Press "Enter" to skip to content

Azərbaycanda turizim

Yanar dağ

Azərbaycanda rekreasiya

Azərbaycan sizin gözlərinizlə #ExperienceAzerbaijan

Hər fotonun öz tarixçəsi var. Siz də Azərbaycanın gözəl məkanlarında çəkdiyiniz fotoları #ExperienceAzerbaijan həştəqi ilə paylaşın və hekayənizi bütün dünya ilə bölüşün.

Azərbaycanda digər müvafiq fəaliyyət növləri

tibbi turizm
Tibbi turizm

tibbi turizm

Azərbaycanın saf təbiətinin və mülayim iqliminin müalicəvi təsirlərini hiss edin. Daha ətraflı

Min bir dərdin müalicəsi üçün Naftalan vannası
Sağlamlıq və rekreasiya

Min bir dərdin müalicəsi üçün Naftalan vannası

Naftalan dünyaşöhrətli Azərbaycan brendlərindən biridir. Hər il yüzlərlə insan məhz bu kurortda dincəlir və müalicə alır. Naftalanda ağrılarınızı unuda bilərsiniz. Daha ətraflı

Min bir dərdin müalicəsi üçün Naftalan vannası

Naftalan kurortunda sağlamlığa qayğı
Sağlamlıq və rekreasiya

Naftalan kurortunda sağlamlığa qayğı

Naftalan yalnız bir sıra xəstəliklərin müalicəsi edilməsi üzrə ixtisaslaşmayıb. Yorğunluqdan, səs-küydən və gərgin əməkdən bezmisinizsə, Naftalana üz tuta bilərsiniz. Daha ətraflı

Naftalan kurortunda sağlamlığa qayğı

Lənkəranda müalicə və sağlamlıq
Tibbi turizm

Lənkəranda müalicə və sağlamlıq

Lənkəran bütün dünyadan turistləri cəlb edir. Bura gözəl təbiət, dadlı mətbəx və zəngin mədəniyyətlə bərabər, unikal sağlamlıq imkanları ilə də tanınır. Lənkəranda təqdim olunan spa xidmətləri və mineral bulaqlar sizin də rahat istirahətinizi təmin edəcək. Daha ətraflı

Lənkəranda müalicə və sağlamlıq

Təbiətin gücünü hiss edin
Sağlamlıq və rekreasiya

Təbiətin gücünü hiss edin

Duzdağ təbiətin bəxş etdiyi unikal imkanlardan biridir. Burada mövcud olan duz şəfalıdır və bir sıra ağciyər və tənəffüs xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. Bura müalicə məqsədilə gələn turistlərin sayı hər il artır. Daha ətraflı

Təbiətin gücünü hiss edin

Şəfalı sanatoriyalarda müalicə və istirahət
Sağlamlıq və rekreasiya

Şəfalı sanatoriyalarda müalicə və istirahət

Dağlıq və dağətəyi rayonların füsunkar təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri il boyunca sizin dolğun istirahətiniz və sanatoriya müalicəniz üçün hazırdır. Daha ətraflı

Şəfalı sanatoriyalarda müalicə və istirahət

Azərbaycanda turizim

İçərişəhər

Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir. Qədim şəhərdə yüzlərlə tarixi abidə var. Bunlardan 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Şəhər içərisində unikal şəhər olan İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xəzər dənizinin sahilində orta yüksəklikli təpəliklərdə qərar tutan İçərişəhər qala divarları ilə əhatə olunur. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

Qız Qalası

Xəzər dənizinin kənarında nəhəng bir qayanın üzərində silindirik fоrmada tikilmiş Qız Qalası Bakının rəmzinə çevrilib. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diamеtri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı 5 metrə çatır. E.ə. 8-7-ci əsrə aid bu abidənin daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilib, günbəz fоrmalı tavanla örtülüb. Mərtəbədən mərtəbəyə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər və ya ip vasitəsilə qalxmaq olar. Qala qapısı da kеçmişdə bir nеçə qatdan ibarət оlub. Bu tarixi memarlıq incisinin cənub-şərq divarının içərisində gizlədilmiş su quyusu tədqiqatçıların diqqətini cəlb edib. Diamеtri 0,7 m. оlan bu quyunun suyunun içməyə tam yararlı оlduğu müəyyənləşdirilmişdir. Tədqiqatçılar Qız Qalası və Şirvanşahlar Sarayı arasında sirli yeraltı yolun da elə bu su quyusunun aşağı hissəsindən başladığını istisna etmirlər.

