Press "Enter" to skip to content

TƏSDİq ediRƏM” azərbaycan tariXİ

Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.hər nahiyə 12 rayondan, hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana qədər uzanırdı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir, qazi- məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxılmırdılar. Ona görə də yerli feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar ərəblər qoşunlarının tərkibində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta xristianlardan (zimmi) istifadə edirdilər).

Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (2008)

Azərbaycan tarixi. Yeddi cilddə. VII cild: 1941 –2002 – ci illər . Məsul redaktor: T. Qaffarov ; AMEA A. Bakıxanov adına Tİ . Bakı: “Elm” nəşriyyatı, 2008, 608 [ 80] s. ISBN 978-9952-448-48-1

Faylın formatı: PDF
Faylın ölçüsü: 17.9 Mb

➤ [Kitabın mətnini] Pulsuz yüklə : yandex

Related posts:

  • Süleymanov M. S. Səfəvilər. VIII cild: I Şah Abbas (2023)
  • Süleymanov M. S. Səfəvilər. VII cild: I Şah Abbas (2023)
  • Süleymanov M. S. Səfəvilər. VI cild: II Şah İsmayıl, Şah Məhəmməd Xudabəndə (2021)
  • Süleymanov M. S. Səfəvilər. V cild: Şah Təhmasib (2020)
  • Süleymanov M. S. Səfəvilər. IV cild: Şah Təhmasib (2020)
  • Süleymanov M. S. Səfəvilər. III cild: Şah İsmayıl Səfəvi (2021)
  • Süleymanov M. S. Səfəvilər. II cild: Şah İsmayıl Səfəvi (2021)
  • Süleymanov M. S. Səfəvilər. I cild: Şeyx Səfiəddin Ərdəbili (2019)
  • Fatma Aslışen. Şah İsmail’in Türk siyaseti ve kültürel yeri. Yüksek lisans tezi (2006)
  • Mihriban Artan. Türk-İslam düşüncesinde Mehdîlik: Osmanlı Devleti’nde Şahkulu örneği. Doktora tezi (2022)

TƏSDİq ediRƏM” azərbaycan tariXİ

KAFEDRANIN ƏLAQƏ 050 325-33-22 NÖMRƏLƏRİ: 012 564-67-52 kaf.

EMAİL: htt ps:hidayet.cafarov@aseu.az

PREREKVİZİTLƏR: Fənnin tədrisi üçün öncədən tədrisi zərruri olan fənn yoxdur.

KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.

KURSUN TƏSVİRİ: Bu fənn ən qədim dövrlərdən başlayaraq müasir dövrədək Azərbaycan xalqının keçdiyi tarixi əhatə edir. Tariximizə dair mənbələr, bəşər cəmiyyətinin ilk inkişaf dövrü olan ibtidai icma qurluşunun yaranması və inkişafı, Azərbaycanın ən qədim sakinlərinin yaşayış məskənləri, təsərrüfat həyatı, yaşayış və dini görüşləri haqqında məlumatlar verilir. Azərbaycan ərazisində ilk dövlətlərin tarixi, qonşu dövlətlərlə münasibətlər fənndə əksini tapır. Azərbaycan torpaqlarının Sasanilər imperiyası və Ərəb xilafəti tərkibində olması, islamın yayılması, xilafətin dağılmasından sonra müstəqil feodal dövlətlərinin—Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilərin yaranması, sonradan onların Səlcuq imperiyası tərkibinə qatılması məsələləri əhatə olunur. Azərbaycanın monqol əsarətindən qurtardıqdan sonra yenidən dircəlməsi, XV əsrdə müstəqil Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin yaranması, XVI-XVII əsrlərdə Azərbaycan Səfəvilər dövlətinin fəaliyyəti tarixinin parlaq səhifələrindəndir. XVIII əsrin II yarısında xanlıqlar dövrü Azərbaycanın Rusiya və İran arasında iki hissəyə parçalanması məsələləri fənndə əhatə olunur. XX əsrdə Azərbaycanda yaranmış 3 respublikanın Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Sosialist Respublikası və müasir Azərbaycan Respublikasının tarixi xalqımızın tarixinin mühüm mərhələsini təşkil edir.

KURSUN MƏQSƏDİ: Azərbaycan tarixinin tədrisinin başlıca məqsədi tələbələrdə tariximizə məhəbbət aşılamaq və onlarda vətənpərvərlik hissini inkişaf etdirməkdir. Eyni zamanda xalqımızın kecdiyi mürəkkəb, çətin, ziddiyyətli, həm də şərəfli inkişaf yolu haqqında tələbələrə geniş məlumatlar vermək, onların dövlətçilik tariximiz, görkəmli şəxsiyyətlər, ibrətamiz hadisələr, tarixi faciələr və parlaq səhifələr barədə ətraflı biliklərə yiyələnməsi də mühüm hədəflərimizdəndir. Bunlarla yanaşı, tələbələrdə geniş dünyagörüşünün, vətən sevgisinin, tarixi hadisələri analitik təhlil etmə qabiliyyətinin və hadisələrdən, siyasi proseslərədən düzgün nəticə çıxarmaq qabiliyyətinin formalaşdırılması Azərbaycan tarixinin tədrisinin başlıca məqsədlərindən sayılır.

KURSUN NƏTİCƏLƏRİ: Bu fənnin tədrisi başa çatdıkdan sonra tələbələr Azərbaycanın ən qədim dövrdən başlayaraq indiyədək keçdiyi tarix haqqında ətraflı biliklər əldə edəcək, müstəqil dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsinin nə qədər zəruri olduğunu dərk edəcəkdir. Azərbaycan tarixinin tədrisi eyni zamanda tələbələrdə vətən sevgisi, xalqa məhəbbət, vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə kömək göstərəcək.

FƏNNİN MÖVZULARI: 1.Azərbaycan ərazisində ibtidai icma quruluşu. 2. Azərbaycan ərazisində ilk sinifli cəmiyyət və dövlət qurumları (Manna, Midiya, Aratta, Lullubi, Kuti, Atropatena, Albaniya ) 3. Azərbaycan III-IX əsrlərdə. Azərbaycan Ərəb xilafəti sistemində. 4. Azərbaycan IX-XIII əsrin əvvələrində. Müstəqil feodal dövlətlərinin yaranması. 5. Azərbaycan XIII-XIV əsrin I yarısında. Monqol işğalları. 6. XIV əsrin sonu – XV əsrdə Azərbaycan feodal dövlətləri. 7. Azərbaycan Səfəvilər dövləti XVI əsrdə. 8. Azərbaycan XVII-XVIII əsrin birinci yarısında. 9. Azərbaycan xanlıqları. 10. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. 11. Şimali Azərbaycan XIX əsrin 30-40-cı illərində. 12. XIX əsrin II yarısında Şimali Azərbaycanda kapitalist münasibətlərinin inkişafı. 13. Şimali Azərbaycan XX əsrin əvvələrində. 14. Azərbaycan Xalq Cümhuriyyəti. 15. Sovet Azərbaycaı 1920-1941-ci illərdə. 16.Cənubi Azərbaycan XIX əsrin II yarısı—XX əsrin I yarısında. 17. Sovet Azərbaycanı İkinci dünya müharibəsi illərində və ondan sonrakı dövrdə. 18. Müstəqil Azərbaycan Respublikası müsair dövrdə.

FƏNNİN MÜHAZIRƏ MƏTNLƏRİ: Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunəvi testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib. Virtual Universitetin ünvanı: vu.aseu.az Fənn üzrə testlər ali məktəblər üçün dərsliklər: Azərbaycan tarixi.I cild. Bakı,2007, XX əsr Azərbaycan tarixi. II cild. Bakı,.2009 kitablarından tərtib edilib.

QİYMƏTLƏNDİRMƏ: Fənn üzrə krediti toplamaq üçün lazim olan 100 balın toplanması aşağıdakı kimi olacaq.

