Bakı Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında uğurlu tribunadır
Prezident Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsini, beynəlxalq ictimaiyyətin laqeyd münasibətini təsadüfən vurğulamadı. Ortada 27 illik açı tarix var. Bu dövr ərzində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası üçün heç bir addım atılmadı, ATƏT-in Minsk Qrupu münaqişəni həll etməkdən çox, uzanmasına yönələn fəaliyyət sərgilədi. Hansı ki, BMT qətnamələri erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. BMT ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar analoji təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyən və işğala son qoyulmasını tələb edən qərar və qətnamələr qəbul etmişdilər. Azərbaycan öz gücünə torpaqlarını azad etməsəydi, münaqişənin hələ uzun illər həll olunmayacağı dəqiq idi.
“Qoşulmama Hərəkatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır” – RƏY
“Qoşulmama Hərəkatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır” – RƏY “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin həm təşkilatın özünə, həm də bizə müsbət dividentləri olub”.
12 Oktyabr , 2021 13:13
https://static.report.az/photo/64f414ad-fe96-3f02-8039-fd14e2253483.jpg
İlham Əliyev
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi həm təşkilata, həm də ölkəmizə müsbət dividentlər gətirib. Ötən əsrdə, 1961-ci ildə yaranan bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında sülh və sabitliyi təmin etməkdir”. Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, politoloq Sultan Zahidov bu il oktyabrın 11-də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısındakı çıxışı barədə danışarkən deyib. “Qoşulmama Hərəkatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynayır” O bildirib ki, Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə Azərbaycana ciddi dəstəyi olub: “Bu təşkilatın üzvləri arasında İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlər olub. 2020-ci ilin oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə layihəsi irəli sürülmüşdü. Onun qəbul edilməməsinin əsas səbəbi isə məhz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri və Qoşulmama Hərəkatının üzvləri idilər. Çünki Azərbaycan qurumun bütün prinsiplərinə əməl edir, o cümlədən digər dövlətlərin ərazi bütövlüyünü qoruyur”.
Sultan Zahidov
Politoloq 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının növbəti sammitinin Bakıda keçirildiyini xatırladaraq deyib ki, həmin vaxt Prezident İlham Əliyev bir çox dövlətlərin diqqətini Qarabağ məsələsinə yönəltmişdi: “Beləliklə, bir çox dövlət Azərbaycanın haqlı mövqeyini tanıdı. Azərbaycanın sədrliyi dövründə BMT-nin pandemiya ilə əlaqədar xüsusi sessiyasının keçirilməsi ilə bağlı müraciət ünvanlanmışdı. Müraciət dəstəklənmiş və xüsusi sessiya çağırılmışdı. Bir sözlə, Qoşulmama Hərəkatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynayır”.
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin növbəti dəfə uzadılması etimad əlamətidir” Siyasi elmlər doktoru, professor Sabir Məmmədli isə “Report”a açıqlamasında diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilatdır. O bildirib ki, burada dünyanın müxtəlif regionlarından olan dövlətlər var: “Qoşulmama Hərəkatının ölkələr arasında informasiya yayımında mühüm rolu olub. Son onillikdə bu qurum kifayət qədər fəallaşdı. Sevindiricidir ki, bu, Azərbaycanın sədrliyi dövrünə təsadüf edib. Beləliklə, bizim Qarabağ həqiqətlərini, ermənilərin vandallıqlarını dünyaya çatdırmaq üçün daha geniş imkanımız oldu və biz istədiyimizə nail olduq. Təsadüfi deyil ki, müharibə dövründə Qoşulmama Hərəkatı bizim təklif etdiyimiz bir sıra qətnamələri qəbul etdi”.
Sabir Məmmədli
S.Məmmədli vurğulayıb ki, Vətən müharibəsi başlayandan bir müddət sonra ermənipərəst qüvvələrin təsiri ilə Azərbaycan əleyhinə yeni qətnamənin qəbul edilməsi ətrafında müzakirələr aparılırdı. Məhz həmin qətnamənin qəbul edilməməsinin əsas səbəbi Qoşulmama Hərəkatının üzvlərinin səyi oldu: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin növbəti dəfə uzadılması etimad əlamətidir. Qoşulmama Hərəkatının üzvləri bizim uğurlu sədrliyimizi nəzərə alaraq həmin müddəti bir dəfə uzatmışdılar. Bu isə ikincidir. Azərbaycanın nüfuzunun daha da artması, beynəlxalq təşkilatlarla əlaqələrimizin güclənməsi, üzv ölkələrlə ikitərəfli münasibətlərimizin güclənməsi baxımından bu, olduqca sevindiricidir”.
