Press "Enter" to skip to content

Dilimizin tərkibində özləşmə meyilləri. Qrammatik norma

Alınma sözlərin türkləşdirilməsi prosesi əvvəllər də baş vermiş və indiyə qədər işlətdiyimiz bəzi sözlər – qurultay, bildiriş, görüntü, başqan, seçki, ildönümü və s. bu cür yaranmışdır. Son vaxtlarda da bu qayda ilə bəzi leksik vahidlər yaranmışdır: çilmərlik, saxlanc (maliyyə termini kimi), əyləc (tormoz), dönüm (mərhələ), dürlü (müxtəlif), qaynaq (mənbə), çaödaş (müasir), yüzillik(əsr),durum (vəziyyət),özəlləşmə (xüsusiləşmə) və s. Bu cür sözlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Linguopsychology

157
larından biri idman oyunu aləti (futbol topu, voleybol topu və s.),
digəri artilleriya silahı kimi; ikinci intellekt obrazına ekvivalent olan
söz forması və ya qəlibi qaz olan leksik formanın birinci intellekt
obrazlarından biri maddənin mövcudluq forması, digəri ev quşu
(hətta bəzi dialektlərdə əfəl adam) kimi gerçəklik elementlərinə
ekvivalentdir.
İkinci intellekt obrazına ekvivalent olan söz forması və ya
qəlibi bir-birini qismən təkrar edən leksik formaların ən geniş
yayılmış nümunəsi dilçilik elmində düzəltmə və mürəkkəb sözlər adı
ilə tanınan və yuxarıda leksik formaların ikinci və üçüncü tipi kimi
nəzərdən keçirdiyimiz formalardır.
Göründüyü kimi, leksik formaların ikinci intellekt obrazına
ekvivalent olan söz forması və ya qəlibi bir-birini tam və ya qismən
təkrar etsə də, onların birinci intellekt obrazları tamamilə fərqli,
müstəqil gerçəklik elementlərinin obrazlarına ekvivalent olur.

§ 3.3. Leksik-qrammatik formalar

İstər dil, istərsə də nitqdə istifadə olunan sözlər yalnız leksik
səviyyəli sözlərdən, yəni leksik formalardan ibarət deyil. Amorf və
ya kök dillərdən başqa heç bir dildə yalnız leksik formalarla nə
ünsiyyət tam təmin oluna bilər, nə də axıcı nitq yarana bilər.
Türk dillərində də ünsiyyəti tam şəkildə təmin edəcək dolğun
və lakonik dilin, yaxud da nitqin yarana bilməsi üçün mütləq şəkildə
leksik-qrammatik və qrammatik formaların iştirakı vacibdir.
Təsviri və nоrmativ qrammatikanın bəzi хüsusiyyətlərindən
danışan L.V.Şеrba bеlə hеsab еdir ki, “nоrmativ qrammatikada dil
daşlaşmış fоrmada təsvir оlunur. (əslində isə – M.Əsgərоv) dil
daima dəyişir və təsviri qrammatikada bu öz əksini tapmalıdır. Dilin
bəzi cəhətləri, həqiqətən də, kifayət qədər uzun müddət ərzində
dəyişməz оlaraq qalır, ikincilər köhnələrək işləklikdən düşür,
üçüncülər isə yеnicə yaranmağa başlayır”
1
.

1
Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с. 50.

158
Türk dillərində daxili inkişaf və təkmilləşmə prosesi mahiyyət
etibarı ilə dünya dillərində mövcud olan ümumi qanunauyğunluqlar
çərçivəsində və əksər halda dilçilik elminə artıq çoxdan məlum olan
yol və üsullarla gedir. Dillərin daxili inkişaf prosesində qrammatik
kateqoriya və şəkilçilərin leksikləşməsi ilə yanaşı, bunun əksinə olan
proses, yəni leksik şəkilçi və kateqoriyaların qrammatikliyə doğru
dəyişməsi də müşahidə olunur
1
.
Bu dəyişkənliklərin hansının proqressiv, hansının reqressiv,
başqa sözlə desək, hansının dili inkişaf etdirməsi, hansının inkişafa
mane olması ilə bağlı heç bir polemikaya yol vermədən yalnız belə
proseslərin mövcudluğu faktını ön plana çəkmək istəyirik. Məhz bu
kimi faktların mövcudluğu və onların zaman-zaman tədqiqatçılarımı-
zı düşündürməsinin nəticəsidir ki, türkologiya tarixində bəzən qram-
matik, bəzən leksik kateqoriya kimi təqdim olunan formalarla bağlı
on illər boyu tədqiqatlar aparılmış
2
və bu gün də həmin problem tam
şəkildə öz həllini tapmamışdır.
Bəzən eyni bir problem müxtəlif müəlliflər tərəfindən fərqli
şəkildə şərh olunur, bəzənsə konkret bir problemin eyni bir müəllifin
əsərində müxtəlif hissələrə parçalanaraq izah edilməsi halına rast
gəlinir
3
.
Eyni bir problemin müxtəlif müəlliflər tərəfindən fərqli şəkildə
şərhini, əlbəttə ki, tədqiqatlararası müddət ərzində dilin əhəmiyyətli
dərəcədə dəyişməsi ilə izah etmək olmaz. Çünki mühafizəkar
mahiyyətə malik olan dildə ən xırda leksik dəyişkənliklərin baş
verməsi üçün belə, on illərlə vaxt tələb olunur. Bütöv bir kateqoriya-
nın öz leksik xüsusiyyətini qrammatik xüsusiyyətə dəyişməsi və ya
əksinə, qrammatik kateqoriyanın leksik kateqoriyaya çevrilməsi üçün

