsrin üfüqləri (II məqalə) // Azərbay-
can, 1998, № 11, s. 165-175
148. Yusifl i Vaqif. 2004-cü ilin nəsri // Azərbaycan, 2006, №
2, s. 154-170
149. Yusifl i Vaqif. Azərbaycan rоmanı, dünən, bu gün // Azər-
baycan, 1987, № 12, s. 170-174
150. Yusifl i Vaqif. On il: sözümüzün keçdiyi yol // Azərbay-
can, 2002, № 2, s. 178-186
151. Yusifl i Vaqif. Roman haqqında mülahizələr // Azərbay-
can, 1982, № 5, s. 152-170
152. Yusifl i Vaqif. Tarixin ağ səhifələrindən üçü. «Azadlıq»
qəzeti, 1997, 8 avqust № 176.
153. Yusifl i Vaqif. Tarixin iki məqamı. «Yeni Azərbaycan» qə-
zeti, 2001, 14 dekabr, № 238.

Müstəqillik dövrü Azərbaycan romanı
185
154. Yusifl i Vaqif. Tənqid də yaradıcılıqdır. Bakı: Mütərcim,
2003, 212 s.
155. Yusifl i Vaqif. Tənqid və bədii söz. Bakı: Mütərcim, 2002, 207 s.
156. Yusifl i Vaqif. Tənqid yarpaqları (Məqalə və resenziya-
lar). Bakı: Gənclik, 1998, 112 s.
157. Yusifl i Vaqif. Yolayrıcı: ədəbi-tənqidi məqalələr. Bakı:
Vektor, 2004, 185 s.
158. Yusifoğlu Rafi q. Müasir ədəbi proses və ədəbi tənqid.
Bakı: Çaşıoğlu, 2004, 240 s.
159. Yusifoğlu Rafi q. Süjet bədii əsərin bel sütunu kimi //
Azərbaycan, 2000, № 7, s. 179-181
160. Zeynallı Arif. Qüdrətli sənətkar. Bakı: BSU nəşriyyatı,
2001, 144 s.
161. Zeynalova Dilbər. İsmayıl Şıxlı və folklor. Bakı: Nurlan,
2006, 94 s.
Türkiyə türkcəsində
162. Akpınar Yavuz. Azeri edebiyat araştırmaları. İstanbul:
Dergah yayımları, 1994, 512 s.
163. Atay Ayşe. Beş katlı evin altıncı katındaki adam: Anar
hayatı, sanatı və hikayeleri. Ankara: Bebgü Yayınları,
2008, 272 s.
164. Çetin Nurullah. Roman Çözümleme Yöntemi. Ankara:
Öncü Yayınları, 2004.
165. Özkan Fatma. Anar`ın Eserlrine Dair // Türk Dünyası Dil
ve Edebiyat Dergisi, № 16, Ankara: TDK, Güz, 2003.

186
Əhməd Sami Elaydi
Ərəb dilində

“Ədəbiyyat qəzeti”ndə yeni layihə – “Kürsü” layihəsinin ilk qonağı xalq yazıçısı Sabir Əhmədlinin qızı filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyevadır

Sabir Əhmədlinin ömrünün son illərini yaşadığı mənzilin qapısına çatanda qəribə hisslər keçirirdim. Onun bu evdə yazıb qələmə aldığı əsərlərindəki sətirlər, qəlbinin ağrısı, yanğısı ilə ilmə-ilmə toxuduğu cümlələr gözlərimin önündə dirilib, canlandı. İtirdiyi torpaq uğrunda əvvəl qardaşını, daha sonra isə oğlunu qurban verməsi və bu itkilərlə vətənpərvər yazıçı, ziyalı kimi barışsa da, canından, qanından qopan insanların yoxluğuna heç vaxt alışa bilməmək nisgilinin gətirdiyi narahatlıqlar, ağrı-acılar, əqidəsi uğrunda əyilmədən apardığı mücadilələr hamısı bu evin divarları arasında onun yazıçı qəlbinin süzgəcindən keçib ağ vərəqlərin səhifəsinə düzülmüşdü.

Sabir Əhmədlinin yaşadığı bu ev, buradakı iş otağı mənim üçün doğma, müqəddəs məkan idi. Ora daxil olanda yazıçının yaşadığı ürək ağrılarını xatırladıqca doluxsundum. Amma bu böyük insanın yaşadığı ləyaqətli yazıçı ömrü, əzəmətli, alnıaçıq şəxsiyyət həyatı məni kövrəklikdən çəkindirdi.

