Press "Enter" to skip to content

Rusiya-Azərbaycan sərhədi nə vaxt açılacaq? Generaldan açıqlama

Beləliklə, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatının fərqli bir cəhəti vardır. Azərbaycanla Rusiya enerji ixrac edən və qonşu olan ölkələr kimi bir-birini tamamlayan enerji layihələri reallaşdırırlar. Bu mənada “Türk axını” ilə “Cənub qaz dəhlizi” rəqabət deyil, qarşılıqlı əlaqələndirmə yolu ilə Avrasiyanın yeni enerji xəritəsini yaradırlar. Dünya praktikasında yüksək qiymətləndirilməli olan haldır. Eyni zamanda, Rusiya və Azərbaycan enerji layihələrində ortaq kimi Türkiyəni görürlər.

Azərbaycan-rusiya əlaqələrində enerji faktorunun əhəmiyyəti

Rusiya-Türkiyə əlaqələrində enerji amili

Ekspertə görə, iki ölkə arasındakı münasibətlərin xarakteri Avrasiya bölgəsindəki tarazlığa büyük təsir göstərəcək amillərdən biridir

Enerjinin beynəlxalq münasibətlərdəki strateji önəmi Rusiya prezidenti Vladimir Putinin dekabrın əvvəlindəki Ankara səfəri zamanı Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra verdiyi mesajlarla bir daha gündəmə gəldi. Bunu Dr. Nazim Cəfərov APA üçün hazırladığı analitik məqalədə qeyd edib.

