Press "Enter" to skip to content

Azərbaycan irsi pasportlaşdırma novruz balaban

По народным поверьям, в первую среду обновлялась вода, стоячие воды приходили в движение. Во вторую – обновлялся огонь, в третью – земля, а уже в четвертую среду ветер раскрывал почки деревьев, и по народным приметам, наступала весна.

Azərbaycan irsi pasportlaşdırma novruz balaban

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Bu il Novruz çərşənbələri nə vaxt qeyd olunacaq?

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Yanvar 30, 2019 – 16:07

!Reklam – Yazi

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

Yenicag.az xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək. X.Mikaylovun sözlərinə görə, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək. Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. X.Mikayılov qeyd edib ki, martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək. Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Xankəndi

Artıq neçə illərdir ki, Sovet dövründə Azərbaycanda Novruz bayramının keçirilməsi ilə bağlı müxtəlif yazılar dərc olunur. Çox təəssüflər olsun ki, bu yazıların əksəriyyətində müxtəlif səbəblərdən müəyyən tarixi məqamlar ya təhrif olunur, ya da onların üzərindən sükutla keçilir.

XX əsrin 20-ci illərinə qədər Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Düzdür, Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, H.Z.Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər.

Azərbaycan Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi.

Bəzən səhvən belə bir fikir söylənilir ki, Azərbaycanda Sovet hakimiyyəti qurulan kimi Novruz bayramı qadağan edilib. Əslində bu, belə deyil. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.

“Kommunist” qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, “Novruz bayramı” günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir. İmkansız əhaliyə müxtəlif ərzaq məhsulları paylanır.

Ancaq bununla bərabər, radikal bolşeviklər tərəfindən “Novruz”a qarşı kompaniyalar ara vermirdi. Bu qaragüruhçulara qarşı ən böyük təpkini isə Nəriman Nərimanov göstərirdi. Çünki, bu bayrama münasibətini N. Nərimanov 1913-cü şəkildə “İqbal” qəzetinin 19 mart tarixli sayında ətraflı şəkildə izah edir, Novruzu İslam dini ilə heç bir əlaqəsi olmayan, insanları birliyə və bərabərliyə səsləyən milli bayram kimi göstərirdi.

Nəhayət, 1925-ci ildə bu barədə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Ancaq bu qərar cəmi 3 il qüvvədə qaldı. 1928-ci ildən başlayaraq dini və milli bayramlara qarşı açıq hücumlar başladı. Hətta “Kommunist” qəzeti yazırdı ki, “Rusiyada olduğu kimi Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır”.

Novruz əleyhinə ən fəal mübarizlər 1924-cü ildə yaradılmış “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri idi. Nəhayət, 1929-cu ildə “Allahsızlar” öz məqsədlərinə nail oldular və bu bayramlar dövlət bayramları siyahısından çıxarıldı. Bundan sonra “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri bayram günlərində drujinalar təşkil edərək gecələr evlərə, həyətlərə reydlər təşkil edir, evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayan komsolmolçuları aşkarlayaraq bu adamları komsomol iclaslarında müzakirəyə çıxarırdılar.

1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə ümumiyyətlə qadağan edildi. Ancaq bu illərdə də, hətta İkinci dünya müharibəsi illərində də bütün mərhumiyyətlərə baxmayaraq Novruz bayramı qeyd edilirdi.

Bu rəsmi qadağanın da ömrü cəmi 20 il çəkdi. Stalinin ölümündən sonra bütün dini və milli bayramlar kimi Novruz bayramı da qeyri-rəsmi bəraət aldı. Yəni bu bayramın ailə çərçivəsində keçirilməsinə qarşı artıq heç bir rəsmi basqı yox idi. Əksinə, Sovet ideoloqları bəzi milli bayramları dövlətin ideoloji proqramına uyğunlaşdırmaq haqqında fikirləşməyə başlamışdılar. Odur ki, ilkin eksperiment kimi, 1966-cı ilin mart ayının 6-da (Mart ayının ilk bazar günü) rusların “Maslennitsa” adlandırdıqları milli bayramı “Rus qışının yola salınması” adı altında, martın 20-də isə Novruz bayramını “Baharın gəlişi” adı altında qeyd etmək qərara alınmışdı.