Şirvanşahlar Saray Kompleksi

Ortа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı- “Şirvаnşаhlаr Sаrаy Ansаmblı” qədim şəhərin əsas görməli tarixi memarlıq

məkanlarından biri kimi üstünlüyünü sахlаmаqdаdır. XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılmışdır. Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən: Sаrаy binаsı, Divаnхаnа, Dərviş türbəsi, Şərq dаrvаzаsı (pоrtаl), sаrаy məscidi, Kеy-Qubаd məscidi, sаrаy türbəsi, hаmаm və оvdаndаn ibаrətdir. Mürəkkəb relyefli ərazidə inşa olunan saray vahid memarlıq planına malik deyil. Lаkin buna bахmаyаrаq binаlаrın biri digəri ilə təzаd təşkil еtmir. Kоmplеks binаlаrının biri digərindən 5,6 mеtr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Bu ərazidəki bütün tikililərdə bədаmdаm adlı xüsusi dаşdаn istifadə оlunmuşdur. Saray kompleksində Divаnхаnа ilə Şirvаnşаhlаr türbəsinin pоrtаlı xüsusi yer tutur. Divаnхаnа gözəlliyinə və incəliyinə görə nəinki Аzərbаycаnın, həm də Yахın Şərqin uyğun mеmаrlıq аbidələrinin şаh əsəri sаyılır. 1954-cü ildən “Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi” Dövlət Tаriхi Mеmаrlıq Qоruq Muzеyinə çеvrilmişdir.

Kiçik Karvansaray

Kiçik Karvansaray və ya “Хаn kаrvаnsаrаyı” ХV əsrin sоnu ХVI əsrin əvvəllərinə aiddir. Şəhərin ticаrət mаgistrаlında yerləşib. Kiçik Karvansaray ərazisində paytaxt sakinlərinin və qonaqların çox sevdiyi İncəsənət bağı açılıb. Bura gələn hər kəs Azərbaycan milli mətbəxinin dadlı yeməklərindən və incəsənət ustalarının əl işlərindən zövq almaq fürsəti qazanır. Qonaqlar bu sənət nümunələrinin necə ərsəyə gəldiyini mərhələ-mərhələ yaxından izləyə bilərlər.

Qala divarları

Qala divarları Şirvаnşаh III Mənuçöhrün (1120-1149) göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşа оlunmuşdur. Orta əsrlərdə uzunluğu 1500 m. olan İçərişəhər Qala divarından hazırda təqribən 600 metri salamat qalıb. Qаlа divаrı yоnulmuş əhəng dаşındаn tikilmişdir. Qаlınlığı 3-3,5, hündürlüyü isə 8-12 mеtr təşkil edir.

Dənizkənarı Milli Park

Paytaxt sakinlərinin, eləcə də qonaqların dincəlmək və əylənmək məqsədilə ən çox üz tutduğu əsas məkanlardandır. Ərazisinin böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı Bulvarı 1998-ci il dekabrın 29-dan Milli Park statusuna malikdir. Hazırda 3 km 700 metr ərazisi olan Milli Parkda 60-70, 150-200 yaşlı ağaclar, nadir bitki növləri gələnlərdə xoş ovqat yaradır. Burada müntəzəm olaraq fayton və dəniz gəzintiləri təşkil edilir. Milli Parkda müxtəlif karusel və attraksionlar fəaliyyət göstərir. Bulvar ərazisində “4D” formatında kino zalı da var.

Fəvvarələr meydanı

XIX və XX əsrlər Azərbaycan memarlıq incilərinin yerləşdiyi məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı orijinalığı ilə diqqət cəlb edir. Burada müxtəlif modern fəvvarələr, attraksionlar, eləcə də müxtəlif alış-veriş mərkəzləri var.

“Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu

Atəşgah Abşeron yarımadasında, Bakının 30 kilometrliyindəki Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

Yanar dağ

“Yanar dağ” Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. Təbii qazın çıxdığı əbədi alovlar məkanı olan “Yanar dağ” 2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib. “Yanar dağ” “Pilpilə”, “Bozdağ”, “Qaynarca” və digər adlarla da tanınır.

Naxçıvan xan Sarayı

Naxçıvan xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir.

Gəmiqaya rəsmləri

Gəmiqaya rəsmləri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmlərinin əksəriyyəti Tunc dövrünə aid edilir. Lakin burada daha qədim rəsmlərin olduğu da ehtimal olunur.

Möminə xatun Türbəsi

Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində-Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun Türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Möminə xatun Türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında “Atabəy günbəzi” adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə tikilmişdir.

Yusif ibn Küseyir Türbəsi

Yusif ibn Küseyr türbəsi Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında “Atababa türbəsi” də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi yazılır.

