Azərbaycanın köməyi olmadan Avropanın bu qışdan necə çıxacağını bilmirəm – Rumuniyanın sabiq baş naziri
Qazma sahəsində tətbiq olunan yeni texnologiya və avadanlıqlardan istifadə olunaraq “Günəşli” yatağında 350 nömrəli ilk horizontal quyunun qazılması müvəffəqiyyətlə tamamlandı və açıq lüləyə süzgəc endirilərək istismara təhvil verildi. Həmçinin, Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağındakı karbohidrogen ehtiyatlarının tam istismarının təmin olunması üçün 2017-ci ildə 6 saylı özüldən qazılan 78 nömrəli kəşfiyyat quyusunda işlər Bentekc–HP 3000 qurğusu ilə aparılıb. Bu qurğu ilə ilk dəfə olaraq həmin quyuda 529 ton çəkisi olan Q-125 markalı 339,7 x 13,055 mm-lik kəmər bir seksiyadan (əvvəllər 2 seksiyadan ibarət olmaqla ednirilirdi) ibarət olmaqla 4938 metrə endirildi (Azərbaycan Neft Təsərrüfatı Jurnalı, 2016, “Müasir tipli qazma avadanlıqları ilə əldə olunmuş nailiyyətlər”, Famil Əsədov, Rüstəm Zeynalov). Bu, Azərbaycanda qazılmış quyularda ən ağır kəmərin bir seksiyalı endirilməsində bir ilk idi. Neft-qaz sənayesinə daim yeniliklər bəxş edən Azərbaycan neftçiləri qazma sahəsində yeni uğurlara imza atmaqdadırlar. Dünyanın az sayda geoloji cəhətdən çox mürəkkəb yataqlarında qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə edilən MPD – qazma vaxtı təzyiqlərin idarə edilməsi sistemi Azərbaycan qazmaçıları tərəfindən milli sektorda ilk dəfə olaraq “Bulla-dəniz” yatağında qazılmış 91 nömrəli kəşfiyyat quyusunda tətbiq edildi. Qeyd edək ki, “Bulla-dəniz” yatağı dünyada 10 mürəkkəb struktur siyahısına daxildir və həddindən artıq mürəkkəb yataq kimi qəbul edilir. MPD texnologiyasının istifadəsi 91 nömrəli kəşfiyyat quyusunda nəinki başa verə biləcək mürəkkəbləşmələrdən sığortalanmağa həmçinin, əlavə geoloji məlumatların əldə olunmasına, qazma işlərində yüksək kommersiya sürətinə və maliyyə xərclərinin azaldılmasına imkan verdi. Belə ki, 6075- 6084 metr və 6165-6174 metr intervallarında kern qazması işləri çox mürəkkəb geoloji şəraitdə dəqiqliklə və uğurla həyata keçirildi, süxur nümunələri yer səthinə qaldırılaraq növbəti laborator tədqiqatların aparılmasına göndərildi. Əldə olunmuş məlumatlar, 91 nömrəli quyuda qazanılmış təcrübə MPD texnologiyasının gələcəkdə digər quyularda da tətbiq edilə biləcəyinə zəmin yaradır. Bundan əlavə, hasilatın intensivləşdirilməsi və işlənmədə səmərəliliyin artırılması məqsədilə daha bir layihə qazmaçılarımız tərəfindən istehsalatda sınandı. SOCAR AQŞ ilk dəfə olaraq “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında çoxşaxəli quyunu layihələndirdi və yataqdakı 10 saylı özüldə qazılmış 19 saylı çoxşaxəli quyu 2021-ci ilin əvvəllərində yüksək hasilatla istismara daxil oldu. Belə ki, yatağın işlənmə obyektlərində təzyiqin bərabər olduğu müəyyənləşdirildi və həmin çoxşaxəli quyu yatağın mərkəzi blokuna Cənubi Xəzər hövzəsində həyata keçirilən ilk pilot layihə kimi “Azneft” İB tərəfindən təqdim edildi. Bu quyuda iki lülə ilə qazma işi aparılaraq iki məhsuldar horizontun – Qirməki Altı və Qirməki lay dəstələrinin birgə istismarı təmin edildi. Çoxşaxəli horizontal istismar quyularının qazılması texnologiyası yan lülələrin sayından asılı olaraq məhsuldar horizontlarda drenaj sahəsini genişləndirməklə quyunun hasilatını artırır və ən əsası qazma prosesinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.
