Press "Enter" to skip to content

Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? ARAŞDIRMA

Novruz bayramından söhbət açan bəzi müəlliflər “kosa-kosa�, “kəndirbaz�, “sim pəhləvan�, “masqara�, “gözbağlıca�, “cıdır� tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq yarışları, bənövşə, və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərmişlər. Sadaladığımız bu xalq oyunları uzun yol keçərək bu günümüzədək gəlib çatmışdır.

Azərbaycan irsi pasportlaşdırma xalq oyunları novruz balaban

Novruz mərasimlərində milli xalq oyunları

“Novruz� – hərfi mənada yeni gün deməkdir. Amma ifadə etdiyi mərasim məzmununa görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz� anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.

Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye� (Pamyatniki minuvşix pokoleniy), Kaşqarlı Mahmudun “Divani Lüğət-it Türk�, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq�, Ömər Xəyyamın “Novruznamə�, Nizamülmülkün “Siyasətnamə�, Nizami Gəncəvinin “İsgəndərnamə� və s. əsərlərində rast gəlirik.

Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.

İlk mənbələrdən biri hesab olunan “Avesta�da Cəmşid haqqında belə bir məlumat verilir. “Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam (“Yəsna�, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büüstün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranl ı q simvolu hesab edilən halqa verir). Ona dünya səltənəti tapşırmışam�.

Kitabda daha sonra deyilir: “Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir�. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni “Asar əl-Baqiyyə� adlı əsərində bu haqda belə yazır: “Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əl Biruni, “Asar əl-Baqiyyə�. səh 242)�. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyr edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur – yeni gündür (M. Müzəffər. “Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim�. 1330, h:q.)�. Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonrabelə öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.

Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanılır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, h ə min günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, əzizlərim, yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri d əyərlər üstün tutulmuşdur.

Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir.

Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramlar ın hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.

Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb belə sözlər oxuyardılar:

Cəmi dərdə davasan.

Hər yerdə sən yanarsan�.

Bayram günlərində xalq bir yerə toplaşar, şənlik edər, müxtəlif oyunlar oynanılardı. Bu oyunlarda elin güclü, qüvvətli igidləri öz bacarıqlarını nümayiş etdirərdilər. Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində “İynə-iynə�, “Sayaçı�, “Yuğlama�, “Yel baba�, “Cütçü şumu�, “Kəvkəs�, “Kosa-kosa�, “Qaravəlli�, “Qurd oyunu�, “Aşıq oyunu�, “Dirə döymə� və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz�, “Masqara�, “Qılınc oynatma�, “Kəmər atma�, “Qoç döyüşdürmə� tamaşaları hazırlanır.

Novruz bayramında pəhləvanlar hər əlinə bir mil alıb başının üstünə qaldırardı. Bu zaman dumbul çalınmağa başlardı. Dumbul, əvvəlcə, lap ahəstə, sonra get-gedə sürətlə çalınardı. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat oyunçuları alqışlayardı. Bəziləri camaatın xahişi ilə mili tək əllə yuxarı atıb dəstəyindən tutardı. Yaxşı mil oynadanlar mili ayağının altından da atıb-tutardı. Pəhləvanlar şənliyin sonunda qurşaq (güləşmə) tutardılar. Güləşmədə iştirak edənlər – Şonu oğlu Həsən, Məmməd Hüseyn, Şah İsmayıl, Pəhləvan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli, Xiləli Pəhləvan (Əli Hümmət), Zorba Rzaqulu, Hapış Məhəmmədəli, Qatırçı Mirzə, Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd Hənifə, Tarta nəvəsi Kəbləhüseyn, Balabançı oğlu Məmməd, Xəlifə Süleyman (adamlara ləqəb qoymaq keçmişin adətlərindən idi) dövrünün tanınmış pəhləvanları sayılardılar.

