Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb
İqtisadçılar hesab edirlər ki, əhalinin artımı ümumilikdə dövlətin gücünün də artması baxımından çox müsbətdir. Amma əhalinin artması onun qayğılarının da artması deməkdir.
Azərbaycanda demoqrafik partlayış təhlükəsi var? (VİDEO)
Avropa ölkələrində demoqrafik böhran yaşandığı bir vaxtda Azərbaycanda vəziyyət tamam əksinədir. Hətta demoqrafik partlayış təhlükəsi də var. Hər halda bunu statistik göstəriciər deməyə əsas verir. Mütəxəssislər isə belə davam edəcəyi təqdirdə problemlərin yaşanmaması üçün əvvəlcədən tədbirlərin görülməsini vacib bilir.
Bu ilin 6 ayı ərzində Azərbaycan əhalisi 55,3 min nəfər artaraq 9,4 milyon nəfərə çatıb. Sosioloqların hesablamalarına görə, ümumilikdə ölkədə orta illik artım ümumi əhalinin sayının 1,3%-nə yaxındır. Dünya təcrübəsində isə bu göstəricinin 2 % ötməsi artıq demoqrafik partlayış ehtimalı ilə bağlı siqnal hesab olunur. Deməli Azərbaycanda da düşünməyə əsas var.
İqtisadçılar hesab edirlər ki, əhalinin artımı ümumilikdə dövlətin gücünün də artması baxımından çox müsbətdir. Amma əhalinin artması onun qayğılarının da artması deməkdir.
“Bu gün doğulan uşaq 20 ildən sonra əmək qabiliyyətli əhalidir. Gələcəkdə bizdə ciddi işsizlik problemi dura bilər. Bu 20 il ərzində, hələ o yaşa çatana qədər olmalıdır bunun sosial təminatı, bağçası, məktəbi”, – deyə iqtisadçı Oqtay Haqverdiyev bildirib.
Yeri gəlmişkən, sosial infrastrukturla təminat göstəriciləri hələ ki, yüksək deyil. Məsələn, 2012-ci ilin rəsmi statistikasına əsasən şəhər yerlərində uşaqların cəmi 23,4 %-i, kənd yerlərində isə 8,6%-i məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunub. Vətəndaşlar isə daha çox uşağa sahib olmağı arzuolunan saysalar da, amma onları sosial çətinliklər narahat edir.
Əhali artımının müsbət tərəfi ilə yanaşı yarada biləcəyi qayğı da dövlətin diqqətindədir. Hələ 2012-ci ilin birinci yarısının sosial iqtisadi yekunları barədə danışarkən dövlət başçısı bu məsələyə xüsusi yer vermişdi.
Prezidentin ötən il bəhs etdiyi əlavə tədbirlərin görülməsinə artıq başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, artıq əhalinin artımı ilə bağlı yeni proqram hazırlanır. Sənəd 2014-2025-ci illəri əhatə edəcək. Nazirlik bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edərək, onların təkliflərini toplayır, daha sonra proqram müzakirəyə çıxarılacaq və ilkin versiyası hazırlanacaq.
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb İlin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
27 Aprel , 2022 12:31
https://static.report.az/photo/a53c565c-aca0-3adb-953d-9935415a2d9b.jpg
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Hazırda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20462 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır. 2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12557 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşüb. Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Azərbaycanda demoqrafik vəziyyət
Ötən il ölkə əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olmuşdur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə 138982 nəfər doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil etmişdir. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olmuşdur.
Ötən il ölkədə 57250 ölüm halı qeydə alınmış və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil etmişdir.
Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olmuşdur. Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olmuşdur.
2018-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3220 nəfər gələn və Azərbaycandan 1580 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1640 nəfər təşkil etmişdir.
Əlaqə telefonu: 538-51-43
Похожие статьи
-
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb 27 Aprel , 2022 12:31 Qlobalinfo İqtisadçı alim: “Azərbaycanda demoqrafik vəziyyət ürəkaçan deyil”…
-
Azərbaycanda əfv edilən məhbusların sayı açıqlanıb Üzv dövlətlər arasında ən yüksək artım Türkiyədə qeydə alınıb. 2010-2021-ci illər ərzində adambaşına…
-
Prezident İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır �� ” Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf…
-
Azərbaycanda iqtisadi fikir tarixi
Azərbaycanda iqtisadi fikir tarixi iqtisadiyyat, istehsal, üsullarının, fərqləndirilməsi, xüsusiyyətləridir, iqtisad, elminin, adı, sözdən, termindən,…
-
Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…
Comments are closed, but trackbacks and pingbacks are open.