Press "Enter" to skip to content

Azərbaycanda məktəb və pedaqoji fikir tarixi

Kitab həm gənclər, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər üçün çox dəyərli vəsaitdir. Kitabda ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirləri öz əksini tapıb. Kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Eyni zamanda görkəmli şəxsiyyətlərin elm və təhsillə bağlı dəyərli fikirləri müəllimlərin müxtəlif tarixi dövrlərdə təhsilin və məktəbin prоblеmləri ilə tanış olmasına imkan verir.

SON DƏQİQƏ

Muxtar respublikamızda təhsil dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil müəssisələrinin kitabxana fondları zənginləşdirilmiş, elektron katoloq yaradılmış, kitabxanalara 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq olunmuşdur. Ötən dövrdə həmin kitabların nəşr olunaraq bütün ümumtəhsil məktəblərinin kitabxanalarına verilməsi, oxunması zəruri olan kitablardan ibarət güşələrin yaradılması şagirdlərin mütaliə mədəniyyətinin formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilməlidir. Sərəncamdan ötən dövrdə gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı, publisist-politoloq Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsəri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabı da oxunması zəruri olan kitabların siyahısana əlavə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq yeni nəşr olunmuş “Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanalarına və pedaqoji heyətinə hədiyyə edilmişdir.

Azərbaycan pedaqoji fikri zəngin və çoxşaxəli inkişaf yolu keçmişdir. Tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi öz dəyərli əsərləri ilə daha da zənginləşdirmişlər. Onların əsərləri, təlim-tərbiyə və təhsillə bağlı fikirləri bu gün də aktuallığını qoruyub saxlayır, tədrisin təşkilində əsas istiqamət kimi götürülür. “Pedaqoji fikir tarixindən” kitabında da Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılmışdır.

Kitab həm gənclər, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər üçün çox dəyərli vəsaitdir. Kitabda ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirləri öz əksini tapıb. Kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Eyni zamanda görkəmli şəxsiyyətlərin elm və təhsillə bağlı dəyərli fikirləri müəllimlərin müxtəlif tarixi dövrlərdə təhsilin və məktəbin prоblеmləri ilə tanış olmasına imkan verir.

Bu günün nailiyyətləri keçmişdən qidalanır, ondan qüvvət alır. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin müdrikcəsinə deyilmiş fikri bunu təsdiq edir: “Biz tariximizi ona görə öyrənirik ki, gələcəkdə səhvlər etməyək”. Bu mənada qeyd etmək yerinə düşər ki, məktəbin və pedaqoji fikrin keçmişini öyrənmək daha mühüm bir missiyaya – onun gələcək perspektivlərini müəyyənləşdirməyə hesablanıb. Bu gün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilində əsas vasitə kimi götürülməsi bu cəhətdən “Pedaqoji fikir tarixindən” kitabının əhəmiyyətini və dəyərini artıran digər bir amildir.

Kitab “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub”la başlayır. Bu məktub həcminə görə qısa olmasına baxmayaraq, çox mühüm məqamları özündə birləşdirən və düzgün seçilmiş bir əsərdir. Həmin məktub sanki Avraam Linkolnun deyil, bütün valideynlər adından müəllimlərə bir müraciətdir. Məktubdakı cümlələrin hər biri bu günün müəlliminə sanki yol göstərir, onun üzərinə müəyyən mənəvi vəzifə qoyur.