1
Daha ətraflı bax: Əfəndiyеv İ.R. Müasir Azərbaycan dilində qrammatik katеqoriyalar.
Filologiya еlmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissеrtasiyanın
avtorеfеratı. Bakı, 1960, 46 s.;
2
Bax: 1) Mirzəyеv H. Azərbaycan dilində fеl. Bakı, 1986, s. 221, 2) Велиев К. Н. Аффиксы –
кы в азербайджанском языке. Автореферат на соискание ученой степени кандидата
филологических наук. Баку, 1974, с. 20
3
Məsələn, -ki şəkilçili formanın müxtəlif cür izahı.

159
isə, göründüyü kimi, əsrlər belə kifayət etmir.
Türk xalqlarının ən qədim yazılı abidələrindən olan Orxon-
Yenisey, “Kitabi-Dədə Qorqud” abidələrində rast gəlinən bəzi sub-
stantiv, atributiv və adverbial fel formaları bu gün də müxtəlif türk
dillərində eyni məna və funksiyanı qoruyur, məsələn, “Qaradərə
ağzında qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda
qara taşı kül eləyən. Qaragüne çapar yetdi”
1
.
Həmin abidələrdə həm qrammatik, həm də leksik formalar
yaratmağa xidmət edən felin icbar, məchul və qayıdış növlərinə kiçik
fonetik dəyişkənliklərlə eyni məna və funksiyalarda müxtəlif müasir
türk dillərində rast gəlinir
2
. Deməli, eyni bir problemin müxtəlif
yönlərdən şərhi vaxt faktoru ilə bağlı deyil. Aydındır ki, eyni bir
problemin müxtəlif müəlliflər tərəfindən fərqli şəkildə şərhi əvvəlki
tədqiqatçıların, yəni sələflərimizin səhvi, çatışmazlığı və ya səbatsız-
lığı kimi də qiymətləndirilə bilməz.
Bizcə, eyni bir problemin həm fərqli şəkillərdə izah edilməsi-
nin, həm də fərqli şəkillərdə adlandırılmasının səbəbi, haqqında danı-
şılan forma və kateqoriyaların ikili, hətta bəzən üçlü və s. mahiyyət
daşımasında, sabitləşməməsində, dəyişmə, yeniləşmə və inkişaf pro-
sesinin hələ davam etməsində, amorfluğundadır.
Dünya dillərindən heç biri keçid mərhələsində olan amorf
formalardan xali deyil və ola da bilməz. Çünki heç bir dil birdən-birə
indiki səviyyəsində yaranmamışdır. Bu səviyyəyə tədricən gəlib çat-
mış, təbii ki, uzun bir təkamül və inkişaf yolu keçmişdir.
Dillərin tarixi aspektdə araşdırılmasına həsr edilən tədqiqat
əsərlərinin bəzilərində leksikləşməyə meyil edən qrammatik forma
və kateqoriyalardan, digərlərində isə qrammatikləşməyə doğru meyil
edən leksik forma və kateqoriyalardan bəhs olunur
3
. Daima inkişafda

1
Ələkbərova E.N.Dilimizin ulu səsi – Dədə Qorqud abidəsi. Bakı,“Nurlan”,2007,s.121;
“Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti. Red. Axundov A., Bakı, “Elm”, 1999, s. 103.
2
Mirzəliyeva M. Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar.
Elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissеrtasiya. Bakı, 1976.
3
Məmmədov İ. Azərbaycan dilində qrammatik sinonimlik, (Fеl formaları əsasında). Bakı,
1985, 88 s