50 bal-İmtahana qədər o cümlədən: 10 bal-dərsə davamiyyət 10 bal-sərbəst iş 30 bal– seminar dərslərindən toplanacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minumum 3). Kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır. 50 bal- İmtahanda toplanacaq. İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını silmir. Qeyd: İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

A- “Əla” -91-100 B- “Çox yaxşı” -81-90 C- “ Yaxşı ” -71-80 D- “ Kafi ” -61-70 E- “ Qənaətbəxş ” -51-60 F- “ Qeyri-kafi ” -51 baldan aşağı

SƏRBƏST İŞ Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, (şrift 12) həcmi 1-2 səhifə olmalıdır. Sərbəst iş çap olunmuş və ya elektron formada təhvil verilə bilər. Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHLİL VERİLMƏSİNİN SON TARİXİ

Mövzular Son tarix
1. Azərbaycan ərazisində ibtidai icma quruluşu 4-cu həftə
2. Azərbaycanda erkən dövlət qurumları və qədim dövlətlər. 5-ci həftə
3. Azərbaycan III-IX əsrlərdə. 6-cı həftə
4. Azərbaycan IX-XIV əsrlərdə. 7-cı həftə
5. XV-XVIII əsrlərdə Azərbaycan feodal dövlətləri. 8-ci həftə
6. Azərbaycan Rusiya imperiyasının tərkibində. 9-cu həftə
7. Azərbaycan Xalq Cümhuriyyəti. 10-cu həftə
8. Cənubi Azərbaycan XIX-XX əsrlərdə. 11-ci həftə
9. Azərbaycan Sovetlər Birliyinin tərkibində (1920-1991) 12-ci həftə
10. Azərbaycan Respublikasının yaranması və fəaliyyəti 13-cü həftə

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq. Sərbəst işlərin nəticələri jurnala yazılır.

ƏDƏBİYYAT VƏ MATERİALLAR: 1. Azərbaycan tarixi. I cild. Ali məktəblər üçün dərslik. Bakı, 2007. 2. XX əsr Azərbaycan tarixi II Cild. Ali məktəblər üçün dərslik. Bakı, 2009. 3. Azərbaycan tarixi. VII cilddə. I-VII cildlər. Bakı, Elm, 1998-2003. 4.H.Cəfərov Azərbaycanın ən qədim dövr tarixi.Metodik vəsait.Bakı, 1999 5.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. 6.S.Qaşqay. Mana dövləti. Bakı, 1993. 7. A.Fazili Atropatena e.ə. IV-er. VII əsri.Bakı, 1992. 8. F.Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası.

Bakı, 1993 9. Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı,1989 10. N.Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993 11. S.B.Aşurbəyli. Şirvanşahlar dövləti (VI-XVI əsrlər). Bakı,1997 12. Z.M.Bünyadov.Azərbaycan Atabəylər dövləti. Bakı, 1985 13. M.X.Şərifli. IX əsrin II yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.

Bakı,1978. 14. V.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003 15. C.İbrahimov.Azərbaycanın XV əsr tarixinə dair oçerkləri. Bakı, 1959. 16. Y.Mahmudlu. Azərbaycan diplomatiyası. Bakı, 1996. 17. O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1998. 18. Ş.Fərzəliyev.Azərbaycan XV-XVI əsrlərdə. Bakı, 1983. 19. Ş.Fərzəlibəyli. Azərbaycan və Osman imperiyası. Bakı, 1983. 20. N.Süleymanov.Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı, 2006. 21. H.Ə.Dəlili.Azərbaycanın cənub xanlıqları XVIII əsrin II yarısıda.Bakı, 1979. 22. N.Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı, 1995. 23. V.Umudlu.Şimalı Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı və

müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828). Bakı, 2004 24. M.Gülmalıyev. XVIII əsrin son rübü – XIX əsrin I yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu. Bakı,1989. 25. T.Vəliyev. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı, 1987. 26. M.S.Ordubadı. Qanlı illər. Bakı,1991. 27. Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993. 28. Azərbaycan Demokratik Respublikası. Bakı,1990 29. N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikasının xarici siyasəti. Bakı, 1997. 30. X.Məmmədov. Azərbaycan milli hərəkatı (1875-1918-cı illər). Bakı, 1996. 31. N.Nərimanov. Ucqalarda inqilabımızın tarixinə dair. Bakı, 1992. 32. Z.M. Bünyadov. Qırmızı terror. Bakı, 1993. 33. C.Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində (1920-ci illərin sonu-30-cu illər) Bakı, 2008. 34. M.Quluzadə. Azərbaycan SSR-də dövlət və din münasibətləri (1920-1991-ci illər). Bakı, 2006. 35. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı, 1985. 36. Q.Mədətov. Azərbaycan Böyük Vətən müharibəsində. Bakı, 1965. 37. C.Həsənli. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı,1998. 38. C.Həsənli Aərbaycanda milli məsələ: Siyasi Rəhbərlik və Ziyalılar. 1954-1959. Bakı, 2008. 39. H.Əliyev. Qayıdış. Müstəqiliyimiz əbədidir. Bakı, 1997. 40. Ə.Abdullayev. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı. (XIX əsrin axırı-XX əsr). Bakı, 1998. 41. T.Qafarov. Azərbaycan tarixi (XX əsrin 80-90-cı illəri). Bakı, 1998.

42. A.Q.Seyidov. Azərbaycan XIII-XIV əsrlərdə. Monqol işğalları.(Metodik vəsait). Bakı, 2009.

43. A.Q.Seyidov. Göygöl (dərs vəsaiti). Bakı, 2011.

44. A.Q.Seyidov. Naxçıvan e.ə.VII-II minilliklərdə. Bakı, 2003.

KURS İŞİ Bu fənn üzrə kurs işi nəzərdə tutulmayıb.

TƏCRÜBƏ Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulmayıb.

t.e.d., dos. Həsənov V.S. İmza: _______ Tarix: 01.11.2010

IV MÖVZU Azərbaycan Ərəb xilafətinin tərkibində

1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici və daxili siyasəti.

2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. islam dininin yayılması.

3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.

  1. Azərbaycan tarixi. VII cilddə,IIcild, Bakı, 2005 səh.150-254.
  2. Azərbaycan tarixi: üzrə qaynaqlar.Bakı, 1989, sənəd №14,23
  3. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə. Bakı, 1994, səh.
  1. Vəlixanlı N.IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı,1974, səh. 33-39.
  2. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.
  3. Vəlixanlı N.Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
  4. Səid Nəfisi. Babək. Bakı, 1990.
  5. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980, səh.5-29.

VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövlətin yara-dıcısı olan Məhəmmədin təlimi- İslam dini feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsi və genişlənməsində böyük rol oynadı.

Ərəb feodal dövlətinin yaranması (630-cu il) onun İran və Bizans imperiyaları əle-hinə yürüşləri ilə eyni vaxtda başladı.

Xilafət qoşunu 634-636-cı illərdə Bizans qoşunlarını məğlub edib Suriyanı ələ keçirdi. Bu qələbə ərəblərin İrana yolunu açmış oldu. Xəzərlərlə müharibələr və daxili çəkişmələr nəticəsində Sasani imperiyası xeyli zəifləmişdi. 638-ci ildə Ərəb qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. 642-ci ildə isə Nahəvənd döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı.

Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe olan ölkələrdən kömək istədi. Belə bir əmr alan Alban çarı Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzad oğlu Rüstəmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Demək olar ki, Cavanşir İran qoşunları tərkibində ərəblərə qarşı vuruşmuşdur.

Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin döyüşdə sərkərdə Rüstəm həlak oldu.639-cu ildə Cavanşir döyüşün mənasızlığını görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Həmin ildə Azərbaycana soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.

639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi.Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o da ərəblər tərəfindən məğlub edilir.644-cü ildə o, ərəblərlə müqavilə bağlayır.

Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi verməli,ərəb əsgərlərini evində saxlamalı idilər.

642-ci ildə ərəblər Muğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar. Şir0vanşah Şəhriyar aman istədi və sülh bağladı. 646-cı ildə Naxçıvandan hücuma başlayan ərəblər, əvvəlcə Şəki və Gorus, sonra Beyləqan və Bərdəni tutdular. Daha sonra Qəbələ, Şirvan , Şabran əhalisi təslim oldular.

653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücumlarını davam etdirirdilər.

Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib taxta çıxdı. Albaniyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan tayfalarını ağıl və haqq yoluna gətirdi.Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”

Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.

654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.

662-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncər yaxınlığında məğlub edən xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məqlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get,Çola qapıarından (Dərbənd ) geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.

Lakin 665 –ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.

VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyənin görüşünə gedir. Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arsında gedən diplomatik danışıqlara vasitəçilik etmişdi.

Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi. Xəlifə axşam yeməyinə onunla birlikdə oturdu. Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrətdən boyun qaçırdı. öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş etdi”.

Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.

Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.

Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.

Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi “ təsdiq etdi.

VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır. Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.

699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər qalırlar.

Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsə də 704-cü ildə ərəblər onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.

