8 ci sinif azerbaycan dili metodik vesait 2019 — Рейтинг сайтов по тематике
Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Anspress yazır ki, ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” – söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: “Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin.
. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun”. Bütün mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar bir məsələni həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi. Ulu öndər deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq”. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün var gücü və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün əsl mübarizə aparmışdır.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilməlidir. Bir sözün yerinə düşməməsi onun mənasının itməsinə, təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir və o, təkcə ünsiyyət vasitəsi deyil.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin çox müstəsna xidmətləri var. O böyük – unudulmaz insan həmişə dillə bağlı uzaqgörənlik edirdi. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”kı fərmanında deyilir: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqla duyduğumuz qürurun bir aləm mənası var: “Millətin milliliyini saxlayan onun dilidir”.
Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”. Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.
Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Dəfələrlə müşahidə edilib ki, ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır. Bu nümunədən, örnəkdən isə hamımız pay götürməliyik. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizə toxunaraq bir sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Prezident İlham Əliyev ötən il Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağındakı nitqində dil məsələsinə son dərəcə ciddiyyətlə önəm verərək ana dilimizin mühafizəsini elm xadimlərinin diqqətinə çatdıraraq bir daha təsdiqlədi ki, bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayında respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərindəki “Yazıçılar Evi”ndə bölgə ziyalıları ilə görüş zamanı mənəviyyat və dil məsələsinə yenidən qayıtması hamını dərindən düşündürməlidir. Cənab Prezidentin müdrik fikirləri çox məsələyə işıq saldı: “Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax, bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün? Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dil bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Xüsusilə gənclərimiz həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir”. Bu məqamla bağlı üzünü ziyalılara tutan Prezidentin bir istəyi də var. Onlar sözlərini desinlər. Təkcə öz əsərlərində, şeirlərində dili vəsf etməsinlər, telekanallarda, mətbuat səhifələrində dilin evini yıxan adamlara qarşı mübarizə aparsınlar. Bu ciddi irad və tapşırıqdan sonra gözləmək olardı ki, dilçiliklə məşğul olan aidiyyəti orqanlar, dilçi alimlər, ədəbiyyatşünaslar, mütəxəssislər hər gün dillə bağlı üzləşdiyimiz qüsur və nöqsanlar haqqında öz qətiyyətli sözlərini deyəcəklər. Amma hələ də susqunluq davam edir. İş o yerə çatıb ki, özəl kanallar dil məsələsini şou-proqramlarına gətirərək lağlağılıq edirlər. Bir irad da olanda “demokratiyadır, mən bu cür danışıram” – söyləyirlər.
Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün ölkə başçısı cənab İlham Əliyev mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalamışdı. Həmin sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal aldığını göstərir. Həqiqətən də film dublyajından, tərcüməsindən başlayaraq küçə və meydanlardakı reklamlarda, afişalarda, mətbuat səhifələrində, telekanallarda Azərbaycan dilinin adi leksik və qrammatik qaydaları pozulur. Qəzetimizdə dəfələrlə ana dili ilə bağlı müxtəlif mövzulara, problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, dilçi alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Təəssüf ki, bəzən də dilin qayda-qanunlarını pozanlar məhz onu qorumağa borclu olanlardır. Mətbuat səhifələrində, ekran-efir məkanında bu məsələ hələ də qüsurlu olaraq qalır. Televiziya aparıcılarının səs ahəngindəki yadlıq, diqqəti çəkmək üçün yersiz hay-küylü çıxışları, qeyri-düzgün tələffüz, yerinə düşməyən ifadələr, ləhcələr dilimizi korlamaqdadır. Yazı prosesində, korrektura zamanı hansısa bir sözün düzgün yazılışı üçün “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə baxmalı oluruq. Təəssüf ki, sonuncu orfoqrafiya lüğəti (2004-cü il nəşri) qüsurlarla doludur. Meyar nöqsanı olanda bəs hara üz tutasan? Beş ildən bir nəşr olunmalı orfoqrafiya lüğətinin çapı niyə belə ləngiyir?
Bir məsələni də diqqətə çatdıraq ki, bir çox mətbuat səhifələrində dərc edilən şeirlərdə, bədii yazılarda durğu işarələri qətiyyən qoyulmur, abzasdan istifadə edilmir, hətta bütün sözlər kiçik hərflərlə yazılır. Halbuki Azərbaycan dilinin yazılış qaydası və əlifbamız var. Qəbul edilmiş normalara əməl etmək hamının borcudur. “Mən belə yazıram” demək dilin qayda-qanunlarına, qrammatikasına məhəl qoymamaqdır. Məhz Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı haqqında imzalanan sərəncamda ana dilinin istifadəsinə, tədqiqinə diqqətin artırılması nəzərə çatdırılır. Əgər Azərbaycan dili dövlətçiliyimizin başlıca rəmzlərindən sayılırsa, onun tətbiqində də qarşıya qoyulan vəzifələrə riayət olunmalıdır.
