Press "Enter" to skip to content

Axc dövründə mətbuat

Ayaz Mütəllibovun istefasından sonra, prezidentin vəzifəsini Ali Sovetin sədri Yaqub Məmmədov icra etməyə başlayıb və ölkədə prezident seçkisi iyun ayına planlaşdırılıb.

Faktları yoxlayırıq: İlham Əliyev “AXC-Müsavat cütlüyü 1992-ci ildə çevriliş etdi” deyərkən haqlı idimi?

İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda etdiyi çıxışında, Azərbaycan prezidenti İlham Əliyev 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat partiyasının dövlət çevrilişi həyata keçirdiyini və bunun nəticəsində ölkədəki vəziyyətin daha da ağırlaşdığını deyib.

Lakin 1992-ci ildə baş verən hadisələri çevriliş kimi qiymətləndirmək doğrudurmu?

Bunu öyrənmək üçün BBC News Azərbaycanca 1991-1992-ci illərdə baş verən hadisələrə bir daha nəzər salıb.

  • Əbülfəz Elçibəy haqqında: “Onun dövründə mətbuat olduqca sərbəst idi”
  • Fazil Mustafa: “Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır”
  • A.Mütəllibov Bakıda Heydər Əliyevin məzarını ziyarət edib

Nə baş verib?

1991-ci il avqust ayının 30-da Azərbaycan Sovet İttifaqından öz müstəqilliyini elan etdi və bununla da, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Ayaz Mütəllibov Azərbaycan Respublikasınn ilk prezidenti oldu.

1991-ci il, sentyabrın 8-i vahid partiya sistemi altında keçirilən prezident seçkisində, Ayaz Mütəllibov, yeganə namizəd olaraq qalib gəlib. Oktyabrın 18-i Azərbaycan Respublikası yaradılıb.

Lakin Qarabağ müharibəsində hökumətin məğlubiyyətlərinə qarşı etirazlar nəticəsində, Ayaz Mütəllibov 1992-ci il, martın 6-sı öz vəzifəsindən istefa verir.

Ayaz Mütəllibovun istefasından sonra, prezidentin vəzifəsini Ali Sovetin sədri Yaqub Məmmədov icra etməyə başlayıb və ölkədə prezident seçkisi iyun ayına planlaşdırılıb.

1992-ci il, mayın 14-ü, o vaxtki qanunvericilik orqanı, Ali Sovet, Ayaz Mütəllibovun istefasına dair qərarını etibarsız hesab etidyini bəyan edən qərarını qəbul edərək, onu prezident vəzifəsinə bərpa edir. Ali Sovetdə çıxış edərək, Ayaz Mütəllibov prezident olduğunu qeyd edir və iyun ayına təşkil olunmuş prezident seçkilərini ləğv edir.

Lakin başda AXC olmaqla, buna qarşı on minlərlə insan və silahlı birləşmələr etiraz aksiyalı keçirir və müxtəlif hökumət qurumlarını ələ keçirir. Mayın 16-sı Ayaz Mütəllibov ölkəni tərk edərək Rusiyaya mühacirət edir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Azərbaycanın Qarabağdaki itkiləri Ayaz Mütəllibovun hakimiyyətinə qarşı etirazların artmasına səbəb olmuşdu

Mart ayında istefa

Ayaz Mütəllibovun mart ayındaki istefası kütləvi etiraz aksiyalarının yaratdığı təzyiqlərin nəticəsi idi və istefa verməklə etdiyi çıxışında, Mütəllibov vəzifəsini öz təşəbbüsü ilə tərk etmişdi.

Lakin bu qərarından sonra verdiyi müsahibələrdə, Ayaz Mütəllibov istefa qərarını “qeyri-qanuni” adlandırıb və martın 5-i və 6-sı baş verən hadisələri “çevriliş” kimi qiymətləndirib.

1992-cu ilin dekabr ayında Komsomolskaya Pravda qəzetinə verdiyi müsahibəsində isə, o, qərarını, “qan tökməkdən” qaçınmaqla əsaslandırmışdı.