Oyunun axırına bir qədər qalmış camaat pəhləvanların birindən xahiş edərdi ki, gənclərlə güləşsin. Bu zaman Altıaylıq Əbdüləli papağını başından götürər, sarı ipək qurşağını açar, ipək köynəyini çıxardar, sonra onun qabağına bir tünükə qoyardılar. Gənc həvəskarlar da soyunardılar. Altıaylıq “süfrəyə� tullanardı. Onu hər tərəfdən tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas, xanəndə Hacı Zeynal oğlu Ağa Kərim Altıaylığın şəninə pişro deyərdi.

Qeyd edək ki, altıaylıq ləqəbi ilə tanınan adam nazik, uzun, qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi. Dodaqaltı gülə-gülə əllərini sinəsinə qoyub camaata baş əyərdi. Əliaçıq tamaşaçılar ona “üçlük�, “beşlik�, “onluq� əskinas (kağız pul) bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı-sanlı qurşaq tutanlar da gələrdi. Novruz bayramında həmin pəhləvanlar zorxanada da iştirak edirdilər. Bakıda yaşayan iranlı pəhləvanlar – Şatır Məmməd, Kankan Rza, Qənnatı Kərim, Pinəçi Məmi və digərləri Novruz bayramında qurşaq tutardılar. Yığılan pullardan zorxanaya xərc çəkilər və iştirak edənlərə hamam pulu verilərdi.

Qurşaqtutma Azərbaycanda geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Novruz bayramı və digər el şənliklərində qurşaqtutma yarışı keçirilir. Bu, zorxana idman oyunlarında güləş yarışının ən qədim ənənəvi adlarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan oyun və yaxud da yarış adətən Novruz bayramı və digər el şənliklərində oynanılır. Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar:

– Mənəm nərlərin nəri,

Mənəm ərlərin əri,

Əl qolunu çatdadaram,

Bu oyunda meydana çıxan gənclər bir-birlərinin əllərindən qılınc düşənə qədər döyüşməlidirlər.

Qılıncoynatma bəzən at üstündə də keçirilir. Bu oyundan qalib çıxana Novruz hədiyyəsi verilərdi.

Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biridir. Cıdır xalq oyunun Azərbaycanda yayılması “Kitabi-Dədə Qorqud� boylarından, Nizami Gəncəvinin “Xosrov və Şirin� poemasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir.

Cıdırın keçirildiyi meydan və gün əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar.

Cıdır iştirakçılarından kim məsafəni birinci qət edərsə, o, yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini zurnaçılar dəstəsi müşaiyət edir. Adətən cıdır meydanları üçün elə yer seçilir ki, əhali cıdıra çıxanları görə bilsin. Cıdır sözün əsl mənasında, gənclərin sınaq meydanına çevrilir, elin çevik, mərd, mahir çaparları burada müəyyən edilir. Cıdır ötəri yarış, sadəcə at oynatmaqla məhdudlaşan əyləncə deyil. Burada pərəstişin, inamın, sehr və ovsunun izləri də var.

Oyunun iştirakçısı müəyyən vaxt ərzində öz papağını başında saxlamağa çalışmalı, həm də rəqib komandadan iki papaq götürməlidir. “Güc sınağı� oyunu da çox maraqlıdır. Bu zaman atlı çaparaq qabaq və arxa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürüb yəhərə qaldırmalıdır. Bu oyunun da müxtəlif variantları var. Ümumiyyətlə, bütün xalq oyunlarımız gənclərə cəldlik, sərrastlıq, dəqiqlik, özünəinamlılıq aşılayır.

“Sürpapaq� və “Piyalə və ox�

“Sürpapaq� oyununda isə oyunçular top-papaq uğrunda mübarizə aparır, sonda onu qapı dairəsindən keçirirlər. Oyun zamanı iştirakçılara cəmi üç dəfə atdan düşməyə icazə verilir. Bu oyun bir qədər müasir basketbola da oxşayır. Atüstü idman növlərindən “Piyalə və ox� oyunu da çox maraqlıdır. Oyunda məqsəd atı çaparaq xüsusi dirəyin üzərindəki piyaləni oxla vurmaqdır. Bu oyun bir neçə variantda oynanılır. “Piyalə və ox� oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq lazım idi.

