Lkənin meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır
Ağstafa rayonunun Muğanlı kəndinin 1496 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün 4150 poqonometr dəmir-beton paylayıcı kanalların və Qazax rayonunun İkinci Şıxlı kəndinin 865 hektar sahəsinin su təminatının yaxşılaşdırılması üçün I pillə nasos stansiyasının, 4006 poqonometr basqılı boru kəmərinin, 16172 poqonometr uzunluğunda paylayıcı boru kəmərlərinin tikintisi işləri görülüb. Abşeron yarımadasında kənd təsərrüfatına yararlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Abşeron magistral kanalının 256 poqonometrlik hissəsi qurğularla birlikdə yenidən qurulub və kanalın Binə qəsəbəsi ərazisində qapalı şəkildə olan 885 poqonometr hissəsinin tikintisi tamamlanıb.
Xankəndi
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mərkəzi idarəetmə aparatında struktur dəyişikliyi olub. Bu barədə AzVision.az -a Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Aparılan islahatlar kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsinə təkan verməklə yanaşı, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması məqsədi daşıyır. Bununla da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarəetmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, peşəkarlığın artırılması, işin daha müasir formada təşkili üçün yeni şöbə və sektorlar yaradılıb.
Cəmiyyət tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. Bu il, eyni zamanda, müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisasartırma kurslarına cəlb edilməsi nəzərdə tutulur.
Dilqəm Şərifov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən Səhmdar Cəmiyyət qarşısında qoyulan vəzifələrin icrası da sürətlə davam edir. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndəliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur.
AzVision.az
Ölkənin meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır
İyunun 5-i ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.
AZƏRTAC su təsərrüfatı və meliorasiya işçilərinin son illərdə gördüyü işlər və nəzərdə tutulan tədbirlərlə bağlı məqaləni təqdim edir.
Qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda kənd təsərrüfatının yüksəlişində, məhsul bolluğunun yaradılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayan meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti və uzaqgörən siyasəti ilə bağlıdır.
Bu sahə son illərdə də diqqət mərkəzində saxlanılır. Belə ki, meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2021-ci illərdə 4,6 min kilometr uzunluğunda suvarma kanallarının, 3,4 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 483 min hektar sahədə torpaqların su təminatının və 307 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 204 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə hündürləndirilib və möhkəmləndirilib, çaylarda sel və daşqınlara qarşı 203 kilometr mühafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 3061 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilib.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılıb.
Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilib.
Samur-Abşeron kanalının 50-ci kilometrindən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 kilometr olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 kilometrə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılıb.
2014-cü il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə açılış mərasimi keçirilmiş ümumu sututumu 164,5 milyon kubmetr olan Şəmkirçay su anbarının (ümumi gücü 24,4 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikintisi işləri 2015-ci ildə başa çatdırılıb.
Keçmiş sovetlər birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə tamamlanıb.
Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirib.
Aqroparkların, iri taxılçılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədilə Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun birinci növbəsinin təmir-bərpası üzrə 3775 poqonometr basqılı boru kəmərinin 1202 poqonometr hissəsinin quraşdırılması işləri yerinə yetirilib. Goranboy rayonunun 6955 hektar (ondan 1582 hektar yeni suvarılan sahələr) torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Şəmkir maşın kanalının II növbəsinin zonasında 15413 poqonometr uzunluğunda beton üzlüklü təsərrüfatlararası paylayıcı kanalların tikintisi üzrə işlər aparılıb. Arazın yeni qol kanalının sol sahilində yerləşən 9461 hektar yeni torpaq sahəsinin suvarılması üçün 9506 poaqonometr uzunluğunda dəmir-beton üzlüklü paylayıcı kanalların və 12000 poqonometr qəza sutullayıcı kanalın qurğularla birlikdə tikintisi üzrə işlər başa çatdırılıb. Sabirabad rayonunun 3500 hektar qış otlaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 25335 poqonometr qapalı suyığıcılar və 108032 poqonometr qapalı drenlər tikilib.
Yevlax rayonunda aqroparka məxsus 2960 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi işlərinin tamamlanması ilə əlaqədar 1 ədəd 100 min kubmetr həcmdə ehtiyat su hovuzunun tikintisi, nasos stansiyasının mexaniki və elektrik avadanlıqlarının quraşdırılması, xarici elektrik təchizatı və 13114 poqonometr basqılı boru kəmərinin çəkilməsi üzrə işlər görülüb. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın 12300 hektar torpaq sahəsində meliorativ tədbirlərin aparılması üçün 4820 poqonometr uzunluğunda qapalı kollektor və suyığıcıların qurğularla birlikdə tikintisi üzrə işlər aparılıb, Ağsu rayonunun 3860 hektar (ondan 560 hektar yeni suvarılan sahə) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Qazanarx kanalının 3775 poqonometr hissəsinin yenidən qurulması ilə əlaqədar tədbirlər həyata keçirilib.
Ağstafa rayonunun Muğanlı kəndinin 1496 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün 4150 poqonometr dəmir-beton paylayıcı kanalların və Qazax rayonunun İkinci Şıxlı kəndinin 865 hektar sahəsinin su təminatının yaxşılaşdırılması üçün I pillə nasos stansiyasının, 4006 poqonometr basqılı boru kəmərinin, 16172 poqonometr uzunluğunda paylayıcı boru kəmərlərinin tikintisi işləri görülüb. Abşeron yarımadasında kənd təsərrüfatına yararlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Abşeron magistral kanalının 256 poqonometrlik hissəsi qurğularla birlikdə yenidən qurulub və kanalın Binə qəsəbəsi ərazisində qapalı şəkildə olan 885 poqonometr hissəsinin tikintisi tamamlanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 177 yaşayış məntəqəsində 3600 hektar (ondan 450 hektar yeni suvarılan sahələr) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 200 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanaraq qazma işləri həyata keçirilib. Eyni zamanda, 2020-ci ildən qalan 71 ədəd subartezian quyusunda qazma işləri tamamlanaraq istismara verilib.