Belə bir siyasi vəziyyətdən xəyanətkar ermənilər istifadə edirlər. Erməni katalikosu İlya Xəlifə Əbd.əl. Malikə məktub yazaraq alban katalikosu Nerses və Cpramanın guya gizli şəkildə Bizasla münasibətdə olduğu haqqında xəbər göndərir. Xəlifə İlyaya məktub göndərir və əmr edir:” Biz əmr etdik ki, bizim ağalığımıza qarşı çıxmış albanların etiqadında sizin dininizə uyğun düzəlişlər edilsin” Nerses və Sprama isə Partav (Bərdə)şəhərində məhv edildi.

705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassall mövqeyini də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeçiliyinə düşür.

Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla boyun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbaycanın istilasını başa çatdırdılar.

Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri qalırdılar.Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.

Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.hər nahiyə 12 rayondan, hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana qədər uzanırdı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir, qazi- məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxılmırdılar. Ona görə də yerli feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar ərəblər qoşunlarının tərkibində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta xristianlardan (zimmi) istifadə edirdilər).

Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə, Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərində hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə olunurdu.

Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmləndirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)

Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi Xilafətin mülkiyyəti elan olundu. Azərbaycanda torpaq üzərində mülkiyyətin 5 forması mövcud idi. Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət torpaqları idi. Belə torpaqlar divani və ya xəlifə torpağı adlanırdı.

Geniş yayılmış torpaq mülkiyyəti formalarından biri İqta idi. İqta hüququ adamlara orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə dövlət tərəfindən verilirdi. İqta 2 cürə -icarayə verilən və bağışlanan olurdu.

Mülkiyyət formalarından biri də vəqf torpaqları idi. Bu torpaqlar Məkkə və Mədinə kimi müqəddəs şəhərlər üçün, din uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulurdu. Bu torpaqlar müsəlman dini idarələrinin ixtiyarında idi. Vəqv “Allahın mülkiyyəti” hesab edildi. Bu torpaq icrayə verilə bilər, lakin nə satılıb –alına, nə də xüsusi mülkiyyətə keçirilə bilməzdi.

Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr və s. icma torpaqlarına aid idi. Əs-lində xəzinəyə gələn gəlir də bu torpaqlardan alınan vergilər idi. Ərəblər başqa mə-sələlərdə olduğu kimi, sasanilərin vergi qaydasını bəzi dəyişikliklər etməklə saxladılar. Əməvilər dövrünə qədər (661) vergilər nisbətən yüngül idi.Əsas vergi növləri xərac və cizyə idi. ,Müsəlmanlardan cizyə alınmırdı.

Xəlifə Əlinin dövründə vergilərin toplanmasında ədalətli siyasət yeridilirdi. Əli İbn Əbutalib deyirdi ki, diqqəti xəracı yığmağa deyil, toppağın əkilib ,becərilməsinə vermək lazımdır.

Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət yetirir-di.725-ciildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Yeni vergilər tətbiq edildi.

15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən kəndlilər kəndlərdən kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar mənim-səyirdi .Əməvilərin yeritdiyi bu siyasət onlara qarşı böyük narazılıqlar yaratdı və 750-ci ildə onları Abbasilər əvəz etdilər. (750-1258)

Abbasilər əsasən yerli feodalların nüfuzundan istifadə edirdilər. Vergi qaydasında yeni dəyişikliklər qoyuldu. Torpaq əkilib-əkilməməyindən asılı olmayaraq vergi verilməli idi. Zimmilər (xristanlar) daha çox vergi verirdilər.

Əhalidən xüms (beşdə bir) və zəkat (sədəqə)vergisi də alınırdı.

Təxmini hesablamalara görə Azərbaycandan Xilafətə ildə 8 milyon dirhəmə yaxın vergi ödənilirdi.

Ərəblər Azərbaycanda və başqa işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini möhkəmlətməkdən ötrü islam dinindən istifadə edirdilər. Onların Allahın vahidliyini və bütövlüyünü qəbul edən, onun göndərdiyi müqəddəs kitabların (Quran, Tövrat İncil, Zəbur) müqəddəsliyinə inanan insanlara hörmətlə yanaşırdılar.”Müqəddəs kitabları”olmayan qalan dinlərə və təriqətlərə sitayiş edənləri təqib edirdilər.

Azərbaycanda ərəb istilasına qədər əsas din zərdüştülük və xristianlıq idi. Cizyənin ağırlığı onları məcbur edirdi ki,islam dinini qəbul etsinlər.

Yeni din Muğan, Mil, Xəzər sahili, Kür-Araz çayları sahili boyunca və şəhərlərdə daha sürətlə yayılırdı. Xristianlığın daha geniş yayıldığı dağ və dağətəyi rayonlarda islama qarşı müqavimət güclü idi. Uzun illər keçməsinə baxmayaraq Azərbaycanın dağlıq əraziləri –xüsusiilə Dağlıq Qarabağda xristian dini əvvəlki mövqeyini saxlaya bildi. Bundan istifadə edən erməni kilsəsi yerli əhalini öz təsiri altına saldı və əhalinin həm dilində, həm də mənsubiyyyətində dəyişikliklər baş verdi. Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı Azərbaycan xalqının narazılığına və üsyanlara səbəb oldu.

748-ci oldə Beyləqanda Vard İbn Səfvanın başçılığı ilə qüvvətli üsyan başladı. Üsyançılar Beyləqan şəhərini ələ keçirərək ərəb əmirini əsir alıb, məhbusları azad etdilər.Üsyançılar sonra Bərdə üzərinə hərəkət edərək ərəb qoşunlarını darmadağın etdilər.

748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.

752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb qüvvələrini məhv etdilər.

750-ci ildə hakimiyyətə gələn Abbasilər Xilafət ərazilərində, o cümlədən Azər-baycanda baş verən üsyanları qan içində boğdu.

Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərakatıdır. Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.

Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından qurtar-maq xürrəmilərin əsas idealı idi.

Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim möv-cud olduğu kimi, insanların ruhu da əbədidir.

Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də xeyrin şərə qalib gələcəyi labüddür.

Xürrəmiləri ərəblər “müxəmmirə”( qırmızı geyinənlər), farslar “surxaləm” (qırmızı bayraqlılar) adlandırırdılar.

Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər.

Məsələn, IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.

“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə Məda-indən Reyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm” sözü fars dilində “Şad, xürrəm” kimi izah edilir.

Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm” sözünün pəhləvi dilində “ xur –od , xvar – günəş anlamında olduğunu göstərir.

Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermişdir. Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri xürrəmilərlə birləşə-rək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.

Xürrəmilər hərakatı IX əsrin əvələrində daha da genişlənir. Bu dövrdə xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və xürrəmilərin rəhbəri Babək olur.

Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə cəlb etmişdi.(Təbəri)

Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr –Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu ildən 827-ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.

819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-Müazin başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin başçılığı ilə böyük qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik qoşunundan 30 mini, o cüm-lədən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-cu ildə böyük strateji əhəmiyyəti olan Həmədan şəhərini tutdular.

833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshaq İbn İbrahimin başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də Həmədan yaxınlığında şiddətli döyüş başladı. Bu döyüşdə xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.

835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildilər. Bununla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə Buğa əl-Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə sərkərdəsini öldürdülər.

837-ci ildə Xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi. Avqustda Afşin Bəzz qalasını mühasirəyə alır. Bu vaxt Bizans imperatoru – Babəkin müttəfiqi Feofil 100 minlik qoşunla ərəblər üzərinə hücuma keçsə də, Bəzz qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.

837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Bu döyüşlərdə ərəblər 100 min, üsyançılardan isə 80 min nəfər həlak olmuşdu. 7600 nəfər əsir alındı, onların içərisində Babəkin 17 oğlu və 23 qızı da var idi.

Babək gizli yolla Bəzz qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının hakimi Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Abdulla da Bağdadda işgəncə ilə edam olunur.

İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə gərdilər, mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məğlub olmasına baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azdlıq hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi cəhətdən xeyli zəiflətdi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan verdi.838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında çıxış edirdilər.

Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin dağılmasına gətirib çıxardı.

IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri.

1.Xilafətin dağılması şəraitində Azərbaycanda ictimai siyasi vəziyyət. Müstəqilləşmə prosesinin başlanması.

2.Müstəqil feodal dövlətlətləri: Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvan-şahlar.

3.Azərbaycan Atabəylər dövlətinin yaranması. Şəmsəddin Eldəniz

4.IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı, şəhərlər və mədəniyyət.

1. Azərbaycan tarixi.VII cilddə, II cild, Bakı, 2005, səh.283-424.

2. Azərbaycan tarixi.(Z.Bünyadovun redaktorluğu ilə) Bakı, 1994,səh. 273-322.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 121-137.

4. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985,səh.185-220.

5. Şərifli M.X.IX əsrin 2-ci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.

Bakı, 1978, səh. 258-343.