Novruz bayramında bütün bunlarla yanaşı, at çapma və güləşmə yarışları təşkil edilir, meydanlarda kütləvi oyunlar, rəqslər, yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər. Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Novruz bayramı bolluq, xeyirxahlıq, gözəllik bayramıdır.

Xalq arasında çox qədimdən yaranan “Qurd oyunu�, “Qurd basdı�, “Qurdlar səni yeyər�, “Cızıq turnası oyunu�, “Gizlənpaç� (gizlən, qaç), “Oğru-oğru�, “Şuma qədər�, “Aşıq-aşıq�, “Qoz-qoz�, “Pula-pula�, “Fincan-fincan� və başqa oyunlarda həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər. Novruz bayramının ən yaxşı və yadda qalan atributlarından biri, ən çox tamaşaçı cəlb edən hissəsi milli xalq oyunlarıdır.

Novruz bayramından söhbət açan bəzi müəlliflər “kosa-kosa�, “kəndirbaz�, “sim pəhləvan�, “masqara�, “gözbağlıca�, “cıdır� tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq yarışları, bənövşə, və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərmişlər. Sadaladığımız bu xalq oyunları uzun yol keçərək bu günümüzədək gəlib çatmışdır.

Bir məsələni qeyd etmək yerinə düşər ki, bu oyunların bəziləri artıq müasir beynəlxalq idman növünə çevrilmişdir. Məsələn: güləş, atçılıq, atıcılıq, ağırlıqqaldırma, qaçış və digər idman növləri məhz xalq oyunlarının kökləri əsasında yaradılmışdır. Sevindirici haldır ki, beynəlxalq aləmdə fərqlənən idmançılarımz xalqımızın keçmiş adət-ənənələrindən, xalq oyunlarından bəhrələnərək bu gün dünyada şöhrət qazanmışlar. İnanırıq ki, bu tendensiya bundan sonra da davam edəcək, idman çılarımız ən nüfuzlu beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, başqa mötəbər idman tədbirlərində əldə etdikləri qələbələrlə xalqımızı sevindirəcəklər.

Hər il olduğu kimi, bu il də xalqımızın Novruz bayramından bir arzusu, bir diləyi var. Gələn Novruzu qədim Oğuz elinin bir hissəsi olan Qarabağ torpağında qarşılayaq, qarçiçəyini, novruzgülünü, xarıbülbülü Şuşanın dağlarından dərək, İnşallah!.

Dilqəm Quliyev

Olimpiya dünyası.- 2019.- 19 mart-1 aprel.- S.5.

Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? – ARAŞDIRMA

Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə.

Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin deyimləriylə zəngin bu bayramın həm də özünəməxsus süfrə mədəniyyəti var. Bir-birindən fərqli və dadlı şirniyyatlar, yeməklər, çərəzlər. İndi bir çoxlarımızı, xüsusilə də valideynləri düşündürən ən mühüm sual uşaqlarımıza sonsuz sevinc yaşadan Novruz süfrəsinin neçəyə başa gələcəyidir.

“Kaspi” qəzeti bayram bazarlığına çəkəcəyiniz xərcin nə qədər olacağını araşdırıb.

Bazarda üzləşdiyimiz mənzərə

Bayram süfrələrinin olmazsa-olmazı çərəzlərdir: fındıq, qoz, püstə, badam, iydə, innab. Üstəlik içliyi fındıq və ya qozdan hazırlanan şəkərbura, paxlava, İrəvan kətəsi və s. həmişə Novruzun bəzəyi olub.