Qapını bizə Yaqut xanımın özü açsa da, qonaqpərvərliyi ilə xoşgəldin edən Sabir Əhmədlinin gəlini Aytən Əhmədova və Yaqut xanımın həyat yoldaşı, professor Tərlan Quliyev də söhbətimizin iştirakçısına çevrildilər.

– Sabir Əhmədli məhsuldar yazıçı olub. Günün xeyli hissəsini də yazı prosesinə ayırırdı. İş prosesi necə idi?

– Atam hər gün işdən gələndən sonra bir-iki saat dincəlib iş otağına keçərdi. Yadıma gəlir ki, özü üçün kofe dəmləyib içər və xüsusən də gecələr işləyərdi. Səhər isə həmişəki vaxtda işə yollanardı.

“İnostrannaya literatura” jurnalının 60-70-ci illərdə çıxan bütün nömrələrinə, “Novıy Mir” jurnalına abunə yazılmışdı. Mütaliə də edirdi. Amma lap çox etmirdi. Çünki yazıçı üçün mütaliəni bir az ehtiyatlı sərhəd hesab edirdi. O düşünürdü ki, yazıçının unikallığı onun özünəməxsusluğunda olur və həddindən artıq mütaliə yazıçını başqa yazıçıların təsiri altına sala bilər. Amma bizə daima mütaliə etməyi tövsiyə edirdi. Qardaşım da, mən də onun kitabxanasına dərs oxumaq adı ilə girirdik, amma daha çox bədii kitablar oxuyurduq (gülür).

– Özünün xüsusilə sevdiyi yazıçılar kimlər idi?

– Bütün rus, Avropa klassiklərinin hamısını oxumuşdu. Amma rus ədəbiyyatından ən çox sevdiyi yazıçı Vasili Şukşin idi. Həmişə də deyirdi ki, o, təmiz rus deyil, Sibirdə anadan olub, qanında türk qanı var.

Biz atamın kövrəldiyini, ağladığını heç vaxt görməmişdik. Bircə dəfə onun kövrəlməyini elə Şukşinin ekranlaşdırdığı “Qırmızı kalina” filminin sonluğunda görmüşdük.

Sabir müəllimin toxunan, belə deyək də, ən incə yeri müharibə mövzusu idi. Bu da təbii ki, qardaşı Cəmil Əhmədovun Böyük Vətən müharibəsinə gedib qəhrəmanlıqla həlak olmasından qaynaqlanırdı. Mənim yadıma gəlir ki, Krasnodarda Cəmilin döyüş yoldaşları ilə görüş olanda atam qardaşımla birlikdə oraya getmiş, sonralar məktublarını toplayaraq Cəbrayılda öz təşəbbüsü ilə tikdirdiyi ev muzeyinə vermişdi. Cəbrayıl işğal olunandan sonra o, Cəmil Əhmədovun məktublarını gətirmədikləri üçün hamıdan incimişdi.

Atam axırıncı dəfə Cəbrayıla avqustun 18-də Məhəmmədlə gedib-qayıtmışdılar. 23-də isə rayon işğal olunmuşdu. Cəbrayılın işğal olunacağına inanmırdı. Yoxsa, elə özü rayona gedəndə də məktubları götürə bilərdi.

Yaqut xanım, “Yazılmayan yazı”, romanı özünün yazdığı kimi çap olundu, ya hansısa redaktələr oldu?

– Özü yazanda bəzi yerləri redaktə edib mənə verirdi. Mən də onları kompyuterdə yığıb gətirəndən sonra oxuyurdu.

O, həmişə bizə məsləhət görərək deyirdi ki, – yazı prosesində heç vaxt özünüzü redaktə etməyin. Düşünməyin ki, filan şeyi yazaram, çap etməzlər və ya yaxşı alınmaz. Ürəyinizdən nə keçirsə, onları yazın. Nə vaxt ki, yenidən həmin yazıya qayıdacaqsınız, artıq o zaman redaktə işi ilə məşğul olun. Amma yazı prosesində heç vaxt özünüzü qısmayın.

Sabir müəllimi xüsusən gənclər çox sevirdilər.

– Atam, ümumiyyətlə, gənclərlə ünsiyyəti xoşlayırdı. “Ədəbiyyat qəzeti”ndə işləyəndə də gənc yazarları, şairləri çağırırdı, dairəvi masa təşkil edirdi. Onlara deyirdi ki, ədəbi proses haqqında danışın, fikirlərinizi, iradlarınızı, gələcək barədə arzularınızı bildirin. Heç bir redaktə olunmadan hamısı qəzetdə çap olunacaq. Ümumiyyətlə, o, cavanlara azadlıq verməyin, yenilikçiliyin tərəfdarı idi. Kəşf olunan hansısa yenilikdən xəbərsiz qalmasını özü üçün böyük qüsur hesab edirdi. Ömrünün son illərində o, özünə kompyuter almışdı. Onu öyrənənə qədər çətinliklər çəksə də, öyrənməyə nail olmuşdu.