Rus pedaqoji fikir tarixinin görkəmli nümayəndələri Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin ömür yolu, onların təlim-tərbiyəyə, müəllimə dair dəyərli fikirləri müasir təhsil sistemində istinad olunan dəyərli mənbələrdir. Publisist-politoloq Reyhan Mirzəzadənin “Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə” elmi-publiksitik məqaləsində qeyd olunduğu kimi Uşinski müəllimə yüksək qiymət verərək deyirdi: “Müəllimi heç bir kitab və dərsliklə, təlimin heç bir ən yeni vasitələri ilə əvəz etmək olmaz, çünki biliklə yanaşı, o, uşaqlara öz ruhunun, ürəyinin bir parçasını verir, onların mənəvi inkişafını yönləndirir”. Müəllimin fəaliyyəti barədə düşünərkən Uşinski həm də bu nəticəyə gəlirdi ki, “Heç də hər adam müəllim ola bilməz. Bunun üçün müəllim olmaq istəyi yetərsizdir, üstəlik müəyyən keyfiyyətlərə malik olmalısan”. “Onlara yüz il bundan əvvəl də ehtiyac olub, yüz il bundan sonra da ehtiyac olacaq. Çünki onlar əvəzsizdir, yeri görünəndir. Bu, gözəl fikirdir. “Müəllim bəşəriyyətin xilaskarıdır”. Öz xilaskarına isə bəşəriyyət hər zaman borcludur, qərinələr, əsrlər ötsə belə. ”.

Müəllifin “Pedaqogikada misli görünməmiş təcrübə” məqaləsi isə həm əhatə etdiyi və toxunduğu məsələlər, həm də görkəmli müttəfəkirlərin ortaya qoyduğu tələblər baxımından pedaqoji fikir tarixində bir yenilikdir. Mustafa Kamal Atatürkün “Millətləri yalnız və yalnız müəllimləri xilas edə bilər”, Makeronkonun “Məktəb dövlət təşkilatıdır, ailə isə məişət təşkilatıdır, ona görə məktəb, dövlət tərbiyəsinin müvəkkili kimi, ailə tərbiyəsinə təsir etməlidir” fikirləri cəmiyyətin inkişafının yalnız təhsillə bağlı olduğunu təsdiq etməklə, eyni zamanda müəllim peşəsinin dəyərini artırır.

Maksim Qorkinin “Mən necə öyrənirdim”, “Oxumaq lazımdır”, “Mən necə oxumuşam” əsərləri görkəmli mütəfəkkirin həyatından yola çıxılaraq pedaqoji fikir tarixində yeni bir mərhələnin əsasını təşkil edir.

“Pedaqoji fikir tarixindən” kitabında görkəmli şəxsiyyətlərimiz, maarifpərvər ziyalılarımız – Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin əsərlərindən elm, təhsil, tərbiyə ilə bağlı seçmələr də yer almışdır. Təqdim olunmuş əsərlər, nəsihətlər yeniyetmələri mütaliəyə, elm öyrənməyə həvəsləndirir, kitabların əhəmiyyətini onlara izah edir, təlimin mahiyyəti, prinsipləri, yenitipli məktəblərin və müəllimlərin formalaşdırılması, müəllim-şagird münasibətləri barədə düşüncələri müfəssəl şəkildə əks etdirir, nəsihətlərin insan həyatının ən müxtəlif sahələrində onun köməyinə çatdığını, ona düzgün yol göstərdiyini izah edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”. Kitabda Sidqinin elmi-pedaqaji fəaliyyətinə, xalq müəlliminin təlim-tərbiyə ilə bağlı fikirlərinə geniş yer verilib. Heç şübhəsiz ki, Məhəmməd Tağı Sidqinin Naxçıvandan başlatdığı maarifçilik hərəkatı, açdığı yeni üsullu məktəblər xalqımızın bütöv bir ziyalı nəslini yetirib. Kitabda əsərlərinə yer verilən Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi də məhz Məhəmməd Tağı Sidqinin təsis etdiyi “Ulduz” və “Tərbiyə” məktəblərinin yetirmələridir. Maarifpərvər ziyalı kimi qızların təhsil almasını çox vacib sayan Sidqi 1896-cı ildə “Qız məktəbi”ni təsis etməklə əslində bugünkü tədris sistemi üçün də aktual olan bir məsələni – qızların təhsil almasını gündəmə gətirmişdir. Elə buna görədir ki, o, pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” kimi dəyərləndirərək deyib: “Məktəb nədir? – Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun kilidi məktəbdir. Bizi nadanlıq zülmətindən qurtarıb mərifət nuruna yetirən məktəbdir. Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”.

