Press "Enter" to skip to content

Azerbaycan beynelxalq munasibetler sisteminde

Giriş sözü ilə çıxış edən rektor Nurlana Əliyeva konfransın keçirilməsinin BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addım olduğunu deyib. Konfransın mövzusunun aktuallığını diqqətə çatdıran rektor bildirib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Azərbaycanın dünyadakı müsbət mövqeyinin formalaşmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

XİN rəhbəri: “Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir”

XİN rəhbəri: “Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir” Elmar Məmmədyarov: “Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir”

27 Dekabr , 2016 15:39

https://static.report.az/photo/435e2b9c-cfb1-4f41-bdeb-1ca4e4634cb0.jpg

Elmar Məmmədyarov

Bakı. 27 dekabr. REPORT.AZ/ “Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir: “Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb. 2016-cı il Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olub. İkitərəfli əlaqələrimizin inkişafında qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığımızın genişlənməsi xüsusi olaraq qeyd edilməlidir”. Nazir xatırladıb ki, bu il Qətərin Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri Azərbaycana rəsmi, Türkiyə, İran və Rusiya prezidentləri işgüzar səfər ediblər: “Həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri Azərbaycanda rəsmi, İsrailin Baş naziri isə işgüzar səfərdə olub. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olublar. Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və bizim üçün yeni imkanlar açır”. E.Məmmədyarov bildirib ki, Azərbaycanın ikitərəfli səviyyədə olan əlaqələri üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf edir: “2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir. Ümumiyyətlə, üçtərəfli formatda əməkdaşlıq mexanizmi ölkəmizin region dövlətləri ilə uğurlu ikitərəfli əməkdaşlığını tamamlayaraq onun üçtərəfli əsasda hərtərəfli inkişafı üçün münbit zəmin yaradır, regional məsələlər üzrə siyasi dialoqu və iqtisadi-ticarət əlaqələrini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlverişli imkanlar vəd edir. Bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlıq davam etdiriləcək və yeni üçtərəfli mexanizmlərin yaradılması imkanları nəzərdən keçiriləcək”.

Azerbaycan beynelxalq munasibetler sisteminde

Noyabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçirilib.

Qeyd edək ki, bu beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə təşkili və keçirilməsi üçün BSU-da universitetinin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Camal Mustafayev, təhsil eksperti, professor Şahlar Əsgərov iştirak ediblər. Konfransda bir çox xarici ölkələrin-Çexiya Respublikasının, Rusiya Federasiyasının, Türkmənistan Respublikasının, Qambiya Respublikasının, Çin Xalq Respublikasının və digər ölkələrin ali təhsil müəssisələrinin, eləcə də ölkəmizin ali məktəblərinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən rektor Nurlana Əliyeva konfransın keçirilməsinin BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addım olduğunu deyib. Konfransın mövzusunun aktuallığını diqqətə çatdıran rektor bildirib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Azərbaycanın dünyadakı müsbət mövqeyinin formalaşmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Rektor qeyd edib ki, bu konfransın keçirilməsi BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addımdır. Konfrans müasir dövrümüz üçün çox aktual olan bir mövzuya həsr olunub və səmərəli fikir mübadiləsinin aparılması, qabaqcıl beynəlxalq təcrübənin təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mövzu yalnız müəllim və tələbələr üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün olduqca vacibdir. Biz dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünü yüksək səviyyədə qeyd etdik. 27 il bundan öncə Azərbaycan dünya miqyasında tanınmırdı. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin böyük dühası nəticəsində dünya birliyinin layiqli üzvünə çevrilib, ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və mövqeyi var. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dayanır. Tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzaqgörən və mütərəqqi fəaliyyətləri nəticəsində mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrilib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədr seçilməsi və dünya miqyasında siyasi nüfuzunun artması Azərbaycan diplomatiyasının uğurudur.

Nurlana Əliyeva vurğulayıb ki, ölkənin beynəlxalq əlaqələrinin formalaşması birbaşa olaraq dövlətin daxili siyasəti ilə bağlıdır. Ölkədə yürüdülən uğurlu daxili və xarici siyasət Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını təmin edir.