Atamın müsahibələrinin birində belə bir fikir vardı ki, gənc nəsli danan, onları görməzdən gələn yaşlı nəsil züryətsizdir. Yaşlı nəsil gedirsə, mütləq onun ardınca gənclik gəlməli və həmin gedənlər də gənclərin inkişafı üçün şərait yaratmalıdırlar.

O, yaltaqlığı, kiminsə qılığına girməyə çalışan adamları sevmir, şəxsiyyət kimi qəbul etmirdi. Misal üçün, bizə kitabxanasından oxumaq üçün kitab verəndə Ernest Heminqueyin kitabını seçib deyirdi ki, bu yazıçı müharibə iştirakçısı olub əsər yazıb, kiminsə dilindən eşitiklərini yox. Müharibədən, əsgərdən yazmaq üçün gərək yazıçı heç olmasa bir gün gedib həmin əsgərlə səngərdə otursun, onun nə yeyib içdiyini görsün, düşüncələrindən, ürəyindən nələrin keçdiyini hiss etsin.

Atanızla ata-övlad münasibətindən əlavə dost ola bilmişdiniz?

– Cavanlıqda heç bir dostluqdan söhbət gedə bilməzdi. Bizimlə çox ciddi, pərdəli davranırdı. Evimizdə həmişə ciddi rejim olardı. O, işdən gələndən sonra tam sakitlik hökm sürürdü. Onun sakitliyinin keşiyində isə anam durardı.

İndi biz öz uşaqlarımızı çox ərköyün böyüdürük. Amma mənim yadıma gəlmir, mən nə vaxtsa atama zəng vurub deyim ki, işdən gələndə mənə filan şeyi al gətir. Bu, mümkün deyildi. Bu kimi məsələləri həm anam tənzimləyirdi, həm də biz, sovet dövrünün uşaqları müstəqil böyüyürdük.

Sabir müəllimlə dostluğumuz onun yaşlı dövründən başladı. Biz ailə qurandan, uşaqlarımız dünyaya gələndən sonra yavaş-yavaş ona sözümüzü deyə bilirdik, zarafatlaşırdıq.

(Söhbətin bu yerində Tərlan müəllimə müraciət edirəm)

Tərlan müəllim, son dövr əsərlərində Sabir müəllim nəvələrindən, yaxın qohumlarından, sizdən də bəhs edir, maraqlı müşahidələrini qeyd edirdi. Qohum kimi sizinlə münasibəti necə idi?

– Normal səviyyədə idi. Sabir müəllim “Ədəbiyyat qəzeti”ndə redaktor olmamışdan əvvəl qəzetlə əməkdaşlıq edirdim. Amma qohum olandan sonra o qəzetlə get-gəlim kəsildi. “Azərbaycan dili və əruz” adlı yazı və bir dostumuzun kitabı haqqında resenziya yazmışdım. İstəyirdim ki, “Ədəbiyyat qəzeti”ndə çap olunsunlar. Amma o yazıların heç biri orda çap olunmadı.

“Azərbaycan dili və əruz” haqqında yazımı bu günə qədər özümün ən yaxşı elmi yazılarımdan biri hesab edirəm.

– Yaqut xanım, bu kimi söhbətlərin pərdəarxası olurdu?

– Heç vaxt. Söhbət harda baş verirdisə, elə orda da qalırdı. Çünki biz hamımız onun xasiyyətini bilirdik. Tərlan müəllimi ilk dəfə atamın yanına mən göndərmişəm. Biz onda Akademiyada işləyirdik, atam da nəsr şöbəsinin müdiri idi. Onda atam Tərlan müəllimin savadını, dünyagörüşünü çox bəyənmişdi. Yeri gələndə başqalarının yanında müdafiə də edirdi. Amma qəzetdə baş redaktor olandan sonra nəinki Tərlan müəllimi, bizim heç birimizi ora yaxın qoymadı. Biz də onun qoyduğu qaydalarla nəinki hesablaşırdıq, onları qorumağa çalışırdıq. İstər sağlığında, istərsə də indi yaratdığı yola xələl gəlməsinə imkan verməmişik.

Bir dəfə ona “Novıy Mir” jurnalından suallar yollamışdılar. Orda belə bir sual vardı ki, qəhrəmanlığı necə başa düşürsünüz? Atam həmin suala belə cavab yazmışdı: “Yaşadığımız dövrdə insanın öz mənəvi keyfiyyətlərini qoruyub-saxlaması elə əsl qəhrəmanlıqdır”.

