Press "Enter" to skip to content

Azrbaycan iqtisadi coğrafiyası

Azərbaycan İCM-nin əlverişli cəhətləri:

Mətin Babayev

İqtisadi-coğrafi mövqe (İCM) anlayışı – ölkənin iqtisadi inkişafına təsir göstərən mesbət və mənfi amillərin məcmusudur. İCM fiziki-coğrafi mövqedən fərqli olaraq tez-tez dəyişə bilər. Dünyanın siyasi həyatında baş verən hadisələr, elmi-texniki tərəqqi, yeni nəqliyyat sistemlərinin yaradılması, qonşu ölkələr arasındakı münasibətlər və s. İCM-ə təsir göstərir. Məsələn, Bakı-Türkmənbaşı gəmi-bərə xətti işə düşdükdən sonra Mərkəzi Asiya respublikalarının, habelə Çin və Yaponiyanın Avropa ölkələri ilə nəqliyyat0iqtisadi əlaqələrində respublikamızın iqtisadi-coğrafi mövqeyinin rolu artmışdır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra “Böyük İpək Yolu”nun – TRASEKA nəqliyyat dəhlizi bərpa edilmişdir. Çünki respublikamızın relyef-iqlim şəraiti və coğrafi mövqeyi “Böyük İpək Yolu”nun (Avrasiya-Transqafqaz nəqliyyat dəhizinin) fəaliyyəti üçün çox əlverişlidir. Bu yol Azərbaycanın dünya ölkələrinə çıxış yoludur. Xəzər hövzəsində dünyanın mühüm neft rayonunun kəşfi, hasilat və yanacağın dünya bazarına çıxarılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının geosiyasi mövqeyinin əhəmiyyəti daha da artmışdır. Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan nefti də Azərbaycan ərazisindən neft kəmərləri ilə qərbə nəql ediləcəkdir.

Əvvəllər Şimali Qafqazı Avropa ilə birləşdirən yeganə dəmir yolu Bakı-Rostov xətti idi. Sonradan Qara dəniz sahili boyu dəmir yolu çəkildi. Lakin bu yol sıldırım yamaclardan keçdiyi üçün ağıryüklü qatarların hərəkəti üçün təhlükəlidir və yalnız sərnişindaşımada istifadə olunur. Buna görə də qonşu respublikalara, xüsusilə Gürcüstana xaricdən ağıryüklü qatarlarla daşınan yüklər Azərbaycan vasitəsilə həyata keçirilir.

Azərbaycan İCM-nin əlverişli cəhətləri:

  • Xəzər və Qara dənizləri arasında, Avropa və Asiyanın qovşağında yerləşməsi.
  • Geniş imkanlara malik Rusiya (həm zəngin təbii ehtiyatlar, həm də böyük satış bazarı), dostluq münasibətində olan Türkiyə və İranla qonşuluq.
  • Subtropik və qismən mülayim iqlimə malik olması.

Azərbaycan İCM-nin əlverişsiz cəhətləri:

  • Dünya okeanına birbaşa çıxışın olmaması.
  • Ermənistanla qonşuluq.

Dövlət quruluşu və inzibati ərazi bölgüsü. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlətimiz tərkibində Naxçıvan MR olan demokratikunitar respublikadır. Dövlət başçısı Prezidentdir. Ali qanunverici orqan Milli Məclisdir (birpalatalı parlament) ki, bu da 5 il müddətinə seçilən 125 millət vəkilindən (deputatdan) ibarətdir. Ali icraedici orqan Nazirlər Kabinetidir. Digər sivil ölkələr kimi, Azərbaycan Respublikası da çoxpartiyalı siyasi sistemə malikdir.

Hər bir dövlətin inzibati idarə olunmasını asanlaşdırmaq, təsərrüfatın ərazi təşkilini optimallaşdırmaq üçün onun sahəsi inzibati-ərazi vahidlərinə bölünür. Hazırda respublikamızda inzibati cəhətcə 66 rayon, 77 şəhər (o cümlədən 11 respublika və 3 Muxtar Respublika tabeli şəhər) var.

Azərbaycanın iqtisadi-coğrafi mövqeyi

Azərbaycanda 66 rayon, 70 şəhər, 192 şəhər tipli qəsəbə, 4242 kənd var. Son illərdə Azərbaycanda Xızı, Qobustan, Siyəzən, Samux, Sədərək, Ağstafa, Kəngərli rayonları yaradılıb. Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-ininki isə mülayimdir. Azərbaycanda qışın mülayim keçməsi – əhalinin yanacağa və isti paltara çəkilən xərclərini azaldır, ilboyu mal-qaranın təbii otlarla qidalanmasına, ildə iki dəfə məhsul götürməyə imkan verir. Azərbaycan Ermənistandan başqa digər 4 qonşu ölkə ilə və Iran ərazisindən keçməklə Naxçıvanla iqtisadi əlaqələr yaradır.

Avropa və Asiya ölkələrinə göndərilən yüklərin xeyli hissəsi Bakı-Türkmənbaşı gəmi-bərə xətti ilə daşınır. Xəzər dənizindəki Azərbaycan gəmiləri Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə dünya okeanına çıxır. «Böyül Ipək yolunun» – Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizinin-bərpası, Xəzər hövzəsində dünyanın iri neft rayonunun kəşfi və s. ilə bağlı Azərbaysanın geosiyasi mövqeyinin əhəmiyyəti artmışdır. Yaxın vaxtlarda Rusiya və Iran dəmir yollarının Azərbaycan ərazisi vasitəsilə birləşdiriləcəyi gözlənilir. Bu məqsədlə Iran ərazisindən Astara şəhərinə qədər dəmir yol xətti çəkiliməlidir. Eyni zamanda Iran dəmir yol xətləri Pakistan və Hindistan dəmir yolları ilə birləşdiriləcək. Nəticədə Azərbaycan Avropa ilə Asiyanı bir-biri ilə birləşdirən nəqliyyat dəhlizi-koridoru olacaq. Lakin dünya okeanına birbaşa çıxışın olmaması, Ermənistanla qonşuluq təsərrüfatın inkişafına mənfi təsir göstərir.

Təbii şərait dedikdə ətraf mühitin xassələrinin cəmi- ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, heyvanat aləmi və təbii ehtiyatları başa düşülür. Təbii şərait kənd təsərrüfatına, faydalı qazıntı yataqlarının mənimsənilməsinə və nəqliyyata daha çox təsir göstərir. Azərbaycanın təbii şəraiti əlverişlidir. Lakin bəzi ərazilər – Böyük və Kiçik Qafqazın dağlıq relyefi, Qobustanın, Ceyrancölün quraq iqlimi və susuzluğu bu ərazilərin mənimsənilməsini çətinləşdirir.

Kür-Araz və Lənkəran ovalığında, Abşeronda orta illik temperatur +14,5 0 C olduğundan burada istilik sevər bitkilər əkmək və ildə iki dəfə məhsul götürmək olar. Lakin bu ərazilərdə yağıntı ilin soyuq dövründə düşdüyündən süni suvarmaya ehtiyac var.
Həmçinin bax: Azərbaycanın coğrafi mövqeyi

  • Teqlər:
  • Azərbaycanın coğrafi mövqeyi

Comments are closed, but trackbacks and pingbacks are open.