160
olan dildə hər iki istiqamətdə dəyişkənliklərin baş verməsi təbiidir
1
.
Eksperimental və statistik müşahidələr, eyni zamanda məntiqi
araşdırmalar əsasında demək olar ki,dillərin inkişafının ilkin
mərhələsində leksik vahid, forma və kateqoriyaların qrammatikləş-
məyə doğru meyili daha güclü olur.Funksional-semantik və linqvo-
psixoloji araşdırmalar da təxminən eyni nəticələri təsdiq edir.
Leninqrad Dövlət Universitetinin Psixologiya və Rus
filologiyası kafedralarının əməkdaşlarının yaxından dəstəyi ilə rus
dilini yeni öyrənməyə başlayan xarici tələbələr arasında tərəfimizdən
qrup şəklində test keçirilmiş və fərdi müsahibələr aparılmışdır.
Əldə olunan nəticələrin statistik-laborator və məntiqi analizi
mahiyyət etibarı ilə yuxarıda qeyd olunan fikri təsdiq edir.
Belə ki, xarici tələbələr tərəfindən leksik vahid, forma və
kateqoriyaların(əsasən kök sözlərin) daha tez və asan mənimsənildiyi
müəyyən olunmuşdur. Çox vaxt onların qurduğu “cümlələrdə” heç
bir qrammatik forma düzgün olmasa da, leksik vahidlər əsasında
onların demək istədikləri təxmin oluna bilirdi. Çox qəribə də olsa,
onların “qurduğu cümlələrin” mənasını rus dili daşıyıcısı olmayan
eksperiment təşkilatçıları rus dili daşıyıcılarından daha tez anlayırdı.
Təbii ki, burada analogiya və “mən olsam, belə deyərdim. ” prinsipi
aparıcı rola malikdir.
Bir haşiyə çıxaraq onu da qeyd edək ki, istənilən səviyyədə
həyata keçirilən təlim-tədris prosesinin uğurunu təmin edən başlıca
faktorlardan biri məhz “mən olsam, belə edərdim. ” prinsipi
olmalıdır. Dinləyicinin fərdi psixoloji tipini və səviyyəsini dəqiq
şəkildə müəyyən edib özünü onun yerində təsəvvür etməyən və bu
halda özünün ən çox nəyə ehtiyacı, həvəsi, marağı olacağını və nədə
çətinlik çəkəcəyini təxmin edə bilməyən müəllimin müvəffəqiyyət-
sizliyi şübhəsizdir.
1988-ci ilin oktyabr-dekabr aylarında Leninqrad şəhər 34 saylı
Əsəb xəstəlikləri dispanserində və 1990-cı ilin fevral ayında
Leninqrad şəhər Mərkəzi Psixoloji Dispanserində beyin sinir siste-

1
Cəfərov S.Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər.Bakı,1968,1 07s.

Dilimizin tərkibində özləşmə meyilləri. Qrammatik norma.

Alınma sözlərin türkləşdirilməsi prosesi əvvəllər də baş vermiş və indiyə qədər işlətdiyimiz bəzi sözlər – qurultay, bildiriş, görüntü, başqan, seçki, ildönümü və s. bu cür yaranmışdır. Son vaxtlarda da bu qayda ilə bəzi leksik vahidlər yaranmışdır: çilmərlik, saxlanc (maliyyə termini kimi), əyləc (tormoz), dönüm (mərhələ), dürlü (müxtəlif), qaynaq (mənbə), çaödaş (müasir), yüzillik(əsr),durum (vəziyyət),özəlləşmə (xüsusiləşmə) və s. Bu cür sözlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Bəzən isə dildən çıxmış sözlər yenidən istifadəyə verilir. Bu cür sözlər dirilən sözlər adlanır. Məsələn, yarlıq, ulus, ulu, dürlü,çavuş nəsnə və s.

Qrammatik norma.

Dilimizin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu təzahür etdirir, onun təbiətinə uyğun formada vəzifə daşıyır.

Qrammatik normanın tələblərindən biri də sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasıdır.

Bu əlaqələr düzgün qurulmadıqda şıfahı və yazılı nitqdə qrammatik səhvlər meydana çıxır. Bu cür səhvlərə yol verməmək nitq mədəniyyətinin mühüm şərtlərindən birini təşkil edir.

Qrammatik normalar dedikdə aşağıdakılar nəzərdə tutulur:

  1. Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilməlidir: altı adam, bəş qələm (üç adamlar, bəş qələmlər desək, qrammatik norma pozulmuş olaçaq).
  2. Adlara əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlaməti (şəkilçisi) artırılır: uşaq -lar-ınız-ın-dır; dost-lar -ımız -dan-sınız.
  3. Fel kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs-xəbər əlaməti (şəkilçisi) artırılır: yan-dır-ıl-malı-dır: yu-yun-sa-nız; yaz-dır-ası-sınız
  4. Mübtəda və xəbər cümlədə şəxsə,müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır: Siz şagirdsiniz . Onlar valideyndirlər
  5. Cümlədə söz sırası gözlənilir. Əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir. Təyin təyin olunan cümlə üzvündən əvvəl işlənilir, zərflik, əsasən, xəbərdən əvvələ düşür: Uşaqlar rəngli kitabları çox sevirlər.

Sözün düzgün tələffüz edilməsi,düzgün yazılması fonetik normanın, sözlərin mənasından düzgün istifadə leksik normanın, həmin sözlərin nitqdə düzgün əlaqələndirilməsi isə qrammatik normanın tələbləridir.

Bələliklə, müasir Azərbaycana ədəbi dilinin normaları müəyyən tarix çərçivəsində bir sistəm olaraq fəaliyyət göstərir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.