Dövlətin həyata keçirəcəyi bu mühüm sənəd dilçilik mədəniyyətimizin yeni üfüqlərini naxışlayır. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Milli.Az
8 ci sinif azerbaycan dili metodik vesait 2019 — Рейтинг сайтов по тематике
Смотреть онлайн или скачать торрент файл фильма, сериала или мультфильма удобно и без регистрации.
кино , кино онлайн, смотреть кино, кино 2015 , кино 2016
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 10
0 / 5.0 оценка (Голосов: 0 )
“Insan Huquqlari XXI-ci esr” – Azerbaycan Fondu
Рейтинг Alexa: #4,413,722 Google PageRank: 5 из 10
0 / 5.0 оценка (Голосов: 0 )
Haberler, Medvedev, Putin – Rusya ‘dan son dakika haberleri – Moskova ve İstanbul’da son olaylar
haberler , rusya , putin , türkiye , vladimir putin
Рейтинг Alexa: #75,480 Google PageRank: 5 из 10
0 / 5.0 оценка (Голосов: 0 )
Kreditde olan avtomobillerin satışı, barteri, krediti
avtokredit , borc , sigorta , avtomobil , avtomobil az
Рейтинг Alexa: #1,001,887 Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
0 / 5.0 оценка (Голосов: 0 )
Представлены методические рекомендации и указания по написанию рефератов, лабораторных работ, дипломных проектов.
Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0
Динамика популярности – 8 ci sinif azerbaycan dili metodik vesait 2019
Google Тренды это диаграмма для отслеживания сезонности ключевых слов. Этот график позволяет лучше понять сезонное изменение полулярности запросов по определенной тематике.
Значения приведены относительно максимума, который принят за 100. Чтобы увидеть более подробную информацию о количестве запросов в определенный момент времени, наведите указатель на график.
Все товарные знаки и торговые марки являются собственностью их владельцев и используются здесь исключительно в целях идентификации.
Azərbaycan dili
Azərbaycan dili (Azərbaycanca, Azərbaycan Türkcəsi, tarixi adı: Türk dili və ya Türkcə)— Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.
Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.
Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:
- Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
- Qərb dialekti-Qarabağ və Qarabağətrafı rayonların dialektləri
- Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
- Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.
Qısa tarixi
Eyni zamanda yazı dili də olan Azərbaycan dili yazı dili ənənəsinə sahib olma baxımından Türk dili ilə paraleldir. Türkmən dili və qaqauz dilinin nisbətən daha gec yazı dili kimi formalaşmasına baxmayaraq Azərbaycan dili köklü bir yazı dili ənənəsinə malikdir.
Azərbaycan dilinin yaranması
Azərbaycan dilinin və xalqının təşəkkülü III–VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir. XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar. N.Cəfərov “Azərbaycan türkcəsinin milliləşməsi tarixi” əsərində “XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı türkdən də istifadə olunduğunu” göstərir.
Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət dili idi. Rus alimi V.V.Bartold 1912-ci ildə yazırdı: “. xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı.”
Azərbaycan dilinin iki dövrü haqqında
Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII (13-cü) əsrdən XVIII (18-ci) əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII (18-ci) əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.
Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.
Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.
Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:
- ədəbi dilin təşəkkül mərhələsi XIII-XIV (13-14-cü) əsrlər
- klassik şeir dili mərhələsi XV-XVII (15-17-ci) əsrlər
İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:
- ədəbi dilin xəlqiləşməsi mərhələsi XVIII (18-ci) əsr,
- milli dilin yaranması və inkişafı mərhələsi XIX-XX (19-20-ci) əsrin əvvəli,
- müasir mərhələ XX (20-ci) əsrin 1-ci rübündən sonra).
Azərbaycan türkcəsinin rəsmi adı
Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, bəzən isə “tatar dili”, “Qafqaz tatarlarının dili” (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır
XX əsrin əvvəllərində ilk olaraq, Türk dillərini təsnifatlaşdıran tarixçi alimlərdən biri Armin Vamberi olmuşdur. Belə ki , onun 1908-ci ildə müəllifi olduğu “Dünya tarixçilərinin Dünya tarixi” adlı Londonda nəşr olunmuş çoxcildlik ensiklopediyanın 24-cü cildində Azərbaycan dili Türk dillərinin 3 qrupundan qərb qrupuna aid edilir və dialekt deyil , müstəqil dil kimi göstərilir.