6. Kərimov N.Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı, 1996.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Abbasi Ərəb Xilafəti tarixində IX əsrin sonu X əsrin əvvəli geniş ərazili müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və canişinlərin seperatizminin güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzləşdiyi çətinliklərdən istifadə edərək ayrılmağa, yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim və canişinlər ilk növbədə xəlifənin xəzinəsinə göndərilən vergilərin məbləğini azaltmağa çalışır, sonra isə vergini ödəməkdən imtina edirdilər.

Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş, Əlcəzair, Tunis və Liviya ayrıldı. 788 və 800-cü illərdə bu ərazilərdə İdrisilər, sonra isə Əqləbilər sülaləsi möhkəmləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və bu kimi dövlətlər meydana gəldi.

861 –ci ildə xəlifə Əl-Mütəfəkkil öldürüldükdən sonra Xürrəmilər hərakatının təsiri ilə artıq tamam zəifləmiş Xilafətin parçalanma prosesi yenidən başlanır.

Təbəristanda Ələvilər, İranda Səfvarilər, Misirdə Tulinilər, Xorasan və Orta Asiyada Samanilər dövlətləri meydana çıxdı.

Abbasilər imperiyasının dağılması şəraitində Azərbaycanda da müstəqilləşmə meylləri güclənir və bunun da nəticəsində bir sıra müstəqil və yarımmüstəqil dövlətlər yaranır. Onlar Xilafətə tabe olmaqdan boyun qaçırırdılar.

Səlnaməçi İbn Xordadbehin (IX əsr) və digər ərəb müəlliflərinin verdiyi məlumata görə həmin dövrdə Təbrizdə Məhəmməd İbn Rəvvad, Mərənddə Məhəmməd İbn –Bəyis, Muğanda Səklə hökmdarlıq edirdi.

Azərbaycanın Şimal torpaqlarında ( Aranda ) ərəblərdən müəyyən qədər asılı olan Sünik,Varsan, Beyləqan, Qəbələ, Şəki və şair kimi knyazlıqlar fəaliyyət gös-tərirdi. Lakin göstəriciliyi kimi onlar tam müstəqil olmayıb, Xilafətə vaxtlı-vaxtında vergilər ödəyirdilər. Bəziləri zəif olduqları üçün Ərəb Xilafəti ilə mübarizədə sıradan çıxırdılar. Həmçinin feodal ara müharibələri də bəzi knyazlıqların məhvinə gətirib çıxarırdı.

Babək üsyanı yatırıldıqdan sonra IX –XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin müstəqilliklərinə nail olurdular. Belə dövlətlər sayca çox idilər. Onlardan daha nüfuzluları Şirvanşahlar, Sacilər, Salarilər və Rəvvadilər idilər. Sonuncu üç dövlət müxtəlif dövrlərdə müvafiq olaraq biri- birini əvəz etmişdir.

IX əsrin ortalarından başlayaraq Azərbaycan Ərəb Xilafətinin təsirindən azad olduqca, ölkədə əkinçilik, maldarlıq, sənətkarlıq daha da inkişaf etməyə başladı. Feodal münasibətləri daha da inkişaf etməyə və genişlənməyə başladı.

Feodal torpaq mülkiyyətinin ən çox yayılmış forması yenə də divan və iqta olarq qalmaqda idi.

Sənətkarlıq da inkişaf edir və ölkənin iqtisadiyyatında mühüm yer tuturdu. IX-X əsrlərdə Bərdə, Bakı, Gəncə, Şamaxı , Naxçıvan, Beyləqan, Bərdə, Ərdəbil, Təbriz, Marağa kimi böyük səhərlər var idi. Bərdə, Gəncə və Ərdəbil böyüklüyünə görə Bağdad şəhərindən geri qalmırdılar. Şəhərlərdə çoxlu mədrəsələr, məscidlər, saraylar, karvansaralar, örtülü bazarlar, hamam və ictimai binalar var idi.

X əsr ərəb müəllifi Müqəddəsi Azərbaycan haqqında yazırdı: “Bu vilayətin bütün şəhərləri gözəldir, ərzaq və mədənlərlə zəngindir, meyvə və ərzaq bol və ucuzdur”

Ölkənin ən böyük şəhəri “Arranın anası”adlanan Bərdə şəhəri idi. (Ummur-Pan) Cənubda ölkənin siyasi mərkəzi Təbriz şəhəri idi. Dərbənddə ticarət xeyli inkişaf etmişdi. Dərbənd tacirləri Bizans və Xəzərlərlə ticarət edirdilər. IX əsrdən başlayaraq Azərbaycan beynəlxalq ticarətdə mühüm rol oynamağa başladı. Əsasən bu dövrdə slavyanlar və xəzərlərlə qızğın ticarət gedirdi. Dünya ticarət yollarının qovşağında yerləşən şəhərlərin bazarlarına təkcə ölkənin daxilindən deyil, xarici ölkələrindən də yüzlərlə tacir gəlirdi.

Xilafətin zəifləməyə və parçalanmağa başladığı bu dövrdə müstəqilləşən və hətta Xilafətə meydan oxuyan Azərbaycanın feodal dövlətlərindən biri Sacilər dövləti olmuşdur.Sacilər sülaləsinin banisi Əbu Sac Divdad olmuşdur.O, adlı-sanlı türk sərkərdələrindən idi. Əbu Sac Divdad Xilafət ordularında döyüşərək, böyük sınaqlardan çıxmış, Abbasilərə qarşı baş verən üsyanların yatırılmasında fəal iştirak etmişdir.

Sacilərin banisinin Əbu Sac Divadad olmasına baxmayaraq, Sacilər dövləti (889-942) onun oğıanları Məhəmməd və Yusiflin dövrlərində yaranmışdır. Belə ki, Məhəmmədi xidmət müqabilində Xəlifə 889-cu ildə Azərbaycanın hakimi təyin edir. Təbərinin yazdığına görə O, “Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib Xilafətə tabe olmaqdan boyun qaçırdı.”

Sacilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa hakimini məğlub edərək şəhəri ələ keçirir. 893-cu ildən başlayaraq Məhəmməd bir neçə dəfə Ərməniyyə üzərinə uğurlu yürüşlər təşkil edir. O,Ər-məniyyənin paytaxtı Dvin şəhərini tutaraq Ərməni hakimi I Sumbatı əsir götürmüşdü. O, öz oğlu Divdadi Ərməniyyəyə hakim təyin etmişdi. Bundan sonra Məhəmməd Tiflisi ələ keçirərək şəhəri soyub taladı.

901-ci ildə Bərdə şəhərində Məhəmməd taun xəstəliyindən vəfat edir. Onun yerinə oğlu Divdad hakimiyyətə keçir. Lakin onun hakimiyyəti uzun çəkmədi, avqust ayında əmisi Yusif onu hakimiyyətdən salıb, ozü xəlifənin Azərbaycan hakimi və canişini oldu.Yusif də hakimiyyətə keçən kimi Ərməniyyə və Gürcüstan səfərlərinə çıxmışdır. Hətta 914-cü ildə Dvini tutan Yusif erməni hakimi I Sumbatı edam etdirdi: 915-ci ildə Yusif Azərbaycan və Ərməniyyədə öz hakimiyyətini möhkəmləndirə bildi.

Sacilərin sərhədləri şimalda Dərbəndə, şərqdə Xəzərə, qərbdə Ani və Dəbil şəhərlərinə, cənubda isə Zəncan şəhərlərinə qədər uzanırdı. Sacilər Yusifin dövründə ilk dəfə şimallı-cənublu Azərbaycanı bir hakimiyyət altında birləşdirə bilmişdilər.

Yusif 912-ci ildə Xəlifəyə xərac verməkdən imtina edir və bu məsələ onların arasında mübarizəyə səbəb oldu. 918-ci ildə Yusif 7 minlik qoşunla Xəlifənin 20 minlik ordusunu məğlub edir. 919-cu ildə Xəlifə, Munisin sərkərdəliyi ilə yeni qoşun göndərsə də Yusif tərəfindən məğlub edilir. İyulun 16 da Ərdəbil yaxınlığındakı döyüşdə Xəlifə qoşunu darmadağın edilərək, qoşun başçısı Munisi əsir götürürlər.