Şəki xan Sarayı

Bakıdan 305 km məsafədə yeləşən Şəki şəhəri təbiəti, tarixi memarlıq abidələri, eləcə də ləziz mətbəxi ilə qonaqlarda unudulmaz təəssüratlar yaradır. XVIII əsrə aid Şəki xan Sarayı Məhəmmədhəsən xan tərəfindən inşa etdirilib. Binanın memarı Zeynal Abdulladır. Sarayın memarlıq ansamblı, şəbəkələri göz oxşayır. Şəbəkələrin hər bir kvadrat metrində orta hesabla 5000, mürəkkəb yerlərdə isə 14000 ağac və şüşə şəbəkələrdən istifadə edilib. Şəkidə hələ də nəsildən-nəslə ötürülərək yaşadılan şəbəkə sənətinin əsas xüsusiyyəti burada özünü bütün mükəmməlliyi ilə büruzə verir. Belə ki, binada mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları bir-birinə keçirilərək bərkidilib. Buradakı ornamentlər, müxtəlif naxışlar, oymalar, rənglərin ahəngi binanın gözəlliyinə xüsusi rəng qatır. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlara qərq edilib.

Şəki Karvansarayı

XVIII əsrin daha bir dəyərli memarlıq nümunəsi Şəki Karvansarayıdır. Dərin zirzəmili ikimərtəbəli bina Şərq memarlıq üslubunun orijinal çalarları ilə zəngindir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən daş pilləkənlərlə qalxmaq mümkündür. İlk baxışdan giriş-çıxışı mürəkkəb labirint kimi görünsə də, tikilidə hərəkəti rahatlaşdıran memarlıq vasitələri nəzərə çarpır. Bu məqsədlə quraşdırılan məhəccərli dəhlizlər binaya bədii görünüş baxımından da yaraşıq verir, görünüşdə ahəngdarlıq yaradır. Keçmişdə qonaqların və tacirlərin sığınacağına çevrilən bu məkan hazırda karvansaray-mehmanxana kompleksi kimi istifadə edilir. Burada qonaqların və turistlərin rahatlığı üçün bütün şərait nəzərə alınıb. Binanın strukturu və yerləşdiyi ərazi isti yay günlərində qonaqlara kondisionerə ehtiyac duymadan təmiz və sərin dağ havasından zövq almağa imkan verir.

“Gələrsən-görərsən” qalası

Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində yerləşən “Gələrsən-görərsən” qalası sıldırım yamaclara söykənir. XV əsrə məxsus olan bu abidə coğrafi mövqeyinə görə tarixən müdafiə istehkamlarından biri hesab edilirdi. Onu vaxtilə “Qızlar qalası” da adlandırırdılar. Bir çox mənbələrə əsasən, qalanın sonrakı “Gələrsən görərsən” adı da məhz tarixi hadisələrdən biri zamanı meydana gəlib. Rəvayətə görə, 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu zamanı şəhər uzun müddət mühasirədə qalıb. Üz-üzə dayanan qoşunlar bir-biri ilə ünsiyyət qura bilirlərmiş. Bu söhbətlərin birində şah, “O necə qaladır ki, onu almaq olmur?” deyə soruşur. Ona verilən cavab isə bu olub: “gələrsən-görərsən”. Tarixin dərin izlərini özündə yaşadan bu əzəmətli memarlıq nümunəsi turistlərin ən çox baş çəkdiyi məkanlardandır.

Xınalıq kəndi

Quba şəhərindən 57 km cənub-qərbdə, paytaxtdan 225 km aralıda yerləşən bu kənd etnoqrafik bənzərsizliyi ilə seçilir. O, Qafqaz dağlarının uca zirvəsində amfiteatrı xatırladır. Kəndin Xınalıq adı da elə onun təbiətinin füsunkarlığından yaranıb. Bu ad Günəş çıxdıqdan sonra dağın boyandığı rəngi ifadə edir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə, 5000 illik tarixə malik Qızıl Qaya, Şah, Tufan və Xınalıq dağlarının əhatəsində qərarlaşan bu kənd dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Kənd sakinləri mürəkkəb morfoloji struktura malik Xınalıq dilində danışırlar. Dünyada bu dildə danışan ikinci bir tayfa və ya xalq yoxdur. 2007-ci ildən Xınalıq Dövlət Tarixi Memarlıq Etnoqrafiya Qoruğu elan edilib.

Lahıc

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.

1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, nəqqaşların, çəkmə və çarıq tikənlərin, eləcə də digər ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda dünyada tanınır.

Gəncə

Paytaxtdan 375 km məsafədə yerləşən Gəncə şəhərinə avtonəqliyyat və ya təyyarə ilə səfər etmək mümkündür. Azərbaycan rəssamlarının ilham mənbəyinə çevrilən, gözəlliyi ilə dillərdə əzbər olmuş Göygöl elə bu ərazidədir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranıb. Nadir təbiəti, dünyanın heç bir yeri ilə müqayisə edilməyən fauna və florası ilə seçilən Göygöl hazırda həm də qoruq kimi fəaliyyət göstərir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Azərbaycan ədəbiyyatının görkəmli simaları dahi Nizami Gəncəvinin, şairə Məshəti Gəncəvinin, Mirzə Şəfi Vazehin doğulduğu Gəncə şəhərində onlarınn məqbərələri ucalır. XVI əsrə aid qala divarlarının qalıqları, şəhər hamamları, Cavad xanın məzarı keçmişdən dəyərli xatirə kimi saxlanılır. Gəncədən 45 km aralıqda yerləşən Maralgöl də qonaqların sevimli istirahət yeridir.