“Rus qışının yola salınması” həmin il Leninqrad vilayətində keçirildi. Ancaq nədənsə həmin il Novruzun keçirilməsi təxirə salındı və nəhayət ki, 1967-ci ildə bu bayramın Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi.

Onu da deyim ki, bu bayramın keçirilməsi üçün namizəd şəhərlər sırasında Daşkəndin də adının olduğu söylənilir.

Bu, 1928-ci ildən sonra hansı ad altında keçirilməsindən asılı olmayaraq Bakıda keçirilən ilk böyük Novruz şənliyi idi. Bu bayram şənlikləri haqqında kifayət qədər yazıldığından onun üzərində ətraflı dayanmayıb sadəcə bəzi nüansları xatırlatmaq istəyirəm.

“Rus qışının yola salınması” SSRİ tarixinə yalnız 1 dəfə kütləvi keçirilmiş milli bayram kimi düşdü. Ancaq Novruz bayramı bundan sonrakı illərdə də unudulmadı. Bəzən mətbuatda (hətta “tarixçi”lər tərəfindən də) belə bir fikir irəli sürülür ki, guya 1967-ci ildə o zaman Azərbaycan KP MK-nın ideoloji katibi olan Şıxəli Qurbanovun ölümündən sonra Novruz günlərində kütləvi bayram tədbirləri keçirilməyib. Arxivləri bir tərəfə qoyub, sadəcə o dövrün qəzetlərində gedən informasiyalara gözucu nəzər yetirmək kifayət edir ki, bu iddiaların nə qədər yanlış olduğunu görəsən.

1968-ci ildə də, 69-cu ildə də, 70-ci illərin əvvəllərində də möhtəşəmliyinə görə 1967-ci ildəkindən geri qalmayan Novruz şənlikləri keçirilib. Bu şənliklərin miqyasını həmin illərdə qəzetlərdə dərc olunmuş xəbərlər də göstərir.

1967-ci ildə Novruz bayramının keçirilməsinə Sovet rəhbərliyinin birdən-birə razılıq verməsini SSRİ-nin Yaxın Şərq, daha dəqiq desək, İranla bağlı siyasəti ilə də əlaqələndirirlər. 1965-ci ildə İran Şahı Rza Pəhləvinin SSRİ-yə səfəri zamanı L.İ.Brejnevlə söhbətdə mədəni əlaqələrin möhkəmləndirilməsi ilə bərabər Novruz mövzusuna da toxunulmuşdu.
Doğrudan da, 1966-cı il avqustun 22-də “İran Şahənşah dövləti ilə SSRİ hökuməti arasında Mədəni əlaqələr haqqında” razılaşma imzalandı. Yeri gəlmişkən, elə bundan sonra 1966-cı ildə ilk dəfə Sovet Azərbaycanında böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması dərc olundu. Və 1967-ci ildən başlayaraq Bakıda Novruz şənlikləri keçirilməyə başladı. Məlum məsələ idi.

1968-ci ilin payızında L.İ.Brejnevin İrana növbəti səfəri gözlənilirdi. Təbii ki, bu bayramın uzun illər sonra ilk dəfə bu miqyasda keçirilməsinin xalqımızın milli şüurunda necə böyük bir dəyişikliyə səbəb olduğunu danmaq olmaz. Ancaq bu da danılmazdır ki, Sovet İttifaqı Kommunist Partiyasının baş ideoloqu və Sovet sisteminin “boz kardinalı” sayılan Mixail Suslovun kurasiyasında olan sahənin Azərbaycandakı rəhbəri bu işi nə Suslovun, nə də həmin dövrdə Azərbaycana rəhbərlik edən Vəli Axundovun razılığı olmadan görə bilməzdi.

Hər halda, bu məqamların hamısı ciddi araşdırma mövzusudur.

1967-ci ilin Novruz şənlikləri haqqında danışılarkən, həmin şənliklərin əsas təşkilatçısı və ssenarisinin müəllifi olmuş başqa bir görkəmli şəxsin adı da nədənsə unudulur. Bu, həmin dövrdə Bakı şəhər Partiya Komitəsinin katibi işləmiş Vəli Məmmədovdur.

