Azərbaycan dilində söz yaradıcılığı kitabı
Vüsalə Rafiq qızı Qasımova
Söz yaradıcılığı
Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var:
1.Leksik şəkilçilərin köməyiilə yeni – düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+iük, gül+dan və s. Leksik şəkilçilərin köməyi ilə düzlətmə sözlərin yaranması qaydası morfoloji üsuladlanır.
2.İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni -mürəkkəb sözlərinyaranması. Məsələn: ayaq və qab ~ ayaqqabı, uca yə boy – ucaboy, aş və süzən = aşsüzən və s. Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.
Eyniköklü sözlər
Eyni bir kökdən düzələn sözlər eyniköklü sözlər adlanır. Məsələn:
ov-ovçu-ovla (maq) – ovlaq;
duz-duzlu-duzsuz-duzlamaq);
kəs(mək) – kəskin – kəsik – kəsici və s.
Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, bəm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn: gül ismindən düzəlmiş gülçü – güllük – güldan eynikök-sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla-otlaq) sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir.
Eyniköklü sözlər yalnız düzəltmə sözlər sayılır.Məsələn, yazdım, yazır, yazlıq, yazı, yazıçı, yazıçılıq sözlərindən yalnız son düzəltmə sözləreyniköklü sözlər sayılır. Çünki yazı, yazıçı və yazıçılıq düzəltmə sözlərinin hər üçünün kökü “yaz” felidir. yazlıq sözü də düzəltmədir, ancaq bu söz “yaz” (bahar) ismindən düzəlmişdir. Yazdım, yazır sözləri isə qrammatik şəkilçili sadə sözlərdir.
İki və daha artıq leksik şəkilçili düzəltmə sözlər
Dilimizdə bəzi düzəltmə sözlər iki və daha artıq leksik şəkilçinin köməyi ilə yaranır. Bu, o deməkdir ki, bır düzəltmə sözdən başqa bir düzəltmə söz yaratmaq olur. Məsələn: yaz +ı+lı, yazı+çı, yazıçı+lıq; ək – ək+in, əkin+çi, əkinci+lik; üz -gü, üzgü+çü, üzgüçü+lük; qoru – qoru+q, qoruq+ çu, qoruqçuluq+luq və s.
Bəzi düzəltmə sözlərin tələffüzü
Sonu iki samitlə (ya hər ikisi cingiltili samitlə, ya da birincisi kar, ikincisi cingiltili samitlə) bitən bəzi təkhecalı sözlərə samitlə başlayan leksik (və ya qrammatik) şəkilçi qoşulduqda üç samitin yanaşı gəlməsi tələffüzü çətinləşdirir. Buna görə həmin sözlərin kökündəki samitlərin arasına tələffüzdə bir sait səs artırılır. Məsələn: üzv -üzv+lük – [üzüvlüx’], rəhm – rəhm+li [rəhimli], sədr – sədr+lik [sədirlix’]. üzr – üzr+süz [üzürsüz], hökm – hökm+lü [hökümlü], zülm – zülm+kar [zülümkar], sehr – sehr+li [sehirri] və s.
Qeyd: Bu cür sözlər alınma sözlərdir.
Sonu iki kar samitlə bitən sözlərə isə samitlə başlanan hər hansı bir şəkilçi qoşulduqda kökdəki samitlərdən ikincisi tələffüz olunmur. Məsələn: dost – dost+luq [dosluğ], neft -neft+çi [nefçi], sərbəst – sərbəst+lik [sərbəslix] , üst – üst+də [üsdə], xoşbəst – xoşbəxt+lər [xoşbəxlər], güzəşt – güzəşt+siz [güzəşsiz] və s.
Qeyd: Bu cür sözlər də, əsasən, alınma sözlərdir.
Mürəkkəb sözlər
İki (bəzən də daha çox) sözün birləşməsi ilə yaranan yeni mənalı sözlər mürəkkəb sözlər adlanır.
Mürəkkəb sözlər bir neçə yolla yaranır:
1. İki müxtəlif mənalı sözün birləşməsi ilə: dəvəquşu. üçbucaq, əlüzyuyan, yarımada, kəklikotu, suiti, ayaqqabı və s.
2. Yaxın mənalı sözlərin birləşməsi ilə: səs – küy, qohum-qar-daş, toyuq-cücə, oğul-uşaq, yorğan-döşək, qapı-baca. qoyun-quzu və s.