Buna baxmayaraq, onun istefası Ali Sovet tərəfindən 6 mart tarixli qanunda təsdiqlənib və yeni prezident seçkisi iyun ayına təyin edilib.

May ayının müvəqqəti dönüşü

Ayaz Mütəllibovun may ayının 14-ü öz vəzifəsinə dönüşü Ali Sovetin səs çoxluğu ilə onun istefa qərarına dair Ali Sovetin 6 mart tarixli qanunu ləğv etməsinin nəticəsi olub.

Ayaz Mütəllibovun özü ölkəni mayın 16-sı tərk etdikdən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən hökumət çevrilişini həyata keçirməkdə ittiham olundu.

O, müsahibələrdə prezidentliyə dönüşünü qanuni saydığını və ona qarşı etirazlarda iştirak edən silahlı bölmələrin çevriliş keçirdiyini iddia edir.

Bu dövrdə AXC sədrinin müşaviri, sədrin müavini və 1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Fazil Mustafa, bu iddiaları rədd edərək, məhz Ayaz Mütəllibovun hakimiyyətə qayıtmağa çəhdini “çevriliş” kimi qiymətləndirib.

Şəklin mənbəyi, Getty Images

Ali Sovetin qərarları

Bu dövrdəki hakimiyyət dəyişikləri Ali Sovetin qərarları ilə təsdiqlənib. Lakin Ayaz Mütəllibovun istefası, istefasının qəbuluna dair qərarın ləğvi və bu qərarın da 19 may tarixli qərarla etibarsız sayılması, bu dövrün gərginliyini əks edir.

14 may tarixində Ayaz Mütəllibovun hakimiyyətə dönüşü hüquqi baxımdan Ali Sovetin tərəfindən təsdiqlənməsinə baxmayaraq, o, praktiki baxımdan öz səlahiyyətlərini icra etməyə tələb olunan qüvvəyə sahib deyildi.

1991-ci il prezident seçkisi nəticəsində bu vəzifəni öz üzərinə alan Ayaz Mütəllibov yeganə namizəd idi və onun seçilməsi hətta Azərbaycan Respublikasının 18 oktyabrda yaradılmasından əvvəl baş vermişdi.

Bu keçid dövründə, Ali Sovet də Azərbaycan SSR dövründən qalmış bir qurum olaraq öz səlahiyyətlərini yaradılması nəzərdə tutulmuş Milli Məclisə ötürməli idi. Azərbaycan Kommunist Partiyası üzvləri isə Ali Sovetin 360 nəfərlik yerlərinin əksəriyyətinə sahib idilər.

Ayaz Mütəllibovun hakimiyyətdən kənarlaşması, müstəqillikdən sonra yeni Respublkanın hakimiyyət strukturları üçün seçkilərin hələ təşkil edilmədiyi dövrə düşmüşdü.

1992-ci ilin iyun ayına planlaşdırılan prezident seçkisinin Ayaz Mütəllibov və onun müttəfiqləri tərəfindən ləğv edilməsi cəhdi, müxalifətdəki AXC fəallarının təyziqi ilə uğursuzluqla nəticələnib.

Çevriliş yoxsa hakimiyyətin bərpası?

Bu dövrdə çevriliş baş verib-verməməsi o vaxtki hakimiyyətin legitimliyinə dair mövqeyinizdən asılıdır. Aydındır ki, Ayaz Mütəllibov və AXC tərəfdarları, müxtəlif anlarda Ali Sovetin qərarlarına öz təsirlərini göstəriblər.

Ayaz Mütəllibovun mart ayındakı istefası qismən AXC təzyiqinin nəticəsi olsa belə, könüllü şəkildə irəli sürülüb və seçkidən sonra Kommunist Partiyası tərəfindən idarə olunan Ali Sovet tərəfindən təsdiqlənib. Ayaz Mütəllibov bu hadisəni bir müddət sonra çevriliş kimi qiymətləndirsə də, onun hakimiyyətdən gedişi zor tətbiqinin nəticəsi yox, bəyan etdiyi qərar və onun Ali Sovet tərəfindən təsdiqi ilə qanuniləşib.