Vəli Məmmədovun həyat yoldaşı Xalidə xanım Əlizadənin 2007-ci ildə çap olunmuş “Xalqın Vəlisi, millətin səsi” adlı kitabında Novruz bayramının Azərbaycan paytaxtında keçirilməsi ssenarisinin Vəli Məmmədovun əlyazmasında tam mətnini dərc edib.

“Bahar bayramı (Novruz)” adlandırılan ssenaridə martın 8–də başlayacaq hazırlıq tədbirlərindən tutmuş martın 21–də Bakıda keçiriləcək əzəmətli el şənliyinin dəqiq iş planına və məzmuna qədər hər bir detal ətraflı təsvir edilib.

70-ci illərin ortalarından sonra SSRİ hökuməti “Bahar bayramı” adı altında kütləvi tədbirlərin keçirilməsinə icazə verməsə də, hər il martın 21-də rəsmi qəzetlər bayram təbrikləri ilə nəşr olunur, televiziya isə öz proqramını bayrama uyğun qururdu.

Hər il bu günə mütləq bayram əhval-ruhiyyəli bir mədəni-kütləvi tədbir salınırdı. Məsələn Aşıqların qurultayı ilə bağlı “Yaz bayramı-Saz bayramı”, Cəfər Cabbarlının doğum günü abidəsinin açılış mərasimi və el şənliyinə çevrilən çoxlu belə tədbirlər əsl bayram sovqatı olurdu. Çünki, martın 21-nə salınan bu tədbirlərdə əsas atributlar Novruzun rəmzləri olurdu.

Təqdim olunan bu fotolar 1982-ci il mart ayının 21-də çəkilib. Cəfər Cabbarlının abidəsinin açılışından sonra böyük bayram şənliyi keçirildi. Bayram şənliyindən sonra Cəfər Cabbarlının ev muzeyinə gələn respublika rəhbəri Heydər Əliyevi əlində bayram xonçaları və səmənilər tutmuş qızlar qarşıladı. Ev-muzeyinin içərisində də stolun üstü bayram xonçası və səməni ilə bəzədilmişdi.

Təkcə bu fakt həmin dövrdə Novruza qarşı respublika rəhybərliyi səviyyəsində hansısa qadağanın olmadığını sübut eləmirmi?

Ümumiyyətlə, Sovet dövründə Novruza münasibət məsələsinin bizə məlum olmayan, çox maraqlı məqamları var. Bütün bunlar səbrli və qərəzsiz jurnalist araşdırmaları üçün gözəl mövzudur.

Традиции Новруза в Азербайджане

Новруз – это важный праздник и одна из замечательных народных традиций азербайджанцев. Новруз – праздник весны, наступления нового года. Азербайджанцы перед празднованием Новруза, отмечают четыре дня зимы, которые символизировали окончание Старого и наступление Нового года. Речь идет о четырех предпраздничных средах:

– Су Чершенбе (среда на воде);
– Одлу Чершенбе (среда на огне);
– Торпаг Чершенбе (среда на земле);
– Ахыр Чершенбе (последняя среда).

По народным поверьям, в первую среду обновлялась вода, стоячие воды приходили в движение. Во вторую – обновлялся огонь, в третью – земля, а уже в четвертую среду ветер раскрывал почки деревьев, и по народным приметам, наступала весна.

Праздник Новруз – это возможность провести много интересных обрядов, ритуалов и традиций.

Вот один из них. например. Вечером каждая семья зажигает на крыше дома столько факелов, сколько человек проживает в семье. Все члены должны перепрыгнуть через горящий костер, произнося при этом особое заклинание. После того как костер погаснет, девушки и юноши собирают золу и высыпают ее на окраине селения или на дорогу. Очистительный огонь костра символически сжигает все прошлые неудачи, даже воспоминание о которых удаляется из памяти и из дома вместе с золой.

Согласно ещё одному поверью, чтобы незамужние девушки были счастливы, в кувшин с водой днем бросают «черные» монеты – знаки несчастья, а вечером, перед закатом солнца, эту воду выплескивают вместе с монетами на улицу.

До наступления темноты в день «ахыр чершенбе» принято было гадать. Азербайджанские девушки и юноши обычно подходили к дверям соседей и «подслушивали» их разговор, а затем, исходя из первых услышанных слов, делали выводы об исполнении их желаний. В этот день многие семьи также гадали по книге Хафиза Ширази.