Böyük pedaqoqun “Nümuneyi-Əxlaq” əsərini mütaliə edərkən bir daha aydın olur ki, Sidqi məktəbə nur, işıq mənbəyi kimi baxıb, əsl səadəti məktəbdə, xalqın təhsillənməsində axtarıb. O, “Nümuneyi-əxlaq” dərsliyində şagirdlərinə aşağıdakı kimi səslənir: “Ey mənim cəsur şagirdlərim!”, “Ey mənim xoşəxlaq şagirdlərim!”, “Ey mənim təmkinli şagirdlərim!”, “Ey mənim zirək və huşyar şagirdlərim!”, “Ey mənim doğruçu şagirdlərim!”, “Ey mənim qeyrətli şagirdlərim!”. Bu yanaşmalarla Sidqi şagirdlərə cəsur, əxlaqlı, təmkinli, qeyrətli olmağı öyrədir, ən əsası isə pedaqoji ustalıqdan məharətlə istifadə edərək onların düşüncəsində əsl müəllim, ziyalı obrazı formalaşdırır.

Xürafatı öz “Maarif” işığı ilə qamçılayan, xalqı cəhalətdən qurtulub elmə, təhsilə səsləyən Cəlil Məmmədquluzadə, “Millətin fəqir və zəlalətinə əsasən səbəb onun əqil və mənəviyyatının fəqir və nöqsanıdır”, – deyən Nəriman Nərimanov, XIX əsrin sonu, XX əsrin əvvələrində Naxçıvanda maarifin vəziyyəti ilə bağlı ürək ağrısı ilə qələm çalan, dünyəvi məktəb və müəllim çatışmazlığında geliylənən, “Dünyəvi və müasir məktəb necə olmalıdır?” sualını dolğun cavablandıran Hüseyn Cavid, “Bir millətin ki, bilikli ədibi olmadı, heç olmamağı ondan məsləhətdir”, – fikirləri ilə maariflənmənin əhəmiyyətini vurğulayan Eynəli bəy Sultanov, yaşadığı dövrdə müsəlmanların məktəb həyatının çətinliklərini, mərhumiyyətlərini önə çəkən maarifçi Məhəmməd Ağa Şahtaxtlı, təlim-tərbiyə prosesində Ana dili məsələsini qaldıran Məmməd Səid Ordubadi yaradıcılığından seçmələr kitabın pedaqoji fikir tarixinin ən bitkin və ibrətamiz nümunəsi kimi keçmişi bugünümüzə daşıyır, gələcəyimizə yön verərək cəmiyyətin tərəqqisinin elm və təhsildə olduğunu göstərir.

Maarifpərvər ziyalıların nəsihətlərini pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirmək, müəllimləri istiqamətləndirmək təhsil müəssiələrinin qarşısında duran vacib məsələlərdəndir. Çünki, keçmişin mütərəqqi irsini sintez etmədən yeni pedaqoji düşüncə formalaşdırmaq mümkün deyil. Elə buna görə də “Pedaqoji fikir tarixindən” kitabı müəllimlərimizə təlim və tərbiyənin təşkilində dünya və Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya və təcrübələrdən bəhrələnmək imkanı yaradacaqdır.

“Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın təhsil ictimaiyyəti üçün ən dəyərli nəşrlərdən biri, böyük dəyərə malik mütaliə materialıdır. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla və 10 min tirajla nəşr olunan “Pedaqoji fikir tarixindən” kitabının 8 mindən çoxu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi təhsil müəssiələrinin kitabxanalarına və hər bir müəllimə verilmişdir. Bu isə muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğının və müəllim əməyinə verdiyi dəyərin daha bir ifadəsidir. Burdan yola çıxaraq əmin edirik ki, “Pedaqoji fikir tarixindən” kitabı hər bir müəllimin və şagirdin stolüstü kitabına çevriləcəkdir.

Rəhman Məmmədov
Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Azərbaycanda məktəb və pedaqoji fikir tarixi

Cəmiyyətin inkişafında mühüm bir istiqamətin – təhsilin əsas daşıyıcılarından biri müəllimlərdir. Cəmiyyətə yararlı vətəndaşların yetişdirilməsində, təhsil sistemi qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində müəllimin rolu böyükdür.

Ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, təhsilalanları informasiya cəmiyyətinin fəal üzvlərinə çevirən təhsil islahatları uğurla davam edir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deyən ölkə Prezidenti cənab İlham Əliyev inkişafda təhsilin rolunu yüksək dəyərləndirərək bu vacib sahənin inkişafı üçün ardıcıl qərarlar qəbul etmişdir. Təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin monitorinqinin aparılması, təhsil sahəsində inkişafyönümlü tədbirlərin həyata keçirilməsi məqsədilə pedaqoji sahədə cap olunan dərsliklərin, pedaqoji kitabların keyfiyyəti ilə yanaşı mənəvi dəyəri də diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitabların pedaqoji ideya daşımaları, xalqımızın milli mənəvi dəyərlər zəminində mariflənməsinin bariz nümunəsidir.

“Pedaqoji fikir tarixindən” kitabını on min tirajla capı və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün orta və ali təhsil müəssələrindəki hər bir təhsil işcisinə və müəllimlərə hədiyyə olunması intibahın bəşəri ideyalarındandır.

“Pedaqoji fikir tarixindən” kitabı dünya pedaqogika tarixində iz qoymuş Uşinski, Çerniyayevski, Suxomolinski, Maksim Qorki, Cəlil Məmmədquluzadə, Məhəməd Tağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Eynəlli bəy Sultanov, Məhəmməd Ağa Şaxtaxtılı, Məmməd Səid Ordubadi kimi pedaqoqların maarifçilik ideyaları bəddi nümunələrdən cox incə, ali təfəkkürlə seçilmiş, bəsirət gözü ilə təhlil edilərək cəmləşdirilmişdir. Kitabın ABŞ-ın 16-cı prezidenti Avram Linkolnun oğlunun müəlliminə yazdıgı məktubla başlaması təsadüfi deyildir. Müəllifin sadəcə bu gün deyil, gələcək bəşəri ideyaların da məhz, müəllim sayəsində gerçəkləşəçəyinə, təhsilin son dərəcə əhəmiyyətli bit vasitə olmasına verdiyi ciddi dəyərdir. Kitabda Reyhan Mirzəzadənin pedaqoji tədqiqatınında yer almsı böyük maraqla dəyərləndirilir.

Kitabda 217-ci səhifədə Hüseyn Cavidin “Naxçıvanda nə gördüm sualına cavab”ı bu gün Naxçıvan Muxtar Respublikasında ümumtəhsil müəllimlərin fəaliyyət qayəsinə çevrilməlidir. “….Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diskinmək ehtiyacı duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi. Mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irəli. ” və ya “….Naxçıvani Müəllimi yol göstərən, nəsihət verən, rəiyyəti istiqamətləndirməyi bacaran ulu şəxsiyyət kimi qələmə verir və onun əməyindən çox şeyin asılı olduğunu söyləyirdi”, “Pedaqoji fikir tarixindən” səh. 80.

Azərbaycan xalqının çoxəsrlik tarixi gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər yaratmış marifpərvərlərlə nümunəvidi. Bu mənəvi əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirmək müəllimləi istiqamətləndirmək ciddi problemlərdən biridir. Çünki yeni pedaqoji fikir keçmişin mütərəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də “Pedaqoji fikir tarixindən” kitabı müəllimlərimizə təlim və tərbiyənin müdrik kəlamlar vasitəsi ilə təhsildə ənənəvi üsulla yeni kon­sep­siyanı, inkişaf tendensiyalarını müəyyənləşdirməyə, Dünya və Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya və təcrübələrin, təlim-tərbiyə ilə bağlı fikirlərin tədqiq edilib öyrənilməsində mühüm rol oynayacaqdır.

Alimlər, müəllimlər və tələbələr bu kitabı təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər.