Neft sənayesində qazma işi: tarixi və inkişaf yolu
Neft sənayesində qazma işi: tarixi və inkişaf yolu Neft bumunun yaşandığı XX əsrin sonlarında, quyuların əllə qazılması üsulundan mexaniki vasitələrlə qazılmasına keçid dövründə bir çox məsələlərin həllinin vacibliyi gündəmə gəldi.
8 Oktyabr , 2021 12:12
https://static.report.az/photo/94a792cd-e99c-31c7-84ea-b9e2ffc510c3.jpg
Neftdən istifadə eramızdan əvvəlki dövrlərə qədər gedib çıxır. Quldarlıq quruluşu dövründə neftin və təbii bitumun işlənilmə sahələri müəyyən qədər genişlənməyə başlayıb. Lakin neftin əvvəllər olduğu kimi yer üzündən, yığılma üsulları tələbatı ödəyə bilmirdi. Lazımi tələbatın ödənilməsi üçün “çala qazılması” üsulu yaranıb. Bu üsulla dərinliyi az olan (2 metrə qədər) çala qazılır və çala divarının uçmaması üçün hörgü işləri görülürdü. Çalaya yığılan neft miqdarından asılı olaraq müntəzəm çıxarılırdı. Daha sonralar feodalizm quruluşu dövründə bir çox sahələrlə yanaşı, neft sənayesi də inkişaf etməyə başladı. Əvvəlki çala qazılması üsulundan daha sərfəli olan “quyu qazılması” üsulu ilə neft hasilatı dövrünə start verildi. Neftə olan tələbat texnologiyanın inkişafını zərurətə çevirirdi. Dünyada ilk dəfə 1846-cı ildə sənaye əhəmiyyətli neft əvvəlcə mexaniki burla üsulu ilə Bibiheybətdə, sonralar isə 1871-ci ildə digər mexaniki üsulla (ağac ştanqlar tətbiq etməklə zərbə yolu ilə) Balaxanıda qazıldı, bununla da Azərbaycanda sənaye üsulu neft hasilatına başlanıldı. Azərbaycanın neft mədənlərində həmin vaxtdan etibarən dəmir ştanqla alətin sərbəst düşməsinə əsaslanan (ştanqla vurma) qazıma üsulu geniş yayıldı.
Neft bumunun yaşandığı XX əsrin sonlarında, quyuların əllə qazılması üsulundan mexaniki vasitələrlə qazılmasına keçid dövründə bir çox məsələlərin həllinin vacibliyi gündəmə gəldi. 1848-ci ildə fırlanma üsulu ilə quyu qazılması və dağıdılmış süxur hissəciklərinin qazma məhlulunun köməyilə yer üzərinə qaldırılmasını fransız mühəndisi Fovel kəşf etdi. 1901-ci ildə dünyada ilk dəfə ABŞ-da rotor üsulu ilə quyu qazmağa başladılar. Beləliklə, dağıdılmış suxur hissəciklərini qazıma məhlulunun dövranı nəticəsində yer üzərinə qaldırmaqla quyu dibinin yuyulmasına əsaslanan fırlanma üsulu ilə qazmanın inkişafı və təkmilləşdirilməsi tarixi həmin ildən başlanır. Dərin qazma sahəsində öncüllərdən olan Nobel qardaşları o dövrdə Pensilvaniyadan Bakıya qazmaçıları gətirdilər, onların istifadə etdikləri üsuldan yararlanaraq qazma qurğusu ixtira etdilər və bu qurğu Bakı mədənlərində nümunə oldu. Balaxanı sahəsindən sonra 1875-ci ildə Sabunçu, 1890-cı ildə isə Ramana sahələrinin istismara daxil edilməsi ilə qazma texnikasına, eləcə də neftin emalı texnologiyasına yeniliklər gətirildi. 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı üsulu tətbiq edildi. 1911-ci ildə Suraxanıda ilk dəfə hərlənən (rotor) qazma üsulundan istifadə edildi, sonralar 1915-ci ildə Ramanada dərinlik quyu nasosları işə salındı, qazlift sınaqdan çıxarıldı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi milliləşdirildi, Azərbaycanda neft sənayesinə rəhbərliyi həyata keçirmək, neft və neft məhsullarının istehsalını artırmaq üçün “Azneft” yaradıldı. Neft sənayesini öz himayəsində saxlayan İttifaq rəhbərliyi onun inkişafı üçün “Azneft”ə xarici şirkətlərlə əlaqə yaratmaq səlahiyyəti verdi. Bu da neft sənayesinin yeni texnika ilə təmin olunmasına kömək etdi. “Azneft”in Moskva, Petroqrad, Xarkov, Daşkənd, habelə, Berlin, Marsel, Paris, London, Nyu-York, Rəşt və digər şəhərlərdə nümayəndəlikləri var idi. “Azneft” texniki avadanlıq və başqa məhsullar almaq məqsədilə ABŞ-ın “Standart-Oyl” şirkəti ilə müqavilə imzaladı, həmçinin Azərbaycanda ilk krekinq qurğusunun texniki avadanlığını istehsal etmək üçün ingilis firması olan “Gikkers Limited”dən lisenziya aldı. Bütün bunlar neft hasilatında yeni texnologiyalardan istifadə olunmasına imkan verdi. 