Qəbələ

Bakıdan 225 km məsafədə yerləşən qədim Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Burada dövlət tərəfindən mühafizə olunan ağacların yaşı 500 ildən çoxdur. Mineral su bulaqları və təmiz sulu çeşmələri ilə isti yay günlərində ürəklərə sərinlik gətirən Qəbələ şəhəri klassik musiqisevərlərin də görüş yeridir. Hər ilin yay mövsümündə Qəbələdə beynəlxalq əhəmiyyətli klassik musiqi festivalı keçirilir. Dünyanın müxtəlif qitələrindən musiqi xadimləri sənət uğurlarını məhz bu füsunkar məkanda açıq səma altında paylaşırlar. Qəbələdəki qədim qalalar, məqbərələr, IX-XI əsrlərə aid qədim qüllə, Tarix-diyarşünaslıq Muzeyi tarixi öyrənmək istəyənlərin baş çəkməli olduğu yerlərdəndir. Qəbələ rayonunun Nic kəndində xeyli abidə aşkarlanıb. Kənddə olan Alban kilsəsi, “Daş bulaq” adlı tarixi çeşmə bu abidələr sırasındadır. Eləcə də orjinal üslubda tikilən bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.

Qusar

Azərbaycanın ən uca nöqtəsi 4466 metr yüksəklikdə Bazardüzü dağı burada yerləşir. Dağlar və vadilər diyarı kimi səciyyələndirilən Qusar rayonunun florası və faunası da özünəməxsusluğu ilə seçilir. 20 faizi meşələrlə örtülü olan rayonun Fıstıq meşəsi isə xüsusi mühafizə edilir. Şahnabaz və Laza şəlaləri qeyri-adi mənzərəsi ilə insanları heyrətə gətirir. Rayonda tarixi abidələr, Şeyx Cüneyd məqbərəsi, qədim məscidlər qorunub saxlanılmışdır. Qusar şəhərindən 30 kilometr şimalda gündəlik 5000 turistin qəbuluna imkan yaradacaq Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi davam etdirilir. 2045 hektardan artıq ərazini əhatə edən kompleksdə insanların xizək və digər qış idman növləri ilə məşğul olmaq, asudə vaxtını xoş və mənalı keçirmək üçün əyləncə – oyun zonaları, istirahət qurşaqları, idman meydançaları qurulacaq.

Naftalan

Kiçik Qafqaz sıra dağlarının ətəklərində məskən tutmuş Naftalan kurortu təbiətin insana olan sevgisinin ən bariz nümunəsidir. Naftalan nefti orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində təsirli dərman kimi tətbiq olunub. Bakı şəhərindən 320 km uzaqlıqda olan kurortun yayı quru-isti, qışı mülayim isti keçir. Kurort ilboyu xidmət göstərir. “1001 dərdin dərmanı” olan Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli vasitə kimi bütün dünyada məşhurdur.