Onun may ayındakı hakimiyyətə dönüşünün legitimliyini isə müəyyənləşdirmək daha çətindir.

Əgər Ayaz Mütəllibovun may ayında hakimiyyətə dönüşünü qanuni və onun dövlət başçısı olaraq təyin olunmasını legitim sayırsınızsa, mayın 16-sı ölkəni tərk etməsini bir çevrilişin nəticəsi kimi qiymətləndirmək olar.

Lakin Ayaz Mütəllibovun 14 may hakimiyyətə dönüş cəhdini, demokratik seçkilərə müdaxilə və hakimiyyətin zəbti cəhdi kimi qiymətləndirirsinizsə, AXC-nin silahlı və sivil fəaliyyətini çevriliş yox, mövcud olan siyasi şəraitin bərpa olunmasına yönəlmiş addım kimi qiymətləndirmək olar.

Buna baxmayaraq, AXC silahlı birləşmələrinin qeyri-rəsmiliyi onların fəaliyyətinin qanuni olmadığını sübut edir.

Ayaz Mütəllibovun rəqabətli seçkidə iştirak etməməsi və rəqabətli prezident seçkisinin keçirilməsinin qarşısını almaq cəhdi, gənc respublikanın yeni dövlət təsisatlarının qanunlarda nəzərdə tutulmuş şəkildə yaradılmasına maneə yaradıb.

Beləliklə, İlham Əliyev “AXC-Müsavat cütlüyü 1992-ci ildə çevriliş etdi” deyərkən haqlıdırmı sualının cavabı üçün öncə bu sualın cavabını özünüz üçün müəyyənləşdirməlisiniz- siz Ayaz Mütəllibovun 14 may hakimiyyətə dönüşünü legitim sayırsınızmı?

Şəklin mənbəyi, TASS

Şəklin alt yazısı,

7 iyun 1992 prezident seçkisini qazandıqdan sonra, AXC lideri Əbülfəz Elçibəy Azərbaycanın rəqabətli seçki vasitəsilə seçilmiş ilk prezidenti olub

Bu barədə daha geniş

Fazil Mustafa: “Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır”

Millət vəkili hesab edir ki, hakimiyyət indiki şəraitdə hər hansı dəyişikliyə getməyin fəsad doğura biləcəyi ehtimalını nəzərə aldı və yenə də prezident seçkisinə İlham Əliyevin namizədliyi ilə qatıldı.

Axc dövründə mətbuat

XX əsrin əvvəllərində 1918-ci il mayın 28-də Azərbaycan xalqının təhsil sahəsində misilsiz hadisə baş verdi və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. İki ilə yaxın yaşamış Azərbayan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoydu. Xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdı.