– Tərlan müəllim, sənət müstəvisində mübahisələriniz olurdu?

– “Ədəbiyyat qəzeti” həmişə nüfuzlu qəzet olub. Bizim elmi mühitdə olan ziyalılarımızın bir çoxu tanınmaqlarına, məşhur olmalaqrına görə məhz həmin qəzetə borcludurlar. Və siz təsəvvür edin ki, Sabir müəllim orda baş redaktor işlədiyi üç il müddətində, elə ondan əvvəlki fəaliyyət dövründə də mənim orda beş-altı məqaləm çap olunub. Yəni mənim o qəzet vasitəsilə tanınmağım üçün Sabir müəllim heç bir şərait yaratmadı. Bizim bu barədə mübahisələrimiz əlbəttə olurdu. Misal üçün, Sabir müəllim deyirdi ki, Füzuli haqqında elmi məqalələr niyə “Ədəbiyyat qəzeti”ndə çap olunmalıdır? Bunun üçün elmi məcmuələr var və s.

– Tərlan müəllim, bəzi elm adamları, oxucular Sabir müəllimin dilinin çətinliyindən, qəlizliyindən şikayətlənirlər. Sizin bu fikrə münasibətiniz maraqlıdır.

– Mən indi təzədən Orta əsr ədəbiyyatını, Nəsiminin, Həbibinin, Həqiqinin əsərlərini oxuyuram. Və görürəm ki, misal üçün, Nəsiminin dili ilə ondan bir az sonrakı illərdə yaşamış Həqiqinin dilində nə qədər böyük fərq var. Yəni Nəsiminin istedadının böyüklüyü ona imkan verib ki, dildən geniş şəkildə istifadə etsin. Amma tutaq ki, Həqiqidə bu alınmayıb. Halbuki, hər iki şairin müraciət etdiyi mövzular da, yazdıqları dil də, ideyalar da eyni olub. Amma Nəsiminin dilinin zənginliyi onu bizə başqa cür tanıdıb, sevdirir. Və Nəsimi təfəkkürünün böyüklüyü onun dilində meydana çıxır.

Sabir müəllimin yaradıcılığına qayıdıb onunla aşağı-yuxarı həmyaşıd olan yazıçıların da yaradıcılığına nəzər salanda, görürəm ki, onun dili çox zəngindir. O biri yazıçıların dili Sabir müəllimin dilindən çox fərqli və sadədir. Həmin mətnlər publisistikadan seçilmir. Azərbaycan dilinin potensialı, çoxqatlılığı, canlılığı Sabir Əhmədlinin əsərlərində ortaya çıxır.

Mən Sabir müəllimin dilini Azərbaycan ədəbiyyatında bir sənətkarın dili ilə müqayisə edərdim. Onun üslubundakı etnoqrafikliyi, dilindəki canlılığı ancaq Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsəri ilə müqayisə edə bilərəm. Sabir müəllim də Şəhriyar kimi xalqın ruhunu məhz öz dili vasitəsilə canlı şəkildə oxucuya təqdim edirdi. Canlı xalq dili, enerjisi də məhz budur.

Yaqut xanım, Sabir müəllim əsərlərini yazarkən kiminləsə fikir mübadiləsi aparırdı?

– O, yazanda çalışırdı ki, ana dilimizi təmiz saxlasın. Bəzən qədim türk sözləri barədə akademik Tofiq Hacıyevə zəng vurub, onunla məsləhətləşirdi. Dil haqqında onun bir fikri vardı ki, “dil təfəkkürün məhsuludur. Amma ünsiyyət yaratdığı qədər də ünsiyyətə mane olur. Yazıçılığın ən böyük çətinliyi ondadır ki, yazıçının fikirləri tərcümə zamanı itir.”

İndi hərdən mən Cəbrayılı arzulayanda onun əsərlərini götürüb oxuyuram. O qədər gözəl təsvirlər var ki, elə bilirəm ki, Cəbrayıldayam.

Onun əsərlərini rus dilinə tərcümə edən bir qadın vardı. Atam onunla telefonla danışsa da, nigaran qalırdı. Axırda Moskvaya getməli olurdu ki, onunla birgə işləyib Azərbaycan dilində demək istədiklərini rus dilində də oxucuya çatdıra bilsin. O, həmişə əsərin təsir gücünün tərcümədə itməsindən şikayətlənirdi.

Ən çox kimlərlə dostluq edirdi? Onlar atanız rəhmətə gedəndən sonra onu xatırladılar?