  • 454 Portalda olan xidmətlərin sayı

Turizm sahəsində dövlət siyasəti

İlk növbədə turizmin infrastrukturu formalaşmalıdır. Bu iqtisadiyyatın başqa sahələrinin də inkişaf etmasi üçün zəmin yaradır. Dövlətin turizmin idarə edilməsində götürdüyü istiqamət turizmin bazar münsibətləri şəraitində özü-özünü maliyyələşdirməsi üçün imkan yaradır. Bunun reallaşdırması üçün dövlət özünün müxtəlif dövlət və yerli icra hakimiyyəti orqanlarının turizmin işinə qarışmadan turoperatorların (Turoperator – turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı ) sayının artmasına şərait yaradır.Turoperator və turagentliklərin(Turagentlik – turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm-ekskursiya fəaliyyətinin təşkili üzrə informasiya, reklam, marketinq və s. digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat) hüquqları qanunla qorunur. Azərbaycan höküməti ölkədə turizmi inkişaf etdirmək üçün xüsusi layihələr işləyib hazırlayır.
Təbii ki, mütəşəkkil və düzgün turizm siyasətinin formalaşması və bunun uğurlu surətdə həyata keçirilməsi heç də asan məsələ deyil. Çünki bu məsələdə ölkənin yalnız turizm resurslarının və potensial imkanlarının olması hər şeyi həll etmir. Kifayət qədər turizm resurslarına malik olan ölkəmizin beynəlxalq aləmdə turizm regionu kimi tanınması üçün isə turizm sahəsində dövlət siyasəti beynəlxalq standartlara uğunlaşmalıdır. Bu sektorun inkişafı üçün siyasi iqtisadi və sosial-mədəni imkanların yalnız son illərdə yarandığı nəzərə alsaq , gələcəkdə Azərbaycanda turizmin perspektivlərinə nikbin baxmaq olar. Milli turist siyasətinin əsas mahiyyəti ölkədə turist bazarının formalaşmasıdır. Bazara çıxarılan məhsul orijinal və rəqabətli olmalıdır. Mehmanxana və nəqliyyat qiymətləri turistlərin maliyyə imkanlarına və zövqünə uyğun gələn turist məhsulunun qiymətinin bir hissəsidir. Burada turist məhsulunu yaratmaq arzusu və təşəbbüsü regionlarda əmələ gəlir.Riskə gedərək təşəbbüs göstərən şəxslər öz sərmayəsini sərf edərək turist müssisəsi açır, alıcıların imkanını nəzərə alaraq turist məhsulu yaradır. Onu münasib qiymətlərlə satır gəlir götürür və götürdüyü gəlirin bir hissəsini yenidən öz biznesnin genişləndirilməsinə sərf edir.
Ölkəmizin turizm sənayesi inkişaf dövrünə qədəm qoymuşdur. Hüquqi bazası Ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə 1999-cu ildə “Turizm haqqında Azərbaycan Respublikasının Qanunun qəbulu ilə qoyulmuş turizm 2001-ci ilin 18 aprelində Gənclər İdman və Turizm Nazirliyinin yaradılması , 2002-ci ilin avqustundə təsdiq olunmuş Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) “ Dövlət Proqramı ilə güclü təkan almışdır. Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da turizm inkişaf etməkdədir. Rəsmi statistikaya görə 2004-cu ildə dünyada səyahət edənlərin sayı 703 milyon nəfər gələn gəlir isə 470 milyard dollar olmuşdur.
Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin (İndi Turizm sözü götürülmuşdur) açıqlamalarına görə 2003-cu ildə ölkəmizə 1.066 min 2004-cü ildə isə 1.348 min nəfər əcnəbi gəlmişdir.Rəqəmlərdən göründüyü kimi ölkəyə gələn əcnəbilərin sayı artmaqdadır.Bu isə turizm sənayesi üçün peşəkar kadrların hazırlanmasını labüd edir. Turizm fəaliyyəti ilə məşğul olan hər bir şəxs turizmin hüquqi bazası ilə BMT və ÜTT-nin sənədləri Milli Qanunlar turizmlə əlqəli sahələrin hüquqi sənədləri ilə yaxından tanış olmalı öz fəaliyyətində onların əməl etməyə borcludur. Turizm fəaliyyətinin tənzimlənməsinin predmetini ölkələr ayrı-ayrı təşkilatlar, firma ilə turistlər arasında münasibətlər təşkil edir.