Gəlin birlikdə bu gözəl nemətlərin qiymətləri ilə tanış olaq. Bayram ərəfəsində piştaxtalarda olan qiymətlər təxminən belədir: fındıq (qabıqlı) – 6-8, fındıq ləpəsi – 13,50-30, qoz (qabıqlı) – 7-10, qoz ləpəsi 13-30, badam (qabıqlı) 6-8, badam ləpəsi 25-30, püstə 28-39, iydə və innab isə 8-10 manat civarındadır.

Novruz bayramının atributu sayılan səməninin də qiyməti boyundan, formasından, bəzəyindən asılı olaraq dəyişir. Ən sadə səmənini 2-3, bər-bəzəkli, xonça üstündə “qız evi”nə aparılan, ay, ulduz, buta formalı qablardakı səməninin qiyməti isə 25-30 manatdır.

Təəssüfləndirici məqam odur ki, indi səmənini hazır şəkildə pul verib alırıq. Amma əvvəllər hər bir ocaqda evin xanımı özü “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyib, buğda göyərdərdi. İnsanlar inanardı ki, səməni yaxşı cücərsə, həmin il onlar üçün ruzili-bərəkətli, xeyirli-uğurlu il olacaq.

Novruz süfrəsinin bəzəyi plov

Plov isə bizim bütün bayramlarımızın, xoş günlərimizin əvəzsiz təamıdır. Bir qazan turşu-qovurmalı plov üçün ərzaqların qiymətləri də dodaq uçuqladır. İndi bazarlarda müştərilərə təqdim olunan 1 kq ət 15-17, 1 kq düyü 3-6, kərə yağı 10-20, şabalıd 8-12, rəng və növlərindən asılı olaraq albuxara 6-13, ərik qurusu 13-25, kişmiş 6-12 manatdır. Belə olduğu halda 4-5 nəfərlik bir ailə üçün plovun hazırlanmasına təxminən 37-54 manat vəsait lazımdır.

Şəkərbura, paxlava bəzək verir xonçaya

Bayram xonçası şəkərburasız, paxlavasız olmaz. Gəlin 1 kq içlikdən hazırlanan (bu ölçüyə əsasən 60-80 şəkərbura hazırlamaq mümkündür) şəkərburanın orta qiymətini də hesablayaq. Təxminən 1 kq fındıq ləpəsi 13,50-30, şəkər tozu 1.60-2, un 1.20-2, 1 litr süd 2, 1 ədəd yumurta 0.16, kərə yağı 10-20 manatdır. Reseptə uyğun hesablasaq, evdə 1kq-lıq içlikdən bişirilən şəkərbura bizə təxminə 40-60 manata başa gəlir. 1 kq içlikdən hazırlanan paxlavaya da təxminən elə bu qədər pul xərcləməli olacağıq. Satışda isə şəkərburanın bir ədədi ölçü və “brend”indən asılı olaraq 0.80-1.50, paxlavanın isə 1 kq-ı 18-30 manat arası dəyişir. Burada həm də şəkərbura və paxlavanın içliyində hansı ləpədən (qoz və ya fındıq) istifadə olunması da böyük rol oynayır.

Kasıb malı – şorqoğalı

Şəkərbura, paxlavaya baxanda şorqoğalı nisbətən ucuz başa gəlir. Çünki içliyi un və ədvalardan ibarətdir. Amma ona da kifayət qədər çox kərə yağı istifadə olunur. Bir kiloqram undan şor qoğalı hazırlamaq üçün bizə təqribən 20-25 manat lazımdır. Qeyd edim ki, satışda ölçüsündən və “brend”indən asılı olaraq şorqoğalının qiyməti 0.50-1.20 manat arası dəyişir.