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.
1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.
1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir…”
Dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərir:
- Azərbaycan dilidir;
- Türk dilidir;
- Azərbaycan türk dilidir;
- Azərbaycan türkcəsidir;
- Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.
Prezident Heydər Əliyevin çıxışından: “Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var. Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm”
Yenə həmin iclasda dövlət başçısı qeyd edir: “… taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblәr Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı – “russko-tatarskaya şkola”… Mən bununla sadəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz “Azərbaycan dili”, “azərbaycanlı” deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək”.
Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə:
- iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;
- Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar;
- “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.
Fonetik xüsusiyyətləri
Fonetik xüsusiyyətinə görə “ə” foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.
Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (“işıq”, “ildırım” kimi “i” saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.
Azərbaycan dilinin fonem tərkibində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait var. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.
Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma /ɑlˈmɑ/ (meyvə)– alma /ˈɑlmɑ/ (almaq).
Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.
Danışıq dili
Danışıq dili yazılış dilindən bəzi hallarda fərqlənə bilər, məsələn:
- dəqiqə-dəyqə
- səhifə-səyfə
- sillə-şillə
- şer-şeir
- inək-inəy
- və s.
Sintaktik xüsusiyyətləri
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.
İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.
Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.
Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.
Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.
Əlifbası
Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkçəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və osmanlı türkləri X (10-cu) əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX (20) əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.
1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929-1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939-1991-ci illərdə isə kiril əlifbasından istifadə olunub. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Cənubi Azərbaycandayaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından istifadə edirlər.
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.
Ərəb Cənubi Azərbaycanda (1929-cu ilə qədər həm də Şimali Azərbaycanda) |
Latın (1929–1939) Şimali Azərbaycanda |
Kiril (1939–1991) Şimali Azərbaycanda |
Latın (1992-h.h.) Şimali Azərbaycanda |
---|---|---|---|
ا,آ | A a | А а | A a |
ﺏ | B b | Б б | B b |
ﺝ | C c | Ҹ ҹ | C c |
چ | Ç ç | Ч ч | Ç ç |
ﺩ | D d | Д д | D d |
ائ،ئ | E e | Е е | E e |
ﻉ ,(کسره) | Ə ə | Ә ә | Ə ə |
ﻑ | F f | Ф ф | F f |
گ | G g | Ҝ ҝ | G g |
ﻍ | Ƣ ƣ | Ғ ғ | Ğ ğ |
ﺡ,ﻩ | H h | Һ һ | H h |
ﺥ | X x | Х х | X x |
ی | Ь ь | Ы ы | I ı |
ی | I i | И и | İ i |
ژ | Ƶ ƶ | Ж ж | J j |
ﻙ | K k | К к | K k |
ﻕ | Q q | Г г | Q q |
ﻝ | L l | Л л | L l |
ﻡ | M m | М м | M m |
ﻥ | N n | Н н | N n |
ﻭ | O o | О о | O o |
ﻭ | Ɵ ɵ | Ө ө | Ö ö |
پ | P p | П п | P p |
ﺭ | R r | Р р | R r |
ﺙ,ﺱ,ﺹ | S s | С с | S s |
ﺵ | Ş ş | Ш ш | Ş ş |
ﺕ,ﻁ | T t | Т т | T t |
ﻭ | U u | У у | U u |
ﻭ | Y y | Ү ү | Ü ü |
ﻭ | V v | В в | V v |
ی | J j | Ј ј | Y y |
ﺫ,ﺯ,ﺽ,ﻅ | Z z | З з | Z z |
Ərəb qrafikalı Azərbaycan əlifbası
Cənubi Azərbaycanda işlənən ərəb alifbası fars dilindən və Osmanlı türkcəsindən təsirlənib. Bu əlifba ərəb dilinə uyğun olsa da, Türk dil ailəsinə mənsub olan Azərbaycan dilinə səslərin çoxluğuna görə asas formada əlverişli deyil. Bu əlifbanın bərpası uğrunda müasir əsrimizdə bir neçə addım atılsada bu çalışmalar xalq içində yayılmayıbdır. Cənubi Azərbaycanda əhali fars dilində təhsil almağa məcbur olduqları üçün ərəb və fars sözlərilə orijinal diktə ilə tanışdırlar.