İngiltərəli keşiş Tomas Kuk tərəfindən ilk təşkil olunmuş turizm səfərlərindən (1841) keçən dövr ərzində turizm agentləri ilə turistlərin turizmə cəlb olunmuş ölkələrin qarşılıqlı münasibətlərini tənzimləyən çox saylı hüquqi sənədlər işlənib hazırlanmışdır. Turizmin hüquqi bazası , sahibkarlıq fəaliyyətin dövlət tənzimləməsi, turizm sahəsində dövlət siyasətin tərkib hissəsini təşkil edir. Bu gün ölkəyə gəlir gətirən, əhalinin sosial-mədəni səviyyəsini yaxşılaşdıran bütün iqtisadi sahələrin inkişafı Azərbaycan dövlətinin maraq dairəsindədir. Dövlətin bilavasitə dəstəyi olmadan hər hansı bir sahənin inkişaf etdirilməsi mümkün deyildir. Bu baxımdan turizmin inkişafı da dövlət tərəfindən dəstəklənir. Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübəni öyrənmədən turizmin inkişaf etdirilməsi yollarını düzgün müəyyənləşdirmək, onun səmərəli inkişafına nail olmaq mümkün deyildir. Ayrı-ayrı ölkələrin təcrübəsinə nəzər yetirdikdə görürük ki, bir sıra ölkələrdə turizmin inkişafının dövlət proqramı hazırlanır, vergi güzəştləri edilir, sərhəd-gömrük rejimi sadələşdirilir.Dövlətin büdcəsindən turizmin inkişafına vəsait ayrılır, şəxsi turist şirkətlərinə az faizli ödənişlə kreditlər verilir. Görülən bu islahatların hesabına turizmin maddi-texniki bazası ildən-ilə genişləndirilir. Azərbaycan dövləti də beynəlxalq təcrübədən istifadə edərək turizmin infrastrukturunun inkişafı üçün əsasən investisiya siyasətindən istifadə edir. Azərbaycan hökuməti respublikanın icra və qanunverici hakimiyyət orqanlarının, xüsusilə Mədəniyyət və Turizm nazirliyinin diqqətini kommersiya strukturlarının birgə səyindən istifadə etməklə turizmin infrastrukturunun inkişafını müasir tələblər səviyyəsində qurmağa yönəldir.
Lakin hələ beynəlxalq miqyasda istifadə olunan metodların ölkəmizdə turizmin inkişafına tətbiq olunması istiqamətində çox az işlər görülmüşdür. Təəssüflər olsun ki, investorların hüquqlarının müdafiəsini təmin edən investisiya siyasətinin aktual problemləri ilə bağlı olan bir sıra hüquqi sənədlər hazırlanmamışdır. Bu hal isə turizmin inkişafını ildən-ilə ləngidir. Turizmin inkişafına mane olan halların aradan qaldırılması üçün dövlət səviyyəsində aşağıdakı addımların atılması təklif olunur: -dövlət turizm təşkilatçıları üçün vergi güzəştləri tətbiq etməlidir; -тurizm şirkətləri və təşkilatları gömrük rüsumlarından və əlavə gəlir vergisindən azad olmalıdır; -dövlət turist təşkilatçılarına güzəştli kreditlər verməlidir; -тurizm xidməti üçün xaricdən gətirilən texnika və avadanlıqlar gömrük rüsumlarından azad olmalıdır; -кorporativ vergilərə güzəştlər edilməlidir və s.
Bu istiqamətdə turizmin inkişafına dövlət dəstəyi verilməsi hesabına həm turizm sürətlə inkişaf edə bilər, həm də əhalinin sosial iqtisadi vəziyyəti yaxşılaşa bilər. Əhalinin milli gəliri artar, ölkəyə daha çox valyuta kütləsi daxil olar, əhalinin böyük bir hissəsinin məşğulluğu üçün şərait yaranar. Doğrudur, Azərbaycan Respublikası hələ 1999-cu ilin iyun ayının 04-də «Turizm haqqında» qanun qəbul etmişdir. Həmçinin, ölkə prezidenti 2002- 2005-ci illərdə turizmin inkişafına dair 27 avqust 2002-ci il tarixli sərəncamla bölgələrdə turizmin inkişafı barədə proqram qəbul etmişdir. Həmin proqramda turizmin inkişafına dair bir sıra dövlət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu proqramda turizmin əhəmiyyəti qiymətləndirilmiş, onun inkişafının konkret yolları göstərilmişdir.

Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də böyük ehtiyac vardır. Azərbaycanın ərazilərini tədricən işğal etmək istəyən Ermənistan dövlətinə qarşı əks təbliğat və təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin çox ümdə əhəmiyyəti vardır. Məlumdur ki, turizm səfərlərinə gələn xaricilərin çoxu öz ölkəsinin tanınmış, yaxud da yüksək intellektə malik olan vətəndaşlardır. Həmin insanlara ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatlar verməklə biz, Azərbaycanı bütün dünyaya tanıtmış oluruq. Onların çoxu öz ölkələrinə qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqqında ictimaiyyətə məlumatlar verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan dövləti turizmin sistemli şəkildə inkişafına çalışır. Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan dövləti isə öz turizm siyasətini erməni terrorizminin ifşası üzərində qurmalı, Ermənistan dövlətinin regionda həyata keçirtdiyi işğalçılıq siyasətini dünya ictimaiyyətinin nəzərinə çatdırmalıdır.