Minimum məbləğlə bayram bazarlığı

Bəs biz necə az pul xərcləyib, bayrama hazırlaşa bilərik? İqtisadçı Eldəniz Əmirov deyir ki, bu, həddindən artıq çətin sualdır: “İndiki qiymətlər çərçivəsində məhdud vəsaitlərlə bayram keçirmək üçün məsləhət vermək çox çətindir. İnsanların əlində bəlli – minimum miqdarda məbləğ, bazarda isə artan qiymətlər var. Amma bunu deyə bilərəm ki, bayram yarmarkalarında nisbətən ucuz qiymətlər olur. Bazarlarda günün sonuna doğru qiymətlər müəyyən qədər enir, alış-verişin azaldığı bir vaxtda nisbətən ucuz məhsullar tapmaq mümkündür. Məsləhətim budur ki, insanlar öz büdcələrinə uyğun, yəni çox da israfçılıq etmədən, minimal pul xərcləməklə bayram bazarlığı etsinlər. Ən vacib məhsulları almaq lazımdır. Bu isə hər ailənin ehtiyacına uyğun olaraq dəyişir”.

Yarmarkalarda alverçi yox, fermer olmalıdır

İqtisadçı bayram yarmarkaları ilə bağlı da danışdı: “Sözün əsl mənasında kənar subyektlərin müdaxiləsi olmadan birbaşa fermerlərin özünün məhsullarını bazara çıxarmağa real şərait yaradılmalıdır. Yarmarkalar tək həftə sonları yox, bayram ərəfəsində 7-10 gün müddətində təşkil olunmalıdır. Elə bir mexanizm formalaşdırılmalıdır ki, yarmarkalarda məhsul satanlar, həqiqətən də, alverçilər yox, fermerlər olsun”.

Düşünəndə görürük ki, mövcud qiymətlərlə başa gələcək bayram bazarlığı orta statistik azərbaycanlı üçün əlverişli deyil. Amma yenə də Novruz yeni gün deməkdir. Yeni gün isə yeni sabah, yeni ümiddir. Ümidlərimizin bu bayram çin olması arzusu ilə.

Bizimlə əlaqə saxlayın

Sosial Baxılıb: 718 Tarix: 11 mart 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Azərbaycan irsi pasportlaşdırma xalq oyunları novruz balaban

Folklor nümunələri olan meydan tamaşaları min illərdir ki, qorunub saxlanmaqdadır

Novruz bayramı milli adət-ənənələrimizi özündə qoruyub saxlaması ilə də sevilir. Əslində, bu bayram həyat və məişətimizin elə sahəsi yoxdur ki, oradan özündə pay saxlamasın. Xalqımızın zənginliyi həm də onun milli etniklərin adət-ənənələrinə hörmətlə yanaşması ilə ölçülür. Hər bir azsaylı xalqın milli adət-ənənəsinin Novruzda təqdim edilməsi ölkəmizdə multikulturalizmin nümunəsi də hesab edilir.

Bu gün onun qorunub saxlanması dövlətimizin mədəniyyət siyasətinin tərkib hissəsinə çevrilib. Respublikamızda yaşayan bütün azsaylı xalqların folklorunun tərkibini zənginləşdirən “Motal-motal”, “Qurd basdı”, “Çövkən”, “Cızıq turnası”, “Gizlənpaç” (gizlən, qaç), “Oğru-oğru”, “Şuma qədər”, “Aşıq-aşıq”, “Qoz-qoz”, “Pul-pula”, “Zorxana”, “Sino”, “Mil”, “Qəpik-qəpik”, “Fincan-fincan”, “Bənövşə”, “Dirədöymə”, “Çalabaşı”, “Yelləncək”, “Maraloyunu”, “Kilimarası” və s. oyunlarda həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərlər.

Novruz bayramından söhbət açan bəzi müəlliflər “Kosa-kosa”, “Kəndirbaz”, “Sim pəhləvan”, “Masqara”, “Gözübağlayıcı”, “Cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kimi kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərirlər. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb.

Novruz bayramında həmçinin, güləş yarışları təşkil edilir, meydanlarda yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur, aşıqlar deyişirlər.