3. Antonim sözlərin birləşməsi ilə: yer – göy, az çox, gecə-gündüz, gec-tez, böyük – kiçik və s.
4. Eyni sözün təkrarı ilə: səhər – səhər, yavaş-yavaş, tez-tez, bir-bır, asta-asta və s.
Mürəkkəb sözlər üç cür yazılır: bitişik, defislə və ayrı.
İki müxtəlif mənalı sözün birləşməsindən düzələn və vurğusu ikinci sözün üzərinə düşən mürəkkəb sözlər bitişik yazılır (bax: 1-ci bənddə verilmiş mürəkkəb sözlərə).İki sözün birləşməsindən düzələn və məcazi mənada işlənən mürəkkəb sözlər də bitişik yazılır: üzüyola, suyuşirin, qaradinməz, gözucu, dilucu və s. Yuxarıda 2-4 -cü bəndlərdə verilmiş mürəkkəb sözlər isə defislə yazılır. Birinci hissəsi qeyri sözündən ibarət olan mürəkkəb sözlər və tərəflərindən biri (bəzən də hər ikisi) ayrılıqda işlənməyən sözlərdən düzələn mürəkkəb sözlər də defislə yazılır: Məsələn: qeyri-adi, qeyri-ciddi, qeyri-müəyyən, qeyri-dəqiq, çör-çöp, az-maz, əzik-üzük, kələ-kötür, uzun-uzadı, bəzək-düzək və s.
Mürəkkəb fellər və mürəkkəb saylarayrı yazılır: qəbul olmaq, kömək etmək, razı qalmaq, sakit olmaq; on beş, yüz otuz, səksən beşinci və s.
- Teqlər:
- eyniköklü sözlər
- , düzəltmə sözlər
- , mürəkkəb sözlər
Azərbaycan dilində söz yaradıcılığı kitabı
Vüsalə Rafiq qızı Qasımova
Bakı Slavyan Universiteti
AZƏRBAYCAN DİLÇİLİYİNDƏ SÖZ YARADICILIĞI
Açar sözlər: söz, söz yaradıcılığı, semantik üsul, sintaktik üsul, morfoloji üsul, leksik üsul
Key words: word, word formation, semantic method, syntactic method, morfological method, lexical method
Ключевые слова: слово, словообразование, семантический метод, синтаксический метод,
морфологический метод, лексическая метод
Dilçilik elmi sürətlə inkişaf etməkdədir. Dilçilik elminin şöbələrindən biri də söz yaradıcılığıdır. Dilin sürətli inkişafında əsas rol oynayan dilin lüğət tərkibi məhz dilin zənginləşməsində, yeniləşməsində, o dildə danışan xalqın maddi və mənəvi səviyyəsinin yüksəldilməsində əsas rol oynayan amillərdən biridir. Lüğət tərkibi zəngin olan dilləri zəngin və qüdrətli dillər hesab edə bilərik. Dilin inkişafı, zənginliyi, rəngarəngliyi lüğət tərkibinin zənginliyi və çoxcəhətliliyi ilə əlaqədardır. Lüğət tərkibi özlüyündə dil üçün sözlərdən və ifadələrdən ibarət tikinti materialıdır. Xalqların iqtisadi, siyasi və mədəni həyatında baş verən dəyişikliklər, dünyada yaranan yeni istehsalat üsulları, müasir texniki tərəqqi, elmi naliyyətlər, aqrar təsərrüfatdakı əsaslı dönüş, elm, mədəniyyət, ticarət ədəbiyyatın inkişafı, ictimai yaşayış, əmək əlaqələrinin sıxlaşması, yeni ideologiyaların, İKT-nin inkişaf etdirilməsi və digər bir sıra amillərlə əlaqədar olaraq yaranan söz və söz ehtiyyatları ilə dilin lüğət tərkibinin zənginləşməsi və rəngarəngləşməsi baş verir. Lüğət tərkibinin zənginləşməsi birbaşa söz yaradıcılığı prosesi ilə əlaqədardır.“Dildə “sözyaratma” məfhumunu sinxron və diaxron aspektlərdə işlətmək olar.
MƏQALƏNİ YÜKLƏ [154,48 Kb] (yüklənib: 36)
Comments are closed, but trackbacks and pingbacks are open.