Azərbaycan Xalq Cumhurriyyəti yarandığı dövrdən başlayaraq təhsilin tamamilə yenidən qurulmasında əhəmiyyətli dövr başlandı. Xalq maarifi və təhsili üzrə ilk nazirlik- Xalq Maarifi Nazirliyi yaradıldı. Bu nazirlik Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən ibarət strukturu təsdiq olundu: ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri. Bu dövrdə təhsil sahəsində həyata keçirilən ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi və Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi oldu. Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Xalqın maariflənməsi üçün yeni təhsil kadrlarına və tədris vəsaitlərinə böyük ehtiyac var idi. Bunun üçün Türkiyədən müəllim kadrları dəvət edilməli, dərs vəsaitləri gətirilməli və qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı şəxslərdən müəllim kadrları hazırlanması idi. Dərs vəsaitləri ilə təmin etmək, təhsil problemlərini həll etmək məqsədilə xüsusi komissiya yaradıldı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən elm adamları cəlb edilmişdilər. Cümhuriyyət hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 “Müqəddəs Nina” qız məktəbi, və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün pansion açıldı. Naxçıvanda da o dövrdə təhsilin inkişafı, maarifləndirmə sahəsində bir sıra ciddi işlər görülmüşdür. Təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini yaratmaq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində en uğurlu tədbirlərindən biri idi. Bu dövrdə peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud olanların inkişaf etdirilməsi sahəsində də konkret addımlar atıldı. Ölkədə ali təhsilin təşkili Azərbaycan Cümhuriyyəti dövründə təhsil sahəsində qarşısında duran ən ümdə vəzifələrdən biri də ali təhsilli kadrların hazırlanması idi. Qısa müddət ərzində Azərbaycanda üç ali təhsil ocağının – Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırılmışdı. Onlardan yalnız Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də təsis olundu və noyabr ayının noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında artıq ilk mühazirələr oxunmağa başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə daxil olması nəticəsində ölkənin sovetləşmə dövrü başladı. Azərbaycan xalqının maariflənməsinin hər vasitə ilə qarşısı alınırdı. Ancaq buna baxmayaraq, tələbələr təhsilini davam etdirdilər. Çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, ölkədə iqtisadiyyatın, sənayenin və digər sahələrin inkişafı üçün 100 nəfər azərbaycanlı gənc tələbə dövlət hesabına Avropanın qabaqcıl ölkələrinə göndərildi. Təəsüflər olsun ki, Sovet hakimiyyəti dövründə təhsil almağa göndərilən tələbələr sonradan cox acı tale ilə üzləşdilər. Ölkədə bolşevik ideologiyasının surətlə yayılması, tələbələrə göndərilən pul vəsaitini dayandırdı. Tələbələr təhsil haqqının ödəməməyin müqabilində ağır şəraitdə işləməyə məcbur edilirlər. Onların bir qismi bu şəraitə dözməyərək intihar edir, bir qismi isə həbsxanalara düşür. Çətin vəziyyətlərdən çıxış yolu taparaq Vətənə qayıdan ixtisaslı kadrlar isə bolşeviklərin həyata keçirdiyi kütləvi həbslər və cəzaların qurbanı olurdular. 1930-cu illərdə tələbələrin bir qismi, Azərbaycan müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə repressiyaya uğradılar. Bu da təbii idi ki, bolşeviklər xalqın beyninə öz ideologiyasını yeritmək istəyirdilər. Məqsəd hər vəchlə xalqın maariflənməsinin qarşısını almaq idi. Məktəblilərə vətəndaşlar, xeyriyyəçilər və Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Həmidə Məmmədquluzadə, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesenatlar da yardım edirdi. Azərbaycan xalqının düşünən beyinləri parlaq zəka sahibi olan ziyalıları Abbas Seyfullabəy oğlu Atamalıbəyov -dəniz mühəndisliyi, Balağa Ağayev-tibb sahəsində, Zaur bəy Daqirov-etnoqrafiya sahəsində, Xiromanov Zəkəriyyə – elektrotexnika sahəsində, Umbay Əmirov səhiyyə, memarlıq, heykəltəraşlıq sahəsində-Əli­yev Zey­na­lab­din bəy Ha­ca­ğa oğ­lu Paris, Berlin, Roma, İstanbul, Munxen, Drezden, Xarkov, Firstburq Universitetlərində və adlarını cəkmədiyimiz digər tələbələr müxtəlif xarici dövlətlərin təhsil ocaqlarında təhsil almışlar. Bunlardan bəziləri fəaliyyətlərini Azərbaycanda, bəziləri isə xaricdə davam etdirmişlər. Təhsilini bitirdikdən sonra, tələbələrin əksəriyyəti Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların bəziləri hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif olunmuşdur.

Sovet hakimiyyətinin dağılmasından sonra müstəqillik əldə edən respublikamız təhsil sahəsində apardığı islahatlar nəticəsində dünya təhsilinə inteqrasiya etmiş təhsil sistemi yarada bildi.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. 28 may 2018- ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu. Hər il dövlətimiz çox yüksək səviyyədə bu mühüm hadisəni qeyd edir.