Pedaqoji irsinin öyrənilməsi tək tarixilik nöq­te­yi-nəzərindən deyil, həm də bu gün üçün də faydalıdır. Çünki bu kitabdakı təlim-tər­bi­­yə­yə aid fikirlər müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi key­fiy­yət­lər ru­hun­da tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikadakı təhsil ocaqları daim dövlətin qayğısı ilə əhatə olunmuş, onların fəaliyyəti üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılmışdır. Müntəzəm diqqət və qayğı sayəsində müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil daha geniş vüsət alır, təhsil müəssisələrinin maddi-texniki, tədris bazası ciddi surətdə möhkəmləndirilir.

Təhsilin inkişafına dövlətin göstərdiyi yüksək diqqət və qayğı gənc nəslin sağlam ruhlu, yüksək intellektli, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcək vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə əminlik yaradır. Hər bir təhsil işçisi təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalı, öz bilik və bacarığını sərf edərək gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışmalıdır.

“ Pedaqoji fikr tarixindən” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı” na əlavə edilməsi gənc nəslin maariflənməsinə verilən dəyərin bariz nümunəsidir.

Ruhəngiz Əliyeva

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Pedaqogika elminin yaranması və ilk yazı haqqında

Məktəb və pedaqogika çoxəsrlik tarixi bir yol keçmişdir. Bu yolda pedaqogika ideyalar və konsepsiyalar məcmusundan tədricən elmə çevrilmişdir. Başqa elmlər kimi pedaqogika tarixi elminin də özünəməxsus predmeti və vəzifələri vardır. “Pedaqogika” sözü iki yunan sözündən («payda» və «qoqos») əmələ gəlib, hərfi mənası “uşaq ötürən” deməkdir. O, tərbiyə haqqında elmdir. Tarixi-pedaqoji tədqiqatlarda pedaqogika tarixinin predmetinin müəyyənləşdirilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi pedaqogika tarixçiləri mütəşəkkil və məqsədyönlü təhsil-tərbiyə prosesinin nəzəriyyə və praktikasının inkişafının öyrənilməsini pedaqogika tarixinin predmeti hesab edirlər. Başqa bir qrup isə insanın şəxsiyyət kimi formalaşması prosesinə təsir göstərən bütün tərbiyəvi təsirlərin tarixinin təhlilini pedaqogika tarixinin predmeti sayılır. Digər bir qrup alimlərin fikirləri isə tamam başqadır. Onlar tarixi-pedaqoji prosesin predmet sahələrini qarşı-qarşıya qoyur, birini digərindən fərqləndirməyə çalışırlar. Pedaqogika tarixçisi K.Stoy pedaqogika tarixini tarixi pedaqogika, yəni pedaqoji fəaliyyətin tarixi ilə bağlı olmayan pedaqoji ideyalar tarixi kimi şərh edir. Bu nəzəriyyə geniş təbliğ olunsa da, sonrakı dövrlərdə özünə tərəfdarlar tapa bilməyib. Sosial obyekt haqqında biliklər tarixini obyektin özü haqqındakı tarixdən ayırmamaqla pedaqogika tarixinin predmetini müəyyənləşdirmək elmi yanaşma hesab edilə bilməz. Pedaqogika tarixi bəşər cəmiyyəti mövcud olduğu zamandan indiyə kimi ayrı-ayrı tarixi dövrlərdə tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyələrin yaranması və inkişafınadan bəhs edir. pedaqogika tarixi təhsil təcrübəsinin tarixi inkişafını və pedaqoji bilikləri vəhdətdə, habelə təhsilin və pedaqoji elmlərin müasir problemləri ilə qarşılıqlı əlaqədə öyrənən elm sahəsidir.