Bakı Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında uğurlu tribunadır
Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmlidir. Bakı Forumunda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirak etməsi tədbirin əhəmiyyətini göz önünə sərgiləyən faktlardır. Hibrid formatda təşkil edilən tədbirə, ümumilikdə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq və noyabrın 6-na kimi qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə ediləcək.
Sayca 8-ci olan Forumun gündəliyində yer alan məsələlər kifayət qədər əhatəlidir. Panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq. Göründüyü kimi, artıq Bakı Forumu dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platforma kimi mühüm rol qazanıb.
Sanballı, dünya siyasətində xüsusi çəkisi olan bir kontingentin cəmləşdiyi Bakı Forumuna azalmayan maraq, dünyanın tanınmış isimlərinin tədbirə qoşulması, ilk növbədə Azərbaycana olan maraqdan, Prezident İlham Əliyevin nüfuzuna göstərilən sayğıdan qaynaqlanır.
Diqqət etsək görərik ki, Prezident müharibədən öncə, həmçinin müharibə zamanı ölkəmizin dünyadakı maraqları naminə yerinə yetirdiyi müqəddəs işi bir an olsun axsatmır. 44 günlük Vətən savaşının ildönümü ərəfəsində Prezidentin son bir illik fəaliyyəti vurğulamağa əsas verir ki, həyata keçirilən informasiya strategiyası daha əzmlə aparılmaqda, ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyi və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmaqdadır. Bunun üçün ən uğurlu tribuna Bakı Forumu kimi mühüm beynəlxalq tədbirlərdir və ötən 1 ildə Prezident bu qəbildən olan platformalarda postkonflikt dövrdə regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun informasiyalar çatdırmaqdadır.
Bakı Forumunda da eyni mənzərənin şahidi oluruq.
Prezidentin çıxışında önə çıxan istiqamətlərdən biri COVID-19-la mübarizəni, digəri isə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Ermənistanın işğalçılıq siyasəti, bu təcavüzün acı nəticələri, Azərbaycan torpaqlarında törədilən vandalizm, eləcə də rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə, işğal faktının tam aradan qaldırılması ilə bölgədə yaranan real vəziyyəti əhatə edirdi.
Məlumdur ki, Forum “COVID-19-dan sonrakı dünya” başlığı altında keçirilir və Prezident İlham Əliyev çıxışında ölkəmizin pandemiya ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunəni faktlarla ortaya qoydu.
Azərbaycan ilk gündən ölkə daxilində tibbi infrastrukturun pandemiya ilə səmərəli mübarizə məqsədlərinə uyğunlaşdırılması üçün addımlar atıb və qısa zamanda buna nail olub. Bu sahədə görülən işlərin miqyası kifayət qədər əhatəlidir və buna misal kimi 13 yeni xəstəxananın açılmasını, 4 min əlavə çarpayının yaradılmasını, tibbi ləvazimatların alınması və s. göstərmək mümkündür.
Prezident çıxışında pandemiyanın nəzarətə götürülməsi, effektiv tədbirlər vasitəsilə virusun geniş yayılmasına imkan verilməməsi istiqamətində atılan addımları, əldə olunun uğurlu nəticəni, həyat keçirilən sosial yardım paketlərini vurğuladı. Dövlət büdcəsindən ayrılan vəsait (2.9 milyard dollar həcmində) pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsinə istiqamətləndirilib, həmçinin biznes sahəsinə dövlət dəstəyi həyata keçirilib.
Bu gün Azərbaycan o ölkələrdəndir ki, ilk olaraq vaksinasiya kampaniyasına start verib. Prosesin uğurla həyata keçirilməsini görmək üçün 18 yaşdan yuxarı ölkə əhalisinin 60 faizinin iki doz vaksinasiya olunması faktına diqqət çəkmək kifayətdir və bu, dünyada ən yaxşı göstəricilərdən biridir.