– Öz yaşıdlarından İsmayıl Şıxılı, Məmməd Araz, Əli Kərim, Bəxtiyar Vahabzadə atamı çox istəyirdilər. Onlar da atamla yaşıd olduqları üçün onun ölümündən əvvəl, ya da sonra dünyadan köçdülər. Amma indi də ədəbi fəaliyyətlə məşğul olan ağsaqqal və gənclərdən Sabir Rüstəmxanlı, Aqil Abbas, Şərif Ağayar, İradə Musayeva həmişə onu xatırlayırlar, haqqında yazırlar.

Atam, ümumiyyətlə, sadə, el adamları ilə dostluq etməyi çox sevirdi. Həmişə deyirdi ki, mənə tənqidçinin fikrindən çox sadə oxucunun fikri daha maraqlıdır.

Cəbrayıl işğal olunanda, hansı hisslər keçirirdi?

– Ağdam işğal olunandan sonra biz hamımız narahatlıq keçirirdik. Mən hərdən deyirdim ki, əgər Ağdam gedibsə, Cəbrayıl da işğal oluna bilər. O, isə mənə acıqlanırdı ki, Cəbrayıl heç vaxt işğal oluna bilməz.

Ancaq Cəbrayıl da alınandan sonra çox sarsılmışdı. Onun işə getdiyi yolda yataqxana vardı, orda qaçqınlar məskunlaşmışdılar. Hər gün işə gedəndə onların yaşantılarını, çətinliklərini görüb, öz içindən keçirib, əzab çəkirdi. Həmişə deyirdi-burda böyüyən uşaqların vətəni yataqxana pilləkənləri, səkiləridirsə, onlarda vətənpərvərlik hissi necə formalaşacaq?!

Söhbətin bu yerində Sabir Əhmədlinin iş otağına keçirik. Divar boyu qoyulan şkafda yazıçının mütaliə etdiyi kitablarla yanaşı, öz kitabları sıralanıb. Otağın yuxarı tərəfində pəncərənin önündə qara kreslo və yazı masası üzərində isə kompyuter var. Sağ tərəfdəki şkafda isə yazıçının iri portreti, çərçivəyə salınmış başqa bir şəkli və onunla yanaşı 1994-cü ildə Murovda şəhid olmuş oğlu Məhəmmədin 10-cu sinifdə çəkdirdiyi, sonra isə məzarına vurulan şəkli qoyulub.

Yaqut xanım, qəribə bir tale paralelliyi var. Sabir müəllimin qardaşı Cəmil Əhmədov rəhmətə gedəndən sonra Sabir müəllim valideynləri ilə birgə qardaşının həmişəlik çıxdığı evdə, ata yurdunda yaşaya bilməyib başqa yerə köçürlər. Məhəmməd şəhid olandan sonra da o, bu yerdəyişməni bir də ata kimi yaşamalı olur.

– Məhəmməddən sonra onlar o evdə qala bilmirdilər. Atam elə bil ordan küsmüşdü. Mən bir az ərköyün olduğum üçün hərdən qardaşımın, anamın deyə bilmədiklərini atama deyirdim. Onlar hələ ordan köçməzdən əvvəl atama dedim ki, – bəlkə bu evi tərk etməyəsiniz. Axı bu evdə qardaşımın nəfəsi, sənin otağındakı pəncərənin pərdələrində onun əl izləri var. Ancaq onlar heç biri mənimlə razılaşmırdılar. Hər ikisi də deyirdilər ki, biz o uşaqdan sonra bu evdə yaşaya bilmirik.

Atam həm fiziki, həm də mənəvi cəhətdən möhkəm, ideyası, həyat kredosu uğrunda axıra qədər getməyi bacaran adam idi. Məhəmmədin şəhid olmağı onu ata kimi sarsıtsa da, insan kimi, yazıçı kimi sarsıtmadı. O, çox vətənpərvər insan idi. Ömrünün son gününə qədər qardaşımın ölümünə tərəddüd keçirtmədi. Həmişə anama ürək-dirək verirdi ki, sənin oğlun çox böyük iş uğrunda gedib. Onlar nə qədər təklikdə qalanda əzab çəksələr də bunu kimsəyə hiss etdirməzdilər.

Amma “Axirət sevdası” əsərində yazıçının oğlunun ölümünə görə yaşadığı təəssüfü, heyifsilənməni hiss etməmək olmur.

– Kamil Vəli həmişə deyirdi ki, “Axirət sevdası” əsərini oxuyan adam üçün bir neçə ürək lazımdır ki, əsərdəki ağrı-acıya dözə bilsin. İndi görün Sabir müəllim bu əsəri yazanda nələr çəkib.”