Среди предпраздничных обрядов, основным считается обряд приготовления ритуальной пищи сэмэни (проросшая в тарелке пшеница), которая символизирует плодородие и имеет культовое значение. Церемония приготовления сэмэни сопровождается ритуальными песнями и танцами.
Последний день старого года также считается у азербайджанцев особым праздником. В предпраздничный день все семейство собирается дома. Для главы стелился специальный тюфячок. Отец семейства совершает намаз, затем читает молитву. Без его разрешения никто не смеет притронуться к еде. Как только прозвучит выстрел, извещающий о начале трапезы, хозяйка приносит молочный плов. Открытые в праздничный день ворота и двери домов извещали гостей о том, что хозяин дома. Пришедших на праздничную встречу, встречал старший сын или племянник хозяина дома. Окропив руки пришедшего розовой водой, они приглашали его в дом. По знаку хозяина тотчас же приносили чай для гостя. Такие визиты наносились в течение трех дней. Затем наступал черед женщин, праздновавших Новруз неделю.

А в последнюю ночь старого года все члены семьи обрызгивали друг друга водой перед сном, чтобы «смыть» все невзгоды старого года.

И вот наступает сам праздник. Все надевают новую одежду и начинаются гуляния. В дни празднования Новруза никто не работал.

Праздник Новруз отмечают в Азербайджане 21 марта, и этот день является нерабочим днем. В первый день Нового года принято вставать рано. Там, где это возможно, люди стремятся пойти к реке или роднику: умываются, брызгают водой друг на друга. Вода — символ чистоты и свежести. Там же угощают друг друга сладостями. В этот день утром необходимо съесть что-нибудь сладкое –мед, конфеты, сахар. Затем нужно вдохнуть ароматный дым, что служит символом освобождения от «злых духов».

Праздничный стол в этот день – особенный. На столе обязательно должна стоять пища, состоящая из семи блюд, название которых начинается с буквы «с». Это сумах (приправа), сюд (молоко), сирке (уксус), сэмэни, сабзи (зелень) и т. д. Кроме перечисленных блюд на стол ставятся зеркало, свеча и крашеное яйцо. Все перечисленное имеет символическое значение. Свеча – огонь, оберегающий человека от злых духов. Яйцо и зеркало символизируют завершение старого года и наступление первого дня нового. Азербайджанцы ставят крашеное яйцо на зеркало. И как только яйцо качнется – наступает Новый год. Все сидящие за столом начинают поздравлять друг друга.

Как правило, в праздничные дни входные двери не запираются. Это значит, что семья дома и рада встретить гостей. А дети в эти дни посещают знакомых и родственников, с мешочками, куда те кладут праздничные подарки.

В первый день Нового года в каждой семье всю ночь должен гореть свет, знак благополучия. Гасить огонь ни в коем случае нельзя – по поверьям это может навлечь несчастье.

Празднование Нового года завершается днем на 13-й день Новруза. В этот день за городом проводятся массовые гуляния, старинные игры — скачки на верблюдах и лошадях, различные соревнования, в которых наравне с мужчинами участвуют девушки и женщины. Древний праздник Новруз байрамы –самый древний и красивый праздник азербайджанцев.

Похожие статьи

  • Azərbaycan irsi pasportlaşdırma xalq oyunları novruz balaban

    Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? ARAŞDIRMA Novruz bayramından söhbət açan bəzi müəlliflər “kosa-kosa�, “kəndirbaz�, “sim…

  • Azərbaycan irsi pasportlaşdırma novruz

    Azərbaycan irsi pasportlaşdırma novruz 2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları…

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

  • Azərbaycan irsi pasportlaşdırma

    Azərbaycan irsi pasportlaşdırma Nəşr olunan fundamental ampeloqrafik əsərlərdə əsas elmi yenilik ondan ibarətdir ki, burada ilk dəfə olaraq becərilən…

  • Azərbaycan mətbuat tarixi

    Mətbuat tarixi Mətbuatın sovet dövrü 1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində “Bakı Fəhlə Konfransının Əxbarı”,…

Comments are closed, but trackbacks and pingbacks are open.