Bütün bunlar xalqımızın Novruzla bağlı düşüncə və yaddaşlarında yaşayanlardandır. Yadellilər xalqımızın nəinki təbii, onun milli-mənəvi sərvətlərinə də qənim kəsilməyi unutmayıb. Zaman-zaman bu yerlər təbii sərvətinin bolluğuna görə təcavüzkarların, işğalçı və qəsbkarların hücumlarına, talanlarına məruz qalıb. Ötən əsrin 90-cı illərində bu ağrı-acılar yenidən yaşandı. Qarabağın aranlı-dağlı Oğuz ellərinə erməni qəsbkarları, qəddar və amansız vandalları qəfil hücum etdi. O zamanlardan Novruz bayramı gələndə diləklər də dəyişib, arzular da. Təki ümidlər cücərsin, – deyiblər.

Novruz tonqalı illərdir ki, Qarabağdakı dağlarımızın zirvəsində qalanmır. Çünki Dəlidağ, Şuşa qalası, İsa bulağı, Kirs, Qırxqız, Gəlin qayası, Ceyran bulağı, Laçın yaylaqlarında oyanış, dirçəliş yoxdur. Erməni vandalları o yerlərin təkcə təbiətinə deyil, tarixinə, ədəbiyyatına, folkloruna, xalqın adət-ənənəsində yaşayan qədim mərasim oyunlarına da qənim kəsilib.1993-cü ilin mart ayı kəlbəcərlilər üçün bayram kimi deyil, faciə, müsibətli günlərlə yaddaşlarına yazılıb. Onlar hər yeni gələn Novruzdan dilək diləyir ki, növbəti bayramı dağlarda qarşılasınlar. Uzun illər “Maraloyunu” və “Kilimarası” folklor ansamblının ifaçısı olmuş, Birinci və İkinci Beynəlxalq Folklor festivallarının laureatı olmuş Süleyman Süleymanov söyləyir ki, vaxtilə “Bahar bayramı – yaz bayramı” kimi keçirilən respublika miqyaslı tədbirlərin iştirakçısı olub: “İçəri şəhərin Novruz şənliklərində diqqətçəkən konsert proqramlarından biri də “Maraloyunu” və “Kilimarası” folklor oyunlarıdır. Hər il ümumrespublika Novruz şənliyinə qatılan bu folklor ansamblının çıxışları əcnəbi qonaqların da marağını çəkir. Milli teatrın əsasını təşkil edən bu kimi meydan tamaşaları özündə xalqımızın qədim mədəniyyətə və incəsənətə malik olduğunu əks etdirir. Demək, Novruz bayramı həm də milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümüdür”.

“Maraloyunu” ilə “Kilimarası” folklor oyunlarının ifası günümüzədək gəlib çıxması, Kəlbəcərdə dünyaya göz açmış Mehralı babanın adı ilə bağlı olub. Şübhəsiz ki, el ağsaqqalından da öncə bu xalq oyunlarının mahir ifaçıları var imiş. “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən hər iki xalq oyununun nəsil-şəcərə davamçıları olub. Süleyman Süleymanov və qardaşı Şəfaqət Süleymanov, eləcə də onların övladları da bu oyunları sevə-sevə yaşatmaqdadırlar. Bu qədim xalq oyunlarını sonralar Rövşən Vəlioğlu da öz məharət və qabiliyyəti ilə nəinki respublika miqyaslı, həmçinin beynəlxalq və dünya əhəmiyyətli festivallarda nümayiş etdirib, yüksək mükafatlara və diplomlara layiq görülüb. “Maraloyunu”nun əfsanə əsasında yaranması barədə Rövşən Vəlioğlu fikirlərini belə ifadə edir: “Zurnaçılar dəstəsi qara zurnada elə ifa edirlər ki, maral ayaq saxlayıb bu həzin musiqini dinləməkdən doymur. Boylana-boylana qalan maralın hərəkətləri onun oynadığını göstərir. Maral yerə yataraq başını o yan-bu yana əyməklə nazlanır və musiqinin ritmi ilə səsin haradan gəlməsini axtarır. Bu oyunu nümayiş etdirmək üçün maral dərisi geyinmiş oyunçudan məharət tələb olunur. O, dizləri üstə iməkləməli, əlləri ilə maralın baş-boyun hissəsini oynatmalıdır. Bu, o qədər də asan deyil, adamın nəfəsi kəsilir. Çünki nəfəs almaq üçün açıq yer olmur”.