Bunu görən Xəlifə 922-ci ildə Yusifi Azərbaycan və Ərməniyyə canişini, Rey, Zəncan, Qəzvin valisi təyin etdi. Yusifin qələbələri, Azərbaycan və digər əraziləri müstəqil idarə etməsi Xəlifəni narahat edirdi. 927-ci ildə Xəlifə Yusifi Qərmətilər üzərinə hücuma göndərir. 927-ci il dekabırın 27-də Kufə şəhəri yaxınlığında Yusifin qoşunları Qərəmətilər tərəfindən məğlub edilir. Yusif isə döyüşdə yaralanaraq əsir düşür və az sonra vəfat edir. Yusif 24 il hakimlik etmişdir. Onun dövründə Azərbaycan torpaqları mərkəzləşdirilmişdir. Yusifin ölümündən sonra hakimiyyət əldən ələ keçir. Nəhayət 941-ci ildə Sacilərin son hakimi Deysəm Deyləm hakimi Məzrban İbn Məhəmməd tərəfindən məğlub edilir və bununla da Sacilər dövlətinə son qoyulur.

Saciləri mənşəcə Deyləmdən olan Salarilər əvəz etdilər. Onlar Gilanın Salarilər tayfalarına mənsub idilər. Salarilər dövlətinin (942-981) paytaxtı Ərdəbil idi.

Mərzban İbn Məhəmməd çətin mübarizə şəraitində Sacilərin hakimiyyəti altında olan torpaqları öz hakimiyyəti altında birləşdirə bildi. O, Azərbaycanın şimal qərb vilayyətlərini, Ərməniyyəni və hətta Şirvanşahları özündən asılı saldı.

Mərzban İbn Məhəmməd cənub–şərq vilayyyətlərinin, xüsisilə Zəncanın, Əhərin və Qəzvinin İsfahan hakimindən asılı qalmasından narahat idi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O,bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzivinə getdi. Onun əlində 5 minlik ordu olmasına baxmayaraq, özündən dəfələrlə çox olan düşmənlə döyüşə atıldı. Lakin məğlub olaraq əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda feodal ara çəkişmələri güclənir. Hakimiyyəti əvvəlcə Mərzbanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirir. 953-cü ildə Mərzban əsirlikdən qaçaraq Ərdəbilə gələrək hakimiyyəti ələ keçirir. O, vilayyətlərdən alınan vergiləri nizama salır, maliyyə işlərinə nəzarəti və diqqəti artırır.

Salarilərin qoşunu maaşla saxlanılan daimi süvari dəstələrdən və piyada hissələtrdən ibarət idi. Hətta onların dənizdə gəmiləri də var idi.

957-ci ildə Mərzban vəfat edir. Onun ölümündən sonra oğlanları və qardaşı Vəhsudan arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Sülalə arasında gedən mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı. Mərzbanın oğlu İbrahim hakimiyyəti ələ keçirir ( 961-981) . O, səltənətin əvvəlki şöhrətini bərpa etməyə çalışsa da buna nail ola bilmir, əksinə bir çox əyalətlər mərkəzi hakimiyyətə vergi verməkdən imtina edirlər. Şirvanşahlar, Dərbənd, Gəncə vilayətləri, Arranın bir hissəsi, Ərməniyyə Salarilərin asılılığından çıxdılar. Belə bir şəraitdə Əhər və Təbriz hakimi, Rəvvadilər nəslindən olan Əbulheca 981-ci ildə Salari İbrahimi məğlub edərək əsir aldı və Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə keçirdi. Salarilər dövləti 40 il yaşamışdır.

Rəvvadilər sülaləsinin mənşəcə tarixi qədimlərə gedib çıxır. Onlar VIII əsrdə Təbrizdə, Marağada, Əhərdə, Qaradağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar. X əsrin ikinci yarısında Qaradağ hakimi Əbulheyca Salarilərdən asılı idi. Lakin O, yaranmış vəziyyətdən istifadə edərək 981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı və qalib gəldi. Beləliklə rəsmən Rəvvadilər dövləti yarandı. Vaxtilə Salarilərin əlində olan Azərbaycan və Ərməniyyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Paytaxt Ərdəbildən Təbrizə köçürüldü. Çünki Təbriz Ərdəbilə nisbətən iqtisadi, siyasi və mədəni cəhətdən xeyli inkişaf etmişdi.

Əbulheyca 987-ci ildə Ərməniyyəyə hücum edərək özünə tabe etdi. Sonra Xoy və Urmiya feodallarını özündən asılı vəziyyətə saldı. Dövlətin ərazisi genişlənməklə onun nüfuzu da yüksəlirdi.

Əbueheycanın varisi Vəhsudanın dövründə (1020-1059) ölkə daxilində həyata keçirilən tədbirlərin nəticəsində mərkəzi hakimiyyət xeyli qüvvətləndi. Onun dövründə Rəvvadilərin əsas rəqibi Şirvanşahlar idi. 1042-ci ilin oktyabrında Təbrizdə güclü zəlzələ baş verdi. Mənbələrin verdiyi məlumata görə 40 mindən çox adam həlak olmuş, çoxlu tikililər və qalalar yerlə -yeksan olmuşdu. Bununla da Təbrizin müdafiə qabiliyyəti zəifləmiş oldu. Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçür. Məhz bu səbəbdən Səlcuqların hücumu zamanı Təbriz müqavimət göstərə bilmədi.

İbn əl -Əsir yazır ki, “Səlcuq hakimi Toğrul bəy bir sıra səbəblərdən sonra 1054-cü ildə Təbrizə gəldiyi zaman Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuqların vassalığını qəbul etməyə məcbur oldu.” Səlcuq Alp Arslan 1065-ci ildə Rəvvadilərin daxili müstəqilliyini tamamilə ləğv etdi və Təbrizə Səlcuq əmiri təyin etdi. Süqut etməsinə baxmayaraq Rəvvadilər dövləti bir əsrə qədər fəaliyyət göstərdiyi dövrdə ölkənin iqtisadi, ictiami, siyasi və mədəni həyatında mühüm rol oynamışdır.

IX əsrin ikinci yarısında Azərbaycanın şimal şərq torpaqlarında Məzyədilərin hakimiyyətində olan Şirvanşahlar dövləti yaranır. Dövlətin yaradıcısı Heysəm İbn Xalid Yezid İbn Məzyədin nəvəsi idi. Sülalə də onun adını daşıyırdı.Yezid İbn Məzyəd ərəb mənşəli Şeybanı nəslinə mənsub idi. O, Xilafətdə bir sıra hərbi-inzibati vəzifələr icra etmiş, Azərbaycan və Ərməniyyənin valisi olmuşdur. Məzyəd vəzifəsindən istifadə edərək Şirvanda və Bərdədə böyük torpaq sahələri və mülklər ələ keçirmişdi. O, Bərdədə vəfat etmişdir.

IX əsrin ortalarında Xilafətdə başlanan iğtişaşlardan istifadə edən Heysəm İbn Xalid özünü müstəqil hakim elan etdi və Şirvanın müstəqilliyi bərpa etdi.

Məzəydilərin ilkin hakimiyyətləri dövründə Şirvanşahların sərhədləri cənubda Kür çayı, şimalda Dərbənd və Samir çayı, qərbdə Şəki vilayətinə qədər uzanırdı. Bəzi vaxtlarda dövlətin sərhədləri cənubda Araz çayına qədər genişlənirdi. Dövlətin paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən Yəzdiyyə (Şamaxı) şəhəri olmuşdu.

Məzyədilərin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə düşürdülər. Onlar IX əsrin axırlarında əvvəlcə Sacilər, sonra isə Salarilərdən asılı vəziyyətə düşmüşdülər.

X əsrin əvvələrində Rusların Azərbaycana istilaçı yürüşləri Xəzərsahili əyalətlərə, xüsusilə Dərbənd, Bakı, Şirvan, Beyləqan və Bərdəyə böyük ziyan vurdu.XI əsrin 60-70-ci illərində Şirvanşah Fəribruzun dövründə Şirvanşahların siyasi vəziyyəti daha da ağırlaşdı. Şəddadi Şavür buraya hücum edərək bir sıra qalaları ələ keçirdilər və 40 min dinar xərac alaraq oranı tərk etmişdilər.XI əsrin 50-ci illərindən Səlcuq türklərinin Azərbaycana yürüşləri zamanı dövlət onların vassalığına çevrildi və “Şirvanşah” titulu ləğv edildi. Şirvan ölkəsini vassal tabeliyə salmış səlcuqlar, Şirvanşahların hakimiyyətini zəiflədə bilmədilər. Artıq XI əsrin sonunda Şirvanda siyasi yüksəlişin başlanması nəzərə çarpırdı.XII əsrdə Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə qədəm qoydu.Fəribruzun oğlanları II Məniçohr və I Əfrudunun dövründə Şirvan dövləti daha da möhkəmləndi.

X əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri də Şəddadilər dövləti idi. Onun paytaxtı Gəncə şəhəri idi. Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Bəzi vaxtlarda Şəki, Kaxetiya və Ərməniyyə əraziləri də Şəddadilərdən asılı olmuşlar.

Bu dövlətin yaradıcısı Məhəmməd İbn Şəddad olmuşdur. Onlar Gəncəyə Dəbil şəhərindən gəlmişdilər. Şəddad Salarilərin zəifliyindən istifadə edərək Dəbili ələ keçirmişdi. Sonralar Şəddadin oğlanları Fəzlun və Ləşkəri Gəncəyə gəlmiş və 971-ci ildən Şəddadilər dövləti fəaliyyətə başlamışdır. Ləşkəri Gəncədə öz hakimiyyətini qurduqdan sonra Bərdə, Şəmkir və Ərməniyyənin bir hissəsini ələ keçirmişdir. 8 illik hakimiyyəti dövründə bu dövlət xeyli möhkəmlənir. Onun qardaşı Fəzlunun dövründə Beyləqan da Şəddadilərə birləşdirillir.

1030-cu ildə Fəzlun Xəzərlərə qarşı uğurla əməliyyat aparmış, Şirvanla siyasi əlaqələr yaratmışdır. Fəzlun ölkənin daxili işlərini də tam qaydasına qoya bildi. O, Araz çayı üzərində körpü saldırdı, öz adına pul kəsdirdi. 1050 –ci ildə hakimiyyətə gələn Şavurun dövründə dövlət daha da möhkələndi. 1063 –cü ildə usta İbrahim Gəncənin dəmir darvazalarını düzəltmişdi. Lakin Səlcuq türklərinin hücumları nəticəsində Şəddadilər də onlardan asılılığı qəbul etdilər. (Savurun dövründə)

Şəddadilərin axırıncı hökmdarı III Fəzlun (1074-88) səlcuqlardan asılılığa son qoymaq istəyirdi. Bunu görən Səlcuq sultanı Məlikşah 1088- ci ildə sərkərdə Buğanın başçılığı ilə Gəncəyə qoşun göndərdi. Şəhər müdafiə olunmasına baxmayaraq təslim oldu. III Fəzlun əsir götürülərək Bağdada göndərildi və 1091-ci ildə orada vəfat etdi. Bununla da Şəddadilər dövlətinin tarixi sona çatdı.

IX-XI əsrlərdə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Bu dövlətləri yaradan sülalələr mənşcə müxtəlif olsalar da, bu dövlətlər milli zəmində təşəkkül tapdılar. Bu dövlətlərin mövcud olduğu on illər ərzində daxildə yaranmış qismən əmin amanlıq zəminində təsərrüfatın bütün sahələri dirçəlir, əhali artır, və məhsuldar qüvvələr inkişaf edirdi.

XI əsrin ortalarından Azərbaycan və Şərqin bir sıra ölkələri oğuzların şaxələrindən biri olan Səlcuqlar tərəfindən işğal olundular.

Şərqi lərzəyə salan Səlcuqlar və onların rəhbəri kim idi. Cəsur və cəngavər bir şəxs olan Səlcuq oğuzların qınıq tayfasına mənsub idi. Oğuzlar 22-24 türk tayfasını birləşdirirdi. Oğuzların başçısı Oğuz xaqan hesab edilirdi. O, ömrünün 50 ilini at üstündə, hərbi yürüşlərdə keçirmişdi.

Səlcuq bir əsrdən artıq ömür sürmüş, islam dinini qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması uğrunda mübarizə aparmışdı. Onlar əvvəllər totemlərə və şamanizmə sitayış edirdilər.

Səlcuqlar Orta Asiyadan gəlmiş türk tayfaları idilər. 970–ci ildə Buxara vilayətində yerləşmişdilər .Qəznəvilər dövlətinin başçısı Sultan Mahmud 1009-cu ildə Səlcuqları Xorasan əyalətində yerləşdirir. Lakin sonralar onların bir çoxu “olduqları yerləri tərk edib öz yolları üzərində hər şeyi viran edərək Xuzistan səhralarına və İraq-Əcəm dağlarına soxuldular, bir hissəsi də Azərbaycanda sakin oldu “(Rəşidəddin)

Sonralar onlar geri qayıdaraq Xorasan üzərinə hücuma keçib bütün əyaləti özlərinə tabe etdilər. O, 1038 ci ildə Nişapuru ələ keçirdi və özünü sultan elan etdi. Beləliklə, Yaxın və Orta Şərqdə ən güclü feodal dövləti olan Səlcuqlar imperiyasının əsasını qoydu. 1040-cı ildə onlar Qəznəvi Sultan I Məsuda qəti zərbə endirdilər. Toğrul bəyin qoşunları 1045-ci ildə Həmədanı, 1050-ci ildə İsfahanı tutdular.

1054-cü ildə səlcuq qoşunları Azərbaycana soxuldular. Təbrizdə hökmdarlıq edən Rəvvadi Vəhsudan müqaviməti dayandırmağa məcbur oldu. Onlar Təbrizi alaraq Gəncəyə tərəf hərəkət etdilər. Burada Şəddadi Şavur da Toğrul bəyin vassalı olmağa razı olaraq, ona çoxlu bəxşiş verdi. Azərbaycanın qalan feodal hakimləri də belə etdilər.

1055-ci ildə Səlcuqlar Ərəb Xilafətininin paytaxtı Bağdadı aldılar.Toğrul bəy siyasi hakmiyyətin başçısı elan olundu. Beləliklə Böyük Səlcuq dövləti meydana çıxdı. Onun paytaxtı əvvəllər Mərv, sonra isə Rey və İsfahan oldu.

Toğrul bəydən sonra hakimiyyətə onun varisi Alp Arslan (1063-1072) keçdi. (qardaşı oğlu) O, öz əmisinin siyasətini davam etdirdi. Əvvəlcə Mərəndə , sonra isə Naxçıvan və Ərməniyyəyə hücum edərək ələ keçirdi.1065-ci ildə Ani şəhərini darmadağın edir. Sultan Alp Arslan Azərbaycandakı vassalı olan dövlətlərin daxili müstəqilliyinə son qoymaq məqsədilə 1069-cu ildə Gəncəyə gəldi. Şirvanşah Fəribruz də Gəncəyə gələrək ona itaət göstərdi. Alp Arslan 1070-ci ildə Şəkiyə və oradan isə Gürcüstana hücum edərək özündən asılı saldı.

Səlcuqların uğurlu yürüşlərindən vahiməyə düşən Bizans imperiyası onların qərb istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıq gördü. 1071-ci ildə Kiçik Asiyada Malazgird adlanan yerdə müharibəyə başladı. Səlcuqlar bu döyüşdə Bizans ordularını darmadağın edərək Kiçik Asiyanın bir çox torpaqlarını ələ keçirdi. Alp Arslanın Azərbaycandan uzaqlarda başının qarışmasından istifadə edən Gəncə hakimi III Fəzlun səlcuqlara vergi verməkdən boyun qaçırır. Sultanın Gəncə hakimini cəzalandırmağa ömrü çatmadı və 1072-ci ildə vəfat etdi. Hakimiyyətə onun oğlu Məlikşah (1072-1092) keçir.Səlcuqlar imperiyası Məlikşahın dövründə öz siyasi inkişafının ən yüksək pilləsinə qalxdı. Sultan Məlikşah ona sədaqətli olmayan və müstəqilliyə can atan hakimləri cəzalandırmaq məqsıdilə sərkərdəsi Buğanın başçılığı ilə 1088-ci ildə Azərbaycana qoşun göndərdi. Buğa Gəncəni aldı və Şəddadilərin sonuncu hakimi III Fəzluni əsir aldı. Sultan öz oğlu Məhəmmədi Gəncəyə hakim təyin etdi. Səlcuqların başçısı Məlikşah Şirvanşahları da cəzalandıraraq birdəfəlik 70 min dinar, hər il isə 40 min dinar xərac verməyə məcbur etdi.Səlcuqlar vaxtında türk tayfalarının Azəbaycana yeni axınları gücləndi. Onlar burada tezliklə oturaq həyata keçdilər və məskunlaşdılar.Səlcuqların Yaxın və Orta Şərqdə yaratdıqları imperiyanın iqtisadi əsası yox idi. O, davamsız bir hərbi-inzibati birləşmə idi. Sultan Məlikşah öləndən sonra (1092) bu böyük dövlət dağılmağa başladı. Sultanın 4 oğlu arasında hakimiyyət uğrunda mübarizə başladı.Börküyarıq və qardaşı Məhhəməd Təpər dövrlərində dövlətin ərazisi iki yerə parçalandı. Börkyarıq (1092-1104) , Məhəmməd Təpər (1104-1118) üçüncü oğul sultan Səncərin dövründə (1118-1157) imperiya tənəzzülə başladı və bir neçə yerə bölündü. O sıradan Girman, Konya, Suriya, İraq səlcuq sultanlığı və Kiçik Asiyada kiçik əmirliklər yarandı. Azərbaycan həmin dövrdə İraq sultanlığına daxil idi.