Hazırda İranda Azərbaycan türkəsi üçün işlədilən ərəb əlifbası ilə bağlı vəziyyət çox qarışıqdır. Cənubi Azərbaycan ziyalılarının latın əlifbasının daha münasib olduğunu qəbul etmələrinə baxmayaraq bu əlifbanın tətbiqinə dövlət tərəfindən qadağa və məhdudiyyətlər qoyulub. İranda Azərbaycan türkcəsində kitab və qəzetlər yalnız ərəb əlifbası ilə işıq üzü görür.
Ərəb əlifbasını bərpa etmə təşəbüslərinin biri Türk Dil Ortoqrafiya Seminarı tərəfindən həyata keçirilib. Bu seminar Doktor Cavad Heyətin başçılığıyla 2001-ci ilin oktyabrında Tehranda keçirilmişdir. Ərəb əlifbasında yazılan Azərbaycan türkcəsinin imlasında (yazılmasında) birlik yaratmaq Seminarın baş hədəfi seçilmişdir. Türk Dili Yazı Quralları ترک دیلی یازی قورالاری adlı qərarlar seminarın sonunda qəbul olunmuşdur.
Ərəb əlifbasında bəzi hərflərin forması kəlmə arasında harada gəlməsindən asılıdır. Bu hərflər kəlmə başında, sonunda və ortasındə dəyişir.
Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.
Təkdə | Əvvəldə | Ortada | Sonda | Adı | Latın | Misal (latın) | Misal (ərəb) | Misal (farsca) |
---|---|---|---|---|---|---|---|---|
ﺍ | آ / ا | ﺎ | ﺎ | əlif | a / ə / o / ’ | aç | آچ | |
ﺏ | ﺑ | ﺒـ | ﺐ | be | b | baba | بابا | |
پ | ﭙ | ﭙـ | پ | pe | p | papaq | پاپاق | |
ﺕ | ﺗ | ﺘـ | ﺖ | te | t | Tat | تات | |
ﺙ | ﺛ | ﺜـ | ﺚ | se | s | saniyə | ثانیه | |
ﺝ | ﺟ | ﺠـ | ﺞ | jim | j | cib | جیب | |
چ | چـ | ـچـ | ـچ | che | ch | çap | چاپ | |
ﺡ | ﺣ | ﺤـ | ﺢ | he | h | hal | حال | |
ﺥ | ﺧ | ﺨـ | ﺦ | xe | x | xal | خال | |
ﺩ | — | ﺪـ | dal | d | dil | دیل | ||
ﺫ | — | ﺬـ | zal | z | Azərbaycan | آذربایجان / آزربایجان | ||
ﺭ | — | ﺮـ | re | r | rəng | رنگ | ||
ﺯ | — | ﺰـ | ze | z | zor | زور | ||
ژ | — | ـژ | zhe | zh | Jalə | ژاله | ||
ﺱ | ﺳ | ﺴـ | ـﺲ | sin | s | sal | سال | |
ﺵ | ﺷ | ﺸـ | ـﺶ | şin | ş | şirin | شیرین | |
ﺹ | ﺻ | ﺼـ | ـﺺ | sād | s | Səməd | صمد | |
ﺽ | ﺿ | ﻀـ | ـﺾ | zād | z | zərər | ضرر | |
ﻁ | ﻃ | ﻄـ | ـﻂ | tā | t | təbil | طبیل | |
ﻅ | ﻇ | ﻈـ | ـﻆ | zā | z | zahir | ظاهیر/ ظاهر | |
ﻉ | ﻋ | ﻌـ | ـﻊ | əyn | ə / ‘ | əməl | عمل | |
ﻍ | ﻏ | ﻐـ | ـﻎ | ğeyn | ğ | bağ | باغ | |
ﻑ | ﻓ | ﻔـ | ـﻒ | fe | f | fil | فیل | |
ﻕ | ﻗ | ﻘـ | ـﻖ | qaf | q | qələm | قلم | |
ک | ﮐ | ﮑـ | ـﮏ | kaf | k | kitab | کیتاب / کتاب | |
گ | ﮔ | ﮕـ | ـﮓ | gaf | g | gül | گل/گول | |
ﻝ | ﻟ | ﻠـ | ـﻞ | lam | l | lalə | لاله | |
ﻡ | ﻣ | ﻤـ | ـم | mim | m | mən | من | |
ﻥ | ﻧ | ﻨـ | ـﻦ | nun | n | naz | ناز | |
و | — | ﻮـ | vav | v / o | vilayət | ولایت / ویلایت | ||
ﻩ | ﻫ | ﻬ | ﻪ | ha | h , ə | hava , dədə | هاوا , دده | |
ﻯ | ﻳ | ﻴـ | ﯽ | ye | y , i | yaz | یاز | |
– | ئـ | ـئـ | – | həmzə | ı , e | beş | بئش |
Bu hərflər özlərindən sonra heç bir hərfə vəsl olmazlar: آ،ا،د،ذ،ر،ز،ژ
Latın qrafikalı Azərbaycan əlifbası
Latın | Ərəb Təkcə | Ərəb Başda | Ərəb Ortada | Ərəb Sonda | Misal (latın) | Misal (ərəb) | Misal (farsca) |
