Press "Enter" to skip to content

Azrbaycan cmiyytind orta sinif problemi

2023-03-02 13:40:41

Test üsulu ləğv edilməlidir – Millət vəkili

Test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalı idi. Test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.

Onun sözlərinə görə, hazırlıqsız şəxs, inkişaf etmiş ölkələrdə olduğu kimi, rahatlıqla daxil olduğu məktəbi rahatlıqla tamamlaya bilmir:

“Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər. Test üsulu predmet haqqında geniş dünyagörüşə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsvirdir, ümumi elmi dünyagörüşdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir.

Azrbaycan cmiyytind orta sinif problemi

2019-10-08 17:11:36

Bölgə məktəbində sinif problemi-Tərəflərin arqumentləri, problemli şagird sayı – AKTUAL

AzEdu.az-a daxil olan məlumata görə, Şəki rayonu Turan qəsəbə tam orta məktəbində yaranan şagird sıxlığı tədrisin həyata keçirilməsinə mane olur. Bu barədə portala məktəbin Riyaziyyat müəllimi Mehman Məmmədov müraciət edib. Məlumata əsasən, şagird sıxlığı indiyədək paralel gələn 6 sinfin birləşdirilməsi nəticəsində yaranıb: “Epidemioloji mərkəz və Rayon Təhsil Şöbəsinin birgə rəyinə görə, bu siniflərdə tədrisin aparılması mümkün deyil. Acınacaqlı vəziyyət yaranıb. Təsəvvür edin, sinifdə müəllimin əyləşməsi üçün yer yoxdur. Şagird gəlib ürəkbulanma, başgicəllənmə və s. hallarla üzləşir, qan xəstəliklərinə tutulurlar. Valideylər uşaqları məktəbə buraxmırlar. Nazirlər Kabinetinin qərarı ilə hər şagirdə 2.5 kvadrat metr ərazi düşməlidir. Turan qəsəbə tam orta məktəbində isə bu, 1 kvadrat metrdir. Deyəndə əsas gətirirlər ki, bir sinfin bölünməsi üçün orada şagird sayı 31-dən çox olmalıdır. Axı 31 şagird şərti şəhər məktəbləri üçün keçərlidir. Bizim məktəb sıradan bir təhsil müəssisəsi deyil, onun nəticələri var. Sağlam gəncliyi beləmi yetişdiririk?” AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Rayon Təhsil Şöbəsi ilə əlaəq saxlayıb. Bildirilib ki, bu, şöbənin səlahiyyətində olan məsələ deyil. Əlaqədar orqan isə 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzidir. Mərkəzin rəhbəri Araz Babayev AzEdu.az-a açıqlamasında faktı təkzib edərək əsassız adlandırıb. Xatırladıb ki, ölkəmizdə sinif 23 şagirddən təşkil edilir. 31 şagird olduqda isə o, bölünür: “24 şagirdlə yeni 2 sinfin açılması nə dərəcədə düzgündür? Sumqayıt, Bakı məktəblərində 40 – 45 şagirddən ibarət sinif var. Harada yazılıb ki, bir şagirdə 2,5 kvadrat metr ərazi düşməlidir? Yalandır, elə şey yoxdur. Məsələ başqadır! Bir sinif açıldıqda əlavə 30 saat dərs əmələ gəlir. Sinif otaqlarının ölçüləri də tədrisin aparılmasına imkan verir. Orada dərs keçmək çətin olsaydı, onu 2 sinif komplektində təşkil edərdik. Sinifləri şəxsən özüm gəzib yoxlamışam. Qəsdən çox şagirdi balaca sinfə yığırlar. 15 məktəblini 35 nəfərlik, 25 nəfərlik sinfi isə 12 nəfərlik otağa yerləşdirirlər. Qəsdən şagirdləri 5-5 oturdurlar. Adama deyərlər, hansı sinfin ölçüləri imkan verirsə, şagirdləri də orada yerləşdir. Sadəcə direktor saatlara görə, sinfin açılmasını istəyir. Belə olduqda direktor da dərs yükünün rahatlıqla bölür. Faktiki olaraq həmin məktəbdə XI sinif üzrə cəmi 1 şagird tədrisə cəlb olunub. Soruşun görək, o şagirdlər haradadırlar?” Qeyd edək ki, ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinin 2-ci maddəsinə əsasən, siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya onların bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə isə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilməlidir.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