O daha sonra yazıb: “Birincisi, soyuq müharibədən sonra Rusiya-Türkiyə münasibətlərində həm qlobal sistemin dəyişən xarakteri, həm regional, həm də daxili şərtlərin təsiri ilə mahiyyət dəyişikliyi baş verməkdədir. Bu dəyişim prosesini, müəyyən mərhələlər istisna olmaqla, tarixən kəskin rəqabət xarakteri daşıyan münasibətlərin çoxistiqamətli intensiv əməkdaşlığa çevrilməsi kimi qiymətləndirmək olar. Soyuq müharibədən sonra Rusiya və Türkiyənin xarici siyasətlərində ortaya çıxan yeni strateji konsepsiyalar iki ölkə arasındakı əməkdaşlıq prosesinin önəmini gücləndirmişdir. Belə ki, Rusiya baxımından qlobal mənada çoxqütblü beynəlxalq sistemin təmin edilməsi və bu çərçivədə regional müstəvidə Avrasiyada Qərb təsirinin gücləndirməsinə mane olunması üçün Türkiyənin mövqeyi mühüm əhəmiyyət kəsb etməkdədir. Xüsusən son dövrlərdə “soyuq müharibə” ritorikasını tamamilə tərk edərək “360 dərəcə xarici siyasət” kursu tətbiq etməyə başlayan Türkiyə üçün isə Rusiya mühüm qlobal və regional əməkdaş rolunu oynamaqdadır. 1991-ci ildən 2000-ci illərin əvvəlinə qədərki dövrdə, tarixi rəqabətin yaratdığı “qarşılıqlı inamsızlıq sindromu”nu əsasən ortadan qaldıran Rusiya ilə Türkiyə arasındakı münasibətlərin xarakteri qlobal güc mübarizəsinin taleyini müəyyənləşdirəcək önəmdəki bölgələrdən olan Avrasiyadakı tarazlığa büyük təsir göstərəcək amillərdən biridir. Son dövrlərdə baş verən Gürcüstan, Suriya və Ukrayna hadisələri kimi ciddi ziddiyyətlərin təsir etməsinə baxmayaraq xarakterini dəyişdirmədiyi Rusiya-Tükiyə münasibətləri üçün qlobal sistemdə getdikcə kəskinləşən enerji rəqabəti isə ciddi bir imtahan sayılmaqdadır.
İkincisi, enerjinin iqtisadi və strateji önəmi həm Rusiyanın, həm də Türkiyənin strateji konsepsiyalarında bu amilə xüsusi önəm verilməsi zərurəti yaratmaqdadır. Rusiya baxımından, enerji amili həm öz iqtisadi tranformasiyasını maliyyələşdirmək, həm də geosiyasi maraqlarını həyata keçirmək baxımından strateji önəm daşımaqdadır. Xüsusilə Vladimir Putinin iqtidara gəlməsi ilə Rusiyanın qlobal və regional maraqlarının həyata keçirmədə enerji amili əsas strateji vasitələrinin başında gəlməyə başlamışdır. “Enerji supergücü” olma strategiyası kimi xarakterizə edilən bu yanaşma, qlobal önəmdə enerji ehtiyatlarına malik olan Rusiyanın dünyanın bütün bölgələrindəki enerji ehtiyatlarına təsir gücünün əldə edilməsində və bu ehtiyatların özünə sərfəli şərtlərdə beynəlxalq bazarlara çıxardılmasında mümkün qədər fəal olmanı şərtləndirməkdədir. Bu çərçivədə Rusiyanın xüsusən Avrasiyadakı enerji ehtiyatları üzərində nəzarəti davam etdirməsi və hətta bunu tam monopoliyaya çevirməsi ən mühüm hədəf kimi ortaya çıxmaqdadır. Digər tərəfdən, Türkiyə də artan iqtisadi ehtiyacları və soyuq müharibə sonrasında “yeni strateji missiya” axtarışlarında olması səbəbilə enerji amilinə xüsusi önəm verməkdədir. Türkiyə Rusiyadan fərqli olaraq neft və təbii qaz kimi enerji ehtiyatları baxımından çox kasıb ölkədir. Bu da Türkiyəni getdikcə artan öz daxili tələbatını qarşılamaq və beynəlxalq sistemdəki strateji önəmini daha da artırmaq üçün qlobal əhəmiyyətli enerji tranzit ölkəsi və mərkəzi olma stratejisini güdməsini şərtləndirir. Bu strategiya isə Türkiyənin ətrafındakı enerji ehtiyatı bol olan ölkələrlə xüsusi diqqət göstərərək öz enerji təminatının müxtəlifliyini təmin etmə və müxtəlif istiqamətli enerji kəmərlərinin tranzit ölkəsi olması hədəfini həyata keçirməsində fəal olması mənasını daşıyır.
Üçüncüsü, enerji amilinin Rusiya-Türkiyə münasibətlərində gündəmə gəlməsi yeni bir məqam deyil. Bu məsələnin tarixini bundan 30 il əvvəl, yəni 1984-cü ildə imzalanan SSRİ-Türkiyə Respublikası təbii qaz müqaviləsi ilə başlatmaq olar. Bu kontekstdə tərəflər arasında enerji məsələsinə dair kifayət qədər təcrübənin olduğunu və bu təcrübənin soyuq müharibə reallığında başladığını və sınaqdan çıxdığını demək olar. Qeyd edilən tarixi təcrübənin Rusiya-Türkiyə münasibətləri də enerji amilinin təbii qaz, neft və nüvə cəhətlərini əhatə edən yeni layihələrə müəyyən mənada bünövrə təşkil etdiyini də qeyd etmək vacibdir.
Dördüncüsü, Rusiya-Türkiyə münasibətlərində enerji mövzusu həm əməkdaşlıq, həm də rəqabət xarakteri daşımaqdadır. Bu münasibətlərdə əməkdaşlıq motivini dəstəkləyən nümunələr 1984 tarixli SSRİ-Türkiyə qaz və 1997 tarixli Mavi Axım kəməri müqavilələridir. Bundan əlavə Cənub Axını layihəsi və bəzən gündəmə gələn, ancaq Türkiyə-İsrail münasibətlərinin pisləşməsi ilə hazırda o qədər də aktual olmayan “Mavi Axın-2″ layihəsi bu sıradan sayıla bilər. Rusiya ilə Türkiyə enerji əməkdaşlığının ən mühüm nümunələrindən biri kimi artıq inşa edilməyə başlanan Akkuyu Atom Elektrik Stansiyasını da unutmaq olmaz. İki ölkə arasında enerji rəqabətinin ən mühüm nümunələri isə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri və TANAP enerji layihələridir. Rusiyanın İranın nüvə proqramına verdiyi dəstəyinin də eyni zamanda bölgə tarazlığında Türkiyə əleyhinə şərtlər yaradan bir enerji layihəsi olduğunu da xüsusi qeyd etmək lazımdır”.
Murad İbrahimli

Rusiya-Azərbaycan sərhədi nə vaxt açılacaq? – Generaldan açıqlama

Teleqraf.com xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarətinin rəisi, general-leytenant Abbas Xəlilov deyib.