119 il fəaliyyət göstərən Səlcuqlar dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-iqtisadi və mədəni inkişafında güclü rol oynadı.Məsələn, hərbi –siyasi sahədə, hərbi-siyasi birliyin təşəkkülü, yeni-yeni ərazilərin ələ keçirilməsi; iqtisadi sahədə: təsərrüfatın canlanması, sənətkarlığın, ticarətin inkişafı, şəhərlərin tərəqqisi; ictimai münasibətlər sahəsində: feodal və kəndli siniflərinin formalaşması, onların arasındakı sinfi ziddiyyətlərin kəskinləşməsi, türkdilli yerli əhalinin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi; mənəvi sahədə: türk dilinin ictimai həyatda geniş intişar tapması, onun əhatə və təsirinin güclənməsi və genişlənməsi və sair.

XII əsrin 20 ci illərində yaranmış tarixi şərait nəticəsində Şirvanşahlar dövləti bərpa olundu. Lakin Arran və Azərbaycanın Kürdən cənuba olan torpaqları İraq səlcuqlarının hakimiyyəti altında idi. XII əsrin 30-cu illərində Yaxın Şərqlə baş verən siyasi hadisələrin zəminində böyük tarixi hadisə baş verdi. Azərbaycan Atabəylər dövləti (1136-1225) meydana çıxdı. Atabəylər dövlətinin banisi zəmanəsinin ağıllı diplomatı, uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz (1136-1175) idi. Onun uşaqlığı son dərəcə ağır keçmiş, valideyinlərini çox erkən itirmiş, qul bazarlarında satılaraq əldən ələ keçmişdi.

Orta əsr tarixçiləri Mirxond və nəvəsi Xondəmir Şəmsəddin Eldənizin həyatı haqqında məlumat vermişlər. (Rövzət əs-səfa “ və “Həbib əs siyar” adlı əsərlərində )

O, Sultan Mahmud dövründə (1118-1131) bir qul kimi alınmış və İraqa apa-rılaraq vəzir Əhməd əs-Sümeyrəməyə satılmışdır. 1122-ci ildə Sumeyrəmə Sultan tərəfindən öldürülür və onun varidat Sultan Mahmudun ixtiyarına keçir. Deməli Şəmisəddin Eldəniz də onun xidmətinə keçir. Sultan onun bacarığını görüb tərbiyəsini əmir Nəsrə tapşırır. Çox çəkmir ki, O, at oynatmaq, qılınc çalmaqda öz yaşıdlarını ötür. Bundan sonra sultan onu əhlivan–salar (mətbəx başçısı) təyin edir.

1132-ci ildə hakimiyyətə Sultan Toğrul keçir və Şəmsəddin Eldəniz məmlüklər sırasına keçirilir. Sultanın arvadı Möminə xatun ona böyük iltilat (simpatiya) göstərdi. Bir az sonra Eldəniz əmir rütbəsinə çatdırılır. Sultan Toğrul Eldənizi özünün azyaşlı oğlu Arslana atabəy (qəyyum) təyin edir. Sultan Toğrul öləndən sonra Sultan Məsud Eldənizi dul qalmış Möminə xatunla evləndirir. Onun iki oğlu və bir qızı olmuşdur.1136-cı ildə Sultan Məcud Arranı Şəmsəddin Eldənizə iqta verir və o, yavaş-yavaş bütün Azərbaycana yiyələnməyə başlayır. 1160-cı ildə oğulluğu Arslan sultan taxtına yiyələnsə də, dövləti faktiki olraq Şəmsəddin Eldəniz idarə edirdi.

Tarixçilər Azərbaycan Eldənizlər dövlətinin və onu idarə edən sülalənin (Ata-bəylər) tarixini 3 dövrə bölürlər: təşəkkül (1136-1160), çiçəklənmə (1160-1191), tənəzzül (1191-1125) .

Birinci və ikinci dövrlərdə əldə edilən nailiyyətlər Eldənizin və onun oğlanları-nın adı ilə bağlıdır. Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın oğlanları Əbu Bəkir (1191-1210) və Özbəyin (1210-1225) hökmdarlığı dövründə dövlət tənəzzülə uğramış və Xarəzmşah Cəlaləddinin hücumu ilə süqut etmişdir. Səlcuq şahzadələri arsında gedən mübarizədən məharətlə istifadə edən Şəmsəddin Eldəniz 1160-cı ildə 20 minlik qoşunla Həmədanı alaraq atabəyi olduğu Arslan şahı taxta çıxardı. Həmin dövrdən Şəmsəddin Eldəniz İraq Səlcuq dövlətinin böyük atabəyi adlandı. Əslində dövləti o özü idarə edirdi. Şəmsəddin Eldəniz Sultanın və özünün imkanlarından istifadə edərək oğlanlarının feodal iearxiyasının ən yüksək pilləsində möhkəmləndirməyə nail oldu. Cahan Pəhləvanı hacib, Qızıl Arslanı isə Sultan ordusunun baş sərkərdəsi təyin etdi.

Təbriz və Naxçıvan Atabəylər dövlətinin paytaxtı oldu.

Şəmsəddin Eldəniz 1161-ci ildə Həmədan yaxınlığında Rey vilayətinin qoşunlarını məğlub etdi. Rey vilayətini iqta şəkilində oğlu cahan Pəhləvana verdi. Tədricən Qum, Qəzvin, Ərdəbil, Marağa, Kirman vilayətləri də Eldənizdən asılı vəziyyətə düşdülər. Eldənizin nüfuzu getdikcə artırdı. Ziya Bünyadov yazır: “Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır, dövlət xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı hökmdar idi.” Atabəylər öz torpaqlarını genişləndirməyə çalışırdılar. Onlar tez-tez Şirvana və Ərməniyyəyə yürüşlər təşkil edir, Gürcüstanla düşmənçiliyi davam etdirirdilər.

Gürcülər hətta 1139-cu ildə Gəncə zəlzələsindən az sonra şəhərə hücum edərək oranı talamış və “Gəncə darvazalarını” qənimət kimi aparmışdılar.

1161-ci ildə Gürcülər 30 minlik qoşunla Gəncə və Dəbil şəhərinə hücum edərək böyük vəhşiliklər törətdilər. Gürcülərin vəhşi hərəkətlərinə cavab olaraq 1163-cü ilin yanvarında Şəmsəddin Eldəniz 50 minlik qoşunla Gürcüstana hücum edərək 1 aydan çox vuruşdu. Çoxlu sayda adam öldürdü, əsir götürdü və hərbi qənimət ələ keçirdi. Lakin bundan nəticə çıxarmayan gürcülər 1164 və 1166-cı illərdə Azərbaycana yenidən hücumlar etmiş və Gəncəyə qədər gəlmişdilər. 1174-cü ildə yenidən Eldəniz Gürcüstana yürüş etmiş və onları daha ağır məğlubiyyətə uğratmışdır.

Mənbələrdə deyilir: “Abxazlar (gürcülər) darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilməzdi”.Gürcüstan yürüşündən qayıtdıqdan sonra 1175-ciilin noyabrında Şəmsəddin Eldəniz Naxçıvanda vəfat etdi.(ondan 1 ay əvvəl arvadı Möminə xatun vəfat etmişdi.) Az sonra Sultan Arslan şah da vəfat etdi. Sultanlıq taxtına onun 7 yaşlı oğlu III Toğrul keçdi. Məhəmməd Cahan Pəhləvan III Toğrula atabəy təyin edildi. Cahan Pəhləvanın dövründə mərkəzi hakimiyyət daha da möhkəmləndi. O, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırdı və eyni zamanda onu oğlu Əbu Bəkirin atabəyi təyin etdi. Təbriz Qızıl Arslanın paytaxtı oldu. Cahan Pəhləvanın dövründə (1175-1186) Atabəylər dövlətinin ərazisi daha da genişləndi. Dövlət iqtisadi və siyasi cəhətdən dahada möhkəmləndi. Atabəylərin təkcə 50 minlik süvari ordusu var idi.1180-ci illərdə Misir və Suriya ilə münasibətlər kəskinləşdi. 1185-ci ildə Qızıl Arslan böyük qoşunla Mosula tərəf hərəkət etdi. 1185-ci ildə Cahan Pəhləvan özü də Əhlətə gəldi və münaqişəni dinc yolla öz xeyrinə həll etdi. Geri qayıdarkən xəstələndi və 1186-cı ildə, martın 23-də vəfat etdi.