1923-cü ildə keçmiş SSRİ-də ilk dəfə olaraq L. Şmidt zavodunda rotorla qazma üsulu üçün dəzgah hazırlandı və mədənlərdə tətbiq edildi. 1923-cü ildə Bakı mühəndisi M. Kapelyuşnikov dünyada ilk dəfə birpilləli reduktorlu turbobur (qazma maşını) kəşf etdi və müasir turbin qazmasının əsası qoyuldu. Bir il sonra, 1924-cü ildə turboburla (qazma maşını) Suraxanıda dünyada ilk neft quyusu (təxminən 600 metr dərinlikdə) qazıldı. Bakıdakı maşınqayırma zavodlarında qazma baltalarının termik üsulla istehsalı təşkil olundu. Ümumiyyətlə, 1924-1925-ci illərdə ölkədə hasil olunan neftin 30 faizdən çoxu dərin nasos və kompressor üsulu ilə çıxarılırdı, qazma dəzgahlarının 65 faizi elektrik enerjisi ilə işləyirdi. Neftçıxarma üçün texniki təchizatın dinamikası yüksəldi. Balaxanı-Sabunçu-Ramana rayonlarında yeni neft sahələrinin aşkar edilməsi, Bibiheybət yatağının Bayıl buxtasındakı neft mədənlərindən istismara başlanılması Azərbaycanda neft hasilatının artmasına imkan yaratdı. 1925-ci ildən başlayaraq neft yataqlarında qazmanın həcmi kəskin surətdə, başqa sözlə 1920-ci illə müqayisədə 3,4 min metrdən 203 min metrə qalxdı, nəticədə neft hasilatı yüksəlib 5,5-6,8 milyon tona çatdı. Sonrakı 10 il ərzində qazmanın əyriliyini ölçmək üçün cihazlar tətbiq edildi. Dünyada ilk dəfə olaraq, Bakıda Xubentsov qardaşları batarılmış ağac panton formasında üzən özülün konstruksiyasını təklif etdilər. Bu özüldən ilk dəfə olaraq 365 metr dərinliyində neft kəşfiyyat quyusu qazıldı. İlk üzən qazma qurğusu isə Xəzər dənizində 1934-cü ilin sentyabr ayından etibarən fəaliyyətə başladı. Dəyişən cərəyanla işləyən ilk turbobur yaradıldı, üçpərli baltalar əsasında elektroburla qazmanın ilk sınağı keçirildi və çoxpilləli turboburun sənayedə tətbiqinə başlanıldı. 1940-1941-ci illərdə Qala yatağında dünyada ilk dəfə olaraq Ostrovski, Aleksandrov və başqalarının konstruksiyası əsasında hazırlanmış (elektroburla elektrik qazma üsulu) 2500 metr dərinlikli birinci quyu qazıldı, Bayılda, “Bibiheybət” sahəsində Ağa Nemətulla turbin üsulu ilə dərinliyi 2000 metr olan maili quyu qazıldı. Həmin illərdə Xəzərin müxtəlif hissələrində axtarışlar aparıldı və müəyyən edilmiş sahələrdə layihə işlərinə başlanıldı. Pirallahı adasının şimalında, dənizin dərinliyi 7 metr olan hissəsində neft laylarının olduğu təsdiq edildi və 1938-ci ildə burada ilk fərdi metal özül tikildi. Kəşfiyyat işlərinə start verildi. Böyük Vətən Müharibəsinin başlandığı 1941-ci ildə Azərbaycanda neft hasilatı 23,5 milyon tona çatmışdı və bu, keçmiş SSRİ-də hasil olunan neftin 74,3 %-ni təşkil edirdi. Müharibənin başlanması ilə əlaqədar axtarış kəşfiyyat, qazma işləri dayandırıldı, neft hasilatının səviyyəsi 11,1 milyon tona endi. 1943-cü ildə Böyük Vətən Müharibəsində qazanılan üstünlüklər, xalqda mələ gələn ruh yüksəkliyi neft sənayesində böyük dönüş yaratdı, qazma işlərinə başlanıldı, yeni texnika və texnologiyalarının tətbiqinə geniş yer verildi. 1946-cı ildə Gürgan-dəniz rayonunda açıq dənizdə buruq üçün ilk iribloklu özül tikildi, quruda və dənizdə neft quyularının qazılması üçün vışkaların konstruksiyası, sürətlə tikilməsi metodları işlənib hazırlandı. 1948-ci il Avropada və SSRİ-də ilk dəfə olaraq usta Əliyulla tərəfindən oktyabr ayının 2-də Suraxanıda 3800 metr dərinlikdə (o dövr üçün rekord dərinlik) 1308 nömrəli quyu qazıldı və fontan vurdu. 1949-cu ildə əfsanəvi «Neft Daşları» yatağı kəşf olundu və bu, dənizdə neft hasilatının inkişafına böyük təkan verdi. 