Pedaqogika tarixinin strukturu, məzmunu, vəzifələri, metodoloji prinsipləri ayrı-ayrı dövrlərdə dəyişmiş, zənginləşmişdir

Tarixi inkişaf prosesində ibtidai icma quruluşu quldarlıqla əvəz olundu. Eramızdan bir çox əsr əvvəl ilk dəfə olaraq şərqdə böyük dövlətlər, şəhərlər və məktəblər əmələ gəldi. Qədim Şərq mədəniyyəti bəşəriyyətə misli-bərabəri olmayan elə bir təcrübə qoyub ki, onsuz nəinki dünya məktəb və pedaqogikasının, həm də elm və mədəniyyətinin inkişafını təsəvvür etmək qeyri-mümkündür. Bu dövrdə ilk tədris müəssisələri yaranmış, tərbiyə və təhsilin mahiyyətini dərk etmək üçün ilkin təşəbbüslər göstərmişdir. Dünyanın ən qədim mədəniyyətlərindən biri olan şumer-akkad mədəniyyəti müasir İraq ərazisində yerləşən Dəclə və Fərat çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya adlandırdıqları yerdə meydana gəlmişdir. Amerika alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki tarix Şumerdən başlayır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə məxsusdur. Qədim şumerlər, hindlilər, elamlar piktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq üçün istifadə etmişlər. Şumerlərin memarlıq, incəsənət ədəbiyyat, yazı, elmi biliklər sahəsində əldə etdikləri nailiyyətlər qədim Şərq ölkələrinin mədəni həyatında öz əksini tapmışdı. Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil verməklə yanaşı, həm də dəftərxana funksiyasını yerinə yetirirdilər. Şumer məktəbi mixi yazının meydana gəlməsi nəticəsində təzahür etdi. Burada təlimin əsas məqsədi sənət öyrətmək idi. Bu məktəblərdə mirzələr hazırlanırdı, mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şagirdlər şumer və akkad dillərini yaxşı bilməli, ədəbi əsərlərin üzünü köçürməyi bacarmalı idi. Onlara eyni zamanda ilahiyyat, coğrafiya, nəbatat, zoologiya, minerologiya, qrammatika ilə bağlı savad verilirdi. Məktəblər məbəd və saray yanında yaransa da, orada təhsilin məzmunu dünyəvi xarakter daşıyırdı. Müəllimlərin əmək haqqı şagirdlərdən alınan vəsait hesabına ödənilirdi. Təlim ümumi və icbari xarakter daşıyırdı. Daha çox imkanlı adamların uşaqları təhsil alırdılar ki, onlar da məktəbi bitirdikdən sonra ya məbədlərdə, ya da saraylarda zəngin və məşhur adamların təsərrüfatlarında mirzəlik edir, ya da həyatlarını elmə və tədrisə həsr edirdilər. B.e.ə.IV minilliyin sonunda qədim Misir yazısı meydana gəlmişdi. Misir yazı növü piktoriya, yəni, şəkli yazı adlanırdı. Şəkli işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların mənası verilirdi. Qədim Misirdə məktəb təhsili ilə bağlı ilk məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. qədim Misirdə məktəb və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları yaşlılar aləminə daxil etməyə yönəlmişdir. Öz fikrini müxtəsər söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran insan qədim misirlilərin idealı hesab edilirdi. Belə ideal insanların əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyə olması hesab olunurdu. Qədim Misirdə ailə tərbiyəsi və təlimi qadınla kişi arasında qarşılıqlı münasibətlərin xarakterini əks etdirirdi. Bu qarşılıqlı münasibətlər bərabər-hüquqlu əsaslar üzərində qurulurdu. Qədim Misirlilər heroqlifləri daş, ağac, dəri, heyvan sümükləri üzərində yazırdılar. Sonralar papirus əsas yazı materialına çevrildi. Papirusların üzərində heroqliflərin olkin şəkli xeyli dəyişirdi. Bu heratik yazı adlanırdı. Heratika vasitəsi ilə ədəbi və elmi əsərlər tərtib olunurdu. Tərbiyənin başlıca vəzifəsi uşaqları axirət dünyasına hazırlamaqdan ibarət idi. Şagirddən hər şeydən əvvəl dinləmək tələb olunurdu. Fiziki cəza təbii və zəruri sayılırdı. Təlimin məqsədi peşələrə hazırlıq idi ki, bununla ənənəvi olaraq ailə üzvləri məşğul olurdular. Tacirlər, sənətkarlar, musiqiçilər öz sənətlərini uşaqlarına öyrədirdilər. Misirdə ilk məktəb b.e.ə. III minillikdə fironların yanında yaranmışdır ki, burada da gələcək mirzələr təhsil alırdı. Hakim qrupların inhisarında olan məktəblər iki cür idi:

a)saraylarda kahinlər və ya ən yüksək imtiyazlı adamlar üçün olan məktəblər
b)xırda məmurlar hazırlayan məktəblər.