Onun ölümündən sonra hakimiyyət məsələsi ciddi münaqişəyə səbəb oldu. Arvadı İnancXatun öz oğlanlarını hakimiyyətdə görmək istəyirdi. (Qutluq İinanc və Əmir Əmiran Ömər İran, Əbu Bəkir türk qızı Quteybə xatun, Özbəyin anası kəniz Zahidə xatun idi) Bütün bunlara baxmayaraq hakimiyyətə Qızıl Arslan (1186-1191) keçdi. Onun dövründə ölkədə sakitlik pozuldu. İnanc Xatun III Toğrulla birləşərək Qızıl Arslana qarşı mübarizəyə başladılar. 1188-ci ildə Həmədan yaxınlığında müxalif qüvvələr Qızıl Arslanı məğlub etdilər. Lakin O, xəlifə ilə İttifaqa girərək onları parçaladı və məğlub etdi: (1190) Sultan III Toğrulu əsir edərək Naxçıvan yaxınlığında zindana saldı. Hakimiyyətini möhkəmlədən Qızıl Arslan yolunu azmış əmirləri cəzalandırmaq məqsədi lə əvvəlcə Van sahillərinə, sonra isə Şirvan və Gəncəyə yürüşə başladı. Burada Qızıl Arslan böyük şair Nizami Gəncəvi ilə görüşdü. Sonra Gürcüstana yürüşə başladı və onları məğlub edərək qənimət ələ keçirdi. Ömrünün sonlarına yaxın eyş-işrətə və kef məclislərinə çox meyl göstərməyə başladı.1191-ci il sentybrın 21-də yatağında sui-qəsd nəticəsində öldürüldü. (İnanc Xatun tərəfindən).Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın qadınları və oğlanları arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Atabəylərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfahan onların asıllığından xilas oldu. Eldənizlərin əlində yalnız Azərbaycan torpaqları qaldı. Azərbaycannın hakimi və sultan taxtına Əbu Bəkir yiyələndi. (1191-1210) Həmədanı və qonşu əyalətləri İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömər arasında mübarizə başladı. 1192-ciildə Əbu Bəkir Təbriz yaxınlığında qardaşlarının qoşununu məğlub etdi.Qutluq İnanc Xarəzmşah Təkisin yanına, Ömər isə Şirvanşah Axsitanın yanına qaçdı.1192-ci ildə Sultan III Toğrul zindandan xilas olaraq qoşun toplayır və Təbrizə hücum edir. Daha sonra Həmədanı ələ keçirərək sultanlıq taxtına yiyələnir. Lakin onun hakimiyyəti çox çəkmir. Xorəzmşah Təkişlə İttifaqa girən Qutluq İnanc 1194-cü ildə III Toğrulu məğlub edərək öldürdü. Həmədan Xarəzmşahın əlinə keçdi.Xorəzmşah Təkişin ölümündən sonra Sultan Əbu Bəkr qardaşı Öməri Həmədan və Reyə hakim təyin etdi.Əbu Bəkrin 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzu xeyli zəiflədi, dövlətin süqutunun qarçısını ala bilmədi. Əbu Bəkrdən sonra hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210-1225) Azərbaycan Atabəylər dövləti daha da zəiflədi. Özbəyin hakimiyyətinin ilk illərində Gürcü çarı Tamaranın və Xarəzmşah Məhəmmədin ardıcıl hücumları başladı. Hətta Atabəy Özbək Xarəzmşahlardan asılılığı qəbul etdi. Xarəzmlilər Azərbaycanın şəhər və kəndlərini talan etdilər. Hətta bir sıra yerlərdə öz hərbi qüvvələrini yerləşdirdilər. Zəif iradəli Atabəy Özbək nə tez-tez hücum edən gürcülərin, nə də monqolların hücumlarının qarşısını ala bilmədi. Atabəy Özbək əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Əslində dövləti onun həyat yoldaşı, III Toğrulun qızı Məlakə Mehrican xatun idarə edirdi.

Monqolların birinci yürüşlərindən sonra (1221) Xarəzmşahın oğlanları Cəlaləddin və Qiyasəddin Azərbaycana hücum etdilər. Atabəy onlara da müqavimət göstərə bilmədi. Öz bacısı Cəlaliyyəni Qiyasəddinə verib onunla qohum oldu. Lakin 1225-ci ildə Cəlaləddin yenidən Təbrizə hücum edəndə Atabəy Özbək əvvəl Gəncəyə, sonra isə Əlincə qalasına qaçdı və orada öldü. Bununla da Atabəylər döv-lətinin tarixi sona çatdı. XII əsrdə Azərbaycanda feodal dövlətin yaranması müsbət hadisə idi. Ölkə daxilində sabitliyin və əmin–amanlığın bərqərar edilməsi məhsuldar qüvvələrin inkişafına və təsərrüfatın bütün sahələrinin canlanmasına və mədəniyyətin çiçəklən-məsinə təkan verdi.XII əsr əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü “ adlandırılmır. Bu İntibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, N.Gəncəvi və onun müasirlərinin ədəbiyyat, incəsənət və elmimizin böyük dühasının yaşadığı dövrdür. XII əsr həm də Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, memarlığın böyük sü-rətlə inkişaf etdiyi dövrdür.30 ilə qədər astronomiya ilə məşğul olmuş və bir sıra ulduz cədvəllərini tərtib etmiş Fəridəddin Şirvani çox məşhur idi. XII əsrdə təbabətə dair çoxlu elmi əsərlər yazılmışdır. Bunlardan Muzhəbəddin Təbrizi və Mahmud İbn İlyas bir çox xəstəliklərin müalicəsi, əczaçılıq və sair haqqında gərəkli elmi əsərlər yazmışlar.

Tarix, fəlsəfə, nücum, məntiq sahəsində həmin dövrdə çoxlu elmi əsərlər yazılmışdır. Məsələn Fəxrəddin ət Təbrizi ilk dəfə “Tarixi –Azərbaycan “ adlı elmi əsər yazmışdır. Tarixə aid Səlcuqların vəziri olmuş Nizamülmülkün də dəyərli əsərləri vardır. Memarlıq sahəsində xüsusi Azərbaycan məktəbi formalaşmışdı. Əcəmi Naxçıvaninin tikdiyi İbn Quseyr və Möminə Xatun türbələri memarlığın ən gözəl nümunələri hesab edilir. Məşhur Qız Qalası da mülahizələrə görə XII əsrin yadigarıdır. XII əsrdə daha çox ədəbiyyat sahəsində böyük sıçrayış olmuşdur. XII əsr Azərbaycan xalqına Xaqani, Şirvani, Mücirəddin Beyləqani, Şihabəddin Sührəvərdi, Yusif əl Xuveyyi (Xoylu)kimi görkəmli şəxsiyyətləri vetmişdir. Qətran Təbrizi fars dilində yazsa da, əsərlərində azərbaycan –türk sözlərindən daha çox istifadə etmişdir. Şer-sənətin günəşi sayılan Nizani Gəncəvi çox geniş intellektual səviyyəyə malik, özündən sonrakı nəsl üçün şer məktəbi qoyub getmiş simalardandır. Onun “Xəmsə”si şer sənətinin zirvəsində dayanan poemalar toplusudur. XII əsr incəsənətin çiçəkləndiyi dövr sayılır. Bədii sənətkarlıq ustaları oyma, həkketmə, xalçaçılıq və tətbiqi incəsənətin digər sahələrində çox işlər görmüşlər. Musiqi sahəsində xanəndələr, sazəndələr, rəqqasələr, aşıqlar, ozanlar və sair xadimlər xalqa xidmət edirdilər

Похожие статьи

  • Azərbaycan tarixi 2ci cild

    V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…

  • Azərbaycan ədəbiyyat tarixi ııı cild

    Azərbaycan ədəbiyyat tarixi ııı cild Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki,…

  • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

    AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

  • Azərbaycan tarixi 2 ci cild

    Azərbaycan tarixi – 2 adı__________________________ Azərbaycan tarixi M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında Azərbaycan tarixi 15 mart 2020,…

  • Azərbaycan tarixi.vii cilddə vii cild

    Azarbaycan tarihi: 7 cildda. VII cild: 1941-2002-ci illar respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün TarġXĠ…

Comments are closed, but trackbacks and pingbacks are open.