1968-ci ilin dekabrında “Neft Daşları”nda 2040 metr mailliklə quyu qazıldı ki, bu da o vaxt üçün Avropa rekordu sayılırdı. Neft Daşları yatağından cənub-şərqdə yerləşən perspektivli strukturlarda geoloji-kəşfiyyat işlərinə start verildi, Qərbi Sibirdə geniş tətbiq olunan «Kol üsulu» ilə maili quyuların qazılması keçmiş İttifaqda ilk dəfə olaraq “Neft Daşları”nda tətbiq olunub. 1966-cı ildə keçmiş SSRİ-də ilk dəfə olaraq iki və habelə daha çox layın bir quyu ilə eyni zamanda ayrı-ayrılıqda istismar edilməsinin texnologiyası işləndi. Dənizdə neft-qaz çıxarmanının əsası qoyulduqdan sonra, Xəzərin digər nöqtələrində də yeni-yeni yataqlar açıldı. XX əsrin 50-70-ci illərində “Palçıq pilpiləsi”, “Qum dəniz”, “Səngəçal-Duvanı”, “Xərə-Zirə”, “Bahar”, “Bulla-dəniz” yataqları istismara verildi. “Bulla-dəniz” və “Bahar” kimi qaz-kondensat yataqlarının kəşf edilməsi nəticəsində 1982-ci ildə qaz hasilatı 14,3 milyard kubmetrə çatdırılıdı. İstər dənizdə, istərsə də quruda yeni yataqların kəşfi və istismarı nəticəsində 1971-ci ildə Azərbaycanda neftin 1 milyardıncı tonu çıxarıldı. XX əsrin son otuz ili Azərbaycanın siyasi-iqtisadi tarixində önəmli yer tutur. Ən əsası ona görə ki, bu dövrdə Azərbaycana dünya şöhrətli siyasi xadim, fenomenal şəxsiyyət Heydər Əliyev rəhbərlik edib. Heydər Əliyev hələ Azərbaycan SSR-in birinci katibi işlədiyi müddətdə ölkə həyatının bütün sahələrində kardinal islahatların həyata keçirilməsinə, iqtisadiyyatın bütün sahələrinin yüksək dinamika ilə inkişaf etdirilməsinə nail olub. Milli iqtisadiyyatda neft sənayesinin həlledici rolunu hələ o dövrdə nəzərə alan ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirərək neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail oldu, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyuldu. Heydər Əliyevin səyi nəticəsində 1970-1980-ci illərdə ölkəyə «Şelf-2», «Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları gətirildi. Bu qurğular vasitəsilə «Dədə Qorqud» və «İstiqlal» qurğuları düzəldildi. Qurğuların işini təşkil etmək üçün «Süleyman Vəzirov», «İsrafil Hüseynov» kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən «Azərbaycan» kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki gəmilər gətirildi. Açılan neft yataqlarında platformalar tikmək üçün Bakıda Dərin Dəniz Özülləri Zavodu tikildi, yüksək oktanlı benzin istehsal edən «Katalitik Krekinq» qurğusu tikildi. Neft-qaz sənayesində tətbiq olunan yeniliklər tezliklə bəhrəsini verdi, neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı. Neft hasilatının azalma sürəti qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə aşağı endi. 1970-1988-ci illər ərzində Xəzərin şimalından başlamış cənubuna qədər geoloji-kəşfiyyat işləri aparıldı, dərin quyular qazıldı, Azərbaycan geofizikləri tərəfindən 350-yə qədər perspektivli struktur aşkar edildi. Bu gün ölkənin neft-qaz hasilatında mühüm çəkiyə malik “Günəşli”, “Ələt-dəniz”, “8 Mart” kimi yataqlar açıldı. 1991-ci ildə SSRİ-nin süquta uğraması ilə Azərbaycan müstəqillik əldə etdi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos, siyasi qeyri-sabitlik ölkəni dərin sosial-iqtisadi böhranla üz-üzə qoydu. Xalqın son dərəcə ağır bir anında siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin qətiyyətli, uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan bu uçurumdan qurtuldu. Heydər Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetləri müəyyənləşdirdi, Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın bünövrəsini atdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” regionda irimiqyaslı enerji layihələrinin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən qalibiyyətli enerji strategiyası ölkəmizin işıqlı gələcəyinin, dünya birliyinə uğurlu