Rus dili müəllimləri kütləvi şəkildə ixtisaslarını dəyişir

2023-03-06 10:05:53

13 yaşlı qız sinif yoldaşını bıçaqlayıb

2023-03-06 09:11:00

Yuxarı sinif şagirdlərinin infosessiyası keçirilib

2023-03-04 16:09:00

Bıçaqlanma baş vermiş məktəbdən xəbər var

2023-03-03 20:33:08

İnternatlarda uşaqları alçaldan ifadələr işlədilirmiş

2023-03-03 14:35:00

Məktəblərdə sağlam qidalanma – monitorinq aparılır

2023-03-03 10:43:00

Bakıda 8 Marta görə pul yığılan məktəblə bağlı AÇIQLAMA+SƏS YAZISI

2023-03-02 18:01:00

BŞTİ-də yeni sektor yaradılıb, bəziləri birləşdirilib

2023-03-02 17:49:00

Bakıda şagirdlər dalaşdı – Məktəb aydınlıq gətirdi

2023-03-02 13:40:41

Qarabağ ermənilərinin məktəbləri – Mövcud VƏZİYYƏT

Şöbə müdiri: “Reproduktiv sağlamlıq əhalinin sayının, cins tərkibinin tənzimlənməsini şərtləndirir”

“Reproduktiv sağlamlıq əhalinin sayının, cins tərkibinin tənzimlənməsini şərtləndirir”. “Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında “Reproduktiv sağlamlıq haqqında” Model Qanun layihəsinin təqdimatı zamanı deyib. Onun sözlərinə görə, gənclər arasında reproduktiv sağlamlığın qorunması metodları barədə dərin bilgilər yoxdur: “Reproduktiv sağlamlıq sahəsində informasiyanın əldə olunması və məxfiliyin qorunması sahəsində vəziyyət elə də arzuolunan halda deyil. Təqdim olunan model qanun layihəsi olduqca aktual bir sahəni ehtiva edir. Belə ki, nəsil artırmaq, təhlükəsiz cinsi həyat yaşamaq, sağlam uşaqlar dünyaya gətirmək, valideyn olmaq istəyi və ehtiyaclı insanın şüurlu varlıq olaraq təbiətindən irəli gəlir, həyatının əsas qayəsini təşkil edir. Müasir dövrdə isə ekoloji faktorlar, müxtəlif xəstəliklərin geniş yayılması, bu sahədə tibbi yardım sisteminin müasir tələblər səviyyəsində olmaması, eləcə də kadr potensialının, yeni texnologiyaların tətbiq imkanlarının məhdudluğu kimi müxtəlif obyektiv və subyektiv səbəblərdən reproduktiv sağlamlığın qorunması sahəsində problemlər qalmaqdadır”. Şöbə müdiri bildirib ki, insanların reproduktiv sağlamlığı üçün ciddi təhlükələrin yaranması müasir dövrdə bu sahəyə dövlət qayğısının artırılmasını zəruri edir: “Eyni zamanda beynəlxalq qurumlar da bu məsələlərə diqqəti artırır. Reproduktiv sağlamlıq məsələsi, eyni zamanda demoqrafiya məsələləri ilə də sıx bağlıdır. Çünki reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələləri birbaşa əhalinin sayının, cins tərkibinin tənzimlənməsini şərtləndirir. Bu model qanun layihəsi adından da göründüyü kimi, reproduktiv sağlamlığın qorunması kimi həllini gözləyən problemi tənzimləyir. Əlbəttə, əsas məqsəd və hədəf ondan ibarətdir ki, insanların reproduktiv sistemi sağlam olsun, sağlam cinsi həyat yaşayaraq təbii yollarla, heç bir həkimə, köməkçi vasitəyə ehtiyacı olmadan uşaqları doğulsun və bu uşaqlar sağlam olsunlar. Lakin həyatda heç bir kəs bu sahədəki problemlərdən sığortalanmayıb. Məhz ona görə də reproduktiv sağlamlığın problemləri olduğu halda, ailə planlaşdırması mexanizmi insanların köməyinə gəlir. Bir qədər əvvəl qeyd etdiyim kimi, insanın nəsil artırmaq ehtiyacı onun bioloji və sosial varlığının mahiyyətindən irəli gəlir. Bu, hər bir fərdin psixoloji durumunu, gələcəyə ümidlərini ifadə edir, ailənin qorunmasına xidmət edir. Məhz bu məsələlərin hüquqi əsaslarını müəyyən və təsbit edən model qanun layihəsi vacib hüquqi sənəd olaraq dəyərləndirilməlidir”.

Comments are closed, but trackbacks and pingbacks are open.