“Kilimarası” isə bundan bir qədər fərqli oyundur”, – deyə Süleyman Süleymanov fikirlərini bir qədər də ətraflı şərh edir: “Oyun kollektiv şəklində ifa edilir. Bu, zurnaçılar dəstəsinin ifası altında bir aktyorun gəlincik oyununun nümayişidir. İki nəfərin diz üstə oturaraq tutduğu kilimin arxasında aktyorun yerə uzanaraq məzhəkə çıxarmasıdır. Gəlinciklərdən biri kişi, o birisi isə qadındır. Xalq havalarının birinə oynayan gəlinciklər milli rəqsləri məharətlə ifa etməlidirlər ki, bu da kilimin arxasındakı aktyorun ayaq və əl barmaqlarını necə oynatmaq ustalığından asılıdır. Burada milli kolorit əsas götürülür. Bütün bunlar bayramın milliliyinin təsdiqidir. Meydan tamaşalarının yadigarı olan bu xalq oyunları “Kosa-kosa” kimi komediya janrına aid olmasa da, dramatik də deyil. Bu oyunlar milli teatrımızın tarixinin qədimliyini, mədəniyyətinin zənginliyini qoruyub saxlayır”.

Kəlbəcərdə Novruz bayramının necə keçirilməsinə gəlincə, ömrünün 80-ci “Novruz”unu dağlarsız keçirən, 50 ilə yaxın rayon rabitə qovşağında “telefonçu qız” kimi tanınmış, bu gün isə naxışlı corab toxuyan nənə Kəklik Əliyeva deyir ki, Novriz bayramına yalnız aşıq və folklorçularımız deyil, hər bir kəlbəcərli hazırlaşırdı. Evlərdə və həyətlərdə aparılan səliqə-sahman, abadlıq insanlarda yüksək əhvali-ruhiyyə yaradırdı. Çərşənbə axşamlarında kəndin orta yaşlı və cavanlarından ibarət dəstələr düzülər, əvvəlcə ötən il yas mərasimi düşmüş həyətlərə gedər, dualar oxuyardılar. Sonra evin yiyəsindən ocağın üstünü boş qoymamaq xahiş olunar, hətta özləri bayram qazanı asardılar. Bu mərasimi başa vurub uşaqlar folklor oyunlarından istifadə edərdilər. Məsələn, onlar “Kosa-kosa” oyunu ilə məzhəkə göstərər, Keçəlin torbasını doldurmaq üçün min bir hoqqa çıxarardılar. “Novruz torbası” tikilərdi. Kosa ilə Keçəl bacadan şal, ya da torba sallayardılar. Fındıqla “Çalayaatma” oyunu nə qədər maraq doğuran idisə, “Dirədöymə” daha çox gənci bir araya toplayardı”.

Maraqlıdır ki, Novruz bayramı günlərində bişirilən xörəklərin və şirniyyatın dadı tamamilə özgə cür olur. O günlərin ən əziz və dadlı şirniyyatından biri əyirdək adlanır. Əyirdək digər şirniyyatlardan hazırlanmasına görə fərqlənərdi. Süddə və yağda yoğrulmuş xəmir kiçik-kiçik doğranaraq yun darağının dəmir dişləri ilə bəzək vurulduqdan sonra yağda qızardılardı. Deyirlər ki, əyirdək Novruz şirniyyatlarının ən dadlı-tamlısıdır.

Ağaəli MƏMMƏDOV (foto),

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.