Azərbaycan həm də o ölkələrdəndir ki, beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə ciddi töhfələr verib. Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardımın ayrılması, 30-dan artıq ölkəyə yardım göstərilməsi ölkəmizin bu istiqamətdə nə qədər önəmli rol oynadığını isbatlayan tutarlı faktlardır.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində dayanıb. Faktlara diqqət edək:
– Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü 2021-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib;
– 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib;
– Azərbaycan ÜST-ün istifadəsində olan COVİD-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması təşəbbüsünü irəli sürüb.
Bütün bu tədbirlərdə Azərbaycan Prezidenti vaksin ayrı-seçkiliyinə, millətçiliyinə qarşı açıq mövqe ortaya qoyub. Danılmaz faktdır ki, ölkəmiz bu istiqamətdə ən fəal mübarizə aparan ölkələrdən biridir və bu problemə son qoyulması üçün ardıcıl təşəbbüslərin müəllifidir.
Bütün bu faktlara çıxışında yer ayıran Prezident İlham Əliyev mötəbər tədbirdə pandemiya ilə mübarizə sahəsində Azərbaycan nümunəsini təqdim etdi.
Bakı Forumunda Prezident İlham Əliyevin çıxışının digər istiqaməti 44 günlük Vətən müharibəsindən sonrakı dönəmi əhatə edirdi. Postmünaqişə dövrünə düşməsi baxımından ilk olan Forumda Ermənistan və Azərbaycan arasındakı konfliktin həll edilməsinin bütün aspektləri beynəlxalq auditoriyaya hərtərəfli çatdırıldı.
Prezident Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsini, beynəlxalq ictimaiyyətin laqeyd münasibətini təsadüfən vurğulamadı. Ortada 27 illik açı tarix var. Bu dövr ərzində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası üçün heç bir addım atılmadı, ATƏT-in Minsk Qrupu münaqişəni həll etməkdən çox, uzanmasına yönələn fəaliyyət sərgilədi. Hansı ki, BMT qətnamələri erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. BMT ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar analoji təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyən və işğala son qoyulmasını tələb edən qərar və qətnamələr qəbul etmişdilər. Azərbaycan öz gücünə torpaqlarını azad etməsəydi, münaqişənin hələ uzun illər həll olunmayacağı dəqiq idi.
“Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”-, deyə vurğulayan Prezident 2021-ci il sentyabrın 27-də müharibənin başlamasının əsas səbəblərinə də toxundu. Bura Ermənistanın ziddiyyətli siyasəti, o vaxtkı status-kvonu qoruyub saxlamaq cəhdi, yeni müharibə və yeni işğal planları, Azərbaycana qarşı ardıcıl təxribatları, Ermənistan Baş nazirinin, rəsmi şəxslərinin yeni iddiaları əks etdirən çıxışları və s. daxildir.
Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə, işğaldan azad olunmuş əraziləri tamamilə, ağlagəlməz vəhşiliklə dağıtmasına rəğmən rəsmi Bakı posmünaqişə dövrünün ilk günündən konstruktiv təkliflərlə çıxış edib. Bakı Forumunda Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini bəyan etdi: “Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb”. Dövlət başçısı deyib ki, indi hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq: “Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər”.
Bu, Ermənistana, yaranan yeni reallıqla bağlı olan qüvvələrə verilən növbəti mesajdır. Azərbaycanın davamlı sülh təşəbbüslərinin Ermənistan tərəfindən cavablandırılmaması, demarkasiya və delimitasiya işlərinə başlanmaması Ermənistana yaxşı nəsə vəd etmir.
Beləliklə, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə həsr olunan Bakı Forumu Azərbaycanla bağlı gerçəklərin yayılması, təbliği, həmçinin beynəlxalq aləmə önəmli mesajların ötürülməsi baxımında müstəsna rola malikdir. Dünyanın aparıcı beyin mərkəzlərinin, isimlərinin nümayəndələrinin, müxtəlif ölkələrin sabiq prezidentlərinin, baş nazirlərinin, yüksək vəzifəli şəxslərinin, tanınmış ictimai-siyasi xadimlərinin, diplomatların, politoloqların müzakirələrdə iştirakı, Azərbaycan həqiqətlərini bir daha eşitməsi münaqişədən sonra yürüdülən informasiya siyasətinə mühüm töhfədir.
Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu – Deputat
Məlum olduğu kimi Prezident İlham Əliyev 26 fevral 2021-ci cil tarixində yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirib. Mətbuat konfransı xalqımız üçün olduqca önəmli bir gündə, Xocalı soyqırımı tarixində keçirildi. Düşünürəm ki, mətbuat konfransının tarixi olduqca uğurla seçilmişdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, mətbuat konfransı zamanı kifayət qədər vacib məsələlərə toxunulub, Azərbaycanın mövqeyi ölkə başçısı tərəfindən yenidən konkret olaraq ortaya qoyulub, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərilib:
“Birincisi, regionda baş verən erməni vəhşiliyinin birbaşa olaraq ölkə rəhbəri tərəfindən xarici və kifayət qədər güclü media nümayəndələrinin diqqətinə çatdırılması Xocalı gerçəklərinin daha geniş coğrafiyaya yayılmasına kömək edəcək. İkincisi, ölkə başçısı Qarabağ problemi ilə bağlı mövqeyi bir daha açıq ortaya qoydu.
Artıq belə bir problem yoxdur və həmin torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olub və bundan sonra da belə olacaq. Üçüncüsü, ermənilərin islamafob mövqeyi ilə bağlı idi. Əslində burada ölkə başçısı İslam ölkələrinə konkret bir mesaj verdi – məscidlərdə donuz saxlayaraq İslam dinini təhqir edən ölkədən İslam dövlətlərinə dost ola bilməz.
Növbəti bir məqam regionun gələcəyi ilə bağlıdır. Azərbaycan regionda həmişə olduğu kimi sülhün tərəfdarıdır və bunun daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək”.
Deputat qeyd edib ki, daha sonra diqqəti çəkən məqam Azərbaycanın güclü dövlət olduğunun mesajlarının verilməsidir. Azərbaycan problemi özü həll etdi və erməni vəhşiləri tərəfindən dağıdılmış torpaqları özü bərpa edəcək. Bu məsələdə yeganə rəqibimiz zamandır:
“Diqqəti çəkən məqamlardan biri də regiondakı sülhməramlılarla bağlı oldu. Dövlət başçısı sülhməramlıların fəaliyyəti, onların mandatı, görməli olduqları iş və gələcəkləri ilə bağlı məqamları konkret fikirlərlə ifadə etdi.
Kifayət qədər vacib məqamlarla zəngin olan mətbuat konfransında eyni zamanda dil məsələsinə də toxunuldu. Ölkə başçısı açıq şəkildə bir daha ifadə etdi ki, Azərbaycanda yalnız bir dövlət dili var, o da Azərbaycan dilidir. Ölkəmizin digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş yerlərdə də yalnız bir dil, Azərbaycan dili olacaq.
Bütövlükdə mətbuat konfransı Azərbaycan həqiqətlərinin, regionda yaranmış yeni reallıqların və bu bölgənin gələcəyi ilə məqamların aydınlanması baxımdan kifayət qədər uğurlu oldu. Mən xüsusi olaraq ölkə başçısı, cənab Prezidentin mətbuat konfransı zamanı peşəkarlığına toxunmaq istərdim. Hələ 44 günlük Vətən müharibəsi zamanı biz cənab Prezidentin xarici media nümayəndələrinə verdiyi müsahibələr zamanı peşəkar mövqeyini görmüşdük. Fevralın 26-da baş tutan mətbuat konfransı zamanı da biz yenidən peşəkarlıq gördük. Hər tərəfli peşəkarlıq”.
Milli.Az
Похожие статьи
-
Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…
-
Azərbaycan respublikasının statistik göstəriciləri 2010 2016
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər – 2003-2018 2003-cü ildən keçən on beş il ərzində isə Azərbaycan xalqı və dövləti,…
-
Azərbaycan və mdb əlaqələri Baxmayaraq ki, Qazaxıstan hələ 2011-ci ildə MDB-də əsaslı islahatlar aparılmasını təklif etmişdi. Keçən il Qazaxıstanda…
-
Azərbaycan respublikasının müasir inkişaf strategiyası
TƏHSİLİN İNKİŞAF STRATEGİYASI: nailiyyətlər və əsas hədəflər – Nazir yazdı Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası…
-
Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…
Comments are closed, but trackbacks and pingbacks are open.