inteqrasiyasının təminatı oldu, Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu bir dövlət kimi tanıdan nailiyyətlərə təkan verdi. Dünyanın iri transmilli, böyük təcrübəyə, yüksək texnika və texnologiyaya malik şirkətləri ilə əməkdaşlığa start verildi, neft-qaz sənayesində zəngin maddi baza, yeni infrastruktur imkanları yarandı. Ölkə iqtisadiyyatının avanqardı olan Dövlət Neft Şirkəti də beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern və güclü bir quruma çevrilmək istiqamətində fəaliyyətini davam etdirir. Neft-qaz hasilatının artırılmasında qazma işləri mühüm əhəmiyyət kəsb edir. Bu mənada SOCAR öz fəaliyyətində qazma işlərinə böyük önəm verir. Ölkə başçısının 2007-ci il tarixli Fərmanına uyğun olaraq, SOCAR-ın tərkibində Kompleks Qazma İşləri Tresti yaradıldı. Bu, neft-qaz sənayesinin qarşıdakı inkişaf perspektivləri nəzərə alınaraq, atılmış addım oldu. Qazma Tresti mobil, operativ iş qabiliyyətinə malik qabaqcıl texnika və texnologiyalara uyğunlaşma kursu götürərək, hazırda ölkənin quru və dəniz sahələrini əhatə edən 27 yataqda neft-qaz quyuları qazır. Yarandığı vaxtdan bəri Kompleks Qazma İşləri Tresti beynəlxalq standartlara cavab verən yeni qurğular və istehsalatda tələb olunan avadanlıqlarla təchiz olunur, böyük qazma sürətinin əldə olunmasına, quyuların daha keyfiyyətli və ucuz başa gəlməsi məqsədi ilə istifadə olunan texniki vasitələrin müasirləşdirilməsinə üstünlük verir. SOCAR tərəfindən 2013-cü ildən başlayaraq köhnəlmiş qazma qurğuları parkının dəyişdirilməsinə başlandı. Quyuların qazılmasında qabaqcıl texnalogiyaya əsasında qazma əməliyyat sistemlərindən, işlərin mürəkkəbləşməsiz və keyfiyyətlə başa çatdırılması üçün özüllərdə ABŞ və Çin Xalq Respublikasından alınan ən müasir “Top Drive” mexanizmi ilə təchiz olunmuş böyük yük qaldırma qabiliyyətinə malik ZJ 70 DBS və ZJ 70 D qazma qurğularından, “Schulmberger” şirkətinin LWD, MWD, PWD telemetrik ölçü sistemlərindən, karbohidrogen əsaslı qazma məhlulundan, hidravlik genişləndiricilərdən, quyu dibi mühərriklərdən, Yass-Akselatordan və s. tərtibatlardan, dərin quyuların qazılmasında məsafədən idarəetmə nəzarət sistemindən istifadəyə start verildi, köhnə tipli qazma nasosları yeni 3 silindirli qazma nasosları ilə əvəzləndi, qazma işləri elektronikaya əsaslanan avtomatlaşdırılmış əməliyyatlar sistemi ilə həyata keçirildi. Quyularda yeni və müasir texnologiyaların tətbiqi istifadəsi (yüksək hidromonitor effektli PDC, eləcə də bisentrik baltalar, quyudibi motorlar, quyunun parametrlərinə daimi nəzarət etmək üçün MWD, LWD cihazları, stabilizatorlar, Yass, qalın divarlı qazma boruları, polimer və karbohidrogen əsaslı qazma məhlulları və s.) qazmanın sürətinin artırılmasına, istehsal prosesində risk və qəzaların qarşısının alınmasına zəmin yaratdı. Ötən müddət ərzində quyuların qazılmasına texnoloji nəzarəti artırmaq, qazma rejimi parametrlərini birbaşa vizual nəzarətdə saxlanmasını həyata keçirmək məqsədi ilə “RT Client Leuza” və “Empirica” kimi proqram paketləri alınaraq istehsalat obyektlərində istifadəyə verildi. Bütün bunlar qazmanın sürətinin artırılması, quyuların keyfiyyətli tamamlanması, istehsal prosesində risk və qəzaların qarşısının alınması baxımından əhəmiyyətlidir. Artıq Trest 7000-7500 metr dərinlikdə quyuların qazılmasına imkan verən müasir qurğularla təchiz olunub. Ümumiyyətlə, Kompleks Qazma İşləri Tresti yarandığı vaxtdan, 2007-ci ildən indiyədək SOCAR-ın istismar etdiyi yataqlarda (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 2 006 988 metr qazma işi həyata keçirilib ki, bu həcmin də 81 157 metri kəşfiyyata, qalanı isə istismara aid olub. Həmin dövrdə mədənçilərə 1191 quyu qazılaraq təhvil verilib.