Azərbaycan Xalq Cümhuriyyətinin təhsilin inkişafında rolu misilsizdir. Cox qısa müddətdə 23 ay ərzində fəaliyyətinə baxmayaraq Azərbaycanın tarixində və təhsil bazasının inkişafında böyük iz qoydu. Onun nəticəsidir ki, bugun təhsil sahəsində böyük nailiyyətlər qazanmışıq və Azərbaycanda təhsil sistemində yeni islahatlar, genişmiqyaslı addımlar həyata keçirilir. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasında təhsilin inkişafı uzrə Dovlət Strategiyası, Ali təhsil pilləsinin dovlət standartı və proqramı, Ümumi təhsil pilləsinin dovlət standartları və proqramları, Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları, Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və muəllim hazırlığının Konsepsiya və Strategiyası kimi sənədlərin təsdiq olunması pedaqoji təhsilin qarşısına aydın vəzifələr qoymuşdur. «Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş «Təhsilin məzmunu və təşkilinə aid ümumi tələblər»in davamlılıq ilə əlaqəlilik baxımından Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının, həyata keçirilməsi ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin, mədəniyyətin inkişafı Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni, ardıcıl inkişaf müstəvisinə qədəm qoyub və bunun nəticəsində Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.

Vüsalə İsmayılova

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Axc dövründə mətbuat

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif dillərdə çoxsaylı qəzet və jurnallar işıq üzü görmüşdür. Dövlətin mətbuat sahəsində siyasəti söz və vicdan azadlığı, vətəndaş hüquqları prinsiplərinə əsaslanırdı. Onun hüquqi normaları parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi «Mətbuat haqqında Nizamnamədə» öz əksini tapmışdı.

Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu. Cümhuriyyət hökuməti mətbuat azadlığını milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi.

1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarla qəzet və jurnal nəşr olunurdu. 1918-1920-ci illər mətbuatı ideya istiqaməti baxımından çox rəngarəng idi: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan qəzetlər, jurnallar. Lakin onların içərisində geniş oxucu auditoriyasına malik olan Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat əsas yer tuturdu.

Azərbaycan hökumətinin rəsmi orqanı türk (Azərbaycan) və rus dillərində əvvəlcə Gəncədə, sonra isə Bakıda nəşr olunan «Azərbaycan» qəzeti idi. İctimai-siyasi, ədəbi, iqtisadi xarakterli bu gündəlik qəzetin türkcəsinin redaktoru Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, ruscasının redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. Türk və rus dillərində çıxan «Azərbaycan hökumətinin əxbarı» qəzeti də hökumətin yarırəsmi orqanı idi.

“Azərbaycan”ın ilk 4 sayı Gəncədə çıxmış, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Dörd səhifəlik qəzetin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Qəzetin ilk nömrəsində Bakının azad edilməsi (1918, 15 sentyabr) ilə bağlı xəbərlər dərc edilmişdi. “Azərbaycan” qəzetinin səhifələrində dərc olunan məqalələr Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə “İstiqlal” (1918-20), “Azərbaycan” (1918-20), “Övraqi-nəfisə” (1919), “Müsəlmanlıq” (1917-19), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu” (1918), “Şeypur” (1918-19), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. «Müsavat» partiyasının orqanları «İstiqlal», «Açıq söz», rus dilində «Naş put» qəzetləri idi. «Əhrar» partiyası «El», hümmətçi menşeviklər «Doğru yol», eserlər «Xalqçı», «Fəhlə və əkinçi» qəzetlərini nəşr edirdilər. İttihadçılar «Müsəlmanlıq» qəzeti ilə təmsil olunmuşdu. Yaradıcı ziyalılar «Məktəb» və «Bəsirət» məcmuələrini, bolşeviklər «Füqəra sədası», «Haqq sədası», «Yoldaş», «Məşəl», «Gənc işçi», iranlı demokratlar «Bayrağı-ədalət», «Hürriyyət», «Sədayi-İran» qəzetlərini nəşr edirdilər. Belə rəngarəng mətbuat dövrün ümumi mənzərəsini, müxtəlif siyasi, ədəbi-mədəni qüvvələrin əhvali-ruhiyyəsini, baxışlarını və siyasi istiqamətlərini özündə əks etdirirdi.