Rektor çıxışında xüsusi vurğulayıb ki, ölkəmizdə elm və təhsilin inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu da təbiidir, çünki elm və təhsil cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir. Azərbaycan gəncləri dünyanın tanınmış, nüfuzlu və aparıcı universitetlərində ali təhsil alırlar. Rektor Nurlana Əliyeva çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev konfrans iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından təbrik edib və konfransın keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Təhsil eksperti, professor Şahlar Əsgərov və professor Camal Mustafayev konfransın keçirilməsini yüksək qiymətləndiriblər və belə konfransların gənclərin intellekt səviyyəsinin yüksəlməsinə səmərəli təsir göstərdiyini qeyd ediblər.

Konfransın plenar iclasında BSU-nun tələbəsi Elnur Baharov “Azərbaycanın dövlətçilik ənənələrinin və diplomatiyasının inkişaf yolu”” mövzusunda, Həştərxan Dövlət Universitetinin tələbəsi Sabina Velikaya “Formirovanie transqraniçnoqo prostranstva v kaspiyskom reqione: opıt vzaimodeystvia Rossii i Azerbaydjana” mövzusunda, Karlov Universitetinin tələbəsi Yuliya Svetlova “Otnoşenia Çexii i Azerbaydjana: istoriçeskiy diskurs” mövzusunda, Qambiya Respublikasının nümayəndəsi Musa Ceesay “Azerbaijan – Gambia relations” mövzusunda çıxışlar ediblər.

BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev konfransın keçirilməsi ilə bağlı ətraflı məlumat veriblər.

Sonra konfrans öz işini 9 bölmədə-”Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalqı”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi-Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 209 məruzə dinlənilib və müzakirə edilib. Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.

Konfransın sonunda bölmə moderatorlarının hesabatları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
“İki sahil”

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi ilbəil möhkəmlənir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi ilbəil möhkəmlənir. Rəsmi Bakının həyata keçirdiyi milli maraqlara söykənən, müstəqil və praqmatik xarici siyasət beynəlxalq tərəfdaşlar tərəfindən də təqdir olunur. Eyni zamanda, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlərdə yalnız müsbət dinamika müşahidə edilməkdədir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü kimi istər regionda, istərsə də qlobal miqyasda sabitləşdirici roluna görə rəğbət qazanıb. Bu mənada, 2021-ci ili də ölkəmiz üçün uğurlu il kimi dəyərləndirə bilərik. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbə ötən bir il ərzində diplomatik müstəvidə daha da möhkəmləndi, ölkəmizin üzv olduğu təşkilatlar, tərəfdaş dövlətlər rəsmi Bakının yaratdığı və bölgənin inkişafına yönələn reallıqları artıq qəbul edirlər. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş bəyanat və sənədlərdə regionda dayanıqlı sülhə, münaqişədən sonrakı bərpa-yenidənqurma işlərinə dəstəyin ifadə olunması bunu bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputatın deyib ki, Azərbaycan 2021-ci ildə də bütün qonşu dövlətlərlə münasibətlərini qarşılıqlı maraqlar əsasında davam etdirməyə müvəffəq olub. Qardaş Türkiyə ilə münasibətlər isə yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, ötən il Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə imzaladığı Şuşa Bəyannaməsi əlaqələrimizi strateji müttəfiqlik səviyyəsindən də yüksəyə qaldırıb. Əminliklə söyləyə bilərik ki, Azərbaycan-Türkiyə yüksəksəviyyəli əməkdaşlığı regionun təhlükəsizliyinin qarantına çevrilib.

K.Nurullayeva vurğulayıb ki, Azərbaycan beynəlxalq qurumlara sədrlik missiyasını da uğurla yerinə yetirərək yüksək səviyyədə liderlik təcrübəsi nümayiş etdirir. Belə ki, 2021-ci ildə ölkəmizin BMT-dən sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirilib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. Bu, üzv dövlətlərin Azərbaycana etimadının göstəricisidir. Paralel olaraq, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi COVID-19 pandemiyası ilə mübarizədə qlobal təşəbbüslərin müəllifi olaraq aktiv fəaliyyətini davam etdirib. Təsadüfi deyil ki, ölkəmiz indiyədək dünyanın 80-ə yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərib. Ötən il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın plenar iclasında Hərəkatın sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə də BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Bu, Azərbaycanın qlobal təşəbbüslərinin beynəlxalq miqyasda təqdir olunduğunu bir daha təsdiqləyir.