Qazma sahəsində tətbiq olunan yeni texnologiya və avadanlıqlardan istifadə olunaraq “Günəşli” yatağında 350 nömrəli ilk horizontal quyunun qazılması müvəffəqiyyətlə tamamlandı və açıq lüləyə süzgəc endirilərək istismara təhvil verildi. Həmçinin, Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağındakı karbohidrogen ehtiyatlarının tam istismarının təmin olunması üçün 2017-ci ildə 6 saylı özüldən qazılan 78 nömrəli kəşfiyyat quyusunda işlər Bentekc–HP 3000 qurğusu ilə aparılıb. Bu qurğu ilə ilk dəfə olaraq həmin quyuda 529 ton çəkisi olan Q-125 markalı 339,7 x 13,055 mm-lik kəmər bir seksiyadan (əvvəllər 2 seksiyadan ibarət olmaqla ednirilirdi) ibarət olmaqla 4938 metrə endirildi (Azərbaycan Neft Təsərrüfatı Jurnalı, 2016, “Müasir tipli qazma avadanlıqları ilə əldə olunmuş nailiyyətlər”, Famil Əsədov, Rüstəm Zeynalov). Bu, Azərbaycanda qazılmış quyularda ən ağır kəmərin bir seksiyalı endirilməsində bir ilk idi. Neft-qaz sənayesinə daim yeniliklər bəxş edən Azərbaycan neftçiləri qazma sahəsində yeni uğurlara imza atmaqdadırlar. Dünyanın az sayda geoloji cəhətdən çox mürəkkəb yataqlarında qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə edilən MPD – qazma vaxtı təzyiqlərin idarə edilməsi sistemi Azərbaycan qazmaçıları tərəfindən milli sektorda ilk dəfə olaraq “Bulla-dəniz” yatağında qazılmış 91 nömrəli kəşfiyyat quyusunda tətbiq edildi. Qeyd edək ki, “Bulla-dəniz” yatağı dünyada 10 mürəkkəb struktur siyahısına daxildir və həddindən artıq mürəkkəb yataq kimi qəbul edilir. MPD texnologiyasının istifadəsi 91 nömrəli kəşfiyyat quyusunda nəinki başa verə biləcək mürəkkəbləşmələrdən sığortalanmağa həmçinin, əlavə geoloji məlumatların əldə olunmasına, qazma işlərində yüksək kommersiya sürətinə və maliyyə xərclərinin azaldılmasına imkan verdi. Belə ki, 6075- 6084 metr və 6165-6174 metr intervallarında kern qazması işləri çox mürəkkəb geoloji şəraitdə dəqiqliklə və uğurla həyata keçirildi, süxur nümunələri yer səthinə qaldırılaraq növbəti laborator tədqiqatların aparılmasına göndərildi. Əldə olunmuş məlumatlar, 91 nömrəli quyuda qazanılmış təcrübə MPD texnologiyasının gələcəkdə digər quyularda da tətbiq edilə biləcəyinə zəmin yaradır. Bundan əlavə, hasilatın intensivləşdirilməsi və işlənmədə səmərəliliyin artırılması məqsədilə daha bir layihə qazmaçılarımız tərəfindən istehsalatda sınandı. SOCAR AQŞ ilk dəfə olaraq “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında çoxşaxəli quyunu layihələndirdi və yataqdakı 10 saylı özüldə qazılmış 19 saylı çoxşaxəli quyu 2021-ci ilin əvvəllərində yüksək hasilatla istismara daxil oldu. Belə ki, yatağın işlənmə obyektlərində təzyiqin bərabər olduğu müəyyənləşdirildi və həmin çoxşaxəli quyu yatağın mərkəzi blokuna Cənubi Xəzər hövzəsində həyata keçirilən ilk pilot layihə kimi “Azneft” İB tərəfindən təqdim edildi. Bu quyuda iki lülə ilə qazma işi aparılaraq iki məhsuldar horizontun – Qirməki Altı və Qirməki lay dəstələrinin birgə istismarı təmin edildi. Çoxşaxəli horizontal istismar quyularının qazılması texnologiyası yan lülələrin sayından asılı olaraq məhsuldar horizontlarda drenaj sahəsini genişləndirməklə quyunun hasilatını artırır və ən əsası qazma prosesinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.