1918-1920-ci illərdə Bakıda yerli bolşeviklərlə bir mövqedə dayanan və Azərbaycanda Milli Hökumətlə müxalifətdə olan “Bakinets” (1907-1920), “Bakinskaya jizn”, “Bakinskiy raboçiy”, “Bakinskoye slovo”, “Bakinskoye utro”, “İskra”, “Nabat” (1919), “Naşa jizn” (1919), “Proletariy” və s. rus-dilli qəzet və jurnallar da çıxırdı. 1918-1920-ci illərdə Azərbaycanda erməni dilində çıxan qəzet və jurnallar içərisində milli Hökumətə qarşı qatı düşmənçilik mövqeyindən çıxış edən “Artsax”, “Aparaj” və s. qəzet və jurnallar xüsusilə fəallıq göstərirdi. Rus dilində çıxan daşnakyönlü “Znamya truda”, “Yedinaya Rossiya”, “Naşe vremya”, “Vperyod” kimi qəzetlər Xalq Cümhuriyyəti hökumətinin əleyhinə təbliğatda heç də onlardan geri qalmırdı.

1918-1920-ci illərdə Bakıda gürcü, yəhudi, polyak, fars və başqa dillərdə də bir sıra dövri mətbuat orqanları nəşr edilirdi.

Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin fəaliyyəti “Azərbaycan” qəzetinin səhifələrində geniş əks olunmuşdur. Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də işə fəaliyyətə başladıqdan sonra isə qəzet onun işini daha geniş işıqlandırmış, Parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları “Azərbaycan Məclisi-Məbusanında” rubrikası altında dərc etmişdir.

1919-cu ilin martında Azərbaycan teleqraf Agentliyinin yaradılması haqqında Nazirlər Şurası qərar qəbul etmişdir. Bu qərarın həyata keçirilməsin 1920-ci ilin martında başlanılmışdı.

Azərbaycan haqqında həqiqəti dünyaya yaymaq üçün Avropa ölkələrində mətbuat orqanı yaradılmasına böyük diqqət yetirilirdi. 1919-cu ilin payızında Paris sülh konfransında iştirak edən nümayəndə heyətimizin sayəsində «Azərbaycan haqqında İnformasiya bülleteni» buraxılması ilk uğurlu addım idi. Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İsveçrə və digər ölkələrdə yayılan informasiya bülletenində rəsmi materiallar, diplomatik yazışmalar, notalar, Azərbaycanın siyasi və iqtisadi həyatının xronikası verilirdi.

1919-cu ilin sentyabrından 1920-ci ilin aprelinə qədər bülletenin 11 nömrəsi çıxmışdı. Bundan başqa, Azərbaycan nümayəndələri Cenevrədə çıxan «L» Europe Orientale» jurnalı ilə müqavilə bağlanmışdılar ki, 20 min nüsxəyə abunə yazılmaq müqabilində jurnal hər nömrəsində Azərbaycan haqqında material versin. Avropa ölkələrində geniş yayılan «Limace» jurnalı bir nömrəsini bütövlükdə Azərbaycana həsr etmişdi. Fransanın teleqraf və telefon kampaniyası Azərbaycan Respublikasının poçt-teleqraf işlərini dünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasında Eyfel qülləsindəki Avropa radiostansiyalarına qoşmaq üçün yeni qurğular qurmuşdular. 1919-cu ilin noyabrında Parisdə olan Ə.Topçubaşovun Eyfel radiostansiyası ilə çıxışı Azərbaycanda eşidilmişdi.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatını həmin illərin salnaməsi hesab etmək olar.

Comments are closed, but trackbacks and pingbacks are open.