Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

363-1.1. Telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə görə –

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

AR İnzibati Xətalar Məcəlləsində

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11,

maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD, 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD, 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD, 1432-VQD nömrəli, 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə “363,” rəqəmlərindən sonra “363-1, 363-2,” rəqəmləri əlavə edilsin.

2. 360-cı maddənin dispozisiyasında “Abonentə” sözü “Abunəçiyə” sözü ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 363-1-ci və 363-2-ci maddələr əlavə edilsin:

“Maddə 363-1. Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili

363-1.1. Telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə edilməklə fiziki şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

363-1.2. Bu Məcəllənin 363-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə edilməklə fiziki şəxslər üç min beş yüz manatdan dörd min manatadək məbləğdə, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

1. Bu Məcəllənin 363-1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2. Bu Məcəllənin 363-1 və 363-2-ci maddələrində “müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

Maddə 363-2. Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün tədbirlərin görülməməsi

Telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə qarşısının alınması üçün telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.”.

4. 368-ci maddə üzrə:

4.1. adında “Abonentin” sözü “Abunəçinin” sözü ilə əvəz edilsin;

4.2. dispozisiyasında “abonentin” sözü “abunəçinin” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsi 29 dekabr 2015-ci ildə qəbul edilmiş və 2016-cı il martın 1-dən qüvvəyə minmişdir. Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarətdir. Ümumi hissədə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri, inzibati xəta və inzibati məsuliyyət, inzibati tənbeh və s. haqqında məlumat verilir. Hissə beş bölmədən, 19 fəsildən ibarətdir. Xüsusi hissədə inzibati xətalarla əlaqədar müxtəlif inzibati tənbehlər barədə məlumat verilir. Hissə 1 bölmədən, 21 fəsildən ibarətdir.

Oxşar kitablar

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Nəşriyyat

Cild : Yumşaq

Stokda yoxdur

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Seçki Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Konstitusiyası

Nəşriyyat

Cild : Yumşaq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Nəşriyyat

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Сinayət-Prosessual Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Qanun Nəşriyyatı

Cild : Qalın

Stokda yoxdur

Rəylər

Elcan Sirinov 6 July 2020

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Xankəndi

Azvision.az xəbər verir ki, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması ilə bağlı cəzanın tələblərinin sərtləşdirilməsi ilə bağlıdır.

Məcəllənin 576-cı (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması) maddəsində edilən dəyişikliyə əsasən, Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xaricdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.