Məlumdur ki, Azərbaycan Avropa və Asiya qovşağında yerləşir. Məhz bu coğrafi yerləşmə ölkəmizin güclü turizm potensialına malik olduğunu bir daha təsdiqləyir. Respublikamızın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Mezolit, neolit və eneolit dövrləri haqqında maraqlı məlumatlara malik olan bu möhtəşəm abidənin şöhrəti bütün dünyaya yayılmışdır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır. XVIII əsrin gözəl sənət nümunəsi və incisi, özünəməxsus memarlıq quruluşuna malik olan Şəki xan sarayı, həmçinin bu ərazidə yerləşən möhtəşəm qalalar və məbədlər, eləcə də Şəkinin ecazkar təbiəti və s. turistlərin diqqətini özünə cəlb edən amillərdir. Neftin necə çıxması ilə maraqlanan milyonlarla insanlar vardır.
Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, və meşələri erməni işğalı altındadır. Sözsüz ki, zaman gələcək bu ərazilərimizi erməni işğalından azad edəcəyik və həmin ərazilər beynəlxalq turizm marşrutuna daxil olacaqdır. Sovet dövründə Azərbaycanda müxtəlif turizm obyektləri yaradılmış, müalicəvi əhəmiyyət kəsb edən sanatoriyalar tikilmişdir.
Hələ 1980-ci ildə Azərbaycan respublikasının rəhbəri olan Heydər Əliyevin təşəbbüsü ilə Xəzər sahillərində bir çox kurort zonaları yaradılmışdır. Eyni zamanda ayrı ayrı yaradıcı və əmək təşkilatlarının əməkdaşlarının istirahətini təşkil etmək üçün müxtəlif istirahət-əyləncə mərkəzləri inşa edilmişdir. Bu məqsədlə Abşeronun şimal sahillərində kurort-rekreasiya tipli binalar tikilmişdir. Lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış qaçqınlar ordusunun böyük bir hissəsi Mərdəkanda, Zaqulbada, Bilgəhdə və başqa yerlərdə inşa olunmuş pansionatlarda yerləşdirilmişlər. Hal-hazırda qaçqın və məcburi köçkünlərin öz doğma ərazilərinə yaxın yerlərdə yerləşdirilməsi üçün dövlət səviyyəsində əməli işlər görülür. Belə ki, son dövrlərdə Azərbaycan neft fondunun hesabına Ağdam, Bərdə, Füzuli və başqa rayonların ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün şəraiti olan şəhərciklər salınıb. Dövlət 2006-cı ildə bu işin tam şəkildə həyata keçirilməsi üçün müxtəlif tikinti təşkilatları ilə müqavilələr bağlamışdır. Planlaşdırılmış olan bu iş sona çatdırıldıqdan sonra Abşeron ərazisindəki turizm-sanatoriya bazaları boşaldılaraq yenidən əvvəlki təyinatına uyğun istifadə olunacaqdır.
Qeyd etmək lazımdır ki, 2002-ci ildə təsdiq edilmiş Dövlət Proqramında həm yerli, həm də xarici istehlakçıların turizm-əyləncə xidmətinin təşkili üçün bir sıra əməli işlərin görülməsi nəzərdə tutulmuşdur. Proqramda eyni zamanda aşağıda qeyd olunan məsələlərin həllinin vacibliyi göstərilmişdir: -тurizm sahəsində dövlət siyasətini həyata keçirmək və bu sahənin üstün cəhətlərinin inkişafını təmin edən zəruri bazaların yaradılması; -ölkədə turizmin proporsional inkişafının təmin edilməsi; -мövcud turizm sistemində əldə olunmuş mütərəqqi təcrübəyə əsaslanaraq müstəqil Azərbaycan Respublikasının strateji maraqlarına cavab verən müasir xidmət sisteminin formalaşdırılması; -тurizm sənayesinin yaradılması və idarə olunması istiqamətlərinin müəyyənləşdirilməsi; -тurizm sahəsindən əldə olunan vəsaitin artırılması və onların dövlət və yerli büdcələrə daxil edilməsi; -тurizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılması, onun beynəlxalq standartlara uyğunlaşdırılması; -ölkəmizin turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirak etmələri üçün əlverişli şərait yaradılması.
Turizm insanların sosial mədəni fəaliyyətinin əsas sahələrindən biri kimi dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya sosial inkişafın dövlət tərəfindən qorunmasını, 16-cı maddədə aydın şəkildə təsvir etmişdir. Konstitusiyasının 16-cı maddəsində deyilir: 1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 2. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Qeyd etmək lazımdır ki, mədəniyyətin, eləcə də maddi və mənəvi irsin qorunması turizm obyektlərinin də qorunub mühafizə olunması kimi başa düşülməlidir. Eyni zamanda ölkəmizin müxtəlif ərazilərində olan tarix və mədəniyyət abidələrinin qorunması məsələsi də ölkəmizin əsas qanununda öz əksini tapmışdır. Bununla əlaqədar olaraq Konstitusiyanın 77-ci maddəsində göstərilmişdir ki, tarix və mədəniyyət abidələrinin qorunması hər bir şəxsin borcudur. Təbii ki, qeyd olunan bu və ya digər maddələrin turizmin ölkəmizdə inkişaf etdirilməsinə müsbət təsiri vardır. Azərbaycanda turizmin inkişaf etdirilməsi haqqındakı dövlət proqramında turizmin inkişafına təminat yarada biləcək maddi bazanın yaradılmasına, turizm sahəsinin proporsional inkişafının təmin edilməsinə, müasir tələblərə cavab verə biləcək sistemin formalaşdırılmasına və s. fəaliyyət istiqamətlərinin genişləndirilməsinə xüsusi yer verilir. Bütün bunları nəzərə alaraq dövlət proqramı aşağıdakı vəzifələrin həyata keçirilməsini bir məqsəd kimi qarşıya qoyur: 1. Turizmin hərtərəfli inkişaf etməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlər vermək; 2. Turistlərə xidmət obyektlərini yenidən qurmaq və onu dünya standartlarına uyğunlaşdırmaq; 3. Respublikanın beynəlxalq və daxili turizm bazarında rəqabət aparmaq qabiliyyətini artırmaq; 4. Turizmin inkişaf etdirilməsi üçün daha mütərəqqi və səmərəli metodlardan istifadə etmək və s.
