Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb – FOTO
Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri-Kommersiya Fondu vasitəsi ilə verilir.
200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaq
Azərbaycan Respublikası Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Macarıstan ali məktəblərində 2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə apardığı “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimlərdə Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərara əsasən, 200 nəfər Macarıstanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Tələbələrin böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” və digər ali təhsil müəssisələrində Kompüter elmləri, İqtisadiyyat, Kənd təsərrüfatı, Biznesin idarəolunması, Turizm, Mühəndislik, Kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib.
Qeyd edək ki, 2014-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramına uyğun olaraq, azərbaycanlı tələbələr Macarıstanda təhsil almaq imkanı qazanıblar.
İş Proqramında müəyyən olunmuş kvota üzrə ixtisas istiqamətlərinə müraciət edənlər arasında dil və ixtisas bilikləri, ümumi dünyagörüşü yüksək olan namizədlərə üstünlük verilir.
Qeyd edək ki, namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy almış namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur.
Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri-Kommersiya Fondu vasitəsi ilə verilir.
Ümumilikdə, 2015-2016-cı tədris ilində 51 nəfər, 2016-2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb.
Könül Cəfərli
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb – FOTO
Azərbaycanın Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, sözügedən Memorandumu Azərbaycan tərəfdən təhsil naziri Emin Əmrullayev, qarşı tərəfdən isə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Viktor Szederkenyi imzalayıb.
Yeni Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə də təqaüdlü təhsil ala biləcəklər. Eyni zamanda, azərbaycanlı gənclər “one-tier” magistr proqramı (bakalavriat və magistratura birgə) təhsil səviyyəsi üzrə də bu ölkənin ali təhsil müəssisələrində təhsil imkanı əldə edə biləcəklər.
Həmçinin ilk dəfə olaraq, Azərbaycan tərəfi Macarıstan vətəndaşları üçün 10 təqaüd yeri təqdim edəcək. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edə biləcəklər.
Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində sıx əməkdaşlıq həyata keçirilir. Bu günədək 2015-2017-ci və 2018-2020-ci illər üzrə Azərbaycan vətəndaşlarının Macarıstanda təqaüdlü təhsili ilə bağlı iki iş proqramı həyata keçirilib. Hər iki proqram üzrə ümumilikdə 1000-ə yaxın Azərbacan vətəndaşı Macarıstanın “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” kimi aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün ehtiyac duyulan ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
Transylvania Magyarkent, Macarıstanda necə təhsil ala bilərəm?
2019-01-13 10:59:00
Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə! – Bu xərclərinizi dövlət qarşılayacaq
Xarici ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyurlar. Son zamanlar ali təhsil almaq üçün ən çox üstünlük verilən ölkələrdən biri də Macarıstandır. 2019-2020-ci tədris ili üzrə Macarıstanda bakalavriat, magistratura və doktorantura təhsili üzrə təqaüd proqramı elan edilib. AzEdu.az Macarıstanda təhsil almaq istəyənlər üçün zəruri məlumatları diqqətə çatdırır: Macarıstan 2004-cü ildən Avropa Birliyi üzvü olduğuna görə, ali məktəblər uzun müddətdir, kredit sistemi və Boloniya prosesinə qoşulub. Məhz bu səbəbdən dünyanın dörd bir yanından müxtəlif ölkələrin vətəndaşları Macarıstana təhsil almağa gəlirlər.Bu universitetlərində demək olar ki, dünyanın bütün ölkələrindən olan şəxslərə rast gəlmək mümkündür. Təqaüd proqramı ilə Macarıstanda təhsil ala biləcəyiniz ixtisaslar Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisasları üzrə təqaüd proqramları təklif olunur. Doktorantura pilləsi üzrə istənilən maraq dairəsinə uyğun ixtisaslar üzrə təqaüdlər mövcuddur. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Amma tələbələrin beynəlxalq nəqliyyat xərcləri şəxsi vəsaitləri hesabına ödənilməlidir. Aylıq təqaüdlər ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilib: Bakalavriat və magistratura proqramları üçün aylıq 40.460 Macarıstan forinti; Doktorantura proqramları üçün təlim və tədqiqat dövründə 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti. Macarıstan ali məktəblərində tələbələrin təhsil ala biləcəyi dillər Macarıstan ali məktəblərində tələbələr macar və ya ingilis dilində təhsil ala bilərlər. Tələbələr Macar dilində ali təhsilə başlamamışdan öncə Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər. Lakin tələbələrin müəyyən səviyyədə ingilis dili biliklərinə sahib olmaları əsas şərtdir. Namizədin ingilis dili səviyyə göstəriciləri (İELTS) bakalavriat təhsil səviyyəsi üzrə 6.0, magistratura və doktorantura səviyyələri üzrə isə 6.5-ə bərabər olmalıdır. Bakalavriat və ya magistratura təhsilinizi (xaricdə və ya Azərbaycanda) tam ingilis dilində bitirmisinizsə, müvafiq sənədlər təqdim etdiyiniz təqdirdə, müsahibə mərhələsində iştirak üçün tələb olunan dil biliyi səviyyəsinə dair sertifikat tələbi nəzərə alınmır. Macarıstanda bakalavriat və magistratura səviyyələrində təqaüdlü təhsil almaq istəyənlər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanlarında texniki ixtisaslarda 350, digər sahələr üzrə ən azı 450 bal toplamalıdırlar. Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.
Günel Yaşarqızı
Bu bölməyə aid digər xəbərlər
Yeni ali təhsil sisteminə keçən 6 universitetin adı açıqlandı
2023-05-15 11:27:00
Əcnəbi tələbələrin sayı kəskin azalıb
2023-05-15 10:50:00
1-ci kurs tələbəsi dövlətə xəyanətdə ittiham olunur
2023-05-15 09:33:00
Məktəb direktoru müəllimlərdən rüşvət alırmış
2023-05-12 08:45:00
Uşaqlar yay tətilini harada keçirəcək.
2023-05-11 11:23:00
İbtidai sinif şagirdləri üçün daha çətin olan tapşırıqlar
2023-05-11 11:19:00
Hərbi hazırlıq dərsləri məktəblərdə icbari olacaq
2023-05-11 09:53:00
Rektor plagiatlıqda ittiham olunur
2023-05-11 09:29:00
58 yaşlı kişi həyətdə oynayan uşaqlara atəş açdı
2023-05-10 12:09:00
Azərbaycanlı tələbə ABŞ-da oxuyacaq – İldə 55 min dollar təqaüd alacaq
Comments are closed, but trackbacks and pingbacks are open.