Quyu rejimə salındıqdan sonra stabil olaraq sutkalıq 28-30 ton neft hasilatı ilə işləməyə başladı. Lakin qeyd etmək lazımdır ki, ətraf quyuların hasilat nəticələrinə görə Qirməki Lay dəstəsindən işləyən quyuların orta gündəlik neft hasilatı sutkalıq 15 ton, Qirməki Altı lay dəstəsindən işləyən quyuların orta gündəlik neft hasilatı isə sutkalıq 12 tondur. Qeyd olunan işlənmə strategiyası hazırki texnologiyaların və müasir işlənmə sistemlərinin ən optimal variantı hesab edilir. “Qərbi Abşeron” yatağının səmərəli işlənməsini təmin etmək üçün mövcud və gələcəkdə tikiləcək özüllərdən bu tipli çoxşaxəli quyuların qazılması nəzərdə tutulur. 2022-ci ilin qazma işlərinin plan-qrafikinə əsasən, “Qərbi Abşeron” yatağında yerləşən 54 nömrəli özüldən 7b, 37a, 38a, 74a və 139a nömrəli çoxşaxəli quyuların da qazılması planlaşdırılır. Bu gün Azərbaycan neft-qaz sənayesinin bütün əsas sahələri, o cümlədən qazma sahəsi üzrə malik olduğu beynəlxalq standartlar səviyyəsindəki elmi-texniki potensial və təcrübə təqdirəlayiqdir. Hazırda “Neft-qaz quyularının layihələndirilməsi və tikintisinin biznes prosesləri” toplusu (QLTP) əsasında tərtib olunmuş SAP PS (Project Systems/Layihə sistemləri) modulunun tətbiqi nəticəsində SOCAR-da qazma layihələrinin planlaşdırılması və icrasına nəzarət aparılır, bir çox müxtəlif iqtisadi və texniki hesabat növləri ilə paralel olaraq avtomatik şəkildə Gündəlik Qazma Hesabatları (DDR) və Əsas fəaliyyət göstəriciləri (KPİ) birbaşa sistemdən alınır. Bu modulla layihənin əvvəlindən sonuna kimi görüntü əldə olunur, bütün quyu layihələndirməsi və tikintisi prosesi şəffaf izlənilir. Ümumiyyətlə, dərin quyuların qazılmasında yeni növ qazma qurğularından, müasir sistemlərdən istifadə, eləcə də telemetrik sistemin, mütərəqqi qazma məhlullarının tətbiqi bir sıra qəza və mürəkkəbləşmələrin qarşısını alır. Xəzərin dərin qatlarında zəngin neft və qaz yataqlarının mənimsənilməsi daha müasir qazma qurğularına tələbatı artırır. Bu gün ölkəmizin malik olduğu müasir, yüksək səviyyəli texnika və texnologiyalar neft-qaz sənayesinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Müstəqillik illərində – XX əsrin 90-cı illərinin sonlarında “Şelf” tipli qazma qurğuları yenilənərək “Dədə Qorqud”, “İstiqlal” kimi modern dərin qazma qurğularına çevrildi. Bu qurğular dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işləri aparmağa qadirdir. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin 1000 metrədək hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaratdı. 2018-ci ildə istismara verilən Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu isə dənizin 1000 metr dərinliyində 12000 metrə qədər quyular qazmağa qadirdir. Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.