Deputat Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə mühüm uğurlara imza atdığını qeyd edib. Bu müddətdə təşkilatın nüfuzu daha da artıb, eyni zamanda, noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə qurumun adı dəyişdirilib, həmçinin Türkmənistanın təşkilatda müşahidəçi statusu alması barədə qərar qəbul edilib. Zirvə Görüşünün Bəyannaməsində isə üzv dövlətlər tərəfindən 44 günlük Vətən müharibəsində Qələbə münasibətilə ölkəmizə təbrik və dəstəyin ifadə olunması, Azərbaycanın münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya səylərinin dəstəklənməsinə hazır olmalarının bəyan edilməsi növbəti diplomatik uğurumuzdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması isə türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbəmizə verilən ən böyük qiymətdir.

“Azərbaycan müsəlman dünyasının ən nüfuzlu təşkilatlarından biri olan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi də töhfələrini davam etdirir. Ötən il ölkəmizin təşkilata üzvlüyünün 30 ili tamam oldu. Azərbaycan İƏT-in ən etibarlı üzvü kimi daim öz haqq işində təşkilat tərəfindən dəstəklənib. İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana hərbi təcavüzünə dair Təmas Qrupuna üzv ölkələrin təşkilatda akkreditə olunmuş daimi nümayəndələri, eyni zamanda, İƏT-in Baş katibi və ICESCO-nun Baş direktorunun ölkəmizə səfərləri ədalətli yanaşmanın postmünaqişə dövründə də davamı kimi dəyərləndirilməlidir”, – deyə K.Nurullayeva vurğulayıb.

Azərbaycanın Avropa İttifaqı ilə də yüksəksəviyyəli əlaqələri inkişaf etdirdiyini diqqətə çatdıran deputat ötən il dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığının VI Zirvə Görüşündə son 4 ildə fiziki əsasda ilk dəfə keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə Toplantısının əhəmiyyətini qeyd edərək deyib: “Görüşün yekununda qəbul edilmiş birgə Bəyannamədə Aİ tərəfindən bütün tərəfdaş ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bir daha ifadə olundu.

Ötən il, eyni zamanda, parlament diplomatiyası da uğurla davam etdirilib. Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının, Türkiyə Böyük Millət Məclisinin, Pakistan İslam Respublikası Milli Assambleyasının və Koreya Respublikası Milli Assambleyasının sədrləri ölkəmizə, Milli Məclisin sədri isə ikitərəfli əsaslarda İtaliya, Slovakiya, Macarıstan və İrana, eləcə də beynəlxalq parlamentlərarası təşkilatların iclaslarında iştirak məqsədilə Avstriya, İspaniya, Yunanıstan, Rusiya, Qazaxıstan və Pakistana səfərlər həyata keçirdilər. Qarşılıqlı səfərlər əməkdaşlığın davam etdirilməsi və yeni perspektivlər baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputatın sözlərinə görə, ötən il Azərbaycanın beynəlxalq miqyasda qazandığı nailiyyətlərdən biri də Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsidir. Ötən il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin etdi. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırdı. Bu da Azərbaycanın beynəlxalq hüquq müstəvisində haqlı mövqeyinin dəstəklənməsi deməkdir.

K.Nurullayeva bildirib ki, ötən il beynəlxalq səviyyədə əldə olunan uğurlar həm də bütün dünyanın İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etməsinin göstəricisidir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. “Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”, – deyə deputat qeyd edib.

Sonda vurğulanıb ki, Azərbaycan bu uğurlara uzun illər ərzində möhkəmlənən beynəlxalq nüfuzu, qətiyyəti və prinsipiallığı, yürütdüyü ədalətli və düzgün xarici siyasəti nəticəsində nail olub.

Comments are closed, but trackbacks and pingbacks are open.