Hacıqabul rayonu ərazisində aqroparka məxsus torpaq sahəsinə Kür çayından sərfi 3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması məqsədilə layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb.
Sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Balakən, Qax, Şəki, Qəbələ, Quba, Xaçmaz, Ağcabədi və Lənkəran rayonlarının ərazisindən keçən çaylarında ümumilikdə 1863 poqonometr uzunluğunda istinad divarları tikilib.
Tovuz, Ağstafa, Qazax, Oğuz, Zərdab və Saatlı rayonlarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması, Şamaxı rayonunda yerləşən heyvandarlıq kompleksinin su ilə təmin edilməsi, Qax və Qusar rayonlarının ərazilərində yerləşən sərhəd zastavalarının və Lənkəran rayonunun Viravul kəndinin ərazisinin Viravulçay çayının sel və daşqın sularından mühafizəsi tədbirlərinin aparılması üçün layihə sənədlərinin hazırlanması işləri yerinə yetirilib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020- 2022-ci illər üçün Tədbirlər Planı”na daxil olan layihələrin icrasına uyğun olaraq İmişli rayonunun 10838 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 29,5 kilometr, sərfi 12 kbm/san olan Qızılarx kanalının, Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 29660 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 22,4 kilometr, sərfi 20,2 kbm/san olan Tərtər Sol Sahil və uzunluğu 12,6 kilometr, sərfi 10 kbm/san olan Xanarx kanallarının, Qusar rayonunun 6091 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edən uzunluğu 42 kilometr, sərfi 4,5 kbm/san olan Yuxarı Zeyxur kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması üzrə işlər yerinə yetirilib.
İşğaldan azad olunmuş ərazilərdə yerləşən su anbarlarının (Suqovuşan, Xaçınçay, Köndələnçay – 3 ədəd) və magistral kanalların təmir-bərpası üçün layihə sənədləri hazırlanıb, Tərtərçay, Həkəriçay və Bərgüşadçay su anbarları kompleksinin su ehtiyatlarının istifadəsi üzrə layihə-axtarış, topoqrafiya, geodeziya və ilkin konseptual layihə işlərinin görülməsinə başlanılıb.
Cəmiyyət tərəfindən 2021-ci ildə icra olunmuş layihələr hesabına 9,5 min hektar sahədə torpaqların su təminatı və 3,5 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 2,1 min hektar yeni torpaq sahəsi suvarma suyu ilə təmin edilib.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə ötən ilin kəskin quraqlıq və su qıtlığı şəraitində əhalinin içməli və kommunal-məişət su təchizatının, əkin sahələrinin su təminatının, elektrik enerjisi istehsalının təmin edilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb, su anbarları və magistral kanallar üzrə operativ qaydada iş rejimləri hazırlanaraq suyun düzgün paylanılması, sudan səmərəli və qənaətlə istifadə olunması təmin edilib.
Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət tərəfindən istismar tədbirlərinə ayrılmış vəsait hesabına suvarma və kollektor-drenaj şəbəkələrində 58,0 milyon kubmetr həcmində (14200 kilometr suvarma, 1900 kilometr kollektor-drenaj şəbəkəsi) lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 53 kilometr hissəsi beton üzlüyə alınıb, 5250 hidrotexniki qurğu, 6100 subartezian quyusu, 330 nasos stansiyası əsaslı və cari təmir olunub.
Çay məcralarında 16,3 milyon kubmetr həcmdə məcratəmizləmə işləri aparılıb, 6,5 min kubmetr şax-daş və faşın, 2,1 min kubmetr qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 25,7 min kubmetr həcmdə təmir işləri yerinə yetirilib.
Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 107,9 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülüb və 44130 kubmetr həcmdə daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib.
Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 443 min hektar sahədə orta hesabla 3 dəfə suvarılıb. Cari ildə təxminən 1 milyon 450 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulur. Hazırda əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində Cəmiyyət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Su ehtiyatlarının dəqiq uçotunun aparılması məqsədi ilə əsas suvarma kanallarında 18 ədəd müasir tipli suölçmə qurğuları quraşdırılıb və cari ildə daha 150 ədəd bu tipli qurğuların quraşdırılması işlərinə başlanılıb. Eyni zamanda 694 ədəd subartezian quyusunda avtomatlaşdırılmış idarəetmə sistemi (SCADA) quraşdırılıb, 185 quyuda isə bu işlər davam etdirilir.
Hazırda Cəmiyyət üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin, meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının, insan resursları, maliyyə- mühasibat uçotunda vahid elektron uçot bazasının yaradılması və elektron sənəd dövriyyəsinin təşkili istiqamətində işlər aparılır.
Cari ildə Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi, Ağsu rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması, Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə), Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir – bərpası, Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararsı paylayıcı kanalların layihələndirilməsi və tikintisi planlaşdırılır. Həmçinin Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması (Hacıqabul rayonu üzrə), rayonlarda su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının layihələndirilməsi və qazılması, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri, Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki–iqtisadi əsaslandırmalarının və layihə sənədlərinin hazırlanması, Suqovuşan (5,2 kilometr magistral kanalla birlikdə), Xaçınçay (7 kilometr uzunluğunda kanalla birlikdə), Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmir və bərpası, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması,Tərtərçay Sol Sahil kanalının yenidən qurulması, Qız qalası su anbarından magistral kanalın tikintisinin texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.