Bu qurğu Xəzərdə ən dərin quyunun qazılması üzrə rekorda imza atıb. Qazma işləri JOCAP-ın operatoru olduğu “Abşeron” yatağındakı 1 saylı quyuda aparılıb və quyunun dərinliyi 7411 metrə çatdırılıb. Qazma qurğuları Kaspian Drilinq Kompani şirkəti (CDC) tərəfindən istismar olunur. Şirkətin fəaliyyəti dövründə qurğulardan “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu”, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şah-dəniz”, “Naxçıvan”, “Abşeron”, “İnam” və s. dəniz strukturlarında, ümumiyyətlə 20-yə yaxın geoloji strukturda 100-dən çox dərin kəşfiyyat quyuları qazılıb. Neft sənayesinin tarixində, xüsusən son illər qazma sahəsində müşahidə olunan elmi-texniki tərəqqi Azərbaycanın neft və qaz çıxarma sektorunun inkişafına böyük təsir edib, quyularının qazılmasında istifadə olunan müasir qazma avadanlıq və mexanizmləri qazma işlərinin məhsuldarlığını xeyli artırıb. “Əsrin Müqaviləsi” çərçivəsində imzalanan hasilatın pay bölgüsü sazişləri çərçivəsində Xəzər akvatoriyasındakı strukturların perspektivliyinin təyin olunmasında, bu sektorun sürətli inkişafı üçün yeni yataqların açılmasında dərin qazma işləri xüsusi əhəmiyyət kəsb edir. Bu nailiyyətləri daha da təkmilləşdirmək üçün qazma sahəsində bir çox işlərin avtomatlaşdırılması, eləcə də qazma prosesinin kompüterləşdirilməsi texnikası ilə idarə olunması, yüksək peşəkar qazmaçıların biliklərinin artırılması günün vacib məsələlərindəndir. Sonda oxuculara qazma prosesi haqqında bəzi vacib nüansları açıqlamaq istərdik. Qazma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb etməklə bərabər xalq təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Müasir dünyamızda neft, qaz, duz məhlulları, mineral və müalicə sularının çıxarılması, boruların, yeraltı hava xətərinin, kabellərin və s. çəkilməsi, yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlanması, kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması və dondurulması, tikiləcək hündürmərtəbəli binaların özüllərinin qoyulması üçün süxurların tədqiq edilməsi, yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparılması, dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro yollarının çəkilməsi üçün, eləcə də geoloji axtarış və xəritə alma məqsədi ilə quyular qazılır.
Quyu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən dərinliyindəki laya qazılmış silindirik lülədir. Neft və qaz quyuları iki üsulla; vurma və fırlanma üsulları ilə qazılır. Vurma üsulu ilə qazımada süxurlar şaquli istiqamətdə (yuxarıya və aşağıya) hərəkət etdirilən baltanın zərbələri nəticəsində dağıdılır və dağıdılmış süxur hissəcikləri maye ilə birlikdə quyudan çıxarılır. Hazırda neft və qaz quyularının qazılmasında bu üsuldan istifadə edilmir. Fırlanma üsulu ilə qazmada isə süxurlar fırladılan balta vasitəsilə kəsilir, qoparılır, doğranılır və suxur hissəcikləri qazma zamanı fasiləsiz dövran edən yuyucu maye vasitəsilə quyudan çıxarılır. Fırlanma üsulu üç növə ayrılır: 1) Rotor qazması. Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir; 2) Turbin qazması. Bu halda balta və onun üstündə yerləşdirilmiş turbin qazma boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir və turbinin fırlanma hərəkəti baltaya ötürülür. 3) Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir. Rotor üsulu ilə qazma, dünya təcrübəsində çox geniş yayılıb. Hazırda planetimizdə qazılan quyuların böyük əksəriyyəti bu üsulla qazılır. Vüqar Həsənov
Azərbaycanın köməyi olmadan Avropanın bu qışdan necə çıxacağını bilmirəm – Rumuniyanın sabiq baş naziri
Enerji məsələsində Azərbaycanın köməyi olmadan Avropanın bu qışdan necə çıxacağını bilmirəm.
Trend-in məlumatına görə, bu barədə Rumuniyanın sabiq baş naziri Ana Birchall X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.
“Biz düşünməliyik ki, Azərbaycan bizə kömək etməsəydi, harda olardıq, gələn qış nə edərdik. Azərbaycanın səylərini görməyə şadam, çünki o, təkcə Rumıniya üçün deyil, Avropa üçün strateji rola malikdir. Azərbaycanla Ruminiya arasında inkişaf edən əməkdaşlığı görməyə çox şadam”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Comments are closed, but trackbacks and pingbacks are open.