Abbas Xəlilovun sözlərinə görə, Dövlət Sərhəd Xidməti və digər aidiyyatı qurumlar Rusiyada yaşayan vətəndaşlarımıza bütün mümkün vasitələrlə sərhədin bağlandığını və bununla bağlı növbəti qərar olana qədər gözləməyi tövsiyə ediblər.

Ancaq Rusiyada yaşayan vətəndaşların müraciətləri hələ də davam etməkdədir.

Sərhəd nəzarətinin rəisi Rusiyada, eləcə də digər qonşu ölkələrdə yaşayan vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb.

General-leytenant Abbas Xəlilov bildirib ki, qonşu dövlətlərdən sərhədi keçid yalnız cənazəsi olan şəxslər üçün mümkündür. İndiyə qədər qonşu dövlətlərdən 24 cənazənin keçidi təmin edilib. Bu zaman isə yenə xüsusi qaydalara əməl etmək vacibdir.

Sərhəd nəzarətinin rəisi onu da bildirib ki, sərhədlər bağlı olsa da yük daşımaları ilə bağlı hər hansı problem mövcud deyil və bu proses heç bir ləngimə olmadan həmişəki kimi davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə

Hazırda qlobal geosiyasi səviyyədə mürəkkəb və risklərlə dolu proseslər gedir. Bu, bütövlükdə dünyanı bir sıra sahələrdə qeyri-müəyyənliklərlə üz-üzə qoyur. Ekspertlər ümumilikdə bəşəriyyətə fayda verə biləcək əməkdaşlıq formatlarının vacibliyini vurğulayırlar. Həmin bağlılıqda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı ekspertlərin marağına səbəb olub. Bu dövlətlər mürəkkəb geosiyasi mənzərəsi olan məkanda yerləşiblər. Rusiya və Türkiyə böyük dövlətlər kimi dünya siyasətinə təsir edə bilirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq müstəqil siyasətini davamlı olaraq aparır. Bununla yanaşı, Rusiya və Azərbaycan zəngin enerji ehtiyatlarına malikdirlər. Həmin səbəbdən bu üç dövlətin əməkdaşlığı regional və qlobal miqyasda geosiyasi əhəmiyyət kəsb etməkdədir. Bu kontekstdə bir sıra vacib məqamların analizi üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Ankara-Bakı-Moskva: əlaqələrdə tarixi mərhələ

Azərbaycan rəhbərliyi yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi artıq beynəlxalq aləmdə konkret imicə sahibdir. Prezident İlham Əliyevin irəli sürdüyü və reallaşması üçün ciddi fəaliyyət göstərdiyi əməkdaşlıq modelləri getdikcə daha çox səmərə verməkdədir. Bunu dünyanın böyük dövlətlərinin liderləri də etiraf edirlər. Təcrübə göstərir ki, rəsmi Bakının təşəbbüsü ilə son illər Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Türkmənistan arasında münasibətlər daha da inkişaf edib və daha əhatəli olub. Bu sırada Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı ekspertləri daha çox maraqlandırır.

Bu cür reaksiyanın səbəbi aydındır. Rusiya və Türkiyə Avrasiyada söz sahibi olan ölkələrdir. Son illər Moskva ilə Ankara arasında əlaqələr sürətlə inkişaf edir. Türkiyənin NATO üzvü olmasına baxmayaraq, bu, hərbi sahəni də əhatə etməyə başlayıb. Bunun fonunda iki böyük dövlət arasında siyasi, mədəni, nəqliyyat, enerji, turizm və başqa vacib sferalarda qarşılıqlı faydalı əməkdaşlıq inkişafdadır.