Qeyd edək ki, 1992-ci ildə sahibkarlıq fəaliyyətinə sərmayə qoyuluşunu formalaşdırmaq üçün xüsusi fond yaradılması haqqında əmr verilmişdir. Lakin bu fondun real fəaliyyəti 1993-cü ilin ortalarından həyata keçirilməyə başlanılmışdır. 1997-ci ildə Respublikanın Nazirlər Kabineti tərəfindən iş adamlarına kömək məqsədi ilə dövlət büdcəsindən xüsusi vəsait ayrılması haqqında əsasnamə qəbul olunaraq təsdiq edilmişdir. 1998-ci ildə iş adamlarına sərmayə yardımı olunması məqsədi ilə 13 layihə qəbul edilmiş, bu layihələrə 1999-cu ildə 8-i də əlavə olunmuşdur.
Beləliklə, 21 layihə Milli Fond tərəfindən sərmayə yardımı edilməsi məsələsi razılaşdırılmışdır. Bu razılaşmaya əsasən Respublikanın Maliyyə Nazirliyi tərəfindən 600000 manat həcmində sərmayə yardımı ayrılmışdır. Ancaq bütün bunlara baxmayaraq Respublikada turizmin inkişafına təsir göstərən ən başlıca dövlət sənədi Аzərbaycan Respublikasının «Turizm haqqında» dövlət qanunu olmuşdur. Bu qanunda turizmi inkişaf etdirmək məqsədi ilə həm əlaqədar dövlət strukturları, həm də özəl təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Qanunda göstərilən vəzifələrə əsaslanaraq bütün əlaqədar təşkilatlara turizm potensialından səmərəli istifadə etmək, bu sahə üzrə orta və kiçik sahibkarlıqla məşğul olanların sayını artırmaq, güclü rəqabətə davam gətirə biləcək turizm bazaları yaratmaq tapşırığı verilmişdir. Həmçinin, turizmin infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək vəzifələri irəli sürülmüşdür. Eyni zamanda turizm işinin daima dövlət tərəfindən tənzimlənməsinin vacibliyi göstərilən qanunda xüsusi olaraq qeyd edilmişdir.
Bu gün Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsində onun infrastrukturunun inkişafında Azərbaycan Respubkikası Həmkarlar Konfedrasiyasının da xüsusi rolu vardır. Bu baxımdan Konfedrasiyaya daxil olan sahə ittifaqları turizm bazalarına əhalinin güzəşli şərtlərlə göndərilməsində onların istirahət və əyləncəsinin mənalı və səmərəli təşkilində mühum funksiyalar yerinə yetirir. Bu işdə Azərbaycan Respublikası Həmkarlar Konfedrasiyasının sədri millət vəkili cənab Səttar Mehbaliyevin rolu xüsusi qiymətləndirilməlidir. Bü gün turizm sahəsində dövlət siyasətin davamı kimi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul olmuşdur.
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Turizm İnstitutunda (ATİ) Elmi Şuranın iclası keçirilib. Tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov Dövlət Proqramının əhəmiyyətini qeyd edərək, onun icrasının ölkəmizdə turizm sektorunun inkişafına güclü təkan verəcəyini vurğulayıb. Dövlət Proqramı təkcə 2010-2014-cü illərin deyil, ölkədə turizm sahəsinin inkişafının uzunmüddətli strateji maraqlarını özündə ehtiva edir: «Proqramda nəzərdə tutulmuş problemlərin uğurlu həlli ölkəmizdə turizm sənayesinin və infrastrukturunun möhkəmlənməsinə, dövlət və bələdiyyə orqanlarının öz fəaliyyətlərini daha da gücləndirməsinə zəmin yaradacaq. Sənəddə turizm şəbəkəsinin coğrafiyasını və mövcud qorunan obyektlərdən istifadə hüquqlarının müəyyənləşməsi, turizm fəaliyyətinə başlama, ərazilərin hüquqi tənzimlənməsi, nəzarətin təşkili üsullarının təkmilləşdirilməsi bir vəzifə kimi qarşıya qoyulub».
Azərbaycanda turizm sahəsində dövlət siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur.Və bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkan göstərir. Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.

  • Teqlər:
  • Azərbaycanda turizm

Похожие статьи

  • Azərbaycanda turizm

    Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…

  • Azərbaycanda turizimin inkişafı

    Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…

  • Azərbaycanda sovet hakimiyyətinin qurulması

    Bu gün Azərbaycanda sovet hakimiyyəti qurulub – 95 il öncə Sovet hakimiyyəti ilə bağlı nisgili, keçmiş Sovet respublikalarının bugün üçün tutduqları…

  • Azərbaycanda yoxsulluq

    Prezident İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır �� ” Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf…

  • Azərbaycanda turizmin inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm…

Comments are closed, but trackbacks and pingbacks are open.