Həmin kitabdan bizim hamımızın evində var. Atam özü avtoqrafla bizə bağışlamışdı. Mən o kitaba kənardan baxanda özümü pis hiss edirəm, yaxınlaşa bilmirəm. Elə bilirəm ki, ona yaxınlaşsam, kitab məni yandırar. Hərdən götürüb oxumaq istəyirəm, sonra Məhəmmədin həlak olmasından, əsgər tabutlarından bəhs edən sətirləri görəndə pis oluram, oxuya bilmirəm.

Orda nəql etdiyi əhvalatların, hadisələrin hamısını atam öz gözləri ilə görmüşdü və gördüklərini də qələmə almışdı. Ata kimi əlbəttə ki, bu itkiyə heyifsilənirdi. Amma yazıçı kimi yox.

Məhəmməd 1970-ci ildən idi. Böyük qardaşımdan on yaş, məndən isə səkkiz yaş balaca idi. Anam işə gedəndə o uşağı elə biz qardaş-bacı birlikdə saxlayırdıq.

O, çox gözəl, ucaboy, yaraşıqlı, həyatsevər oğlanıydı. Onun gözəlliyini fotoqraf əks etdirə bilməzdi. Atam da surətpərəst olduğu üçün hündürboy, qamətli, göyçək adamları sevərdi. Anam həmişə deyirdi ki, mənim balamı göz apardı. O, həyətə çıxan kimi hamı başına yığışırdı. Məktəbdə ən savadlı uşaq idi. Moskva Poliqrafiya İnstitutuna qəbul olunandan sonra gedib orda bir az oxudu. Sonra atam dedi ki, yox e, elə bil uşaq yadlaşır. Qayıtsın Bakıda oxusun. Məhəmməd ordan çıxandan sonra təzədən burda AZİ-yə qəbul olundu. Gündüzləri işləyib, axşamları dərsə gedirdi.

Elə həmin kitabda Sabir müəllim evinin kandarına çatanacan Məhəmmədin ölümünə inanmır. Sizcə yazıçı fəhmi də onu aldatmışdı, ya qara xəbəri evə çatana qədər özündən uzaqlaşdırmaq istəmişdi?

– O, fəhmli, ayıq adam idi. Əlbəttə ki, oğlunun ölümü atamın ürəyinə dammışdı. Sadəcə, özündən uzaqlaşdırıb, qəbul etmək istəməmişdi. Hətta anam da dəfn vaxtı deyirdi ki, bəlkə bu mənim oğlum deyil. Amma dayım da, qardaşım da Məhəmmədin üzünü görmüşdülər. Dayım Məhəmmədin cibindən çıxan, anamın qardaşıma verdiyi Quranı anama gətirmişdi.

Atam sonralar deyirdi ki, Məhəmmədin həlak olduğu yerdə də arxada gizlənənlər, Murova getməyənlər vardı. O, da istəsəydi getməzdi. Amma bunu etməmişdi.

Biz hamımız o oğlanı çox istəyirdik. Atam elə bilirdi ki, Məhəmməd onun nəvəsidir. Heç birimizə göstərmədiyi mehribanlığı ona görstərirdi. Atam onu çox sevirdi.

Amma o dövrdə Sabir Əhmədlinin onu müharibədən saxlamaq imkanları da olub.

– Sabir müəllim, onu heç vaxt müharibədən saxlamazdı. Elə Məhəmmədin özü rəhmətlik atama deyirdi ki, bu qədər cəbhə bölgələrinə gedirsən, əsgərlərlə görüşürsən, heç sənə sual vermirlər ki, oğlanların niyə müharibədə deyil? Atam da demişdi ki, belə bir sual verməyiblər, amma verə bilərlər.

– Bu, həm də Sabir Əhmədlinin sizə təlqin etdiyi vətənpərvərlik ruhundan, verdiyi tərbiyədən irəli gəlirdi.

– O, daima evdə vətənpərvərlik ruhunda təbliğat aparırdı. Cəmil Əhmədovun şəkli həmişə evimizdə kitab rəfində olub. O, iyirmi yaşında həlak olmuşdu. Biz əmimin yaşını ötəndən sonra hər ad günlərimizdə bizə deyirdi: “Siz artıq filan qədər Cəmildən böyüksünüz. O, isə iyirmi yaşında görün, nə qədər böyük qəhrəmanlıqlar edib.” Atam bizi elə ruhda tərbiyə etmişdi ki, Məhəmməd müharibəyə getməyə bilməzdi.

Yaqut xanım, atanızla bağlı ən çox nələri xatırlayırsınız?

– Atam sevgiylə yaşayan, yeyib-içməyi, gəzməyi xoşlayan ürəyiaçıq kişi idi. Ailəsini, uşaqlarını çox sevirdi. Mən ailə qurandan sonra Etibarın yoldaşı Aytən onlara qız oldu. O da Aytəni çox istəyirdi.