Bəzi dövlətlərin buna qısqanclıqla yanaşmasına baxmayaraq, Ankara və Moskva əlaqələri yeni səviyyəyə yüksəltməkdə qərarlıdırlar. Burada Azərbaycan faktorunu da unutmaq olmaz. Məsələ ondan ibarətdir ki, məhz Azərbaycan iki böyük qonşu dövlət arasında əməkdaşlığın inkişafına özünün töhfələrini verməkdədir. İndi faktiki olaraq bir çox sahələr üzrə bu üç ölkənin əməkdaşlığından danışmaq mümkündür. Bu proses o dərəcədə inkişaf edib ki, artıq ekspertlər onun geosiyasi təsirindən bəhs edirlər.

Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində Prezident İlham Əliyev həmin bağlılıqda öz mövqeyini ifadə edib. Azərbaycanın dövlət başçısı deyib: “Bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var”.

İlham Əliyevin bu fikirlərinin ciddi geosiyasi mənası vardır. Onun bir aspekti Prezidentin sonrakı fikirlərində açılır. Ölkə rəhbəri fikirlərini inkişaf etdirərək ifadə edib: “Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamışıq. Çünki dünya bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu istiqamətdə addımlar atıb”. Azərbaycan öncədən düşünülmüş şəkildə enerji siyasətini milli maraqlara uyğun qurub. Belə ki, passiv dövlət kimi gözləməyərək, özünün açıq okeana çıxmaq ideyası üzərində fəal surətdə işləyib. Bunun üçün uyğun infrastruktur yaradılmalı idi.

Bakı onu nəzərə alırdı ki, Rusiya kimi böyük dövlət nisbətən yaxın vaxtlarda açıq okeana çıxış istiqamətində fəallıq göstərib. Bu səbəbdən də Azərbaycan optimal variant kimi Bakı-Tbilisi-Ceyhan istiqamətini seçib. Bu, Azərbaycan-Türkiyə əlaqələrini geosiyasi-praqmatik müstəviyə yönləndirməkdə əhəmiyyətli rol oynayıb. Konkret ifadə etsək, Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Türkiyə əməkdaşlığı qarşılıqlı faydalılıq prinsipinə uyğun olaraq inkişaf etməyə başlayıb.

Qlobal təhlükəsizliyə töhfə: maraqların uzlaşdırılması xətti

Bunun geosiyasi əhəmiyyəti ondan ibarət olub ki, Azərbaycan Türkiyə ilə sözdə deyil, konkret fayda verən layihələr əsasında əməkdaşlıq modelini yarada bilib. Bunun müasir tarixi mərhələ üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi məlumdur. Çünki ortada o qədər faktorlar var ki, müstəqil mövqeni saxlamaq üçün dərin düşünülmüş siyasi kurs yaratmaq lazım gəlir. Cənubi Qafqazda bu vəzifənin öhdəsindən hələlik yalnız Azərbaycan gələ bilir.

Digər tərəfdən, Azərbaycan Rusiya və Türkiyənin enerji sahəsindəki əməkdaşlığına həmişə müsbət yanaşıb. Bu əməkdaşlıq keçən əsrin 90-cı illərinin sonlarından mərhələli olaraq inkişaf edir. İki ölkə öncə “Mavi axın” layihəsini imzaladı (1997-ci il). 2017-ci ildən isə “Türk axını” qaz boru kəmərinin tikintisinə başlandı. Bu bağlılıqda Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan müsahibəsində çox maraqlı bir məqamı vurğulayıb. Dövlət başçısı ifadə edib: “Hərçənd biz xatırlayırıq ki, xeyli illər əvvəl “Mavi axın” layihəsi gerçəkləşdirilmişdi. Bu barədə indi bir az unudublar. Amma axı, bu da Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi idi. Yəni, prinsipcə, bu il “Türk axını”nın dəniz fazasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik”.