---|---|---|---|---|---|---|---|
Aa | آ / ا | آ / ا | ﺎ | ﺎ | al | آل | آزاد |
Bb | ﺏ | ﺑ | ﺒـ | ﺐ | baş | باش | بنده |
Cc | ﺝ | ﺟ | ﺠـ | ﺞ | can | جان | |
Çç | چ | چـ | ـچـ | ـچ | çal | چال | چونکه |
Dd | د | د | د | د | diş | دیش | دوست |
Ee | ائ | ائـ | ئـ | ئ | sel el ev |
سئل ائل ائو |
|
Əə | ع / ا | عـ/ ـَ | ـه / ه | əl sələ əmi |
اَل سَله عمی |
||
Ff | ف | فـ | ـفـ | ف | fil | فیل | |
Gg | گ | گـ | گـ | گ | göz | گوز | گل |
Ğğ | غ | غـ | غـ | غ | Ağır | آغئر | زغال، غوک |
Hh | ه / ح | هـ / حـ | هـ / حـ | ـه / ح/ ه | hərbə | حربه | هزار |
Xx | خ | خـ | خـ | خ | xahiş | خاهیش | |
Iı | ای /اێ | ای /اێ | ئـ/ێ | ی/ێ | mıx | میخ / مێخ | |
İi | ای | ایـ | یـ | ی | diz | دیز | |
Jj | ژ | ژ | ژ | ژ | Jalə | ژاله | |
Kk | ک | کـ | کـ | ک | Kitab | کیتاب | |
خ | خـ | خـ | خ | xahiş | خاهیش | ||
Ll | ل | لـ | لـ | لـ | lülə | لوله | |
Mm | م | مـ | مـ | م | muqam | موقام | |
Nn | ن | نـ | نـ | نـ | Nina | نینا | |
Oo | اوْ/او | اوْ/او | وْ/ و | و/وْ | Dolu | دولو / دوْلو | |
Öö | او / اؤ | او / اؤ | و/ؤ | و/ؤ | söz , özüm | سوز / سؤز , اوزوم / اؤزوم | |
Pp | پ | پـ | پـ | پ | pul | پول | |
Rr | ر | ر | ر | ر | radar | رادار | |
Ss | ث/س/ص | ثـ/سـ/صـ | ثـ/سـ/صـ | ث/س/ص | səhifə |
Yuxarıdakı cədvəldə səsli hərflərin həqiqi qarşılıqları Ərəb əlifbasında olmamağı aydınlıqla göstərilir
Azərbaycan dilinin söz ehtiyatı
2004-cü ildə çap edilmiş Azərbaycan dilinin orfoqrafiya lüğətində təqribən 70, yeni çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz vardır.
Erdem Konur’un etdiyi bir araşdırma nəticəsində; Türkiyə Türkcəsi ilə Azərbaycan Türkçesi’ndeki heyvan adları,% 37-si iki lehçede də yazılış və məna baxımından eynidir.% 25-i kiçik fərqlər içsə də, bu fərqlilik; sözləri anlaya bilməyəcək şəkildə deyil. % 33-ü, yazılış baxımından böyük fərqliliklər ehtiva etməkdədir.
Azərbaycan dilinin öyrənilməsi
- Argentinanın La Plata Milli Universitetinin nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun Avraziya fakültəsində azərbaycanşünaslıq fakültəsi fəaliyyət göstərir.
- Mərakeşdə Rabatdakı V Məhəmməd Universitetinin nəzdində Azərbaycan dili kursları fəaliyyət göstərəcək. Bu ərəb ölkələrində açılmış ilk belə bölmədir .
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviriliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində “Azərbaycan dilini öyrənirik” layihəsinə başlayıb. Bakı şəhərinin bir neçə kilsəsində həftədə iki dəfə Azərbaycan dili dərsi keçiləcək. Kilsə əməkdaşlarının da qatıldığı bir neçə bölmədə fəaliyyət göstərəcək ödənişsiz kurslara ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb. Xüsusi müsabiqə yolu ilə ali və orta məktəblərin rus bölmələrindən seçilən müəllimlərin əmək haqları Bilik Fondu tərəfindən ödəniləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.