Atamla bağlı yadımda nə qalıbsa, hamısı mənim üçün əziz xatirədir. Axırıncı dəqiqəsinə, onu xəstəxanaya aparana qədər hər şeyi xatırlayıram.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Axirət sevdası

Zamanı qabaqlayan yazıçı- Saffari yazır

Azərbaycan ədəbiyyatında, klassikasında mənim üçün barmaq hesabı yazıçılar var ki, sözün əsl mənasında onları oxuyub öyrənmək mütləqdir. Bilmirəm, o müəlliflər olmasa Azərbaycan ədəbiyyatı nə itirərdi, amma onlar olmaqla Azərbaycan ədəbiyyatı çox şey qazandı. İstər dil hadisəsi baxımından, istərsə də üslub, forma və.s baxımından.

Məsələn və misalən Sabir Əhmədli.

Sabir Əhmədlinin əsərlərində ilk növbədə Azərbaycan dilini, necə yazmaq lazım olduğunu, dilimizin zənginliyi görmək olar. Sonra isə roman sənətini, ustalığı sairə və ilaxır.

Sabir Əhmədlini ilk növbədə bir çox müəlliflərdən fərqləndirən, əsərlərini daha da oxunaqlı edən nəsnə, Azərbaycan həqiqətlərini özünəxas şəkildə çatdırmağı ustalıqla bacarmağı idi. Ona görə bu əsas idi ki, o, bunları heç kimin etməyə cəsarət etmədiyi, senzuranın tüğyan elədiyi bir vaxtlarda yazdı.

İlk olaraq hekayələr oxumuşdum. “Dərs” hekayəsi, “Arabaçı” hekayəsi. Sonra öyrəndim ki, sən demə, “Arabaçı” hekayəsi müəllifin ilk hekayəsi imiş. Elə ilk hekayədən ortaya mətn qoymaq, həm də sanballı bir mətn qoymaq asan iş deyil. Təkcə elə bu ilk hekayəsindən də necə gözəl dillə yazmağı elə bu ilk hekayədən də görmək olar.

Ümumiyyətlə, subyektiv fikirlərimdə yazıçının necə olmağı, yazmağı ilə bağlı bir sıra məsələlər var ki, Sabir Əhmədlidə bütün bu xüsusiyyətlərin hamısı toplanıb.

O, yazıçı kimi dövrünün problemlərini dilə gətirməyi bacaran bir müəllifidir. Məncə, bir yazıçı üçün elə ən vacib məsələlərdən biri də budur. XX əsrin 50- ci illərindən bəri olan hadisələri də elə onun əsərlərində görmək aydındır ki, bunları bilək.

“Aran” romanı. Məsələn, bu romanda müəllifin Azərbaycan kəndinin müharibədən sonrakı dövrlərinin təsvirini görə, prosesləri izləyə, öyrənə bilərik.

Mənə elə gəlir ki, müəllifin həm insani, həm də yazıçı xarakteri bütün əsərlərinə yansıyır.

İstər bu romanında, istərsə də hekayələrində kənd dilinin, milli-mənəvi məsələlərin, yaşayış tərzinin, düşüncənin və.s məsələlərinin təzahürünü görmək olar.

Sözsüz ki, həmin roman və hekayələr indiki dövr üçün keçərli deyil. Modernlik söhbətindən söz belə gedə bilməz. Amma buna baxmayaraq bütün dövrlər üçün maraqlı və vacib əsərlərdir. Ona görə bunu deyirəm ki, həmin əsərlərdə keçən söhbətlər indiki dövrə yaddır. Amma həmin məsələlər üzərində gedən söhbətlər hazırkı dövr üçündə keçərlidir. Məsələn, mən buna görə müəllifə zamanı qabaqlayan yazıçı da deyərdim.

Bu romandan sonra yazdığı “Görünməz dalğa” romanında hər şey görsənirdi. Sevgidən, məhəbbətdən, əmək məsələləri o illərin nəyi var idisə, hər şey yazıçı ustalığı ilə təsvir olunmuşdu. O cümlədən də digər əsələri- “Yamacda nişanə”, “Qanköçürmə stansiyasi” və.s kimi başqa əsərlərində də dediyim və demədiyim bütün məsələlər toplanmışdı.

“Dünyanın arşını” romanı həm forma, həm də məzmun baxımından seçilən romanlarda dır. Publisistika, fəlsəfə tərəflərinə görə. Roman məğzi bir rayonda baş verən hadisələrdir. Amma yazıçının çatdırmaq istədiyi məsələ isə bu problemlərin təkcə bura aid olmamasıdır. O, illərin problemləri, baş verən proseslərin əhatəliyi və.s hamısını ümumiləşdirilmiş şəkildə verilmişdir.