Bu fikirlərdən aydın olur ki, Rusiya ilə Türkiyə arasında əməkdaşlıq yüksək siyasi iradə sayəsində inkişaf edə bilir. İki dövlətin liderləri bununla bağlı fəal mövqe nümayiş etdirirlər və maneələri dəf edərək daha sıx əməkdaşlığa nail olurlar. Bu prosesi diqqətlə izləyən Azərbaycan Rusiya və Türkiyənin əməkdaşlığına sevinir və dəstək verir. Rəsmi Bakı daha da irəli gedərək üç ölkəni əhatə edən layihələr irəli sürür. Ekspertlər üçün daha maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycan müstəqil enerji siyasəti yeritməklə geosiyasi müstəvidə Rusiya və Türkiyə üçün də əhəmiyyəti olan nəticələr əldə edir. Bu aspektdə “Cənub qaz dəhlizi” layihəsi xüsusi yer tutur. Bu layihənin reallaşmasına Rusiya rəhbərliyi də müsbət reaksiya verib. Həmin layihənin geosiyasi dəyərini nəzərdə tutaraq dövlət başçısı müsahibəsində vurğulayıb: “Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir. Bu gün bu layihənin dörd seqmentindən üçü artıq reallaşıb və mayda “Cənub qaz dəhlizi”nin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçısıyıq. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək. “.

Beləliklə, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatının fərqli bir cəhəti vardır. Azərbaycanla Rusiya enerji ixrac edən və qonşu olan ölkələr kimi bir-birini tamamlayan enerji layihələri reallaşdırırlar. Bu mənada “Türk axını” ilə “Cənub qaz dəhlizi” rəqabət deyil, qarşılıqlı əlaqələndirmə yolu ilə Avrasiyanın yeni enerji xəritəsini yaradırlar. Dünya praktikasında yüksək qiymətləndirilməli olan haldır. Eyni zamanda, Rusiya və Azərbaycan enerji layihələrində ortaq kimi Türkiyəni görürlər.

Deməli, Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı regional və qlobal miqyasda geosiyasi və enerji-təhlükəsizlik sisteminin yaradılmasına ciddi töhfələr verir. Bu məqam dünya siyasi mühitinə pozitiv bir yön verir. Görünür, bu məqamın nəzəri analizi getdikcə daha böyük aktuallıq kəsb edəcək. Çünki çox qarışıq bir dövrdə böyük bir geosiyasi məkanda qalıcı ola biləcək və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsi olacaq əlaqələr formatından söhbət gedir.

Digər tərəfdən, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı Cənubi Qafqazda geosiyasi mühitin sabitləşməsinə töhfələr verə bilər. Şübhə etmirik ki, Ermənistan məhz bu pozitiv məqamı hiss edib, Azərbaycanla əməkdaşlıq edən Rusiyaya müəyyən iradlar bildirməyə çalışır. Eyni zamanda, Belarus və Qazaxıstana qarşı ittihamlar irəli sürür.

Yuxarıda ifadə edilən fikirlər təsdiq edir ki, Azərbaycan rəhbərliyi ciddi geosiyasi nəticələri olan, çoxlu sayda ölkənin səmərəli əməkdaşlığına və yaxınlaşmasına xidmət edən addımlar atır. Bu səbəbdəndir ki, İlham Əliyev müsahibəsində əminliklə vurğulayır: “Azərbaycanın, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və nəqliyyatın inkişafı baxımından çox gözlənilən siyasət deməkdir”. Bizcə, məsələni çox dəqiq və dolğun ifadə edən fikirlərdir!

Newtimes.az

Похожие статьи

  • Azərbaycan enerji siyasəti

    Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu – TƏHLİL “QARADAĞ GÜNƏŞ ELEKTRİK STANSİYASININ TƏMƏLİNİN QOYULMASI ÇOX ÖNƏMLİ…

  • Azərbaycan qadın ədəbiyyatı antalogiyası

    Azərbaycan qadını cəmiyyətdə uca tutulur Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi,…

  • Azərbaycan və rusiya münasibətləri

    Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışdı Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu…

  • Azərbaycan xalq cumhuriyyətinin 100 illiyi

    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra…

  • Azərbaycan çekistləri.

    Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…

Comments are closed, but trackbacks and pingbacks are open.