Min illik bir dövrü əhatə edən antik pedaqogika b.e.ə. VII-VI əsrlərdə meydana gəlmiş, əvvəlcə İoniyada, sonralar Cənubi İtalyanın yunan şəhərində, nəhayət Afinada təşəkkül tapmış və inkişaf etmişdir. Romada isə antik pedaqoji fikir b.e.ə. II-I əsrlərdə yaranmış, eramızın V-VI əsrlərinə qədər aparıcı mövqeyə mailk olmuşdur. Antik dövrün orijinal pedaqoji nəzəriyyələri Şərqin pedaqoji ənənələrini mənimsədikdən sonra tərəqqi yoluna qədəm qoymuşdur. B.e.ə. III-II minillikdə Yunanstanda, Kritdə və Egey dənizinin bəzi adalarında öz yazisi olan mədəniyyət yaranmışdı. Bu yazılı mədəniyyət piktoqrafiyadan (piktos-şəkil, qarfo-yazı deməkdir) başlamış mixi və hecan yazılara qədər böyük bir inkişaf yolu keçmişdi. O dövrdə bu mədəniyyətə yiyələnənlər kahinlər, saray əyanları və adlı-sanlı dövlətli adamlar idi. Qədim Yunanıstanda qəbul edilmiş tərbiyə formaları Hesiodun “əməklər və günlər” poemasında da təsvir olunmuşdur. Poemada o dövrün həyat və məişət qaydaları verilir, insanın ən zəruri keyfiyyəti olan əməksevərlik ideyası ön plana çəkilir.

Respublikamızda yeni tipli məktəblərin açılması, çoxsaylı kadrların yetişdirilməsi sahəsində ciddi dəyişikliklər 1920-ci illərdən, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra başlandı. Yalnız bu dövrdən etibarən savadsızlığın aradan qaldırılması, bütün kənd və şəhərlərdə dünyəvi təhsil məktəblərinin açılması dövlət siyasətinin vacib istiqaməti oldu. Xalqımız Sovet təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalara silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanı əldə etmişdir.

Похожие статьи

  • Azərbaycan məktəb və pedaqoji fikir tarixi

    Azərbaycan məktəb və pedaqoji fikir tarixi Pedaqogika psixologiya ilə qarşılıqlı əlaqəlidir. Bu əlaqə insan psixikası əsasında yaranır. İnsanların psixi…

  • Azrbaycanda mktb v pedaqoji fikir tarixi

    Azrbaycanda mktb v pedaqoji fikir tarixi Rusiyada pedaqoji fikir. Pedaqogikanın digər elmlərlə əlaqəsi Pedaqogika bütün elm sahələri ilə qarşılıqlı…

  • Azərbaycanda iqtisadi fikir tarixi

    Azərbaycanda iqtisadi fikir tarixi iqtisadiyyat, istehsal, üsullarının, fərqləndirilməsi, xüsusiyyətləridir, iqtisad, elminin, adı, sözdən, termindən,…

  • Azrbaycanda iqtisadi fikir tarixi

    Azrbaycanda iqtisadi fikir tarixi Eldənizlər dövründə daha da tərəqqi etmiş Beyləqan şəhərində 40 min nəfərə yaxın əhali yaşayırdı. Şəhərdə toxuculuq,…

  • Azerbaycan tarixi mdniyyti 2 ci cild

    Azərbaycan tarixi və Ümumi tarix, VIII sinif, KSQ №2 (Nümunə) “ Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin…

Comments are closed, but trackbacks and pingbacks are open.