Bu roman əsasən kənd dili, hadisələri ilə olsa da, bəşəri məsələlər də bunların vəhdəti halında qarşılıqlı verilir. Yazıçı xarakteri bu əsərdə də apaydın ortadadır.

Başqa bir yazıda Qarabağ, müharibə mövzusu olan əsərlər, yazan müəlliflərdən danışanda Sabir Əhmədlini də qeyd eləmişdim. Xüsusi ilə “Ömür Urası” romanını. Bununla bərabər “Axirət Sevdası”, “Kef” romanları da vardır bu mövzuda.

“Ömür Urası” romanınında müstəqillik qazandıqdan sonra ictimai-siyasi məsələlər, ümumilikdə müharibənin özü, nəticələri əks olunub. Həm də roman standart romanlardan fərqlənir. Ənənəvi roman formasından uzaq romandır, romanlardır. Üslub və janr tamamilə fərqlidir.

“Axirət sevdası” romanının digər müharibə romanlarından ona görə fərqlidir ki, müəllif burada öz yaşantısını yazıb. Oğlunun Qarabağ uğrunda şəhid olması bu ağrılı romanın ortaya çıxmasına vəsilə oldu. Əsərin içində elə təsvirlər var ki, sanki həmin yerlərdə müəllifin belinin bükülməyini, ürəyinin paralanmağını, bir sözlə, bütün ağrı-acısını, kədərini görmək olur. Bala dərdi, ata fəryadı.

-Yox, yox, yox! Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.

“Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə”

Bu hissə kimi məsələn.

Yuxarıda ona görə zamanı qabaqlayan yazıçı dedim ki, həm də, müəllifin “yazılmayan yazı” romanında Cəbrayıl rayonundan söhbət gedir. Daha doğrusu, Cəbrayıl rayonunun geri qaytarılmasından sonrakı günlərdəndə danışılır. Faktiki olaraq olmayan, amma düşünürəm gələcək üçün olacaq bir məsələdən. Keçmişlə və gələcəyin sintezi kimi baxa bilərik bu romana.

Mən özüm də Qarabağ bölgəsindənəm. Düzünü desəm, bəzən bu bölgədən olan adamlar üçün heç də xoş olmayan amma bəzən də reallığı əks etdirən fikirləş eşitdiyim olur.

Müəllifi unutmuşam amma bir məşhur misra var;

Qarabağı qoyub gəldik

Bakıda Qarabağ kafesi açdıq.

Qaçqınçılıqdan sonra Bakıda baş verən proseslər, məsələn, hansısa məcburi köçkünün indi yaxşı yaşaması bəzən qıcıq da doğura bilir. Buna sözüm yox.

Mənim özümün sevmədiyim bir məsələ isə torpağı işğalda olan bir adamın vətən haqqında pafoslu danışmasıdır.

Məhz müəllifin əsərində hələ lap əvvəl yazılmış bu hissələrə də rast gəlmək olur. Zamanı qabaqlayan yazıçı bu məsələyə də ustalıqla toxunub. “Elə geyinib-keçinir, bəzənib-düzənirdilər, paytaxtın, Bakının əsl sakinləri onlara həsəd aparırdılar. Toydan-şüləndən qalmır, Şuşanı, İsa bulağını, Laçın-Kəlbəcər dağlarını şeirlə, qoşma ilə anır, “Qarabağ şikəstəsi” üstə yeni zəngulələr vurur, tərk etdikləri yurdun, şəhərin-kəndin erməniyə verilməsi tarixini salıb, oynamaqla yad edirdilər” və.s kimi bu cür hissələr romanda öz yerini alıb.

Sabir Əhmədlinin romanlarını, povestlərini, hekayələri oxuduqca görürsən ki, niyə zamanında ona və əsərinə qadağalar qoyuldu, incidildi. Heç günü bugün də layiqincə xatırlanmır fikrimcə. Əsərlərində daim reallıqları tərənnüm edən müəllif əlbbəttə dövr üçün təhlükəli biri idi.

“Yamacda nişanə” əsərinin müəllifinə əlbəttə o dövrdə qadağa qoyacaqdılar. Sovet gəncliyi anlayışını yerlə bir edilən bu əsərdə necə olmali idi ki?

Mən bu romanı ümid romanı da adlandırardım. Kaş, Romanda təsvir olunan hadisələr, proseslər baş verəydi. Gələcəyi görən müəllifin bu əsəri gerçəkliyə çevrilərdi.

Comments are closed, but trackbacks and pingbacks are open.